Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix28.06.2018
ölçüsü0,7 Mb.
#52020
  1   2   3   4   5   6   7


 

                   



        

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

   



 

 

 



                               

             

 

Xalqa aşırımın o üzündəki həqiqəti  

göstərən sənətkar 

              

       Yazıçı Fərman Kərimzadənin 80 illik yubileyi münasibətilə  

       mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, 

       kənd kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 



 

 

 



                                            Bakı-2017 

 



 

Tərtibçi:                                           Ruhiyyə Məmmədli                                          



 

                                              Sevil Əhmədova  

 

Redaktor:                                         Səməd Məlikzadə 

 

İxtisas redaktoru və                       Şəhla Qəmbərova 



buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



Xalqa  aşırımın  o  üzündəki  həqiqəti  göstərən  sənətkar: 

metodik  vəsait/tərt.ed.R.Məmmədli;  red.  S.Məlikzadə;  ix.  red. 

və  burax.  məsul  Ş.Qəmbərova;  F.Köçərli  adına  Respublika 

Uşaq Kitabxanası.- Bakı, 2017.-30s.  

                                                                                                                                

  

 



 

 

 



 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017. 

 



 

Tərtibçidən 

 

 Fərman  Kərimzadə



  müasir  Azərbaycan  ədəbiyyatında 

özünün  dəsti-xətti  ilə  seçilən  görkəmli  nasirlərdəndir. 

Bu  gün 

milli  dəyərlərimizə  tapınan  hər  bir  azərbaycanlının  qəlbində 

əbədiyaşar  Fərman  Kərimzadə  obrazı  var.  Onun  bədii  irsi 

zəngin  xəzinədir.  Yazıçının  qələmə  aldığı  “Qarlı  aşırım”, 

“Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz namusu” və 

“Qoca qartalın ölümü” romanları parlaq sənət inciləri, həyatın 

və tarixi qaynaqların bədii- tarixi salnaməsidir.  

Fərman  Kərimzadə  zəngin  söz  ustası  idi.  O,  həm  sənətkar, 

həmi də şəxsiyyət kimi vaxtdan ucada dayanmağı bacarırdı.  

Bu il gözəl yazıçımızın anadan olmasının 80 ili tamam olur.  

Bu  münasibətlə  məktəblərdə,  kitabxanalarda,  bir  sıra 

mədəniyyət  ocaqlarında  yazıçı  ilə  bağlı  yubiley  tədbirlərinin 

keçirilməsi  nəzərdə  tutulmuşdur.  Bu  münasibətlə  F.Köçərli 

adına  Respublika  Uşaq  Kitabxanasının  elmi  metodika  şöbəsi 

olaraq  bu  vəsaiti  hazırlamağı  özümüzə  borc  bildik.  “Xalqa 

aşırımın  o  üzündəki  həqiqəti  göstərən  sənətkar

” 

adlanan 


metodik vəsait  iki hissədən ibarətdir. 

 

 



 

  

 



 

 

                      



 

 

 

               

 

 


 

                    



Həyat və yaradıcılığı   

 

 Fərman  Kərimzadə  1937-ci  il  martın  3-də  Ermənistanın 



Vedi  rayonunun  Böyük  Vedi  kəndində  anadan  olmuşdur. 

İbtidai  təhsilini  orada  almış  (1944-1951),  orta  məktəbi 

Beyləqan rayonunun Şahsevən kəndində bitirmiş (1954), Əzim 

Əzimzadə  adına  Azərbaycan  Dövlət  Rəssamlıq  Məktəbində 

təhsil  almışdır  (1955-1960).

 

3  il  İsmayıllı  və  Beyləqan 



rayonlarında  müəllim  işləmiş  (1962-1965),  sonra  "Yüksəliş" 

rayon  qəzeti  redaksiyasında  ədəbi  işçi,  şöbə  müdiri,  məsul 

katib 

olmuşdur  (1962-1965).  F.Kərimzadə  Moskvada 



Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin 

ikillik  kursunu  bitirmiş  (1965-1967),  Azərbaycan  Dövlət 

Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük 

redaktor,  "Abşeron",  "Ədəbiyyat  və  incəsənət"  qəzetlərinin 

redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966-1970), C.Cabbarlı 

adına  "Azərbaycanfilm"  kinostudiyasında  kollegiya  üzvü 

(1970-1977),  "Ədəbiyyat  və  incəsənət"  qəzetinin  xüsusi 

müxbiri  (1977-1980),  Şüvəlan  Yaradıcılıq  Evinin  direktoru 

(1980-1981) işləmişdir. 

Fərman  Kərimzadə  1989-cu  il  mart  ayının  17-də  vəfat 

etmişdir.

 

Yaradıcılığa  gənc  yaşlarından  başlayan  F.Kərimzadə  ilk 



hekayələri  ilə  diqqəti  cəlb  etmişdir.  O,    ötən  əsrin  60-cı 

illərində yenilik ruhu ilə axtarışlar aparan gənc yazıçılardan biri 

idi.  Xüsusən  xalqımızın  yaxın  və  uzaq  tarixi,  onun  başına 

gətirilən  müsibətlər  yazıçının  sənət  dünyasında  mühüm  yer 

tutur. 

1948-ci 


ildə  başlanan  deportasiyada  Fərman 

Kərimzadənin  nəsli,  el-obası  sürgünlərə,  soyqırımlara  düçar 

olmuşdur. İllər ötüb keçsə də doğma Vedi yazıçının yaddaşında 

silinməz  izlər  qoymuşdur.  1988-1989-cu  illərdə  ana  yurdunun 

acı  günləri  yazıçını  yenidən  sarsıtmışdır.  Bütünlükdə 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə