Metal və ərintilər fizikası Elmi tədqiqat laboratoriyası



Yüklə 41,69 Kb.
Pdf görüntüsü
tarix02.03.2018
ölçüsü41,69 Kb.
#28792


Metal və ərintilər fizikası  

Elmi tədqiqat laboratoriyası 

            1988-ci  illərdə  AzMİU-da  Fizika  kafedrasında  elmi  tədqiqat  işləri  geniş 

miqyasda  inkişaf  edirdi.  Müasir    fizikanın  ən  aktual  problemlərini  əhatə  edən 

istiqamətlər  üzrə  çoxkomponentli    maqnityumşaq  ərintilərin    quruluşu  və  fiziki  

xassələri,  alınmış  nəticələrin    müxtəlif    istehsalat    sahələrində    tədbiqləri  

mövzusunda    T.M.Pənahovun    rəhbərliyi  altında   araşdırmalar   aparılırdı.  Bunun  

nəticəsi  olaraq    o,  doktorluq      dissertasiyası    müdafiə  etdi.    T.M.Pənahovun 

Metallar  fizikası    sahəsində    apardığı    elmi  tədqiqat    işləri  diqqətdən  kənarda 

qalmadı . İstər  tədqiqatların  əhəmiyyəti, istərsə  də  alimin elmi potensialı  yeni 

bir  elmi  mərkəzin    yaradılmasına  səbəb  oldu.  Respublika,    İttifaq    və  Beynəlxalq 

miqyaslı  konfrans  və simpoziumlarda  məruzələrin   elmi dəyərini   nəzərə alan    

Təhsil    nazirliyi    AzMİU-nun    Fizika  kafedrasında    Metal  və  Ərintilər    fizikası  

elmi tədqiqat  laboratoriyası  yaradılmasını   məqsədəuyğun saydı  (08.04.1991-ci 

il  231  saylı  əmr).    Laboratoriyaya    rəhbərlik      f.r.e.d.  prof.  T.M.Pənahova   

tapşırıldı.     Metal  və ərintilərin  tədqiqi  üçün   Azərbaycanda  yeganə mərkəz 

kimi  yaradılmış,    müasir  avadanlıqla    təchiz  edilmiş,    laboratoriya  fəaliyyətini 

uğurlarla    davam  etdirir.    Elektron  paramaqnit    rezonans  spektrometri,  Optik  və 

maqnitooptik    universal  qurğusu  Moskvada    xüsusi    mükafata  layiq  görülüb. 

Materialların    maqnit  və    elektrik    xassələrini    tədqiq  etmək    üçün    qurğularla  

təchiz  edilən  laboratoriyada    yüksək  temperaturlarda  termik,  termomaqnit    emalı, 

krio və mexaniki emal kimi ölçmələr  aparmaq  üçün qurğular  hazırlanıb. Hazırda 

nazik  lövhələrdə  tədqiqatı  daha  incə  ölçmələrdə    aparmaq  üçün    Atom  qüvvət 

mikroskopu    alınıb.  T.M.Pənahov    Budapeşt      Texniki    Universitetində,  Elmlər 

Akademiyasında    Elmi  təcrübə    mübadiləsində    olmuş,  amorf  maqnit  yumşaq 

ərintilərin  alınma  texnologiyasını  öyrənmiş  və  elmi  tədqiqat      laboratoriyasında 

qurğunun    quraşdırılmasına    nail  olmuşdur.    Hazırda  nanotexnologiya  sahəsində 

müasir səviyyədə işlər aparılmaq üçün  qurğular hazırlanır. 



              1991-ci  ildə    AzTU-nun    Metallurgiya  fakültəsində  Metallar  fizikası 

ixtisasının  açılmasının    təşəbüskarı  olan  T.M.Pənahov    tədris  planını  və  fənn 

proqramlarını  tərtib  etmişdir.  Bu  işlər  sonradan  AzMİU-nun    fizika  kafedrasına  

keçirilmişdir.  AzMİU-da  “Fizika”  kafedrası  nəzdində    “Metallar    fizikası”  

ixtisasının    açılmasında    və  bu  sahədə    elmi  kadrların    yetişdirilməsində      prof. 

T.M.Pənahovun    fəaliyyəti    əvəzsizdir.  Kafedranın    nəzdində  “Metallar  fizikası” 

ixtisası  üzrə    magistrlar  hazırlanır    və  elmi  tədqiqat  laboratoriyalarında    elmi-

texniki tələblərə cavab verən magistr dissertasiyaları  müdafiə olunur. İran və digər 

xarici dövlətlərdən magistrlar hazırlayırlar. 

              Laboratoriyada    bir  neçə  nəfər  aspirant,  dissertant,  doktorant  kimi  elmi 

tədqiqat  işlərini  yerinə  yetirmiş,  elmlər  namizədi  alimlik  dərəcəsi  almışdır. 

Musayev  Zabit  Səməd  oğlu    Türkiyə  Universitetində    bölüm  başkanıdır, 

İsgəndərov İslam Əsəd oğlu  Aviasiya Akademiyasında kafedra müdiridir, elmlər 

doktorudur.  Əhmədov    Valik    İbrahim  oğlu  Fizika  kafedrasında  dosentdir, 

Hüseynov  Firudin  Səfər  oğlu    Metallurgiya  sahəsində  müstəqil  elmi  işlər  aparır, 

İbrahimov Aydın İsmayıl  Tədris  müdiridir, müxtəlif  yerlərdə  işləyirlər, bundan  

başqa    Mirzəliyev    İntiqam    Əlisabir  oğlu,  İsayeva    Aida    Əjdər  qızı,  Rəfiyev 

Nurlan Mərhəmət oğlu  dissertasiya işi üzərində çalışırlar.  Universitetdə keçirilən  

tələbə  elmi  konfranslarında  laboratoriyada    aparılan    elmi  işlərdə    iştirak  edən  

tələbələr  müvafiq    mövzularda    çıxış  edirlər.    “Materiallar  fizikası”    ixtisasında 

oxuyan  bakalavr  və magistrlar  uyğun  kurslarda  laboratoriya  işlərini və buraxılış 

işlərini    yerinə  yetirirlər.  Laboratoriyada  alınan  nəticələr  ümumi  fizika  kursunun  

bir  çox  bölmələrində,  “Metallar  fizikası”,  “Səthin  radiasiya  və  yüksək  enerjili 

şüalarla  emalı”,  “Rezonans  tədqiqat  metodları”,  “Metalları  dağıtmadan  müayinə 

üsulları” və s. fənnlərin  tədrisində istifadə edilir. Laboratoriyada görülən tədqiqat 

işləri əsasında yazılmış  dərs vəsaitindən   ixtisas qruplarında oxuyan tələbələr və 

elmi işçilər istifadə edirlər. 

          Laboratoriyada  Tədqiqatın    nəticəsi  olaraq    “Nikel  əsasında  ərintilərin 

quruluşu    və  fiziki  xassələri”  mövzusunda    monoqrafiya  (Rus  və  Azərbaycan 

dilində)  elmi kütləvi “Maqnetizm” kitabı nəşr edilib. 




            Alınan  nəticələr  4  müəlliflik    şəhadatnaməsinə,  laboratoriyada    4  patentə,                  

7-dən  çox sertifikata layiq görülüb.  

           Metallurgiya,  radiotexnika,  elektrotexnika,  informasiya  texnologiyaları  

sahələrində  geniş tətbiq olunan  bu materialların  tətbiqi xüsusi  maraq kəsb edir. 

Keçid  və  nadir  torpaq    elementləri    ilə  legirlənmiş    FeCo  ərintilərindən  alınan 

materiallar  kompakt    və  ovuntu  halında  hidrogen  mühitində  termomaqnit    və 

termik  emal  edilmiş, ərintilərin quruluşunu, elektrik və maqnit xassələrini tədqiq  

etməklə    yanaşı,  alınan  nəticələr  kollektivləşmiş,  lokallaşmış    elektron    modelinə 

və  fluktuasiya    nəzəriyyəsinə    görə    nəzəri    izah  edilmiş    istehsalata    tövsiyə 

olunmuşdur. Alınan   ərintilərin fiziki xassələri cədvəldə verilmişdir  və 1 sm

2

-də 


müasir səviyyədə 10

5-

10



6

 informasiya qəbul edir. 

 

 

Fiziki parametrlər 



Ərintinin növü 

Kompakt ərintilər 

Amorf ərintilər 

Nanokristallik  

ərintilər 

Koersitiv qüvvə  

(H

s

) (A/m) 



0.4 

0.4-0.8 


0.5-2 

Maqnit 


nüfuzluluğu (μ) 

10



10·10

10



Doyma    maqnit 

induksiyası B

s

 Tl 



0.8 

1.2-1.6 


1.1-1.95 

Xüsusi 


elektrik 

müqaviməti  

mkOm san 

20-36 


120-200 

110-140 


 


Bu materiallar  üçün patent alınmış  mikromühərrik hazırlanmış Moskva şəhərində  

elektromexanizm zavodunda  istehsalata  tövsiyyə edilmişdir. 

             Baku    Steel  Company  MMC  şirkətinin    baş  direktorunun    AzMİU-nun 

rektoruna  SMİKS  -0072 saylı 04.04.2011 tarixdə   məktubda göstərilir ki,  Baku 

Steel Company  şirkətilə  bağladığımız  birgə müqaviləyə əsasən birgə işlədiyimiz 

müddətdə    yeni    tərkibli    arqon    və  arqomiks    qazlarını    almışıq    və  nəticədə  

texniki  şərt  alınmışdır.  Bakı-Ceyhan  neft –qaz xəttinin inşasında istifadə olunan 

arqomiks  qaz  qarışığı,  bahalı  arqon  qazının  əvəzi  kimi    tikintiyə  iqtisadi  səmərə 

gətirmişdir. 

             2002-2003-cü  illərdə  ilk  dəfə    Respublikada  istehsal  olunan    arqon    və 

arqomiks  qaz  qarışığı  bu  gündə    Respublikanın    neft-qaz  çıxarma    və  digər 

sahələrdə  istifadə olunur və keyfiyyətlə bağli heç bir irad  yoxdur. 

             Professor    T.M.Pənahov    Azərbaycan    Memarlıq    və    İnşaat  Universiteti  

və    “Baku  Steel  Company”    MMC  ilə  birlikdə    “Metallurgiya  və  Metallar 

fizikasının    müasir    problemləri”    mövzusunda    3  beynəlxalq    elmi  praktiki 

konfrans  keçirilmişdir. Dünyanın   ən mühüm elmi yenilikləri haqqında məlumat 

vermişdir. 

            Metal    və    ərintilər  fizikası    ETL-in  2001-2005-ci  ildə  “Yeni  maqnit 

materiallarının  işlənib  hazırlanmasının  fiziki  əsasları,  2005-2010-ci  ildə 

“Nizamlanan Fe-Co ərintilərinin strukturu və fiziki  xassələrinə keçid  və   nadir 

torpaq  elementlərinin  təsiri

”,  2011-2013-cü  ildə    “CoFe  əsaslı    amorf 

maqnityumşaq  ərintilərin    istilik    və  elektrik  xassələri  arasında    korrelyasiya  və 

kompozit  materialların    texnologiyası”  mövzusunda  apardığı    elmi-tədqiqat 

işlərinin    vahid  planını    AMEA,  Respublika    elmi  tədqiqatların    təşkili  və 

əlaqələndirilməsi  şurası,  Fizika  problemləri  şurası    müzakirə  etmiş,  mövzuların 

təsdiq    olunması  və  işlənməsinin    məqsədə  uyğun  olunmasını  FP-020  saylı 

04.06.2010 tarixdə qeydə almışdır. 

            ETL-də  istifadə  olunan    qurğu    və  cihazlar    Azərbaycan  Respublika  

Standartlaşdırma,  Metrologiya  və  Patent    üzrə    Dövlət  Komitəsi  Təcrübə  Sınaq 




mərkəzi 29.08.2013-cü  ildə  142/6 protokolu    ilə    sınağın  nəticələrini  təsdiq  etmiş 

və 140/6  şəhadətnamə  vermişdir. 

              Bu  qayda    ilə  2014-2018-ci  illərdə  aparılan    mövzunun    təsdiqi  üçün 

sənədlər  alınmışdır.

 

2014-cü  ildə  “Çox  komponentli  maqnityumşaq  ərintilərin 



quruluşu”

  ,  

mərhələ 1:  Nazik lövhələrdə Fe-Co amorf maqnit ərintilərinin Atom 

qüvvət  mikroskopu  vasitəsilə  səth  relyefin  öyrənilməsi,  2015-ci  ildə  “Çox 

komponentli  maqnityumşaq  ərintilərin  nadir  metallarla  legirlədikdə  termomaqnit 

emaldan asılı olaraq elektrik xassələrinin tədqiqi”,

   

mərhələ 2: Xromla legirlənmiş 

amorf  maqnityumşaq    Fe-Co-Cr-B  ərintisinin    termik  emaldan  asılı  elektrik 

xassələrinin  tədqiqi,  2016-ci  ildə

      “

Amorf  maqnityumşaq  və  nanokristallik 



materialların  fiziki əsaslandırılması”,

     

mərhələ 3: Nizamlanan (CoFe)

1-x

Si

x



 əsaslı 

kristallik  və  amorf    ərintilərin  maqnit    və    maqnitooptik    xassələrinin  tədqiqi,  

2017-ci  ildə  “Amorf  maqnit  materialların  alınmasının  elmi  əsaslarının  işlənməsi, 

işçi qurğunun hazırlanması və istismara təhvil verilməsi”,  mərhələ 4: (FeCo)

1-x

Si

x



 

amorf    maqnit  ərintilərin  krioemaldan  və  termomaqnit  emaldan  asılı  maqnit 

xassələrinin tədqiqi,

  

2018-ci ildə  “Termik emaldan asılı olaraq  mürəkkəb tərkibli 



amorf  maqniyumşaq ərintilərin quruluşu, optik xassələrinin tədqiqi”

    , 

mərhələ 5: 

Nb  elementi  ilə  legirlənən  (FeCo)

1-x


M

x

  amorf  maqnityumşaq  ərintilərin  optik, 



maqnit  xassələrinin  tədqiqi    və  istehsalata  tövsiyyələr  vermək  adlı  mövzuları 

işlənmişdir. 




    

Şəkil1.  Metal  və  amorf      maqnityumşaq  ərintilərin    optik  və  maqnitooptik  

xassələrini  tədqiq  etmək üçün qurğu 

 

 



Şəkil 2.Amorf maqnityumşaq ərintilərin alınması üçün ETL-də hazırlanan qurğu 


  

 

Şəkil 3. Tədqiq edilən nazik  lövhələrin  səthində tədqiq etmək üçün Atom qüvvət 



mikroskopu 

Yüklə 41,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə