Mərkəzləşdirilmiş Kitabxana Sistemi



Yüklə 112,75 Kb.
tarix26.11.2017
ölçüsü112,75 Kb.
#12658

 Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi

                         Mərkəzləşdirilmiş Kitabxana Sistemi

                            Metodika və biblioqrafiya şöbəsi

 

 



           

                                       



2016-ci il Azərbaycanda Multikulturalizm İlidir

(Metodik məktub)

 

 



 

                                                                    

                                                                                    Zərdab-2016

 

      



 

             Mültikulturalizm  Azərbaycanın Həyat Tərzidir

 

    Multikulturalizm bir çox növ mədəniyyətlərin birgə yaşaması, ahəngi, harmoniyasıdır. Nisbətən yeni termin olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayış olub.Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələrinə münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi kimi tanınıb. Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub, eyni zamanda, yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinə hörmətlə yanaşıb.



     Multikulturalizm dünyada tolerantlığa, dözümlülüyə, dövlətlərarası etibarlı münasibətlərə və bütövlükdə demokratik prinsiplərin beynəlxalq münasibətlərdə bərqərar olunmasına xidmət edir. Müxtəlif mədəniyyətlərə və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. 

Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. Bu, tarixin bütün dönəmlərində, mərhələlərində eyni xətt üzrə inkişaf edib. Ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Bu mühitin ab-havası yüz illərdir ki, xalqların nəfəsliyinə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Azərbaycan türkləri mehriban, qonaqpərvər, sülhsevər və humanist olduğu üçün respublikamızda yaşayan digər xalqlar özlərini hərtərəfli ifadə edə biliblər. Azsaylı xalqların hüquqları  hər  zaman  qorunub  və onlara  ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ona görə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə biliblər. Başqa xalqların, dinlərin nümayəndələri Azərbaycanı öz vətəni hesab etməsəydi və burada özünü azad, sərbəst hiss etməsəydi, respublikamızın müdafiəsinə qalxmazdılar. 

    Çox millətli Azərbaycan artıq dünyanın nəzərində, gözündə nümunəvi bir dövlətdir. Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur.

    Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi, o cümlədən, bu ənənələrin inkişafını özündə ehtiva edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, tariximizin ayrı-ayrı dövrlərində bu ciddi məsələ özünü müsbət tərəfdən büruzə verib. Məsələn, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə ehtiva etmiş bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına gətirilib. Bu da faktdır ki, Heydər Əliyev bu ideologiyanın ən gözəl izahını 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayı zamanı etdiyi çıxışında «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam» sözləri ilə ifadə edib və dünya azərbaycanlılarını öz milli-mənəvi dəyərlərini unutmamağa, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyası ətrafında birləşməyə çağırıb. Bu kəlam Azərbaycan coğrafiyası daxilində yaşayan müxtəlif mədəniyyətlərin həmrəyliyinə təkan verib. Bu həmrəyliyin əsasını isə tolerantlıq və multikulturalizm təşkil edir. Bir sözlə, azərbaycançılıq ideologiyası ölkə daxilində müxtəlif mədəniyyətliliyin və dini dözümlülüyün əks olunduğu vahid bir dəyərlər sistemidir . Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil,tarix, adət-ənənələrinin  qorunub saxlanmasında,inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı.   

    Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, Ulu öndərin hakimiyyətə gəlməsindən



sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün

bütün milli azlıqların mədəni kimliyinə təminat verildi.

   Ümummilli liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq

 qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.Ulu öndər Heydər

Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Dövlətimizin başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi “Multikulturalizmin müasir 

dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir .Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun

alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir ”.

  Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər  Əliyev Fondunun da böyük əməyi var.



Bu  gün  Heydər  Əliyev  Fondu  Azərbaycan  multikultural  ənənələrinin

qorunub saxlanması, təbliği  ilə bağlı  olduqca  əhəmiyyətli  layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.

   Prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Artıq paytaxt  Bakı qlobal  əhəmiyyətli

 humanitar məsələlərin öz həllini tapdığı məkandır. Təsadüfi deyil ki, dövlətimizin başçısının Sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edildi. Eyni zamanda, multikulturalizmin dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin  nəticəsidir

 ki, 2014-cü il mayın 15-də Azərbaycan Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Mərkəzin əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir.



Sivilizasiyalar Alyansının növbəti Qlobal Forumunun 2016-cı ildə Azərbaycanda keçirilməsinin nəzərə alınması isə ölkəmizdə həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  2016-cı ili

Azərbaycanda "Multikulturalizm ili" elan etmişdir.

  Bununla  əlaqədar    Azərbaycan Respublikası Prezidenti  11yanvar  2016- cı il tarixli sərəncam  imzalamışdır. Azərbaycanda  multikulturalizm ənənələrinin 



 qorunub saxlanması , daha da  inkişaf etdirilməsi və geniş təbliğ olunması ilə

əlaqədar mədəni irsin qoruyucuları və təbliğatçısı kimi kitabxanalar qarşısında  müəyyən vəzifələr durur.Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq əlaqələrinin qorunmasında və təbliğində kitabxanalar fəal iştirak etməliditlər. Kitabxanalarda  mövzu ilə əlaqədar tədbirlər planı tərtib olunmalıdır. Tədbirlər planında  əyani və şifahi təbliğatın bütun  formalarından :                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               Azərbaycan Respublikası Prezidentinin 2008-ci il “6” oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı 1. Ümumi əsaslar 1.1. Mövcud vəziyyət Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildənnəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsinı, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsinı, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər ərzində ölkədə kitabxana işinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli 562 nömrəli sərəncamları ilə təsdiq edilmiş siyahı üzrə latın qrafikası ilə nəşr olunmuş kitablar ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” kimi mühüm sənədlərdə kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən hadisələr kitabxanaların da fəaliyyətinə mənfi təsir göstərmiş, kitab nəşri və kitab təchizatı sistemi tamamilə iflic vəziyyətinə düşmüş, onların maddi-texniki bazasının olduqca zəifləməsinə gətirib çıxarmışdır. Bütün bunlar kitabxana sahəsinin tənəzzülünə səbəb olmuşdur. Nəticədə kitabxanalar real və potensial oxucularını itirmiş, xeyli sayda kitabxanalar bağlanılmış, əksəriyyəti oxucu tələbatını ödəyə bilməmiş, mövcud ştat vahidləri ixtisar edilmişdir. 1990-cı ildə respublika üzrə kütləvi kitabxanaların kitab fondu 45,3 milyon, 2002-ci ildə 36,9 milyon, 2003-cü ildə 36,8 milyon nüsxəyə enmişdir. 2004-cü ildə isə bu göstərici 36,5. milyon, nüsxə təşkil etmişdir. Bunun əsas səbəbi Ermənistan silahlı qüvvələri tərəfindən respublika ərazisinin 20 faizinin işğal olunması nəticəsində 9 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, 927 kitabxananın tamamilə məhv edilməsi, kitabxanaların yeni nəşrləri almaq üçün vəsaitlə təmin edilməməsi, habelə kitabxana fondlarından məzmunca əhəmiyyətini itirmiş və mənəvi cəhətdən köhnəlmiş kitabların çıxarılması olmuşdur. Azərbaycan Respublikasında 12 mindən çox müxtəlif tipli kitabxananın daxil olduğu geniş kitabxana-informasiya şəbəkəsi mövcuddur. Bu şəbəkəyə yalnız kütləvi kitabxanalar deyil, həm də elmi-texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər mədəniyyət və tədris müəssisələrinin, eləcə də müxtəlif təşkilatların tabeliyində olan kitabxanalar, o cümlədən 6 respublika əhəmiyyətli kitabxana, Bakı şəhərində 84 kitabxana və filialı, 72 şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) daxildir. Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərində 927 kitabxana və kitabxana filialını özündə birləşdirən 9 rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 4 milyondan artıq kitab fondu məhv edilmişdir. Azərbaycanşünaslığa dair qiymətli əsərlərin böyük hissəsi XIX əsrin əvvəllərindən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və digər şəhərlərinin kitabxanalarına aparılmışdır. Həmin əsərlərin əslinin, yaxud surətlərinin Azərbaycan kitabxanalarına qaytarılması zəruridir. Respublikada ən mühüm sənəd və digər çap əsərlərinin sığorta fondunun yaradılmasına ehtiyac vardır. Belə fondlar sözügedən çap məhsullarının müxtəlif dövrlərdə sosial və təbii təsirlər nəticəsində tamamilə məhv olmasının qarşısının alınmasına, millətin tarixi yaddaşının qorunub saxlanılmasına xidmət edir. Dünyanın qabaqcıl ölkələrində olduğu kimi (Fransada Pompidu, ABŞ-da Kennedi, Vaşinqton və s.), Azərbaycanda yaradılacaq Heydər Əliyev Mərkəzinin nəzdində də Heydər Əliyev Milli Kitabxana-İnformasiya Kompleksinin təşkili zəruridir. Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların 90 faizi müasir tələblərə cavab vermir. Bir neçə kitabxana istisna olmaqla, kitabxanaların əksəriyyəti yararsız vəziyyətdədir. Kitabxanaların bir çoxu qəza vəziyyətində olan uyğunlaşdırılmış və yardımçı binalarda fəaliyyət göstərir. Respublikanın rayonlarında kənd kitabxana filiallarının bir hissəsi şəxsi evlərdə yerləşir. Kənd və qəsəbə kitabxana filiallarının 79,2 faizinin sahəsi darısqal olduğundan, oxu zalları təşkil etmək qeyrimümkündür. Bu səbəbdən əhalinin 66,8 faizi kitabxanalardan istifadə edə bilmir. Mingəçevir, Şəki, Naftalan, Sumqayıt, Yevlax, Şirvan şəhər, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Qazax, Qobustan, Zaqatala, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Samux, Xaçmaz, Cəlilabad, Ucar, Kürdəmir və digər rayon kitabxanalarının müxtəlif sahələrə aid yeni nəşrlərlə təminatına, fondlarının mühafizəsinə, binalarının əsaslı təmirinə, avadanlıqla təmin edilməsinə və kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına ciddi ehtiyac vardır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 29 müəssisədə orta hesabla 1-5 ədəd kompyuter vardır, 14 kitabxana (0,19%) İnternet xidmətindən istifadə edə bilir ki, bu təchizat da daimi və sürətli deyildir. Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 4 kitabxanada (0.07%) kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinə başlanılmışdır. Tabeliyindən asılı olmayaraq, digər kitabxanalarda da (səhiyyə, təhsil, həmkarlar və s.) informasiya təminatı aşağı səviyyədədir. Kitabxana-informasiya sahəsində həll olunmamış əsas problemlərdən biri də kitabxana fondlarının mühafizəsi və bərpası məsələsidir. Respublikada kitab fondlarının bərpa mərkəzləri yaradılmadığından, xüsusi əhəmiyyətli nəşrlər sıradan çıxır və mövcud fondlarda qoruna bilmir. Latın qrafikası ilə buraxılan yeni nəşrlərin elektron daşıyıcılara köçürülməsi vacib və təxirəsalınmaz məsələlərdəndir. Fondlarda saxlanılan nadir kitabların rəqəmli daşıyıcılara köçürülməməsi səbəbindən sözügedən kitablar alim və tədqiqatçılar, geniş oxucu kütləsi tərəfindən az istifadə edilir, digər tərəfdən isə qiymətli nəşr nümunələrinin və nadir kitabların saxlanılma şəraiti müvafiq normalara uyğun gəlmədiyindən, onlar təhlükə altındadır. Belə kitablar M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, BDU-nun Elmi Kitabxanasında, Milli Arxiv İdarəsinin kitabxanalarında və digər kitabxanalarda saxlanılır. Kitabxanaların beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti müasir tələblərə cavab vermir. Ölkədə milli biblioqrafiyanın, milli formatın, elektron kitabxananın, toplu kataloqun, korporativ kitabxana şəbəkələrinin olmaması dünya informasiya məkanında layiqli təmsil edilməyə imkan vermir. Bu gün elektron kataloqlar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Prezident Kitabxanası”, M.F.Axundov adına Azərbaycan Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mərkəzi Aparatının kitabxanası, Azərbaycan Dillər Universitetinin kitabxanası, “Xəzər” Universitetinin Elmi kitabxanası, Qərb Universitetinin kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Şamaxı rayon və Gəncə şəhər mərkəzi kitabxanaları istisna olunmaqla, digər kitabxanalarda yoxdur. Kitabxana fondlarının tələbata uyğun, sistemli və məqsədli komplektləş-dirilməməsi daim yeniləşən informasiya axınında oxucu kontingentinin itirilməsinə, bütövlükdə əhalinin mütaliəyə marağının azalmasına səbəb olur. Respublikanın ən böyük kitabxanalarında belə kitabsaxlayıcıların vəziyyəti (istilik, siqnalizasiya, ventilyasiya və s. kommunikasiyalar) mövcud normalara cavab vermir. Kitabxanaların maddi-texniki bazasının zəifliyi, əksəriyyətinin binalarının yararsız və qəza vəziyyətində olması, xidmət və komplektləşdirmə işinin lazımi səviyyədə olmaması, kadrların peşə hazırlığının aşağı olması, kitabxana işinə dair ədəbiyyatın və dövri nəşrlərin kifayət qədər çap etdirilməməsi, beynəlxalq əlaqələrin zəifliyi bu sahənin inkişafına maneçilik törədən əsas amillərdir. Bütün bunlar ölkə əhalisinin informasiya təminatı sistemində ciddi problemlər yaradır. “Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsində mövcud problemləri sistemli həllinə yönəldilmişdir. 1.2. Dövlət Proqramının məqsəd və vəzifələri Dövlət Proqramının əsas məqsədi “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq, kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanılmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Bundan başqa kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün şəraitin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı əsas vəzifələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir: - informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartlar, hüquqi qanunvericilik aktları, milli informasiyalaşdırma siyasəti əsasında ölkədə fəaliyyət göstərən kitabxanaların modernləşdirilməsi; - köklü islahatların aparılması, kitabxana - informasiya resurslarının dünya məkanına inteqrasiyasının təmin edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, idarələrarası koordinasiyanın təşkili; - “İnformasiya cəmiyyəti”, “Biliklər cəmiyyəti” Azərbaycan modelinin qurulması prosesinə yardım göstərilməsi; - kitab nəşri, yayımı və fond komplektləşdirmə işini tənzimləyən, maraqlı tərəflərin mənafeyini ifadə edən “müəllif-nəşriyyat-kitabxana-oxucu” mexanizminin və infrastrukturunun təkmilləşdirilməsi; - elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın oxucuların istifadəsinə verilməsi; - elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması; - kompyuterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi; - kitabxana fondlarının zənginləşdirilməsi, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi; - “Azərbaycanın kitab abidələri” dövlət reyestrinin hazırlanması, milli informasiya resurslarının elektron daşıyıcılara köçürülməsi; - əhalinin bütün təbəqələrinə kitabxana-informasiya xidməti səviyyəsinin yüksəldilməsi; - kitabxanaların kadr təminatının yaxşılaşdırılması, bu məqsədlə fasiləsiz peşə təhsilinin təşkili və ixtisasartırma sisteminin təkmilləşdirilməsi; - kitabxana-informasiya işinin təkmilləşdirilməsi üçün müasir idarəetmə sisteminin tətbiqi; - maliyyələşmənin təkmilləşdirilməsi, sahə üzrə ayrılan vəsaitlərdən səmərəli istifadəni təmin edən yeni iqtisadi münasibətlər sisteminin tətbiqi; - kitabxana-informasiya sahəsində idarəetmənin müasir iqtisadi münasibətlərə və sosial iqtisadi şəraitə uyğunlaşdırılması; - kitabxana-informasiya sahəsinə ardıcıl olaraq müxtəlif mənbələrdən əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi, yeni xidmət növlərinin inkişafı, xüsusən də onların regionlarda təşkili, kitabxanalarda təsərrüfat fəaliyyətinin həyata keçirilməsi, büdcədənkənar gəlir və xərclərin bərpa olunması, onların həcminin artırılması, kitabxanaçıların əməyində stimullaşdırıcı tədbirlərin müəyyənləşdirilməsi; - Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası, Avropa Milli Kitabxanaları İttifaqı, ABŞ Kitabxana Assosiasiyası, Elektron Kitabxanalar istifadəçilərinin Beynəlxalq Assosiasiyası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi; - kitabxana işi sahəsində elmi-tədqiqat və elmi-metodiki fəaliyyətin stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin genişləndirilməsi; - kitabxana binalarının təmiri, müasir tipli yeni kitabxana binalarının inşası; - respublika kitabxana-informasiya şəbəkəsinin yeni dislokasiya xəritəsinin işlənilməsi və müasir tələblərə cavab verməyən kitabxanalarla bağlı müvafiq tədbirlərin görülməsi; - Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin modernləşdirilməsini təmin edən layihələrin işlənilməsi üçün dövlət və donor təşkilatların cəlb edilməsi; - kitabxana-informasiya sahəsində dövlət siyasətinin prioritet istiqamətləri üzrə elmi araşdırmaların genişləndirilməsi və müvafiq nəşrlərin hazırlanması; - kitabxanaların ictimai statusunun yüksəldilməsi, kitabxana-informasiya sahəsinə dövlət qayğısının gücləndirilməsi, habelə müxtəlif ictimai qurumlar, beynəlxalq təşkilatlar tərəfindən bu sahəyə diqqətin artırılması. 1.3. Dövlət Proqramının icrasının əsas istiqamətləri Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı istiqamətlərdə işlərin aparılması nəzərdə tutulur: - kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi; - kitabxanaların kompyuter və informasiya-proqram təminatı, respublika üzrə kompyuterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı; - respublikanın milli–mədəni irsinin və informasiya ehtiyatlarının qorunması və gələcək nəsillərə çatdırılması; - kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi; - kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi; - kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, kitabların hazırlanması və nəşri; - yeni kitabxana binalarının tikilməsi, onların, eləcə də fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının müasir dövrün tələblərinə uyğun möhkəmləndirilməsi; - kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı, genişləndirilməsi və beynəlxalq tədbirlərin təşkili; - M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi. 1.4. Dövlət Proqramının maliyyə mənbələri Proqramın maliyyə mənbələri aşağıdakılardır:  dövlət büdcəsindən ayırmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr. 1.5. Gözlənilən nəticələr Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcək: - Azərbaycanda fəaliyyət göstərən kitаbхаnаların fоndlаrının ənənəvi və müasir informasiya daşıyıcıları ilə tаm kоmplеktləşdirilmə mexanizminin yaradılması və bu işin davamlı şəkildə inkişaf etdirilməsi; - xüsusilə dəyərli, nadir və əhəmiyyətli kitab və sənədlərin surətlərindən rеspublikа sığorta fоndunun və Azərbaycan kitabının toxunulmaz fondunun təşkil edilməsi; - respublikanın milli-mədəni irsinin qorunması, elektron informasiya daşıyıcılarına köçürülməsi və nəsillərdən-nəsillərə çatdırılması, qiymətli və nadir nəşrlərin dövlət reyestrinin hazırlanması; - kitabxana fondlarında saxlanılan müxtəlif qrafikada nəşr olunmuş qiymətli əsərlərin əlifbalarının konvertizasiya olunaraq oxucuların istifadəsinə verilməsi, azərbaycanşünaslığa aid fondların zənginləşdirilməsi; - fövqəladə hallara hazırlığın yaxşılaşdırılıması; - dünya informasiya sistemlərində Azərbaycan kitabxana resurslarının təbliği və beynəlxalq informasiya mübadiləsinin həyata keçiriliməsi; - əhalinin bütün təbəqələrinə kitabxana xidmətinin yaxşılaşdırılıması, bu xidmətin əhatə dairəsinin genişləndirilməsi, səmərəliliyinin artırılması, informasiya qıtlığının və rəqəmsal uçurumun aradan qaldırılıması; - mövcud ştat vahidləri çərçivəsində, respublika kitabxana-informasiya şəbəkəsinin təkmilləşdirilməsi, kitabxanaların birləşdirilməsi və yenidən təşkili prosesinin həyata keçiriliməsi, qənaət edilmiş vəsait hesabına əhaliyə səyyar xidmətin göstəriliməsi; - kitabxana sisteminin maliyyələşdirilməsinin təkmilləşdirilməsi məqsədi ilə bu sahəyə ayrılan vəsaitin yeni iqtisadi münasibətlərə uyğun rasionallaşdırılması, subyektiv amillərin aradan qaldırılması, təminat normativinin maliyyələşdirmə prinsipi ilə müəyyən edilməsi, büdcədənkənar gəlirlərin artırılması; - respublikada fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının möhkəmləndiriliməsi və kitabxanaların müasir informasiya texnologiyaları ilə təmin edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il “6” oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planını Sıra №-si Tədbirlərin adı İcra müddəti (illər üzrə) İcraçı təşkilatlar 1 2 3 4 2.1. Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi 2.1.1. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində qeyd edilən kitabxanaların məcburi nüsxələrlə təmin edilməsi mexanizminin yaradılması (ənənəvi və müasir) 2008-2009 NK, MdTN, AMEA, TN, VN 2.1.2. Azərbaycanşünaslığı inkişaf etdirmək məqsədi ilə fondların ölkəşünaslığa və diyarşünaslığa dair materiallarla zənginləşdirilməsi 2008-2013 MdTN, AMEA, AO 2.1.3. Gözdən əlil insanların informasiya tələbatını ödəmək məqsədi ilə kitabxana fondlarının xüsusi nəşrlərlə komplektləşdirilməsi 2008-2009 NK, MdTN, YİHO, ƏƏSMN, AO 2.1.4 . İşğal altında və cəbhə bölgəsində olan rayonların kitabxana fondlarının (onların müvəqqəti məskunlaşdığı ərazilərdə) bərpası 2009-2010 MdTN, QMKİDK İİN, YİHO, AO 2.1.5 . Bakı şəhərində mövcud kitabxanaların bazasında 9 mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaradılması, şəhər və rayonlarda isə bir çox kitabxana filiallarının birləşdirilməsi 2009 NK, MdTN, YİHO 2.1.6 . Ölkəşünaslığa (Azərbaycanşünaslığa) dair Rusiya Dövlət Kitabxanasında, Rusiya Milli Kitabxanasında, Kazan, Tbilisi şəhər və digər milli kitabxanalarda saxlanılan ədəbiyyatın (o cümlədən dövrü mətbuatın) müəyyənləşdirilməsi və onların çatışmayan nüsxələrinin Azərbaycan Respublikasına gətirilməsi məqsədi ilə layihələrin həyata keçirilməsi 2010-2011 MdTN, TN, XİN, AMEA, AO 2.1.7 . Oxuculara verilən ədəbiyyatın tematik – tipoloji uçotunun təşkili, fəal və qeyri-fəal istifadə edilən nəşrlərin müəyyənləşdirilməsi, oxucuların informasiya tələbatının ödənilməsinə yönəldilmiş sorğuların keçirilməsi və əldə edilmiş nəticələr əsasında fondların komplektləşdirilməsi 2008-2009 MdTN, AMEA, TKNDK 2.1.8 . Respublikanın bütün kitabxanalarının pasportlaşdırılması, respublika üzrə statistik göstəricilərin hazırlanması və nəşri, kitabxanalarda fondların komplektləşdirilməsinə dair monitorinqlərin keçirilməsi 2009 MdTN, DSK, TKNDK 2.2. Kitabxanaların kompyuter və informasiya-proqram təminatı, respublika üzrə kompyuterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı 2.2.1. “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması və oxucuların istifadəsinə verilməsi 2009 NK, MdTN, RİTN, TN, AMEA 2.2.2. Ulu öndər Heydər Əliyevin unikal dövlət və mədəni quruculuq təcrübəsinin, intellektual və mənəvi irsinin respublikanın və dünyanın rəqəmsal irs fondlarına daxil edilməsi 2008-2009 NK, MdTN, AMEA 2.2.3. Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi, kompyuterləşdirilmiş kitabxana infrastrukturunun, elektron informasiya resurslarının və müxtəlif sahələr üzrə elektron kitabxanaların yaradılması 2009-2010 MdTN, RİTN, AMEA, TKNDK 2.2.4. “Biliklər cəmiyyətinin Azərbaycan modeli” konsepsiyasının hazırlanması 2009 MdTN, RİTN, AMEA, AO 2.2.5. Bakı şəhərində fəaliyyət göstərən kitabxanaların vebsaytlarının yaradılması, onların İnternetlə təchiz edilməsi, telefon xətti olmayan kitabxanalara telefon xəttinin çəkilməsi 2008-2009 MdTN, RİTN, YİHO, AO 2.2.6. Azərbaycan kitabxanalarının informasiya cəmiyyəti və vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığının həyata keçirilməsi 2009-2010 NK, MdTN, TKNDK 2.2.7. Mərkəzi kitabxanaların nəzdində əhalinin bütün təbəqələrinə pulsuz xidmət göstərən, müasir informasiya texnologiyaları ilə təmin olunmuş hüquq-informasiya mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla) 2008-2009 MdTN, YİHO, AO 2.2.8. Yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrinin kitabxanalarında müasir kompyuter texnologiyaları ilə təmin olunmuş informasiya resurs mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla) 2009 MdTN, ƏN, TN, AQUPDK, YİHO 2.2.9. “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan tarixi”, “Azərbaycan muzeyləri”, “Qobustan”, “Azərbaycanın turizm gözəllikləri” adlı elektron kitabxanaların yaradılması (mövcud kitabxanaların bazasında şəbəkə və ştat sayı dairəsində) 2009-2010 MdTN, RİTN, AMEA 2.2.10. Bir sıra rayon uşaq kitabxanalarında “Uşaq hüququ” informasiya mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla) 2008-2009 MdTN, AQUPDK, YİHO 2.2.11. Azərbaycanın elektron kitabxanaları üçün Rusiyanın LİBNET Mərkəzindən rus və digər xarici dillərdə olan yeni ədəbiyyatların biblioqrafik təsvirlərinin alınması 2009 MdTN, XİN, AMEA, TKNDK 2.2.12. Gözdən əlil insanların intellektual səviyyəsinin yüksəldilməsi məqsədi ilə respublika əhəmiyyətli və mərkəzi kitabxanaların nəzdində fəaliyyət göstərən informasiya mərkəzlərində xüsusi proqramlı kompyuterlərin quraşdırılması 2009-2010 MdTN, ƏƏSMN, YİHO, AO 2.2.13. “Kitabxana fondları-regionun inkişafının əsas informasiya resursu kimi” mövzusunda dəyirmi masaların keçirilməsi 2010-2011 MdTN, AMEA, TKNDK 2.2.14. “Milli ədəbiyyat” müasir informasiya daşıyıcıları fondlarının yaradılması 2008-2011 MdTN, YİHO, AO 2.2.15. İnternetin mövcud veb-saytlarında Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında informasiyaların monitorinqi 2010 MdTN, RİTN, AMEA, TKNDK 2.2.16. Azərbaycan kitabxanalarının dünyanın ən böyük 2009-2010 MdTN, RİTN, kitabxanalarının məlumat bazalarına daxil olmasının və onların resurslarından istifadənin təmin edilməsi AMEA, TKNDK 2.2.17. İşğal olunmuş rayon kitabxanalarının vəziyyəti haqqında “Dağıdılmış sərvətlər, məhv olmuş kitabxanalar” adlı 3 dildə (Azərbaycan, rus, ingilis) materialların çap və elektron nəşrinin hazırlanması, veb-saytın yaradılması və internetdə yerləşdirilməsi 2010 MdTN, RİTN, QMKİDK, YİHO, AO 2.2.18. Rusiya Dövlət Kitabxanasının dissertasiya mərkəzinə daxil olmaq üçün virtual oxu zalının təşkili 2009 MdTN, AO 2.2.19. “Azərbaycan kitabxanaları” veb-portalının yaradılması 2009 MdTN, RİTN, TKNDK 2.2.20. Hüquq-informasiya mərkəzlərinin veb-portallarının yaradılması və onların informasiya təminatının təşkili 2010 MdTN, RİTN, TKNDK 2.2.21. Lerik və Yardımlı rayon mərkəzi kitabxanalarında “Ətraf mühit”, “Uzunömürlülər” məlumat bazalarının yaradılması və kitabxanaların veb-saytına əlavə edilməsi 2010 MdTN, ETSN, ƏƏSMN, AO 2.2.22. Azərbaycanın regionları üzrə “Qədim Bakı və bakılılar”, “Qədim Şuşa və şuşalılar”, “Qədim Bərdə və bərdəlilər”, məlumat bazalarının yaradılması və internet şəbəkəsində yerləşdirilməsi 2011 MdTN, YİHO, AO 2.2.23. Şəki-Zaqatala regionunda əhaliyə səyyar kitabxana xidmətinin göstərilməsi məqsədi ilə pilot layihələrinin həyata keçirilməsi 2009 MdTN, RİTN, YİHO, AO 2.2.24. Əhalinin operativ informasiya təminatı üçün tabeliyindən asılı olmayaraq, Bakı şəhəri və respublikanın digər şəhər və rayon mərkəzi, uşaq və gənclər kitabxanalarında yeni informasiya texnologiyalarının, habelə avtomatlaşdırılmış kitabxana-informasiya sistemlərinin tətbiqi və Azərbaycanda ən çox yayılan İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana- İnformasiya Sisteminin sərlöhvə və sərlövhəaltı məlumatlarının Azərbaycan dilinə tərcüməsi 2009 MdTN, TN, İİN, MN, RİTN, AMEA, TKNDK 2.2.25. Respublika kitab fondunun, elektron sənədlərin toplu kataloqunun yaradılması, sənədlərin tammətnli bazaya birbaşa keçid texnologiyasının tətbiq edilməsi 2011 MdTN, RİTN, AO 2.2.26. “Azərbaycan ədəbiyyatı antologiyası: XIX-XX əsrlər” elektron məlumat bazasının və elektron nəşrinin hazırlanması 2010 MdTN 2.2.27. Şəki şəhərinin Mərkəzi Kitabxanasında “Azərbaycanın ipək diyarı” məlumat bazasının yaradılması 2010 YİHO, MdTN, AO 2.2.28. Bakı Musiqi Akademiyasının nəzdində mövcud ştat vahidləri çərçivəsində ictimai əsaslarla müasir multimedia tədris metodiki kompyuter mərkəzinin təşkili 2009 TN, RİTN, MdTN 2.2.29. Şəhər (rayon) mərkəzi kitabxanalarında, iri yaşayış massivlərində və qəsəbələrdə fəaliyyət göstərən kitabxanalarda elektron kitabxanaların, elektron kataloqların məlumat və təhsil portallarının yaradılması və internetdə yerləşdirilməsi 2009-2010 MdTN, RİTN, TN, TKNDK, AO 2.2.30. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə 2008-2009 MdTN, AO tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004- cü il 27 dekabr tarixli sərəncamlarına əsasən nəşr olunan kitabların elektron kitabxanasının təşkili və İnternetdə yerləşdirilməsi 2.2.31. Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya ilə birgə elektron kitabxanalarının yaradılması və “Sərhəddə görüş” layihəsinin həyata keçirilməsi 2009-2010 MdTN, XİN, AO 2.2.32. “Milli İnternet şəbəkəsinin hamisi-hifzedicisi (qoruyucusu)” simvolunun seçilməsi üzrə respublika müsabiqəsinin təşkili 2009 MdTN, RİTN, TN, AO 2.2.33. Kitabxanalarda kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində kiçik qrantlar müsabiqəsinin təşkili 2009-2010 MdTN, TN, RİTN, AMEA, TKNDK 2.2.34. Regionlardakı kitabxanalar arasında “Ən yaxşı ictimai internet mərkəzi”, “Ən maraqlı veb-sayt” mövzusunda respublika müsabiqəsinin keçirilməsi 2008-2013 MdTN, TN, RİTN, TKNDK 2.2.35. Elektron kitabxanaların respublika müsabiqəsinin keçirilməsi 2009-2012 MdTN, AMEA, RİTN, TN, TKNDK 2.2.36. “Kitabxana-bələdiyyə informasiya mərkəzi kimi” layihələrinin həyata keçirilməsi 2008-2013 NK, MdTN, ƏN (bələdiyyələrin iştirakının təşkilinə kömək göstərməklə) AO 2.2.37. Gözdən əlillərin informasiya təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi proqramların hazırlanması 2008-2009 MdTN, RİTN, ƏƏSMN, YİHO, AO 2.2.38. Azərbaycan kitabının milli biblioqrafiyasının hazırlanması və nəşri, dövlət kitabxanalarında mühafizə edilən XIX əsrin 20- ci illərində nəşr olunmuş ədəbiyyatın (kitab, qəzet və jurnalların) əlifbasının kiril qrafikasından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi və informasiya daşıyıcılarına köçürülməsi 2009-2010 MdTN, AO 2.2.39. Kitabxana fondlarında saxlanılan qramofon vallarının “Azərbaycanın səs irsi” adı ilə informasiya daşıyıcılarına köçürülməsi 2011 MdTN, AMEA 2.2.40. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar 1918- 1920-ci illərdə nəşr edilən “Azərbaycan” qəzetinin mikrofilmləşdirilməsi və əlifbasının kiril qrafikasından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi 2008-2009 MdTN, AMEA, MAİ, AO 2.2.41. Azərbaycan Milli Avtomatlaşdırılmış Kataloqlaşdırma Formatının (AZMARC) yaradılması və ölkə kitabxanalarında tətbiqi 2010 MdTN, RİTN, TKNDK 2.2.42. UNİMARC formatının Azərbaycan dilinə tərcüməsi və nəşri 2009-2010 MdTN, TN, SMPDA, AMEA, AO 2.2.43. Azərbaycan Respublikasının kitab abidələrinin müəyyən edilməsi, informasiya daşıyıcılarına köçürülməsi və “Azərbaycanın kitab abidələri” adlı məlumat bazasının yaradılması 2010 MdTN, TN, AMEA, YİHO, TKNDK 2.2.44. Regionlarda kiçik və orta biznesin informasiyaya olan tələbatını ödəmək üçün mərkəzləşdirilmiş kitabxana sistemlərinin bazasında kitabxanaların mövcud ştat vahidləri çərçivəsində və ictimai əsaslarla informasiya mərkəzlərinin yaradılması 2010-2011 MdTN, RİTN, MN, İİN, YİHO, AO 2.2.45. Yaradılan milli elektron resurslarının qeydiyyatı üçün AMEAnın İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya registri” bölməsinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla) 2009 AMEA, MdTN, RİTN, AO 2.2.46. “Heydər Əliyev Mərkəzi”ndə təşkil olunacaq kitabxanaya “Milli Kitabxana-İnformasiya Kompleksi” statusunun verilməsi 2009 NK, MdTN 2.2.47. Dünyanın böyük kitabxana mərkəzlərində saxlanılan diyarşünaslıq (ölkəşünaslıq) xarakterli qiymətli və nadir kitabların (əsli, yaxud surəti və elektron variantı) “Heydər Əliyev Mərkəzi”ndə toplanması ilə bağlı zəruri tədbirlərin təşkili 2009 NK, MdTN, XİN 2.2.48. 2009-cu ili kitabxanaların avtomatlaşdırılması ili elan edilməsi 2008-2009 MdTN 2.3. Azərbaycan Respublikasının milli–mədəni irsinin və informasiya ehtiyatlarının qorunması və gələcək nəsillərə çatdırılması 2.3.1. Xüsusi əhəmiyyətli çap sənədlərini, nadir kitabları, diyarşünaslığa aid nəşrləri qoruyub saxlamaq və nəsillərdənnəsillərə ötürmək məqsədi ilə onların informasiya daşıyıcılarına köçürülməsi 2011-2012 NK, MdTN, RİTN, AMEA, TKNDK 2.3.2. “Ədəbiyyat” qəzetinin bütün nömrələrinin informasiya daşıyıcılarına köçürülməsi və qəzetin 1934-1950-ci illər üzrə çatışmayan nömrələrinin bərpası 2008-2010 MdTN, AMEA, AYBnin, “Ədəbiyyat qəzeti” redaksiyasının tövsiyələri nəzərə alınmaqla 2.3.3. Azərbaycanın kitab mədəniyyətinin qorunması və dünyaya tanıdılması məqsədi ilə layihələrin həyata keçirilməsi 2009-2012 MdTN, TN, AMEA, XİN, AO 2.3.4. Nazirlik, komitə və idarələrin kitabxanalarında saxlanılan Azərbaycan kitab abidələrinin inventarizasiyasının aparılması və uçotunun təşkili 2009-2010 MdTN, MAİ, AO 2.3.5. Tarixi əhəmiyyət kəsb edən milli nəşrlərin mühafizəsini təmin etmək məqsədi ilə böyük kitabxanalarda depozitar fondların yaradılması 2010-2012 MdTN, TKNDK 2.3.6. “Kitab irsi Azərbaycanın milli sərvətidir” adlı layihənin həyata keçirilməsi, Sankt-Peterburq, Moskva, Kazan, Tbilisi, Paris, London, Drezden kitabxanalarının arxivlərində mühafizə olunan Azərbaycanla bağlı diyarşünaslıq nəşrlərinin müəyyən edilməsi və surətlərinin Azərbaycana gətirilməsinin təşkili 2009-2012 MdTN, XİN, AO 2.3.7. Naxçıvan Muxtar Respublikasının kitab fondunun elmi ekspertizası və monitorinqi 2008-2009 MdTN, AO 2.3.8. Respublikanın regionlarında nəşr edilən yerli qəzetlərdə 2008-2013 MdTN, diyarşünaslığa dair materialların toplanması, qorunması məqsədi ilə onların biblioqrafik uçotunun aparılması, Əlifbanın kiril qrafikasından latın qrafikasına çevrilməsi, informasiya daşıyıcılarına köçürülməsi və zəruri materialların istifadəsinin təmin edilməsi RİTN, YİHO, AO 2.3.9. “Kitab xəzinəsi: qədim kitablar əlyazmaların uçotu və bərpası” adlı layihənin həyata keçirilməsi 2008-2009 MdTN, TN, AMEA, MAİ, AO 2.3.10. “Azərbaycanın kitab yaddaşı” adlı layihənin həyata keçirilməsi və müvafiq məlumat bazasının yaradılması 2009-2011 NK, MdTN, AMEA, TKNDK, AO 2.3.11. Nadir, qiymətli və aktual nəşrlərin informasiya daşıyıcılarına köçürülmə proqramının işlənib hazırlanması 2009 MdTN, TN, MAİ, AMEA, RİTN, AO 2.3.12. “Dirçələn fondlar” şüarı ilə milli kitab irsimizin mühüm tərkib hissəsi olan fondların aktivləşdirilməsi, kiril qrafika-sından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi və informasiya daşıyıcılarına köçürülməsi 2008-2012 MdTN, AMEA, TN, RİTN, YİHO, AO 2. 4. Kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi 2.4.1. Respublikanın uşaq kitabxanalarında uşaqların informasiya tələbatı probleminin həlli məqsədi ilə monitorinqlərin keçirilməsi 2008-2010 MdTN, RİTN, TN, YİHO 2.4.2. İslam Konfransı Təşkilatı dövlətlərinin kitabxanaları ilə informasiya mübadiləsinin həyata keçirilməsi 2008-2012 MdTN, XİN, AO 2.5. Kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi 2.5.1. Kitabxana işini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi 2008-2009 NK, MdTN, AMEA, AO 2.5.2. F.Köçərli adına Respublika Uşaq Kitabxanasına Milli Uşaq Kitabxanası statusunun verilməsi 2009 NK, MdTN 2.5.3. Kitabxanaçıların təhsili, o cümlədən ixtisaslarının artırılması ilə bağlı zəruri tədbirlərin təşkili 2009-2013 MdTN, TN, YİHO, AO 2.5.4. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərinin magistratura şöbələrində milli kitabxanaçı kadrların hazırlığının təşkili məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi 2008-2013 NK, MdTN, TN, XİN 2.5.5. “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda respublika müşavirəsinin keçirilməsi 2009 MdTN, TN, AMEA, TKNDK 2.5.6. Bakı şəhərində ilk kitabxana-qiraətxananın 115 illiyinə həsr edilmiş “İlk kütləvi kitabxanalar-tarixdən müasirliyə qədər” mövzusunda tədbirin keçirilməsi 2008 MdTN, YİHO, TKNDK 2.5.7. Naxçıvan MR-da “Gənc peşəkarlar cəmiyyətə xidmət edir” mövzusunda gənc kitabxanaçıların forumunun keçirilməsi 2011 MdTN, AO 2.5.8. Tabeliyindən asılı olmayaraq kitabxanalar arasında müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsi (“İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi”, “Ən yaxşı 2008-2013 MdTN, YİHO, AO kitabxanaçı”, “Yaradıcı təkamül müəssisəsi”, “İçərişəhər Azərbaycan mədəniyyətinin incisidir”, “İlin ən yaxşı kitabxanası” və s.) 2.5.9. Azərbaycan Respublikasının kitabxana mütəxəssisləri haqqında məlumat bazasının yaradılması və internetdə yerləşdirilməsi 2008-2013 MdTN, TKNDK 2.5.10. Azərbaycan Respublikasında kitabxanaçı kadrlara tələbatın öyrənilməsi və məzunların yerləşdirilməsi sisteminin yaradılması 2008-2013 MdTN, TN, YİHO, AO 2.6. Kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, kitabların hazırlanması və nəşri 2.6.1. Respublika kitabxana şəbəkəsinin pasportlaşdırılması ilə əlaqədar illik statistik məlumat toplularının hazırlanması və nəşr edilməsi 2008-2013 MdTN, TN, YİHO TKNDK, AMEA 2.6.2. Dünya kitabxana standartlarının tərcüməsi və onların əsasında Milli Kitabxana standartlarının hazırlanması 2008-2013 MdTN, SMPDA, TN, AMEA, TKNDK 2.6.3. Avropa Şurasının sənədləri əsasında “Mədəniyyət siyasəti bu gün: strategiyanın seçilməsi və Avropa Birliyinin istiqamətləri” adlı materialların nəşr edilməsi 2009 MdTN, XİN AO 2.6.4. Kitabxana-informasiya sahəsinə və kitabxanaşünaslığa dair elmi araşdırmaların aparılması və sosioloji sorğuların keçirilməsi 2008-2013 MdTN, TN, AMEA 2.6.5. Milli kataloqlaşdırma qaydalarının, təlimatlarının tərtibi və nəşr edilməsi 2008-2009 MdTN, TN, SMPDA, AMEA, AO 2.6.6. “Ədəbiyyat qəzeti”nin biblioqrafik göstəricisinin tərtib edilməsi (qəzetin 75 illik yubileyi ilə əlaqədar) 2008-2009 AMEA, AYBnin, “Ədəbiyyat qəzeti” Redaksiyasının tövsiyələri nəzərə alaraq 2.6.7. Kütləvi kitabxanalar üçün Universal Onluq Təsnifatının uyğunlaşdırılmış variantının hazırlanması 2010 MdTN, TN, SMPDA, AMEA 2.6.8. Respublika əhəmiyyətli kitabxanaların veb-saytlarında Azərbaycanın turizm gözəlliklərinin təbliği və bu sahədə dünya kitabxanaları ilə informasiya mübadiləsinin həyata keçirilməsi 2008-2013 MdTN, TKNDK 2.6.9. Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildli kitabının biblioqrafik göstəricisinin və elektron nəşrinin hazırlanması 2008-2010 MdTN, TN, AMEA, AO 2.6.10. “Azərbaycan kitabxanaları XXI əsrin əvvəllərində” adlı sənədli filmin hazırlanması 2009 MdTN, TKNDK, AO 2.6.11. Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı haqqında ən çox istifadə edilən kitabların elektron nəşrinin hazırlanması və internetdə yerləşdirilməsi 2009-2010 MdTN, TN, RİTN, TKNDK 2.6.12. Ümummilli lider Heydər Əliyev haqqında ən çox soruşulan kitabların informasiya daşıyıcılarına köçürülməsi 2008-2009 MdTN, RİTN, TKNDK, AO 2.6.13. Azərbaycanın klassik musiqi əsərləri yazılmış qramofon vallarının informasiya daşıyıcılarına köçürülməsi 2009-2011 MdTN, AO 2.6.14. İşğal olunmuş ərazilərdə məhv edilmiş kitabxanalar haqqında ətraflı məlumatların hazırlanması və onların beynəlxalq təşkilatlara göndərilməsi 2008-2009 MdTN, TN, QMKİDK, AO 2.6.15. Kitabxana-informasiya terminlərinin izahlı lüğətinin nəşr edilməsi 2009 MdTN, RİTN, TKNDK 2.6.16. Kitabxana Ensiklopediyasının Azərbaycan dilinə tərcümə edilməsi 2008-2009 MdTN 2.6.17. Kitabxana fəaliyyətinin monitorinq sisteminin təşkili 2008-2013 MdTN, YİHO, TKNDK, AO 2.7. Yeni kitabxana binalarının tikilməsi, yeni və fəaliyyət göstərən kitabxanaların madditexniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsi Respublika əhəmiyyətli kitabxanalar üzrə 2.7.1. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əsaslı təmiri, modernləşdirilməsi, avadanlıqla və avtomatlaşmış kitabxana-informasiya sistemi (AKİS) ilə təchiz edilməsi 2008-2010 MdTN 2.7.2. Gözdən Əlillər üçün Respublika Kitabxanasının müasir avadanlıqla təchiz edilməsi 2010 NK, MdTN Respublikanın şəhər və rayonları, Naxçıvan MR üzrə 2.7.3. Qəza vəziyyətində olan və şəxsi evlərdə yerləşən kitabxanalar üçün yeni binaların tikilməsi 2010-2013 NK, MdTN, YİHO 2.7.4. Təmiri zəruri hesab edilən kitabxanaların əsaslı təmiri, modernləşdirilməsi, inventar və avadanlıqla təchiz edilməsi 2008-2013 NK, MdTN, YİHO 2.7.5. Mərkəzi kitabxanaların avtomatlaşmış kitabxana-informasiya sistemi (AKİS) ilə təchiz edilməsi 2008-2013 NK, MdTN, YİHO 2.7.6. Yeni dislokasiya xəritəsi əsasında (kitabxanası olmayan yeni salınmış qəsəbə, kənd və digər yaşayış massivlərində) kitabxanalar üçün binaların tikilməsi 2010-2013 NK, MdTN, YİHO 2.8. Kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı və beynəlxalq tədbirlərin təşkili 2.8.1. YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin təşkili 2008-2009 NK, MdTN, XİN, TKNDK 2.8.2. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev Mərkəzi-Milli yaddaşımızın Mərkəzidir” mövzusunda Bakıda kitabxanaçıların beynəlxalq simpoziumunun təşkili 2013 NK, MdTN, AMEA 2.8.3. Dünyanın böyük kitabxanalarında və informasiya mərkəzlərində Azərbaycan guşələrinin yaradılması, kitab sərgilərinin və təqdimatlarının keçirilməsi 2008-2013 MdTN, XİN, XÖYAİDK 2.8.4. Rusiya Federasiyasının Moskva şəhərindəki “Puşkin Kitabxanası” meqalayihəsinin iş təcrübəsinin öyrənilməsi və Azərbaycanda kitabxanaların zəruri ədəbiyyat və elektron informasiya daşıyıcıları ilə təmin etmək məqsədi ilə “Nizami” layihəsinin təşkili 2008-2009 MdTN, TKNDK 2.8.5. Kitabxana sahəsinin zəruri istiqamətləri üzrə keçirilən konfranslarda Azərbaycan kitabxanaçılarının iştirakının təmin edilməsi (Krım, İFLA-nın illik, LİBKOM, Anapa, Soçi və s. konfransları) 2008-2013 MdTN, XİN, TN, AMEA, TKNDK 2.8.6. ABŞ, Avropa və MDB ölkələri kitabxanalarının avtomatlaşdırma, fondların bərpası və mühafizəsi, habelə UNİMARC formatının tətbiqi sahəsində təcrübələrin öyrənilməsi 2013 MdTN, XİN, TN, AMEA TKNDK 2.8.7. Azərbaycan və Rusiya kitabxanaçılarının qarşılıqlı təcrübə mübadiləsinin təşkili. Azərbaycan kitabxanaçılarının Buryatiya Respublikasına və digər regionlara ezam olunması 2008-2013 MdTN, XİN, AO 2.8.8. Ölkədə Kitabxanalararası Abonement Sisteminin optimallaşdırılması 2008-2012 MdTN, AO 2. 9. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi 2.9.1. Modernləşdirilmə məqsədi ilə maddi-texniki bazanın möhkəmləndirilməsi və müasir (yeni) informasiya texnologiyaları ilə təchizat 2008-2010 MdTN 2.9.2. Mövcud elektron kataloq və elektron kitabxana sistemlərinin təkmilləşdirilməsi 2008-2009 MdTN 2.9.3. Kitabxana fondunun, oxu zallarının, xidmət bölmələrinin və mətbəənin müasir tipli inventar və avadanlıqlarla təchizatı 2008-2009 MdTN 2.9.4. Zəruri nəqliyyat vasitələri ilə təchizat 2009-2010 MdTN 2.9.5. Kitabxana binasının müasir standartlar səviyyəsində yenidən qurulması 2008-2010 MdTN 2.9.6. Kitab fondlarının bərpası və konservasiyasının həyata keçirilməsi 2008-2010 MdTN                                                                                                                                          
Yüklə 112,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə