Mətbuat Katibliyi Press-reliz



Yüklə 10,6 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü10,6 Kb.
#22127

background image
Ağ Ev 

Mətbuat Katibliyi  

Press-reliz  

 

 



06 iyul, 2016-cı il 

Ramazan Bayramı münasibətilə Prezidentin bəyanatı.   

Yeni ayın görünməsi ilə Birləşmiş Ştatlarda və dünyanın müxtəlif yerlərində Ramazan 

Bayramını qeyd edən hər bir kəsə Mişel və mən ən səmimi arzularımızı çatdırırıq.  

Amerikalı müsəlmanlar üçün Ramazan ayı 30 gün oruc tutmaqla keçmişə nəzər salmaq və 

minnətdarlıq, mərhəmət, səxavətlilik kimi dəyərləri daha da gücləndirmək üçün bir fürsətdir. 

Dünyanın müxtəlif yerlərində  bu əlamətdar hadisə qonşularda və evlərdə günün erkən 

saatlarından başlayır, ailə üzvləri ibadət və bayram şənliklərini qeyd etmək üçün ən yeni 

libaslarını geyinirlər. Evlər bəzək əşyaları və fənərlərlə bəzədilir. Hədiyyələr hazırlanır və 

balaca uşaqlara vermək üçün ayrılmış pullar zərflərin içərisinə qoyulur. Hər şeydən əvvəl 

Ramazan, sevdiklərinlə bir araya gəlib bayramı qeyd etmək üçün bir imkandır.    

Amerikalı müsəlmanlar da bizim millətimiz kimi müxtəlifdirlər – qara dərili, ağ dərili, latın 

amerikalılar, asiyalılar və ərəblər. Ölkənin müxtəlif yerlərində qeyd olunan Ramazan Bayramı 

bizə müxtəlif mənşəli insanların birlikdə qurduğu qürurlu tariximizi, dini etiqad azadlığı və 

vətəndaş azadlıqları tariximizi, eləcə də innovasiya və əzmkarlıq tariximizi xatırladır. 

Amerikalı müsəlmanların ölkəmizin daha da güclənməsi istiqamətində verdikləri töhfə 

olmasaydı, bu irs də formalaşa bilməzdi.   

Bu ötən ay ərzində ölkəmizin və bütün dünyanın üzləşdiyi bir sıra çətinliklər və mənasız yerə 

baş verən zorakılıqlar bizim ürəklərimizi sarsıtmış, canımızı üzmüşdür. Ramazan ayı ərzində 

Orlando, İstanbul, Dəkkə, Bağdad və Mədinədə həyatlarını itirmiş və əksəriyyəti müsəlman 

olan yüzlərlə günahsız insanın ruhuna dualar edirik.   

Burada, bizim vətənimizdə də amerikalı müsəlmanlara qarşı olan hücumların artdığını 

müşahidə etdik. Heç kəs ibadət etdiyi məkanda əsla qorxmamalı və yaxud özünü təhlükədə 

hesab etməməlidir. Amerikalıların bir çoxu yaşadıqları icmalarda ehtiyacı olanlara könüllü 

şəkildə köməklik göstərməklə və hətta amerikalı müsəlman olan həmkarları ilə birlikdə bir 

neçə gün oruc tutmaqla Ramazan ayının təcrübəsini birlikdə paylaşmışlar. Ədavətin yaratdığı 

təhlükələrə baxmayaraq məhz bizim amerikan dəyərlərimiz və gücümüz bizə həmrəy şəkildə 

bir araya gəlməyə və bir-birimizi müdafiə etməyə imkan verdi, bütün bunlar isə bizim 

Dövlətimizi daha da gücləndirir və təhlükəsiz edir.   


background image
Yarandığı dövrdən etibarən amerikalı müsəlmanlar bizim Amerika ailəmizin bir hissəsi 

olmuşlar. Bu Ramazan ayında biz ölkənin müxtəlif yerlərində yaşayan amerikalı 

müsəlmanların, o cümlədən Ramazan ayında son mənzilə yola saldığımız ən tanınmış, Xalq 

Çempionumuz olan Məhəmməd Əlinin verdiyi töhfəni qeyd etməklə amerikalı müsəlmanları 

mövhumatçılıq və ksenofobiyadan müdafiə etmək istiqamətində mübarizəmizi davam etdiririk. 

Bu ay Mişel və mən, Ramazan Bayramı münasibətilə Ağ Evdə keçiriləcək tədbirə ev sahibliyi 

edəcəyik və ölkəmizin müxtəlif yerlərindən gələcək amerikalılarla birlikdə bayramı qeyd 

etməyi səbirsizliklə gözləyirik.    



Ailəmiz adından sizi və ailə üzvlərinizi təbrik edirəm, Ramazan Bayramınız mübarək! 

 

Yüklə 10,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə