Microsoft Word 2 elmi probleml?R reyestri v? Onun ?Sasinda analitik-informasiya sisteminin isl?NM?Si haqqinda



Yüklə 57,39 Kb.
Pdf görüntüsü
tarix05.04.2018
ölçüsü57,39 Kb.
#36136


UOT 001:004.7 

Fətəliyev T.X. 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

depart3@iit.ab.az

 

ELMİ PROBLEMLƏR REYESTRİ VƏ ONUN ƏSASINDA ANALİTİK-



İNFORMASİYA SİSTEMİNİN İŞLƏNMƏSİ HAQQINDA 

Məqalə informasiya texnologiyalarının tətbiqi ilə elmi fəaliyyətin təşkili və idarə olunmasının 

bəzi konseptual məsələlərinə  həsr olunmuşdur. Elmi problemlər reyestri analitik-informasiya 

sisteminin yaradılmasının  əsas prinsipləri izah olunmuş  və struktur sxemi verilmişdir. Elmin 

idarə olunmasında analitik-informasiya təminatı məsələlərinə baxılmışdır.  

Açar sözlər: informasiya cəmiyyəti, elektron elm, elmi istiqamətlər, elmi problemlər, elmi 

problemlər reyestri, analitik-informasiya sistemi.  

 

Giriş 

Müasir  şəraitdə biliklər iqtisadiyyatına  əsaslanan informasiya cəmiyyətinə keçid elmi 

qurumların qarşısına mühüm məqsəd və vəzifələr qoyur. Elmi fəaliyyətin müasir tələblərə uyğun 

qurulması  və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elektron elmi 

informasiya fəzasının formalaşdırılması  və dünya elmi məkanına inteqrasiya kimi məsələlərin 

həlli mühüm əhəmiyyət kəsb edir.  

Məlum olduğu kimi, elmi-tədqiqat fəaliyyətinin  əsas elementləri tədqiqatçı (tədqiqatçılar 

qrupu), tədqiqat obyekti və  tədqiqat vasitələridir. Elmin təkamülü informasiyanın toplanması 

(qeydiyyatı), yadda saxlanması, emalı (məntiq və hesablama vasitələri) və ötürülməsi (əldə 

olunmuş biliklərin uzaq məsafəyə yayılması) kimi problemlərin həlli vasitələri və yollarının 

təkmilləşməsi və inkişafı ilə  sırf bağlıdır. Ümumiyyətlə, elmin tarixi insan sivilizasiyasının 

yaranması ilə başlamış və məhz qeyd olunmuş problemlərin həllindən asılı olaraq bu günə kimi 

müxtəlif mərhələlərdən keçmişdir. Sivilizasiyanın keçdiyi inkişaf mərhələlərində bu 

problemlərin vəziyyətinə nəzər salsaq, müasir texnologiyaların yaratdığı imkanların nə dərəcədə 

geniş olmasının şahidi olarıq.  

Məlumdur ki, elmin əsas məqsədi yeni biliklərin “istehsalıdır”. Elm və intellektual əməyin 

intensiv inkişafı XX əsrin ilk onilliklərindən başlamış  və hal-hazırda daha geniş xarakter 

almışdır. Dünyada intellektual əməklə  məşğul olan insanların sürətlə artan sayı buna misaldır. 

Elmin inkişafında bu tendensiya ilə yanaşı, elmi tədqiqatların xarakterinin də  dəyişməsi baş 

verir. Müasir informasiya texnologiyaları  (İT) elmi fəaliyyətdə köklü dəyişikliklərə  səbəb 

olmuşdur. Bunlardan biri qlobal problemlərin həlli ilə bağlı layihələr dünyanın müxtəlif 

ölkələrinin aparıcı mütəxəssislərinin cəlb olunmasıdır. Bu, müasir elmə xas olan beynəlxalq 

əməkdaşlıq və qloballaşmadır.  İkincisi, qlobal problemlərin həlli ilə bağlı müxtəlif elm 

sahələrinin inteqrasiyasıdır. Elmi və sosial-iqtisadi fəaliyyətin inteqrasiyası isə elmin 

kommersiyalaşdırılmasına gətirib çıxarır.  Bu  da  elmi  işlərin nəticələrinin və yeni 

texnologiyaların praktikaya tətbiqinin çevik mexanizmlərinin işlənməsi istiqamətidir. 

İT-nin tətbiqi nəticəsində elmi fəaliyyət qloballaşır, insanların məkandan, zamandan asılı 

olmadan  bilikləri əldə etmək, inkişaf etdirmək və bölüşdürmək imkanları asanlaşır, fiziki “beyin 

axını” virtual “beyin axını” ilə  əvəz olunur və “kollektiv beyin” formalaşır. Elmi fəaliyyət 

biliklər iqtisadiyyatının  əsası kimi aparıcı mövqeyini daha da möhkəmləndirir, elmin 

kommersiyalaşdırılması üçün yeni şərait yaranır, bilik sahələri üzrə xüsusi onlayn mühitlər 

formalaşır. Beləliklə də, biliklərin ənənəvi predmet sahələrini e-tarix, e-arxeologiya, e-coğrafiya, 

e-tibb, e-astronomiya  və s. əvəz edir.  

Müasir texnologiyalar elmi araşdırma prosesləri ilə yanaşı, elmin idarə olunmasının da 

yeni keyfiyyətdə  təşkili və inkişafına gətirib çıxarmışdır.  Data Mining, OLAP  və s. kimi 

texnologiyaların köməyi ilə elmin idarə olunması prosesində biliklərə əsaslanan qərarların qəbul 

edilməsi məsələləri daha asan həllini tapır.  İT həmçinin elmi tədqiqatların təşkilinin virtual 



laboratoriyalar, paylanmış hesablama sistemləri (qrid  və hesablama buludları texnologiyaları), 

“onlayn cəmiyyətlər”, sosial şəbəkələr və s. kimi yeni formalarını yaradır. Beləliklə, informasiya 

axtarışını və elmi ünsiyyəti optimallaşdıran bu vasitələr tədqiqatçılara peşəkar tələbatlarını asan 

və sadə şəkildə təmin etmək imkanı verir.  



Elmin idarə olunması məsələlərinə yeni yanaşma 

Müasir İT-nin geniş imkanları elmi fəaliyyətin yeni təşkilatı strukturlarını yaratmışdır. Belə 

ki, elmi qurumların həm daxili, həm də  məkanca differensasiyası baş verir. Beləliklə, elmi-

tədqiqatların ənənəvi strukturları ilə yanaşı virtual elmi qurumlar, elmi klasterlər, elmi şəbəkələr, 

elmi parklar yaranmış və texnologiyaların inkişafı ilə belə yeni keyfiyyətli strukturların meydana 

çıxması davam edəcəkdir.  

Elmi-tədqiqat işlərinin effektivliyini təmin etmək üçün inkişaf etmiş informasiya 

infrastrukturunun olması vacibdir. İnformasiya və hesablama resurslarının inteqrasiyası ilə 

formalaşdırılan belə mühit müasir elmi fəaliyyətin əsasını təşkil edir.  

Qeyd etmək lazımdır ki, əvvəlki nəslin  əldə etdiyi təcrübənin saxlanması  və ondan 

gələcəkdə istifadə etmək məqsədilə informasiya resurslarının yaradılması intellektual fəaliyyətin 

əsas nəticələrindən biri sayılır.  İnformasiyanın toplanması texnologiyaları  və  həmin 

informasiyadan effektiv istifadənin inkişaf səviyyəsi, bütün tarix boyu istehsal gücünün 

inkişafına  əhəmiyyətli dərəcədə  təsir etmişdir. Beləliklə, müxtəlif təyinatlı  və  məqsədli elmi 

informasiya resurslarının yaradılması və intellektual analiz texnologiyalarının köməyi ilə elmin 

idarə olunması prosesində biliklərə  əsaslanan operativ qərarların qəbul edilməsi məsələləri        

e-elmin prioritet istiqamətlərindən sayıla bilər [1,2]. Məqalədə təqdim olunan elmi problemlərin 

reyestrinin yaradılması belə vacib məsələlərdəndir. Burada əsas məqsəd elmi problemlərin 

çeşidlənməsi, yəni ölkənin ayrı-ayrı elmi qurumlarının elmi istiqamətləri və onları  əhatə edən 

problemlər, elmi fəaliyyətləri haqqında informasiyaların toplanması, sistemləşdirilməsi və təhlili 

əsasında idarəetmə qərarlarının verilməsinə dəstəkdir.  

Azərbaycan Respublikasında elmi fəaliyyətlə məşğul olan qurumlar AMEA-nın institutları, 

ali təhsil müəssisələrinin elmi-tədqiqat institutları, nazirliklərin tabeçiliyindəki sahə elmi-

tədqiqat institutlarıdır. Elmi qurumlarda elmi fəaliyyətin təşkili və idarə olunması bir sıra 

normativ-hüquqi sənədlərlə tənzimlənir [3-8]. Onların fəaliyyətinin təşkili və əlaqələndirilməsinə 

rəhbərlik edən səlahiyyətli orqan Respublika Elmi Tədqiqatların Təşkili və  Əlaqələndirilməsi 

Şurasıdır (RETTƏŞ). Elmin istiqamətləri üzrə problemlərin müəyyənləşdirilməsi elmin müvafiq 

istiqamətləri üzrə Problem Şuraları (PŞ) tərəfindən həyata keçirilir. Müasir İT-nin tətbiqi ilə 

həmin şuraların fəaliyyətinin yenidən qurulması elmdə səmərəli idarəetməyə şərait yaradır. (Bu 

məqsədlə layihələndirilən Elmi Problemlər Reyestri (EPR) analitik-informasiya sisteminin 

informasiya modeli Şəkil 1-də verilmişdir.) 

Elmi qurumlardan toplanmış  məlumatlar  əsasında informasiya massivləri  şəklində 

layihələndirilən EPR respublikanın elmi-tədqiqatla məşğul olan hər bir subyektinin fəaliyyət 

göstəricilərinin obyektiv xarakterizə edilməsi, ölkənin elm kompleksinin strukturunun 

təkmilləşdirilməsi, tədqiqat işlərinin səmərəliliyinin artırılması, elmin təşkili və idarə 

olunmasında qərarların qəbuluna dəstək məqsədi ilə yaradılan və bazasında toplanmış 

verilənlərdən sonraki istifadə üçün nəzərdə tutulmuş daimi informasiya resursu kimi nəzərdə 

tutulur (Şəkil 2). 

 

 

 



 

 



Respublika 

Elmi 


Tədqiqatların 

Təşkili və 

Əlaqələndiril-

məsi 


Şurası 

 

 



 

 

 



 

 

Azərbaycan 

Respublikasının

Elmi 

Problemlər 

Reyestri 

Beynəlxalq 

elmi 

istiqamətlər 



və 

problemlər 

Regional 

elmi 


istiqamətlər 

və 


problemlər 

Elmin 


istiqamət-

ləri üzrə  

Problem 

Şuraları 

 

 

AR elmi 



qurumları 

AR elmi 


qurumlarının

elmi 


istiqamətləri

və 


problemləri

Planlar, 

hesabatlar, 

elmi 


nəticələr, 

disserta-

siyalar və s. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Sistemin informasiya modeli 

 

Reyestrin idarə edilməsinin forma və prinsipləri vahid metedoloji və proqram-texniki 



prinsiplər əsasında qurulur. Konstruktiv olaraq elmin təşkili və idarə olunması, elmi istiqamətlər 

və problemlər, elmi fəaliyyət, onun qiymətləndirilməsi və s. məsələləri  əhatə edən bloklardan 

təşkil olunmuşdur. Həmin bloklar normativ – hüquqi sənədlər, RETTƏŞ, elmin istiqamətləri 

üzrə  PŞ  və onların fəaliyyəti, ölkədə aparılan elmi-tədqiqat işlərin  əsas istiqamətləri və 

problemləri, elmi təşkilatlar və onların fəaliyyəti haqqında informasiyanı özündə cəmləşdirir. 

Elmi təşkilatların elmi fəaliyyət istiqamətləri və problemləri, planlar, tədqiqat işlərinin 

maliyyə  dəstəyi, illik hesabatlar və alınmış  nəticələr, planlaşdırılmış  və müdafiə olunmuş 

dissertasiyalar və s. haqqında informasiya EPR-in əlaqədar alt bazalarında yerləşdirilir. 

Bu sistemdə elmi təşkilatlar tərəfindən aparılan araşdırmaların effektivliyinin və ölkənin 

iqtisadi inkişafı üçün strateji əhəmiyyətinin, elmin prioritet istiqamətləri üzrə dövlət dəstəyinin 

dərəcəsinin, elmə istiqamətlənmiş büdcə  vəsaitlərinin istifadəsinin effektivliyinin 

qiymətləndirilməsi mexanizmləri nəzərdə tutulur. Qiymətləndirmənin obyektivliyini təmin 

etmək üçün reyestrin verilənləri daim aktuallaşdırılır. Bu aktuallaşdırılma göstəricilər üzrə qəbul 

olunmuş qaydada müəyyən intervallarla həyata keçirilir. Reyestrin idarə olunması strategiyası 

verilənlərin mühafizəsini, vahid verilənlər bazasına müraciətin və girişlərin konfidensiallığını 

nəzərdə tutur. 

Qeyd etmək lazımdır ki, idarəetmə elmi tarix boyu uzun təkamül yolu keçmiş və müasir 

informasiya cəmiyyəti (İC) quruculuğu dövründə  İT-nın verdiyi imkanlar onu daha da 

sürətləndirmişdir. O, digər sahələrdə olduğu kimi, elmin də bütün fəaliyyət dairələrini əhatə edir 

və  məqsədi elmi qurumların malik olduğu resurslardan səmərəli istifadə etməklə qarşıya 

qoyulmuş  məqsədə tam nail olmaqdır. EPR sistemində  nəzərdə tutulmuş  təhlillər elmin idarə 

edilməsi məsələlərinin həllinə dəstək verir. Bu yanaşmanın verdiyi imkanları nəzərdən keçirək. 

Məlumdur ki, planlaşdırma idarəetmənin ümumi funksiyası olmaqla, elmi fəaliyyətin cari 

və perspektiv vəziyyətini müəyyən edir [9]. EPR-in “elmi qurumlar” altbazasında müvafiq 

qurumların illik və perspektiv planları haqqında informasiya yerləşir. Həmin informasiya 

əsasında ölkənin elmi qurumlarının  şaquli və üfiqi idarəetmə  kəsiyində planları haqqında 

sorğuların formalaşdırılması və uyğun nəticələrin alınması nəzərdə tutulur. 



İdarəetmənin növbəti mühüm funksiyası təşkiletmədir. Onun məqsədi qəbul olunmuş plan 

tapşırıqlarının nəzərdə tutulan müddət və  həcmdə yerinə yetirilməsini təmin etməkdir. Məlum 

olduğu kimi, kimi ölkəmizdə bu funksiyanın yerinə yetirilməsinə AMEA Elmi Təşkilat Şöbəsi 

tərəfindən nəzarət edilir. Sistemdə həmin nəzarət prosesi avtomatik həyata keçirilir. 

İdarəetmədə  səmərəli kommunikasiya və informasiya mübadiləsi də mühüm rol oynayır. 

Sistemdə toplanmış informasiya çərçivəsində operativ şaquli və üfüqi informasiya mübadiləsi 

təmin olunur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2. Sistemin struktur sxemi 



 

Həmçinin idarəetmənin koordinasiya funksiyası da mühüm əhəmiyyət daşıyır. Məlumdur 

ki, bu funksiyanın planlaşdırma ilə bilavasitə  əlaqəsi vardır. Belə ki, koordinasiya funksiyası 

ayrı-ayrı  işlərin, onların mərhələlərinin, tədqiqatçıların, işçi qruplarının fəaliyyətinin 

əlaqələndirilməsini nəzərdə tutur. Layihələndirilmiş sistemdə ölkənin elmi qurumlarının 

fəaliyyəti ilə  əlaqadar məlumatlar inteqrasiya olunduğuna görə onların ayrı-ayrı 

komponentlərinin  əlaqəli fəaliyyəti, qarşılıqlı  təsiri və tam bir sistem kimi dinamik, tarazlı 

inkişafının koordinasiyası təmin edilir.  

İdarəetmənin digər vacib funksiyası isə nəzarətdir. Onun başlıca məqsədi qərarların qəbulu 

ilə icrası arasındakı  əlaqəni təmin etmək, nöqsanları, ayrı-ayrı  kənarlaşma hallarını aradan 

qaldırmaqdır. Sistemdə  nəzarətin uçot, qiymətləndirmə  və  təhlil kimi məsələləri avtomatik 

həyata keçirilir. Burada ən başlıca məsələ  kənarlaşma hallarının aşkara çıxarılması  və 

qiymətləndirilməsi, düzəliş-tənzimləmə  məqsədi ilə idarəetmə  qərarlarının tərtib edilməsidir. 

Həmin məsələlərin həllində nəzarətin vaxtının (ilkin, cari, son), məqsədinin (operativ, strateji), 

predmetinin (inzibati, maliyyə), məzmununun (resurslar və s.) və metodlarının dəqiqliyi, nəzarət 

fəaliyyətinin səmərəli təşkili mühüm rol oynayır. 

Məlum olduğu kimi, idarəetmədə  işçi heyətinin fəaliyyətinin keyfiyyətinin 

yüksəldilməsində  əməyin motivasiyası mühüm rol oynayır. Sistemin çıxış verilənləri həmin 

məsələnin həllində istifadə oluna bilər. 

 Qeyd edək ki, sistemdə nəzərdə tutulmuş təhlil və qiymətləndirmələr yuxarıda baxdığımız  

məsələlərlə yanaşı, elmi problemlərin çeşidlənməsi, elmi tədqiqatların  əlaqələndirilməsi, elmi 

tədqiqatlarda təkrarçılığın aşkarlanması  və s. məsələlərin həllində  də idarəetmə  qərarlarının 

formalaşdırılması və qəbuluna dəstək verir.  



 

Nəticə 

Göründüyü kimi, müasir informasiya texnologiyaları elmi fəaliyyət, onun təşkil və idarə 

olunması  məsələləri üçün geniş imkanlar açmışdır. Elmi fəaliyyət qloballaşır, məkandan, 

zamandan asılı olmadan bilikləri  əldə etmək, inkişaf etdirmək və bölüşdürmək imkanları 

asanlaşır, bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır, beynəlxalq elmi məkana 

Arxiv 


 

Analitik və 

elmmetrik 

təhlillər  

Giriş 

verilənləri 



Verilənlər 

bazaları 

 

Hesabatlar 



 İdarəetmə 

bloku 



inteqrasiya olunur və son nəticədə, tədqiqat işlərinin səmərəliliyi daha da artır. Bu texnologiyalar 

eyni zamanda elmin təşkili və idarə olunması  məsələlərinin həllində  də geniş  tətbiq olunur. 

AMEA  İnformasiya Texnologiyaları  İnstitutunda bu məqsədlə layihələndirilmiş EPR analitik-

informasiya sistemində nəzərdə tutulmuş analitik və elmmetrik təhlillərin nəticələri elmin daha 

effektli idarə edilməsinə imkan yaradacaqdır. 

Ədəbiyyat 

1.

 



Alguliyev R.M., Fataliyev T.Kh. About necessity of realization of the concept electronic-

science// PCI 2008. The second International Conference “Problems of Cybernetics and 

Informatics”, vol.1, september 10-12, 2008, Baku, Azerbaijan, pp.75-77 

2.

 



Əliquliyev R.M., Fətəliyev T.X. Elektron elmin formalaşdırılmasının bəzi məsələləri / “Bakı 

Dövlət Universitetinin Xəbərləri”, Fizika-riyaziyyat elmləri seriyası, 2008, №4, s.77-83 

3.

 

“Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” - Azərbaycan Respublikası 



Prezidentinin 4 yanvar 2003-cü il tarixli fərmanı. 

4.

 



Respublika Elmi Tədqiqatların Təşkili və  Əlaqələndirməsi  Şurasının  əsasnaməsinin təsdiq 

edilməsi haqqında – AMEA RH-nin Qərarı, № 18/2, 06 oktyabr 2004-cü il.  

5.

 

Respublika Elmi Tədqiqatların Təşkili və  Əlaqələndirməsi  Şurasının tərkibinin təsdiq 



edilməsi haqqında – AMEA RH-nin Qərarı, № 18/6, 18 noyabr 2009-cu il. 

6.

 



Elmin istiqamətləri üzrə problem şuralarının tərkibinin təsdiq edilməsi haqqında – 

Respublika Elmi Tədqiqatların Təşkili və  Əlaqələndirməsi  Şurasının Qərarı,  № 6/4, 22 

dekabr 2009-cu il. 

7.

 



Elmin istiqamətləri üzrə problem şuraları haqqında  əsasnamənin təsdiq edilməsi barədə – 

Respublika Elmi Tədqiqatların  Təşkili və  Əlaqələndirməsi  Şurasının Qərarı,

   

№ 6/5, 


dekabr 2009-cu il. 

8.

 



“AR-də 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “AR-də 2009–

2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət 

Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı,  

4 may 2009-cu il. 

9.

 

Майкл  Мескон,  Майкл  Альберт,  Франклин  Хедоури.  Основы  менеджмента 



(Management). Изд-во: Дело, 1997 г. 704 стр., http://www.polbu.ru/mescon_management. 

 

 

 

 

УДК 001:004.7 

Фаталиев Тахмасиб Х. 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

depart3@iit.ab.az

 

О  реестре  научных  проблем  и  разработке  на  его  основе  аналитическо-



информационной системы. 

В статье рассматриваются некоторые концептуальные вопросы организации и управления 

научной  деятельностью  на  основе  применения  информационных  технологий.  Описаны 

основные принципы разработки аналитическо-информационной системы Реестра научных 

проблем  и 

задана 


структурная 

схема. 


Рассмотрены 

задачи 


аналитическо-

информационного обеспечения управлением науки.  



Ключевые  слова:  информационное  общество,  э-наука,  научные  направления,  научные 

проблемы, Реестр научных проблем, аналитическо-информационная система.  

 

Tahmasib Kh. Fataliyev.



 

Institute of Information Technology ANAS, Baku, Azerbaijan 

depart3@iit.ab.az

 



About the register of scientific problems and development of analytical-information system 

on its basis.

 

Some conceptual issues of organization and management of scientific activity on the basis of 



application of information technologies are described in the article. Main principles of 

development of analytical-information systems of the register of scientific problems are 

described, the block scheme is set and problems of an analytical-information supply of science 

management are reviewed.  



Key words: information society, e-science, scientific directions, scientific problems, register of 

scientific problems, analytical-information system. 

 

Yüklə 57,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə