Microsoft Word 43 Hekim patoloqoanatom telimat



Yüklə 23,48 Kb.
Pdf görüntüsü
tarix08.06.2018
ölçüsü23,48 Kb.
#47678


Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Həkim-patoloqoanatomun  nümunəvi vəzifə 

T Ə L İ M A T I 

 

I.  Ümumi müddəalar 

 

1.  


Bu  vəzifə  təlimatı  həkim-patoloqoanatomun vəzifə öhdəliklərini, hüquq 

və məsuliyyətini müəyyən edir. 

2.  

Həkim-patoloqoanatom vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə 



müəyyən edilmiş qaydada müvafiq  ixtisas üzrə peşə hazırlığı    keçmiş    şəxs təyin 

edilir.  

Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində 

(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə 

müəyyən edilmiş qaydada_“patoloji anatomiya, məhkəmə tibbi ekspertiza” ixtisası 

üzrə peşə hazırlığı  keçmiş, ixtisası üzrə  ən azı 3 il əmək stajına malik  şəxs təyin 

edilir.  

3. Həkim-patoloqoanatom Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə  rəhbərinin  əmri ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edilir. 

4.  

Həkim-patoloqoanatom bilavasitə patoloqoanatomik şöbənin müdirinə, 



onun olmadığı halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  


Həkim-patoloqoanatom aşağıdakıları bilməlidir: 

5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz ixtisası üzrə diaqnostika  müasir metodlarını; 

5.4.   patoloji anatomiya,məhkəmə tibbi ekspertiza xidmətinin təşkili, strukturu, 

ştatları və təchiz edilməsi ilə bağlı məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.   həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  




5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.   sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.   daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   

 

II.



 

Vəzifə öhdəlikləri 

 

6.  



Həkim- patoloqoanatom tədqiqatın müasir metodlarından istifadə etməklə 

ixtisaslaşdırılmış patoloqoanatomik diaqnostikanı aparır. 

7.  

Histoloji preparatların mikroskopik tədqiqatını aparır, əlavə tədqiqatların 



nəticələrini təhlil edir və yarılma protokolunda müvafiq qeydlər edir. 

8.  


Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz 

ixtisası üzrə məsləhət yardımı göstərir. 

9.   

Ölüm  haqqında həkim  şəhadətnaməsini doldurur, ölənin qohumlarına 



xəstəliyin xarakteri və ölümün səbəbi barədə şifahi arayış verir. 

10.   Ona tabe orta və kiçik tibb heyətinin işinə  rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

11. Diaqnostik 

və müalicə prosedurlarının aparılmasının, alət, aparat və 

avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. 

12.    Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. Tibbi və 

digər sənədlərin müəyyən edilmişqaydalara uyğun olaraq vaxtında və keyfiyyətli 

rəsmiləşdirilməsini təmin edir. 

13.   Klinik-patoloqoanatomik  konfransların hazırlanması  və aparılmasında 

iştirak edir. 

14.    Bölmənin işi barədə illik hesabatın tərtib edilməsində iştirak edir.  

15.   Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan 

əməyin mühafizəsi qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, tədbirlər görür. 

16.   Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

17.   Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

 

III.



 

Hüquqlar 

 

18.   Həkim-patoloqoanatom aşağıdakı hüquqları vardır: 

18.1.   müstəqil surətdə patoloqoanatomik diaqnoz qoymaq, zərurət olduqda 

başqa ixtisaslı həkimləri müəyyən edilmişqaydada məsləhət üçün cəlb etmək; 

18.2.   müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;  

18.3.   öz  səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, sərəncamlar vermək və onların həvəsləndirilmə  və  tənbeh edilmə üzrə 

rəhbərliyə təkliflər vermək; 



18.4.   öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək;  

18.5.   onun  işi ilə bağlı  məsələlərin müzakirə olunduğu elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək; 

18.6.   müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq. 

19.   Həkim-patoloqoanatom Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə 

uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

IV.

 

Məsuliyyət 

 

20.    Həkim-patoloqoanatom aşağıdakılara görə məsuliyyət daşıyır: 

20.1.   ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

20.2.   öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 

20.3. 

 

daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına riayət edilməsinə; 

20.4.   qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

20.5.   öz  fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 

20.6.   ona  tabe  işçilərin nizam-intizam qaydalarına və  vəzifə öhdəliklərinin 

yerinə yetirilməsinə; 

20.7.   tibb  müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə    təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə; 

21.   Həkim-patoloqoanatom  əmək intizamının, qanunvericilik və normativ-

hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə  cəlb 



edilə bilər. 

Yüklə 23,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə