Metodika şÖBƏSİ



Yüklə 89,36 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü89,36 Kb.
#49911


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 

NAZİRLİYİ 

F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-

METODİKA ŞÖBƏSİ 

 

 

 

     

 

 

 

 

             (Şair Fikrət Sadığın anadan olmasının 

             80 illiyi  münasibətilə)

  

 

 



 

 

 

 

Şeirimizin Dədə Qorqudu. 

 

 

 

 

 

 

 

 

B A K I – 2 0 1 0 

 

 

 


Həyat və yaradıcılığı. 

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi,  şeirləri ilə 

böyüklərin, kiçiklərin ürəyinə  cığır açan, “Cığır”, “Ömrün bir günü”, “Dəniz 

küçəmizə  gəlir”, “Sevgi yağışı”, “Məndən soruşsalar” və digər kitabları ilə 

oxucuların yaddaşına iz salan şair, publisist Sadıqov Fikrət Abbas oğlu 1930-cu il 

mayın 30-da Şamaxı  şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə isə 

orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft 

kəfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik 

montyoru işləmişdir (1946-1952). Sovet Ordusunda xidməti borcunu yerinə 

yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə  

Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra 

ADU-nun filologiya fakültəsində    təhsil almışdır (1956-1961). Şamaxıda kənd 

müəllimi, rayon qəzeti redaksiyasında  ədəbi işçi, ADU-nun Azərbaycan  

ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının 

Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” 

kinostudiyasında  elmi-kütləvi və  sənədli filmlər birliyi idarəsində baş redaktor, 

Azərbaycan Yazıçılar  İttifaqında bədii  ədəbiyyatın təbliği bürosunun direktoru 

olmuşdur (1961-1975). Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 

“Əməkdar mədəniyyət işçisi” fəxri adına (1986), Azərbaycan Dövlət Mükafatı 

laureatına (1990) layiq görülmüş, “Əməkdə igidliyə görə” medalı ilə (1986) təltif 

olunmuşdur. Prezident təqaüdçüsüdür.  

Şair oxucularla ilk görüşə “Gənclik nəğmələri” almanaxında dərc edilmiş 

“Artist” və “Ana əli”  şeirləri ilə  gəlib. 1963-cü ildə “Cığır” adlı ilk şeir toplusu 

çapdan çıxmışdır. Sonralar “Ömrün bir günü”, “Dəniz küçəmizə  gəlir”, “Sevgi 

yağışı”, “İşığın yaşı”, “Göydə  nə var”, “Yerdən göyə ümid”, “Göydən alma 

düşmədi”, “Məndən soruşsalar”, “Gəlin yuyaq dənizi”, “Bir parça Vətən”, “Ömrün 

bir günü”, “Gözlədiyim ömür”, “Taleyin acığına” və s. kitabları  işıq üzü 

görmüşdür. Vətənə, xalqa bağlı, vətəndaşlıq duyğuları ilə yaşayan bir şair kimi hər 

kəsin qəlbinə yol tapmışdır.  Poetik yaradıcılığında bədii tərcüməyə  də yer 

vermişdir. Böyük Azərbaycan  şairi  Şəhriyarın məşhur “Azərbaycan”  şeirini 

farscadan  azərbaycan türkcəsinə çevirmişdir.  

  Nəsr sahəsində  də qiymətli hekayələr yazmışdır. “Xırdaca gəlin”, “Daş 

balkon”, “İlk məhəbbət haqqında daha bir hekayə”, “Sinif-sinif oyunu” və s. 

hekayələr onun qələminin məhsuludur. 

Şair balaca balalarımızı da unutmamış, onlar üçün bir neçə pyes yazmışdır. 

“Yumaq top”, “Bir parça vətən”-Bakıda, “Oğul”-Şamaxıda, “Biri vardı, biri 

yoxdu” (Alp Ağüz)- Lənkəranda tamaşaya qoyulmuşdur. Ssenariləri  əsasında 

“Fransa Qəhrəmanı”, “Naxçıvan-50”, “Süleyman Rüstəm”,  İçəri  Şəhər” sənədli 

filmlər və “Cırtdanın yeni sərgüzəşti” cizgi filmli çəkilmişdir. 

 

 



 


Yubiley tədbirlərinin keçirilməsi. 

 

Şair Fikrət Sadığın anadan olmasının 80 illik yubileyi münasibəti ilə bütün 



mədəni-maarif müəssisələrində, o cümlədən kitabxanalarda kütləvi yubiley 

tədbirləri hazırlanmaqdadır. Kitabxananın görkəmli yerlərində “Mən yalnız bu 

günə qədər bilirəm...”, “Sənin dadına Haqq çatar”, “Fikrət Sadıq-80” və s. kimi 

başlıqlarla kitab sərgiləri tərtib oluna bilər. Sərgidə Fikrət Sadığın irsini təbliğ 

edən  şeirlərin toplusu, onun haqqında yazılmış kitablar, dövri mətbuatda dərc 

olunmuş  qəzet və jurnal məqalələrinin foto-surətindən də istifadə etmək olar. 

Sərgidə yazıçının portreti, görkəmli  şəxsiyyətlərin onun haqqında dedikləri 

sitatlar da ola bilər. 



Sərgidə veriləcək sitatlar. 

1.

 



Fikrət Sadığın ən yaxşı şeirləri  ruhən cavan, ehtiraslı, lakin saçına çox tez 

müdriklik ağı düşmüş adamı xatırladan şeirlərdir. 

2.

 

Şairin qocalığı poeziyanın gəncliyidir. 



Xalq şairi Rəsul Rza 

3.

 



Fikrət Sadıq böyük xalq ruhunun qoruyucusu, bu ruhu saf və gözəl poetik 

rənglərlə zənginləşdirən qüdrətli şairimiz, Sabir və Hadi poeziyasındakı bədii-

ictimai siqləti davam etdirən əsl söz ustadıdır. 

Yazıçı, şair, publisist Sabir Rüstəmxanlı 

4.

 

Fikrət Sadıq böyük poeziya salonunda öz kürsüsü olan, öz oxucularına əsl 



sənət örnəkləri oxuyan, əvəzində xalqın minnətdarlıq alqışını qazanan bir 

şairdir. 

Xalq şairi Məmməd Araz 

Kitabxanada orta yaş qrup oxucular arasında keçirilən maraqlı tədbirlərdən 

biri icmaldır.  Şairin kitablarından birini seçib, onun haqqında  ətraflı  məlumat 

verilir. Sonra həmin kitabdakı  əsərin müzakirəsi keçirilir. İcmalın məqsədi 

oxucunun əsərə qarşı marağını daha da artırmaqdır. Şairin kitablarının təbliğ etmək 

məqsədilə biz onun “Taleyin acığına” kitabının və kitabdakı “Alp Ağüz” əsərinin 

qısa icmalını təqdim edirik: 

“Uşaqlar,  şairin “Taleyin acığına” kitabı 2003-cü ildə “Çinar-Çap” 

mətbəəsində çap olunmuşdur. Kitabda şairin şeirləri, poemaları, nağılları, pyesləri, 

tərcümələri, onun haqqında yazılan məqalələr, müsahibələr toplanmışdır. Bizim bu 

gün sizə söhbət açacağımız  əsər isə onun uşaqlar və  gənclər üçün yazmış iki 

hissədən ibarət “Alp Ağüz” nağıl-pyesidir. Bu pyes qədim və gözəl bir ənənə 

daşıyır. Bizim xalqımıza xas olan cəsurluq, qəhrəmanlıq, böyüyə hörmət, yalan 

danışmamaq xüsusiyyətləri əsərdə öz əksini tapır. Düz danışmaq, məhəbbət əsərdə 




yalana, qorxaqlığa qalib gəlir. Biz inanırıq ki, oxucular bu əsəri oxusalar çox 

bəyənəcəklər. Yadınızda saxlayın ki, nə vaxtsa nağıl da çevrilib həqiqət ola bilər.”   

Həmçinin, kitabxanada seçilmiş  şeirlərindən orta və böyük yaş qrup 

oxucular üçün poeziya axşamı da keçirmək olar. Poeziya axşamında  şairin 

əsərlərinə yazılmış musiqilər hər  şeirindən sonra səslənir, Fikrət Sadıq haqqında 

şairlər, yazıçılar,  ədəbiyyatşünaslar, onu tanıyanlar çıxış edirlər. IX, X, XI sinif 

şagirdləri “Torpaq”, “Yanacağam günəş kimi”, “Taleyin acığına”, “Monoloq”, 

“Son  şeir”, “Çərxi-fələk”, “Neynirəm”, “Etiraf”, “Vətən marşı”, “Bu dünya belə 

dünyadı”  və s. şeirlərini söyləyə bilərlər.  

 

Uşaqların şairin yaradıcılığı haqqında bildiklərini müəyyən etmək üçün onlar 



arasında kiçik bir anket sorğusu və ya test  keçirmək məqsədə müvafiq olar. Bu 

testi keçirməkdə  məqsədimiz oxucularda şairin həyat və yaradıcılığı haqqında 

bilgilərini müəyyən etməkdir. Testi aşağıda təqdim edirik: 

 

1. Fikrət Sadıq neçənci ildə anadan olub? 

      


       A . 1928 

       B. 1932 

       C. 1930 

  

D.1925 



 

2. Fikrət Sadıq hansı rayonda anadan olmuşdur? 

 

 A 


Şəki 


       B. İsmayıllı 

       C. Lənkəran 

  

D. Şamaxı 



 

3. İlk kitabı neçənci ildə çapdan çıxıb? 

 

     A . 1964 



       B. 1963 

       C. 1966 

  

D. 1962 


 

4. Aşağıdakı hansı cizgi filmin ssenari müəllifi Fikrət Sadıqdır? 

 

 

A . “Tülkü həccə gedir” 



       B. “Sehrlənmiş küpə” 

       C. “Pıspısa xanım və Siçan bəy” 

  

D. “Cırtdanın yeni sərgüzəşti” 



 

5. Fikrət Sadıq əmək fəaliyyətinə hansı sənətlə başlayıb? 

 

 A 


Kinomexanik 




       B. Ədəbi işçi 

       C. Elektrik montyoru 

  

D. Müəllim 



 

6. Fikrət Sadıq hansı mükafata layiq görülüb? 

 

 A 


“Əməkdə igidliyə görə” medalı 

       B. “Tərəqqi” medalı 

       C. “Vətənə xidmətə görə” ordeni 

  

D. “Şöhrət” ordeni 



 

7. Şairin ilk kitabı hansıdır? 

 

       A . “Cırtdan hara getmişdir?” 



       B. “Cığır” 

       C. “Ömrün bir günü” 

  

D. “Taleyin acığına” 



 

8. Hansı şairə həsr olunmuş sənədli filmin ssenari müəllifi Fikrət Sadıqdır? 

 

 A 


“Səməd Vurğun” 

       B. “Süleyman Rüstəm” 

       C. “Hüseyn Cavid” 

  

D. “Rəsul Rza” 



 

9. “Topumun yeddi rəngi var 

 Hamısı ona yaraşır.” Bu musiqini cizgi filmində şairin hansı qəhrəmanı   

       oxuyur? 

 

 A 


Cırtdan 


       B. Alp Ağüz 

       C. Alp Qara 

  

D. Ayxan 



 

10. “Ölümdən niyə qorxum ki, 

 Doğulanda ölmüşəm mən.”  Bu misra şairin hansı şeirindəndir? 

 

 A. 



Son 

şeir 


 

B. Bu dünya belə dünyadı 

 C. 

Etiraf 


 D. 

Qorxuram 

 

 

 



 


Cavablar : 

 

1. C 



4. D 

7. B 


10. C 

 

 



2. D 

5. C 


8. B                                

3.B 


 6. A 

9. A 


 

Kitabxanada oxucular tərəfindən sevilən tədbirlərdən biri də  ədəbi-bədii 

gecədir. Gecəyə  məktəblilər, müəllimlər, məktəb direktorları, bir neçə  şair və 

yazıçıları, oxucularımızı, Fikrət Sadığın  ailə üzvlərini dəvət etmək olar. “Mən 



adicə insanam...” adlı ədəbi-bədii gecənin ssenarisini təqdim edirik: 

 

I Aparıcı: Müasir 



poeziyamızın gözəl  şairi Fikrət Sadıq ömrünün 80-ci 

ilini tamamlayır. İstedadlı şair, kiçik yaşlı oxucuları da yaddan 

çıxarmayan gözəl  şeirlər müəllifi Fikrət Sadığın  yubileyi 

münasiətilə  ədəbi-bədii gecəyə toplaşan bütün qonaqları  və 

tədbir iştirakçılarını salamlayırıq! Gəlin  əvvəlcə bu gözəl 

şairimizin həyat yolunu nəzər salaq; o, istedadlar yetişdirən 

Şamaxıda dünyaya göz açıb, uşaqlığı müharibənin ağır illəriylə 

baş-başa gəlib. 

II Aparıcı: Fikrət Sadıq çox maraqlı, lakin çətin və  ağır günlər yaşamış, 

uşaqlıq çağlarından atasından ayrılmış, uzun müddətdən sonra 

ata ilə görüşmək ona nəsib olmuşdur. On iki yaşından sənət 

məktəbinə girmiş, elektrik montyoru, kinomexanik işləmiş, 

doğulduğu Şamaxı rayonunda müəllimlik etmiş, qəzetdə müxbir 

kimi çalışmışdır... 

I Aparıcı: Hər hansı bir şairin şeirlərini oxuduqda, hətta tanımadığımız bir 

şairin şeirlərini oxuduqda belə şeirlərdən şairin həyatı haqqında 

bizdə  təcəvvür yaranır. Fikrət Sadığın həyatını bilmək istəsən 

şeirlərinə müraciət etmək kifayətdir. Şair deyir: 

Küçələr əlimlə çıraqban oldu, 

Günəşə büründü kəndin yolları. 

İşıqlar çiçəyim, mən bağban oldum

Qorudum onları, sevdim onları. 

 

Hardasa, kiminsə işığı sönüb, 



Qəlbimin çırağı sönüb sanmışam. 

Qollarım neçə yol məftilə dönüb, 

İşıq yanmayınca, özüm yanmışam. 

II Aparıcı: 37-ci 

ilin 

dəhşətləri  şairin ailəsindən də yan keçməyib.  Şairin 



atası represiya qurbanlarının siyahısında olub və tutulub. Şair 

ömrünün xeyli dövrünü atasız keçirib. Otuz illik həsrətdən sonra 

ona doğma atası ilə görüş  nəsib olmuş  və bu ata həsrəti 

misralarına çökmüş, şeirlərinə hopmuşdur. 

Atam qayıtdı dedilər, 

İnanmadım, 




 

 

 



 

mən inanmadım. 

Yada düşdü ötən illər... 

Gəzməyə öyrənməmiş, 

Dərdin ağır yükünü 

Daşımağı öyrəndim. 

Əlifba oxumamış, 

Ürəyimdə sükutla 

Daşımağı öyrəndim. 

Şairin uşaqlıq illəri qanlı-qadalı müharibə illərinə  təsadüf edir. 

O dəhşətli illərin uşaqları  qəribə taleli uşaqlar olmuşlar. Onlar 

vaxtından qabaq böyümüş olurlar. Ataları, babaları döyüşlərə 

yollananda onlar valideynlərinin yerini tutmuş, onları  əvəz 

etmişlər. Fikrət də belə taleli uşaqlardan olmuş və onun əzablı-

cəsur, dözümlü uşaqlığı bütün yaradıcılığının qayəsi olmuşdur. 

I Aparıcı: 

Şairin  “Ağ  cığır” poemasında müharibənin qanlı-qadalı ili, 

1943-cü il təsvir olunur. On iki-on üç yaşlı uşaqlar hərbi qatarla 

cəbhəyə qaçmaq, gedib atalarına qoşulub, döyüş meydanında 

yağılarla üz-üzə durmaq istəyirlər. Poemada bu uşaqlardan üçü 

Sanqaçal stansiyasında təsvir olunur. Onlardan biri Fikrətin 

özüdür. Lakin o uşaqların bütün ciddi-cəhdlərinə baxmayaraq, 

onları geriyə, öz evlərinə qaytarırlar. Çünki hələ dava yaşlı 

deyillər. Lakin əsərdən hasil olan ideya budur ki, elin, obanın, 

xalqın ağır günündə  uşaqlar xalqımıza kömək etməyə  həmişə 

hazırdır. Fikrət Sadıq  şeirlərində yaratdığı  təsirli lövhələrlə 

oxucularda müharibə əleyhinə kəskin nifrət yaradır. Bu lövhələr 

canlı olduğu üçün uzun zaman oxucunun xatirində  dərin 

silinməz izlər buraxır.  Şairin “Yaralı evlər”  şeirində yüksək  

emosiya, dərin hiss və həyəcan vardır. Gəlin, dinləyək! 



 

(“Yaralı evlər” şeiri dinlənilir.) 

 

I Aparıcı: 

Şair şeirlərində II dünya müharibəsinin vurduğu ağır yaralardan 

ürək ağrısı ilə söhbət açır. Tale ona daha dəhşətli ağrılardan 

yazmağı məcbur etdi. Uzun illlər erməni qəsbkarları tərəfindən 

işğal altında qalmış torpaqlarımız, vətənindən didərgin düşmüş 

əhalimizin halı,  əsirlikdə olan oğullarımızın taleyi şairin 

şeirlərində ürək ağrısı ilə duyulur. Şeirləri oxuduqda onun 

qəlbinin necə od tutub yandığı aşkarcasına  hiss olunur. 

 

   



 

(Oxucu “Yanğın” şeirini söyləyir.) 

 

Oxucu:  


Erməni, ay erməni! 

  

Yandırdı bu şər məni. 



  

Yandırdı yandırdığın 

  

Dağlar, dərələr məni. 




  

Ay 


dünyanı oynadan 

 

 



Təzə qazan qaynadan 

 

 



Özüm oz torpağımı 

  

Yandırmaram, ay nadan! 



 

  

Ciyərim, canım yanır, 



  

Azərbaycanım yanır. 

  

Orda 


doğma torpağa 

  

Qarışan qanım yanır. 



 

  

Orda 



göz 

yaşım yanır, 

  

Öz 


dağım-daşım yanır. 

  

Yanan 



dağ-daşdı, alçaq! 

Sanma yaddaşım yanır. 

 

  

Dünya 



məətəl qalıb, 

  

BMT, 



ATƏT susur. 

  

Quldur 



tövbə eləməz. 

  

Qoca 



təbiət susur. 

 

 



 

Saxla bunu yadında, 

 

 

Gəl, əl çək inadından. 



  

Sabah 


sən yanacaqsan 

 

 



Mənim qəzəb odumda. 

I Aparıcı: 

Şair şeirlərində böyük vurğunluqla, qurub-yaradan insanın 

qəhrəmanlığından danışır, xalqımızın tarixi abidələrini vəsf 

edir, ana torpağın müqəddəsliyindən söhbət açır. 

 

 



Xalça – qədim xəritə, 

 

   hikmətlə dolu şeir, 



  

Burda 


zərrəcə nöqtə bir kitablıq  

                                                                              söz deyir. 

 

 

 



 

Xalça uzaq dünənin bu günə 

 

 

 



 

 

 



 

    gül xonçası 

 

 

 



 

Min bir əfsanə söylər hər gülü, 

 

 

 



 

 

 



 

    hər qönçəsi. 

 

 

 



 

Əlifbanı bilməyən 

 

 

 



 

 

 



  nənəmin əlyazması, 

    Bir 


gülünə həkk olub həm özü, 

 

 



 

 

 



 

 

  həm dünyası. 



II Aparıcı: Duyursunuz, 

şeirdəki hikməti?! Şair qədim xalıları əlifba 

bilməyən nənəsinin və nənələrimizin əlyazması kimi 

mənalandırır. 

I Aparıcı:               Fikrət Sadıq şeirlərində saf eşqi, vəfalı yarı, ana, Vətən 

məhəbbətini tərənnüm edir. Şairin şeirlərində tərənnüm etdiyi 

yüksək ideyalar oxucunu dərindən düşündürür, onun qəlbinə 



hakim kəsilir. Vətən məhəbbəti onun yaradıcılığına əsaslı 

şəkildə hopmuşdur. 

II Aparıcı: 

Əsli xar olanın nəsli xar olar, 

Əsli - kökü olan bəxtiyar olar. 

Anadan əvvəl - torpaq - Anadır! 

Torpaq olan yerdə həyat var olar. 

 

Torpaq - Vətən! Vətən - ulu, müqəddəs! 



Bunu bilməlidir Vətəndə hər kəs. 

Torpaq – Ana yurddur! Anayçın - oğul 

Ölümə atılsa, Ana yurd ölməz!  

 

(Oxucu “Xalq hikməti” şeirini söyləyir.) 



 

I Aparıcı: Fikrət Sadığın bir şair kimi ən çox müraciət etdiyi mövzulardan 

biri  əfsanələr, dastanlar, nağıllardır.  Şair təkcə Azərbaycan 

xalqının deyil, bir çox digər xalqların  əfsanələrini də  qələmə 

almışdır. “Balıqçı və su pərisi”, “Bacı-qardaş nağılı”, “Ana əli”, 

“Cırtdan hara getmişdi”. “Rəvayət”  belə əsərlərdəndir.  

 

(“Rəvayət” poemasından səhnələşdirilmiş parça tamaşaçılara  təqdim olunur.) 

 

Aparıcı: Ululardan 



eşitmişəm. Keçmişdə bir məmləkətdə bir zalım  şah 

yaşardı. Onun həndəvərində bir də bir qəssab vardı. Hər ikisi 

möhkəm dost və baş  kəsməkdə peşəkardı. Bir səhər baş 

meydanda bir cavanın bir əlini kəsməyi  əmr edir padşah.  İşin 

şirin yerində  qəssabın daş ürəyi yumşalır  birdən, diz çöküb, 

yalvarır. 

Qəssab: 

Şahım, onu mənə bağışla, əgər günahı varsa cəzasını verər allah. 

Aparıcı: 

Şah yerə salmadı dostunun sözün. Cavanı azad etdi elə  həmin 

gün. Amma demə, qəssabın bir pis şakəri varmış. Başa 

qaxarmış tez-tez elədiyi yaxşılığı. Görüşəndə, söz düşəndə, 

gündüz  də, gecə də. Soruşardı hey... 

Qəssab: 


Əlin necədi? Necədi? 

Aparıcı: 

Bir az keçər yenə deyər. 

Qəssab: 


Əlin necədi? Necədi? 

Aparıcı: O 

da 

eşitdikcə əlini gizlədərdi. Bir  dəfə, üç dəfə, beş dəfə, on 



dəfə, bir dəfə də son dəfə. 

Qəssab:  

Əlin necədi? Necədi? 

Cavan:   Bəsdir başıma qaxdın! 

Aparıcı:   Cavan 

qapdı baltanı, kəsib atdı əlini. Rəvayəti söyləyənlər 

bunu da deyirlər ki, qəssab sonra peşman olub.Tutulub əl-ayağı, 

tutulub dili. Yalandımı, doğrudurmu, deyə bilmərəm. Amma 

buna bənzər nəsə olub. Hikmət dolu, ibrət dolu, eyham dolu bir 

məsəldi bu! 




I Aparıcı: Uşaqlar,  “Yumaq top” nağıl-pyesi əsasında ssenarisi şairə 

məxsus olan “Cırtdanın yeni sərgüzəşti” cizgi filminə 

baxmısnızmı? Bu film balaca balalarımız üçün çəkilmişdir. 

Azərbaycan xalq nağılının  məşhur qəhrəmanının bizim 

günlərdə başına gələn yeni əyləncəli sərgüzəştlərindən söhbət 

açılır. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik 

bir-birini tamamlayır.  

II Aparıcı: 

İnsan düşüncəsinin məhsulu olan nəhəng müasir texnika bəşər 

övladına həmişə kömək etməyə hazırdır. Budur, əfsanəvi 

Simurq quşu, uçan xalça sehrli yumağın arxasınca nə qədər 

uçurlarsa xeyri olmur, onu tuta bilmirlər. Köməyə güclü və 

xeyirxah raket gəlir. O sehrli yumağı tutub balaca Cırtdana 

qaytarır. Uşaqlar, cizgi filmini seyr eləmək istəyirsiniz? Elə isə 

buyurun baxın. 

 

(“Cırtdanın yeni sərgüzəşti” cizgi filmi nümayiş olunur.) 

 

I Aparıcı: 



Indi kitab oxumamaq 

Olub təzə xəstəlik. 

Kitabı ver oxuyana 

Birini də üstəlik. 

Fikrət Sadıq söz zərgəridir. Onun hər kəlməsi bir naxış, 

babaların ata sözü, nənələrin ilmələri, butasıdır. Uşaqlar, belə 

bir gözəl şeirlər müəllifi olan şairin kitablarını hər zaman 

oxuyun. Artıq indi şair öz ömrünün müdriklik çağını yaşayır. 

Gəlin, ona bu yaşda möhkəm can sağlığı, yeni yaradıcılıq 

uğurları arzulayaq! 

II Aparıcı: Və tədbirimizi şairin ustad Şəhriyardan tərcümə etmiş məşhur 

“Azərbaycan” şeirinin musiqisi ilə bağlayırıq. 

 

(Tədbir Şəhriyardan tərcümə olunmuş “Azərbaycan” musiqisi ilə sona çatır.) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Ədəbiyyat siyahısı 

 

 



İnternetdə: 

 

www.google.az 

 

Kitablar: 

 

1.



 

Seçilmiş əsərlər.- B.: Gənclik, 1991.- 381s. 

2.

 

Ağ cığır.- B.: Yazıçı.- 1979.- 156s. 



3.

 

Bala kirpi.- B.: Gənclik, 1972.- 10 s. 



4.

 

Bir parça vətən.- B.: Şirvannəşr, 1998.- 20s. 



5.

 

Cığır.- B.: Gənclik, 1963.- 48s. 



6.

 

Cırtdan hara getmişdir.- B.: Gənclik, 1970.- 32s. 



7.

 

Dəniz küçəmizə gəlir.- B.: Gənclik, 1968.- 10s. 



8.

 

Dünya öz işindədir.- B.: Yazıçı, 1989.- 182s. 



9.

 

Gəlin yuyaq dənizi.- B.: Gənclik, 1988.- 52s. 



10.

 

Göydən alma düşmədi.- B.: Gənclik, 1982.- 52s. 



11.

 

Göydə nə var.- B.: Gənclik, 1978.- 80s. 



12.

 

 Gözlədiyim ömür.- B.: Şirvannəşr, 2003.- 264s. 



13.

 

 İşığın yaşı.- B.: Gənclik, 1974.- 200s. 



14.

 

 Məndən soruşsalar.- B.: Yazıçı, 1985.- 342s. 



15.

 

 Ömrün bir günü.- B.: Azərnəşr, 1965.- 44s. 



16.

 

 Sevgi yağışı.- B.: Gənclik, 1970.- 230s. 



17.

 

 Sərhəddə şəhər.- B.: Bilik nəşriyyatı, 2002.- 20 s. 



18.

 

 Sirli əlifba.- B.: Ayna mətbu evi, 1998.- 32s. 



19.

 

 Taleyin acığına.- B.: Qapp-Poliqraf nəşriyyatı, 2003.- 420s. 



20.

 

 Yerdən göyə ümid.- B.: Yazıçı, 1981.- 232s. 



 

Tərcümələri: 

 

1.



 

Marşak S. Axmaq siçan balasının nağılı.- B.: Gənclik, 1971.- 15s. 

2.

 

Fikrət T. Şərmin.- B.: Gənclik, 1972.- 27s. 



 

 

 



Tərtib edən:  Nailə Həşimova – F.Köçərli adına Respublika Uşaq Kitabxanası 

elmi-metodika şöbəsinin müdiri 

 

Redaktor: Fizurə Quliyeva – F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 



 Direktoru 

 

 



 

Yüklə 89,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə