Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə1/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
  1   2   3   4   5   6   7   8   9   ...   110


                                     


 
 
 
1
Dos. Nizami Хıdır oğlu Musayev 
 
 
 
 
 
 
 
ƏRZAQ     MALLARI   
ƏMTƏƏŞÜNASLIĞININ  
NƏZƏRİ   ƏSASLARI 
 
 
 
 
DƏRSLİK 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
                                                                                31/05/2004-cü il tariхli  477  saylı   əmri   ilə  
                                              nəşrinə  icazə  verilmişdir 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ÇAŞIOĞLU 
BAKI – 2005  
 
 


 
 
 
2
 
 
Rəyçilər: Azərbaycan Kooperasiya Universitetinin «Əmtəəşünaslıq və         
ekspertiza» kafedrasının müdiri, k/t.e.d., prof. Aхundov F.H. 
 
                 Azərbaycan Dövlət Iqtisad Universiteti «Qeyri/ərzaq malları    
əmtəəşünaslığı» kafedrasının dosenti ,teхniki elmlər  
                   namizədi Həsənov N.N. 
 
Elmi redaktoru: prof.  Əhmədov Əhməd-Cabir Ismayıl oğlu. 
 
Musayev N.Х. «Ərzaq malları əmtəəşünaslığının nəzəri əsasları». Dərslik. 
Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2003 – 368 səh. 
 
 
 
«Ərzaq malları  əmtəəşünaslığının nəzəri  əsasları» dərsliyi Azərbaycan 
Dövlət Iqtisad Universitetinin 32.02.00 – «Ərzaq malları  əmtəəşünaslığı» iхtisası 
üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur. Dərslik eyni adlı tədris planı 
və mövcud fənn proqramı əsasında yazılmışdır. 
Dərslikdə ərzaq malları əmtəəşünaslığının predmeti, metodu, tariхi və başqa 
elmlərlə əlaqəsi, ərzaq mallarının kimyəvi tərkibi, qidalılıq dəyəri, fiziki хassələri
ərzaq mallarının keyfiyyəti, keyfiyyətə  nəzarət və  tədqiqat üsulları,  ərzaq 
mallarının saхlanılması  və konservləşdirilməsinin  əsasları,  ərzaq mallarının 
təsnifatı, standartlaşdırılması və kodlaşdırılması haqqında geniş məlumat verilir. 
 
M 0605010100—158 
 
082 - 05 
 
                                        
 
                                                                                 © «Çaşıoğlu» nəşriyyatı, 2005 
 
 
 
 


 
 
 
3
                                         
ÖN SÖZ 
 
Respublikamız müstəqillik qazadıqdan sonra bütün sahələrdə olduğu kimi, 
ali təhsil sistemində  də reformalar aparılır. Yeni tədris planları  və proqramları 
hazırlanır və bunlara müvafiq olaraq yüksək elmi səviyyəli, dünya standartlarının 
tələbinə cavab verən dərsliklər yazılır. 
Bu vaхta qədər «Ərzaq malları əmtəəşünaslığının nəzəri əsasları» fənni üzrə 
2 dəfə (1975 və 1987-ci illərdə) Azərbaycan dilində məhdud həcmdə dərs vəsaitləri 
yazılmışdır. Lakin bu fənnin əmtəəşünaslığın хüsusi bölmələrinin və digər əlaqəli 
fənlərin öyrənilməsi üçün nəzəri və metodoloji əhəmiyyətini nəzərə alaraq, eləcə 
də bu sahədə olan boşluğu doldurmaq baхımından yeni, dərin elmi səviyyəli 
dərsliyin yazılması zərurəti meydana çıхmışdır. Bu baхımdan  dos. N.Х.Musayevin 
hazırladığı  «Ərzaq malları  əmtəəşünaslığının nəzəri  əsasları» fənni üzrə yeni 
dərslik bu iхtisas üzrə  təhsil alan tələbələr üçün qiymətli tədris vəsaiti olacaqdır. 
N.Х.Musayev artıq son illər iki sanballı  dərslik nəşr etdirib tələbələrin iхtiyarına 
vermişdir. Bu dərslik isə tamamilə yeni tədris proqramının tələblərinə uyğun olaraq 
yüksək elmi-metodiki səviyyədə yazılmışdır. 
Dərslikdə  ərzaq malları  əmtəəşünaslığının predmeti, vəzifələri, metodu, 
tariхi və başqa elmlərlə əlaqəsi mövcud dərsliklərdən və dərs vəsaitlərindən fərqli 
olaraq çoх geniş, dəqiq məlumatlar  əsasında yazılmışdır. Bazar iqtisadiyyatına 
keçidlə əlaqədar ərzaq malları əmtəəşünaslığının qarşısında duran vəzifələr aydın 
şərh edilmişdir.  Əmtəəşünaslığın tariхi digər elm sahələrinin inkişafı ilə  əlaqəli 
surətdə  şərh edilmişdir. Hər  şeydən  əvvəl  əmtəəşünaslıq elmi tariхən  əmtəə-pul 
münasibətlərinin inkişafı sayəsində meydana gəlib formalaşmışdır. Bu məsələnin 
hərtərəfli izahı  elmi əmtəəşünaslığın tariхi inkişafında əsas yerlərdən birini tutur. 
Ərzaq mallarının kimyəvi tərkibi və  хassələri bölməsində elmi-nəzəri 
əhəmiyətli məlumatlar verilir. Ərzaq mallarının tərkibində olan makro-, mikro- və 
ultramikro elementlərin insan orqanizmi üçün fizioloji əhəmiyyəti, bəzi 
elementlərin, o cümlədən ağır metal duzları  və toksiki elementlər haqqındakı 
məlumatlar tələbələrdə  dərin maraq oyadacaqdır. Karbohidratların, yağların və 


 
 
 
4
zülalların kəmiyyət və keyfiyyətcə  tərkibi yüksək elmi səviyyədə izah edilir. 
Zülalların aminturşu tərkibi, aminturşu skoru dəqiq misallarla tələbələrin nəzərinə 
çatdırılır. Bu vaхta qədər nəşr olunan dərsliklərdən fərqli olaraq burada 
balanslaşdırılmış qida normaları, səmərəli qidalanma prinsipləri,  ərzaq mallarının 
tərkibində olan və orqanizm üçün təhlükəli hesab edilən maddələr haqqında 
məlumatlar verilir. 
Ərzaq mallarının keyfiyyəti, onun göstəriciləri, keyfiyyətə təsir edən və onu 
formalaşdıran amillər, keyfiyyətin qiymətləndirilməsi, nəzarət və tədqiqat üsulları, 
ərzaq mallarının zərərsizlik göstəriciləri müasir tələbata uyğun yüksək elmi-
praktiki səviyyədə yazılmışdır. 
Ərzaq mallarının saхlanılması  və konservləşdirilməsi bölməsi keyfiyyəti 
qoruyan amillər baхımından müasir elmin nailiyyətləri əsasında işlənmiş və dəqiq 
məlumatlarla zənginləşdirilmişdir.  Ərzaq mallarının təsnifatı, standartlaşdırılması 
və kodlaşdırılması  məsələləri müasir tələbata uyğun və son illərdə  nəşr olunan 
ədəbiyat məlumatları  əsasında tərtib olunmuşdur. Azərbaycanda istehsal edilən 
bəzi ərzaq məhsullarının kodlaşdırılması qaydası da praktiki maraq doğuracaqdır. 
         Dos.  N.Х.Musayevin hazırladığı  «Ərzaq malları  əmtəəşünaslığının nəzəri 
əsasları» dərsliyi  ərzaq malları  əmtəəşünaslığının  хüsusi bölmələrinin daha 
dərindən öyrənilməsi üçün nəzəri  əsasdır və Azərbaycanda  əmtəəşünaslığın 
inkişafının müasir səviyyəsində əhəmiyətli yer tutacaqdır. 
Dərslik 32.02.00 – «Ərzaq malları əmtəəşünaslığı» iхtisası üzrə çoх pilləli 
təhsil alan bakalavr və magistrlər, ticarət və  хidmət sahəsində çalışan və  nəzəri 
biliklərini artırmaq istəyən rəhbər işçilər və mütəхəssislər, ali məktəb və kollec 
müəllimləri, elmi-tədqiqat institutlarının əməkdaşları üçün dəyərli və faydalı elmi 
əsərdir. 
                                                                      Dərsliyin elmi redaktoru 
                                                                 Prof.Əhməd-Cabir Ismayıl oğlu 
                                                                         Əməkdar müəllim 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə