Microsoft Word 2017-ci№ doc



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə1/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
  1   2   3   4   5   6   7   8   9   ...   147


Filologiya məsələləri, 2017 
 
1
 
 
 
 
 
 
ÔÈËÎËÎÜÈÉÀ 
ÌßÑßËßËßÐÈ 
 
№ 01 
 
Топлу Азярбайъан Республикасы Президенти йанында 
Али  Аттестасийа  Комиссийасы  тяряфиндян  рясми 
гейдиййата  алынмышдыр (Filologiya elml ri bюлмяси,   
№13).
 
Азярбайъан  Республикасы  Ядлиййя  Назирлийи  Мятбу 
няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222. 
 
 
 
 
 
 
 
«Елм вя тящсил» 
Бакы – 2017 


Filologiya məsələləri, 2017 
 
2
 
Ъурналын тясисчиляри:  Азярбайжан Милли Елмляр Академийасы Ялйазмалар Институту вя    
                                   «Елм вя тящсил» няшриййаты  
 
 
 
 
РЕДАКСИЙА  ЩЕЙЯТИ:  академик  Иса  Щябиббяйли,  академик  Васим 
Мяммядялийев,   академик Теймур Кяримли,  АМЕА-нын мцхбир цзвц,   ф.ü.е.д.,   
проф. Низами Ъяфяров,  АМЕА-нын мцхбир цзвц,   ф.ü.е.д., проф. Мющсцн Наьысойлу,    
АМЕА-нын мцхbир цзвц,   ф.ü.е.д.,  проф. Ябцлфяз Гулийев,   ф.ü.е.д.,  проф. Вилайят 
Ялийев, ф.ü.е.д.,   проф. Fəxrəddin Veysəlli, ф.ü.е.д.,   проф. Гязянфяр Казымов,   ф.ü.е.д.,   
проф.  Рцфят  Рцстямов,  ф.ü.е.д.,  проф.  Надир  Мяммядли,   ф.ü.е.д.,   проф.  İsmayıl 
Məmmədli, ф.ü.е.д.,   проф. Мясуд Мащмудов,    ф.ü.е.д.,   проф. Buludxan Xəlilov,   
ф.ü.е.д.,   prof. Əzizxan Tanrıverdiyev, ф.ü.е.д.,   проф. Мцбариз Йусифов,   ф.ü.е.д.,   
проф. Гязянфяр Пашайев,   ф.ü.е.д.,   проф. Ябцлфяз Ряъябли,   ф.ü.е.д.,   проф. Nizami 
Xudiyev,   ф.ü.е.д.,   проф. Ъялил Наьыйев,   ф.ü.е.д.,  prof. Камиля Вялийева,   ф.ü.е.д.,   
prof. Азадя Мусайева, ф.ü.e.d. Paşa Kərimov,   фil.ü.f.d., dos. Нязакят Мяммядли 
 
Бурахылыша мясул: академик Теймур Кяримли   
Ряйчи: filologiya elmləri doktoru,   professor Надир Мяммядли 
Филолоэийа мясяляляри. Бакы,   2017,   № 1 
 
 
 
 
 
 
ISSN 2224-9257 
 
 
© ”Elm və təhsil” nəşriyyatı,   2017 
 


Filologiya məsələləri, 2017 
 
3
       
DİLÇİLİK 
 
NURİDƏ  NOVRUZOVA  
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Slavyan Universiteti 
 
MƏTNİN KOQNİTİV TƏHLİLİNİN NƏZƏRİ ƏSASLARI 
  
Açar sözlər: koqnitivizm, mətnə koqnitiv yanaşma, koqnitiv strukturlar 
Ключевые словакогнитивизм, когнитивный подход к тексту, 
когнитивные структуры 
Key words: cognitivism, cognitive approach to text, cognitive structures 
  
XX  əsrin 90-cı illərində  mətnin semantikası üzrə  tədqiqatlar yeni 
səviyyədə, koqnitiv yanaşma işığında aktuallaşır. Koqnitivizm mətnin həm 
qavranılmasının, həm də yaranmasının modelləşməsinin nəzəri platforması kimi 
nəzərdən keçirilir. Son illərin dilçiliyində  də  mətnə koqnitiv istiqamətdə  
yanaşma aparıcıdır. Problemlərə baxılma qaydası onların dilçilikdə "liderlik 
etməsi"nin xronoloji ardıcıllığına deyil, antroposentrik yanaşmanın  məntiqinə 
uyğun gəlir, yəni koqnitivizm (lat. cognitio – bilik, idrak) dil şəxsiyyətinin 
"fikirdən sözə" universal ideonitq dövrəsinin həyata keçirilməsi prosesində 
struktur təşkilinin dil-koqnitiv səviyyəsində meydana çıxan fenomenləri tədqiq 
edir. 
Dilçilikdə  mətn sintaksisinin əsas istiqamətlərindən biri koqnitiv 
tədqiqatlarla bağlıdır. "Koqnitiv tərəqqi" XX əsrin son  illərində dilçiliyin 
inkişafını müəyyənləşdirən amillərindən birinə çevrilmişdir(13,34-47).  
Koqnitiv dilçiliyin mahiyyəti "Koqnitiv dilçiliyin qısa lüğıtində"  belə 
verilmişdir: "Koqnitiv dilçilik linqvistik və ekstrolinqvistik deyə bölünməyən 
semantikanın təntənəsindən başqa bir şey deyildir"(12, 41).  
Koqnitiv paradiqmanın sürətli inkişafının  əsasında dilçilikdəki 
antroposentrik tendensiyalar durur. Koqnitivizm hal-hazırda liderlik edir və öz 
orbitinə digər paradiqmaları  gətirməyə iddia edir, lakin ümumi antroposentrik 
panoramada o, öz strukturuna görə dil-koqnitiv səviyyəyə malik olan dil 
şəxsiyyəti nəzəriyyəsinin yalnız bir hissəsidir.  
Koqnitiv paradiqma çərçivəsində semantika, sintaktika və praqmatikanın 
sintezi mümkündür. Belə ki, semantika və praqmatikanın koqnitiv sahəyə meyl 
etməsi intensionallıq problemini həm sırf insani, həm də  təkamül-bioloji 
aspektlərdə öyrənilməyə başladı. Koqnitivlik rakursunda sintaktika məntiqin və 
idrak nəzəriyyəsinin bir sıra spesifik problemlərini üzə  çıxardı. Koqnitiv 
problemlər kompleksi üçün fundamental olan biliyin konsepti "praqmantaksisə" 


Filologiya məsələləri, 2017 
 
4
(Ç.Fillmor) yeni impuls verir: məna "çalarlarının" fərqləndirilməsi yenidən 
aktuallaşır, mental vəziyyət və mental streotip anlayışları ilə bağlı  mədəni 
konseptlər olan "həqiqət", "ədalət", "qanun", "səbəb", "fakt" və başqaları ön 
plana çıxarılır, K.Q.Yunqun arxetipləri ilə paralellər aparılır və s. 
Rusiyada koqnitivizmin mənbələrini L.V. Şerbanın, A.M. Peşkovsakinin, 
A.İ. Smirnitskinin irsində axtarmaq lazımdır.  Çünki onlar sözü qrammatik, 
semantik və diskursiv xassələrin daşıyıcısı kimi qəbul edirdilər.  
 Lakin Rusiyadakı müasir koqnitiv tədqiqatlar xarici, xüsusilə də Amerika 
alimlərinin əsərləri ilə fəallaşmışdır. Xüsusilə dilçiliyin inkişafında yeni dönüş 
N.Xomskinin adı ilə bağlıdır. Rusiya  Federasiyasının bir sıra elmi 
 
dərgilərində dil haqqında elmin yeni istiqaməti haqqında bir sıra məqalələr çap 
olunmuşdur: "Вопросы  языкознания." jurnalında ((9,12, 16,19, 20, 21 və 
başqaları); "Язык  и  интелект.  Сб. (13, 34-47) və  «Вестник  Московского 
университета" jurnal və  məcmüələrində tanınmış xarici koqnitivistlərin 
L.Talmi, E.Fava, V.Lanqaker, P.Sören və başqalarının əsərlərinin tərcüməsi yer 
almışdır(10, 385-411).  
Voronej universitetinin "Filoloji araşdırmalarında" belə bir 
ümumiləşdirmə  təklif olunur: "Koqnitiv dilçiliyin əsas obyekti nitq-fikir 
fəaliyyətinin mexanizmləri, nitqin yaranması və anlanılması prosesləridir. Onun 
əsas  məqsədi dilin semantik sistemində (leksik və qrammatik mənalarda) 
möhkəmləndirilmiş dil biliyinin qeyri-dil biliyi ilə necə bağlı olduğunu, təbii 
dilin mental dillə (fikir dili ilə) qarşılıqlı təsirini anlamaqdır" (6, 172 -173). 
Müvafiq olaraq "dilçilik tədqiqatlarında bir sıra yeni aksentlər meydana 
çıxdı, o cümlədən, insan ünsiyyətinin dilxarici amillərinə, məsələn, dünya 
haqqında insanın bilikləri istiqamətlənmə" (21.59). 
Rusiyada koqnitivizmin mənbələrini L.V.Şerbanın, A.M.Peşkovskinin, 
A.İ.Smirnitskinin irsində axtarmaq lazımdır. Onlar sözü qrammatik, semantik və 
diskursiv xassələrin daşıyıcısı kimi qəbul edirdilər. Lakin Rusiyadakı müasir 
koqnitiv tədqiqatlar xarici, xüsusilə  də Amerika alimlərinin  əsərləri ilə 
fəallaşmışdır. Və burada dilçiliyin inkişafında yeni dönüş N.Xomskinin adı ilə 
bağlıdır. Amerika strukturalizminin nəhəng nümayəndəsi olan Xomski 1957-ci 
ildə «Sintaktik strukturlar» adlı kitabını  nəşr etdirmişdir. Bu əsər generativ 
(törədici) qrammatikanın əsasını qoydu. 
Generativ dilçiliyin əsasında dilin törədici modeli haqqında təsəvvür yer 
almışdır, yəni məhdud qaydalar dəsti vardır ki, dilin yalnız düzgün cümlələrini 
yaratmaq qabiliyyətinə malikdir. Bu, dil iyerarxiyasının hansı tərəfindən nitqin 
yaranması haqqında təsəvvürləri alt-üst etdi. Törədici dilçiliyə görə, nitqin 
yaranması sintaksisdən fonologiyaya doğru baş verir, yəni ən absrakt sintaktik 
strukturlardan başlayaraq. V.Rudnevin qeyd etdiyi kimi, Xomskinin aradıcılları 
anlamağa başladılar ki, sintaksis yox, semantika cümlənin mənasını 
müəyyənləşdirir. Yeni istiqamət formalaşır – törədici semantika, onun 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə