BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3 Humanitar elmlər seriyası 2010
METODİKA
ORTA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN RUS BÖLMƏLƏRİNDƏ AZƏRBAYCAN DİLİNİN
TƏDRİSİNDƏ
VENN DİAQRAMLARININ TƏTBİQİ HAQQINDA
A.T.ƏLİYEVA
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
vugar_aliyev@rambler.ru.
Azərbaycan Respublikasında uğurla həyata keçirilən Milli kurikulum interaktiv metodlarının tətbiqini də özündə
ehtiva edir. Məqalədə interaktiv metod kimi Venn diaqramından geniş istifadənin xüsusiyyətləri verilmişdir. Orta
ümumtəhsil məktəblərinin rus bölmələrində Azərbaycan dilinin tədrisi zamanı Venn diaqramlarının tətbiqi dərslərin səmə-
rəsini əhəmiyyətli dərəcədə artırır. Məqalədə söz birləşmələrinə aid qrammatik materialın, habelə IV sinifdə “Xarqo”
mətninin, VII sinifdə isə “On bir ayın sultanı”mövzusunun Venn diaqramı üsulu ilə öyrənilməsi nümunələri verilmişdir.
Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi təhsil
sahəsində də islahatlar aparılmağa başlanıldı. Ümumimilli liderimiz Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli
sərəncamı ilə “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı” təsdiq edildi. İslahatın əsas
məqsədi tədris prosesinin yenidən qurulması, müəllim-şagird münasibətlərinin dəyişdirilməsi, təlim prosesində
yeni təlim metodlarından istifadə edilməsi idi. Təhsil sahəsində islahatların həyata keçirilməsi müasir müəllim
qarşısında yeni tələblər qoyur. Əvvəllər müəllimin vəzifəsi, əsasən, şagirdlərə müəyyən miqdarda bilik vermək,
bu biliyi qavrama dərəcəsini və biliklərin keyfiyyətini qiymətləndirməkdən ibarət idi. Bu gün müəllimin
qarşısında daha ciddi məsələlər durur. O, şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etməsi üçün şərait
yaratmalı, onlara müstəqil düşünməyi öyrətməli, öyrənməyə, inkişaf etməyə həvəs yaratmalıdır [1].
“Azərbaycan Respubliasında ümumi təhsilin Konsepsiyası (Milli kurikulumu)” sənədinin və onun
əsasında hazırlanmış fənn kurikulumlarının tətbiqi iki ildir uğurla həyata keçirilir. Bu tarixi bir sənəd kimi
ölkəmizdə təhsilin məzmununun yeniləşdirilməsi, onun dünyanın təhsil sisteminə inteqrasiyası baxımından çox
mühüm əhəmiyyət daşıyır. Təhsil sahəsində aparılan bu islahatlar şagirdlərdə yaradıcı düşüncə, müstəqil olaraq
yeni fikir söyləmək, təşəbbüskarlıq kimi müsbət keyfiyyətlər formalaşdırır [2]. Bütün bunlar isə şagirdlərdə
təfəkkürün inkişafına şərait yaradır. Yeni kurikulumların tətbiqi şagirdin şəxsiyyət kimi formalaşması və
müəllim-şagird münasibətlərinin düzgün qurulmasını şərtləndirir, milli kurikulumun fəal – interaktiv
metodlarının tətbiqini özündə etiva edir. Kurikulumun tətbiqi zamanı öz işlərində yeni metodlra müraciət edən
müəllimlər həmişə uğur qazanırlar.
Təlim prosesinin mərkəzində şagird durur. Yetişməkdə olan şagird tənqidi düşünməyi, müqayisələr
aparmağı, öz mövqeyini müdafiə etməyi, qazandığı bilik, bacarıq və vərdişləri tətbiq etməyi bacarmalıdır.
Sadaladığımız bütün bu vərdişlərin formalaşmasında yeni təlim metodlarının rolu əvəzsizdir. Müəllim-şagird
münasibətlərində müsbət qarşılıqlı təsirin təşkili yollarının axtarışı fəal təlim metodlarının tətbiq olunmasına
geniş şərait yaradır.
Yeni təlim texnologiyaları dedikdə, müəllim və şagirdlərin birlikdə, onların əməkdaşlığı prosesində
həyata keçirdikləri üsulların sistemli şəkildə reallaşması nəzərdə tutulur. Bu da birlikdə öyrənməkdən ibarətdir.
Yəni yeni təlim metodları vasitəsilə şagirdlərin bilik, bacarıq və vərdişlərinin inkişafına yönəldilən yeni forma
və texnologiyaların tətbiqi həyata keçirilməlidir. Yeni təlim metodlarından istifadə zamanı şagirdlərin
təfəkkürü, idrakı inkişaf edir. Bu da müxtəlif növ çalışmaların qruplarda icrası, təhliletmə, nəticəçıxarma,
layihələrin hazırlanması və s. kimi həyata keçirilməsi ilə formalaşır. Nəticədə şagirdlərə öyrənməyi öyrətməklə
onlarda həmişəlik öyrənmək vərdişlərinin həyata keçirilməsi yaranır.
Dünya təcrübəsində interaktiv təlim metodlarından biri kimi Venn diaqramı metoduna üstünlük verilir.
Orta ümumtəhsil məktəblərinin rus bölmələrində Azərbaycan dilinin tədrisi zamanı bu metodun tətbiqi
Azərbaycan dilinin müqayisəli şəkildə öyrənilməsində böyük əhəmiyyətə malikdir. Bu qabaqcıl və qocaman
müəllimlərin üzün müddət öz dərslərində yüksək səmərəllilk əldə etmələri üçün istifadə etdikləri müqayisə
metodudur. Bu metod dərsin dərketmə və düşünmə mərhələlərində tətbiq olunur. Ən çox da yeni dərsin
möhkəmləndiriulməsi zamanı istifadə edildikdə daha yaxşı səmərə verir [3; 4].
Azərbaycan dilinin öyrənilməsi ilə bağlı müxtəlif müqayisələrin aparılması ev tapşırığı kimi verilə bilər.
212
Dərslikdə olan çalışmaların əksəriyyətinin təkrar olması şagirdləri yorur və onlarda ev tapşırıqlarının yerinə
yetiilməsində heç bir maraq doğurmur. Ona görə də qabaqcıl müəllimlər ev tapşırıqları verərkən çalışırlar ki,
şagirdlərdə maraq doğuran yeni metodlardan istifadə etsinlər. Venn diaqramı metodu da belə metodlardandır. İş
belə qurulduqda şagirdlər özləri ev tapşırıqlarının yerinə yetirilməsinə can atırlar.
Hər hansı yeni təlim metodunu tətbiq etməmişdən əvvəl bu metodun məzmunu və mahiyyəti ilə bağlı
şagirdlərə məlumat verilməlidir. Nümunələr əsasında metod şagirdlərə izah olunmalıdır.
Bildiyimiz kimi, təlim digər dillərdə olan məktəblərdə Azərbaycan dili mətnlərinin köməyilə öyrədilir.
Bu məqsədlə dərsliklərdə çoxlu miqdarda mətnlər verilmişdir. Ümumiyyətlə, həm mətnlərin, həm də
qrammatik materialların tədrisində Venn diaqramı metodunun tətbiqi yaxşı səmərə verir. Məsələn: IV sinifdə
“Xarqo”, VII sinifdə “On bir ayın sultanı”, “Bal arıları”, VIII sinifdə “Yasəmən ağacı”, IX sinifdə
“Azərbaycan”, XI sinifdə “Şah İsmayıl Xətai” və s. mətnlərin tədrisi, Azərbaycan dilindəki spesifik hərflərlə
rus dilində olan spesifik hərflərin müqayisəsi, sait səslərlə samit səslərin müqayisəsi, morfologiya bəhsində
müxtəlif nitq hissələrini tədris edərkən onların arasındakı oxşar və fərqli cəhətlərin öyrənilməsi zamanı Venn
diaqramı metoduna müraciət edərək yüksək səmərəlilik əldə etmək olar. Bu işin aparılması həm şagirdlər, həm
də müəllimlər üçün maraqlı olur, mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaradır. Əlbəttə, bütün bunlar
müəllimin pedaqoji ustalığından çox asılıdır.
Metod tətbiq edilərkən həm dərsin tipinə, həm də movzusuna uyğun olmalıdır. Müəllim öz işini
planlaşdırarkən dərsin tipinə və movzusuna uyğun olaraq, dərsin hansı mərhələsində hansı metoda müraciət
edəcəyini əvvəlcədən müəyyənləşdirməlidir. Əks halda, heç bir səmərəli nəticə əldə etmək mümkün deyil.
Venn diaqramı nisbətən üst-üstə düşən iki çevrə üzərində qurulur. Burada ideyaların oxşar və fərqli
cəhətləri göstərilir. Məsələn: “Söz birləşmələri” qrammatika mövzusuna Venn diaqramı metodunu tətbiq edək:
Sabit söz birləşmələri oxşar Sərbəst söz birləşmələri
⇩ ⇩ ⇩
Sabit söz birləşmələri İsmi birləşmələr:
dəyişməyən, I, II, III növ təyini
dildə hazır olan söz söz birləşmələri ilə
birləşmələrdir ki, bu da birləş- ifadə olunur.
frazeoloji birləşmələr mələri- Feli birləşmələr:
adlanır. dir məsdər, feli sifət, feli
bağlama ilə ifadə olunan
söz birləşmələridir.
IV sinifdə “Xarqo” mətninin tədrisi zamanı Venn diaqramı metodunu tətbiq edək. “Xarqo” mətnində
Fransanın milli qəhrəmani, həmyerlimiz Əhmədiyyə Cəbrayılovla onun oğlu, Azərbaycanın milli qəhrəmani
Mikayıl Cəbrayılovun keçdikləri döyüş yolları Venn diaqramı metodu əsasında müqayisə olunur.
Əhmədiyyə Cəbrayılov oxşar Mikayıl Cəbrayılov
⇩ ⇩ ⇩
Əhmədiyyə
Fransanın
milli
qəhrəmanidir.
II Dünya müharibəsi
zamanı 4 il Fransada
vuruşmuşdur.
Onu “Xarqo”
adlandırırdılar.
Hər ikisi
azərbaycanlıdır.
Hər ikisi milli
qəhrəmandir.
Hər ikisi
faşizmə qarşı
vuruşmuşdur.
Mikayıl
Əhmədiyyənin
oğludur.
Qarabağ uğrunda
döyüşlərdə şəhid
olmuşdur.
Azərbaycanın
milli
qəhrəmanidir.
213
VII sinifdə “On bir ayın sultanı” mövzusu tədris edilərkən, Ramazan bayramı ilə 8 Mart – Beynəlxalq
Qadınlar bayramı müqayisə olunur.
214
Orucluq bayramı oxşar 8 Mart bayramı
⇩ ⇩ ⇩
Orucluq bayramı
Ramazan ayının sonuncu
gününə təsadüf edir.
Orucluq bir ay davam edir.
Axırıncı gün fitrə çıxarılır
və bayram edilir. Xəstə
adamlara oruc tutmaq
olmaz. Bayram günü
kasıblara, kimsəsizlərə pay
verilir. Orucluqda insanlar
Həcc ziyarətinə gedirlər.
Orucluq dini bayramdır. İlin
müxtəlif vaxtlarına təsadüf
edir. Yəni hər il yerini
dəyişir.
Hər ikisi bayramdır.
Hər ikisi insanlar
tərəfindən sevinclə
qeyd edilir.
8 Mart
qadınlar bayramıdır.
Yerini dəyişmir. Bütün
Azərbaycan qadınları bu
günü bayram edir. 8
Martda qadınlara hədiyyə
verilir. Nişanlı qızlara
bayram hədiyyəsi aparılır.
8 Mart dini bayram deyil.
Venn diaqramı metodu əsasında şagirdləri işlədərkən əvvəlcədən “işçi vərəqləri” hazırlanmalıdır. İçşi
vərəqlərində tapşırıqlar qeyd olunur və bu tapşırıqların yerinə yetirilməsi üçün şagirdlərə vaxt verilir.
Nümunələrdən də göründüyü kimi, tədris olunan mövzu üzrə Venn diaqramı metodu vasitəsilə müqayisə
aparılması mövzunun daha yaxşı mənimsənilməsinə və dərsin daha maraqlı olmasına şərait yaradır.
ƏDƏBİYYAT
1.
Mərdanov M. Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı: islahat prosesinin gedişi,
problemlər, perspektivlər, prioritetlər // Azərbaycan məktəbi jurnalı, 2001, № 1, s.27-65.
2.
Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasi (Milli Kurikulumu) // “Kurikulum jurnalı, 2008, № 1,
s.4-35.
3.
Əliyeva A. Rusdilli məktəblərdə Azərbaycan dili dərslərinin səmərəliliyinin yüksəldilməsində müəllim
bacarıqlarının rolu // ADPU-nun xəbərləri, 2004, № 1, s.42-47.
4.
Əliyeva A. Azərbaycan dili dərslərində interaktiv təlim metodlarından istifadənin xüsusiyyətləri (metodik vəsait).
Bakı: Mars-Print. 2005, 80s.
О ПРИМЕНЕНИИ ДИАГРАММ ВЭННА ПРИ ОБУЧЕНИИ АЗЕРБАЙДЖАНСКОМУ ЯЗЫКУ В
РУССКИХ СЕКТОРАХ
СРЕДНИХ ОБЩЕОБРАЗОВАТЕЛЬНЫХ ШКОЛ
А.Т.АЛИЕВА
РЕЗЮМЕ
Успешное внедрение Национального куррикулума в Азербайджанской Республике подразумевает также
широкое применение интерактивных методов в обучении. В статье приведены особенности широкого применения
диаграмм Вэнна как одного из важных интерактивных методов. Применение диаграмм Вэнна при обучении
азербайджанскому языку в русских секторах средних общеобразовательных школ значительно повышает
эффективность уроков. В статье приведены образцы применения диаграмм Вэнна при изучении грамматического
материала по словосочетаниям, а также текста «Харго» в IV классе, а также темы «Султан одиннадцати месяцев»
в VII классе.
THE APPLICATION OF VENN DIAGRAMS AT TRAINING THE
AZERBAIJAN LANGUAGE IN RUSSIAN SECTORS OF AVERAGE
COMPREHENSIVE SCHOOLS
A.T.ALIYEVA
SUMMARY
215
Successful implementation of the National Curriculum in the Azerbaijan Republic also implies wide application of
interactive methods in study. The article reflects features of wide application of Venn diagrams, as one of the important
interactive methods. The application of the Venn diagrams at training the Azerbaijan language at Russian sectors of
average comprehensive schools considerably raises efficiency of lessons. The article elucidates samples of applying Venn
diagrams at the study of grammar material on word-combinations, as well as the text «Khargo» in the IV form, and the
themes of «the Sultan of eleven months» in the VII form.
216
Dostları ilə paylaş: |