Microsoft Word 31 mart Az?rbaycanl?lar?n Soyq?r?m? Gunudur doc



Yüklə 157,09 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü157,09 Kb.
#67924


 

31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür 



 

Dünyanı sarsıdan faciələr 

 

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 

31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. 

Azərbaycanlılara qarşı soyqırım siyasəti erməni şovinistləri tərəfindən 100 illər boyu planlı 

surətdə  həyata keçirilmişdir. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından 

sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə bu ərazilərdə mifik “Böyük 

Ermənistan” dövləti yaratmaq idi. Azərbaycanın tarixi ərazilərinə sonradan köçürülmüş  və çar 

Rusiyasının “parçala, hökmranlıq et” siyasətinə uyğun olaraq məskunlaşdırılmış ermənilər 

müəyyən müddət keçdikdən sonra Azərbaycan torpaqlarını ələ keçirmək istiqamətində fəaliyyətə 

başladılar. Bu proses məhz Rusiya imperiyasının fəal dəstəyi ilə həyata keçirilirdi.    

1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan 

torpaqlarının bölünməsi və xalqımızın parçalanmasının əsasını qoydu. Bununla da milli faciəmiz 

- torpaqlarımızın hiyləgərliklə  zəbt edilməsi, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi 

başlandı. 1828-1896-cı illərdə  İrandan və Türkiyədən Azərbaycana 1 milyon 200 min erməni 

köçürüldü. Bunun 985 min nəfərdən çoxu Azərbaycanın qərb bölgəsində, qalanları isə Qarabağ 

və  Gəncə quberniyalarında yerləşdirildi. Onlar həmin  ərazilərdə özlərinə yer etdikdən sonra 

azərbaycanlıları  sıxışdırıb çıxarmış, qarətlər,talanlar törətmiş, yerli azəri türklərini xüsusi 

amansızlıqla məhv etmişlər. 

 İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının  ərazilərində  məskunlaşan ermənilər 

himayədarlarının sayəsində tezliklə erməni vilayəti adlandırılan inzibati bölgənin yaradılmasına 

nail oldular.Belə bir süni ərazi bölgüsü ilə azərbaycanlıların doğma torpaqlarından qovulması və 

qətlə yetirilməsi siyasətinin bünövrəsi qoyuldu. 1829-cu ilin məlumatına görə, təkcə  İrəvan 

şəhərində əhalinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında ilk dəfə keçirilən 

əhalinin siyahıya alınmasına görə, 1897-ci ildə  Qərbi Azərbaycanda - İrəvan quberniyasında 

313178 azərbaycanlı yaşayırdı. Lakin sonralar bu rəqəmlər tamamilə  dəyişdirildi. Gəlmə bir 

etnosun bizim ərazimizdə dövlət yaratmasına bəraət qazandırmaq məqsədilə Azərbaycanın və 

ümumən Qafqazın tarixinin saxtalaşdırılmasına rəvac verildi. Erməni qəsbkarları ”Böyük 

Ermənistan” yaratmaq eşqi ilə 1905-1907-cı illərdə azərbaycanlılara qarşı kütləvi soyqırım 

aktları  həyata keçirməyə başladılar. Bu illər  ərzində ermənilər Bakıda,Tiflisdə,  İrəvanda, 

Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda və başqa bölgələrdə kütləvi  şəkildə 

azərbaycanlıları  qətlə yetirmiş, dəhşətli cinayətlər törətmişdilər. Bu illərin məlumatlarına görə, 

500-ə qədər cinayət hadisəsi qeydə alınmışdır. Ermənilər Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl 

ərazilərində 75 Azərbaycan kəndi,  İrəvan və  Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış 

məntəqəsini tamanilə dağıtmışdılar. Bu qanlı hadisələri ciddi faktlar əsasında həmin dövrdə 

yaşayıb-yaratmış  və hadisələrin canlı  şahidləri olmuş ziyalılarımız, xüsusilə, M.S.Ordubadi 

(“Qanlı  sənələr”), M.M.Nəvvab (“1905-1906-cı illərdə erməni-müsəlman davası”) öz 

kitablarında qələmə almışlar. Lakin bu kitablar sovet dövründə arxivlərdə gizli saxlanılaraq 

xalqa çatdırılmamışdır. 

Araşdırmalar göstərir ki, bütün bu illər  ərzində  ədavəti qızışdıran və  təşkil edən başlıca 

qüvvə kilsə və onun ətrafında toplanmış erməni “ziyalıları” olmuşdur.İki millət arasında davam 

edən ixtişaş  və  qırğınlar zamanı kilsənin fəaliyyətini dərindən öyrənmiş rus diplomatı, general 

Mayevski öz qeydlərində yazır: “Erməni din xadimlərinin fəaliyyəti Allah kəlamını 

çatdırmaqdan çox müsəlmanlarla xristianlar arasında nifaqı  qızışdırmaqdan ibarətdir”. Vaxtilə 

Eçmiədzinə  səfər etdikdən və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra fransız alimi 

Baron De-Baq yazmışdı: “Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Bu 

monastır məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı”. 




 

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri  ən qəddar soyqırım aktı 1918-ci ildə baş 



vermişdir. Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr 

çevrilişindən məharətlə istifadə edən ermənilər öz çirkin məqsədlərini bu dəfə bolşevik bayrağı 

altında reallaşdırmağa nail oldular. 

Bolşeviklər 1917-ci il dekabrın 31-də Bakı Sovetinin iclasında hakimiyyəti öz əllərinə 

aldıqları barədə  qətnamə  qəbul edib, noyabrın 2-də Bakı Sovetinin konfransını çağırıb Bakıda 

Sovet hakimiyyətini elan etdilər.S.Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi və 

Cənubi Qafqazın fövqəladə komissarı təyin edildi. Qafqaz ordusunun Tiflisdə çağırılan II Diyar 

qurultayında milliyyətcə erməni olan Korqanovun başçılığı ilə yaradılmış Hərbi İnqilab Komitəsi 

Bakıya gəldi. Ərzincan barışığı əsasında yaxın Şərq və Qafqaz cəbhələrindən dönən 6 min rus və 

8 min erməni  əsgəri də Bakıya toplaşdı. Ümumiyyətlə, həmin vaxtlarda bolşevik-daşnak 

qrupunun kök saldığı Bakı Sovetinin ixtiyarında - əksəriyyəti ermənilərdən təşkil olunmuş 20 

minlik Qırmızı Ordu vardı. Yanvar ayında Müsəlman Korpusunun komandanı general 

Talışinskinin Bakıda həbs edilməsi  şəhərin azərbaycanlı  əhalisinin ciddi narazılığına səbəb 

olmuşdu. Erməni daşnaklarının  şəhərin müsəlman  əhalisi ilə bolşıveklər arasında silahlı 

toqquşmasını törətmək planları o vaxt baş tutmamışdı. Azərbaycanın siyasi xadimləri və 

ziyalılarının səyi ilə bu toqquşmanın qarşısı alınmışdı. 

 Mart  ayının 15-də  Şaumyan Bakı Sovetinin iclasında “Bakı Soveti Cənubi Qafqazda 

vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” -deyərək  əslində azərbaycanlıların 

soyqırımına göstəriş verdi. Milli qırğını başlamaq üçün bəhanə isə martın 24-də  şəxsi heyəti 

müsəlmanlardan ibarət “Evelina” gəmisinin tərksilah edilməsi oldu. Azərbaycanlılar yaşayan 

məhəllələrdə əhali buna qarşı ciddi etiraz edərək, müsadirə edilən silahların geri qaytarılmasını 

tələb etdi. Alınmış silahların qaytarılması barədə razılığa nail olunsa da, bolşevik-daşnak 

hökuməti öz vədlərinə əməl etmədi.Martın 30-da qırğının həyata keçirilməsinə rəhbərlik etmək 

üçün Bakı Soveti yanında İnqilabı Müdafiə Komitəsi yaradıldı. 

1918-ci il mart ayının 31-də  səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar 

yaşayan məhəllələrə hücuma keçdilər. Aldadılmış matroslar hərbi gəmilərdən və  təyyarələrdən 

müsəlman məhəllələrini bombalamağa başladılar. Qeyri-bərabər döyüşdə müsəlmanların 

müqaviməti dayandırmalarına baxmayaraq, erməni millətçiləri dinc Azərbaycan əhalisinə divan 

tutur, onları qılıncdan keçirirdilər. Müsəlmanların soyqırımı aprelin 2-si gecəyədək davam etdi. 

Bolşevik-daşnak birləşmələri həmin günlərdə “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin 

redaksiyasını, ”İsmailiyyə” binasını yandırmış, “Təzə pir” məscidinin minarələrini top atəşləri ilə 

dağıtmışdılar. Bu soyqırım nəticəsində Bakıda 15 mindən, bölgələrdə 38 mindən artıq 

azərbaycanlı qətlə yetirildi. 

Bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da 

soyqırım aktlarını törətmişdilər. S.Lalayans və T.Əmiryanın daşnak dəstələri aprelin 3-16-da 

Şamaxı əhalisinə qanlı divan tutdular. Evlərindan çıxan adamlar cənubdan ermənilər, şimal-şərq 

səmtdən isə rus-malakan birləşmələrinin mühasirəsinə düşdülər.  Əvvəlcədən müdafiəyə 

hazırlaşmayan soydaşlarımız demək olar ki, heç bir müqavimət göstərə bilmədilər. Adamları 

evlərdə və küçələrdə ağlagəlməz zülm və işgəncələrlə qətlə yetirirdilər. Qiymətli əmlakın hamısı 

qarət edilirdi. Nəticədə Şamaxıda 8 mindən artıq dinc azərbaycanlı əhali öldürüldü, 72 kənd isə 

dağıdıldı  və yandırıldı. Azərbaycanın müxtəlif bölgələrindən köməyə  gələn döyüşçülər və 

Türkiyədən gələn general Nuru Paşanın ordusu erməni zorakılığına son qoysa da, Şamaxı, 

demək olar ki, tamamilə dağıdıldı. 

1918-ci il mayın 1-də daşnak Hamazapsın rəhbərliyi ilə ermənilərdən ibarət silahlı  dəstə 

Quba şəhərinə soxuldu. Hər cür qəddarlıq edən ermənilər Kərbəlayı Məmmədtağı adlı şəxsi 14 

nəfər ailə üzvü ilə, Məhəmməd Rəsul oğlunu 5 nəfər ailə üzvü ilə vəhşicəsinə qətlə yetirdilər. 

Quldurlar Quba şəhərində 105 evi yandırmış, qəzanın 162 kəndini tamamilə dağıtmışdılar. 

Azğınlaşmış Hamazaps təkcə Qubadan 4 milyon nağd pul, 4,5 milyon manatlıq brilliant daş-qaş, 




 

2 pud qızıl, 25 milyon manatlıq qab-qacaq aparmışdı. Qəzanın mərkəzində və kəndlədə, eləcə də 



Şabran elindən erməni faşistləri tərəfindən 16 min insan qətlə yetirildi. 

Soyqırım günlərində ermənilər dəmiryolu boyunca məntəqələri, o cümlədən Dəvəçi, 

Xaçmaz, Xudat qəsəbələrinə  və onlara yaxın kəndlərə hücum edərək evləri talayıb aparmış, 

yandırmış, yüzlərlə insanı qətlə yetirmişlər. 

Birinci müstəqilliyimiz dövründə hökumətin 15 iyul 1918-ci il və 31 avqust 1918-ci il 

qərarı ilə yaradılmış Fövqəladə İstintaq Komissiyası Azərbaycan ərazisinin müxtəlif bölgələrini 

dağıdan, dinc müsəlman  əhalisinin həyatına və  əmlakına qarşı  vəhşilik edən quldur dəstələrin 

törətdiyi cinayətləri, vəhşilikləri və vurulmuş zərərin qədərini müəyyənləşdirməli idi. Təəssüf ki, 

komissiya üzvlərinin ciddi və gərgin axtarışları sovet Rusiyası hökumətinin 1920-ci il fevralın 2-

də verdiyi amnistiya haqqında qanuna əsasən dayandırıldı.Nəticədə komissiyanın topladığı 

çoxcildli materiallar nəinki xalqa çatdırılmadı, hətta sovet dövründə illərlə arxiv dustağına 

çevrildi. 

Ermənistanın 1988-ci ilin fevralından Qarabağı da mənimsəmək iştahı ilə başladığı 

işğalçılıq siyasəti nəticəsində Azərbaycana küllü miqdarda maddi və  mənəvi ziyan vurmuş, 

kütləvi soyqırım aktları  və terrorçuluq əməlləri törədilmişdir. 1992-ci il fevralın 25-dən 26-a 

keçən gecə erməni gavurları rusların 366-cı motoatıcı polkunun köməkliyi ilə XX əsrin ən böyük 

faciələrdən birini Xocalı soyqırımını törətdilər. Bu günün özündə  də Ermənistan heç bir real 

arqumentə istinad etmədən Azərbaycan ərazilərinin beşdə birini işğal altında saxlamaqda davam 

edir. 

Xalqımızın başına gətirilən bu faciələr, çox təəssüf ki, uzun illər özünün hüquqi-siyasi 



qiymətini almamışdır. Yalnız ümummilli liderimiz Heydər  Əliyevin ikinci dəfə hakimiyyətə 

qayıdışından sonra - 1993-cü ildən başlayaraq millətimizə qarşı törədilən soyqırımlar obyektiv 

şəkildə araşdırılmış, tarixi həqiqətlərin üzə çıxarılması və dünya ictimaiyyətinə çatdırılması üçün 

son dərəcə əhəmiyyətli işlər görülmüşdür. 

Bu hamımızı milli birliyə, gələcəyimiz naminə keçmişimizi unutmamağa çağırır. 

 

 



Ramiz Vahabov, 

Dəvəçi RİH başçısının təhsil,  

səhiyyə və mədəniyyət məsələləri üzrə müavini 

 

  Mədəniyyət.- 2009.- 1 aprel.- S. 3. 

 

Yüklə 157,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə