Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 71,33 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü71,33 Kb.
#39329
növüQaydalar


Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq 

edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



 

 

 

Azərbaycan Respublikası Meşə Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq Azərbaycan 

Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. "Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları" təsdiq edilsin 

(əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.  

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 1 may 2000-ci il 



№ 78

 

 



 

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



 

2000-ci il 1 may tarixli, 78 nömrəli qərarı ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

 

 



 

 

Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası

 

 

 

QAYDALARI

 

I. ÜMUMİ MÜDDƏALAR 

 

1.1.  Bu  Qaydalar  meşə  fondunun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpasını 

tənzimləyir.  

1.2.  Meşələrin  mühafizəsi  və qorunması  onların  bioloji  və  digər  xüsusiyyətlərini nəzərə 

almaqla  həyata  keçirilir,  meşə  fondundan  səmərəli  istifadə,  meşələrin  məhv  olmaqdan, 

zədələnmədən,  zəifləmədən,  çirklənmədən  və  digər  mənfi  təsirlərdən  mühafizəsi  və 

qorunması sahəsində təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarətdir.  

1.3.  Meşə  fondunun  mühafizəsi  və  qorunmasında  məqsəd  meşələrin  yanğından, 

qanunsuz  qırmalardan,  meşə  fondundan  istifadənin  müəyyən  edilmiş  qaydalarının 

pozulması  hallarından  və  meşələrə  zərər  vuran  digər  hərəkətlərdən,  zərərvericilərdən, 

xəstəliklərdən mühafizə etmək və qorumaqdır.  

1.4.  Meşələrin  bərpasının  məqsədi  meşə  ilə  örtülü  olmayan  torpaqlarda  meşələrin 

vaxtında  bərpa  olunmasını,  onların  cins  tərkibinin  yaxşılaşdırılmasını,  məhsuldarlığının 

artırılmasını və meşə fondu torpaqlarından səmərəli istifadəni təmin etməkdən ibarətdir.  

1.5.  Meşə  fondunun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpası  Azərbaycan 

Respublikasının  Meşə  Məcəlləsinə,  bu  sahə  ilə  əlaqədar  digər  qanunvericilik  və  normativ 

hüquqi aktların tələblərinə müvafiq olaraq həyata keçirilir.  



II. MEŞƏ FONDUNUN MÜHAFİZƏSİ VƏ QORUNMASI 

 

2.1. Meşələrin mühafizəsi aşağıdakı tədbirləri nəzərdə tutur:  

meşə  fondunun  vəziyyətinə,  istifadəsinə,  mühafizəsinə,  qorunmasına,  meşələrin 

bərpasına dövlət nəzarətinin təşkili;  

meşə  fondundan  istifadə  edilməsi,  onun  mühafizəsi,  qorunması,  bərpası  sahəsində 

hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;  

təqsirkar  fiziki  və  hüquqi  şəxslərin  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada 

məsuliyyətə cəlb edilməsi;  

meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, 

dayandırılması, qadağan edilməsi;  

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər  tədbirlərin 

həyata keçirilməsi.  

2.2.  Meşələrin  mühafizəsi  və  qorunması  məqsədi  ilə Azərbaycan  Respublikasının 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun yerli təşkilatları aidiyyəti orqanlarla birlikdə: 

meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin 

qanunsuz qırılmasından qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət 

nəzarətini həyata keçirirlər;  

yerüstü  vasitələrdən  və  müəyyən  olunmuş  qaydada  aviasiyadan  istifadə  etməklə 

meşələrin yanğından qorunması üçün profilaktiki tədbirlər görürlər;  

meşə  fondunda  yanğın  əmələ  gəlməməsi  üçün  meşədə  əhalinin  daha  çox  olduğu 

yerlərdə  müvafiq  elanlar  və  plakatlar  asıb,  papiros  çəkmək  üçün  yerlər  düzəldir,  meşənin 

əhəmiyyətini və meşə yanğınlarının nəticəsində vurulan ziyanı izah edən sərgilər təşkil edir, 

kütləvi  informasiya  vasitələrindən  —  radio  və  televiziyadan  geniş  istifadə  edərək  xüsusi 

filmlər göstərir, ekskursiyalar təşkil edirlər. Meşə yanğınlarını vaxtında aşkar edərək onların 

ləğv edilməsi üçün müvafiq tədbirlər görürlər; 

meşə  fondunda  zərərvericilərin  və  xəstəliklərin  mənbələrini  aşkara  çıxarır,  onların 

yayılmasının  qarşısını  almaq  üçün  müvafiq  fitosanitar  tədbirləri  həyata  keçirir,  meşə 

fondunun vəziyyəti üzərində müntəzəm müşahidə aparırlar.  

2.2-1.  Meşə  qanunvericiliyinə  riayət  edilməsini,  meşə  fondunun  səmərəli  istifadəsini, 

meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada 

dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata 

keçirir.


 [1]

 

2.3.  Meşə  fondunun  mühafizəsini  və  qorunmasını  həyata  keçirən  vəzifəli  şəxslər  öz 



səlahiyyətləri hüdudlarında aşağıdakı hüquqlara malikdirlər: 

meşə fondu ərazisində meşə qanunvericiliyinə riayət olunmasına nəzarət etmək;  

meşələrin  istifadəsi,  mühafizəsi,  qorunması  və  bərpasında  inzibati xətaları və  cinayət 

törədilməsi  hallarını  aşkar  etmək,  müvafiq  qaydada  rəsmiləşdirmək,  hüquq-mühafizə  və 

məhkəmə orqanlarına göndərmək; 

[2]

 

meşə  fonduna,  əhalinin  sağlamlığına  və  ətraf  mühitə  ziyan  vuran  təsərrüfat  və  başqa 



fəaliyyət növlərini, torpaq eroziyasına səbəb olan, meşənin vəziyyətinə və bərpasına, habelə 

suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərən üsulların istifadə edilməsini 

məhdudlaşdırmaq,  dayandırmaq,  qadağan  etmək;  istifadəyə  verilmiş  meşə  fondu 

sahələrində meşə yanğını təhlükəsizliyi qaydalarına riayət edilməməsi ilə əlaqədar fiziki və 

hüquqi  şəxslərin  ayrı-ayrı  təsərrüfat  fəaliyyətinin,  mədəni-kütləvi  və  sair  tədbirlərin 

dayandırılması və ya qadağan olunması barədə qərar qəbul etmək;  

meşə istifadəçilərinə meşə fondunun mühafizəsinə, qorunmasına və bərpasına dair rəsmi 

göstərişlər vermək;  




fiziki və hüquqi şəxsləri meşə yanğınlarının söndürülməsinə cəlb etmək;  

meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsini təşkil etmək;  

meşə fondunda meşələrin qanunsuz qırılmasından qorunmasını təmin etmək.  

III. MEŞƏLƏRİN BƏRPASI 

 

3.1. Meşələrin bərpası zonal-tipoloji əsaslarla aparılır. 

3.2. Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  onun  yerli 

təşkilatlarının meşələrin bərpası sahəsində əsas vəzifələri: 

meşə fondu torpaqlarında meşəbərpa işlərinin aparılmasının uçotunu aparmaq;  

meşəquruluşu  materiallarını  və  meşə  fondunda  dəyişiklikləri  nəzərə  alaraq  ayrı-ayrı 

torpaq  kateqoriyalarında  meşəbərpa  işlərinin  həcmini,  növbəliliyini,  vaxtını,  qaydasını  və 

üsullarını müəyyənləşdirmək;  

meşə ağac cinslərinin seleksiyasını, meşə toxumçuluğunu və sınaq işlərini təmin etmək;  

qiymətli  cinslərdən  ibarət  yüksək  məhsuldarlıqlı,  mühit  əmələ  gətirici  və  qoruyucu 

funksiyalara malik yeni meşə sahələrinin salınmasını təmin etmək;  

meşə  fondu  torpaqlarının  məhsuldarlığının  artırılmasını,  su  və  külək  eroziyasından 

qorunmasını təmin edən tədbirləri həyata keçirmək;  

meşə  istifadəçiləri  tərəfindən  aparılan  işlər  meşələrin  inkişafına  mənfi  təsir  göstərdiyi 

hallarda,  müəyyən  olunmuş  qaydada  müvafiq  istifadə  növlərini  dayandırmaq  və  ya 

məhdudlaşdırmaq;  

meşələrin bərpası və inkişafı ilə bağlı olan işlərə nəzarət etmək.  

3.3.  Meşələrin  bərpası  meşə  tiplərindən,  ərazilərin  meşəbitmə  şəraitindən,  ağac  və  kol 

cinslərinin meşəçilik xüsusiyyətlərindən və meşə yetişdirilməsinin məqsədindən asılı olaraq 

aşağıdakı şərtləri təmin etməlidir: 

meşə  sərvətlərinin  meşəçilik,  ekoloji  və  iqtisadi  cəhətdən  ən  qısa  müddətdə  daha 

səmərəli üsullarla bərpa olunmasını;  

meşə fondu torpaqlarından səmərəli istifadə edilməsini;  

meşələrin məhsuldarlığının və ağaclarının keyfiyyətinin yaxşılaşdırılmasını;  

ərazinin optimal meşəlik faizinin təmin edilməsini;  

meşələrin  suqoruyucu,  sanitar-gigiyena,  mühit  əmələ  gətirən  və  sair  qoruyucu 

funksiyalarının artırılmasını.  

3.4.  Meşələrin  bərpası  meşə  fondunda  baş  vermiş  dəyişiklikləri  nəzərə  almaqla  meşə 

quruluşu  layihələri  əsasında  hazırlanmış  və  müəyyən  olunmuş  qaydada  təsdiq  edilmiş 

dövlət  proqramlarına  uyğun  aparılır.  Bu  proqramlar  meşəbərpa  işlərinin  həcmini,  onların 

aparılma üsullarını və bərpa olunacaq ağac cinslərini, həmçinin meşəbərpa tədbirlərini, meşə 

toxumlarının  tədarükü  və  əkin  materiallarının  yetişdirilməsi  işlərinin  aparılmasını 

müəyyənləşdirir. 

3.5.  Meşə  fondunda  meşələrin  bərpası  məqsədi  ilə  meşə  əkinlərinin  salınması  və 

meşələrin  təbii  bərpasına  kömək  tədbirlərinin  həyata  keçirilməsi  üçün  meşəbərpa  fondu 

yaradılır. 

Bu fond aşağıdakı kateqoriyalara bölünür: 

meşə əkini fondu;  

meşələrin təbii bərpası üçün torpaq fondu;  

meşə yetişdirilməsi üçün torpaq fondu.  

3.6. Meşə əkini fonduna daxildir: 

təbii  yolla  meşələşməmiş  qırma  sahələri,  yanğın  yerləri,  seyrəkliklər,  talalar,  qurumuş 

ağaclıqlar;  



batmış  və  müəyyən  olunmuş  qaydada  silinmiş  meşə  əkini  və  qurudulmuş  bataqlıq 

sahələri;  

kənd  təsərrüfatı  istifadəsi  üçün  yararsız,  lakin  meşə  bərpası  üçün  yararlı  olan  torpaq 

sahələri;  

meşələrin  bərpası  üçün  yararlı  olan  qumluqlar,  dərə  və  yarğanlar  və  qeyri-meşə 

torpaqları.  Bu  sahələr  torpaq  və  aqrokimyəvi  tədqiqatlar  aparıldıqdan  sonra  meşə  əkini 

fonduna daxil edilir;  

meşə əkini və səpini üsulu ilə bərpa olunmalı azqiymətli meşə sahələri və doluluğu 0,6-

dan aşağı olan pozulmuş meşə sahələri.  

3.7. Meşə əkini fondundan ilk növbədə istifadə olunan sahələr: 

su və külək eroziyasına məruz qalmış sahələr; 

şəhərlərin (qəsəbələrin) yaşıl zonalarında, çayların və ya digər su obyektlərinin qadağan 

olunmuş zolaqlarında yerləşən sahələr;  

yüksək  bonitetli  ağaclıqların  yetişdirilməsi  üçün  yararlı  olan,  meşə  ilə  örtülü  olmayan 

sahələrin yüksək məhsuldar torpaqları;  

qiymətli ağac cinslərinin yetişdirilməsi üçün bərpa olunması (qırılması nəzərdə tutulmuş 

azqiymətli meşələr) sahələr;  

tikinti  və  mədən  işlərinin  aparılması  nəticəsində  pozulan  və  meşə  yetişdirilməsi  üçün 

yararlı hala salınmış (rekultivasiya olunmuş)  

torpaqlar.  

3.8.  Meşə  əkinləri  üçün  sahələrin  hazırlanmasında,  meşə  əkinlərində  aparılacaq 

əməliyyatların  keyfiyyətlə  yerinə  yetirilməsi,  onların  yanğın  təhlükəsinə  məruz  qalma 

ehtimalının  azaldılması  və  sanitar  vəziyyətinin  yaxşılaşdırılması  sahəsində  aşağıdakı  işlər 

nəzərdə tutulur: 

sahənin müayinə edilməsi;  

meşə əkini üçün sahənin ayrılması;  

meşə  əkini  üçün  maşın  və  mexanizmlərin  hərəkətinə  maneçilik  törədən  sahələrin 

nişanlanması;  

sahənin  tör-töküntülərdən,  daşlardan,  arzu  olunmaz  ağac  bitkilərindən,  xırda 

kötüklərdən və s. başdan-başa və ya zolaqlarla təmizlənməsi;  

sahənin hamarlanması, meliorasiyası, yamaclarda terrasların kəsilməsi;  

sahədə zərərverici həşəratlarla qabaqcadan mübarizə tədbirlərinin aparılması.  

3.9.  Meşə  əkini  üçün  torpaq  hazırlığı  üsulu  meşəbitmə  şəraitindən,  meşə  tiplərindən, 

sahənin  hazırlanması  qaydasından,  torpaq  hazırlığının  aqrotexniki  tələblərindən  və  digər 

amillərdən asılı olaraq meşə təsərrüfatı müəssisəsi tərəfindən seçilir. 

3.10.  Meşə  əkini  üçün  torpaq  hazırlığı  mexaniki  üsulla  başdan-başa  və  ya  hissə-hissə 

zolaqlarla aparılır. 

3.11.  Külək  və  su  eroziyasına  məruz  qalmayan,  mailliyi  6  dərəcəyə  qədər  olan  və 

mexanizmlərin  işləməsi  üçün  maneçilik  törətməyən  sahələrdə  başdan-başa  şumlama 

üsulundan istifadə olunur. 

3.12.  Mexaniki  üsulla  hissə-hissə  torpaq  hazırlığı  zolaqlarla,  tranşeylər  açılmaqla  və 

çalalar qazılmaqla aparılır. 

3.13. Hərəkətdə olan qumluqlarda meşə əkinləri aparılmasından əvvəl həmin sahələrdə 

kollardan,  ot  örtüyündən,  qamışdan,  qarğıdan,  mexaniki  çəpərlərdən  və  s.  istifadə 

olunmaqla zolaqlar yaradılır. Bu halda əvvəldən əkilmiş kollar əsas cins əkilənə qədər meşə 

əkininin həcminə daxil edilmir. 




3.14. Dağ və dağətəyi sahələrdə meşə əkini üçün torpaq hazırlığı üsulu sahələrin coğrafi 

zonalığından,  ərazinin  mailliyindən,  torpağın  daşlılığından,  su  hopdurma  qabiliyyətindən, 

sahənin  böyüklüyündən  və  istifadəsinin  mümkünlüyündən,  ərazidə  eroziya  başlaması  və 

artması təhlükəsindən asılı olaraq seçilir. 

3.15.  Dağlıq  ərazilərdə,  yamacların  maillik  dərəcəsindən,  torpaq  şəraitindən  və  digər 

göstəricilərindən asılı olaraq torpaq hazırlığı aşağıdakı üsullarla aparılır: 

mailliyi 6 dərəcəyə qədər olan, az daşlı güclü torpaqlarda başdan-başa şumlama;  

mailliyi 12 dərəcəyə qədər az daşlı torpaqlarda zolaqlarla şumlama və ya terras açmaqla;  

mailliyi  12—40  dərəcəyə  qədər  və  ana  qatın  su  hopdurma  qabiliyyəti  normal  olan 

torpaqlarda  eni  2,5  metrdən  4,5  metrə  qədər  ölçüdə  qazıb  tökmə  torpaq  üsulu  ilə,  kiçik 

sahələrdə isə xırda zolaqlarla, çala və tranşeylər qazmaqla.  

3.16. Meşə əkinləri tərkibinə görə bir əsas ağac cinsindən (bir cinsli əkin) və ya bir neçə 

əsas  və  köməkçi  ağac  cinslərindən  (qarışıq  əkin)  ibarət  yaradıla  bilər.  Bu  zaman  seçilən 

cinsləri meşəbitmə şəraitindən asılı olaraq meşə təsərrüfatının inkişaf etdirilməsi məqsədinə 

uyğun olmalıdır. 

Köməkçi ağac və kol cinsləri seçildikdə onların əsas cinslə qarşılıqlı təsir əlaqələri nəzərə 

alınmalıdır. 

3.17.  Meşə  əkinlərinin  sıxlığı  və  qarışdırma  sxemləri  davamlı,  yüksək  məhsuldarlıqlı 

ağaclığın  formalaşmasını  təmin  etməlidir.  Ziyanvericilər  və  xəstəliklər  yayılmış  sahələrdə 

meşə əkinlərinin ilkin sıxlığı və cins tərkibi meşələrin mühafizəsi haqqında verilmiş təkliflərə 

uyğun müəyyənləşdirilir. 

3.18. Səpin üsulu ilə meşə əkinləri salındıqda səpin qaydası, ilkin sıxlıq norması və digər 

texnoloji tələblər, yolverilən cərgə aralarının eni və əkin (səpin) yerlərinin arası, meşəbitmə 

zonası Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi tərəfindən 

müəyyənləşdirilir. 

3.19. Meşə əkinlərinin yaradılmasında əsas üsul olan əkin, müxtəlif növ əkin materialları 

(ting,  toxmacar  və  qələm)  ilə  həyata  keçirilir.  Su  və  külək  eroziyalarına  məruz  qalmış, 

rütubətliyi  çox  olan  torpaqlarda,  əkin  yerlərini  tez  alaq  bitkiləri  basan  sahələrdə,  kifayət 

qədər nəmliyi olmayan rayonlarda əkin üsuluna üstünlük verilir. Bu zaman yalnız seleksiya 

əsasında seçilmiş əkin materiallarından istifadə olunur. 

3.20.  Meşə  əkinlərinin  etibarlılığını,  aqrotexniki  xidmətə  olan  tələblərinin  azaldılmasını 

və  meşə  ilə  örtülü  sahəyə  keçirilməsinin  tezləşdirilməsini  təmin  etmək  məqsədi  ilə,  əkin 

üçün  davamlı,  tezböyüyən  yüksək  məhsuldarlıqlı  ağac  cinslərinin  tinglərindən, 

toxmacarlarından və qələmlərindən istifadə edilir. 

3.21.  Səpin  üsulu  ilə  meşə  əkininin  yaradılmasında  bu  sahədə  müsbət  təcrübəsi  olan, 

gəmiricilər  tərəfindən  qorxusu  olmayan  və  torpaq  örtüyü  zəif  inkişaf  etmiş  sahələrdə 

aparılır. Bu zaman palıd, şabalıd, qoz ağacı cinslərinin toxumlarından istifadə olunur. 

3.22. Əkin və səpinin aparılma müddətləri torpaq, iqlim şəraitindən və ağac cinslərindən 

asılı olaraq erkən yazda və ya payızda aparılır. 

3.23. Plantasiya tipli meşə əkinləri, onların yetişdirilməsinin bütün dövrlərində mövcud 

təkliflərin və standartların tələblərinə müvafiq hazırlanmış xüsusi layihələr və texnologiyalar 

üzrə oduncağın və digər meşə məhsullarının alınmasını tezləşdirmək məqsədi ilə salınır. 

3.24.  Meşələrin  təbii  bərpası  üçün  təbii  yeniyetmələri  olmayan  və  ya  çox  az  olan 

sahələrdə  bərabər  yayılmayan,  lakin  təbii  bərpaya  kömək  tədbirləri  aparmaqla  qiymətli 

cinslər  hesabına  bərpası  mümkün  olan  yüksək  keyfiyyətli  məhsuldar  meşə  torpaqları 

daxildir. 

3.25. Təbii bərpaya kömək tədbirləri aparılan meşə sahələri: 



qalın ölü örtüyə malik, yüksək doluluğu olan, təbii bərpası zəif gedən meşə sahələri;  

mal-qara  otarılmasına  məruz  qalmış,  kifayət  qədər  qiymətli  cinsləri,  yeniyetmələri  və 

cücərtiləri olan meşə sahələri;  

toxumluq ağaclar qeyri bərabər yayılmış meşə sahələri;  

meşəbitmə şəraitinə görə məhsuldar meşə yetişdirilməsi mümkün olan, lakin meşələrin 

doluluğuna, yaşına və ərazinin relyefinə görə yeniyetmələri və cücərtiləri zəif olan və qeyri-

bərabər yayılan meşə sahələri. 

3.26. Təbii bərpaya kömək etmək məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir: 

qalın  ölü  örtüyə  və  kifayət  qədər  toxumluq  ağaclar  olan  meşə  sahələrində  çürüməmiş 

xəzəl qatının torpaq qatına qədər dırmıxla aşılanması;  

əlverişli  meşəbitmə  şəraiti  olan,  doluluğu  0,4—0,6  və  az  toxumluq  ağac  olan  sahələrdə 

(ərazinin  relyefindən  asılı  olaraq)  torpağın  üst  qatını  dırmıxlanmaqla  ağac  toxumlarının 

səpilməsi.  

3.27. Meşə yetişdirilməsi üçün torpaq fondu, meşə fondunun məhsuldar olmayan torpaq 

sahələrini  minimuma  endirmək,  meşə  fonduna  daxil  olmayan  torpaqlarda  qoruyucu  meşə 

əkinləri  yaratmaq,  ərazinin  meşəlik  faizini  artırmaq,  ekoloji  mühiti  yaxşılaşdırmaq, 

torpaqları külək və su eroziyalarından qorumaq məqsədi ilə yaradılır. 

Buraya daxildir: 

dağ yamaclarında və dərə yarğanlarında salınmış, su eroziyasını, su axımını tənzimləyən 

meşə əkinləri;  

torpaqların  münbitliyini  qoruyan,  hidroloji  və  mikroiqlim  şəraitini  yaxşılaşdıran  dövlət 

meşə zolaqları;  

təbii  su  mənbələrini,  çay  kənarlarını  və  sahil  boyu  qoruyucu  meşələri,  xırda  çayları  və 

digər su mənbələrini lilləşmədən, kimyəvi maddələrlə çirklənmədən qoruyan və su rejimini 

yaxşılaşdıran meşə əkmələri;  

qumluqların bərkidilməsi üçün külək eroziyasına qarşı salınmış yaşıllıq zolaqları; 

örüş  və  otlaqların  yem  bazasının  yaxşılaşdırılması,  ərazilərin  sərt  küləklərdən  və  qar 

çovğunlarından, günəş radiasiyasından qorumaq  

məqsədi ilə yaradılmış meşə zolaqları və massivləri.  

3.28. Meşə yetişdirilməsi meşəhidromeliorativ tədbirlər nəzərə alınmaqla ərazi texnoloji 

xəritələri əsasında aparılır. 

3.29.  Meşələrin  bərpasını  tənzimləyən  sənədlərin  nümunələri,  onların  doldurulması  və 

uçota  alınması  barədə  təlimatlar  və  tövsiyələr Azərbaycan  Respublikasının  Ekologiya  və 

Təbii Sərvətlər Nazirliyitərəfindən təsdiq olunur.



[3]

 

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

 



01 oktyabr 2005-ci il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 855)

 

2.

 



5  fevral  2008-ci  il  tarixli  27  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108)

 

3.

 



26  yanvar  2015-ci  il  tarixli 15 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  29  yanvar  2015-ci  il,  №  21,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 67)

 



 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  

 



 

 

[1]



 

26  yanvar  2015-ci  il  tarixli 15 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  29  yanvar  2015-ci  il,  №  21,  Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 67) ilə “Meşə fondunun  mühafizəsi, qorunması  və 

meşələrin bərpası Qaydaları”nın 2.2-ci bəndinin ikinci abzası çıxarılmışdır və yeni məzmunda 2.2-1-ci 

bənd əlavə edilmişdir.

 

  



[2]

 

01  oktyabr  2005-ci  il  tarixli  164  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 855) ilə “Meşə 

fondunun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpası  Qaydaları”nın  2.3-cü  bəndinin  üçüncü 

abzasında “hüquqpozmaları” sözü “xətaları” sözü ilə əvəz edilmişdir. 

  

[3]

 5  fevral  2008-ci  il  tarixli  27  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  2,  maddə  108)  ilə  Meşə 

fondunun  Mühafizəsi,  qorunması  və  meşələrin  bərpası  Qaydaları"nın  2.2-ci,  3.2-ci, 3.18-ci  və  3.29-cu 

bəndlərində  ismin  müvafiq  hallarında "Azərbmeşə"  İstehsalat  Birliyi"  sözləri  ismin  müvafiq 

hallarında  "Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi"  sözləri  ilə  əvəz 

edilmişdir. 



 

Yüklə 71,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə