Müasir dövr
Тарих вя онун проблемляри, №3 2010
121
BİLAL ƏLİZADƏ
BDU-nun dosenti,
f.e.n
bilal_alizade@mail.ru
FORMASİYA VƏ SİVİLİZASİYA KONSEPSİYALARININ TƏHLİLİ
Açar sözlər: sivilizasiya, formasiya, tarixi proses, tarixi dövrlər, mədəniyyət, lokal sivilizasiya.
Ключевые слова: цивилизация, формация, исторический процесс, исторические периоды,
культура, локальная цивилизация.
Key words: civilization, formation, historical process, culture, local civilization, historical times.
Məlumdur ki, Sosial fəlsəfənin tədqiq etdiyi aktual problemlərdən biri də cəmiyyətin inkişafının
tarixi mərhələləridir. Fəlsəfi fikir tarixində tarix fəlsəfəsi problemlərinə bir çox filosoflar öz
münasibətlərini bildirmiş, bu mövzu ətrafında təhlil aparmışlar. Tarix fəlsəfəsi dünya xalqlarının
fəaliyyət prinsiplərini və qanunauyğunluqlarını tarixi aspektdə tədqiq edir, tarixin məqsədi və
mənasını izah etməyə çalışır. Fəlsəfə tarixində tarixi prosesin izahında müxtəlif baxışlar,
konsepsiyalar mövcud olmuşdur. Cəmiyyət inkişaf etdikcə bu nəzəriyyələr də dəyişmiş, inkişaf etmiş,
dərinləşmiş və təkmilləşmişdir. Qeyd etmək lazımdır ki, tarix fəlsəfəsi zaman keçdikcə özünə daha
çox tərəfdar tapır və ictimai elmlər arasında öz layiqli statusunu əldə edir. Bu problemin tədqiqat ilə
məşhur filosoflar L.Bollinqbrok, A.Volter, İ.Herder, G.Hegel, K.Marks, K.Yaspers və başqaları
dərindən məşğul olmuşlar.
İlk öncə qeyd edək ki, formasiya təlimi özündə müəyyən qədər mürəkkəb və ziddiyyətli
məqamları ehtiva edir. Bu səbəbdən də formasiya təlimi haqqında bütün deyilənləri ümumiləşdirmək
və birmənalı fikir söyləmək xeyli çətindir. Eyni sözləri biz sivilizasiya təlimi haqqında da deyə bilərik.
Biz təbii ki, formasiya və sivilizasiya təlimlərini ətraflı olaraq bir-biri ilə müqayisə edərək, onlar
arasındakı oxşar və fərqli cəhətləri üzə çıxarmağa çalışacağıq. Amma ilk öncə qeyd edək ki,
sivilizasiya təlimi digərləri ilə müqayisədə daha mürəkkəb xarakter daşıyır və onu qiymətləndirmək
daha çətindir. Qısaca olaraq bunun iki səbəbini göstərə bilərik: Birincisi, formasiya təlimi demək olar
ki, bütövlükdə 20-ci əsrdə geniş yayılmış siyasi ideologiyanın əsasını təşkil edirdi. Amma əsrin
sonunda tarixi şəraitin dəyişməsi və həmin ideologiyadan imtina edilməsi nəticəsində formasiya təlimi
də ciddi tənqidlərə məruz qaldı. Sivilizasiya təlimi isə əksinə müasir dövrdə daha çox diqqət
mərkəzindədir. Amma bununla belə tarixi şəraitin dəyişməsi səbəbindən formasiya təlimini qiymət-
ləndirmək, onun mənfi və müsbət məqamlarmı fərqləndirmək bu gün nisbətən daha asandır. Lakin
sivilizasiya təlimi ilə əlaqədar olaraq ictimai şüurda bunun əksinə olan proseslər baş verir. İkincisi,
formasiya təliminə nisbətən sivilizasiya təlimi sayca daha çox filosofun adı ilə bağlıdır. Belə ki,
formasiya təlimindən bəhs edərkən, biz istənilən halda, daha çox K.Marksın, F.Engelsin və
V.İ.Leninin tarixi-fəlsəfi mülahizələri üzərində dayanırıq. Kommunist siyasi ideologiyasının sərtliyi
səbəbindən sovet dövründə onların mülahizələrindən radikal şəkildə uzaqlaşmaq və ya onlarla
ziddiyyətə girmək, demək olar ki, mümkün deyildi. Formasiya təliminin yarandığı tarixi zaman və
onun yaradıcısı məlumdur. Amma sivilizasiya təlimi ilə əlaqədar olaraq biz tam fərqli şəraitlə
üzləşirik. İlk öncə qeyd edək ki, «sivilizasiya» anlayışını ilk dəfə elmi dövriyyəyə kimin daxil etdiyin
demək xeyli çətindir. Düzdür, belə hesab olunur ki, sivilizasiya terminini ilk dəfə P.Q.Holbax və 18-ci
əsrin ensiklopedistləri işlətmişlər [l, 84]. Amma hələ orta əsr ərəb-müsəlman fəlsəfəsində İbn Həldun
bu anlayışdan istifadə etmişdir. Biz təbii ki, onlardan daha mühüm əhəmiyyət kəsb edən bir neçəsinin
üzərində daha ətraflı dayanacağıq. Lakin əvvəlcədən qeyd edək ki, formasiya təliminin
nümayəndələrinə nisbətən bu təlimin nümayəndələrinin fikirləri arasında fərqli cəhətlər daha çoxdur.
Bütün fərqli və ziddiyyətli məqamlardan sərf-nəzər etsək, sivilizasiya təlimi adı altında əsasən iki
istiqamətdə mülahizələr irəli sürülür: Birinci istiqamətdə vahid universal sistem olaraq bəşəriyyətin
inkişafının ən mühüm mərhələləri kimi dünya sivilizasiyasının təkamülü nəzərdə tutulur. İkinci
Müasir dövr
Тарих вя онун проблемляри, №3 2010
122
istiqamətdə isə nəsillərin vaxtaşırı olaraq bir-birini əvəz etməsi şəklində müxtəlif lokal
sivilizasiyalardan bəhs edilir. Bu səbəbdən də həm dünya sivilizasiyaları, həm də lokal sivilizasiyalar
haqqında deyilənləri nəzərdən keçirəcək və onlardan hər birini ayrı-ayrılıqda formasiya təlimi ilə
müqayisə edəcəyik.
İlk öncə birinci istiqamətdən başlayaq. Əvvəlcədən qeyd edək ki, bu istiqamətdən yanaşsaq,
sivilizasiya və formasiya təlimləri arasında daha çox oxşar məqamları müşahidə etmək olar. Qeyd
etdiyimiz kimi, burada vahid universal sistem kimi dünya sivilizasiyasının təkamülündən bəhs edilir.
Başqa sözlə, burada formasiya təlimində olduğu kimi universal tarix konsepsiyası irəli sürülür və bu
baxımdan hər iki təlim arasında heç bir fərq yoxdur. Zaman baxımından da bu təlimin yaranması elə
K.Marksın və F.Engelsin dövrünə təsadüf edir. Daha konkret şəkildə desək, bu L.H.Morqanın (1818-
1881) adı ilə bağlıdır. Məlum olduğu kimi, Morqanın yaradıcılığı həm K.Marksın, həm də F.Engelsin
diqqətini cəlb etmişdir və axırıncı «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» əsərində onun
tarixi-fəlsəfi mülahizələrini ətraflı təhlil etmişdir. Bu əsərdə Morqanın fikirləri çox yüksək
qiymətləndirilir: «... Marks tərəfindən kəşf edilmiş olan tarixin materialistcəsinə anlaşılmasını Morqan
Amerikada öz yolu ilə yenidən kəşf etmiş və həmin anlaşılmaya əsaslanaraq, barbarlıqla sivilizasiyanı
müqayisə edərkən, başlıca məsələlərdə Marksın çıxartdığı eyni nəticələrə gəlmişdi» [2, 3]. Amma
buna baxmayaraq, K.Marks ilə Morqanın mülahizələri arasında bir sıra mühüm fərqlər də mövcuddur.
Onları ardıcıl olaraq aşağıdakı bəndlərdə göstərə bilərik:
1. İlk müşahidə edilən fərq bəşəriyyətin tarixinin dövrlər üzrə bölgüsüdür. Nəzərdən
keçirdiyimiz kimi bəzi əlyazmalarında K.Marks bəşəriyyətin tarixini kapitalizmə qədərki kapitalizm
və kommunizm formasiyalarına bölür. Morqan üç başlıca dövrdən - vəhşilik, barbarlıq və sivilizasiya
dövrlərindən bəhs edir və onlardan birinci iki dövrü də müvafiq olaraq aşağı, orta və yüksək pillələrə
ayırır. Bunlardan birinci ikisi - vəhşilik və barbarlıq dövrləri formasiya təlimindəki ibtidai icma
quruluşuna uyğun gəlir, sivilizasiya isə bu quruluşdan sonrakı bütün formasiyaları özündə ehtiva edir
[2, 27]. Təbii ki, K.Marksın və Morqanın dövrlər üzrə bölgüsündə müşahidə edilən bu fərqlər təsadüfi
xarakter daşımır. K.Marks kimi Morqan da öz bölgüsünü əsaslandırmağa çalışır. Növbəti bənddə bu
əsaslanmanın üzərində dayanaq.
2. K.Marksın bölgüsünün əsasında cəmiyyətin maddi həyatının istehsal üsulu dayanır. Daha
aydın şəkildə desək, bu formasiya digərindən və ya bir dövr digərindən nəyi istehsal etməsi ilə deyil,
onu necə istehsal etməyi ilə fərqlənir. Morqanın bölgüsünün əsasında isə yaşayış vasitələri
istehsalındakı tərəqqi dayanır. Amma məsələyə yalnız bu aspektdən yanaşsaq, onlar arasında elə bir
fərq müşahidə edilmir. Belə ki, K.Marks da bir formasiyanı digərindən fərqləndirən istehsal üsulundan
bəhs edərkən elə demək olar ki, yaşayış vasitələri istehsalındakı tərəqqini nəzərdə tutur:
«Materialistcəsinə anlaşılmaya görə, tarixdə müəyyənedici amil nəticə etibarı ilə bilavasitə həyatın
istehsalı və təkrar istehsalıdır. Lakin bu özü də yenə iki cür olur: bir tərəfdən - yaşayış vasitələri:
yemək şeyləri, paltar, mənzil istehsalı və bundan ötrü zəruri olan alətlərin istehsalı; digər tərəfdən -
insanın özünün istehsalı, nəslin davam etdirilməsi». (2, 4) Nəzərdən keçirdiyimiz kimi burada insanın
özünü təkrar istehsalı, nəslin davam etdirilməsi – ailənin inkişaf dərəcəsi haqqında da bəhs edilir.
Amma F.Engelsin «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» əsərinin birinci nəşrinin
müqəddiməsində qeyd edilənləri nəzərə alsaq, onda ailənin inkişaf dərəcəsindən bəhs edilməsinin
Morqanın tədqiqatı ilə əlaqədar olduğunu söyləməyə kifayət qədər əsasımız var. Müvafiq olaraq
K.Marksın və Morqanın tarixi-fəlsəfi mülahizələrinin əsasında duran istehsal üsulu ilə yaşayış
vasitələrinin istehsalındakı tərəqqi arasında elə ciddi fərq yoxdur. Onların arasında əsas fərq Marksın
bəşəriyyətin tarixini dövrlərə bölərkən və bir dövrdən digərinə keçidi izah edərkən Hegelin
dialektikasından istifadə etməsidir. Amma biz Morqanda bunu müşahidə etmirik.
3. Morqanın bəşəriyyət tarixinin dövrlər üzrə bölgüsünə dair fikirləri о qədər də yeni deyildir.
Daha aydın şəkildə desək, Morqandan daha əvvəl maarifçilik fəlsəfəsində təkamül ideyası geniş
yayılmışdır. Bəşəriyyət tarixinin dövrləri üzrə bölgüsünə dair Morqanın mülahizələrinin də bu
təkamül ideyasına əsaslandığını müşahidə etmək çətin deyil. Morqanın əsas xidməti isə tarixi dövrlər
üzrə bölməsində deyil, ibtidai icma quruluşunun tarixini öyrənməsində və izah etməsindədir. F.Engels
Müasir dövr
Тарих вя онун проблемляри, №3 2010
123
bu barədə qeyd edir: «Morqanın böyük xidməti ondadır ki, yazılı tariximizin bu tarixdən əvvəlki
əsasını kəşf edib onun başlıca cəhətlərini bərpa etmişdir və Şimali Amerika hindlilərinin qəbilə
əlaqələrində qədim yunan, Roma və german tarixinin indiyədək həlledilməz olan ən mühüm sirlərinin
açarını tapmışdır» [2, 218]. Bütün bunların isə bizi maraqlandıran məsələyə - tarixi proseslərin inkişaf
istiqamətinə birbaşa aidiyyəti yoxdur. Bu məsələdə o, yalnız təkamül ideyasını davam etdirmişdir.
K.Marksın tarix fəlsəfəsi isə tarixi proseslərə dialektik yanaşması baxımından ondan fərqlənir.
K.Marksın tarix fəlsəfəsinə xas olan bütün yenilikləri bir kənara qoysaq təkcə Hegelin dialektikasının
tarixi proseslərin izahına şamil edilməsinin özü tarixi şüurun inkişafında yeni mərhələnin
yaranmasının əsasında durur. Burada inkişaf daimi xarakter daşıyır və tənəzzül isə heç bir zaman baş
vermir. Tarixi praktikada isə belə inkişaf modeli şübhəsiz ki, bir sıra məqamların, məsələn, müəyyən
xarakterli böhranların, tənəzzüllərin izahını mümkünsüz edir. Dialektik yanaşmada isə inkişaf spi-
ralvarı xarakter daşıyır. Başqa sözlə, Hegelin dialektikasında inkişaf tsiklik xarakter daşımır, amma
burada düz xətt üzrə də inkişafdan danışmaq olmaz. Əgər bu dialektik yanaşmanı tarixi proseslərin
izahına şamil etsək, onda tarixi proseslərin inkişafının keçmiş tarixin bəzi məqamlarmı təkrar etdiyini
deyə bilərik.
Yuxarıda qeyd etdiyimiz kimi sivilizasiya təlimi adı altında əsasən iki istiqamətdə mülahizələr
irəli sürülür. Biz birinci istiqaməti - dünya sivilizasiyası ilə əlaqədar olan fikirləri nəzərdən keçirdik.
Düzdür, müasir elmi-fəlsəfi ədəbiyyatda bu daha çox postindustrial cəmiyyət nəzəriyyəsi adı ilə
təqdim edilir. Amma mahiyyət etibarilə burada elə bir ciddi dəyişiklik yoxdur. İndi isə ikinci
istiqamətə - lokal sivilizasiyalara keçid alaq. Lokal sivilizasiyalar təlimi zaman etibarilə daha sonrakı
dövrdə yaranmışdır. Formasiya və postindustrial cəmiyyət konsepsiyaları ilə müqayisədə lokal
sivilizasiyalar təlimi haqqında deyilənləri ümumiləşdirmək daha çətindir. Bütün ziddiyyətli
məqamlara baxmayaraq hər halda yuxarıda adı çəkilən hər iki təlim az və ya çox dərəcədə bütöv
xarakter daşıyır. Amma lokal sivilizasiyalar təlimi haqqında vəziyyət bir qədər başqa cürdür. Bəzi
məqamları qeyd edək:
1.
Lokal sivilizasiyalar təlimi çərçivəsində haqqında bəhs edəcəyimiz filosoflar heç də həmişə
bu anlayışından istifadə etməmişlər. Onların hamısı müxtəlif terminlərdən: N.Danilevski «mədəni-
tarixi tiplər». O.Şpenqler «yüksək mədəniyyətlər», A.Toynbi «lokal sivilizasiyalar», P.Sorokin
«mədəni supersistemlər» anlayışından istifadə edir. Amma istənilən halda onların tarixi proseslərin
inkişaf istiqamətinə yanaşmasında elə bir ciddi fərqlər yoxdur və onların müxtəlif terminologiyadan
istifadə etməsi bu baxımdan mühüm əhəmiyyət kəsb etmir. Onların əksəriyyətinin fikrinə görə hər bir
sivilizasiyanın əsasında hər hansı ilkin mənəvi çıxış nöqtəsi, «böyük ideya», «dini dəyərlər» və ya
ilkin simvollar durur ki, inkişaf nəticəsində də onların ətrafında mürəkkəb mənəvi sistemlər
formalaşır. Danilevski, Toynbi və Şpenqler sivilizasiyanın formalaşmasında dinin xüsusi rolunu qeyd
edirlər. Onların fikrincə, sivilizasiyalar din, arxitektura, rəssamlıq, adətlər, ənənələr sahəsində müəy-
yən birlik yaradan insan cəmiyyəti tipin özündə əks etdirir. İstənilən halda sivilizasiya barbarlığın və
vəhşiliyin əksinə olaraq cəmiyyətin maariflənməsini, elmin, incəsənətin, azadlığın təkamülünü
nəzərdə tutur. Bu isə onun digər anlayış ilə - mədəniyyət ilə qarşılıqlı əlaqəsinə gətirib çıxarır. Belə ki,
«mədəniyyət» anlayışının da məzmunu buna yaxındır. О da maariflənməni, mənəvi təkmilləşməni,
elmin və incəsənətin inkişafının nəzərdə tutur. Bütün bu deyilənləri nəzərə alsaq, lokal sivilizasiyalar
təlimində tarixin bölgüsü kimi mədəniyyət faktorunun çıxış etdiyini deyə bilərik [3, 52].
2.
Lokal sivilizasiyalar təlimində tarixin bölgüsü kimi mədəniyyət faktorunun çıxış etməsi də
bu təlim çərçivəsində birmənalı fikrin yaranmasına gətirib çıxartmır. Məlum olduğu kimi, mədəniyyət
anlayışının özünə də elmi-fəlsəfi ədəbiyyatda müxtəlif yanaşmalar mövcuddur. Məsələn, Amerikan
mədəniyyətşünasları A.Kreber və K.Klakxon birgə yazdıqları əsərlərində mədəniyyətin 180 tərifmi
göstəriblər. L.E.Kertmana görə isə mədəniyyətin 400-dən artıq tərifi var [4, 54]. Bütün bunlar isə
bəşəriyyət tarixində indiyə kimi mövcud olmuş sivilizasiyaların sayı baxımından mübahisəli
məqamların yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, lokal sivilizasiyaların bir-birindən
fərqləndirilməsi üçün bu təlimin tərəfdarlarının hamısının birmənalı olaraq qəbul edəcəyi hər hansı
meyar mövcud deyildir. Nəticədə N.Danilevski 10 sivilizasiyanın (mədəni-tarixi tipin) admı çəkir:
Müasir dövr
Тарих вя онун проблемляри, №3 2010
124
misir, assuriya-babil-finikiya-gildani (qədim semit), çin, hind, iran, yəhudi, yunan, roma, ərəb (yeni
semit), avropa (roman-german). İki sivilizasiya - peru və meksika inkişafın erkən mərhələsində təbii
ölüm ib məhv olublar [5, 344]. Oxşar nəzəriyyələr irəli sürən O.Şpenqler isə 8 mədəniyyətin adını
çəkir: çin, babil, misir, antik, qərb, mayya və rus. Bunlardan yalnız axırıncı həb yaranma
mərhələsindədir. A.Toynbi isə ilkin dövrdə 21 sivilizasiyanın adını çəkir, sonra isə ikinci dərəcəli,
kifayət qədər inkişaf etməmiş olanları saymadan onların sayını 13-ə endirir.
Lokal sivilizasiyaların canlı orqanizmlərin həyatı kimi başa düşülməsi Danilevskinin
konsepsiyasının əsasında durur. Şpenqler də eyni fikirdədir. Düzdür, Danilevski mədəniyyətin
inkişafmda, 3, Şpenqler isə 4 mərhələdən bəhs edir. Amma bu mərhələlərin yaranma mənbəyi eynidir:
«Hər bir mədəniyyət ayrıca insanın bütün yaş mərhələlərini keçir. Hər birinin öz uşaqlığı, gəncliyi,
yetkinliyi və qocalığı var». Həm Danilevski, həm də Şpenqler son nəticədə mədəniyyətin inkişafının
son mərhələsini onun inkişafının ilk mərhələsinə qarşı qoyur. Canlı orqanizm kimi lokal mədəniy-
yətlər də daim hərəkətdə olmalı, dəyişməlidirlər. Amma bununla belə mədəniyyətin «inkişafı»
müəyyən sayda mərhələlərin ardıcıl olaraq bir-birini əvəz etməsidir. Bu dövretmənin sərhədlərindən
kənara çıxmaq mümkün deyildir, çünki lokal mədəniyyətlərin həyatındakı sonuncu mərhələ inkişafın
ilkin mərhələsinə qayıdış deməkdir. Lokal mədəniyyətlərin inkişafındakı bu sonuncu mərhələni Dani-
levski və Şpenqler sivilizasiya adlandırırlar. Amma Danilevski və Şpenqlerin fikirləri arasında müəy-
yən fərqlər də mövcuddur. İlk diqqəti cəlb edən fərqli cəhət tarixən mövcud olmuş sivilizasiyaların
sayı ilə əlaqədardır. Ən mühüm fərq isə lokal mədəniyyətlərin sonuncu mərhələsinə dair fikirlərdir.
Onların lokal mədəniyyətlərin inkişafındakı sonuncu mərhələyə dair eyni təsəvvürləri olsa da burada
bir sıra fərqlər var. İlk növbədə fərq lokal mədəniyyətlərin mövcud olma müddəti məsələsinə aiddir.
Danilevskinin fikrincə, bu mərhələ çox qısa müddətlidir. Belə ki, sivilizasiya mərhələsi deyərkən lokal
mədəniyyətin bütün həyatı boyu toplanılmış enerjinin israf edilməsini başa düşülür. Əksinə,
Şpenqlerin fikrincə, bu dövr (sivilizasiya) - mədəniyyətin durğunluğu dövrüdür. Bu dövr uzun müddət
davam edir [7, 112].
Danilevskinin metodologiyası da ciddi anlaşılmazlıq yaradır. O, «qədim dünya - orta əsrlər -
yeni dövr» bölgüsünü qəbul edir. Amma o, üç dövrü ümumdünya tarixinin mərhələləri kimi deyil,
qapalı mədəniyyətlərin həyatındakı dövrlər kimi qəbul edir. Onun konsepsiyasında etnoqrafik inkişaf
fazası qədim dünyaya, dövlətlər - orta əsrlərə, sonuncu sivilizasiya mərhələsi isə - yeni dövrə uyğun
gəlir. Danilevski və Şpenqler ilə müqayisədə A.Toynbinin tarixi-fəlsəfi mülahizələri daha sistemli
xarakter daşıyır və bəşəriyyətin ictimai-tarixi inkişafını lokal sivilizasiyaların dövr etməsi ilə izah
etməyə çalışır. Amma bir sıra məqamlarda onun fikirləri Şpenqlerin mülahizələrindən xeyli dərəcədə
fərqlənir. Bunları qısaca olaraq aşağıdakı bəndlərdə ümumiləşdirə bilərik:
1. A.Toynbi özündən əvvəl tarixi dövretmə konsepsiyasını irəli sürən iki şəxsin - O.Şpenqlerin
və C.Vikonun adını çəkir. A.Toynbinin fikrincə, onların çatışmayan cəhəti daha az empirik
materialdan istifadə etmələridir [6, 121]. C.Viko 2 (antik və qərb), Şpenqler isə 8 «mədəniyyətdən»
bəhs edir. Toynbinin özü isə tarixin və arxeologiyanın ən son nailiyyətlərdən istifadə edərək ilkin
dövrdə 21 sivilizasiyanın adını çəkir: qərb, bizans, rus-ortodoksal, fars, ərəb (islam), Hind, Uzaq Şərq,
antik (yunan-roma), suriya, hind, çin, yapon-koreya, minoy, şumer, het, babil, misir, and, Meksika,
yukatan, mayya... Əslində Toynbinin lokal sivilizasiyalar təliminin Danilevski və Şpenqlerdən əsas
fərqi onun müəllifinin tarixçisi olması idi. O, 20-ci illərdə «Avropanın qürubu» əsəri ilə tanış
olduqdan sonra belə nəticəyə gəlir ki, bütövlükdə Şpenqlerin konsepsiyası doğrudur. Amma o,
Şpenqlerin öz konsepsiyasını əsaslandırmaq üsulunu, yəni intuitiv metodu qəbul etmir. Bu səbəbdən
də Toynbi Şpenqlerin konsepsiyasını əsaslandırmaq üçün empirik fundament yaratmağa çalışır. Onun
çoxcildli «Tarixin tədqiqi» əsəri keçmişdə mövcud olmuş bütün sivilizasiyalarla dair çoxlu faktik
materiala əsaslanır.
2. Şpenqlerdən fərqli olaraq Toynbi çoxlu sayda empirik faktları ümumiləşdirməyə və bütün
sivilizasiyaların tarixində ümumi mərhələləri müəyyənləşdirməyə çalışır. Toynbinin özü bu metodu
«müqayisəli analiz» metodu adlandırır. O, bir lokal sivilizasiyanı (əvvəlcə antik, sonra isə qədim Çin)
bütün digərləri üçün model kimi qəbul edir və digər sivilizasiyaları onun əsasında qiymətləndirir. Bu
Müasir dövr
Тарих вя онун проблемляри, №3 2010
125
metodun özü məhdud və natamam xarakter daşısa da hər halda empirik tarixi faktların ümumi-
ləşdirilməsinə cəhdin göstərilməsi Şpenqlerin mülahizələrinə nisbətən irəliyə doğru addım idi.
Aralarında olan bütün fərqlərə baxmayaraq, tarixi proseslərin inkişaf istiqamətinə dair
Danilevski, Şpenqler və Toynbinin fikirləri oxşardır. Onların hamısı tsiklik inkişaf konsepsiyasının
tərəfdarlarıdırlar. Bununla da onlar sadədən mürəkkəbə doğru inkişaf ideyasını irəli sürən formasiya
və postindustrial cəmiyyət təlimlərindən fərqlənirlər. Tsiklik inkişaf konsepsiyası əslində «antitarixi»
xarakter daşıyır. Belə ki, burada tarixi inkişaf irəliyə doğru istiqamətlənmir, sadəcə olaraq müəyyən
sayda mərhələlər bir-birini təkrar etdikdən sonra sonuncu mərhələyə — inkişafın ilkin mərhələsinə
qayıdır. Lokal sivilizasiya təliminin əksər nümayəndələrinin fikrincə, hər bir sivilizasiya və ya lokal
mədəniyyət öz təbii mühitində inkişaf edir və onlar bir sivilizasiyanın digərinin inkişafına göstərdiyi
təsir, başqa sözlə, sivilizasiyalar arasındakı varislik əlaqəsini inkar edirlər. Amma bu xüsusən
Şpenqlerin yaradıcılığında özünü qabarıq şəkildə göstərir. Şpenqlerin fikrincə, hər bir sivilizasiyanın
unikallığı mədəniyyətlərin dialoqu yolunda təbii əngəllər yaradır. Bu əngəlləri aradan qaldırmaq
praktik cəhətdən mümkün deyil [5, 353].
İndiyə kimi bütün məqalə çərçivəsində deyilənləri nəzərə alsaq onda "ixi proseslərə dair
formasiya və sivilizasiya təlimləri deyərkən diqqət tarixi mərkəzinə 2 deyil, 3 təlimin gəldiyini qeyd
edə bilərik. Bunlar formasiya təlimindən başqa postindustrial cəmiyyət və lokal sivilizasiyalar
təlimləridir. Bu üç təlimin hər biri keçən əsrdə tarixi şüurun inkişafını şərtləndirir. Amma bu təlimlər
arasında müəyyən qədər uyğunsuzluqların olduğun nəzərə alsaq,
onda müasir dövrdə dünyada baş
verən tarixi proseslərin izahı üçün onlardan yalnız birini seçmək və ya onların hamısının müsbət
məqamlarını bir sistem daxilində toplamaq lazımdır. Lakin əvvəlcədən iki məqamı qeyd edək:
Birincisi, bu təlimlərdən hər biri öz kökləri etibarı ilə həb antik fəlsəfəyə və hətta müəyyən
mənada yəhudi, xristianlıq və islam kimi ümumdünya dinlərinə gedib çıxır. Daha sonralar isə bu
ideyalar Yeni dövrdə alman və fransız tarix məktəblərinin nümayəndələri tərəfindən inkişaf
etdirilmişdir. Bu təlimlərin əsasında duran ideyaların uzun tarixi zaman qət edərək müasir dövrdə də
tarixi şüurun inkişafına öz təsirini göstərməsi səbəbindən aralarında kifayət qədər uyğunsuzluqların
olmasına baxmayaraq, onlardan hər hansı birinin tamamilə inkar edilməsi məqsədəuyğun deyildir.
İkincisi, əgər bəşəriyyətin yarandığı ilk andan etibarən tarixi şüurun inkişaf prosesin nəzərdə
tutsaq, onda aralarındakı bütün uyğunsuzluqlara baxmayaraq, bu üç təlimin arasında bir çox oxşar
məqamların mövcud olduğunu görərik. Hər şeydən əvvəl bu təlimlər ictimai şüurun müasir inkişaf
səviyyəsinin məhsuludur. Bu isə çox böyük amildir.
Fikirlərimizi aşağıdakı bir neçə bənddə ümumiləşdirək:
1.
Fəlsəfi fikir tarixində dünyada baş verən tarixi prosesləri real əsaslarla izah etməyə imkan
verən universal tarix konsepsiyasını biz formasiya təlimində müşahidə edirik. Bu konsepsiyanı irəli
sürən Hegel onun fəlsəfəsinə xas olan mistika səbəbindən buna heç bir zaman nail olmamışdır.
Postindustrial cəmiyyət təlimi də universal tarix konsepsiyasını müdafiə edir. Aralarındakı mədəni,
siyasi, əxlaqi və s. fərqlərə baxmayaraq ən ümumi şəkildə bütün xalqlar və cəmiyyətlər bəşəriyyətin
vahid inkişaf yolunu keçir. Bu inkişaf mərhələlərinin necə adlandırılmasından asılı olmayaraq biz
bunu postindustrial cəmiyyət təlimində də müşahidə edirik.
2.
Formasiya təliminin ən mühüm nailiyyəti heç şübhəsiz ki, Hegelin dialektikasının tarixi
proseslərin dünyəvi əsaslarla izahına tətbiq edilməsidir. Hegelin dialektikası bütövlükdə alman tarix
məktəbinin tarixi şüurun inkişafına təkan verən ən mühüm ideya idi. Amma burada formasiya
təliminin də xidmətini unutmaq olmaz. Nəzərdən keçirdiyimi kimi, Hegeldən sonrakı dövrdə onun
dialektikası əslində tarixi proseslərin dünyəvi əsaslarla izahı üçün effektiv nəticələr verə bilməzdi.
Lokal sivilizasiyalar təliminin tarixi proseslərə yanaşması müəyyən dərəcədə maraq doğurur. Bu
təlimin ən məhdud cəhəti lokal sivilizasiyalar arasındakı varislik əlaqəsini inkar etməsi və ya buna о
qədər də böyük diqqət yetirməməsidir. Bu isə mahiyyətcə həmin təlim çərçivəsində tarixi proseslərin
inkişafının «antitarixi» xarakter daşımasına gətirib çıxarır. Əgər tsiklik istiqaməti deyil, spiralvarı
istiqaməti qəbul etsək, onda lokal sivilizasiyalar təliminin də bir çox məqamlardan tarixi proseslərin
izahı üçün uğurla istifadə etmək olar. Buna oxşar yanaşmanı biz A.Toynbinin yaradıcılığında
Müasir dövr
Тарих вя онун проблемляри, №3 2010
126
müşahidə edirik. Düzdür, formasiya təlimində olduğu kimi, Toynbinin yaradıcılığında da tarixi
proseslərə dialektik yanaşmanın olduğunu demək olmaz. Amma hər halda bəşəriyyətin tarixini 3 nəsil
arasında bölməsi onun bəşəriyyətin tarixində baş verən keyfiyyət dəyişikliyini müəyyən qədər qəbul
etməsindən xəbər verir. Bu isə Toynbinin lokal sivilizasiyalar təliminin, bu təlimin digər nümayən-
dələrində olduğu kimi antitarixi xarakter daşımaması deməkdir.
ƏDƏBİYYAT:
1.
Əfəndiyev M., Şirinov A. Sosiologiyanın nəzəri problemləri. В., BDU nəşriyyatı, 2001, 514 s.
2.
Engels F. Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi. В., Azərnəşr 1921, 239 s.
3.
Aslanova R. İslam və mədəniyyət. В., «Azərb. Universiteti» nəşriyyatı, 2002,406 s.
4.
Философия истории (под ред. А.С.Панарина). М., Гардарики, 2001, 432 с.
5.
Конрад Н.И. Изб. Труды История. М., 1974, 320 с.
6.
Тойнби А. Постижение истории. М., 1991, 365 с.
7.
Шпенглер О. Закат Европы. М., 1993, 467 с.
БИЛАЛ АЛИЗАДЕ
доцент БГУ, к.ф.н.
bilal_alizade@mail.ru
«АНАЛИЗ ФОРМАЦИОННОГО И ЦИВИЛИЗАЦИОННОГО ПОДХОДОВ К
ИСТОРИЧЕСКОМУ ПРОЦЕССУ»
Статья посвящена одной из важнейших проблем философии - анализу формационного и
цивилизационного подходов к историческому процессу. В статье автор наряду с положитель-
ными сторонами формационного подхода к историческому процессу, проанализировал и его
отрицательные моменты. Анализируя цивилизационную концепцию, автор постарался ее со-
поставить с анализом формационной концепции. В разъяснении исторического процесса, автор
проанализировал сходные и различные стороны формационного и цивилизационного тер-
минов.
BILAL ALIZADE
Doc. philosophy, BSU
bilal_alizade@mail.ru
“ANALYSIS OF THE HISTORICAL PROCESS FROM
THE POSITION OF FORMATION AND CIVILIZATION”
The article has been devoted of the analysis of historical process – one of the important
problems of philosophy from formation and civilization point. Author has analysed his shortcoming
adjoining by positive sides of the formation conception in the article. During the analysis of
civilization’s conception author has compared it with conception. While explaining historical process
author has analysed like and different sides of the terms of formation and civilization
Ðÿé÷è: ô.å.ä. Ù. Èìàíîâ, ô.å.ä. N. Mikayılov
Áàêû Äþâëÿò Óíèâåðñèòåòè Ùóìàíèòàð ôàêöëòÿëÿð öçðÿ ôÿëñÿôÿ) êàôåäðàñûíûí 09 ñåíòéàáð 2010-úó èë
òàðèõëè èúëàñûíûí ãÿðàðû èëÿ ÷àïà ìÿñëÿùÿò ýþðöëìöøäöð (ïðîòîêîë ¹01)
Dostları ilə paylaş: |