Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 8
Məsləhətləşmə və məlumatın açıqlanması
Noyabr 2013-cü il
Yekun variant
8/1
8 Məsləhətləşmə və məlumatın açıqlanması
Mündəricat
8.1 Giriş
...........................................................................................................................
2
8.2 Məsləhətləşmə və məlumatın açıqlanması prosesi barədə ümumi məlumat ................ 2
8.3
Əhatə dairəsinin müəyyən edilməsi, ilkin maraqlı tərəflərin cəlb edilməsi və onlarla
məsləhətləşmə ............................................................................................................... 3
8.3.1 ETSN
ilə məsləhətləşmə ...................................................................................... 3
8.3.2 Mədəniyyət və Turizm Nazirliyi və Arxeologiya və Etnoqrafiya İnstitutu .............. 4
8.3.3
İctimaiyyətin cəlb olunması və məsləhətləşmə .................................................... 4
8.3.4
İlkin məsləhətləşmə zamanı qaldırılmış əsas məsələlər ...................................... 6
8.4
ƏMSSTQ hesabatının layihə variantına dair məsləhətləşmə ........................................ 7
8.5 Espoo
Konvensiyası çərçivəsində məsləhətləşmə ........................................................ 7
Şəkillərin siyahısı
Şəkil 8.1
ŞD2 Layihəsi üzrə ƏMSSTQ ilə əlaqədar cəlbetmə, məsləhətləşmə və
məlumatın açıqlanması prosesi ........................................................................... 3
Cədvəllərin siyahısı
Cədvəl 8.1 İctimaiyyətin cəlb olunması və məsləhətləşmə prosesi ərzində qaldırılmış əsas
məsələlər .............................................................................................................. 6
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin
Qiymətləndirilməsi
Fəsil 8
Məsləhətləşmə və məlumatın açıqlanması
Noyabr 2013-cü il
Yekun variant
8/2
8.1 Giriş
Maraqlı tərəflərlə məsləhətləşmə prosesi Ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin
qiymətləndirilməsinin (ƏMSSTQ) vacib elementidir. Potensial təsirə məruz qalan insanların və
maraqlı tərəflərin rəylərinin öyrənilməsi, qruplaşdırılması və sənədləşdirilməsi layihənin
tərtibatının və ƏMSSTQ sənədinin maraqlı tərəflərin ümumi fikirlərini özündə əks etdirməsini
təmin edir.
Bu Fəsildə Şahdəniz mərhələ 2 (ŞD2) Layihəsi və ƏMSSTQ-nin açıqlanması prosesi ilə
əlaqədar məsləhətləşmələr və maraqlı tərəflərin bu prosesə cəlb olunması barədə ümumi
məlumat təqdim olunur.
Son 10 il ərzində Azəri-Çıraq-Günəşli (AÇG) Faza 1, 2, 3 və ŞD mərhələ 1 layihələrinin tərkib
hissəsi kimi, Terminalın mərhələli şəkildə genişləndirilməsi həyata keçirilmişdir (1-ci Fəslin 1.2
Bölməsinə istinad edin). Bu layihələrin hər biri üçün maraqlı tərəflərlə və yerli icma sakinləri ilə
geniş məsləhətləşmələr aparılmışdır. Əvvəlki layihədə məsləhətləşmə zamanı əldə edilmiş
təcrübə ŞD2 Layihəsi üzrə məsləhətləşmə proqramı üçün məlumat təmin etmişdir.
8.2 Məsləhətləşmə və məlumatın açıqlanması prosesi barədə ümumi
məlumat
ŞD2 Layihəsi üzrə ƏMSSTQ prosesinə maraqlı tərəflərin cəlb olunması və məsləhətləşmələr
zamanı:
BP
şirkətinin Azərbaycandakı digər layihələri üçün yaradılmış məsləhətləşmə
mexanizmindən və metodlarından istifadə olunub;
ƏMSSTQ üzrə məsləhətləşmə və məlumatın açıqlanması prosesi ilə bağlı gözlənilən
nəticələr üzrə qəbul olunmuş təlimatlara istinadən işlənib hazırlanıb;
Son
illərdə aparılmış məsləhətləşmə və məlumatın açıqlanması işlərinin miqyası
nəzərə alınıb; və
Əvvəlki məsləhətləşmə proqramlarından “qazanılan təcrübələrin” nəzərdən keçirilməsi
nəticəsində əldə olunmuş tövsiyələri bir yerə cəmləşdirilib;
ƏMSSTQ prosesi ərzində aşağıdakılarla əlaqə qurulması tələbi qəbul olunub:
o
Yerli
dövlət orqanları, o cümlədən:
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi (ETSN)
Mədəniyyət və Turizm Nazirliyi (MdTN); və
Arxeologiya
və Etnoqrafiya İnstitutu (AEİ); və
o
Maraqlı tərəflər və sosial-İqtisadi sahə üzrə ictimai rəy sorğusu (MTSİRS)
vasitəsilə yerli icma və digər yerli maraqlı tərəflər.
Aşağıdakı Şəkil 8.1-də ŞD2 Layihəsi üzrə ƏMSSTQ ilə əlaqədar cəlbetmə, məsləhətləşmə və
məlumatın açıqlanması prosesi təsvir olunur.
ŞD2 Layihəsi üzrə İctimaiyyətlə məsləhətləşmə və informasiyanın açıqlanması planı (İMİAP)
hazırlanmışdır. İMİAP-da məsləhətləşmə və məlumatların açıqlanması məqsədləri və
layihənin məsləhətləşmə və məlumatların açıqlanması prosesində riayət olunacaq milli və
beynəlxalq normativ baza barədə ümumi məlumat verilir. Bu da layihənin icrasında qabaqcıl
təcrübələrə əsaslanan yanaşmaların tətbiq olunmasını təmin etmək məqsədi daşıyır.
İMİAP-da həmçinin, aşağıdakılar bəyan edilir:
Maraqlı tərəflərin müəyyən edilməsi və onlarla məsləhətləşmə prosesi;
ƏMSSTQ məsləhətçilər qrupunun və BP-nin vəzifələri və cavabdehlikləri; və
Şikayətlərin bildirilməsi və onlara baxılması prosesi.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin
Qiymətləndirilməsi
Fəsil 8
Məsləhətləşmə və məlumatın açıqlanması
Noyabr 2013-cü il
Yekun variant
8/3
Şəkil 8.1 ŞD2 Layihəsi üzrə ƏMSSTQ ilə əlaqədar cəlbetmə, məsləhətləşmə və
məlumatın açıqlanması prosesi
8.3 Əhatə dairəsinin müəyyən edilməsi, ilkin maraqlı tərəflərin cəlb
edilməsi və onlarla məsləhətləşmə
8.3.1 ETSN
ilə məsləhətləşmə
ETSN ilə ilkin məsləhətləşmə 2008-ci ilin avqustunda başlanmışdır. BP Azərbaycan,
Gürcüstan və Türkiyə (AGT) Regionunun yaxın gələcək üçün əsas layihə planlarını
açıqlamaq məqsədi ilə 2008-ci il avqustun 5-də görüş keçirilmişdir. Bu görüşün mövzusu ŞD2
Layihəsi barədə ümumi məlumatın verilməsindən ibarət olmuşdur. Təqdimata ŞD2 İlkin
İnfrastruktur İşləri (İİİ) və əsas ŞD2 Layihəsinin nəzərdə tutulan iş həcmi və qrafiki daxil
olmuşdur.
Stakeholder
Engagement and
Consultation
Scoping
ESIA
Preparation
Input to ESIA
Draft Final Report
Input to ESIA
Draft Final Report
Meetings ith
& Pubic
Garadagh
Executive Power
SSES
and AGT Teams
MoCT and IoAE
Key Issues
Identified
Əhatə
dairəsinin
müəyyən-
ləşdirilməsi
ƏMSSTQ
üzrə
hazırlıq
Yekun
ƏMSSTQ
Layihə
variantının
açıqlanması.
Draft Final Report
Yekun variantın
açıqlanması
ƏMSSTQ-nin
Yekun Layihə
Hesabatı variantına
daxil edilənlər
ƏMSSTQ-nin
Yekun Hesabatı
variantına daxil
edilənlər
Qaradağ İcra
Hakimiyyəti
MdTN və AEİ
Yekun ƏMSSTQ-nin
yayılması
ETSN ilə əhatə
dairəsinin
müəyyənləşdirilməsi
Müəyyənləşdirilmiş
əsas məsələlər
Maraqlı tərəflərin cəlb
edilməsi və
məsləhətləşmə
İcmalar/ mövcud
terminalı əhatə
edən maraqlı
tərəflər
Layihənin tərtibatı və
AGT qrupları
ETSN-ə təqdimat
və təsdiq
Aparıcı təşkilatlarla,
fiziki şəxslərlə,
qruplarla və
ictimaiyyətlə görüşlər
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin
Qiymətləndirilməsi
Fəsil 8
Məsləhətləşmə və məlumatın açıqlanması
Noyabr 2013-cü il
Yekun variant
8/4
ETSN-i Layihənin gedişindən xəbərdar etmək, eləcə də texniki məsələləri (məsələn, dənizdə
müqavilə sahəsində qazma ilə bağlı problemləri) müzakirə etmək məqsədi ilə ŞD2
Layihəsinin işlənib hazırlanması müddətində yenilənmələrlə bağlı müntəzəm görüşlər
keçirilmişdir. Bundan əlavə, indiyə qədər ŞD2 üzrə tamamlanmış dörd ekoloji icazə sənədi ilə
əlaqədar xüsusi iclaslar keçirilmişdir (bu, ƏMSSTQ-nin 1-ci Fəslində sadalanır). Bu iclaslarda
əldə edilmiş rəylər və indiyədək tamamlanmış ekoloji icazə sənədləri ilə əlaqədar ETSN-dən
alınmış şərhlər ŞD2 Layihəsi üzrə ƏMSSTQ sənədinə daxil edilmişdir.
8.3.2 Mədəniyyət və Turizm Nazirliyi və Arxeologiya və Etnoqrafiya İnstitutu
AEİ ilə ilkin görüş 2011-ci ilin 12 may tarixində keçirilmişdir. Bunun ardınca, 2011-ci ilin 2
iyununda görüş keçirilmişdir. Bu görüşdə MdTN-nin nümayəndələri iştirak etmiş və bura,
Terminalın yaxınlığındakı bir sıra obyektlərə, o cümlədən Karvansaraya sahə səfəri daxil
olmuşdur. Hər iki görüşdə nəzərdə tutulan ŞD2 Layihəsi fəaliyyətləri və potensial təsirə məruz
qalan ərazilər barədə ümumi məlumat müzakirə edilmişdir.
Görüşlər zamanı qaldırılmış əsas məsələlər aşağıdakılardan ibarət olmuşdur:
Belə razılaşdırılmışdır ki, ŞD2 üzrə İİİ ərazisinin müşahidə əsaslı arxeoloji tədqiqatı,
2001-ci ildə tamamlanmış ilkin tədqiqatdan sonra hər hansı arxeoloji obyektlərin
mövcud olub-olmamasını təsdiqləmək məqsədi ilə tikintidən öncə başa çatdırılmalıdır.
Qum
mağarasının (Terminalın cənub istiqamətində sahil xətti boyunca yerləşir), məlum
qorunan abidənin mövcud olmasına diqqət çəkilmişdir. Layihənin potensial təsirləri və
əlaqədar təsirazaltma tədbirləri nəzərə alınmalıdır; və
ŞD2 Layihəsi ilə əlaqədar BP-nin MdTN-dən təsdiq tələb edəcəyi təsdiqlənmişdir.
8.3.3 İctimaiyyətin cəlb olunması və məsləhətləşmə
İctimaiyyətin cəlb olunması və məsləhətləşmə üç mərhələdə yerinə yetirilmişdir. Bir və ikinci
mərhələyə 2008-ci ilin sentyabrında Bakıda keçirilmiş, əhatə dairəsinin (iş həcminin) müəyyən
edilməsini əhatə edən iki məsləhətləşmə görüşü daxil olmuşdur. İctimaiyyətin cəlb olunması
və məsləhətləşmənin üçüncü mərhələsinə 2011-ci ilin mayında və iyununda keçirilmiş
MTSİRS daxil olmuşdur.
Əhatə dairəsinin müəyyənləşdirilməsi üzrə Bakıda iki məsləhətləşmə görüşü keçirilmişdir:
22 sentyabr 2008-ci il: alimlər, elmi işçilər və qeyri-hökumət təşkilatları (QHT) üçün
Çıraq Neft Layihəsi (ÇNL) ƏMSSTQ və ŞD2 Layihəsi üzrə məsləhətləşmə görüşü; və
23 sentyabr 2008-ci il: Geniş ictimaiyyət üçün ÇNL ƏMSSTQ və ŞD2 Layihəsi üzrə
məsləhətləşmə görüşü.
2008-ci il 22 sentyabr tarixli seminara dəvət edilmiş akademik və elmi müəssisələrə
aşağıdakılar daxil olmuşdur:
ETSN;
ARDNŞ;
Bakı Dövlət Universiteti;
Xəzər Ekoloji Proqramı;
Dəniz Neft-Qaz Layihə İnstitutu;
Dövlət Neft Şirkəti
Azərbaycan Respublikasının Nazirlər Kabineti;
Azərbaycan Milli Hidrometeorologiya Departamenti; və
Azərbaycan Milli Elmlər Akademiyası:
o
Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu;
o
Zoologiya
İnstitutu;
o
Coğrafiya İnstitutu; və
o
Torpaqşünaslıq və Aqrokimya İnstitutu.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin
Qiymətləndirilməsi
Fəsil 8
Məsləhətləşmə və məlumatın açıqlanması
Noyabr 2013-cü il
Yekun variant
8/5
2008-ci il 22 sentyabr tarixli görüşdə iştirak edən QHT-lərə aşağıdakılar daxil olmuşdur:
Ekoqraf;
Sülh;
Ümumi
evimiz;
Ecoscope;
Sadr;
və
Azərbaycan Yaşıllar Hərəkatı.
23 sentyabr 2008-ci il tarixli görüş yerli mətbuatda öncədən elan edilməklə, ictimaiyyətlə açıq
görüş şəklində keçirilmişdir.
Hər iki görüş ÇNL və ŞD2 Layihələrinin ümumi təqdimatı ilə başlanmışdır. Hər bir görüşün
sonunda sual-cavab sessiyası keçirilmişdir.
2011-ci ildə tamamlanmış MTSİSA ŞD2 İnfrastruktur Layihəsi üzrə ƏMSSTQ-nin
hazırlanması ərzində aşağıdakı məqsədləri qarşıya qoymuşdur:
BP Qrupunun standartlarına və ən yüksək beynəlxalq standartlara cavab verən etibarlı
və texniki baxımdan davamlı ƏMSSTQ-lərin həyata keçirilməsinə nail olmaq məqsədi
ilə, ŞD2 İnfrastruktur Layihəsi və ŞD2 Layihəsi üzrə ƏMSSTQ-lər üçün hərtərəfli və ən
müasir sosial-iqtisadi məlumatların təmin edilməsi;
Üstünlük
təşkil edən demoqrafik və sosial-iqtisadi vəziyyət haqqında və həmçinin
Səngəçal qəsəbəsi, Ümid, Əzimkənd və 3-cü Massiv daxil olmaqla, dörd icmada yerli
inkişaf tələbləri, imkanlar, prioritetlər və narahatlıqlar haqqında dəqiq məlumatın əldə
edilməsi;
İİİ və ŞD2 Layihəsi ilə əlaqədar fiziki köçürülmə və iqtisadi durumun pozulması ehtimalı
və həddinin müəyyən edilməsi;
Yerli
maraqlı tərəfləri təmsil edən təşkilatların BP ilə əməkdaşlıq imkanları və onların
icma sərmayə proqramları ilə
əlaqədar mövcud və
gələcək rolunun
müəyyənləşdirilməsinin təmin olunması;
İstehsalat əməliyyatları (o cümlədən Terminal əməliyyatları) ilə əlaqədar yerli əhaliyə
təsirin etibarlı şəkildə müzakirəsini təmin etmək üçün İİİ və ŞD2 Layihəsinə aid
informasiyanın açıqlanması; və
Aşağıdakıların monitorinqi üçün əsasın müəyyən edilməsi: (i) ŞD2 Layihəsinin davam
etdiyi müddət ərzində sosial sahədə dəyişiklik; və (ii) ƏMSSTQ prosesi ərzində işlənib
hazırlanmış təsirlərin idarə olunması strategiyalarının səmərəliliyi.
Ölkənin yerli sosial-iqtisadi sahə üzrə mütəxəssisləri tərəfindən yerinə yetirilmiş MTSİRS
aşağıdakı fəaliyyətləri əhatə etmişdir:
Ailə təsərrüfatları ilə bağlı tədqiqatlar: Ümid qəsəbəsində (25), Səngəçalda (100),
Əzimkənddə (25) və 3-cü Massivdə (250 olmaqla) 200 ailə təsərrüfatı ilə bağlı aparılan
sorğunun başa çatdırılması. Sorğunun məqsədi birbaşa layihənin təsirinə məruz qalan
ailə təsərrüfatlarından sosial-iqtisadi vəziyyət və onların ümumi fikirləri barədə məlumat
toplamaqdan və ailələrin vəziyyəti; kommunal-məişət xidmətlərindən və
infrastrukturdan istifadə imkanı; təsərrüfat fəaliyyəti və dolanışıq durumu; və BP-nin
ənənəvi icmalarla əlaqələr prosesi ilə bağlı fikirlər barədə informasiya təmin etməkdən
ibarət olmuşdur;
Hədəf Qruplar: İcmaya aid 12 Hədəf Qrupunun formalaşması (dörd qəsəbədən hər
birində üç qrup olmaqla). İcmaya aid Hədəf Qruplarını əhatə edəcək mövzulara daxildir:
o
İcmaların ümumi məsələləri;
o
Qadın məsələləri; və
o
Gənclərlə bağlı məsələlər.
Maraqlı tərəflərlə müsahibələr: Yerli, regional və milli səviyyədə potensial təsirə
məruz qalmış maraqlı tərəflərin müəyyən edilməsi üçün maraqlı tərəflərin təyin edilməsi
prosesi həyata keçirilmişdir. MTSİRS-na əsas maraqlı tərəflərlə, o cümlədən dövlət və
yerli hökumət orqanları, yerli sahibkarlar və QHT-lər ilə aparılmış 66 müsahibə daxildir.
Müsahibələrin aparılmasında məqsəd maraqlı tərəflərin rolları və imkanları, o cümlədən
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin
Qiymətləndirilməsi
Fəsil 8
Məsləhətləşmə və məlumatın açıqlanması
Noyabr 2013-cü il
Yekun variant
8/6
yerli inkişaf tələbləri və prioritetləri ilə əlaqədar informasiyanın toplanmasından ibarət
olmuşdur. Terminalın yaxınlığındakı sənaye müəssisələrindən də emissiyalar və
atılmalar, o cümlədən gələcək genişləndirmə və ya təkmilləşdirmə planları barədə
təfərrüatları təmin etmək xahiş olunmuşdur.
MTSİRS ərzində ictimaiyyətə açıqlanmış informasiyaya aşağıdakılar daxildir:
Gələcəkdə keçiriləcək icmaların təlimatlandırılması tədbirlərində iştiraka dəvət üçün
Azərbaycandakı icma məlumat mərkəzlərində, bələdiyyə idarələrində və icma
mərkəzlərində elanların nümayiş etdirilməsi;
Səngəçal, Ümid, Əzimkənd və 3-cü Massivdəki ictimai binalarda keçirilən əhalinin
təlimatlandırılması tədbirlərində slaydların təqdimatı üsulundan istifadə olunması; və
İcmaların təlimatlandırılması tədbirlərində iştirak edən bütün şəxslərə, o cümlədən icma
hədəf qruplarında və ailə təsərrüfatları ilə bağlı sorğularda iştirak edənlərə icmanın
məlumatlandırılması vərəqələrinin paylanması.
MTSİRS ərzində qeydə alınmış, yerli əhalinin qaldırdığı narahatlıqlar, müvafiq hallarda ŞD2
Layihəsi üzrə ƏMSSTQ-nin hazırlanması zamanı nəzərə alınmışdır.
8.3.4 İlkin məsləhətləşmə zamanı qaldırılmış əsas məsələlər
Yuxarıda müzakirə edilən, ictimaiyyətin cəlb olunması və məsləhətləşmə fəaliyyətləri ərzində
qaldırılmış əsas məsələlər aşağıda Cədvəl 8.1-də sadalanır.
Cədvəl 8.1 İctimaiyyətin cəlb olunması və məsləhətləşmə prosesi ərzində qaldırılmış
əsas məsələlər
Narahatlıq doğuran məsələ
Qaldırıldı
Nəzərdə tutulan Fəslə
istinad
Məşəl qurğusunda yandırılan qazın həcmi və
məşəldə yandırılmanın qarşısını almaq və ya onu
minimuma endirmək üçün tətbiq edilən tədbirlər .
ETSN
Fəsil 4 Bölmə 4.6.2 və
Fəsil 5 Bölmə 5.4.3,
5.4.7, 5.4.8, 5.10.5,
5.10 və 5.12
Alternativ məşəldə yandırılma üsullarından
istifadə etməklə qazın kənarlaşdırılması imkanı.
Fəsil 4 Bölmə 4.6.1
Yaranan istixana qazları emissiyalarının həcmi
Fəsil 5 Bölmə 5.14.1
və Fəsil 13 Bölmə 13.9
Dəniz platformalarında yaranan qazma
şlamlarının həcmi və onların utilizasiyası
Fəsil 5 Bölmə 5.14.2
Terminalın yaxınlığında gələcək sənaye
obyektlərinin kumulyativ təsiri.
Fəsil 13 Bölmə 13.2,
13.4, 13.5, 13.6 və
13.7
İş sahəsində yaranan bütün tullantı axınlarının
müəyyən edilməsi
Fəsil 15 Bölmə 5.14.2
Tozun və qoxuların yaranması ilə bağlı yerli
icmanın narahatlıqları.
Fəsil 10 Bölmə 10.2,
10.6.1 və Fəsil 12
Bölmə 12.3.4
İş yerlərinin yaradılması.
Yerli sakinlər MTSİRS-nın
tərkib hissəsi kimi
Fəsil 12 Bölmə 12.3.2,
12.3.3, 12.4.2 və Fəsil
13 Bölmə 13.6
Yerli yolların bərbad vəziyyəti.
Fəsil 7 Bölmə 7.6.3 və
Fəsil 12 Bölmə 12.2.1
Yüksəyə qaldırılmış məşəllərin istismarı ilə
əlaqədar vizual təsirlərə və sağlamlıq üçün
risklərə dair yerli icmanın narahatlıqları.
Fəsil 12 Bölmə 12.3.4
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin
Qiymətləndirilməsi
Fəsil 8
Məsləhətləşmə və məlumatın açıqlanması
Noyabr 2013-cü il
Yekun variant
8/7
8.4 ƏMSSTQ hesabatının layihə variantına dair məsləhətləşmə
BMTİP-nin Azərbaycandakı ƏMTQ prosesinə dair təlimat kitabına uyğun olaraq, ƏMSSTQ
hesabatının layihə variantı ETSN-ə təqdim olundu və eyni zamanda, şərhlərin verilməsi
məqsədilə ictimaiyyət və maraqlı tərəflər üçün də açıqlandı.
ƏMSSTQ sənədinin layihə variantı geniş şəkildə yayılmışdır və aşağıda sadalanan yerlərdə
60 gün müddətində (sorğu forması ilə birlikdə) mövcud olmuşdur. Həmçinin ƏMSSTQ sənədi
internet vasitəsi ilə müyəssər olmuşdur:
BP
şirkətinin internet səhifəsi;
BP
şirkətinin Səngəçal Terminalındakı Enerji Mərkəzi;
BP
şirkətinin Bakıdakı ofisləri;
Ümid qəsəbəsindəki icma mərkəzi;
Səngəçal və Sahil qəsəbələrində (Sahil Qəsəbəsi E. Quliyev küçəsi, Səngəçal
qəsəbəsi M. Ə. Sabir küçəsi 1) dövlət kitabxanaları;
“Orhus”
İctimai Ekoloji İnformasiya Mərkəzi (ETSN, B.Ağayev küçəsi 100, Bakı);
Bakı Təhsil Məlumat Mərkəzi (C. Cabbarlı küçəsi 40, 2-ci mərtəbə);
M. F. Axundov adına mərkəzi dövlət kitabxanası (Xaqani küçəsi 29);
Beynəlxalq Eko-Enerji Akademiyası (Məmməd Arif küçəsi 5, Bakı);
Azərbaycan Dövlət Neft Akademiyası (Azadlıq prospekti 20, Bakı); və
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Kitabxanası (H. Cavid prospekti 31).
ƏMSSTQ Layihəsi ilə əlaqədar məsləhətləşmə prosesinin tərkib hissəsi kimi, Bakıda,
Səngəçal qəsəbəsində və Ümid qəsəbəsində ictimaiyyətlə görüşlər keçirildi. Aşağıda
sadalanan görüşlər həyata keçirilmişdir (ETSN-yi, ARDNŞ-i və FHN-yi ilə görüşlərdən əlavə):
• Alimlər ilə görüş, Bakı, 12 Avqust
•
İctimai görüş, Bakı, 13 Avqust
• Səngəçal icmaları ilə görüş, 15 Avqust
• Ümid
icmaları ilə görüş, 15 Avqust
Bu iclasların protokolları Əlavə 8B-yə daxil olunublar.
ƏMSSTQ hesabatının layihə variantına dair əldə edilmiş şərhlər toplanılmışdı, təhlil edilmişdi
və münasib olduğu halda, cavablandırılmışdı. ƏMSSTQ sənədi sonradan, ETSN tərəfindən
təsdiqlənmək üçün gözdən keçiriləcək və yekunlaşdırılacaq.
8.5 Espoo
Konvensiyası çərçivəsində məsləhətləşmə
Sərhədlərarası Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Konvensiyanı (yəni
Espoo Konvensiyası) imzalamış bir tərəf kimi, Azərbaycan Hökuməti sərhədlərarası təsirlərə
məruz qala biləcəyini hesab etdiyi, konvensiyaya üzv olan istənilən ölkəyə əvvəlcədən bildiriş
verməlidir.
Potensial transsərhəd təsirlər, o cümlədən istixana qazları (İXQ) emissiyaları ilə əlaqədar
potensial təsirlər bu ƏMSSTQ sənədinin 13-cü Fəslində təqdim olunur. Bu, ƏMSSTQ üzrə
məlumatın açıqlanması prosesinin tərkib hissəsi kimi ETSN ilə müzakirə olunacaq.
Dostları ilə paylaş: |