Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
  1   2   3   4   5   6   7   8   9   ...   19


 

ASİF HACILI 

 

 



 

 

 



 

 

 



 

AXISQALI AŞIQ 

MOLLA MƏHƏMMƏD SƏFİLİ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – Mütərcim – 2014 

 



 

2

 



 

 

 

 

 

 

Redaktoru:   Etimad Başkeçid 

 

 



 

 

Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili.  

Bakı: Mütərcim, 2014. – 84 s.  

 

Kitabda Axısqa mahalının Koblıyan (Altunqala) bölgəsinin (indiki 

Adıgün rayonu) Pulate kəndindən Aşıq Molla Məhəmməd Səfilinin həyat 

və yaradıcılığından bəhs olunur, əsərlərindən nümunələr verilir. 

 

Asif Hacılı. Ahıskalı Aşık Molla Muhammed Sefili.  

Bakü: Mutercim, 2014. – 84 s. 

 

Kitapda Ahıskanın Koblıyan (Altunkala) bölgesinin (şimdi  Adıgön 



ilçesi) Pulate köyünden Aşık Molla Muhammed Sefilinin hayatı ve 

eserlerinden bahsedilmektedir, eserlerinden örnekler verilmiştir. 

 

 



026


4702000000

 32-14 


 

 

 

© Asif Hacılı, 2014 

 



 

3

İÇİNDƏKİLƏR 



 

Ön söz/5 

 

Həyatı/8 

 

Axısqa aşıq mühiti və Səfili.  

Axısqa mahalı və Koblıyan bölgəsinin qısa tarixi.  

Caklılar sülaləsi – Altunqala bəyləri. Koblıyan bölgəsinin coğrafiyası, 

təbii şəraiti və sakinlərinin həyat tərzi. Fridrix Martin fon Bodenştedt

maarifçilər Şərif Sultanov və Rza Şahvələd Koblıyan haqqında. 

Koblıyan mahalının mənəvi mühiti, etnoqrafiyası, folklor dünyası. 

Pulate kəndi xatirələrdə. Pulate rəvayətləri və inanclar.  

Səfilinin uruğu olan Kuşolar nəsli. Səfilinin çocuqluğu.   

Aşıq, təbib, üləma kimi formalaşması və taleyi. 



 

Yaradıcılığı/18 

 

Səfilinin yaradıcılığında aşıq və klassik poeziya ənənəsi.  



Səfili “Koroğlu”nun ifaçısı kimi. Hacı Zeynalabdin Tağıyevlə 

münasibəti, ona həsr etdiyi şeir. Axısqanın tarixi, çar işğalı və erməni 

terroru haqqında əsərləri. Vətənpərvərlik mövzusunda əsərləri. Koblıyan 

köylərini təsvir edən “Koblıyan kövlərinə olan qoşma”sı.  

Deyişmələri. Fəlsəfi-lirik məzmunlu əsərləri.  

Dövrünün mədəni və aşıq mühiti ilə əlaqəsi.  

Davamçıları. 

 

Şeirləri/26 

 

Kürbət; Ilahi (Yatarlar); Fələk (Ey yalançi çərxu-qəddar);  

Bəni; Cami; 1915-ci il Ardahan-Axisxa-Kars kirğinina; Camican; 

Yatarlar; Fələk (Bir hüçüdüm başdan başa varmadi); Tək-tək;  

Dərdimi; Bənzər; Yaxşidür (Gör nədən yaratdi yaradan bəni);  

Yaxşidür (Qadir məvləm...); Oğul; Yaxşidur (Eşk səfili...);  

Yaxşidur (Bir məclisə varanda...);  

Ağlasin; Nə gözəl uymiş. 

 

 



 

4

Dastanları/39 



 

Pulatelİ Molla Məhəmmədin Kobliyan kövlərinə olan qoşmasi; 

1918-1919 savaşi və Kobliyan dastani. 

 

Deyişmələri/48 

 

Molla Məhəmməd Səfili və dəyirmançi İbrahimin dastani; Xasta 



Hasanın Aşıq Səfili ilə deyişməsi 

 

Əlavələr/56 

 

Dəmirali Kuşu (Ne bilir; 57 yillik Ahiska ve ahiskalinin drami); 



Ilim şahzadayev ( Haxlima gəldi; Aşiğin nəvəsi şair İlim Şahzadayevin 

babasi Məhəmməd Səfili haqqinda  xatirələri) 

 

Toplayıcılar/66 

 

Adlar/67 

 

Qeydlər/71 



 

5

ÖN SÖZ 



 

 

Der Səfili, bax camiya 

...Hax yoluna köpridur bu. 

       Aşıq Məhəmməd Səfili 

 

Türk dünyasının böyük söz ustadı  Aşıq Məhəmməd 

Səfilinin yetişdiyi  Axısqa yörəsi ən qədim vaxtlardan şeir-

sənət yurdu olmuşdur. Bu torpaqlarda Aşıq İrfani, Aşıq Gü-

lali, Aşıq Qərib, Xasta Hasan, Aşıq  Şenlik, Aşıq Öməriy, 

Aşıq Nuru, Aşıq Üzeyir Fəqiri, Aşıq Zülali, Aşıq  Əmrahi, 

Aşıq Səfili kimi böyük sənətkarlar saz çalıb söz söyləmişlər. 

Bu qədim türk ulusunun el sənəti min illərin yaddaşın-

dan gəlir. Nurani qocalar indiyədək şaman oxumalarına bən-

zər sirli duaları, Qorqud və Koroğlu rəvayətlərini, Yunis 

İmrə, Qaracaoğlan, Dadaloğlu, Qurbani söyləmələrini unut-

mamışlar. Sürgün, ayrılıq və əzablar içində bu zəngin xəzi-

nənin necə qorunması adamı heyrətləndirir. Bunu yalnız 

türk ruhunun ölməzliyi və böyüklüyü kimi anlamaq olar. 

Axısqa folklorunda bizim çağda, qəriblikdə yaranmış 

əsərlər də çoxdur. Son illərdə ulu ustadların sənətini yeni nə-

sil davam etdirir. Məlik dədə, Kibar dədə,  Əhməd dədə, 

Aşıq Ələddin, Aşıq Qafur, Aşıq Ömər, Gülcan nənə, Göyər-

çin nənə kimi söyləyicilərin, Mürtəz dədə, Zarzimalı Aslan, 

Cabir Xalidov, Fəhlül, Zeynul Yektay, Şimşək Sürgün Ka-

xaretli,  Əli Paşa Veysəloğlu, Güləhməd  Şahin,  Şahismayıl 

Adıgünlü, İlyas İdrisov, Mehyar Əhmədoğlu, İlim Şahzada-

yev, Məhəmməd Paşaliyev, Müsəddin təki el şairlərinin al-

tun kəlmələri, davulçu Mərdalı, zurnaçı Mehri, zurnaçı 

Əmirşah, davulçu Şahbaz, zurnaçı  Şəhmərdan, qavalçı  Əh-

məd, Müdir, Yunis, Məvlüd, Nurəddin, Mikayıl, Zülfüqar, 

Lətif, Osman kimi istedadlı müğənnilərin yanıqlı  sədaları, 

rəqs və teatr qruplarının çıxışları xalqı birləşdirir və bir mil-

lət kimi yaşadır. 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə