Microsoft Word 40 mehman abdullayev doc



Yüklə 183,36 Kb.
Pdf görüntüsü
tarix07.08.2018
ölçüsü183,36 Kb.
#60928


Yubileylər, xatirələr 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

218



 

MEHMAN ABDULLAYEV 

 

GÖRKƏMLİ TARİXÇİ-ALİM SÜLEYMAN ƏLİYARLI – 80 

 

 

 Hal 



hazırda anadan olmasının 80 illiyini, elmi-pedaqoji 

fəaliyyətinin 55 illiyini qeyd etdiyimiz görkəmli tarixçimiz, Azərbay-

canın qədim və orta əsrlər tarixi kafedrasının professoru  Süleyman 

Sərdar oğlu Əliyarlı 1930-cu il dekabr ayının 18-də Beyləqan rayo-

nunun  Şahsevən kəndində anadan olmuşdur. 1948-ci ildə orta mək-

təbi bitirərək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə da-

xi olan S.Əliyarlı 1949-cu ildə Moskva Dövlət Universitetinə köçü-

rülmüş və 1954-cü ildə həmin Universitetin tarix fakültəsini fərqlən-

mə diplomu ilə bitirmişdir. 1954-cü ildə təyinatla Azərbaycan Elmlər 

Akademiyasının Tarix İnstitutuna işləməyə göndərilən S.Əliyarlı 

1954-56-cı illərdə burada kiçik elmi işçi və elmi katib vəzifəsində 

çalışmışdır. 1956-59-cu illərdə həmin institutda aspiranturada oxuyan 

S.Əliyarlı 1962-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, 

tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 

 S.Əliyarlı 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan tarixi kafedrası”na 

müəllim vəzifəsinə dəvət alandan sonra bütün ömrünü bu təhsil ocağı ilə bağlamışdır. O, 1965-ci ildə 

burada dosent elmi adını almış, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 1980-cı ildə 

professor elmi adını almışdır. S.Əliyarlı 1978-ci ildən 2001-ci ilə  qədər “Azərbaycan tarixi 

kafedrası”nın müdiri vəzifəsində çalışmışdır. Tarix elmi sahəsində qazandığı böyük elmi uğurlara görə 

S.Əliyarlı 1990-cı ildə Azərbaycan Respublikasının  Əməkdar Elm Xadimi kimi yüksək ada layiq 

görülmüşdür. 

 S.Əliyarlı 1989-cu ildən 2000-ci ilədək Azərbaycan Respublikası Milli Məclisi yanında Yer 

adları (Toponimiya) Komissiyasına sədrlik etmişdir. 

 S.Əliyarlı Azərbaycanın sayı çox olmayan elə alimlər cərgəsinə daxildir ki, o, 55 illik əmək 

fəaliyyəti dövründə çox məhsuldar işləmiş və 150-dən çox elmi əsər, monoqrafiya, məqalə, dəsrlik və 

dərs vəsaiti yazaraq çap etdirmişdir.  

 S.Əliyarlı bir böyük tarixçi kimi, Azərbaycan tarixinin ən ümdə, konsepual və fundamental 

problemlərini öz elmi araşdırmalarının tədqiqat obyektinə çevirərək bu sahədə böyük uğurlar  əldə 

etmişdir. Bu baxımdan onun “Birinci dünya müharibəsi dövründə Azərbaycanda neft inhisarları”, 

“Azərbaycan xalqının soykökü(etnogenezisi)”, “Kitabi-Dədə-Qorqud” dastanının tarixi mənbə kimi 

öyrənilməsi, “Qarabağ tarixi” və başqa problemlər üzrə elmi araşdırmalarını xüsusi qeyd etmək 

lazımdır. 

 S.Əliyarlının elmi-pedaqoji fəaliyyətində Azərbaycan tarixi üzrə  dərslik və  dərs vəsaitlərinin 

hazırlanması mühüm yer tutur. Bu baxımdan 1989 və 2007-ci  ildə onun elmi redaktəsi ilə çapdan 

çıxmış “Azərbaycan tarixi üzrə qaynaqlar” adlanann mənbələr toplusunu və 1996-cı və 2009-cu ildə 

müəlliflər kollektivi ilə birlikdə hazırlayıb Azərbaycan və rus dilində çap etdirdiyi “Azərbaycan 

tarixi”. “Uzaq keçmişdən 1870-ci illərə qədər” adlı dərsliyi xüsusi qeyd etmək lazımdır. Bu iri həcmli 

və sanballı kitab öz orijinallığı və yeni elmi konsepsiyası ilə seçilməklə ali təhsilimizdə Azərbaycan 

tarixi üzrə dərslik probleminin həllində mühüm rol oynayır. 

  

S.Əliyarlı Azərbaycan tarixi üzrə elmi kadrların hazırlanması sahəsində də səmərəli fəaliyyət 



göstərmişdir. Onun elmi rəhbərliyi altında 3 nəfər doltorluq və 18 nəfər namizədlik dissertasiyası 

müdafiə etmişdir. 




Yubileylər, xatirələr 

Тарих вя онун проблемляри, №3 2010 

 

 

219

 S.Əliyarlı bir vətənpərvər alim kimi 1988-ci ildən başlayaraq Qarabağ  həqiqətlərini dünya 

ictimai fikrinə və elm ictimaiyyətinə çatdırılması sahəsində xalqımıza əvəzsiz xidmətlər göstərmişdir. 

 S.Əliyarlı 1964-cü ildən indiyədək 15-dən çox respublika və beynəlxalq miqyaslı elmi 

konfrans, simpozium və seminarlarda iştirak etmişdir. O, Moskva, Dnepropetrovsk, İstanbul, Ankara, 

Konya, Quzey Kiprısda keçirilən beynəlxalq miqyaslı elmi toplantılarda Azərbaycan tarixinin ən 

mühüm problemləri üzrə dəyərli çıxışlar edərək , Azərbaycan elminə beynəlxalq nüfuz qazandırmağa 

və dünya elmi ictimaiyyətində tarixi gerçəklərimiz haqqında düzgün təsəvvür yaratmağa çalışmışdır. 

 S.Əliyarlının onlarla elmi əsər və məqalələri xarici ölkələrdə (Rusiya, Türkiyə, ABŞ, İngiltərə, 

Almanya, Quzey Kiprıs) müxtəlif dillərdə çap olunmuşdur ki, bu da onun elmi fəaliyyətinin 

beynəlxalq miqyasda tanınması deməkdir. 

 S.Əliyarlı bu gün də çox səmərəli , xalqımız üçün faydalı elmi-pedaqoji fəaliyyətini davam 

etdirir. Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrasının  əməkdaşları professor S.Əliyarlının 

anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyi münasibəti ilə onu ürəkdən təbrik edir, ona 

uzun ömür , can sağlığı və işlərində yeni–yeni uğurlar azrulayırlar. 



 

 

Yüklə 183,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə