AZƏ
RBAYCAN RESPUBL KASI TƏ
HS L NAZ RL Y
AZƏ
RBAYCAN DÖVLƏ
T QT SAD UN VERS TET
“MAG STR HAZIRLIĞ
I MƏ
RKƏ
Z ”
Ə
lyazması hüququnda
HƏ
SƏ
NZADƏ
ESM RA FILMAN QIZI
“
Xə
rclə
rinin uçotunun “Direkt-kostinq” və
“Standart-kostinq”
sistemlə
rinin tə
tbiq imkanları” mövzusunda
MAG STR D SSERTAS YASI
xtisasın ş
ifri və
adı 060402 “Mühasibat uçotu və audit”
Elmi rə
hbə
r
Prof., i.e.d., S.M.Səbzəliyev
Magistr proqramının rə
hbə
ri prof., i.e.n., Ə. .Daşdəmirov
Kafedra müdiri
prof., i.e.d., S.M. Səbzəliyev
BAKI - 2015
2
MÜNDƏ
R CAT
şin ümumi xarakteristikası
3
FƏS L I.
stehsal xərclərinin xarakteristikası, təsnifatı və uçotunun
müasir modelləri
8
1.1.
stehsal xərclərinin xarakteristikası və təsnifatı
8
1.2.
“Standart-kostinq” sistemində xərclərin təsnifatının xarakterik
xüsusiyyətləri
11
1.3.
stehsal xərclərinin müasir modellərinin mövcud vəziyyəti
16
1.4.
stehsal xərclərinin uçotunun beynəlxalq standartlara
uyğunlaşdırılması
22
1.5.
stehsal xərclərinin uçotunun müasir modellərinin tətbiqi
imkanları
25
FƏS L II.
stehsal xərclərinin uçotunun “Direkt-kostinq” sisteminin
nəzəri əsasları və onun tətbiqi imkanları
32
2.1.
Xərclərin uçotunun “Direkt-kostinq” sisteminin mahiyyəti
32
2.2.
Xərclərin uçotunun “Direkt-kostinq” sistemi və müəssisənin
uçot siyasəti
35
2.3.
Azərbaycanın uçot praktikasında idarəetmə uçotunun “Direkt-
kostinq” sisteminin rolu
38
2.4.
Xərclərin uçotunun “Direkt-kostinq” sisteminin respublika
müəssisələrində tətbiqi imkanları
43
FƏS L III.
stehsal xərclərinin uçotunun beynəlxalq standartlara
uyğunlaşdırılması
47
3.1.
Xərclərin və məsuliyyətin beynəxalq standartlara uyğun olaraq
təsnifatı
47
3.2.
Planlaşma və uçot üçün xərclərin təsnifatı
55
3.3.
Məsuliyyət mərkəzlərinin xərc smetasının tərtib olunması
metodikası
64
3.4.
Məsuliyyət
mərkəzləri
üzrə
xərc
normativlərinin
müəyyənləşdirilməsi metodikası
71
Nəticə və təkliflər
78
Ədəbiyyat siyahısı
81
3
Ş
N ÜMUM XARAKTER ST KASI
Mövzunun aktuallığı. atehsal olunan məhsulların maya dəyəri müəssisələrin,
onların filiallarının, iri bölmələrinin, seqmentlərinin, habelə onların istiqamət-
lərinin fəaliyyətlərinin mühüm xarakterik xüsusiyyətidir. Maya dəyəri məhsul
istehsalına, iş və xidmətlərə material resurslarından və pul vəsaitlərindən ibarət
xərcləri əks etdirir. Məhsulların maya dəyərinin başlıca məqsədi ondan ibarətdir ki,
istehsal xərcləri hansı ölçüdə məhsulların, iş və xidmətlərin qiymətinə daxil edilir.
Bir çox hallarda maya dəyəri rəqabət amilləri ilə tənzimlənən bazar qiymət-
lərinin hesablanmasının bazası hesab olunur. O, müəssisədə istehsalın
səmərəliliyini xarakerizə edən başlıca göstəricilərdən biridir. Maya dəyərinin
səviyyəsi işçilərin əmək məhsuldarlığından və onların əmək haqqının
kəmiyyətindən asıldır. Maya dəyərində əks etdirilir: fondveriminin səviyyəsindən
asılı olmayaraq əsas vəsaitlərdən istifadənin səmərəliliyi; məsulların material
tutumnun və enerji tutumunun səviyyəsi ölçüləri material dövriyyə vəsaitlərindən
istifadə dərəcəsi. Sonuncuların səviyyəsi material istehsalının strukturundan,
resursların istifadə dərəcəsindən və onlara bazar qiymətlərindən asılıdır.
Maya dəyəri özündə dövriyyə vəsaitləri (dövriyyə kapitalı) və əsas kapitalın
dəyərindən amortizasiya ayırmaları hesabına formalaşan birdəfəlik xərcləri
birləşdirir. O, sərf olunan dövriyyə kapitalını tamamlamaq və əsas kapialı tədricən
bərpa etmək üçün lazım gələn vəsaitləri təmin edir.
Maya dəyərinin səviyyəsinə bazar amilləri – qiymətlər və tariflər təsir göstə-
rir. Bir çox hallarda o, istehsal prosesinin təşkilindən asılıdır. Onun aşağı düşməsi
geniş həcmdə istehsaldaxili amillərlə əlaqədardır və istehsalın səmərəlilini
yüksəltmək üçün ehtiyatların axtarılması üzrə idarə heyətinin gücünü əks etdirir.
Maya dəyərinin səviyyəsi istehsal tsiklinin davamiyyətindən, təchizat və alışın
vəziyyətindən, kooperasiyanın səmərəliliyindən, nəqliyyat və təmir xərclərinin
ölçüsündən, zaydan və tullantılardan, itkilərdən əməyin istifadə olunan
materialların və texniki vəsaitlərin keyfiyyətindən asılıdır.