Microsoft Word 51 Sahe hekimi pediatr telimat



Yüklə 30,09 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü30,09 Kb.
#25797


Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Sahə həkim –pediatrın nümunəvi vəzifə  

TƏLİMATI 

 

I.



 

Ümumi müddəalar 

 

1.  



Bu  vəzifə  təlimatı sahə  həkimi-pediatrın vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir. 

2.  

Sahə həkimi-pediatr vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir. 



3.  

Sahə  həkimi-pediatr Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə  rəhbərinin  əmri ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edilir. 

4.  

Sahə  həkimi-pediatr bilavasitə  şöbə müdirinə, onun olmadığı halda isə 



tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  


Sahə həkimi-pediatr aşağıdakıları bilməlidir: 

5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4. pediatriya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı 

məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.  həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.  sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.  daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   





II.

 

Vəzifə öhdəlikləri 

 

6.  


Sahə  həkimi-pediatr ona təhkim edilmiş sahənin uşaq  əhalisinə  tibbi 

xidməti göstərir.  

7.  

Uşaqların fiziki və əsəb-psixi inkişafına dinamik tibbi müşahidəni aparır; 



8.  

Evdə və ambulator şəraitdə diaqnostika və müalicə işini aparır; 

9.  

Yeniyetmələrin reproduktiv sağlamlığının mühafizəsi üzrə  işi həyata 



keçirir; 

10.   Yenidoğulmuşların və erkən yaşlı  uşaqların müəyyən edilmiş 

müddətlərdə ilkin patronajını keçirir;    

11.   Erkən yaşlı  uşaqların profilaktik baxışlarının keçirilməsini təşkil edir və 

onlarda iştirak edir; 

12.   Müalicəvi-sağlamlıq tədbirləri kompleksini işləyib hazırlayır, rejimin, 

səmərəli qidalanmanın yerinə yetirilməsinə, uşaqlarda alimentar pozuntular, raxit, 

anemiya və başqa xəstəliklərin profilaktikası üzrə  tədbirlərin vaxtında keçirilməsinə 

nəzarəti təmin edir;  

13.   Hospitallaşdırmaya müvafiq göstərişlər zamanı uşaqların vaxtında həkim-

mütəxəssislərə məsləhətə göndərilməsini təmin edir; 

14.   Uşaqların immunoprofilaktikasının aparılmasını təmin edir; 

15.   Dispanser  nəzarətində olan xronik patologiyalı  uşaqların dinamik 

müşahidəsini, onların vaxtında sağlamlaşdırılmasını  və dispanser müşahidəsinin 

effektliliyinin təhlilini aparır; 

16.   Uşaqların sağlamlıq  müəssisələrinə  qəbul olunmasına hazırlığı  təmin 

edir; 

17. 


 Sosial riskli uşaqlar və ailələr haqqında məlumatların uşaq 

poliklinikalarının tibbi-sosial yardım bölmələrinə, qəyyumluq və himayəçilik 

orqanlarına daxil olmasını təmin edir;    

18.   Əlil uşaqların fərdi reabilitasiya proqramlarının yerinə yetirilməsini təmin 

edir; 

19.   Uşaqların sanatoriya-kurort müəssisələrinə göndərilməsinin zəruriliyi 



barədə rəy verir; 

20.   Uşaqlarda B və C hepatiti, İİV infeksiyalarının profilaktika və ilkin 

aşkarlanması üzrə tədbirlərin keçirilməsini təmin edir; 

21.   Neonatal  skrininq  nəticəsində  aşkar olunmuş irsi xəstəlikli uşaqların 

dispanser müşahidəsini və göstərilən kateqoriyalı  uşaqları olan ailələrin patronajını 

həyata keçirir; 

22.   İnfeksion xəstəlik və peyvənddən sonra ağırlaşma hallarında məlumatı 

ərazi üzrə aidiyyəti orqanlara vaxtında göndərir; 

23.   Hərbi xidmətə hazırlıq dövründə gənc oğlanlara tibbi yardımı təmin edir; 

24.   Uşaqların sağlamıq vəziyyəti nəzərə alınmaqla həkim məsləhətləşməsi və 

peşəkar istiqamət üzrə işi aparır; 

25.   Müvafiq yaşa çatma ilə bağlı uşaqların aidiyyəti poliklinikaya keçirilməsi 

üzrə tibbi sənədləşdirmənin hazırlanmasını aparır; 

26.   İlkin tibbi-sanitar yardımı göstərilməsini həyata keçirən orta tibb 

heyətinin fəaliyyətinə rəhbərlik edir; 



27.   Həkim pediatriya sahəsinə  təhkim olunmuş kontingentin sağlamlıq  

vəziyyətini və  həkim pediatriya sahəsinin fəaliyyətini təhlil edərək müəyyən edilmiş 

qaydada tibbi sənədləşdirməni aparır. 

28.   Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

29.

 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 



 

III.

 

Hüquqlar 

 

30.   Sahə həkimi-pediatrın aşağıdakı hüquqları vardır: 

30.1.

 

klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 



tədqiqatların  məlumatlarına  əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz 

müəyyənləşdirmək; 

30.2.

 

müvafiq  qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması 



taktikasını müəyyən etmək; 

30.3.


 

pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator 

diaqnostika metodlarını təyin etmək; 

30.4.


 

diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq; 

30.5.


 

zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün 

müəyyən edilmişqaydada başqa ixtisaslı həkimləri cəlb etmək; 

30.6.


 

müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək; 

30.7.


 

öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, sərəncamlar vermək və onların həvəsləndirilmə  və  tənbeh edilmə üzrə 

rəhbərliyə təkliflər vermək; 

30.8.

 

öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 



və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək; 

30.9.


 

onun işi ilə bağlı  məsələlərin müzakirə olunduğu elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək; 

30.10.


 

müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq. 

31.

 

Sahə  həkimi-pediatr Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə 



uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

IV.



 

Məsuliyyət 

 

32.   Sahə həkimi-pediatr aşağıdakılara görə məsuliyyət daşıyır: 

32.1.  ona  həvalə olunmuş  vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

32.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 

32.3.  daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına 

riayət edilməsinə; 

32.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 




32.5.  öz  fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 

32.6.  ona  tabe  işçilərin nizam-intizam qaydalarına və  vəzifə öhdəliklərinin 

yerinə yetirilməsinə; 

32.7.  tibb  müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə    təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə; 

33.   Sahə həkimi-pediatr əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə  əsasən, təqsirin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə  cəlb 



edilə bilər.   

Yüklə 30,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə