Microsoft PowerPoint BakuTel2013 report az



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
tarix15.10.2018
ölçüsü1,31 Mb.
#74175
növüXülasə


19-cu Azərbaycan Beynəlxalq 

Telekommunikasiya və İnformasiya Texnologiyaları 

Sərgisinin hesabatı

2-5 dekabr, 2013

Bakı, Azərbaycan


XÜLASƏ

Yaranma tarixi: 1995

Xəzəryanı və Qafqaz regionlarında

keçirilən ən iri telekommunikasiya

sərgisi olan BakuTel sərgisi biznesin

Azərbaycanda inkişafı üçün ən əlverişli

vasitədir. BakuTel çərçivəsində yeni

tərəfdaş

axtarışı,

bazarın

təhlili,


istehlakçılar ilə effektiv iş aparmaq üçün

şərait yaradılır. 19 illik iş ərzində sərgi

İnformasiya-Kommunikasiya Texnolo-

giyaları forumuna çevrilmişdir.

Artıq səkkiz ildir ki, BakuTel sərgisi “UFI”

Ümumdünya

Sərgi

Sənayesi


Assosiasiyasının

keyfiyyət

nişanını

daşıyır. “UFI tərəfindən təsdiq olunub”

keyfiyyət

nişanı


tədbirin

yüksək


təşkilatçılıq

səviyyəsindən

xəbər

verməklə yanaşı, sərgi ilə bağlı statistik



məlumatların dürüstlüyünü bir daha

təsdiqləyir.




TƏŞKİLATİ KOMİTƏ

Rəna Abutalıbova – Layihə rəhbəri, Iteca Caspian LLC

Cəmilə Quliyeva – Layihə koordinatoru, Iteca Caspian LLC

Babək Amaşov – Texniki menecer, Iteca Caspian LLC

Emiliya Əliyeva – Texniki menecer, Iteca Caspian LLC

Açelya Bayraktar – Satış üzrə menecer EUF, Türkiyə

Nataliya Sitnikova - Satış üzrə menecer ITE Moscow, Rusiya

Yana Sapunova - Satış üzrə menecer ITE Gulf FZ LLC, Yaxın Şərg və İran






MƏTBUAT KONFRANSI

29 noyabr tarixində “Hilton Baku” otelində akkreditə olunmuş jurnalistlər, habelə yerli və

xarici KİV nümayəndələrinin iştirak ilə mətbuat konfransı keçirildi. AR Rabitə və İnformasiya

Texnologiyaları Nazir Müavini cənab Elmir Vəlizadə, Iteca Caspian LLC şirkətinin Direktoru

cənab Fərid Məmmədov, Iteca Caspian LLC şirkətinin BakuTel sərgisi üzrə meneceri xanım

Rəna Abutalıbova, Iteca Caspian LLC şirkətinin marketinq meneceri xanım Almaz

Hüseynova mətbuat konfransının təşkilatçıları qismində iştirak edirdilər.



BAKUTEL SƏRGİSİNİN RƏSMİ AÇILIŞI

BakuTel


2013

sərgisini

Azərbaycan

Respublikasının Prezidenti Zati-aliləri İlham

Əliyev

ziyarət


etdi.

“VİP”-tur

sərgi

mərkəzinin



foyesində,

Azərbaycan

Respublikası

Rabitə


İnformasiya

Texnologiyaları Nazirliyinin stendindən

başlandı. Bu stenddə son illər ərzində

nazirlik tərəfindən görülmüş işlər, habelə,

bu sahənin inkişafına dair gələcək planlar

barədə dolğun məlumatlar təqdim olundu.

Burada Prezident İlham Əliyev Dünya

Azərbaycanlılarının I Virtual Konfransında

iştirak etdi. Ölkə başçısı bütün zallara baş

çəkərək, yerli və aparıcı xarici şirkətlərin

stendləri ilə tanış oldu. Sərgi ilə tanışlıq

əsnasında

Prezident

İlham

Əliyev


“Euronews” telekanalına müsahibə verdi.



BAKUTEL SƏRGİSİNİN QONAQLARI 

3 dekabr tarixində “Bakutel” sərgisini Rusiya

Federasiyası

Rabitə


Kütləvi


Kommunikasiyalar

Naziri


Nikolay

Nikiforovun

başçılıq

etdiyi


Rusiya

nümayəndə heyəti ziyarət etdi. “VİP”-tur

əsnasında

nazir


N.

Nikiforov

Rusiya

şirkətlərinin nümayəndələri ilə söhbət etdi,



habelə bir sıra yerli və xarici stendlərin yeni,

maraqlı məhsulları ilə tanış oldu. “ - Sərgi

mənim çox xoşuma gəldi! - deyə N.

Nikiforov öz fikrini bildirdi. – Bu sərgi öz

sahəsinin mühüm tədbiridir və sevindirici

haldır ki, hər il çoxlu sayda şirkət texnoloji

tərəqqinin ən son yenilikləri və nailiyyətlərini

təkcə mütəxəssislərə və bu sahədən

xəbərdar olan insanlara deyil, həm də sıravi

ziyarətçilərə

nümayiş

etdirir.


Məlumatlandırma və yeni texniki vasitələrin

tətbiq edilməsi məsələlərində “Bakutel”

sərgisinin

rolunu


layiqincə

qiymətləndirməmək mümkün deyil”.




“Bakutel” sərgisində iştirak etmək

üçün Əfqanıstan, ABŞ, Macarıstan,

İtaliya, İsrail və digər ölkələrdən

nümayəndə

heyətləri

Bakıya


gəlmişdilər.

Sərginin


nüfuzlu

qonaqları arasında Beynəlxalq

Telekommunikasiya İttifaqının Baş

katibi cənab Hamadun Ture,

Macarıstanın milli inkişaf naziri

xanım Susanna Nemet, Belarus

Respublikasının informatizasiya və

rabitə


naziri

cənab


Nikolay

Panteley, Regional Rabitə Birliyinin

(RRB) Baş direktoru Nuruddin

Muxitdinov

digər


yüksək

vəzifəli


qonaqlar

“Bakutel”

sərgisinin fəxri qonaqlar kitabında

öz rəy və arzularını yazdılar.




İştirakçıların sayı: 255

•Yerli iştirakçılar: 105

•Beynəlxalq iştirakçılar: 150

Ümumi sahə: 5314 kv.m.

İştirakçı ölkələrin sayı: 28

ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Belarus Respublikası, BƏƏ, Birləşmiş Krallıq,

Çexiya, Əfqanıstan, Kanada, Çin, Gürcüstan, Xorvatiya, Estoniya, Fransa, Hindistan,

İspaniya, İsrail, İtaliya, Latviya, Litva, Macarıstan, Malayziya, Rusiya, Sloveniya, Türkiyə,

Ukrayna və Yaponiya.

Milli stendlər:

Azərbaycan, Belarus Respublikası, Əfqanıstan, Kanada, Xorvatiya, Estoniya, Fransa, 

İsrail, İspaniya, İtaliya, Latviya, Litva, Macarıstan, Sloveniya və Türkiyə.

İŞTİRAKÇILAR



STATİSTİKA

İştirak edən şirkətlərin 87% sərgidə işguzar əlaqələrin qurduqlarını təsdiqlədi



İştirakçıların 9% BakuTel 2013 sərgisində müqavilə imzalamışdırlar

İştirakçıların 73% sərginin nəticəsində müqavilələrin imzalanmasını gözləyir



İştirakçıların 73% sərginin təşkilini dəstəkləyir və BakuTel 2012 sərgisində

məhsul və xidmətlərin nümayişi üçün yaradılan şəraitdən tam razıdı

İştirakçıların 72% oxşar tədbirlərdə iştirak edəcəklərini təsdiqlədi



İştirakçıların 86% BakuTel sərgisində iştirakı məsləhət edəcəklərini təsdiqlədi

Telekommunikasiya və şəbəkələr



İT və ofis texnologiyaları

Kabel və simsiz rabitə



Peyk rabitəsi və texnologiyaları

Genişzolaqlı rabitə və texnologiyalar



Təhlükəsizlik sistemləri

Televiziya və radioyayım avadanlıqları 



və texnologiyaları

Proqram təchizatı və avtomatlaşdırma 



sistemləri

Bank texnologiyaları və xidmətləri



E-hökumət və e-təhsil



SƏRGİNİN BÖLMƏLƏRİ


İŞTİRAKÇILARIN RƏYİ

“-Qeyd etmək lazımdır ki, hər il bu cür irimiqyaslı sərginin təşkil olunması bütövlüklə İKT

sektorunun, xüsusi ilə də bizim şirkətin hərtərəfli inkişafını stimullaşdırır”.

Kent MakNili (Kent McNeley),

“Azərfon” şirkətinin Baş icraçı direktoru

“-Bu sərgi İKT sənayesinin inkişafı üzrə sifarişçilərin planları ilə tanış olmağa, yeni həll

variantlarının hazırlanması və tətbiqi sahəsində şirkətin nailiyyətlərini təqdim etməyə,

habelə potensial sifarişçilərlə görüşərək, biznesin inkişafına dair ideya və təklifləri təhlil

etməyə imkan yaradır”.

Maksim Kisilyov,

“Cisco” şirkətinin rabitə operatorları ilə iş üzrə direktoru

“- Sərgi ölkənin telekommunikasiya sahəsində çox vacib hadisədir və biz onu yeni sahə və 

bazarlara girişi təmin edən birbaşa əlaqələrin qurulması üçün əla platforma hesab edirik”. 

Riçard Şirer (Richard Shirer),

“Bakcell” şirkətinin Baş icraçı direktoru 

“-Məhsul və xidmətlərimizi nümayiş etdirmək üçün “Bakutel” sərgisini layiqli

platforma kimi seçməyimizin səbəbi odur ki, bu möhtəşəm sərgi şirkətlər arasında

tərəfdaşlıq əlaqələrinin yaxşılaşdırılmasında əla marketinq vasitəsidir və Azərbaycanda İKT

sektorunun inkişafına böyük töhfə verməklə yanaşı, İT sahəsinin inkişafını və sahə

mütəxəssislərinə olan daimi tələbatı, eləcə də beynəlxalq bazarın miqyasını ön plana çəkir”.



İlham Namazov, “Cybernet” MMC-nin Baş direktoru


“-Qafqaz və Xəzəryanı regionlarının ən iri telekommunikasiya sərgisi olan “Bakutel” şirkət və

iştirakçıların bu sahə üzrə qlobal təmayüllər və texnoloji yeniliklərlə yaxından tanış

olmalarına lazımı şərait yaradır”.

Kiril Qaburiç,

“Azercell Telecom” şirkətinin prezidenti 

“-“Bakutel” sərgisi Xorvatiya və Azərbaycan arasında İKT üzrə əməkdaşlıq körpüsünün

təməlini qoyub və builki ekspozisiya bir daha sübut etdi ki, sözügedən sərgi mühüm

beynəlxalq tədbir olmaqla yanaşı, həm də telekommunikasiyanın inkişafı üçün regional

mərkəz statusuna malikdir”.

Aleksandr Fridman, Xorvatiyanın İKT üzrə İqtisadi Palatasının Baş eksperti

“-Zənnimcə, “Bakutel” sərgisi müxtəlif ölkələrin İT şirkətləri və təşkilatları arasında mühüm

qarşılıqlı əlaqə və əməkdaşlıq körpüsüdür”.

Yana Krimpe,

Azərbaycan-Estoniya Ticarət Palatasının rəhbəri 

“-Mən bu sərginin yüksək səviyyədə təşkil olunduğunu xüsusilə qeyd etmək istəyirəm,

belə ki, sərginin beynəlxalq sərgi standartlarına uyğunluğunu həm eksponentlərə olan

münasibətdə, həm də müştərilər üçün yaradılmış rahat şəraitdə - bir sözlə, hər bir xırda

detalda hiss etmək mümkün idi”.

Marek Kayzer (Marek Keiser),

“Hitachi Solutions” şirkətinin Müştərilərlə iş üzrə meneceri 

“-Sərginin yüksək səviyyədə təşkili, müştərilərin böyük axını və ekspozisiyanın düzgün

tərtib olunması çox sevindirici haldır. Hər gün sərginin işi xoş abu-hava və gözəl əhval-

ruhiyyə ilə müşayiət olunur”.



Olqa Roqova, “New Telco” şirkətinin Satış üzrə regional menecer


ZİYARƏTÇİLƏR

4 gün ərzində sərginin 13.154 ziyarətçisi olub

Sərgi ziyarətçilərinin 65%-ni  sahə mütəxəssisləri təşkil edib

4 gün ərzində dünyanın 30 ölkəsindən (ABŞ, Almaniya, Argentina, Avstriya, Belarus

Respublikası, BƏƏ, Birləşmiş Krallıq, Çin, Əfqanıstan, Fransa, Gürcüstan, Hindistan,

İordaniya, İran, İsrail, Koreya, Küveyt, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Norvegiya,

Özbəkistan, Polşa, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Türkmənistan, Ukrayna) 269

beynəlxalq ziyarətçi sərginin qonağı olub.




“Bakutel” sərgisi bütün İKT mütəxəssislərini bir araya

gətirən zəngin işgüzar proqramla müşayiət olunurdu.

Sözügedən proqrama Azərbaycan və regionda internetin

təkamülü və inkişafı mövzusunda müxtəlif seminar və

konfranslar, eləcə də “Azərbaycan-İsrail” və “Azərbaycan-

ABŞ” İKT forumları daxil edilmişdi. İşgüzar proqramın

mühüm tərkib hissələrindən biri beynəlxalq əməkdaşlığa

həsr olunan tədbirlər, daha dəqiq desək, “TASIM”

konsorsiumunun əsas telekommunikasiya operatorlarının

illik forumu, BMT-nin Asiya və Sakit okean ölkələri üçün

iqtisadi və sosial komissiyasının “SPECA” layihəsinin işçi

qrupunun


“Biliyə

əsaslanan

iqtisadiyyatın

inkişafı”

mövzusunda iclası, Azərbaycanda dövlət və özəl İKT

sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin

yaradılması ilə əlaqədar tədbirlərdən ibarət idi. Dünyanın

20-dən çox ölkəsindən 50 nəfərdən çox nümayəndəni bir

araya gətirən və “Kibertəhlükəsizlik sahəsində beynəlxalq

əməkdaşlıq: problemlər və perspektivlər” mövzusuna həsr

olunan konfrans isə Azərbaycan üçün böyük hadisəyə

çevrildi.



SƏRGİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR


“Bakutel” sərgisi çərçivəsində Trans-

Avrasiya Super İnformasiya Magistralı

(TASİM)

layihəsinin



iştirakçıları

tərəfindən

qarşılıqlı

anlaşma


memorandumu imzalandı. Azərbaycan

bu layihədə Rabitə və İnformasiya

Texnologiyaları Nazirliyinin Beynəlxalq

Əlaqələr və

Hesablama Mərkəzi

tərəfindən

təmsil

olunmuşdur.



Sözügedən

layihə


yoxsulluq

səviyyəsinin azaldılması və iqtisadi

artımın sürətləndirilməsində, habelə

regionun inkişafında lokomotiv rolunu

oynaya

bilər.


“TASİM”

layihəsi


ümumilikdə

20

ölkənin



birləşdirilməsinə xidmət edir və onun

həyata keçirilməsi Qərbi Avropa və

Sakit okean hövzəsi ölkələri arasında

informasiya

boşluğunun

aradan


qaldırmağa imkan verəcək.


AXŞAM ZİYAFƏTİ

2 dekabr tarixində Buta Palace-da sərginin

rəsmi açılışına həsr olunmuş axşam ziyafəti

keçirildi. Bu tədbirdə BakuTel sərgi və

konfransının iştirakçıları, rəsmi şəxslər, səfirlik

təmsilçiləri, ITE Group PLC və Iteca Caspian

LLC şirkətlərinin tərəfdaşları, habelə kütləvi

informasiya

vasitələrinin

nümayəndələri

iştirak edirdilər.

KARTİNQ YARIŞMASI

3 dekabr tarixində Iteca Caspian LLC şirkəti

BakuTel sərgisinin iştirakçıları üçün kartinq

yarışmasını təşkil etdi.





20-ci Yubiley Azərbaycan Beynəlxalq

Telekommunikasiya və İnformasiya Texnologiyaları 

Sərgi və Konfransı

2-5 dekabr, 2013

Bakı Ekspo Mərkəzi

Bakı, Azərbaycan

BİZƏ QOŞULUN!

20-ci Yubiley Azərbaycan Beynəlxalq 

Telekommunikasiya və İnformasiya Texnologiyaları 

Sərgi və Konfransı 

2-5 dekabr, 2014

Bakı, Azərbaycan

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə