Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə26/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   22   23   24   25   26   27   28   29   ...   147

Filologiya məsələləri, 2017 
 70
(2) Your coat is on the sofa -  Sizin paltonuz divanın üstündədir. 
(3) The car stopped under the tree – Maşın ağacın altında dayandı. 
(4) There was a beautiful village between the rivers – Çayların arasında 
gözəl bir kənd var idi. 
b) istiqamət bildirən sözönləri dilimizə əsasən ya (1) yönlük, (2) çıxışlıq 
hal şəkilçisi, ya da (3) yönlük hal şəkilçisi qəbul etmiş, iç, yaxud da (4) boyunca 
xözü vasitəsilə tərümə edilir. Məsələn: 
(1) The pioneers were going to the park – Pionerlər parka gedirdilər. 
(2) The children returned from school – Uşaqlar məktəbdən qayıtdılar. 
(3) The girl put her books into the bag – Qız kitablarını çantaya (yaxud 
çantanın içinə) qoydu. 
(4) The travelers were going along the river – Səyahətçilər çay boyunca 
gedirdilər. 
b) zaman bildirən sözönləri Azərbaycan dilinə ya (1) yerlik hal şəkilçisi, 
ya (2) sonra, ya da (3) əvvəl-qabaq sözləri ilə tərcümə edilir, yaxud da (4) heç 
tərcümə olunmur. Məsələn: 
(1) The came back at two o’clock – Onlar saat ikidə geri qayıtdılar. 
(2) After a week we left the city – Bir həftədən sonra bir şəhəri tərk etdik. 
(3) We must finish our work before holiday – Biz işlərimizi bayramdan 
əvvəl (qabaq) qurtarmalıyıq. 
(4) I saw him on Sunday – Mən onu bazar günü gördüm. 
2) Mücərrəd qrammatik əlaqələr ifadə edən sözönlərindən (1) biri (of) 
dilimizə yiyəlik hal şəkilçisi, qalanları isə  əsasən (2, 3) qoşmalar vasitəsilə 
tərcümə edilir. Məsələn: 
(1) The door of the room was pointed – Otağın qapısı rənglənmişdi. 
(2) The teacher spoke about new books – Müəllim yeni kitablar haqqında 
danışdı. 
(3) The workers couldn’t continue their because of the storm – Fəhlələr 
tufan olduğuna görə işlərini davam etdir bilmədilər. 
Sözönləri,  əsasən də isim və özündən  əvvəl gələn hər hansı bir söz 
arasında əlaqə yaradan köməkçi sözlərdir. Bundan başqa, sözönləri hal və cins 
kateqoriyasına görə  də  dəyişmirlər. Onlar qeyd edildiyi kimi isimlərini və 
əvəzliklərin, çox nadir hallarda isə başqa nitq hissələrinin qarşısında gəlirlər. 
Beləliklə, sözönlərini belə xarakterizə etmək olar. 
1) Sözönləri bir qayda olaraq isimlərin qarşısında gəlir. 
2) Sözönləri ismin bütün formaları ilə  işləmə bilir (məs., xüsusi isimlər 
ümumi isimlər, maddə adları bildirən isimlər, mücərrədlik bildirən isimlər). 
3) Sözönləri feldən sonra işlənmir, lakin felin formalarından olan cerund 
və feli isimlə ifadə olunmuş obyektlərin qarşısında işləmə bilirlər. Bu Obyektlər 
isimdən başqa digərsözlərlə ifadə oluna bilirlər: 
1) Əvəzliklərlə 


Filologiya məsələləri, 2017 
 71
2) Sifətlərlə 
3) Zərflərlə 
4) Frazalarla 
5) Felin şəxsiz formaları ilə 
6) Budaq cümlələrlə 
Sözönləri həm də fellərlə birləşərək tərkibi fellər yaradırlar. 
Hal-hazırda müasir ingilis dilində 150-dən çox sözönü mövcuddur. Bu 
sözönüləri mənşəyinə görə iki qrupa ayırmaq olar: əsli (ingilis) sözönülərvə 
alınma sözönülər. Bəzi ingilis sözönülərinin mənşəyini tədqiq etdikdə onların 
həqiqətən də digər dillərdə mövcud olan sözönüləri ilə uyğun gəldiyini görmək 
olar. Bu da təbiidir, çünki onlar digər dillərdən alınmadır. 
Məlum olduğu kimi, ingilis və Azərbaycan dilləri istər genezis və istərsə 
də tipoloji quruluş baxımından müxtəlif dil qruplarına daxildir. İngilis dili Hind-
avropa dillərinin german qrupuna daxil olub, analitik dil, Azərbaycan dili isə 
türk dillərinin oğuz qrupuna daxil olub, aqqlyutinativ, yəni sintetik dil adlanır. 
Bu zəmində  həmin dillər arasında ciddi fərqlər mövcuddur. İngilis dilini 
öyrənən hər bir azərbaycanlı  tələbə  həmin fərqlər arasında meydana gələn 
çətinliklərlə qarşılaşmalı olur. Məsələn: ingilis dilində ismin hal kateqoriyası 
morfoloji ifadə baxımından çox kasıbdır. Sintetik dillərdə, məsələn, Azərbaycan 
və rus dillərində ismin 6 hah var. Ona görə  də, cümlədə isim ilə digər nitq 
hissələri arasında mövcud olan qrammatik əlaqələr hal kateqoriyası ilə ifadə 
edilir. Müasir ingilis dilində isə ismin yalnız iki hal var. 
Qeyd etmək lazımdır ki. ingilis dili morfoloji sintetik forma baxımından 
heç də  həmişə indiki kimi kasıb olmamışdır. Qədim ingilis dili zəngin və 
mürəkkəb sintetik formalar sisteminə malik olmuşdur. Bu dövrdə isim 
qrammatik eins, hal və  kəmiyyət kateqoriyasına malik olmuşdur, ismin üç 
qrammatik cinsi (kişi, qadın, orta) və dörd (adlıq, yiyəlik, yönlük, təsirlik) halı 
var idi. Hər bir cins və halı bildirmək üçün qədim ingilis dilində  şəkilçilər 
mövcud olmuşdur. Bu da məlumdur ki, dil ictimai bir hadisə olaraq donmuş 
halda qalmır. Müxtəlif tarixi, ictimai, siyasi hadisələr daima dilə də öz təsirini 
göstərir. Qədim ingilis dövründə əsasən sintetik dil olan ingilis dili orta dövrdə 
analitik dilə çevrilmişdir. Məlumdur ki, qrammatik formanın yox olması, 
qrammatik mənanın yox olması demək deyildir. Buna görə də, sintetik formanı 
itirmiş qrammatik mənalar hər hansı bir vasitə, forma ilə ifadə edilməli idi. Hər 
bir dildə, o cümlədən müasir ingilis dilində işlədilən sintetik və analitik formalar 
bir-biri ilə qarşılıqlı əlaqədə olur və vəhdət təşkil edir. Bu dildə sözlər arasındakı 
sintaktik  əlaqələr köməkçi sözlər, sözönləri, köməkçi fel, artikl və söz sırası 
vasitəsi ilə ifadə edilir. 
The struts of Baku. 
We shall go. 
The book is interesting. 


Filologiya məsələləri, 2017 
 72
Tom knows you. 
The workers build a new house in our street. 
- istiqamət bildirən sözönləri: to, into, twards, along, from; 
- zaman bildirən sözönləri: in, at, after, before, untill, during, till; 
- səbəb əlaqəsi bildirən sözönləri: because of, thanks to, with regard to. 
Demək olar ki, bu bölgü də şərtidir, belə ki, by, in, on, at və s. sözönləri 
cümlədə bir neçə mənada çıxış edə bilir. 
To travel by train - qatarda səyahət etmək 
To come by 6 o' clock - 6-yə qədər gəlmək 
A painting by T.Narimanbeyov – T.Narimanbəyovun əsəri 
By the window - pəncərənin yanında 
This booh was written by Agatha Christie – Bu kitab Aqata Kristi 
tərəfindənyazılmışdır. 
He usually goes to work by bus. 
Do you prefer to travel by air or by train? 
in, on, at sözönləri cümlədə ən çox məkan və zaman mənasında işlənir. 
She does a lot of works at school 
In summer we rest in the village. 
At five o ' clock we were still at home. 
İllərin, fəsillərin, günün bir hissəsinin, ayların «in», həftənin günlərinin, 
ayın tarixlərinin qarşısında «on», vaxtı saatla göstərdikdə «at» sözönü işlənir. 
in 1990, in winter, in ma in the morning 
On Sunday, on Monday morning on the 25~ of April, at 9 o' clock. We 
don' t work on Sundays. 
Sözönləri digər nitq hissələri ilə birlikdə birləşir və cümlədə bu və ya digər 
cümlə üzvü funksiyasında 
We stayed in the room 
in the room - məkan bildirir, yer zərfliyi funksiyasmda işlənir. 
Cümlədə  məkan və zaman bildirən bir sözönünü digər özönü ilə  əvəz 
etmək olar. 
 
 
 
 
 
Müasir ingilis dili demək olar ki, bütün hal şəkilçilərini itirdiyindən (adlıq 
və yiyəlik halından başqa) bu dilin sözönlərinə böyük ehtiyacı var. 
İngilis dilindən olan sözönü birləşmələri Azərbaycan dilindən olan hal 
şəkilçilərinə uyğun gəlir. 
İngilis dilində olan of sözönü Azərbaycan dilində olan yiyəlik hala, to 
yönlük hala, from çıxışlıq hala uyğun gəlir. 
She will come 
at dinner 
after dinner 
before dinner 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə