Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə1/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
  1   2   3   4   5   6   7   8   9   ...   162


Filologiya məsələləri, № 15 2017 

 

1



  

 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 



M.FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU 

 

 



 

ÔÈËÎËÎÜÈÉÀ 

ÌßÑßËßËßÐÈ 

 

 



№ 15 

 

Топлу Азярбайъан Республикасы Президенти йанында 



Али Аттестасийа Комиссийасы тяряфиндян рясми гейдиййа-

та алынмышдыр (Filologiya elmləri bюлмяси, №13). 

Азярбайъан Республикасы Ядлиййя Назирлийи Мятбу 

няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222. 

 

 

 



 

 

 



«Елм вя тящсил» 

Бакы – 2017 

 

 



Filologiya məsələləri, № 15 2017 

 

2



 

Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы  

 Ялйазмалар Институту вя «Елм вя тящсил» няшриййаты  

 

 



 

 

 



РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Васим 

Мяммядялийев, академик Теймур Кяримли, akademik Низами Ъяфяров, 

АМЕА-нын мцхбир цзвц, ф.ü.е.д., проф.  Мющсцн Наьысойлу, АМЕА-нын мцхbир 

цзвц, ф.ü.е.д., проф.  Ябцлфяз Гулийев, ф.ü.е.д., проф. Вилайят Ялийев, ф.ü.е.д., 

проф.  Fəxrəddin Veysəlli, ф.ü.е.д., проф.  Гязянфяр Казымов, ф.ü.е.д., проф.  Рцфят 

Рцстямов, ф.ü.е.д., проф.  Надир Мяммядли, ф.ü.е.д., проф.  İsmayıl Məmmədli, 

ф.ü.е.д., проф.  Мясуд Мащмудов, ф.ü.е.д., проф.  Buludxan Xəlilov, ф.ü.е.д., 

проф.  İlham  Tahirov,  ф.ü.е.д., prof. Əzizxan Tanrıverdiyev, ф.ü.е.д., проф.  

Мцбариз Йусифов, ф.ü.е.д., проф.  Гязянфяр Пашайев, ф.ü.е.д., проф. Ябцлфяз 

Ряъябли, ф.ü.е.д., проф. Nizami Xudiyev, ф.ü.е.д., проф.  Ъялил Наьыйев, ф.ü.е д., 

prof.  Камиля Вялийева, ф.ü.е.д., prof. Азадя Мусайева, ф.ü.e.d. Paşa Kərimov, 

f.ü.f.d., dos.  Нязакят Мяммядли 

 

Бурахылыша мясул: академик Теймур Кяримли  



Ряйчи: filologiya elmləri doktoru, professor Надир Мяммядли 

 

 



 

Филолоэийа мясяляляри.  Бакы, 2017, № 15 

 

 

 



 

 

ISSN 2224-9257 



 

 

 



 

© ”Elm və təhsil” nəşriyyatı, 2017 

 

 

www. filologiyameseleleri. net 




Filologiya məsələləri, № 15 2017 

 

3



 

DİLÇİLİK 

 

  

ELMAR ABDULRƏHİMOV 



 Lomonosov adına Moskva Dövlət Universitetinin  

Bakı filialının Xarici Dillər və Xarici  

Ölkələr Ədəbiyyatı kafedrası 

filologiya üzrə fəlsəfə doktoru, dosent  

elmar_adu@mail.ru 

  

 



SUBSTANSIALLIQ SİNFİNDƏN AGENTİVLİK BİLDİRƏN 

SİNTAKSEMLƏRİN LEKSİK BAZASI VƏ LEKSİK ƏHATƏSİ 

(İNGİLİS ATALAR SÖZLƏRİ ƏSASINDA) 

 

Açar sözlər: substansiallıq, sintaksem, agentivlik, aksionallıq, kvalitativlik, 



stativlik, leksem, semantik sahə, leksik-semantik qrup 

Ключевые  слова:  субстанциальность,  синтаксема,  агентивность,  ак-

циональность,  квалитативность,  стативность,  лексема,  семантическое 

поле, лексико-семантическая группа 

Keywords: substantivity, syntaxeme, agentry, quality, action, state, lexeme, 

semantic field, lexico-semantic group  

 

  

 



  

Dilin  müxtəlif  səviyyələrində  müvafiq  vahidlərin  funksionallığına 

dair  aparılan  tədqiqatlar  göstərir  ki,  onların  nitqdə  reallaşması  zamanı 

qarşılıqlı  əlaqələr  yaranır.  Funksional  sintaksisin  başlıca  vahidi  sayılan 

sintaksemlərin  struktur  cəhətdən  cümlənin  müəyyən  sintaqmı  çərçivəsində 

tutduğu mövqedə məzmun planında sintaktik-semantik mənanı kəsb etməsi, 

onların distributiv xüsusiyyətləri və variantlılığı dilin digər səviyyələri ilə sıx 

bağlı  olduğunu  sübut  etmək  mümkündür.  Bu  baxımdan  sintaksemlərin 

funksional təhlili zamanı dilin leksik səviyyəsinin vahidləri olan leksemlərin 

məna  xüsusiyyətləri  nəzərə  alınmalıdır.  Belə  halda,  şübhəsiz,  funksional 

sintaksislə funksional leksikologiyanın qarşılıqlı münasibətləri aşkar olunur. 

Tədqiqatçı bu və ya digər sintaksemin cümlənin dərindəki quruluşunda əks 

etdirdiyi  sintaktik-semantik  əlamətlərinin  müəyyən  nitq  hissəsinə  aid  olan 

sözlərin hansı leksik-semantik qruplara daxil olması ilə yanaşı, onun leksik 

əhatədə  hansı  mənanı  kəsb  etməsi  kimi  məsələlərin  həllinə  xüsusi  diqqət 

yetirməlidir. 

Təqdim  etdiyimiz  məqalədə  konkret  olaraq  ingilis  atalar  sözlərində 

cümlənin  mübtədası  mövqeyində  çıxış  edən  agentivlik  (icraçı  rolu)  mənalı 

 



Filologiya məsələləri, № 15 2017 

 

4



sintaksemlərin  ifadə  olunduğu  substantiv  variantının  leksik  bazasını  təşkil 

edən  leksemlərin,  funksional  leksikologiyanın  vahidləri  kimi  aid  olduqları 

semantik sahə bloku və leksik-semantik qrupların təhlili verilir. 

Dilin  leksik  səviyyəsində  semantik  sahə  bir  məfhumun  ümumiliyi 

ətrafında birləşən, ayrı-ayrı nitq hissələrinə aid sözlərin məcmusu kimi başa 

düşülür. Semanik sahənin təşkilində əsas baza mühüm ünsür olduğuna görə, 

müəyyən münasibətlərlə əlaqəyə girib, həmin məfhumun gerçəkləşməsi üçün 

material hesab olunur. Sözlər bir-birindən təcrid olunmuş halda deyil, dilin 

leksik  səviyyəsində  paradiqmatik  və  sintaqmatik  münasibətlərlə  ayrı-ayrı 

mənaların  hesabına  semantik  sahə  və  leksik-semantik  qruplarda  birləşərək, 

leksem statusunu alır. Leksemlərin mənası və onlara müvafiq məfhumlar di-

lin  lüğət  tərkibinin  leksik-semantik  qruplara  bölünməsində  əsas  meyar  kimi 

çıxış  edir.  Şübhəsiz,  ayrı-ayrı  dillərin  mədəniyyətində  konseptual  və  dil  məz-

munu  dəyişkən  və  fərqli  olduğundan  semantik  sahə  dünya  mənzərəsinin  təq-

dimatı üsulu kimi, səciyyəvi milli baxımdan qavranılmasından asılıdır.

Seman-



tik  cəhətdən  “semlərin”  təhlili  zamanı  alınan  nəticələr  leksemlərin  semantik 

təsnifatında geniş istifadə olunur. Cümlədə bu və ya digər leksem qrupuna daxil 

olan üzvlər formal olaraq distributiv xüsusiyyətləri ilə səciyyələnir.

2

  



İngilis atalar sözlərində cümlənin mübtəda mövqeyində işlənərək, hərəkə-

tin icraçısı vəzifəsini görən agentivlik mənalı sintaksemlərin funksional təhlili 

nəticəsində  məlum  olur  ki,  onların  əksəriyyəti  substantiv  (yəni  isimdən 

ibarət)  və  əvəzlikli  variantlarda  çıxış  edir.  Sırf  agentivlik  bildirən  sintak-

semin substantiv variantı nəinki canlı/cansız, eləcə də şəxs, əşya, konkret və 

mücərrəd anlayışları əks etdirən leksemlərlə ifadə olunur. Bunlar da, öz növ-

bəsində,  agentivlik  bildirən  sintaksemin  leksik  bazasını  təşkil  edərək,  ayrı-

ayrı  semantik  sahə  və  leksik-semantik  qruplarda  birləşir.  Leksemlərin  aid 

olduqları  semantik  sahə  və  qrupların  təsnifatı  tədqiqatçıya  sintaksemlərin 

leksik bazası haqqında kifayət qədər fikir söyləmək imkanını yaradır.

3

  

İngilis atalar sözlərində işlənən agentivlik mənalı sintaksemlərin leksik 



bazasını  əsasən  “İnsan  məfhumunu  bildirən  semantik  sahə”  blokuna  daxil 

olan leksemlər təşkil edir. Məsələn: 

1.Man  proposes,  God  disposes  (≈  Sən  saydığını  say,  gör  fələk  nə 

sayır.). 

2. A  good  Jack  makes  a  good  Jill  (≈  Pendiri  dəri  saxlar,  arvadı  əri 

saxlar.);  

3.Every cook praises his broth (≈ Heç kəs öz ayranına turş deməz.). 

4.When Greek meets Greek, then comes the tug of war (≈ Daş qayaya 

rast gəlib.). 

5.Company  in  distress  makes  trouble  less  (  ≈  El  ilə  gələn  vay  toy-

bayramdır.). 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə