Mexaniki iş və enerji



Yüklə 58,32 Kb.
tarix26.11.2017
ölçüsü58,32 Kb.
#12912
növüDərs

Zəngilan payon 11saylı tam orta məktəbin fizika müəllimi
Diləfuruz Baxşəliyeva



Dərs nümunəsi.

Sinif: VII.

Mövzu: Sürtünmə qüvvəsi

Standartlar: 2.2.2. Ağırlıq , çəki, elastiklik və sürtünmə qüvvələrini fərqləndirir.

Məqsəd:

Dərsin sonunda şagird: Sürtünmə qüvvəsinin rolunu şəhr edir, sürtünmə qüvvəsinin növlərini, istiqamətini, asılı olduğu kəmiyyətlərə dair biliklərini sadə təcrübələrlə nümayiş etdirir.



İş forması: qrupla iş və kollektivlə iş

İş üsulu: Müsahibə, BİBÖ , Ven diaqamı və s.

Resurslar: Dərslik, iş vərəqləri, müstəvilər , müxtəlif kütləli tirciklər, dinamometr, qum və s.
Dərsin gedişi:


  1. Fəndaxili inteqrasiya məqsədilə suallar verilir:

  1. Hansı qüvvələri tanıyırsınız?

  2. Ümumdünya cazibə qüvvəsi nədəın asılıdır?

  3. Ağırlıq qüvvəsi hara tətbiq olunur?

  4. Cismin çəkisi hansı istiqamətdə yönəlir?

  5. Elastiklik qüvvəsi hə zaman yaranır?

  6. Əvəzləyici qüvvə sürət istiqamətində yönəlsə cisim necə hərəkət edər?

  7. Cisim nə zaman bərabərsürətlə hərəkət edir?

  1. Maraqoyatma məqsədi ilə sullar verilir :

  1. Nəyə görə bəzi idmançıların ayaqqabılarının altı kəsik-kəsik və ya ox kimi , bəzilərininki isə diyircəkli , nazik və ya hamar olur?

  2. Nəyə görə maşınların təkərlərinə qarlı havada zəncir baglayırlar?

  3. Nəyə görə torpaq yolda rahat yeriyirsiniz, buzlu yolda sürüşursünüz?

  4. Bəzi avadanlıqlar nə üçün yağlanır?

Bü suallar cavablandırıldıqdan sonra sürtünmə qüvvəsinin mahiyyəti, bəzən vacibliyi bəzən isə ziyanı ortaya çıxır.

  1. BİBÖ cədvəlinin birinci və ikimci hissəsi doldurulur:

Bilirəm

İstəyirəm bilim

Öyrəndim

1.Sürtünmə qüvvəsi nə zaman yaranır?

2.Sütünmə qüvvəsini necə artırmaq olar?

3.Nə zaman sürtümə qüvvəsini azaltmaq vacibdir?


1. Sürtünmə qüvvəsinin hansı növləri var və sürtünmə əmsalı nələrdən asılıdır?

2. Tormoz yolu və tormoz vaxtı necə ifadə olunur?

3. Dartı qüvvəsinin müxtəlif qiymətlərində cisim necə hərəkət edər?

4. Mail müstəvidə sürtünmə qüvvəsi nədən asılıdır?





IV. Dərslikdəki “Araşdırma.1”- dəki təcrübə genişləndirilmiş formada şagirdlərin köməyi ilə aparılır.

Resurslar: Hamar müstəvi və şüşə lövhə, müxtəlif kütləli, müxtəlif ölçülü və müxtəlif maddələrdən hazırlanmış tirciklər , ip, qum, dinamometr.

Araşdırmanın gedişi:


c:\users\уулкуь\desktop\dina.jpg





m


sür



  1. Hamar müstəvi üzərinə taxta tircik qoyulub iplə dinamometrə baglanır.

  2. Dinamometr əvvəlcə kiçik qüvvə ilə dartılır , ticik hərkət etməsin.

Tircik tərpənmirsə şagirdlərdən soruşmaqla izah olunur ki, Nyutonun birinci qanununa əsasən dartı qüvvəsinin əksinə qüvvə yaranır. Bu sürtünmə qüvvəsidir.

  1. Dinamemetri böyük qüvvə ilə dartılsın və yenə tircik təpənməsin. Deməli sürtünmə qüvvəsi də artır. Dinamometrin göstərişinin müəyyən qiymətində tircik bərabərsürətlə hərəkərə başlasın. Izah olunur ki, hərəkətə başlayana qədərki sürtünmə qüvvəsi dartı qüvvəsindən yəni dinamometrin göstərişindən asılıdır.

  2. Tircik eyni kütləli, oturacağının sahəsi müxtəlif olan digər tirciklə əvəz olunsa dinamometrin göstərişi dəyişməyəcək. Tircik eyni kütləli diyircəkli titciklə əvəz olunaraq, bərabərsürətlə dartılsa müşahidə olunur ki, dinamometrin göstərişi azalır.

  3. Tircik böyük kütləli tirciklə əvəz olunsa dinamometrin göstərişi artar.

  4. Müstəvinin üzərinə qum tökməklə və ya digər materialdan hazırlanmış müstəvi ilə (məsələn şüşə lövhə ilə) əvəz olunsa dinamometrin göstərişi yenə dəyişər.

Şagirdlərin fikirləri ya qruplara bölməklə ya da ayrılıqda suallarla öyrənildikdən sonra , sürtünmə qüvvəsinin mahiyyəti açıqlanır: Bir cismin digər cisim üzərində hərəkəti zamanı yaranan və hərəkətin əksinə yönələn qüvvə sürtünmə qüvvəsi adlanır. Sürtünmə qüvvəsinin üç növü var: sükunət sürtünmə qüvvəsi, sürüşmə sürtünmə qüvvəsi və diyirlənmə sürtünmə qüvvəsi.

Bir cismin digər cisimin səthi üzərində hərəkətinə başlayana qədər yaranan və və hərəkətin əksinə yönələn qüvvə sükunət sürtünmə qüvvəsi adlanır. Bu qüvvə cismə tətbiq olunmuş dartı qüvvəsindən asılıdır. Fsük


0 Fdar

Bir cismin digər cisim üzərində hərəkəti zamanı yaranan və hərəkətin əksinə yönələn qüvvə sürüşmə sürtünmə qüvvəsi adlanır. Sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti sürüşmə sürtünmə qüvvəsinə bərabərdir. Bir cismin digər cisim üzərində diyirlənərkən yaranan sürtünmə qüvvəsi diyirlənmə sürtünmə qüvvəsi adlanır. Araşdırmadan göründüyü kimi diyircəkli tircikdə dinamometin göstərişi azaldı. Deməli diyirlənmə sürtünmə qüvvəsi sürüşmə sürtünmə qüvvəsindən kiçik olur. Ona görə də bəzən sürtünməni azaltmaq məqsədi ilə diyircəkdən istifadə olunur. Müstəvi üzərindəki hərəkət edən cismin kütləsini artırdıqda sürtünmə qüvvəsinin də artdığı müşahidə olundu. Deməli sürtünmə qüvvəsi təzyiq qüvvəsi ilə mütənasibdir.

F =N - burada = mütənasiblik əmsalı olub sürtünmə əmsalı adlanır, toxunan səthlərin maddəsinin növündən və kələ-kötürlüyündən yəni hamarlığından asılıdır. Sürtünmə əmsalı vahidsiz kəmiyyətdir. Sürtünmə qüvvəsi və sürtünmə əmsalı cisimlərin səthinin sahəsindən asılı deyil. Üfiqi müstəvidə :



=m
N=mg. Fsür= mg. sür dar

=m

Nyutonun II qanununa görə əvəzləyici qüvvə:


ma= Fd- Fsür ; a=

Fd Fsür olduqda, a0 – cisim bərabəryeyinləşən hərəkət edər.

Fd Fsür olduqda, a 0- cisim bərabəryavaşıyan hərəkərt edər.

Fd = Fsür olduqda , a= 0 – cisim bərabərsürətli hərəkər edər.

Cisim tormozlayaraq , dartı qüvvəsi kəsildikdən sonra ancaq sürtünmə qüvvəsinin təsiri ilə( sürtünmə qüvvəsi dəyişmirsə) bərabəyavaşıyan hərəkət edərək dayanar. Cismin dayanana qədər getdiyi yol tormoz yolu, bu yola sərf etdiyi zaman tormoz vaxtı adlanır.

Bu zaman :



= -at= -gt.

Əgər , = 0 olsa: = g , = =



0 t



= =

0 tt t


Sürtünmə qüvvəsi toxunan cisimlərin səthlərinin sahəsindən asılı deyil.
V. Mail müstəvidə sürtünmə qüvvəsinin hansı kəmiyyətlərdən asılı olmasını aydlnlaşdırmaq üçün aşağıdakı araşdırma aparılır:
Araşdıma 2:
Resurslar: hamar müstəvi , tirciklər , qum və s.

Araşdlrmanın gedişi:




  1. Hamar müstəvinin bir ucu yerə, digər tərəfdən altına kiçik tircik qoymaqla mail müstəvi düzədilir

Fsür

  1. Mail müstəvinin üzərinə ticik qoyulur , tircik sürüşməsin .

  2. Mail müstəvinin altına ikinci tircik qoymaqla mail müstəvinin meyl bucağı artırılır. Bu zaman tircik sürüşür.

  3. Tircik mail müstəvidən sürüşüb düşdükdən sonrakı tormoz yolü ölçülür.

  4. Mail müstəvinin qarşısına qum tokülür, yenidən tormoz yolu ölçülür.

  5. Tircik kütləsi fərqli digər tirciklə əvəz olunsun və tormoz yolu ölçülür. Tormoz yolu və vaxtının sürtünmə əmsalı və cismin kütləsindən asıllığı yoxlanılır.

Araşdırmanın nəticələrini mübadilə üçün qruplara suallar verilir:



  1. Mail müstəvi üzərində qoyulmuş cismə təsir edən sürtünmə qüvvəsi hansı istiqamətə yönələr?

  2. Mail müstəvinin meyl bucağı artsa sükunət və sürüşmə sürtünmə qüvvəsi necə dəyişər?

  3. Tormoz yolu və vaxtı sürtünmə əmsalından necə asılıdır?

Qrupların cavabları müzakirə olunduqdan sonra , nəticə çıxarılır:


  1. Araşdırmadan göründüyü kimi meyl bucağı artdıqca sürüşmə sütrünmə qüvvəsi azalır, sükunət sürtünmə qüvvəsi artır. ( 7 sinif şagirdləri tiqonometrik funksiyalar haqqında məlumatlı olmadığından bu qüvvələrin asıllıq düsturları haqqında açıqlama verilmir.)

  2. Tormoz yolu və vaxtı qum töküldükdə azaldıgından sürtünmə əmsalından tərs mütənasib asılıdır.

BİBÖ cədvəlinin üçüncü hissəsi doldurulur.


Bilirəm

İstəyirəm bilim

Öyrəndim

1.Sürtünmə qüvvəsi nə zaman yaranır?

2. Sütünmə qüv-vəsini necə artırmaq olar?

3. Nə zaman sürtümə qüvvəsini azaltmaq vacibdir?


1. Sürtünmə qüv-vəsinin hansı növləri var və sürtünmə əmsalı nələrdən asılıdır?

2. Tormoz yolu və tormoz vaxtı necə ifadə olunur?

3. Dartı qüvvəsinin müxtəlif qiymətlə-rində cisim necə hərəkət edər?

4. Mail müstəvidə sürtünmə qüvvəsi nədən asılıdır?



1.Sürtünmə qüvvəsinin üç növü var. Sürtünmə əmsalı toxunan səthlərin maddəsinin növündən və hamarlığından asılıdır. Sürtünmə qüvvəsi bunlardan əlavə təzyiq qüvvəsindən də asılıdır, toxunan cisimlərin səthlərinin sahəsindən asılı deyil.

2. Tormoz yolu və tormoz vaxtı cismin başlanğıc sürətindən, sürtünmə əmsalından asılıdır.

3. Fd Fsür olduqda, cisim bərabəryeyinləşən , Fd Fsür olduqda, cisim bərabəryavaşıyan,

Fd = Fsür olduqda, cisim bərabər-sürətli hərəkər edər.

4.Mail müstəvidə sürtünmə qüvvəsi əlavə olaraq mail müstəvinin meyl bucağından da asılıdır.

VI. Öyrədilənlərin yoxlanılması məqsədi ilə iş vərəqlərində tapşırıqlar verilir:


I və II qruplar üçün:


  1. Üfiqi müstəvi üzərində qoyulmuş kütləsi 4kq-lıq cismin üzərinə ikinci 2kq-lıq digər cisim qoyulsa, sürtünmə qüvvəsi və sürtünmə əmsalı necə dəyişər?


m2=2kqq kkqkqk

m1=4kqq
2 dəfə artar, dəyişməz

  1. 1,5 dəfə artar, dəyişməz.

  2. Dəyişməz, 3 dəfə artar

  3. 2 dəfə azalar, 2 dəfə artar.

  4. 1,5 dəfə artar, 2 dəfə azalar.




  1. Sürtünmə əmsalı 2 dəfə artırılsa , tormoz yolu necə dəyişər?

  1. 2 dəfə artar. B) 2 dəfə azalar. C) dəyişməz. D) 4 dəfə artar. E) 4 dəfə azalar.

III və IV qruplar üçün:



  1. Ven diaqramında :

  1. Sürtünmə qüvvəsi , 2- Elastiklik qüvvəsi 1 3 2 c:\users\уулкуь\desktop\20.jpg

3 -Hər iki qüvvə üçün eyni olan xassələri qeyd edin .


  1. Dinamometrlə ölçülür. 2. Cisimlərin deformaisiyası zamanı yaranır. 3. Vahidi 1N –dur. 4. Cisim digər cisim üzərində hərəkəti zamanı yaranır. 5. Huk qanunu ilə ifadə olunur. 6. Həmişə hərəkətin əksinə yönəlir. 7.Vektorial kəmiyyətdir.




  1. Mail müstəvidə meyl bucağı artdıqda:

Sürüşmə sürtünmə qüvvəsi: Sükunət sürtünmə qüvvəsi :

  1. artar , artar

  2. artar , dəyişməz

  3. azalar , artar

  4. artar , azalar

  5. azalar, dəyişməz

VI . İş vərəqləri yığılıb müzakirə oiunur. Şagirdlər qiymətləndirilir.


Qiymətləndirmə cədvəli:



Qruplar

Meyarlar


I qrup

II qrup

III qrup

IV qrup

Qarşılıqlı təsirdə sürtünmə qüvvəsinin rolunu şəhr edir.














Sürrtünmə qüvvəsinin növlərini fərqləndirir













Sürtünmə qüvvəsinin istiqaməti, asılı olduğu kəmiyyətləriə dair bilikləri təcrübələrlə təsdiq edir.














Tormoz yolu və tormoz vaxtını və mail müstəvidə sürtün mə qüvvəsini qiymətləndirir.













VII. Ev tapşırığı kimi, sürtünmə qüvvələrinin məişət və texnikada təzahürü və tətbiqinə dair slayd və ya esse hazırlamaq tapşırılır.





Yüklə 58,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə