Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

 
101
üçün sərbəst düşüncə və iş şəraiti hökm sürürdü. Milli azadlıq 
və milli özünüdərk ruhunun açıq və gizli təbliği üçün həmin 
illərdə yaradılmış  şərait sonrakı  mərhələlərdə öz bəhrəsini 
vermişdir. Keçmiş SSRİ-nin dağılması 
ərəfəsində 
Azərbaycanda demək olar ki, milli müstəqillik ideyalarının 
daşıyıcısı olan böyük bir zümrə yetişmişdi.
43
  
Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya 
tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu 
keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün 
ölkələrdə olan elm adamlarına və respub-likamıza maraq 
göstərən adamlara tanıdaq. Bu sahədə  də tarixçilərimizin 
qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük 
məsuliyyət düşür.
44
  
Beləliklə, aparılan məqsədyönlü fəaliyətin nəticəsi olaraq 
Azərbaycan müstəqillik  əldə etdikdən sonra dünya dövlətləri 
tərəfindən o cümlədən, inkişaf etmiş dövlətlər tərəfindən 
tanınmağa başladı. Tezliklə respublikamız dünyanın inkişaf 
etmiş ölkələri ilə bir sırada dayandığını sübut etdi. Bu, 
postsovet məkanında, yeni ayrılmış bir ölkədə Heydər Əliyevin 
dövlətçilik siyasətinin tərkib hissəsi idi. Azərbaycanın qədim 
və  zəngin mədəniyət sahibi olmasını dünya içtimayyətinə 
çatdırmaq o deməkdir ki, xalqımız qədim dövrlərdən bəri 
özünün milli mədəniyyətini formalaşdırmış qədim əxlaqi milli 
ənənələrə malikdir və bu ənənələr və milli mənəvi dəyərlər 
gələcək nəsillərə çatdırılacaqdır. Qloballaşma  şəraitində  hətta 
xalqımızın  əldə etmiş olduğu mədəniyyət abidələri bəşər 
mədəniyətinə intiqrasiya ediləcək və bu istiqamətdə  bəşəri 
mədəni dəyərlərin zənginləşməsinə tövhə olacaqdır. Eyni 
                                           
43
  Рамиз  Мещдийев.  Азярбайъанын  инкишаф  диaлектикасы.  Бакы. 2000 
сящ.155-156 
44
  Щейдяр  Ялийевин  Азярбайъан  Республикасы  Елмляр  Академийасында 
зийалыларла  эюрцшц. 21 сентйабр 1993-ъц  ил.  “Мцстягиллийимиз  əбядидир” I 
китаб. Бакы. 1997 с. 155 


 
102
zamanda Azərbaycan milli mədəniyəti ümumbəşəri 
mədəniyətin ən mütərəqqi ənənələrindən bəhrələnəcəkdir. 
Biz tarixi köklərimizdən ayrıla bilmərik. Biz tarixi 
köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və 
tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, 
yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik. Eyni 
zamanda öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə 
birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi 
dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq.
45
  
Qədim və zəngin milli mədəniyyətə malik olmağımız və 
sonra bunu inkişaf etdirərək içtimai fikri formalaşdırmaq, 
içtimai  şüuru canlandırmaq və  nəhayyət onu milli şüura 
çevirərək içtimai idealogiya səviyyəsinə çatdırmaq  əsas 
vəzifələrdən biridir.  
Beləliklə, sovet rejimində  əsası qoyulan mədəni-əxlaqi, 
siyasi-hüquqi dəyərlər müstəqillik dövründə içtimai həyatda 
bütün reallığı ilə öz təsdiqini tapdı.  
Təfəkkürün  əxlaqi, siyasi və hüquqi mahiyyəti məntiqi 
metodoloji ardıcıllıqla baş verdi. Təfəkkür prosesi analiz, 
sintez, müqayisə, ümumiləşdirmə, mücərrədləşdirmə kimi 
əməliyyatlarla, eləcə  də  təfəkkürün formaları olan anlayış, 
hökm,  əqli nəticə  və  əqli nəticənin formaları olan induksiya, 
deduksiya və analogiya ilə bağlı metodlarla aparılır.  
                                           
45
 Щейдяр Ялийев. Йени Азярбайъан Партийасынын йарадылмасынын алтынъы ил 
дюнцмцня  щяср  олунмуш  йыьынъагда  нитги. «Халг  гязети» 24 нойабр 
1998-ъи ил. 


 
103
II FƏSİL 
HÜQUQİ DƏRKETMƏNİN METODLARI 
 
2.1. Metod anlayışı 
 
Hər hansı məsələnin nəzəri- idraki, praktiki cəhətdən həll 
edilməsi qaydalarına  metod (yunanca “methodos”- məqsədə 
çatmaq üsulu) deyilir. Elmi hüquqi idrakın metodlari həqiqi 
biliyin  əldə edilməsi yolları, üsulları, qaydalarıdır. Metodu 
biliyin formalaşması üsulu hesab edən Heğel  ğöstərirdi ki
metod biliyin “məzmununun... daxili öz-özünə hərəkət forması 
haqqında şüurdur.”
46
  
Metod gerçəkliyin- təbiət və cəmiyyətin ən ümumi əlaqə 
və inkişafı ilə bağlı olur. Metod idrak obyektinə yanaşma üsulu 
olub, həm də gerçəkliyin  ən ümumi xassə  və  əlaqələrinin 
inikası olan təfəkkürün, materiyanın hərəkət və inkişafın  ən 
ümumi qanunauyğunluqları ilə bağlıdır. Bolqar filosofu Todor 
Pavlov elmi idrak metodunun “obyektiv aləmin subyektiv 
inikası, insan təfəkkürünün daxili hərəkət qanunauyğunluğu” 
olduğunu qeyd edir
47

Metod məqsədə çatmaq, gerçəkliyin dərk olunmasına və 
onun praktiki dəyişdirilməsinə nail olmaq üçün istifadə olunan 
üsulların məcmusudur. 
Metod insanların nəzəri və praktiki fəaliyyətini tənzim 
edən müəyyən prinsiplər sistemidir. 
İngilis filosofu F.Bekon metodun əhəmiyyətini qeyd 
edərək onu qaranlıq gecədə yolçunun yolunu işıqlandıran 
fanara bənzədir. Müəllifin fikrinə görə, hətta düz yolla gedən 
çolaq belə, düz yolu olmayan daşlı-kəsəkli yol ilə gedən 
sağlam adamı ötə bilər. 
                                           
46
 Гегель. Наука логики. Сочинения Т.В. М.., 1937. С.32-33.  
47
 Т.Павлов. Избр. Философ. Произ.в 4-х томах, 3, М., 1962, с.498. 


 
104
Metod yalnız fəaliyyət üsulu olmayıb, həm də biliyin 
xüsusi formasıdır
48
. Bu bilik tədqiqat obyekti haqqında 
informasiyaya malik olmaqla yanaşı, həm də subyektin obyektə 
məqsədəuyğun təsir funksiyasını  həyata keçirir. Metodları bir 
qayda olaraq iki qrupa bölürlər: 1) konkret elmi və ya xüsusi 
metodlar; 2) ümumi elmi metodlar. Bizi məhz ikinci qrup 
metodlar maraqlandırır.  Ğöstərmək lazımdır ki, metodların 
empirik və  nəzəri cəhətdən ayrılması  şərti xarakter daşıyır. 
Müşahidə, müqayisə, eksperiment daha çox empirik səviyyədə, 
idealizasiya və formalizasiya isə nəzəri səviyyədə tədbiq edilsə 
də, bu o demək deyil ki, onlar o biri mərhələdə  tədbiq edilə 
bilməzlər. Məsələn, müqayisə metodu nəzəri tədqiqatlarda 
geniş istifadə olunur, idealizasiyanın məlum momenti isə 
empirik obyektlərin tədqiqi üçün zəruridir. Müşahidə isə 
obyekt haqqında məlum biliyə, müəyyən mücərrəd anlayışlara 
əsaslanır. Müşahidə vasitəsilə  əldə edilən məlumatlar olduğu 
kimi, təmiz halda istıfadə edılə bilməz. Onlar ağılın 
süzgəcindən kecirilir, sözlərə, sxemlərə, cədvəllərə  və s. 
şəkildə təsvır edilir və müəyyən qaydada qeyd edilir. Dialektik 
metod elmi idrakın ümumi metodu hesab edilir. Bununla 
əlaqədar aşağıdakı fikirlə razılaşmaq olar: “Dialektik metodun 
öz sərhəddi və fəaliyyət dairəsi var ki, bunlardan kənarda onsuz 
keçinmək tamamilə mümkündür. Onun hər  şeyi izah etmək, 
bütün suallara doğru cavab vermək iddiası yoxdur. Lakin 
özünün səlahiyyəti çərçivəsində, xüsusən inkişaf edən bütöv 
sistemlərin təhlilində dialektik metod səmərəli işləyə bilər. 
Əsas məsələ, konkret şəraiti nəzərə alaraq onu elmi idrakın 
başqa üsul və vasitələri ilə birlikdə bacarıqla tədbiq 
etməkdir”.
49
 
Metodoloqiya  elmi idrakın metodlarınin nəzəri cəhətdən 
əsaslandırılması haqqında təlimdir. Dialetika tərəfdarlarının 
                                           
48
  И.В.Кузнецов.  Избранные  труды  по  методологии  физики.  Изд. 
«Наука», М., 1975, с.155-156. 
49
 Философия. Учебное пособие. Ростов на - Дону, 1998. с.503.  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə