Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek ixtisarla



Yüklə 105,1 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü105,1 Kb.
#10315


 

© 2016 – 



İsmayıl Hacıyev

 

 



Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek  

(ixtisarla

Azadlıq  yalnız  şəxsin  həm  seçim  imkanları,  həm  də  seçim  yükünə  sahib  olduğu 

mənasına gəlmir, bu həm də o deməkdir ki, o öz hərəkətlərininn nəticələrinə dözməlidir 

və onlara görə tərif ya qınaq alacaqdır. Azadlıq və məsuliyət bir-birindən ayrılmazdır. 

Azad  cəmiyyətin  üzvləri  fərdlərin  öz  əməllərinin  nəticəsinə  uyğun  mövqeyə  sahib 

olduğu və bunun da öz əməllərinin nəticəsi olduğunu qəbul etmədikcə azad cəmiyyət 

yaşaya və özünü qoruya bilməz. Fərdə  yalnızca yeni fürsətlər təklif etməsinə və onun 

səylərinin  nəticəsinin  saysız  təsadüflərdən  asılı  edəcəyinə  baxmayaraq,  azad  cəmiyyət 

əsas önəm kəsb edən məsələ bu imiş kimi, insanın diqqətini yalnız onun özünün nəzarət 

edə biləcəyini düşündüyü hallara yönəldir. Fərdə ona tanış olan hal və şərtlərdən istifadə 

imkanı  verildiyi  və  bir  qayda  olaraq,  bunlardan  doğru  istifadə  etdiyini  ondan  başqa 

kimsənin bilməyəcəyi qəbul edildiyi müddətcə belə hesab edilir ki, onun hərəkətlərinin 

nəticəsi bu hal və şərtlər tərəfindən müəyyən ediliir. 

İnsanların şəxsi azadlığa möhkəm inandıqları zamanlarda həm də fərdi məsuliyyətə dair 

olan  güclü  inam,  azadlığın  nüfuzu  ilə  birlikdə  aydın  bir  şəkildə  zəiflədi.  Məsuliyyət 

moralizmi rədd edən bir nəsil tərəfindən sıxıcı və düşmənçiliklə qarşılanan fikir halına 

gəldi,  təcrübəli  natiq  və  yazarlar  ondan  qaçınmağa  çalışdılar.  O,  "üzərində  heç  bir 

kontrolları olmadığı hallardan" başqa heç bir şeyin özlərinin həyatdaki yerlərinə, hətta 

hərəkətlərinə təsiri olmadığı öyrədilmiş insanların nəzərində xoşagəlməz fikir doğurur. 

Məsuliyyətin  inkarına  səbəb  olan  şey  əsasən  məsuliyyətə  olan  qorxudur,  o  da  öz 

növbəsində  azadlığa  olan  qorxuya  çevrilir.  Bu,  şübhəsiz  belədir,  çünki  insanın  öz 

həyatını istədiyi kimi qura bilməsi imkanı həm də aramsız vəzifə, məqsədlərinə çatmaq 

üçün özünə yükləməli olduğu qaydalar deməkdir, buna görə də çox insan azadlıqdan 

qorxur. 

 

 



Şəxsi azadlıq və məsuliyyət anlayışındakı paralel zəifləmə böyük ölçüdə elmi biliklərin 

yanlış təfsir edilməsinə görədir. Qədim görüşlər daha çox "iradə azadlığına" olan inamla 

əlaqəli idi, heç bir zaman tam dəqiq mənası olmayan bu konsepsiya daha sonra müasir 

elm  tərəfindən  kökündən  sarsıdılmışdı.  Bütün  təbii  fenomenlərin  birmənalı  şəkildə 

əvvəlki hadisələr tərəfindən və ya bilinən qanunlara uyğun baş verməsi və insanın da 

təbiətin bir parçası olduğu düşüncəsinə dair artan inam insanın hərəkətlərinin və ağlının 

işləməsinin  həm  də  xarici  hal  və  şərtlər  tərəfindən  müəyyən  edildiyi  fikirinə  gətirib 



Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek 

 



 

çıxardı.  Beləliklə,  on  doqquzuncu  əsr  elmində  hakim  olan  universal  determinizm 

konsepsiyası,  insan  davranışlarına  da  şamil  olunurdu  və  bu  da  insan  davranışlarının 

spontanlığı fikrini yox etməyi hədəfləyirdi. Əlbəttə ki, bəzi örnəklər istisna olmaqla insan 

davranışlarının  təbii  qanunlarla  da   müəyyən  edilmfeəsinin  sadəcə  ümumi  bir 

təsəvvürdən ibarət olduğu və əslində çox nadir örnəklər istisna olmaqla, xususi hal və 

şərtlər  tərəfindən  necə  müəyyən  olunduğunu  bilmədiyimiz  qəbul  edilməli  oldu. 

Ancaq insan ağlının işləməsinin, ən azından prinsip olaraq vahid qanunlara tabe olması 

yönündəki fikir, azadlıq və məsuliyyət konsepsiyası üçün əsas olan individual şəxsiyyət 

anlayışını yox etmək üçün ortaya çıxdı. 

Son  bir  neçə  nəslin  intellektual  tarixi  bizə  dünyanın  bu  determinist  görüntüsünün 

azadlığa olan əxlaqi və siyası inancın əsasların sarsıtdığına dair çoxlu örnəklər təqdim 

edir. Və bu gün elmi təhsil almış çox insan, geniş kütlələr üçün yazarkən azadlıq haqda 

"elm adamının müzakirə edə bilməsi üçün qəliz məfhumdur, qismən ona görə ki, o son 

nəticədə  belə  şeyin  mövcudluğuna  inanmır"  deyə  etiraf  etməyə  məcbur  olan  elm 

adamıyla  yəqin  ki  həmfikirdir.  Son  zamanlarda,  müsbət  hal  kimi,  fiziklər  universal 

determinism tezisini tərk etmişdirlər. Lakin dünyanın sadəcə statistik nizamlılığına dair 

daha 


yeni 

anlayışın  

iradə azadlığı məsələsinə hər hansı şəkildə müsbət yöndə təsir edəcəyi şübhəlidir. 

Görünən odur ki, iradənin azad olduğuna dair iddia onun inkarı kimi kiçik əhəmiyyətə 

malikdir və bütün məsələ sadəcə xəyali problemdir, tərəflərin müsbət ya mənfi cavabın 

nə  mənaya  gəldiyini  aydın  etmədikləri  sözlər  haqda  müzakirədir.  Əlbəttə  ki,  azad 

iradəni  inkar  edənlər  başqasının  iradəsini  deyil  öz  iradəsini  ifadə  edən  "azad"  sözünü 

bütün adi mənalarından məhrum edirlər, mənasız açıqlama etməmək üçünsə daha başqa 

tərif təklif etməlidirlər, bunu isə etmədikləti açıqdır. Üstəlik, hər hansı məqsədəuyğun və 

lazımlı mənada "azad" anlayışının hərəkətin mütləq şəkildə xarici faktorlarla müəyyən 

olunması  ideyasına  əngəl  olduğuna  dair  fikrin  əsassız  olduğu  isbat  ediləcəkdir.  

 

Hər  iki  tərəfin  öz  mövqelərindən  çıxardıqları  nəticələri  təhlil  edərkən  qarışıqlıq  bizə 



aydın olur. Deterministlər onu iddia edirlər ki, insanların fəaliyyətləri bütünlüklə təbii 

səbəblərlə müəyyən  olunduğu üçün, onları məsul tumağa yaxud tərif ya qınağa məruz 

qoymağa səbəb ola bilməz. Digər tərəfdən voluntaristlər iddia edirlər ki, insanda səbəb-

nəticə zəncirindən kənarda dayanan ünsür var, və bu ünsür məsuliyyətin daşıyıcısı və 

tərif və qınağı haqlı edən nəsnədir.  

Bu günə qədər olan bu praktiki nəticələrlə bağlı, deterministlərin sadəcə yanıldıqlarına 

rəğmən,  voluntaristlərin  haqlı  olmağı  çox  az  şübhə  doğurur. Lakin  mübahisə  ilə  bağlı 



 

© 2016 – 



İsmayıl Hacıyev

 

 



qəribə fakt ondan ibarətdir ki, hər iki məsələdə də çıxarılan nəticələr iddia edilən əsas 

fikirlərdən  çıxmır.  Tez-tez  göründüyü  kimi,  əslində  məsuliyyət  anlayışı  determinist 

görüşə  dayanır,  səbəb-nəticə  zəncirindən  kənarda  qalan  və  tərif  və  qınağa  məruz 

qalmayan metafizik "mən"in inşası isə ancaq şəxsin məsuliyyətdən bəraətini haqlı çıxara 

bilər. 

Determinist  görüşün  iddiasına  uyğun  ətrafındakı  bütün  hadisələrə  daima  eyni, 



gözlənilən  tərzdə  cavab  verən  avtomat  xəyali  varlığın  təsviri  əlbəttə  ki  mümkündür. 

Lakin bu hətta ‘azad iradənin’  ən qəti əleyhdarları tərəfindən ciddi müdafiə olunan heç 

bir  anlayışa  uyğun  gəlməyəcəkdir.  Onların  iddiası  budur  ki,  insanın  hər  hansı 

vəziyyətdəki davranışı, xarici hal və şərtlər toplusuna verdiyi qarşılıq, ona miras qalan 

strukturun və toplanmış təcrübəsinin (accumulated experience) birgə təsiri ilə müəyyən 

olunur. Determinist görüşün iddia etdiyi varisliyin və keçmiş təcrübənin toplanmış təsiri  

individual şəxsiyyəti (individual personality) bütünlüklə təşkil etdiyi və xarakterlərinin 

xarici və maddi təsirlərdən təsirlənməyəcəyi heç bir ‘öz’ və ‘mən’in olmadığıdır. Bu, iradə 

azadlığını rədd edənlər tərəfindən bəzən nüfuzu əsassız şəkildə rədd edilən mühakimə, 

müzaikirə, inandırma və ya qınama, tərif və qınaq gözləntisi kimi faktorların həqiqətən 

də  şəxsiyyəti,  dolayısıyla  da  fərdin  konkret  hərəkətini  təyin  edən  mühüm  faktorlar 

arasında  olduğu  mənasına  gəlir.  Bu  sadəcə  ona  görədir  ki,  səbəb-nəticə  əlaqəsindən 

kənarda dayanan  ayrı ‘ mən ’ yoxdur, buna görə də mükafat və ya cəzayla təsir etməyə 

cəhd edə bilməyəcəyimiz ayrı mən yoxdur. 

Əslində insanların davranışlarına təhsil və örnəklə, rasional inandırma, bəyənmə və ya 

qınama  yoluyla  təsir  edə  biləcəyimiz  düşüncəsi  heç  zaman  rədd  edilməmişdir.  Haqlı 

olaraq  yeganə  qaldıracağımız  sual  bu  ola  bilər  ki,  bəlli  məqamlarda  kokret  şəxslər 

davranışlarının onları ətrafdakıların nəzərində yüksəldəcəyi və ya alçaldacağı və ya buna 

görə onları cəza və mükafat gözləyəcəyi bilgisindən nə dərəcədə arzu olunan istiqamətdə 

təsirlənə bilərlər?  

Bir  insana  fərqli  davranmalı  olduğunu  bildirmək  üçün  deyil,  onu  fərqli  etmək  üçün 

məsuliyyət yükləyirik.  Əgər “kömək etməyə qadir olmadığım “ hallarda diqqətsizlik və 

ya  səhlənkarlıqla  kiməsə  ziyan  dəyməsinə  səbəb  olmuşamsa,  bu  məni  məsuliyyətdən 

azad  etməz,  əksinə  belə  nəticələrin  mümkünlüyünü  ağlımda  tutmaq  zərurətini 

əvvəlkindən ciddi şəkildə təlqin edər. Buna görə də əsas qaldıracağımız sual budur ki, 

hər  hansı  hərəkət  və  ya  onun  nəticələrinə  dair  məsələlərdə  üzərinə  məsuliyyət 

qoyacağımız şəxs normal cəhətlərə malik ( bu bizim qeyd etdiyimiz şəxsin məsuliyyətli 

olub olmaması məsələsidir) və konkret hallarda təlqin edəcəyimiz fikir və düşüncələrdən 

müsbət yöndə təsirlənəcək biridir mi? sualıdır. Belə halların çoxunda olduğu kimi, xüsusi 



Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek 

 



 

hal  və  şərtlərə  dair  bilgisizliyimizə  görədir  ki,  biz  yalnızca  onu  bilə  bilərik  ki,  məsul 

tutulacaqları  gözləntisi,  müəyyyən  mövqedəki  insanların  arzuolunan  yöndə 

dəyişmələrinə təsir edəcəkdir. 

Əsas  məsələ  adətən  müəyyən  zehni  faktorların  hərəkətin  baş  verməsində  fəal  olub-

olmaması  deyil,  müəyyən  mülahizələrin  hərəkətə  rəhbərlik  etməkdə  mümkün  qədər 

effektivliyini təmin etməkdir. Bu, fərdin tərif və ya qınağa məruz qalmasını tələb edir. 

Adı  çəkilən  faktorlar  hərəkətdə  hər  hansı  dəyişikliyə  səbəb  olsun  ya  olmasın,  bu 

mütləqdir.  

Hüququn  insanın  davranışlarının  nə  zaman  öhdəlik  doğurduğuna  və  ya  onu  cəzaya 

məruz  qoymağa  qərar  vermək  üçün  dəqiq  ölçülər  tələb  etdiyinə  görə  məsuliyyət  hər 

şeydən öncə hüquqi bir anlayışa çevrilmişdir. Lakin o həm də insanın əxlaqi vəzifələrinə 

dair  baxışımızın  təməlində  duran  əxlaqi  konsepsiyadır.  Əslində  məsuliyyətin  sahəsi 

bizim  hamımızın  əxlaq  olaraq  adlandırdığımız  şeydən  xeyli  kənar  çıxır.  Sosial 

nizamımızın  (  social  order)  işləməsinə  dair  münasibətimiz,  onun  fərdlərin  nisbi 

mövqelərini müəyyən etmək üsuluna olan rəğbətimiz və ya narazılığımız məsuliyyətə 

baxışımızla  yaxından  əlaqəlidir.  Beləliklə  məsuliyyət  fikrinin  önəmi  məcburiyyət 

sferasından  xeyli  kənara  çıxır  və  onun  ən  böyük  əhəmiyyəti  yəqin  ki  insanın  öz  azad 

qərarlarına rəhbərlik etməsindəki roluna dayanır. 

Məsuliyyət müəyyən etməyin haqlı səbəbi  bu üsulun gələcək davranışlara təxmin edilən 

təsiridir  :  bu  insanlara  gələcək  müqayisəli  hallarda  nələri  gözə  almalı  olduqlarını 

öyrətməyi hədəfləyir. 

Bir  qayda  olaraq  insanların  öz  davranışlarını  əhatələyən  hal  və  şərtləri  anlamaqda  ən 

yaxşı mövqedə olduqları və buna görə də özləri üçün qərar verməkdə sərbəst olduqlarına 

baxmayaraq, biz şərtlərin onların biliklərinin ən yaxşı nəticə verməsi üçün əlverişli olmalı 

olduğunu  da  nəzərə  almalıyıq.  İnsanların  ağıllı  varlıqlar  olduqlarını  fərz  edib  onlara 

azadlıq veririksə, ağıllı varlıq kimi çıxış etmələri üçün də qərarların nəticələrindən məsul 

olduqlarını qəbul etməklə qarşılıq verməliyik. Bu o demək deyil ki, şəxs hər zaman öz 

maraqlarının  ən  yaxşı  hakimi  hesab  ediləcək:  bu,  sadəcə  onları  özlərindən  başqa 

kimsənin  daha  yaxşı  anladığına  heç  vaxt  əmin  olmayacağımız  və  ətraf-mühiti  bəşəri 

məqsədlərə xidmət etdirmək yolunda birgə səyi daha irəliyə aparmaqda yararlı olacaq 

şəxslərin bütün qabiliyyətlərindən tam yararlanmağı arzuladığımız mənasına gəlir. 

Məsuliyyət müəyyən etmək insan bacarıqlarının rasional davranışa qadir olmasını tələb 

edir  və  başqa  cür  olandan  daha  rasional  davranmağı  öyrətməyi  hədəfliyir.  O, 




 

© 2016 – 



İsmayıl Hacıyev

 

 



hərəkətlərinin  nəticələrinə  dair  bilginin  onlara  rəhbərlik  edə  bilməsi  üçün  onlarda 

minimum öyrənmək və uzaqgörənlik bacarığı nəzərdə tutur. 

Azadlıq  və  məsuliyyətin  bir-birini  tamamlayıcı  olmaları  o  deməkdir  ki,  azadlığa  dair 

iddia  yalnız  məsul  tutula  biləcək  şəxslərə  şamil  edilə  bilər.  Azyaşlılara,  əqli  qüsurlu 

insanlara və ruhi xəstələrə şamil edilə bilməz. O, təcrübədən öyrənmək bacarığında olan 

və  əldə  etdiyi  bilgiylə  hərəkətlərini  idarə  edə  bilən  şəxsi  nəzərdə  tutur: kifayət  qədər 

öyrənməmiş  və  öyrənmək  qabiliyyətində  olmayanlar  üçün  keçərli  deyil. Bu  mənada, 

davranışları  nəticəyə  dair  bilginin  rəhbərlik  etmədiyi  eyni  sabit  impulslar  tərəfindən 

müəyyən olunan şəxs, şəxsiyyət pozgunluğu olan biri, şizofrenik məsul tutula bilməz, 

çünki  onların  məsul  tutulacaqlarına  dair  bilgisi  davranışlarını  dəyişdirməyə  qadir 

deyildir. 

Eynisi kontrol edilə bilməyən impulslardan əziyyət çəkən insanlar, kleptomanlar və içki 

asılılığı  olanlara  (dipsomaniacs)  da  şamil  edilə  bilər,  təcrübə  onların  normal  tələblərə 

cavab  vermədiyini  sübut  etmişdir.  Şəxsin  öz  hərəkətlərinə  görə  məsul  tutulacağından 

xəbardar  olmasının  davranışına  təsir  edəcəyinə  inanmağa   səbəbimiz  varsa,  konkret 

məqamda  lazımı  nəticəni  versin  ya  verməsin  ona  məsul  şəxs  kimi  davranmalıyıq. 

Məsuliyyət müəyyən etmək hər hansı məqamda nəyin doğru olduğu yox, insanları daha 

düşüncəli  və  rasional  davranmaq  üçün  təşviq  etməkdə  nə  qədər  təsirli  olacağı  fikrinə 

əsaslanır.  Bu,  cəmiyyətin  başqa  insanların  fikirlərini  anlamaqdakı  acizliyimizin 

öhdəsindən gəlmək və məcburetməyə müraciət etmədən həyatımızda nizam yaratmaq 

üçün inkişaf etdirdiyi vasitədir. 

Bir önəmli xüsus da ondan ibarətdir ki, cəmiyyətin azad və məsul üzvü olmaq imtiyaz 

verdiyi  kimi,  özüylə  birlikdə  həm  də  öhdəlik  gətirən  xüsusi  statusdur:  əgər  azadlıq 

məqsədinə yetmək istəyirsə, bu status hər hansı şəxsin səlahiyyətinə bəxş edilməli deyil, 

avtomatik  olaraq  o  kəslərə  məxsus  olmalıdır  ki,  obyektiv  müəyyən  olunan  lazımi 

kriteriyalara  cavab  verir  (misalçün  yaş  senzi)  və  lazımi  minimum  bacarıqlara  sahib 

olduqları  fikri  təkzib  edilməyib.  Şəxsi  münasibətlərdə  qəyyumluq  halından  tam 

məsuliyyətliliyə keçid dövrü tədrici və durğun baş verə bilər və fərdlər arasında olan, 

dövlətin  müdaxilə  etməli  olmadığı  məcburetmənin  yüngül  formaları  məsuliyyətin 

dərəcəsi  ilə  müəyyən  oluna  bilər.  Siyasi  və  hüquqi  olaraq  fərqlər  açıq-aydın  və  dəqiq 

olmalı,  ümumi  və  qeyri-şəxsi  qanunlarla  müəyyən  edilməlidir  ki,  azadlıq  səmərəli 

olsun. İnsanın öz ağası yoxsa başqasının  iradəsinə tabe olmasıyla  bağlı qərarlarımızda 

biz ona ilk öncə həm məsul olub-olmayan biri kimi, həm də başqalarına qarşı anlaşılmaz, 

gözlənilməz  və  xoşagəlməz  tərzdə  davranmaq  haqqına  sahib  olub-olmayan  biri  kimi 

münasibətimizi  müəyyən  etməliyik.  Bütün  insanlara  tam  azadlıq  verilməsinin 

mümkünsüz  olduğu  gerçəyi  o  demək  deyil  ki,  hər  kəsin  azadlığı  məhdudiyyətlərə  və 




Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek 

 



 

fərdi 


şəraitə 

uyğunlaşdırılmış 

nizamlamalara 

məruz 


qalacaqdır. 

Uşaq məhkəmələrinin və ya ruhi dispanserlərin özəl münasibəti azad olmama halının, 

qəyyumluğun bir göstəricisidir.  

İnsanın  hədəflərinin  arxasınca  getməsində  sərbəst  olması  fikri  sərbəst  buraxılarsa 

yalnızca öz eqoist məqsədlərinin arxasınca düşəcək yaxud da bunu etməyi lazım gələcək 

kimi  fikirlərlə  xeyli  qarışdırılır.  Şəxsi  məqsədlərinin  ardınca  düşmək  eqoistlər  üçün 

olduğu  qədər  öz  dəyərlər  şkalasında  başqalarının  ehtiyaclarının  yüksək  yer  tutduğu 

altruistlər üçün də gərəklidir. Başqa insanların rifahını özlərinin ən ümdə məqsədi etmək 

insanların  (  çox  güman  ki  daha  çox  qadınların)    ümumi  təbiətinin  bir  parçası  və 

xoşbəxtliklərinin əsas şərtidir. Bizim üçün sərbəst olan seçim və əksərən bizdən gözlənən 

qərar bu tərz çıxış etməkdir. Bu mənada, əlbəttə, ümumi rəyə görə bizim əsas qayğımız 

ailəmizin  rifahı  olmalıdır.  Lakin  biz  həmçinin  başqalarıyla  dost  olub  hədəflərini  də 

özümüzünkü etməklə onlara təqdir və rəğbətimizi də göstərmiş oluruq. Həmkarlarımızı 

və  adətən  ehtiyaclarını  əsas  qayğımız  etdiyimiz  kimsələri  seçmək  azadlığın  və  azad 

cəmiyyətə dair əxlaqi konsepsiyaların zəruri bir parçasıdır.  

Fəqət  altruizm  mənasız  bir  konsepsiyadır.  Özü-özlüyündə  kimsə  başqa  insanlar  üçün 

daha səmərəli xidmət edə bilməz: üzərimizə götürdüyümüz məsuliyyət həmişə xüsusi 

olmalı,  yalnız  haqqında  müəyyən  faktları  bildiyimiz  və  seçimlərimizin  ya  da  xüsusi 

şəraitin  bizi  təhkim  etdiyi  kəslərlə  əlaqəli  olmalıdır.  Azad  insanın  nələrin  və  kimlərin 

ehtiyaclarının onun üçün ən önəmli olduğuna qərar verə bilməsi onun başlıca haqq və 

vəzifələrindən biridir.  

Hər insanın, hətta onları bəyənməsək belə hörmət etməli olduğumuz öz dəyərlər skalası 

olduğu həqiqətinin qəbul edilməsi individual şəxsiyyətə dair dəyər konsepsiyasının bir 

parçasıdır.  İstər-istəməz  bizim  bir  insanı  qiymətləndirməyimiz  onun  hansı  dəyərləri 

müdafiə  etdiyindən  asılı  olacaqdır.  Lakin  azadlığa  inanmaq  özümüzü  başqa  insanın 

dəyərlərinin mütləq hakimi saymamağımız, başqalarının bərabər surətdə qorunan haqq 

sahələrinə  təcavüz  etmədiyi  müddətcə  həmin  insanın  bəyənmədiyimiz  məqsədlərini 

həyata keçirməsinə mane olmaqda özümüzü haqlı görməməyimiz deməkdir. 

Fərdin  öz  dəyərləri  olduğunu  və  onun  izindən  getməkdə  haqq  sahibi  olduğunu 

tanımayan cəmiyyətin         fərdin ləyaqətinə heç bir hörməti olmaz və azadlığı həqiqi 

mənada anlaya bilməz. Lakin o da doğrudur ki, azad cəmiyyətdə fərd azadlıqdan nə cür 

istifadə  etməsinə  uyğun  hörmət  görəcəkdir.  Əxlaqi  etibar  azadlıq  olmadan  mənasız 

olardı: “ Yetkin bir insanın bütün yaxşı və pis hərəkətləri çox az əmək haqqına və göstəriş 

və  məcburiyyət  altında  edilmiş  olsaydı,  fəzilət  sözdən  başqa  nə  olardı,  yaxşı  hərəkətə 

görə  mükafat  nə  olardı,  ağıllı  və  təmkinli  olmaq  necə  mükafatlandırılardı?  “  Azadlıq 



 

© 2016 – 



İsmayıl Hacıyev

 

 



doğru hərəkət etmək imkanıdır, lakin bu həm də yanlış hərəkət etmək imkanını da ehtiva 

edir.  Azad  cəmiyyətin  yalnız  fərdlərin  müəyyən  dərəcədə  ortaq  dəyərlərə  sahib 

olduqlarında  səmərəli  işləyəcəyi  gerçəyinə  görə,  filosoflar  bəzən  azadlığa  əxlaqi 

qaydalara  uyğun  hərəkət  kimi  tərif  vermişlər.  Lakin  azadlığa  dair  bu  tərif  haqqında 

danışdığımız azadlıq anlayışının inkarıdır. Əxlaqi fəzilətin ( moral merit) əsas şərti olan 

hərəkət  azadlığı  yanlış  hərəkət  azadlığını  da  ehtiva  edir.  Biz  insanı  o  zaman  tərif  ya 

qınağa  məruz  qoya  bilərik  ki,  onun  seçim  etmək  imkanı  var,  qaydalara  riayət  etməyə 

məcbur edilmir, sadəcə təşviq edilir. 

İndividual azadlıq sahəsinin individual məsuliyyət sahəsi olması o demək deyil ki, biz 

hərəkətlərimizə  görə  müəyyən  kəslərə  hesabat  verməliyik.  Doğrudur,  başqalarının 

xoşuna gəlməyən şeylər etdiyimizə görə özümüzü onların tənqidinə məruz qoya bilərik. 

Ancaq  qərarlarımıza  görə  bütünlüklə  məsul  tutulmalı  olduğumuza  dair  ən  başlıca 

arqument,  bunun  diqqətimizi  hərəkətlərimizdən  asılı  olan  hal  və  hadisələrə 

yönəltməsindən  ibarətdir.  İndividual  məsuliyyətə  dair  fikrin  əsas  funksiyası 

hədəflərimizə çatmaqda bilik və bacarıqlarımızın səfərbər edilməsini təmin etməkdir. 

Azadlığın  yüklədiyi  seçim  yükü,  azad  cəmiyyətin  onun  öz  müqəddəratı  üçün  fərdə 

müəyyən etdiyi məsuliyyət, müasir dünya şəraitində əsas qeyri-məmnunluq mənbəyinə 

çevrilmişdir. Artıq daha əvvəllər olmadığı qədər, insanın müvəffəqiyyətləri teorik olaraq 

onun  hansı  özəl  qabiliyyətlərə  malik  olduğundan  yox,  bu  qabiliyyətlərin  doğru 

istifadəsindən  asılı  olacaqdır. Daha  az  ixtisaslaşma  və  təşkilatlanma  olduğu,  təxminən 

hər  kəsin  mövcud  olan  bütün  imkanlardan  xəbərdar  ola  bildiği  zamanlarda  insanın 

bacarıq  və  qabiliyyətlərini  doğru  istifadə  etmək  üçün  imkan  tapmağı  daha  asan  idi. 

Cəmiyyət  və  onun  mürəkkəbliyi  genişləndikcə  insanın  əldə  etmək  istədiyi  makafatlar 

onun  hansı  qabiliyyət  və  bacarıqlara  malik  olmasından  deyil,  bunların  doğru  istifadə 

edilməsindən asılı olmağa başlayacaq: və həm insanın bacarıqlarına uyğun iş tapmasının 

çətinliyi,   həm  də  eyni  texniki  bacarıq  və  özəl  qabiliyyətlərə  malik  insanların  aldıqları 

qarşılığa dair uyğunsuzluq artacaq. 

Yəqin ki, bir insanın öz həmcinslərinə daha faydalı ola biləcəyi və bacarıqlarının hədər 

olduğu  hissindən  yaranan  daha  acı  kədər  yoxdur.  Azad  cəmiyyətdə  kimsənin  insanın 

bacarıqlarının  lazımınca  istifadə  edilməsinə  nəzarət  etmək  vəzifəsinin  olmaması, 

kimsənin öz bacarıqlarını istifadə etmək üçün imkan iddiasında olmaması və imkanı özü 

tapmadığı təqdirdə bunların böyük ehtimalla hədər olacağı gerçəyi azad sistemə qarşı 

yönəldilmiş  ən  ağır  ittiham  və  ən  amansız  kinin  qaynağıdır.  Müəyyən  potensial 

bacarıqlarının olduğunun fərqində olmaq təbii olaraq başqa birinin onları istifadə etmək 

vəzifəsinin olduğu iddiasına aparır.  



Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek 

 



 

Özümüz üçün faydalılıq sferası, uyğun iş tapmaq zərurəti azad cəmiyyətin bizə müəyyən 

etdiyi  ən  sərt  qaydadır. Ancaq  bu  azadlıqla  bağlıdır,  çünki  bir  insanı  digər  insanların 

bacarıqlarını  istifadə  etməyə  məcbur  etmək  gücü  olmadan  heç  kəs  heç  kəsə  onun 

bacarıqlarının layiqincə istifadə ediləcəyini qarantiya edə bilməz. 

Biz  bir  insanın  bacarıqlarının  özünün  layiq  olduğunu  düşündüyü  tərzdə  istifadə 

ediləcəyini  yalnız  o  zaman  qarantiya  edə  bilərik  ki,  başqa  birini  kimin  ona  xidmət 

edəcəyini,  kimin  bacarıqlarından  və  məhsullarından  istifadə  edəcəyini  seçmək 

hüququndan məhrum etmiş olaq.  

Azad  cəmiyyətin  mahiyyəti  budur  ki,  insanın  dəyəri  və  mükafatı  teorik  olaraq  malik 

olduğu bacarıqlarından yox, onları qarşılıq verə bilən kəslər üçün faydalı olacaq konkret 

fəaliyyətə çevirmək uğurundan asılı olacaq. Və azadlığın başlıca hədəfi fərdin əldə edə 

biləcəyi bilikdən maksimum yararlanmaq üçün imkanla təmin etmək və təşviq etməkdir. 

Bu  baxımdan  fərdi  qeyri-adi  edən  şey  onun  ümumi  yox  xüsusi  biliyi,  konkret  hal  və 

şərtlərə dair biliyidir. 

Çox zaman azad cəmiyyətin daha  əvvəlkii tip cəmiyyətin qalıqları olan etik baxışlarla 

ziddiyyətdə olduğu başa düşülməlidir. Şübhə yoxdur ki, cəmiyyət nöqteyi-nəzərindən 

bir  insanın  öz  bacarıqlarını  faydaya  çevirmək  məharəti,  qabiliyyətlərinin  ən  səmərəli 

istifadəsini  tapmaq  bacarığı  hər  şeydən  daha  yararlıdır:  lakin  ümumən  bu  tərz 

bacarıqlılıq  xoş  qarşılanmır  və  eyni  bacarıqlara  sahib  olanlar  arasında  xüsusi  halların 

daha  uğurlu  istifadəsi  ilə  əldə  edilən  üstünlük  ədalətsiz  hesab  edilir.  Bir  çox 

cəmiyyətlərdə  üzərinə  yüklənmiş  vəzifə  və  öhdəlikləri  olan  təşkilatlı  ierarxiyadakı 

hərəkət  şərtlərindən  irəli  gələn  "aristokratik"  ənənə,  imtiyazlarının  onları  başqalarının 

ehtiyacı  olduğu  şeyləri  təmin  etmək  məcburiyyətindən  azad  etdiyi  kəslər  tərəfindən 

inkişaf  etdirilən  ənənə,  bacarıqları  başqaları  tərəfindən  kəşf  edilənə  qədər  gözləməyin 

daha yaxşı olduğunu hesab edir, həm də ki yalnızca yüksəlmə uğrunda ciddi mübarizə 

aparan dini və etnik azlıqlar bu cür irəliləməyə nail olmuşlar ( ən yaxşı almancı Findigheit 

termini ilə ifadə edilir) və ümumən bu səbəbə görə də sevilmirlər.  

Bir  şeyin  və  ya  bir  kəsin  bacarıqlarının  ən  yaxşı  istifadəsi  üsulunun  kəşfi  fərdin  öz 

həmcinslərinin  rifahı  üçün  cəmiyyətə  verdiyi  ən  böyük  töhfələrdən  biri  olduğuna  və 

bunun üçün maksimum imkanla təmin etməklə azad cəmiyyətin digər cəmiyyətlərdən 

daha firavan olacağına şübhə yoxdur. Bu təşəbbüskarlıq bacarığının uğurlu istifadəsi ( 

bacarıqlarımızın  ən  yaxşı  istifadə  üsulunu  tapmaqda  hamımız  təşəbbüskarıq)  azad 

cəmiyyətdə  ən  yüksək  qiymətləndirilən  fəaliyyətdir,  ancaq  bacarıqlarının  istifadə 

üsulunu tapmaq vəzifəsini başqasına həvalə edən biri daha az mükafatla kifayətlənməli 

olacaqdır. 




 

© 2016 – 



İsmayıl Hacıyev

 

 



 

Bunu anlamaq vacibdir ki, "istifadə edilməyi" gözləyən mütəxəssisləri, özlərinə layiqli 

mövqe  tapmağa  qadir  olmayanları  və  özlərinin  qabiliyyət  və  bacarıqlarının  layiqli 

istifadəsini təmin etməyi başqasının məsuliyyəti hesab edənləri yetişdirməklə insanları 

azad  cəmiyyət  üçün  yetişdirmiş  olmuruq.  Azad  cəmiyyətdə  bir  şəxsin  müəyyən  bir 

sahədə  bacarıqlı  olmasına  baxmayaraq,  qabiliyyətlərini  ondan  böyük  fayda  əldə  edə 

bilənlər üçün məlum  etmək bacarığına da malik olmadıqca onun xidmətlərinin dəyəri 

təbii ki, aşağı olacaqdır. Eyni səy göstərməklə eyni dərəcədə bilik və bacarığa yiyələnmiş 

iki şəxsdən birinin müvəvvəq, digərinin müvəffəqiyyətsiz olması ədalət hissimizə toxuna 

bilər, lakin biz azad cəmiyyətdə xüsusi fürsətlərdən yararlanmağın faydalılığı müəyyən 

etdiyini qəbul etməli və təhsilimizi və kültürümüzü ona uyğun nizamlamalıyıq. Biz azad 

cəmiyyətdə bacarıqlarımıza görə yox, onu doğru istifadə etməyə görə qarşılıq alırıq: və 

bu  özümüzə  uyğun  peşə  seçməkdə  azad  olduğumuz  və  istəmədiyimiz  şeyə 

yönləndirilmiş olmadığımız müddətcə belə olmalıdır. Doğrudur, demək olar ki, uğurlu 

karyeranın  hansı  hissəsinin  yüksək  savada,  qabiliyyətə  və  ya  təşəbbüsə  və  hansı 

hissəsinin uğurlu təsadüflərə görə olduğunu müəyyən etmək heç zaman mümkün deyil: 

lakin bu, doğru seçim etməyi hər kəs üçün önəmli etməyin əhəmiyyətini heç bir vəchlə 

azlatmır. 

Bu  bəsit  gerçəyin  nə  qədər  az  anlaşıldığı  yalnız  sosialistlərin  dilə  gətirmədikləri  "  hər 

uşağın vətəndaş kimi təbii hüquqları vardır, bunlar təkcə həyat, azadlıq və xoşbəxtliyinin 

ardınca düşmək hüququ deyil, həm də qabiliyyətinin onu haqlı etdiyi sosial nərdivanda 

yaxşı  mövqedə  olmaq  hüququdur  "  kimi  iddialarda  özünü  göstərir.  Azad  cəmiyyətdə 

insanın bacarıqları ona hər hansı xüsusi mövqedə olmaq haqqı vermir. Bu cür iddiada 

olmaq  hər  hansı  bir  qurumun  öz  mühakiməsinə  uyğun  olaraq  insanları  hər  hansı  bir 

mövqeyə yerləşdirmək hüquq və səlahiyyətinin olduğu demək olardı. Azad cəmiyyətin 

təklif  edə  biləcəyi  şey  layiqli  mövqe  axtarmaq  imkanından  ibarətdir.  Bu  mənada  azad 

cəmiyyətin  fərdləri  çox  zaman  xoşagəlməz  bir  təzyiq  altında  qoyduğunu  inkar  etmək 

olmaz. Lakin insanın başqa tip cəmiyyətdə bu cür təzyiqdən xilas olacağını düşünmək 

sadəcə illüziyadır: insanın öz gələcəyindən məsul olmasının gətirdiyi təzyiqin alternativi 

şəxsin itaət etməli olduğu əmrlərin daha mənfur təzyiqidir. 

Çox  zaman  iddia  olunur  ki,  insanın  yalnızca  öz  müqəddəratından  məsul  olduğu  fikri 

yalnız  uğurlu  olanlar  üçün  keçərlidir.  Bu  fikir  özü-özlüyündə  altında  yatan  "insanlar 

uğurlu olduqları üçün bu inama sahibdirlər" eyhamı kimi qəbuledilməz deyildir. Mən 

insanların bu inama sahib olduqları üçün müvəffəqdirlər fikrinə yaxınam. İnsanın əldə 

etdiyi bütün şeylərin yalnız öz səy, bacarıq və zəkasının məhsulu olduğu fikri nə qədər 



Məsuliyyət və Azadlıq – Fridrix fon Hayek 

 

10 



 

yanlış olsa da, bu, onun enerjisi və diqqəti üzərində yararlı təsir etməkdə uğura malikdir. 

Uğurlu olanların özündənrazı qürurluğu adətən dözülməz və incidici olsa da, uğurun 

bütünlüklə özündən asılı olduğu fikri praqmatik olaraq yəqin ki, uğurlu fəaliyyət üçün 

ən  təsirli  təşviqedicidir:  lakin  şəxs  səhvlərinə  görə  başqalarını  və  ya  hal  və  şərtləri 

günahlandırmağa  meylli  olarsa,  bir  o  qədər  də  qeyri-məmnun  və  uğursuzluğa  meylli 

olacaqdır. 

 

Müasir  dövrdə  məsuliyyət  fikri  fərdin  məsuliyyət  sahəsinin  həddindən  artıq 



genişləndirilməsi  ilə  olduğu  qədər  ona  əməllərinin  nəticəsindən  bəraət  verilməsi  

nəticəsində  də  zəifləmişdir.  Fərdi  məsul  tutmağımızın  məqsədi  davranışına  təsir 

etməkdirsə, bu yalnız onun davranışının insan tərəfindən öncədən görülməsi mümkün 

olan  və  diqqət  ayırmağını  arzulaya  biləcəyimiz  nəticələrinə  dair  olmalıdır.  Effektiv 

olması  üçün  məsuliyyət  müəyyən  və  məhdud,  əqli  və  mənəvi  cəhətdən  insan 

qabiliyyətinə uyğunlaşdırılmış olmalıdır. İnsanın hər şeydən məsul olduğunu təlim edən 

hər  hansı  məsuliyyət  fikri  insanın  heç  nədən  məsul  olmadığı  fikri  qədər  zərərlidir. 

Azadlıq  fərdin  məsuliyyətini  onun  mühakimə  yürütməsinin  mümkünlüyü  təsəvvür 

ediləbiləcək  yerə  qədər  genişləndirilməsini,  nəticələrinin  yalnız  fərdin  uzaqgörənlik 

qabiliyyəti  daxilində  olduğu  hərəkətləri    hesaba  almasını  və  xüsusən,  fərdin  eyni 

dərəcədə azad olduğu digərləri üçün deyil, yalnız öz hərəkətlərindən ( yaxud himayəsi 

altında olanların) məsul tutulmasını tələb edir. 

 

Effektiv  olması  üçün  məsuliyyət  fərdi  olmalıdır.  Azad  cəmiyyətdə  ortaq  razılaşma  ilə 



özlərini  fərdən  və  şəxsən  məsul  etmədikcə  qrup  üzvlərinin  heç  bir  kollektiv 

məsuliyyətindən söhbət gedə bilməz. Bölüşdürülmüş və ya birgə məsuliyyət fərd üçün 

başqalarının  fikirləriylə  razılaşmaq  zərurəti  yarada  bilər  və  hər  ikisinin  gücünü 

məhdudlaşdırar. Eyni məsələləri, hansı ki insanların üzərlərinə haqqında razılaşılmamış 

və  ortaq  qərar  alınmamış  vəzifələr  yükləyir,  bütün  insanların  məsuliyyətinə  vermək 

adətən  heç  kəsin  özünün  məsul  olduğunu  qəbul  etməməsi  ilə  nəticələnir.  Mahiyyət 

etibarilə hər kəsin mülkiyyətində olan şey heç kəsin mülkiyyətində olmadığı kimi, hər 

kəsin məsuliyyətində olan şey heç kəsin məsuliyyətində ola bilməz. 

Müasir dünyanın inkişafı, özəlliklə böyük şəhər həyatının inkişafı keçmiçdə spontan və 

çox yararlı birgə fəaliyyətə səbəb olan məhəlli məsələlərə dair məsuliyyət hissini yox etdi. 

Məsuliyyətin başlıca halı budur ki, o, fərdin dəyərləndirə biləcəyi hal və şərtlərlə, xəyal 

gücünü  çox  yormadan  özününkü  edə  biləcəyi  və  həllini  başqa  birinin  yox,  özünün 




11 

 

© 2016 – 



İsmayıl Hacıyev

 

 



problemi olaraq görə biləcəyi məsələlərlə bağlı olmalıdır. Belə bir halı sənaye şəhərinin 

anonim  qələbəliyindəki  həyata  aid  etmək  qeyri-mümkündür.  Artıq  orada  fərd  adətən 

şəxsi  bağlılığı  və  yaxından  tanışlığı  olduğu  kiçik  topluluğun  üzvü  deyil.  Bu  onun 

müstəqilliyini artırsa da, həm də onu ətrafındakıların şəxsi əlaqə və dostca münasibətlə 

təmin  etdiyi  güvənlilikdən  də  məhrum  edir.  Şübhə  yoxdur  ki,  qeyri-şəxsi  dövlət 

gücündən müdafiə və təhlükəsizlik yönündəki artan tələb böyük ölçüdə bu kiçik maraq 

qruplarının aradan çıxmasının və artıq məhəlli qrupun digər üzvlərinin şəxsi münasibəti 

və yardımına arxalana bilməyən fərdin özünütəcrid hissinin nəticəsidir.  

Kiçik  maraq  qruplarının  yox  olması  və  onun  məhdud,  qeyri-şəxsi  və  müvəqqəti 

əlaqələrdən  ibarət  geniş  şəbəkəylə  əvəzlənməsindən  təəssüf  hissi  keçirsək  də,  yaxşı 

bildiklərimizə və yaxınlarımıza olan məsuliyyət hissimizin teorik olaraq bildiklərimizə 

və  kənar  adamlara  qarşı  da  oxşar  bir  hislə  əvəzlənməsini  gözləyə  bilmərik.  Yaxın 

qonşularımızın  taleyinə  dair  həqiqi  narahatlıq  hissi  keçirə  bilərik  və  adətən  lazım 

olduqda  necə  yardım  edəcəyimizi  də  bilərik,  yalnızca  varlıqlarından  xəbərdar 

olduğumuz lakin fərdi vəziyyətlərini bilmədiyimiz minlərcə və ya milyonlarca bədbəxt 

insan  üçün  isə  eyni  hisləri  keçirə  bilmərik.  Nə  qədər  onların  səfalətinin  hesabları  ilə 

hərəkət etsək də, dünyada  əzab çəkən saysız-hesabsız insana dair mücərrəd məlumatı 

gündəlik  davranışlarımıza  rəhbər  edə  bilmərik.  Edəcəyimiz  şeyin  yararlı  və  səmərəli 

olmağını  istəyiriksə,  hədəflərimiz  ölçülü,  insan  idrakının  və  xoş  niyyətinin  sərhədləri 

daxilində  olmalıdır.  Cəmiyyətimizdə,  ölkəmizdə  və  ya  dünyada  yoxsul  və  bədbəxt 

insanlara  qarşı  “sosial”  məsuliyyətimizin  daim  xatırladılması  gərək  ki,  hərəkət  etməli 

olduğumuz  və  hərəkət  etməyə  məcbur  olmadığımız  öhdəliklər  arasında  fərq  aradan 

qalxmaq həddinə gələnə qədər hislərimizin zəiflədilməsi təsirini yaradacaqdır. Effektiv 

olmağı  üçün  məsuliyyət  insanın  müxtəlif  vəzifələrin  əhəmiyyətinə  qərar verməkdə  öz 

konkret biliyinə arxalanmağa, öz əxlaqi prinsiplərini bildiyi hadisələrə tətbiq etməyə və 

insana pislikləri könüllü surətdə azaltmağa imkan yaradacaq şəkildə məhdud olmalıdır. 

Friedrich Hayek – “The Constitution of Liberty” kitabından. 

Tərcümə etdi: İsmayıl Hacıyev 



 

 

Yüklə 105,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə