Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə10/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   6   7   8   9   10   11   12   13   ...   147

Filologiya məsələləri, 2017 
 27
 
ГУМБАТОВА  РАХИЛЯ   
 
ТРАНСПОРТИРОВАНИЕ ВРЕМЕННОСТИ С 
ГРАММАТИЧЕСКИМИ ФОРМАМИ В ПОЭЗИИ  
ИМАДАДДИНА НАСИМИ 
 
РЕЗЮМЕ 
 
Статья.  И.Насими  поэзия  в  грамматических  формах  выражения 
было сказано. Temporallıgın очень богата морфологическое выражение 
симптомов. Насими mısralarında прошлое, настоящее и будущее время 
включает  в  себя  детальный  сравнительный  морфологическая 
характеристика  современного  литературного  языка.  В  статье  также 
образует temporallıgın  расследование  принимал  участие  в  создании 
глагола  команды.  Когда  концепция  формирования  деепричастия  и 
прилагательного  суффиксов  глагола  также  играет  важную  роль.  В 
статье  приводит  к  понятию  времени,  Насими  поэзия  и  словесные 
прилагательных суффиксы представлены в деепричастия. 
 
   
    HUMMATOVA  RAHILA   
 
TRANSPORTATION TIME WITH THE GRAMMATICAL  
FORMS IN POETRY IMADADDINA NASIMI 
 
SUMMERY 
 
An article I.Nasimi poetry in grammatical forms of expression have 
been told. Temporality very rich morphological expression of symptoms. 
Nasimi's verses past, present and future time includes detailed comparative 
morphological characteristic of the modern literary language. The article also 
forms temporality an investigation has been involved in the creation of the 
command verb. When the concept of the formation of the verbal adverb and 
adjective suffixes of the verb also has an important role. The article leads to 
the concept of time, Nasimi poetry and verbal adjective suffixes are shown 
in verbal adverb. 
 
Rəyçi:    Əzizxan Tanrıverdi  
               filologiya üzrə elmlər doktoru, professor  


Filologiya məsələləri, 2017 
 28
GÜLDANƏ PƏNAHOVA  
Filologiya üzrə fəlsəfə doktoru 
Azərbaycan Milli Aviasiya Akademiyası 
 
SİNONİMİK MÜNASİBƏTLƏRİN TƏDQİQİNDƏ DİLÇİLİK 
ƏNƏNƏLƏRİ 
 
Açar sözlər: sinonimiya, sinonimik münasibətlər, dil vahidləri, dilçilik 
Keywords: synonyms, synonymous relations, language units, linguistic 
Ключевые  слова:  синонимия,  синонимические  отношения,  языковые 
единицы, языкознание 
 
Giriş. Bildiyimiz kimi, sinonimiya və ya sinonimik münasibətlər dil 
vahidləri arasında olan və dilçilikdə mövcud olan universal münasibətlər tipinə 
aid edilir. Sinonimiya və ya sinonimik münasibətlərin mahiyyəti dil vahidlərinin 
mənalarının tam və ya qismən üst-üstə  düşməsinə əsaslanır. Dünya dilçiliyində 
sinonimiya və ya sinonimik münasibətlərə maraq çox qədim zamanlardan 
yaranmışdır. Məsələn, rus dilçiliyində sinonimiya və sinonimik münasibətlər 
haqqında ilk məlumata 1627-ci ildə Kiyev şəhərində işıq üzü görmüş “Slavan-
rus kleksikonu və adların izahı”  kitabında rast gəlinir (1).  Alman dilində isə 
“sinonim” terminindən 1794-cü ildə çap olunmuş “Alman sinonimiyası  və 
mənasına görə qohum olan sözlər” (2) kitabında istifadə olunmuşdur.  İngilis 
dilçiliyində sinonimlərə müraciət, alimlərin də qeyd etdiyi kimi, fransız dilinin 
və fransız dilçiliyinin təsiri ilə olmuşdur. Bu təsirin tarixi isə Q.Xirar adlı fransız 
müəllifinin 1718-ci ildə işıq üzü görmüş  “Düzgün fransız dili” kitabı (3)  ilə 
başlayır. İngilis dilində sinonimiyaya münasibət bu kitabın təsiri ilə yazılmış və 
daha dəqiq desək, adıçəkilən kitabın  C.Trasler tərəfindən edilmiş tərcüməsi ilə 
başlayır. C.Traslerin kitabı “İngilis dilində sinonim hesab edilən sözlər arasında 
fərq” başlığı ilə çap etdirir (4).  Azərbaycan dilçiliyində sinonimiyaya bu cür 
tərif verilir: “Sinonimlik  dilçiliyin   leksikologiya,  üslubiyyat,  semasiologiya  
və  başqa  sahələrində  tədqiq  olunur.  Bu  isə  o  deməkdir  ki,  sinonimlik  an-
layışı  genişdir. Sinonimlər  lüğət  tərkibini  zənginləşdirir,  başqa  dil  vahidləri-
nin  bir-birinə  yaxın  variantlarını  reallaşdırır,  semasiologiyada  isə  yaxın,  in-
cə məna  çalarları  yaradan,  eyni  zamanda  sözün  semantikasının  parçalanma-
sı  və  genişlənməsi  prosesinə  xidmət  edən  bir  vasitə  kimi  öyrənilir. 
Sinonimlər  öz  potensial  imkanları  ilə  ana  dilimizin  məna  zənginliyini  
təqdim  edir. Həm  ana  dilimizdə,  həm  də  elə  xarici  dillərdə  sinonimlərin  
xidməti  həmin  dillərin  bilavasitə  işlənməsini  intensivləşdirir. 
Sinonimlər leksik-semantik kateqoriya kimi aşağıdakı cəhətləri ilə diqqəti 
cəlb edir:  
1. Danışıq dilini zənginləşdirir.  


Filologiya məsələləri, 2017 
 29
2. Dili incələşdirir, onun təsir gücünü artırır.  
3. Mənanı qüvvətləndirir.  
4.Dildə emosiya yaradır.  
5. Nitq mədəniyyətində həlledici rol oynayır.  
6. Fikri çatdırmaq üçün ona aydınlıq gətirir, eyni za manda həm də 
dəqiqləşdirir.  
7. Arzuolunmaz təkrarın qarşısını alır.  
8. Təsirliliyi artırır və s.” (5, 3). 
Azərbaycan dilçiliyində bu leksik hadisə haqqında söylənmiş bütün 
məlumatların ümumiləşdirilməsindən belə bir nəticə alınar: “Sinonimlər – 
dilçilikdə müxtəlif cür tələffüz olunan və yazılan, ancaq eyni və ya oxşar 
mənaları olan sözlərdir. Sinonimlər nitq qabiliyyətini zənginləşdirməyə xidmət 
edir. Sinonimlər arasında oxşarlıq olsa da, onlar öz fikri ifadə  zənginliyi, 
müəyyən üslubla bağlılığı və işlədilmə dərəcəsinə görə fərqlənirlər. Sinonimləri 
təşkil edən sözlər eyni nitq hissəsinə aid olur. Bədii ədəbiyyatda hər hansı bir 
deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə 
olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən  əlamətlərdən 
biri sayılır”.  
Çağdaş dönəmdə sinonimiya və sinonimik əlaqələrin tədqiqi sahəsində bir 
neçə konsepsiya formalaşmışdır. Bu konsepsiyalar əsasən sinonimiya sözünün 
və anlayışının ifadə etdiyi mənalar  əsasında təsnif edilmişdir. Bu cəhətdən 
konsepsiyaları iki əsas istiqamətə ayırmaq mümkündür: 
Birinci konsepsiyaya görə, sinonimlər semantik cəhətdən eyni olan, amma 
üslubiyyat sistemində fərqli yerlər tutan sözlərdir. Bu konsepsiyanın tərəfdarları 
belə hesab edirlər ki, sinonimik əlaqədə olan sözlərin birinin əsas mənası  və 
digərinin məcazi mənası bir-birinin ekvivalenti kimi qəbul edilə bilməz. 
İkinci konsepsiyaya görə isə, sinonimik əlaqədə olan sözlər semnatik 
eynilik və semantik yaxınlığı ilə  fərqlənirlər. Çağdaş dünya dilçiliyində bu 
konsepsiyanın tərəfdarları daha çox üstünlük təşkil edirlər.  
Fikrimizcə, ikinci konsepsiya dana məntiqəuyğundur. Çünki bir-biri ilə 
sinonimik əlaqədə olan sözlərin mənaları heç zaman tam şəkildə üst-üstə düşə 
bilməz. Mənaca üst-üstə  düşən sözlər çox zaman leksik dubletlər və variantlar 
kimi götürülür. Əsl sinonimlər kimi isə mənalarının biri uyğun olmayan sözlər 
hesab edilir (6).    
Görkəmli rus dilçisi Q.Vinokur szlərin sinonimliyinə dair belə bir fikrə 
gəlir ki, “sözlərin sinonimliyi  fiksiyadan, uydurmadan başqa bir şey deyildir” 
(7). Sinonimiyanın bu şəkildə inkar edilməsi sinonimik sözlərlə mütləq 
sinonimlərin eyniləşdirilməsi zamanı baş verir. Çağdaş dilçilikdə isə artıq 
mütləq sinonimiyanın mövcud olmaması barədə fikirlər bərqərar olmuşdur. 
Avropa dilçisi Blumfild də bu barədə yazırdı: “Hər bir linqvistik forma daimi və 
spesifik formaya malik olur. Formalar fonetik cəhətdən fərqlidirlərsə, biz belə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə