Mərkəzi Bankda real sektorun monitorinqi sistemi: monitoriniqin əhəmiyyəti və metodoloji əsasları



Yüklə 179,48 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü179,48 Kb.
#68585


 

Mərkəzi Bankda real sektorun monitorinqi sistemi: 

monitoriniqin əhəmiyyəti və metodoloji əsasları 

 

Monitorinqin əhəmiyyəti 

Bir  çox  qabaqcıl  mərkəzi  bankların  təcrübəsində  real  sektorda  fəaliyyət 

göstərən  müəssisə  və  təşkilatların  iqtisadi  davranışlarının,  onların  növbəti  dövrlər 

üçün  gözləntilərinin  ölçülməsi,  habelə  ümumən  bazar  konyunkturunun  ölçülməsi  

məqsədilə  monitorinqlər  keçirilir.  Real  sektor  müəssisələrinin  monitorinqi  sistemi 

(RSM)  –  iqtisadi  siyasətə  müvafiq  olaraq  müəssisələrin  fəaliyyətinə  təsir 

göstərmək  və  səmərəli  qərarlar  qəbul  etmək  üçün  real  sektor  və  bank  sektorunu 

bir-birilə əlaqələndirən informativ-analitik alətdir.  

Azərbaycan  Mərkəzi  Bankında  2008-ci  ildən  qurulmasına  başlanan  RSM 

sisteminə  hazırda  ölkənin  ticarət,  emal  sənayesi,  xidmət  və  tikinti  sektorlarında 

fəaliyyət  göstərən  və  ümumilikdə  60  minə  yaxın  işçini  əhatə  edən  350-dən  artıq 

müəssisə  və  təşkilat  qoşulmuşdur.  Bu  təşkilat  və  müəssisələr  qeyri-xammal 

sənayesi, ticarət, tikinti və xidmət sahələrində fəaliyyət göstərirlər. 

Toplanan  məlumatlar  əsasında  tərtib  olunan  indekslər  analitik-icmal 

formasında  monitorinqdə  iştirak  edən  təşkilatlara  göndərilir.  Müəssisələr  isə  öz 

növbəsində  fəaliyyət  göstərdikləri  sektordakı  iqtisadi  vəziyyəti  təhlil  edərək 

investisiya, istehsal və borc alma barədə qərarlar qəbul etmək imkanı qazanırlar.  

Bundan  başqa  real  sektorun  monitorinqi  nəticəsində  hesablanan  indekslər 

fond  birjaları  iştirakçılarının  və  potensial  investorlar  üçün  də  böyük  maraq 

doğurur. Ən əsası isə bu indesklər pul siyasəti sahəsində  müvafiq qərarların qəbul 

edilməsində faydalı informasiya daşıyıcısı kimi istifadə olunur. 

 

Real sektor üzrə qabaqlayıcı indekslərin hesablanması 

RSM sisteminin  mühüm mərhələsi aparılmış sorğular və iqtisadi proseslərin 

müşahidəsi  nəticəsində  əldə  edilmiş  informasiyanın  emal  edilməsi  və  zəruri  

göstəricilərin hesablanmasından ibarətdir. 



 Biznes  meyli  sorğuları  əsasən  keyfiyyət  sorğuları  vasitəsilə  aparılır.  Ölkə 

iqtisadiyyatının cari vəziyyətinin menecerlər tərəfindən qiymətləndirilməsi, inkişaf 

meyllərinin  izlənməsi  və  bu  əsasda  iqtisadi-analitik  təhlillərin  və  qısamüddətli 

proqnozların  hazırlanması  və  iqtisadiyyatda  baş  verən  proseslərin  səbəb-nəticə 




əlaqələrini  araşdırılmasını  əhatə  edir.  Keyfiyyət  sorğularının  nəticələrinin 

üstünlüyü  ondan  ibarətdir  ki,  nəticələr  müxtəlif  sahələr  üzrə  kəmiyyət  (statistik) 

göstəriciləri  elan  olunmamışdan  əvvəl  əldə  oluna  bilir.  Keyfiyyət  göstəricilərinin 

mühüm  üstünlüklərindən  biri  də  nəticələrin  operativ  işlənməsi  və  biznes  mühitin 

yaxın  və  orta  perspektiv  üçün  gözləntilərini  əks  etdirən  qabaqlayıcı  indekslərin 

hesablanmasını  təmin  etməsidir.  İqtisadi  konyunkturun  dəyişmə  meylinin 

müşahidəsi,  təsərrüfat  subyektlərinin  qısamüddəti  perspektiv  üçün  gözləntilərinin 

qiymətləndirilməsi keyfiyyət sorğuları vasitəsilə həyata keçirilir. 

Bundan  başqa  respondent  müəssisələri  maraqlandırmaq  və  onlarla  əks 

əlaqəni  həyata  keçirmək  məqsədilə  onlara  yayımlanan  müxtəlif  tipli  iqtisadi 

göstəriciləri  əks  etdirən  icmallar  hazırlanır.  Bu  icmallar  idarəetmə  qərarları  qəbul 

edərkən  müəssisənin  menecmenti  üçün  bazarda  rəqabət,  investisiya  və  inkişaf 

meylləri haqqında vacib informasiya mənbəyi kimi çıxış edə bilər. 

Diffuziya  indeksləri.  Real  sektorda  biznes  inam  indeksi  diffuziya 

indekslərinin  hesablanmasına  əsaslanır.  Diffuziya  indeksləri  sorğuda  təqdim 

edilimiş müxtəlif spektrli sualları qruplaşdırmağa imkan verir. Belə ki, sorğu tərtib 

olunarkən  qarşıya  məqsəd  kimi  müxtəlif  təyinatlı  göstəricilərin  hesablanması 

qoyulur. Bu məqsədə nail olmaq üçün  göstəricinin dəyişməsini özündə əks etdirən 

suallar  əsasında  diffuziya  indeksləri  hesablanır.  Məsələn,  əgər  ölkədə  ümumi 

iqtisadi  vəziyyətin  diffuziya  indeksini  hesablamaq  tələb  olunursa,  bu  indekslər 

ümumi iqtisadi vəziyyətin dəyişməsi ilə bağlı suallar əsasında hesablanır.  

 

Diffuziya indeksləri sosial-iqtisadi statistikanın digər indikatorlarından fərqli 



olaraq subyektiv göstəricidir. Bu göstərici yalnız iqtisadi proses iştirakçılarının baş 

verən  dəyişikliklərin  qiymətləndirmələrinə  əsaslanır.  Subyektivlik  xarakterinə 

baxmayaraq,  diffuziya  indeksləri  əhəmiyyətli  proqnozlaşdırma  xassələrinə 

malikdir.  

 

Diffuziya  indeksi  satışların  həcmi,  sifarişlər,  mal  ehtiyatları,    əmək  bazarı, 



qiymətlər və s. bu kimi informasiyanı əhatə edən “biznes şəraiti necə dəyişmişdir?” 

sualına  təklif  edilən  “artıb”  (yaxşılaşıb),  “dəyişməyib”  və  “azalıb”  (pisləşib) 

cavablarının  icmallaşdırılması  əsasında  hesablanır.  Konkret  sual  üzrə  diffuziya 

indeksi aşağıdakı üsulla hesablanır. 



DI = {“artıb”cavablarının 

%-i} + 0,5 * {“dəyişməyib” cavablarının %-i}  

 


Diffuziya  indeksi  hər  bir  sual  üzrə  hesablanaraq  respondentlərin  seçim 

məcmusunda  çəkiləri  nəzərə  alınmaqla  ortalanır.  Bu  indekslər  iqtisadi  tsiklərin  

dəyişməsini müşahidə etmək üçün vasitədir. Belə ki, diffuziya indeksinin dəyişmə 

trendi  qabaqlayıcı  göstərici  kimi  işgüzar  fəallığın  artım  dövründən  (expansion) 

enmə  dövrünə  (recession)  keçidin  və  eləcə  də  enmə  dövründən  sonra  biznes 

fəallığın bərpası (recovery) dövrünü müşahidə etməyi mümkün edir.  

Qeyd edilməlidir ki, inkişaf etmiş ölkələrdə diffuziya indeksləri dövrü olaraq 

açıqlanır  və  fond  birjası  iştirakçıları  üçün  iqtisadi  tsiklin  hansı  dövrdə  olmasını 

xarakterizə  edən  mühüm  göstərici  rolunu  yerinə  yetirir.  İlkin  olaraq  bu  tip 

indekslər  ABŞ-da  Satış  Menecerlərinin  Milli  Assosiyası  (National  Accociation  of 

Purchasing Manacers - NAPM) tərəfindən 1931-ci ildən başlayaraq hesablanmağa 

başlanmış  və  PMİ  indeksi  kimi  tanınmışdır.  Sonradan  bu  indeks  Böyük 

Britaniyada  (UK-PMİ  və  ya  CBİ-Corporation  of  British  İndusry),  Yaponiyada 

(TANKAN), Almaniyada və digər ölkələrdə hesablanmağa başlanmışdır. 

Diffuziya indeksinin ABŞ-da aparılmış 40 illik statistikası əsasında müəyyən 

edilmişdir  ki,  PMİ  indeksinin  “50  bazis  bəndi”  səviyyəsindən  aşağı  düşməsi 

ressesiyanı minimum 2 ay əvvəldən, “44 bazis bəndi” səviyyəsindən aşağı düşməsi 

isə  üşgüzar  fəallığın  böhran  səviyyəsinə  düşməsindən  xəbər  verir.  Bütövlükdə, 

PMİ indeksinin uzun müddətli dinamikası mövcud olduqda iqtisadi inkişafın yaxın 

perspektiv üçün dönüş nöqtələrini tam əminliklə proqnozlaşdırmaq mümkün olur. 

İşgüzar  fəallıq  indeksinin  nəticələrinin  icmallaşdırılmasında digər  metoddan 

da  istifadə  olunması  dünya  praktikasında  (xüsusilə  Qərbi  Avropada)  geniş 

yayılmışdır.  “Xalis  artım  balansı”  adlanan  bu  metoddan  istifadə  zamanı  “artıb” 

cavabları  ilə  “azalıb”  cavablarının  fərqi  hesablanır.  Həm  PMİ  indeksi  və  həm  də 

“Xalis  artım  balansı”  indeksi  cavablar  balansı  metodu  əsasında  hesablanır.  Bu 

metodlar arasında qarşlıqlı əlaqə aşağıdakı düsturla ifadə olunur.  



PMİ(Dİ)=XBM/2+50

    və ya    XBM=2*(Dİ-50). 

Məlumat üçün qeyd edilməlidir ki, əgər PMİ indeksinin dəyişmə diapozonu 

0 həddi ilə  100  arasındadırsa,  Xalis  artım  balans  indeksinin dəyişmə diapozonu 

-100 ilə +100 arasındadır. Bu diapozonun tətbiq edilməsinin müsbət cəhəti odur ki, 

mütəxəssis  olmayan  geniş  ictimayyət  üçün  indeksin  vizual  olaraq  “0”  həddindən 

hansı  istiqamətdə  dəyişməsi  iqtisadi  inkişaf  meylinin  dəyişməsini  xarakterizə  edir 

ki, bu da investorlar üçün çox əhəmiyyətlidir.  




İqtisadi  sentiment  indeksi

.  Avropa  Ittifaqında  ən  geniş  tətbiq  olunan 

indekslərdən biridir.  İqtisadi sentiment indeksi də real sektorun inam indeksi kimi 

ölkədəki biznes şəraitinin hansı səviyyədə olmasını ifadə edir. Lakin, bu indeksləri 

bir-birindən  fərqləndirən  onların  müxtəlif  hesablama  metodologiyası  və  inam 

indeksinin daha əhatəli olmasıdır. 

İqtisadi  sentiment  indeksinin  hesablanma  metodologiyası  da  balans 

metoduna  əsaslanır,  yəni  hər  bir  sual  üçün  balans  pozitiv  cavabların  faizindən 

neqativ cavabların faizləri çıxılmaqla tapılır. Məsələn, əgər sualın üç cavabı varsa: 

pozitiv (yuxarı, artım, ehtimal olunandan yüksək və s.), neytral ( dəyişməyib, sabit, 

qənaətbəxş və s.) və neqativ ( azalıb, çox az, kiçik vəs.) və bu  cavabların seçilmə 

faizlərini uyğun olaraq P, S, N kimi işarə etsək, onda P+S+N=100 olar. Deyilənləri 

nəzərə alsaq hər bir sual üçün balansı belə göstərmək olar: 



B = P - N 

 

Bu  ifadələrdən  balansların  sərhədlərini  tapmaq  mümkündür.  Belə  ki,  əgər 



bütün respondentlər bütün suallara neqativ cavab veribsə, onda balansın minimum 

qiyməti  –100%,  əgər  cavablar  pozitivdirsə,  cavabın  maksimum  qiyməti  100% 

arasında olar. 

İqtisadi  sentiment  indikatoru  həm  istehsalçıların,  həm  də  istehlakçıların 

fikrini  özündə  əks  etdirir.  Bu  indeksi  hesablayarkən  təkcə  biznes  meyli 

sorğusundan  deyil,  həm  də  istehlakçıların  sorğularından  əldə  edilmiş  məlumatlara 

istinad edilərək,  iqtisadiyyatın sənaye, tikinti, xidmət, pərakəndə ticarət və istehlak 

kimi komponentləri barədə təhlil aparılır.  



İstehlakçı

  etimadı  indeksi  (İEİ).  İEİ-i  istehlakçıların  maliyyə  vəziyyəti, 

ölkədəki  ümumi  iqtisadi  vəziyyət,  gözlənilən  işsizlik  və  yığımlar  barədə  suallara 

verilən cavabların faizlərinin cəbri ortası kimi izah edilir. 

Tikinti sektorunda inam indeksiTikintidə inam indeksini hesablamaq üçün 

tikinti  müəssisələrinə  sifarişlər  və  məşğulluq  gözləmələri  barədə  yönəldilən 

sualların cavabları əsasında hesablanır. 

Pərakəndə  satış  sahəsində  inam  indeksi.  Analoji  olaraq  bu  indeksdə 

müəssisələrin  cari  və  gələcək  biznes  vəziyyəti,  eyni  zamanda  ehtiyatlar  barədə 

sualların cavablarının fazilərinin cəbri ortası kimi tapılır. 



 Biznes iqlimi indeksi (Bİİ).

 

Real sektorun inam indeksi və iqtisadi sentiment 



indeksindən  fərqli  olaraq,  daha  məhdud  informasiya  daşıyır.  Bİİ  qeyd  edilən 

indekslərin  xüsusi  halı  kimi  çıxış  edir.  Məsələn,  real  sektorun  inam  indeksi 

hesablanarkən ümumi iqtisadi vəziyyəti əks etdirən diffuziya indeksi hesablanır ki, 

bu  da  mahiyyət  etibarilə  elə  Bİİ-yə  yaxındır.  Lakin,  Bİİ-nin  hesablanma 

metodologiyasının  müxtəlifliyi  və  ayrılıqda  ölkədəki  biznes  şəraitini  əks  etdirən 

indeksə  tələbin  olması  bu  indeks  barədə  daha  geniş  izahata  ehtiyac  yaradır.  Eyni 

zamanda  bu  indeks  beynəlxalq  təcrübədə  qəbul  edilən  və  geniş  tətbiq  olunan 

indekslərdən biri olduğundan onun öyrənilməsi sorğudan əldə edilən məlumatların 

emalında beynəlxalq standartlara uyğunlaşmaq baxımından da əhəmiyyətlidir.

    

 

Avropa  Birliyinin  real  sektorun  monitorinqi  üçün  “Hormonizə  edilmiş 



suallar  sistemi”  daxilində  Bİİ-nin  hesablanması  zamanı  tərtib  edilmiş  sorğu 

anketinin üç sualından istifadə edilir. 

 

Mövcud iqtisadi vəziyyətin qiymtləndirilməsi 



 

Növbəti dövr üçün biznes gözləntiləri 



 

Mal ehtiyatlarının dəyişməsi 



Bu  sualların  hər  birinə  verilən  cavablar  əsasında  məlum  metodla  balanslar 

hesablanır,  bundan  sonra  alınan  nəticələrin  cəbri  orta  kəmiyyəti  tapılmaqla 

nəticələr  ümumiləşdirilir.  Bİİ-ni  isə  hər  bir  komponentə  çəkilər  verməklə  əldə 

etmək  mümkündür.  Bİİ  artımın  qiymətləndirilməsi  üçün  uyğun  göstərici  deyil. 

Lakin,  iqtisadi  tsiklin  dönmə  nöqtələrinin  müəyyən  olunması  baxımından  özünü 

yaxşı  göstərici  kimi  göstərir.  Eyni  zamanda  aparılan  tədqiqatlar  nəticəsində  cari 

vəziyyət  komponentinin  gələcək  vəziyyət  komponentindən  daha  yaxşı  göstərici 

olduğu üzə çıxmışdır.   



Azərbaycan  Mərkəzi  Bankı  hazırda  real  sektorun  monitorinqi  sisteminin 

dərinləşdirilməsi  sahəsində  fəaliyyətini  davam  etdirir.  Bu  sahədə  müvafiq 

metodologiyanın  təkmilləşdirilməsi  istiqamətində  aparıcı  ölkələrin  mərkəzi 

bankları  və  statistika  institutları  ilə  sıx  əmıəkdaşlıq  edilir.  İndesklərin 

hesablanması  ilə  baglı  konyunktur  sorğularının  aparılması  ilə  yanaşı  Mərkəzi 

Bank həmçinin investisiya fəallığı, rentabellik və istehsal güclərinin yüklənməsi ilə 

bağlı  da  ayrıca  sorğuları  aparmağa  başlamışdır.  Keçirilən  sorguların  nəticələri 

əsasında  alınmış  indekslər  barədə  məlumatlar  rüblük  pul  siyasəti  icmalında  öz 

əksini tapır. 


 

Yüklə 179,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə