Metodiki vəsait Qax- 2016 Torpaq-uğrunda ölən varsa vətəndir!



Yüklə 47,77 Kb.
tarix04.11.2017
ölçüsü47,77 Kb.
#8372

Qax rayon Mədəniyyət və Turizm Şöbəsi

MKS C. Cabbarlı adına Mərkəzi kitabxana

Metodiki-biblioqrafiya şöbəsi

Vətən sevgisi vətənpərvərlikdən başlayır

Metodiki vəsait

azc999rbaycan-bayrac49fc4b1.jpg

Qax- 2016

Torpaq-uğrunda ölən varsa vətəndir!

Vətənpərvərlik təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu vətəndə yaşayırıq.

Bəs biz bunu dərk edə bilirikmi? Biz vətəni sevirikmi? Biz vətənpərvərikmi?

Azərbaycan gəncliyi inkişaf edir. Gənclərimiz bütün sahələrdə nailiyyətlər qazanırlar. Azərbaycan gənclərinin uğurlu sədaları xarici ölkələrdən gəlir. İstər təhsil sahəsində, istərsə də idman sahəsində gənclərimiz özlərini dogruldurlar. Bu, vətənə olan sevgidən, vətənpərvərlikdən yaranır. Minlərlə ogul və qızlarımız vətən uğrunda canlarından keçiblər. Şəhidlik isə ən uca zirvədir. Vətənpərvərlik böyük hissdir və şəhidlər məhz vətənpərvər insanlardır.

Cəmiyyətdə elə gənclər var ki, vətənpərvər işlərlə məşgul olur, vətəni üçün əllərindən gələni əsirgəmirlər. Bunlar ürəyi vətən eşqi ilə çırpınanlardır. Azərbaycanın hər qarış torpagı ugrunda hər an əlinə silah alıb döyüşə hazır olanlardır. Bunlar o insanlardır ki, vətəni dərk edirlər.

Vətənpərvərlik ruhu, milli mənlik şüuru ailədən başlayaraq təhsil ocaqlarına qədər gənc nəsilə aşılanmalıdır.

Təəssüf ki, müxtəlif yollarla hərbi xidmətdən boyun qaçıran, əsgər gedəndə belə vətənə borcunu layiqli ödəməyən və vətəni sevməyən insanlar da var. Əsl vətənpərvər insan öz övladına, dostuna və ətrafındakı bütün onu dinləyə biləcək insanlara bu hissləri anlatmalı, vətəni sevməyi öyrətməlidir. Heç kim: "Vətən mənim üçün nə edib?” - deyə soruşmamalıdır. Əksinə, biz: "Vətən üçün nə etmişik?” - deyə öz-özümüzə sual verməliyik.

XX əsrin sonlarında Sovetlər İttifaqının süquta uğradığı ərəfələrdə Azərbaycan xalqı müstəqillik bayrağını qaldırdı. Bu müstəqillik Azərbaycanın siyasi tarixində XX əsrdəki ikinci qələbəsi idi. 18 oktyabr bizim istiqlaliyyət günümüzdür.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi və nəhayət, Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu.

Azərbaycan Respublikasında dekabrın 29-da keçirilən ümumxalq səsverməsi sübut etdi ki, Azərbaycan xalqı dövlətimizin müstəqil olmasını yekdilliklə istəyir. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının dövlət himnini, az sonra isə üçrəngli bayraq, səkkiz guşəli ulduz təsvirli dövlət gerbini təsdiq etdi.

1991-ci il oktyabrın 18-dən etibarən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalqımız bu günu dövlət səviyyəli bir bayram kimi qeyd edir.

Bəlkə də, tarixi bilməyən gənclər Azərbaycanın müstəqillik əldə etməsi üçün necə əzablı yollar keçdiyini bilmirlər. 20 il öncə Azərbaycanın dövlət müstəqilliyini elan etməsi xalqımızın tarixi arzularının reallaşması idi. Bizim müstəqilliyə gedən yolumuz, həqiqətən, çox mürəkkəb olub.

Belə ki, 1980-ci illərin sonunda sovet rejiminin dağılma prosesinin başlandığı aydın idi. Elə məhz həmin dövrlərdə Dağlıq Qarabağda separatçı hərəkat, alçaq Ermənistanın təcavüzü başladı. O dövrlərdə hakimiyyət orqanlarının bütün bu baş verən hadisələrə qarşı biganəliyi Azərbaycanda xalq hərəkatına təkan verdi. Elə bir məqam yetişdi ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması böyük təhlükə altına düşdü.

Azərbaycan dövlətçiliyinin sabahını düşünənlər Heydər Əliyevə üz tutdular. Heydər Əliyev bu çağırışdan imtina etmədi, çünki bütün ömrünü həsr etdiyi Azərbaycanın dağılmasına gozü görə-görə razı ola bilməzdi.

Hazırda Azərbaycan müstəqil, suveren dövlətdir. Vətəni sevən hər bir vətən övladı müstəqilliyin nə olduğunu dərk etməlidir. Respublikamızda baş verən proseslərə baxdıqda ancaq müsbət hadisələrin şahidi oluruq. Müstəqillik əldə etməyimiz çox önəmli bir hadisədir. Bütün insanlara, o cümlədən məktəbli gənclərə itirilmiş torpaqlarımız haqqında, şəhidlərimiz barəsində danışmaq, onlarda vətənə sədaqət aşılamaq lazımdır. Hamı bilməlidir ki, müstəqillik asan qazanılmayıb. Bu yolda minlərlə şəhidimizin qanı tökülüb. Bu baxımdan, Azərbaycan torpağında yaşayan hər bir kəs müstəqilliyimizin qədrini bilməli, vətən uğrunda daim hər şeyə hazır olmalıdır.

Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində və gözlərinin nurunda olmalıdır. Çünki babalarımızdan yadigar qalan torpaqları qorumaq, Heydər Əliyev ideyalarına sadiq qalmaq hər birimizin müqəddəs borcudur. Vətəni sevmək yalnız əlinə silah alıb döyüşə atılmaq deyil. Bu mənada, hər bir Azərbaycan gənci tutduğu vəzifəsindən asılı olmayaraq, vətəninin qədrini bilməli, ona sədaqətlə yanaşmalı və bayrağını uca tutmalıdır. Milli dəyərlərimizə həmişə hörmətlə yanaşmaq hər birimizin borcudur. Azərbaycanın gəncləri bu vətən üçün şəhid olublar. Bu gün Şəhidlər xiyabanı ancaq matəm günlərində ziyarət ediləcək bir yer deyil. Uşaqlar, yeniyetmələr və gənclər hər gün buranı ziyarət etməli, torpaqlarımız uğrunda canlarından keçən insanları unutmamalıdırlar.

Uşaqlara vətənpərvərlik hissini az yaşlarından aşılamaq lazımdır. Bu gün məktəblərdə vətənpərvərlik mövzusunda müsabiqələr keçirilir. Bu müsabiqələr və hərbi idman oyunları gənclərimizin hərbi ruhda böyüməsində müstəsna rol oynayır. Belə yarışların onların hərbiyəqədərki hazırlıq dövrünə və onların təfəkkürünə böyük xidməti var.
Azərbaycan ordusu bölgədə liderdir
Ümummilli lider Heydər Əliyev Azərbaycan vətəndaşlarının sabaha olan ümidlərini özlərinə qaytardı. Elmin, səhiyyənin və mədəniyyətin böhranlı vəziyyətdən çıxarılması naminə gərəkli addımlar atdı. Ən başlıcası isə milli ordumuzun döyüşkən ruhunu özünə qaytarmaq üçün ordunu yenidən qurmağa başladı. "Mən Azərbaycan milli ordusunun gücünə inanır, Azərbaycan əsgərinə güvənirəm”, - deyən ümummilli liderimiz bu sahədə yetərincə işlər gördü. O, xalqın ən ağır vaxtlarında ordu quruculuğunda uğurlu islahatlar apararaq, vətəni, ana torpağı qəlbən sevən igid əsgərlərimizə zəfər qazanmağın yollarını nişan verdi. Ulu Öndər Heydər Əliyev cəbhə bölgələrinə səfər edərək soyuq səngərlərdə yurda keşik çəkən vətən oğulları ilə tez-tez görüşüb, onlarlarla maraqlanırdı. Milli ordumuzun döyüşkən ruhunu, Azərbaycan əsgərinin qətiyyətini görən düşmənlərimiz geri çəkilməyə, məkrli planlarından əl çəkib danışıqlar masası arxasında əyləşməyə məcbur oldular.

Ulu öndər milli ordumuzun qüdrətli və döyüşkən olması naminə önəmli addımlar atdı. "Azərbaycan ordusu müstəqilliyimizin, doğma vətənimizin etibarlı keşikçisidir”, - deyən ümummilli liderimiz öz vəzifə borcunu şərəflə yerinə yetirən, lazım gələrsə, vətən yolunda şəhid olmağı bacaran Azərbaycan əsgəri və zabitlərinə ömrü boyu diqqət və qayğı


göstərərək, vətənə layiqli xidmətlərinə görə onları ali hərbi rütbələrə, orden və medallara
layiq görüldü.

Ümummilli liderimizin siyasi kursunu davam etdirən müstəqil Azərbaycan dövlətinin Prezidenti, Ali Baş Komandan İlham Əliyev də yurda keşik çəkən vətən övladlarından qayğısını əsirgəmir. Məhz İlham Əliyevin qayğısı sayəsində ordumuz ən müasir silahlarla təmin olunub. İyunun 26-da Azadlıq meydanında keçirilən hərbi parad bir daha göstərdi ki, Azərbaycanın silahlı qüvvələri bölgədə lider olmaqla yanaşı, həm də dünyanın ən aparıcı orduları ilə bərabər səviyyədədir.

Şübhəsiz ki, ordu quruculuğunun təməli Azərbaycan xalqının əvəzolunmaz lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Azərbaycan dövlətçiliyinin dünəni, bu günü, sabahı və parlaq hərb günəşidir. O, tarixin şanlı səhifələrini əməli və dönməz əqidəsi ilə yazdı, yaratdı və gələcək nəsillərə tükənməz xəzinə kimi ərməğan etdi. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin salnaməsinin yaradıcısıdır. O, qısa bir müddət ərzində vətənimiz odlar diyarı Azərbaycanda hərbi məktəblər yaratdı və böyüməkdə olan gənc nəslə atalıq qayğısı göstərərək hərbi təhsil almaları üçün əllərindən tutdu, onlara düzgün, işıqlı yol göstərdi. Gənclərimizə cəsarətli, məğrur olmağı, vətəni sevməyi, torpaqlarımızı qorumağı tövsiyə etdi.

Ulu öndər Heydər Əliyev Azərbaycan əsgərlərinə türk əsgərlərinə bənzəməyi tövsiyə edərək demişdi: "Biz artıq bunun canlı şahidiyik ki, Türkiyə Cümhuriyyətinin ağır şəraitdə yaşayaraq inkişaf etməsində və ona qarşı olan təxribatların qarşısının alınmasında, 20-ci illərdə Türkiyə Cümhuriyyətinin yaranmasına mane olan qüvvələrin qarşısının alınmasında türk əsgərləri böyük qəhrəmanlıq, şücaət, vətənpərvərlik nümunələri göstəriblər. Bu ənənələri daim inkişaf etdirən Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri indi dünyada ən güclülərdən biri hesab olunur. Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə ən yüksək keyfiyyəti vətənə, millətə, torpağa daim sədaqət hissi ilə yanaşması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur. Dünyada, dünya ölkələrində bu sahədə böyük nümunələr də var. Bu nümunələrdən biri və bizim üçün çox yaxın, əziz olanı türk əsgərinin, Türkiyə Silahlı Qüvvələrinin Türkiyə Cümhuriyyəti yaranandan sonra türk ordusunu daim inkişaf etdirməsidir. Siz də Azərbaycan xalqına xidmət edərək, müstəqil Azərbaycan dövlətinə xidmət edərək, müstəqil Azərbaycan torpağının keşiyində duraraq, xalqımızı sevərək, vətənpərvərlik hissi ilə yaşayaraq, özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız”.


Orduya dövlət qayğısı gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün zəmin yaradıb
Hərbi hissələrdə, ön cəbhələrdə qulluq edən vətən oğullarını Ali Baş Komandan Heydər Əliyev dəfələrlə şəxsən özü qiymətli hədiyyələrlə mükafatlandırmışdı.

Müdrik kəlamların banisi Heydər Əliyev həmişə deyirdi: "Azərbaycan xalqının özünü, öz dövlətini qoruya bilən əsgərləri, zabitləri, ordusu var. Hər bir peşə şərəflidir.

Ancaq vətəni qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir”.

Bu gün ordu quruculuğunda aparılan işlər, mətin oğulların vətənə sədaqət andı, şücaəti, nizam-intizamı, işğal altında olan torpaqlarımızın azad olunacağı gündən xəbər verir. Ordumuzun qurulması heç də öz-özünə baş vermədi.

Ordu quruculuğunun banisi Ali Baş Komandan, əbədiyaşar liderimiz Heydər Əliyevin bu sahədəki şərəfli xidməti bütün dünyaya bəllidir. Heydər Əliyev tarixin şanlı səhifələrini polad iradəsilə yazdı. Orduya, təhsilə, mədəniyyətə dövlət qayğısı gənc nəslin vətənə gərəkli böyüməsi üçün zəmin yaratdı. Torpaq uğrunda canlarından keçən hər bir vətən övladının məzarı müqəddəsdir. Məhz buna görə də Heydər Əliyev müqəddəs Şəhidlər xiyabanının ziyarətgaha çevrilməsini və abadlaşdırılmasını daim diqqət mərkəzində saxlamışdır. Qanlı müharibədə şəhidlik zirvəsinə ucalmış hər bir vətən övladının adının yaddaşlara həkk olunması, onların hünər və rəşadətlərinin gələcək nəsillərə çatdırılmasında Heydər Əliyevin rolu danılmazdır.

Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə vətənimizin əsrlərə bərabər tərəqqisinə, bütün dünyada məşhurlaşaraq, özünə layiqli yer tutmasına nail olan ulu öndər Heydər Əliyev şəxsiyyəti bizim və dünya durduqca yetişməkdə olan gənc nəsillər üçün əbədi günəş qədər müqəddəs və əzizdir. Heydər Əliyev nəhəng tarixi şəxsiyyət, görkəmli siyasi xadim, Azərbaycanın qeyrət və müdriklik simvoludur. Heydər Əliyev qüdrətli ordu quruculuğunu praktiki şəkildə gerçəkləşdirməklə yanaşı həm də onun siyasi ideoloji bazasını, mənəvi-əxlaqi bünövrəsini, strateji istiqamətlərini müəyyənləşdirdi, elmi-nəzəri sahədə ən dəyərli işlər gördü. Ali hərbi məktəblərdə təhsil alan kursantlar Heydər Əliyev ideyalarının davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuza göstərdiyi misilsiz qayğıdan ilhamlanaraq, ulu öndərimizin etimadını doğrultmağa çalışırlar.

Ulu öndər Heydər Əliyev Azərbaycanı ən çətin sınaqlardan, dəhşətli faciələrdən öz ömrü bahasına xilas etdi. Ən əsası, milli ordumuzun inkişafını təmin etdi. Formalaşmış nizam-intizamlı ordunun başında qüdrətli sərkərdə, güclü bir şəxsiyyət, yenilməz liderimiz Heydər Əliyev durdu. Belə bir ordunun sıralarında xidmət etmək, vətənə övladlıq borcunu ödəmək üçün can atanların, orduda könüllü xidmət etmək istəyənlərin sayı günbəgün artdı. Qeyd etdiyimiz kimi, Azərbaycan ordusu bu gün bölgənin lideridir. Bu uğur elə-belə əldə olunmayıb. Bu müqəddəs yolun yolçuları - vətən torpağını azad etməyə qadir əsgərlər Heydər Əliyev dühasından bəhrələniblər. Heydər Əliyevin parlaq zəkası ordu quruculuğunda böyük irəliləyişlər, xalqda orduya qarşı möhkəm inam və sevgi yaratdı. Onun əməyi sayəsində orduda yaranan hər bir uğur, yenilik, güclü nizam-intizam bizim hər birimizin qəlbində böyük iftixar hissi yaratdı. Ali Baş Komandan hər zaman bir vəzifə olaraq tövsiyə edirdi ki, Azərbaycanın güclü ordusunu yaratmaq ümumxalq işi olmalıdır. Yəni hər kəs cəmiyyətdə tutduğu mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq ordu quruculuğuna layiqli töhfəsini verməlidir.

Heydər Əliyev Azərbaycan torpağında, Azərbaycan xalqının parlaq günəşi kimi öz nurundan hər kəsə pay, vətənsevərlərin qoluna güc verdi. Xalqımız ən çətin və məşəqqətli günlərində ulu öndərimizdən kömək dilədi. Heydər Əliyev xalqa kömək əlini uzatdı və insanları dəhşətli uçurumlardan xilas etdi. O, Azərbaycan dövlətçiliyinin yaradıcısı, dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, demokratik dəyərlərimizin təminatçısı, xilaskarlıq, quruculuq missiyasını gerçəkləşdirən tarixi şəxsiyyətdir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsi, dünyanın tanınmış siyasətçilərinin Azərbaycana münasibəti, onun qiymətləndirilməsi - bütün bunlar xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan xalqı qarşısında qızıl hərflərlə tarixin yaddaşında həkk olunacaq xidmətləridir.



Özünü hərbi peşəyə həsr etmək istəyən gənclərin sayı ilbəil artır
Heç bir müstəqil dövlət, ölkə ordusuz yaşaya bilməz. Çünki ordu hər bir ölkənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin təminatçısıdır. Əgər Azərbaycanda ordu quruculuğu dərhal, milli ordu, silahlı qüvvələr yaradılması haqqında 1991-ci ilin oktyabr ayında qəbul olunmuş qərar əsasında yaranmağa başlasa idi, bəlkə də, Ermənistan-Azərbaycan münaqişəsində biz indi belə ağır vəziyyətlə üzləşməzdik.

Azərbaycan dövlət müstəqilliyini əldə edib, dövlətini qurarkən onun mütəşəkkil, peşəkar ordusu olmamışdır. Təbii ki, peşəkar ordunun yaranması bir ayda, yaxud bir ildə başa çata bilməz. Ancaq zamanın tələbləri bəzən elə vəziyyət yaradır ki, bir ildə görülən işi bir ayda görmək lazım gəlir. Bu, mümkündür. Çünki Azərbaycan xalqının tarixi keçmişi, keçən əsrlərdə müxtəlif döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlıq nümunələri onun qəlbində daim yaşamışdır. Ona görə də bu hissiyatları oyatmaq lazım idi, bunları hərəkətə gətirmək lazım idi. İlk illərdə ordu quruculuğu sahəsində böyük səhvlərin buraxılmasına, ordu quruculuğuna gec başlamağımıza baxmayaraq, son illərdə bu sahədə aparılan işlər Azərbaycanda mütəşəkkil, güclü, qüdrətli ordu yaratmağa imkan verib. Azərbaycanın dövlət müstəqilliyi əldə olunandan sonra indiyə qədər keçdiyi tarix, yaşadığı günlər hamıya məlumdur. Azərbaycan xalqı, dövlət, onun yaratdığı silahlı qüvvələr böyük sınaqlardan, çətinliklərdən keçərək, itkilər verərək, Azərbaycanın dövlət müstəqilliyini ilbəil yaşadıb, möhkəmləndirib, inkişaf etdirib və artıq indi dönməz vəziyyətə gətirib çıxarıb.

Sevindirici hal ondan ibarətdir ki, indi özünü hərbi peşəyə həsr etmək istəyən gənclər ilbəil artır. Ona görə ki, vaxtilə biz müstəqil olmadığımız zaman - sovet hakimiyyəti dövründə Azərbaycan gəncləri hərbi sahəyə o qədər də həvəslə yanaşmırdılar. Ancaq indi müstəqil Azərbaycanda və xüsusən orduda qanun-qayda yaradılandan sonra hərbi peşəni mənimsəmək və özünü hərbi peşəyə həsr etmək istəyən gənclərimizin sayı çoxalıb. Bu, bizim ordumuzun bu günü və gələcəyi üçün əhəmiyyətlidir.

Ordumuz bu gün Azərbaycanın müstəqilliyinə yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır. Zəngin, qüvvətli və müstəqil Azərbaycan ordusu xalqımızın qürur mənbəyidir. Vətənin müdafiəsində dayanan şanlı vətən oğullarının vəzifəsi çətin olduğu qədər də müqəddəsdir.



Bu gün Azərbaycan milli ordusunda on minlərlə gənc vətənə sədaqətlə xidmət edir. Dövlətimiz onların xidmətini və bu gün Azərbaycan ordusunun sıralarında olmasını, ölkəmizin ərazisinin, torpaqlarının keşiyində durmasını yüksək qiymətləndirir. Azərbaycanın milli ordusunun güclənməsi, qüdrətlənməsi hər bir vətəndaş üçün, hər bir gənc, uşaq üçün lazımdır. Çünki biz öz vətənimizi, müstəqil dövlətimizi, respublikamızı daim qorumaq qüdrətinə malik olmalıyıq. Azərbaycan milli ordusunun möhkəmlənməsi və inkişaf etməsi bu gün dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biridir. Bizim ordumuz möhkəmlənir. Bu, vacib amildir. Çünki Azərbaycan ordusu bu gün və gələcəkdə ola biləcək hər hansı bir təcavüzün qarşısını almağı bacarmalıdır. Ordumuz möhkəmlənir ki, torpaqlarımızın bütövlüyünü bərpa edə bilsin. Bütün bunlara görə Azərbaycan gəncliyinin qarşısında duran ən vacib məsələlərdən biri məhz orduda xidmət etmək, öz döyüş bacarığını göstərməkdir. Əgər gənc nəslin nümayəndələri vətənimizi ürəkdən sevməsələr, vətənpərvər olmasalar, yurdumuz azad və müstəqil şəkildə yaşaya bilməz.

Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunları zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.

Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür.
Əgər biz tarixi keçmişimizə nəzər salsaq, görərik ki, doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalşılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənimizi düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli
bir iz qoyub getmişlər.

Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi tarixi keçmişimizdirsə, bu günümüzün qəhrəmanlıq tarixini bəzəyən oğul və qızlar son dövrlərin Qarabağ savaşının qəhrəmanları, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərdir.
İgid Vətən oğlu doğma torpaq, müqəddəs yurd uğrunda canını qurban verdi, şəhidlik zirvəsinə ucalaraq ölümsüzlüyə qovuşdu. Vətəni sevən, vətən yolunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur, qədirbilən xalqımızın qəlbində əbədi yaşayırlar
İstifadə olunmuş mənbə:
http://www.azadliq.info







Hazırladı: Metodiki-biblioqrafiya şöbəsinin metodisti Əfəndiyeva Leyli
Yüklə 47,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə