Microsoft Word 26001-16-Elan-(Kimy?vi reagentl?r)-12. 02. 2016. doc



Yüklə 130,55 Kb.
Pdf görüntüsü
tarix06.10.2018
ölçüsü130,55 Kb.
#72936

background image
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 

“Kompleks qazma işləri” tresti 

 

Kimyəvi reagentlərin (



Base Oil, Onemul, VG-69, KQR

) satın alınması üçün açıq 

müsabiqə elan edir. 

 

Müsabiqədə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıda qeyd olunan sənədləri SOCAR-



ın “Kompleks qazma işləri” trestinə təqdim etməlidirlər: 

- Müsabiqədə iştirak haqqında müraciət

- İştirak haqqının ödənilməsi barədə bank sənədi

- Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank 

günü qüvvədə olmalıdır); 

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi 

ən geci 09.02.2016-cı il, Bakı vaxtı ilə saat: 18:00-a qədər təqdim olunmalıdır. 

Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 12.02.2016-cı il, Bakı vaxtı ilə saat: 09:30-a 

qədər  əlaqələndirici  şəxsin ünvanına göndərilməli və ya bilavasitə  əlaqələndirici  şəxsə  təqdim 

olunmalıdır. 

Müsabiqə  təklifi iddiaçı  tərəfindən lazımi formada hazırlanmalı, imzalanmalı, 

möhürlənməli, əsli və surətləri hər biri ilk növbədə ayrı-ayrı zərflərə qoyulmalı, sonra bu zərflər 

ümumi bir zərfə qoyulmalıdır. Zərflərin bağlanmış  tərəfləri iddiaçı  tərəfindən imzalanmış  və 

möhürlənmiş olmalıdır. 

Müsabiqənin  əsas  şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dilində  əldə etmək 

istəyənlər 59 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə digər valyuta ilə iştirak haqqını qeyd 

olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən ala bilərlər. 

İştirak haqqı heç bir halda geri qaytarılmır. 

 

Hesab nömrəsi: AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Azərbaycan 



Beynəlxalq Bankı ASC, Müştəri  xidməti Departamenti, Kod: 805250, müxbir hesab: 

AZ03NABZ01350100000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2Х. 

 

Əlaqələndirici şəxs: Hüseynov Anar Ənvər oğlu. 



Ünvan: AZ1029, Bakı şəhəri, N.Nərimanov rayonu, məhəllə 1222, bina 12. 

Telefon nömrəsi: +99 412 521-31-59 

Faks nömrəsi: +99 412 521-31-59 

Elektron ünvan: Anares.Huseynov@socar.az 

 

Satınalma müqaviləsinin 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur. 



 

Satınalma müqaviləsini yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə  və kadr 

imkanlarına malik olmalıdırlar. 

Müsabiqə təkliflərinin qiymətləndirilməsində keyfiyyət, ödəniş şərti və ən aşağı qiymət 

meyarlarına üstünlük veriləcəkdir. 

Müsabiqə təklifləri zərfləri 12.02.2016-cı il, Bakı vaxtı ilə saat 10:00-da AZ1029, Bakı 

şəhəri, N.Nərimanov rayonu, məhəllə 1222, bina 12 ünvanda, “Kompleks qazma işləri” trestinin 


background image
akt zalında açılacaqdır.  İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılış 

proseduralarında iştirak edə bilərlər. 



 

SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu 

 

Yüklə 130,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə