Metallarin ekspertizasi və TƏKMİLLƏŞDİRİLMƏSİ mövzusunda magistr dissertasiyasi kafedranın adı: Beynəlxalq ticarət və gömrük



Yüklə 310,25 Kb.
səhifə1/4
tarix11.01.2018
ölçüsü310,25 Kb.
#20339
  1   2   3   4

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

KAZIMLI ÜLVİ ZÖHRAB OĞLU

METALLARIN EKSPERTİZASI VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ

mövzusunda

MAGİSTR DİSSERTASİYASI

Kafedranın adı: Beynəlxalq ticarət və gömrük.

İxtisasın adı: Gömrük ekspertizası.

Elmi rəhbər: Magistr proqramının rəhbəri:

Prof., İ. e. d. Şəkərəliyev A.Ş İ. e. n. Aslanova M.M

Kafedra müdiri: Prof., İ. e. d. Şəkərəliyev A.Ş

BAKI – 2016

Mündəricat:



Referat..................................................................................................................3

Giriş......................................................................................................................8

FƏSİL I. Metalların gömrük ekspertizasının təşkili və aparılması qaydaları.............................................................................................................10

1.1. Gömrük ekspertizasının aparılmasının təşkili...............................................10

1.2. Gömrük ekspertizasının aparılmasının qanunvericilik bazası və onun normativ-hüquqi əsasları.....................................................................................19

FƏSİL II. Qara metalların gömrük ekspertizasının aparılmasının mövcud durumu və onun qiymətləndirilməsi................................................................39

2.1. Qara metalların gömrük ekspertizasının aparılması qaydası.........................39

2.2. Qara metalların gömrük ekspertizasının aparılmasının dünya təcrübəsi və onun müqayisəli təhlili.........................................................................................52
FƏSİL III. Qara metalların gömrük ekspertizasının aparılmasının təkmilləşdirilməsi istiqamətləri........................................................................57

3.1. Qara metalların gömrük ekspertizasının təkmilləşdirilməsi istiqamətləri.....57

3.2. Qara metallar və onlardan alınan məmulatların eyniləşdirilməsi və XİF-də onun rolu..............................................................................................................63

Nəticə və Təkliflər..............................................................................................72

Əlavələr...............................................................................................................74

Ədəbiyyat siyahısı..............................................................................................89

Резюме................................................................................................................91

Summary............................................................................................................92

Mövzunun aktuallığı:

Ekspertiza birbaşa ölkənin təhlükəsizliyi ilə əlaqədar olduğundan özünün aktuallığını daima qoruyub saxlamışdır. Ölkəmizin ticarəti genişləndikcə, idxal-ixrac proseslərinin həcmi artdıqca, əməkdaşlıq etdiyimiz ölkələrin sayı artdıqca gömrükdən mal keçirilməsi həcmi də artır və bu zaman ekspertiza sahəsi daha çox məsuliyyətli olmağa çalışır. Çünki keçirilən mallara onlar zəmanət verir.

Ekspertiza – Latınca ekspert sözündən götürülüb təcrübəli deməkdir. Ekspert tədqiqatının spesifik xüsusiyyəti bir qayda olaraq əvvəlcədən dəqiq müəyyənləşdirilmiş suallara qısa zaman ərzində və aydın cavab verilməsindən ibarətdir. Ekspert tədqiqatı qoyulmuş suallara cavab verir. Ekspert rəyindən müxtəlif sahələrdə yaranmış mübahisəli məsələlər və ya problemlər üzrə əsaslandırılmış qərar qəbul etmək üçün istifadə olunur.

Mövzunun əhatə dairəsi:

Mövzunun 1-ci fəsli gömrük ekspertizasının təşkilinə, ekspert-tədqiqat metodlarına, gömrük ekspertizasının aparılmasının qanunvericilik bazası və bu bazanın təkmilləşdirilməsi istiqamətlərinə həsr edilmişdir. Məlumdur ki, ekspertizaya aid ilk anılma üzrə məlumatlar VI əsrə təsadüf olunmaqla məhkəmə icraatında xüsusi tibbi biliklərin tətbiqi haqqındadır və ilk olaraq Çində meydana gəlmişdir.

Gömrük ekspertizasının aparılması qaydaları Ümumdünya Gömrük Təşkilatının tövsiyyələrinə, laboratoriyanın təşkili üzrə “Gömrük Laboratoriyalarına Rəhbərlik” (Customs Laboratory Guide, Brussel,1996, WCO) metodiki toplusu əsasında həyata keçirilir. Bununla əlaqədar xarici ticarətin gömrük statistikasının təhlili üzrə laboratoriyanın inzibati təşkili strukturu müəyyənləşdirilərək gömrük nəzarəti obyektlərini tədqiqi üzrə müvafiq avadanlıq, analitik cihaz, kimyəvi reaktivlər dəsti mal çeşidləri üzrə texniki ədəbiyyyat, standart nümunələr, beynəlxalq, dövlət, sahə standartları, texniki şərtlərə dair sorğu bankı yaradılır.

Gömrük orqanları sistemində gömrük sahəsinə olan ekspert-tədqiqat funksiyaları normativ hüquqi aktların tələblərinə uyğun şəkildə həyata keçirilir. Gömrük laboratoriyalarında ekspert-tədqiqat funksiyasının həyata keçirilməsi Gömrük Məcəlləsinin 20-ci bölməsinin 56-cı fəslinə, 322-326-cı maddələrin tələblərinə uyğun olaraq nəzarət obyektlərinin aqreqat halı-tədqiqat obyektinin spesifik xüsusiyyəti yəni mal kateqoriyası nəzərə alınmaqla, həmçinin respublika nazirlər kabinetinin 27 Avqust 2013-cü il 232 saylı qərarına uyğun sürətdə həyata keçirilir. Bu qərarda gömrük ekspertizasının aparılması qayadaları qanunvericilik bazası əsasında öz əksini tapır.

Mövzunun 2-ci fəslində qara metalların yerləşdiyi bölmə, qrup göstərilməklə qara metalların tərkibi, növü, ondan alınan materiallar geniş şəkildə izah edilib. Qara metalların ekspertizasının aparılması qaydasından və qara metalların ekspertizasının dünya təcrübəsindən söz açılır.

Məlumdur ki, metallar sadə maddələrdən ibarət olub yüksək elektrik keçiriciliyi, istilik keçiriciliyi, kövrəkliyi, parlaqlığı və digər xarakterik xüsusiyyətləri ilə fərqlənirlər. Bu isə onların kristallik qəfəsində olan çoxlu sayda sərbəst elektronların keçidi ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, kimyəvi elementlərin Mendeleyev dövrü sistemində metallar ¾ hissəni təşkil edir. Bundan başqa bir neçə metal, qeyri-metal elementlərindən ibarət olan ərintilərdə geniş yayılmışdır.

Qara metallara dəmir və onların əsasında alınmış ərintilər: çuqun, polad aiddir. Bu göstərilən ərintilər nəinki yüksək keyfiyyətli hətta nisbətən ucuz qiymətə başa gələn ərintilərdir. Elə bu səbəbdən də dünyada istehsal olunan metal məhsulları içərisində bunların pay nisbəti 95 faizdir. Bununla əlaqədar olaraq, elmi texniki inqilab nəticələrinin istehsalata tətbiqi, elmin bilavasitə məhsuladar qüvvəyə çevrilməsi nəticəsində yeni keyfiyyətli poladın istehsalı üçün texnologiyalar hazırlanmışdır. Bu texnologiyalar həmin məmulatların mexaniki xassələrini, istiyə davamlılığını, korreziyaya qarşı davamlılığını, istismar müddətini və digər xarakteristikalarını artırır.

Metalşünaslıq üzrə gömrük ekspertizası aşağıdakı məqsədlər çərçivəsində həyata keçirilir.



  • Metallar və ərintilərin kimyəvi tərkibinin tətqiqi.

  • Materialların zədələnmə dərəcəsinin təyini və qüsurlu mal məmulatlarının aşkar olunması.

  • Davamlılıq xarakteristikasının yoxlanılması.

Bu baxımdan beynəlxalq aləmdə metal ərintləri, metallar və qara metaldan hazırlanmış digər məmulatlarda elementlərin kütlə payı müasir spektral analiz metodlarının tətbiqi ilə həyata keçirirlir. Sınaqlar gərilmə, zərbə ilə əyilmə, bərkliyin ölçülməsi, sıxılmaya qarşı sınaq və.s parametrlərin təyini ilə sürtünmə əmsalının təyininə görə “ Suzuki “ , dağılmaya davamlılıq sınağı “Şkoda-Savin”, dolaqlama sınağı “Amsler” cihazları və.s göstəricilər əsasında həyata keçirilir.

Mövzunun 3-cü fəsli qara metalların və onlardan alınmış materialların ekspertizasının təkmilləşdirilməsi istiqamətlərindən və qara metalların XİF MN də eyniləşdirilməsinin gömrük işi sferasında rolundan ibarətdir. Eyni zamanda ekspertizada istifadə olunan ən son müasir texnoloji avadanlıqların geniş şəkildə izahları və xüsusiyyətləri verilmişdir.

Məlumdur ki, XİF MN-də qara metallar 72-ci mal qrupunda sinifləşdirilir. Bu qara metal və ondan hazırlanmış məmulatların gömrük ekspertizası baxımından tədqiqi fiskal siyasətin reallaşdırılmasına və tarif, qeyri-tarif tənzimləmələrinə xidmət edir. Bu zaman gömrük orqanları tərəfindən ÜGT-nin gömrük laboratoriyalarının təşkilinə yardım məqsədi ilə tövsiyyə olunan beynəlxalq metodiki vəsaitdən (Brüssel 12.01.1990) geniş istifadə olunur. Bu vəsaitdə ekspertizanın aparılması zamanı sınaq və kimyəvi laboratoriyaların texniki təchizat qaydaları və ona olan tələblər öz əksini tapmışdır.

Müasir dövrdə kompleks texniki nəzarət vasitələrindən istifadə etməklə ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək aktual məsələlərdən biridir. Bu sahədə isə gömrük ekspertizasının rolu böyükdür. Mütləq qeyd etmək lazımdır ki, baş verən ETİ (Elmi-Texniki İnqilab) nəticələrinə uyğun olaraq müasir analitik kimya metodları, o cümlədən gömrük ekspertizasında və nəzarətində istifadə olunan texniki vasitələr daimi olaraq və fasiləsiz surətdə təkmilləşdirilir. Buna görə də gömrük işi sferasında boş dayanmaların qarşısının alınması, operativliyə təminat məqsədilə mütləq gömrük ekspertizasının təkmilləşdirilməsi zamanı istifadə olunan cihaz və avadanlıqların istismar paramatrləri və xarakteristikaları-həssaslığı, alınan nəticələrin qəbul olunması, onun düzgünlüyü və s.-nə tələb artırılmalı və onların tətbiq sahələri genişləndirilməlidir.

Magistr dissertasiyasının elmi yeniliyi:


  • Ekspertiza sahəsində qabaqcıl dünya ölkələrinin təcrübəsini mənimsəmək.

  • Kadrların ixtisasının artırılması.

  • Ekspertizada müasir texnoloji avadanlıqlardan istifadə edilməsi.

  • Qanunvericilik bazasının təkmilləşdirilməsi.

  • Qara metalların gömrük ekspertizasının aparılması zamanı mütəmadi olaraq baş verən elmi-texniki inqilab nəticəsində instrumental və analitik-kimyəvi təhlil metodlarının, elmi-tədqiqat institutları tərəfindən eyniləşdirilmənin həyata keçirilməsi üçün hazırlanmış standart nümunələrdən istifadəsi praktiki tətbiq baxımından nəzərə alınmalıdır.

  • Beynəlxalq əlaqələrin tələblərinə müvafiq olaraq yalnız standartlaşdırılmış metod, üsul, analitik cihaz, avadanlıq və detektorlardan istifadə məqsədəuyğundur.

  • Qara metallar üzrə XİF MN-dəki qrupun (72-73) tam xarakteristikasını əhatə etmək üçün gömrük orqanları sistemi mütləq atom-absorbsion cihazları və məmulatda karbonun miqdarını müəyyən etmək üçün standartlaşdırılmış karbon analizatorlarından istifadə edilməsi.


Giriş

Son illər ölkə iqtisadiyyatında böyük dəyişikliklər baş vermişdir. Bu dəyişikliklərdən biri də XİF-in liberallaşdırılması olmuşdur. Belə ki, hər bir şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq XİF-lə məşğul ola bilər. Bu baxımdan Respublikamız beynəlxalq ticarətin fəal iştirakçılarından birinə çevrilmişdir.

Bununla əlaqədar ölkənin gömrük sərhəddindən keçirilən malların ümumi həcmi yük dövriyyəsi və mal dövriyyəsi artmışdır. Buna səbəb isə ölkənin gömrük sərhəddindən malları keçirən təşkilatların, turizm çərçivəsində şəxslərin, xidməti ezam olunanların, mədəni tədbirlər üzrə mübdilənin və s. fəaliyyət formalarının əhatə dairəsi genişlənmişdir. Mallar axınının ölkənin gömrük sərhəddindən keçirilməsində artımın olması bir daha ölkənin iqtiasdi inkişafına təminat baxımından və özlüyündə dövlətin və vətəndaşların təhlükəsizliyi üzrə mütləq daimi gömrük nəzarətinin həyata keçirilməsi tələb olunur. Malların idxal və ixracının genişlənməsinin mənfi və müsbət tərəfləri vardır və bunlar dövlət nəzarəti üzrə tənzimlənmənin müxtəlif formaları ilə həyata keçirilir.

Gömrük işinin əsas obyektlərindən biri də qara metal və onlardan hazırlanmış məmulatlardır. Bu baxımdan onların dəqiq kimyəvi tərkibinin təyini və onun əsasında XİF MN-ə görə təsnifat kodunun təyini əsasında aidiyyatı qara metal məmulatlarına müxtəlif tərtibdən idxal-ixrac rüsumları tətbiq olunur. Bununla əlaqədar daxili istehsalı inkişaf etdirmək üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərdəmn biri də gömrük işi sferasında qanunvericilik bazasının təkmilləşdirilməsi və möhkəmləndirilməsi olub istehsalçıların və istehlakçıların hüquqlarının qorunmasıdır. Oxşar problemlərdən biri malların idxalı və ixracının tənzimlənməsidir. Bu tənzimləmələr XİF sahəsində gömrük orqanları tərəfindən tətbiq olunan nəzarət sistemidir.

Nəzarət üzrə fəaliyyət növlərindən biri də gömrük sahəsi tərəfindən həyata keçirilən ekspert-təqiqat funksiyasıdır. Gömrük praktikasında bu fəlaiyyət növü həlledici roy oynayıb gömrük işində ali məqsədlərə-fiskal siyasətin reallaşdırılmasına, tənzimləmələrin (tarif və qeyri-tarif) həyata keçirilməsinə, gömrük qaydalarının və gömrük işi sferasında cinayətlərin qarşısının alınmasına xidmət edir.

Göstərilən məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş vəzifələrin reallaşdırılamsı isə ölkənin iqtisadi suverenliyinin təmininə və əldə olunmuş dayanıqlı iqtisadi inkişafın qorunmasına xidmət edir. Gömrük məqəsdi ilə aparılan ekspert-tədqiqat funksiyası gömrük orqanları sistemi və gömrük sahəsi tərəfindən həyata keçirilir.

Gömrük nəzarəti sistemində ekspert-tədqiqat funksiyasının həlledici rola malik olduğunu nəzərə alaraq tədqiqat işində bu struktura xas olan əlamətlərin xarakteristikası və onun iqtisadi suverenliyin, ekologiya, flora, fauna, insanların həyat və sağlamlığının qorunması üçün vacibliyini nəzərə alaraq aşağıdakı məsələlərin tədqiqi nəzərdə tutulmuşdur.


  • Gömrük ekspertizasının aparılmasının təşkili.

  • Gömrük ekspertizasının aparılmasının qanunvericilik bazası və onun normativ-hüquqi əsasları.

  • Qara metalların gömrük ekspertizasının aparılması qaydası.

  • Qara metalların gömrük ekspertizasının aparılmasının dünya təcrübəsi və onun müqayisəli təhlili.

  • Qara metalların gömrük ekspertizasının təkmilləşdirilməsi istiqamətləri

  • Qara metallar və onlardan alınan məmulatların eyniləşdirilməsi və XİF-də onun rolu.



FƏSİL I. Metalların gömrük ekspertizasının təşkili və aparılması qaydaları.

1.1. Gömrük ekspertizasının aparılmasının təşkili.

Məlumdur ki, ekspertizaya aid ilk anılma üzrə məlumatlar VI əsrə təsadüf olunmaqla məhkəmə icraatında xüsusi tibbi biliklərin tətbiqi haqqındadır və ilk olaraq Çində meydana gəlmişdir. O dövrdə elə bu əsr üzrə ekspertizaya dair Bizans imperatoru Yustinianın rəsmi məqsədlər üçün sənədlərin tədiqiqi faktları da məlumdur. Ümumilikdə isə ilk rəsmi ekspert təşkilatı imzaların tədqiqi üzrə Fransanın Paris şəhərində andlı ustalar – xəttatlar tərəfindən yaradılmış və bu şirkət şahzadə IV Henrix tərəfindən patent almaqla ekpertizanın aparılması hüququna nail olmuşdur

Kifayət dərəcədə inkişaf etmiş formada isə ekspert fəaliyyətinin meydana gəlməsi, inkişafı sonralar dünya şöhrəti tapmiş SGS (Fransa, 1878) Seybolt (ABŞ, 1898) şirkətlərinin yaradılması ilə XIX yüzilliyə təsadüf edir. Ekspert fəaliyyəti xarici iqtisadi əlaqələr sahəsində alıcı və satıcı arasında meydana gələn obyektiv ziddiyətlərlə əlaqədar mübahisəli və münaqişəli məsələlərin həllinə əsaslanmışdır. Bunlara isə yüklərin saxlanması, nəqli, yüklənib-boşaldılması, lazımi hallarda isə bu əməliyyatlar zamanı yüklərə gömrük nəzarəti, onların gömrük rəsmiləşdirilməsi, yüklərin fiziki-kimyəvi xassələrinin öyrənilməsi, həndəsi və digər parametrlərə nəzarət və s. daxildir.1

Ekspertiza – Latınca ekspert sözündən götürülüb təcrübə deməkdir. Gömrük işi sferasında malların tədqiqi haqqında ilk məlumatlar-yazılı sübutlar göstərir ki, Rusiyaya keyfiyyətsiz malların daxil olmasına qarşı mübarizə ilə əlaqədar ekspertizalar hələ 16-cı əsrdə İvan Qroznının dövründə meydana gəlmiş və bu da öz təsbitini Yeni Ticarət əsasnaməsində bir göstəriş kimi tapmışdır.

Gömrük işində malların ekspertizasının rəsmi tarixi 1895-ci ildən başlayır. Bu struktur Gömrük yığımları Departamentinin yaradılması ilə əlaqədar, həmin departamentdə xüsusi təhsilə malik 12 nəfərdən ibarət olmaqla Tarif Şöbəsinin nəzdində texniki laboratoriyanın təşkililə təşəkkül tapmışdır.

Məhz Rusiya gömrük xidməti elə o dövrdən öz işlərində görkəmli alim, mütəxəssis və ekspertlərdən istifadə etmişlər. Məlumdur ki, onlar arasında görkəmli alimlərdən M.V.Lomonosov və D.İ.Mendeleyev də vardır. M.V.Lomonosov metal predmetlərin tərkibində qızıl və gümüşün miqdarının təyininə, D.İ.Mendeleyev isə məhkəmə eksperti kimi sənədlərin kimyəvi tədqiqi və Gömrük tarifinin ( 1891-ci il ) işlənib hazırlanmasına cəlb olunmuşdur.



      1. Ekspert-tədqiqat orqanlarının təşkili.

Xarici ticarət fəaliyyətinin liberallaşdırılması ilə əlaqədar gömrük xidmətinin qarşısında da gömrük siyasətinin reallaşdırılması üçün yenidən mühüm vəzifələr qoyuldu. Məhz bu vəzifələrdən biri də gömrük orqanlarında fiskal, tənzimləmə, gömrük qaydalarının pozuntusuna qarşı mübarizə və gömrük işi sferasında cinayətkarlığa qarşı mübarizə problemi idi. Bu problemlərin həlli məqsədi ilə gömrük orqanlarında yeni təşkilati struktur vahidlərin yaradılması və funksional baxımından onların fəaliyyətinin təmini məsələləri qarşıya qoyulmuşdur. Bu məsələlərdən biri də gömrük xidmətində ekspert-tədqiqat strukturunun yaradılması idi. Bu baxımdan suverenlik əldə etdikdən sonra ilk dəfə respublikamızda 1992-ci ildə Mərkəzi Laboratoriya yaradılması barədə qərar qəbul edildi və 1994-cü il 10 May tarixindən bu struktur vahidinin müvəqqəti əsasnaməsi tərtib olundu. Nəhayət 10.08.1999-cu il “052” saylı DGK tərəfindən verilmiş əmr üzrə onun “Azərbaycan Respublikasının Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası” haqqında “Əsasnamə” təsdiq olundu və bu əsasnamə əsasında struktur vahidlər yaradılaraq gömrük sahəsində respublikamızda gömrük ekspertizası fəaliyyəti həyata keçirilməyə başladı. İlk yaradılmış keçmiş struktur vahidi aşağıdakı texnoloji sxem üzrə səciyyələndirilir:2



Sxem 1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin texnoloji sxemi.

Sxematik təsvir üzrə mərkəzi laboratoriya bir şöbədən- Sənaye məhsullarına nəzarət şöbəsindən və bir bölmədən-Kənd təsərrüfatına nəzarət bölməsindən ibarət olmaqla fəaliyyət göstərmişdir. Əsasnaməyə uyğun olaraq şöbənin fəaliyyəti neft və neft məhsullarının, qara və əlvan metalların, parça və parça məmulatının, tikinti materiallarının, əntiq və incəsənət əşyalarının, konservlər, alkoqollu və alkoqolsuz içkilərin, şirələrin, kimya sənayesi məhsullarının və s. gömrük işi obyektlərinin ekspertizasının aparılmasını əhatə edir.

Bölmə isə heyvandarlıq, bitkiçilik məhsullarının tədqiqini, habelə toksikologiya, radiologiya, ekologiya və bitki karantini sahəsində və s. heyvani bitki mənşəli obyektlərə aid ekspert-tədqiqat funksiyasının həyata keçirilməsi sferasını əhatə edir. Gömrük işinin inkişaf xronologiyasına uyğun olaraq xarici ticarətin daha da liberallaşdırılması ilə əlaqədar mal dövriyyəsinin çeşidi genişləndi və buna uyğun olaraq gömrük işi sferasında qanunvericilik bazasında da yeniliklər öz təsbitini tapdı belə ki 2011-ci ilin iyun ayının 24 də yeni Gömrük Məcəlləsi qəbul olundu. Məcəllənin qəbulu habelə gömrük işi sferasında struktur dəyişikliklərin aparılması ilə əlaqədar xeyli dəyişikliklər oldu. Bu özünü gömrük işi sahəsinə aid olan gömrük ekspert-tədqiqat funksiyası sahəsində də göstərdi. Ekspertiza işinin təşkili və aparılması öz təsbitini elə həmin məcəllənin 322-326-cı maddələrində tapdı. Məhz bununla əlaqədar ekspert-tədqiqat funksiyasının reallaşdırılması məqsədi ilə Mərkəzi Gömrük Ekspertizası İdarəsi yaradıldı. Bu idarənin strukturu sxematik təsvir üzrə aşağıdakı struktur vahidləri və regional mərkəzləri habelə onun subyektlərini xarakterizə etməklə aşağıdakılardan ibarətdir:3

Sxem 2. Mərkəzi Gömrük Ekspertizası İdarəsi.

Təşkilati struktura müvafiq olaraq hazırda Mərkəzi Gömrük Ekspertizası İdarəsinin fəaliyyənin əsas tədqiqat istiqamətlərinə aşağıdakılar aid olunur:



  • XİF MN üzrə malların təsnifat kodunun təyini

  • Malların XİF MN görə aidiyyatının müəyyən olunması

  • Eyniləşdirmə ekspertizası

  • Texnoloji ekspertiza

  • Kimyəvi və bioloji obyektlərin ekspertizası

  • Beynəlxalq(BS), dövlət (DÖST) standartlarına, texniki şərtlərə(TŞ) və sanitar-gigiyenik qayda və normalarına(SNQU) uyğunlaşdırma ekspertizaları

Fəaliyyət istiqamətlərinin təhlili göstərir ki, faktiki olaraq 13 istiqamət üzrə təşkilati-təminat işləri həyata keçirilmişdir. Lakin müasir elm bilavasitə məhsuldar qüvvəyə çevrilmişdir və Elmi Texniki İnqilab (ETİ) nəticələri maddi material axınları sahəsinə də nüfuz etmişdir. Bu istiqamətlərdən biri də genetik modifikasiya olunmuş orqanizm (GMO) məhsullarının ölkəyə gətirilməsinin, onun qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasından ibarətdir. GMO məhsullarına gömrük nəzarətinin daha da gücləndirilməsi məqsədi ilə DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsinin nəzdində GMO laboratoriyası yaradılmışdır. Bunula əlaqədar mütəxəssislər bu sahədə fəaliyyət üzrə müvafiq sertifikatlar almış və hazırda laboratoriyada ən müasir üsulla real zaman miqyasında Polimeraza, zəncirvari reaksiyası (PCR), habelə soya və qarğıdalı kimi xam materiallarda test zolaqları üsulu ilə ekspert metodlarla genetik modifikasiya olunmuş orqanizmlərin təyini həyata keçirilir.4

Göründüyü kimi xarakterizə olunan istiqamətlər XİF MN üzrə əksər bölmə və qrupları əhatə edir. O cümlədən, tədqiqat obyektimiz olan qara metallar XİF MN üzrə 72-ci mal qrupunun 72.01-72.28 mal mövqelərini əhatə edir. Xarakterizə olunan qrupa isə qara metal və ondan hazırlanmış mal məmulatları,onların qırıq və tullantıları aid olunur. Bu qrupa ilkin məhsullar-dənəvər və toz şəklində, poladlıq və güzgü çuqunları-müxtəlif formalarda, ferro ərintilər (kimyəvi tərkibi elementlərin faiz nisbəti ilə tənzimlənir), dəmir filizinin bir başa reduksiya məhsulları, qara metal tullantıları və qırıntıları, qara metaldan dənə və tozlar, aşqarlanmamış dəmir və tozlar, örtüklü və örtüksüz prokat məhsulları, legillənmiş məmulatlar (digər metal təbəqəsi ilə örtülmüşlər), qəliblər, profillər və s. məmulatlar aid olunur.5

1.1.2. Gömrük ekspertizasının aparılması qaydaları.

Gömrük ekspertizasının aparılması qaydaları Ümumdünya Gömrük Təşkilatının tövsiyyələrinə, laboratoriyanın təşkili üzrə “Gömrük Laboratoriyalarına Rəhbərlik” (Customs Laboratory Guide, Brussel,1996, WCO) metodiki toplusu əsasında həyata keçirilir. Bununla əlaqədar xarici ticarətin gömrük statistikasının təhlili üzrə laboratoriyanın inzibati təşkili strukturu müəyyənləşdirilərək gömrük nəzarəti obyektlərini tədqiqi üzrə müvafiq avadanlıq, analitik cihaz, kimyəvi reaktivlər dəsti mal çeşidləri üzrə texniki ədəbiyyyat, standart nümunələr, beynəlxalq, dövlət, sahə standartları, texniki şərtlərə dair sorğu bankı yaradılır. Sonradan əməli fəaliyyətdə göstərilən mənbələrə istinadən ekspert-tədqiqat funksiyası həyata keçirilir. Faktiki olaraq gömrük ekspertizası üzrə mövcud olan strukturlarda ekspertiza tədqiqat funksiyaları aşağıdakı qaydalar üzrə müvafiq normativ hüquqi və normativ texniki aktların tələblərinə uyğun olaraq həyata keçirilir. Şifahi sorğu əsasında ekspertizanın aparılmasına icazə verilmir.



FƏSİL II. Qara metalların gömrük ekspertizasının aparılmasının mövcud durumu və onun qiymətləndirilməsi.

2.1. Qara metalların gömrük ekspertizasının aparılması qaydası.

Məlumdur ki, metallar sadə maddələrdən ibarət olub yüksək elektrik keçiriciliyi, istilik keçiriciliyi, kövrəkliyi, parlaqlığı və digər xarakterik xüsusiyyətləri ilə fərqlənirlər. Bu isə onların kristallik qəfəsində olan çoxlu sayda sərbəst elektronların keçidi ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, kimyəvi elementlərin Mendeleyev dövrü sistemində metallar ¾ hissəni təşkil edir. Bundan başqa bir neçə metal, qeyri-metal elementlərindən ibarət olan ərintilərdə geniş yayılmışdır. Sənayenin texniki sahələrində (metallurgiya, dəzgahqayırma, maşınqayırma və s.) qəbul olunmuşdur ki, bütün metallar və metal ərintiləri özlüyündə 2 qrupa bölünür:

1. Qara metallar və onların ərintiləri.

2. Əlvan metallar və onların ərintiləri.



Yüklə 310,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə