Microsoft Word Al-Bayan1. doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/81
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10523
  1   2   3   4   5   6   7   8   9   ...   81



 
Kitab: “Əl-Bəyan fi təfsiril-Qur`an” 
Müəllif:
 
Ə
bul-Qasim Xoi 
 
 
MÜƏLLİFDƏN 
Hələ  kiçik  yaşlarımdan  Qur᾽an  oxumağa  və  onun  sirləri  ilə  tanış  olmağa  yüksək  maraq 
göstərirdim.  Hər  bir  həqiqi  müsəlman,  hətta  hər  bir  həqiqətsevər  insan  Qur᾽anı  oxuyub  dərk 
etməyə  və  onun  dərin  sirlərindən  agah  olmağa  sə᾽y  etməlidir.  Çünki,  Qur᾽an  bəşəriyyəti  haqqa 
hidayət  edən  və  onların  xoşbəxt  həyatını  tə᾽min  edən  asimani  kitabların  ən  sonuncusu  və 
kamilidir.  Qur᾽an  hər  şeyi  açıq-aşkar  bəyan  edən,  hamı  üçün  xeyirli  olan  ilahi  nur  mənbəyidir. 
Qur᾽an  lüğət  alimləri  üçün  ən  böyük  söz  mənbəyi,  qrammatika  alimləri  üçün  aşkar  izahlar 
toplusu,  fiqh  alimləri  üçün  ən  canlı  şahid,  filosofların  axtardığı  maarif,  xətiblər  üçün  fəsahətli 
bəyan tərzləri, əxlaq alimləri üçün isə ən gözəl etik mənbə və dərslikdir. 
Bir  sözlə  Qur᾽an,  alimlərin  bütün  sahələrdə  apardıqları  təhqiqatların  tükənməz  elm  və  bilik 
xəzinəsidir. 
İctimai və siyasi elmlər, həyat və məişət qanunları, bəşəriyyətin ictimai idarəetmə üsulları və s. 
Qur᾽anda  hamının  başa  düşə  biləcəyi  bir  tərzdə  bəyan  edilmişdir.  Bir  çox  dini  elmlər  məhz  bu 
asimani kitabdan bəhrələnmiş və zaman keçdikdcə vahid məktəb kimi formalaşmağa başlamışdır. 
Qur᾽an,  dünyaya  hakim  olan  bir çox  qanunları  kəşf  etmiş  və  insanlar  üçün  sirr olaraq  qalan  bir 
çox məsələlərin üzərindən zülmət pərdəsini qaldırmışdır. 
Bu  müqəddəs  kitab,  mövcud  olan  həqiqi  din  üçün  əbədi  mö᾽cüzə  və  mükəmməl  qanunlar 
məcmusudur.  Bütün  bunlar,  mənim  uşaq  ikən  Qur᾽ana  həvəs  göstərməyimdə  və  onun  sirləri  ilə 
tanış olmağımda çox tə᾽sirli olmuşdur. Mən, müntəzəm olaraq Qur᾽anın açılmayan sirlərinə yol 
tapmağa sə᾽y edir və buna nail olduqda özümdə Qur᾽ana qarşı oyanan yüksək rəğbətin daha da 
artdığını hiss edirdim. 
Beləliklə  də,  müxtəlif  təfsir  kitablarını  araşdırır  və  orada,  haqqında  söhbət  açılan  mövzulara 
diqqət  yetirirdim.  Mütaliə  zamanı  Qur᾽anın  nə  qədər  fəsahətli  və  hikmətli  olmasının,  Allah-
taalanın mütləq və tükənməz elminin və insanların onu dərk etməkdə necə də aciz qaldıqlarının 
şahidi olurdum. Belə bir qənaətə gəlirdim ki, insan özünü Allah-taalanın elm və qüdrəti qarşısında 
nə  qədər  kiçik  və  aciz  hesab  etsədə  də,  o,  təsəvvür  etdiyindən  daha  aciz  və  daha  gücsüzdür. 
Qur᾽an təfsirini mütaliə  etdikcə onun əzəməti  mənim nəzərimdə daha  da ucalır, insanın bilik və 
məharəti isə bir o qədər kiçilir və dəyərsizləşirdi. 
Yazılmış təfsir  kitablarını mütaliə edərkən  belə  bir  qənaətə  gəldim  ki,  təfsir  alimlərinin  Qur᾽an 
ayələrindən  əldə  etdikləri  cüz᾽i  mə᾽lumatlar  yalnız  onun  açılmayan  sirlərinin  bir  hissəsini təşkil 
edir.  Onlar  əldə  etdikləri  mə᾽lumatları  bir  yerə  toplayaraq  kitab  halına  salmış  və  müxtəlif 



 
ünvanlar altında ona təfsir adını vermişlər. İlk baxışda bu təfsirlər Qur᾽anın açılmayan sirlərinin 
hamısını aşkara çıxarmalı və toxunulmayan mövzuları təfsir halında izah etməli idilər. Amma bu 
qeyri-mümkündür. Çünki, insan kimi əql və şüur baxımından naqis olan bir varlıq, elmi hər şeyi 
əhatə edən kamil bir varlığı tamamilə dərk etməsi və onun ayələrini ətraflı şəkildə yozması qeyri-
mümkündür. 
Amma necə olursa-olsun biz, bu yolda böyük zəhmətlər çəkən və ömürlərinin sonunadək Qur᾽an 
ayələri ətrafında araşdırmalar aparan təfsir alimlərinin gördükləri işləri qiymətləndirməli və onları 
lazımınca dəyərləndirməliyik. 
Çünki  onlar,  bu  müvəfffəqiyyətə,  qəlblərinə  saçan  Qur᾽an  nuru  ilə  nail  olmuş  və  bu  yolda 
əllərindən  gələni  əsirgəməmişlər.  Ümumiyyətlə,  adi  insanlardan  Qur᾽anın  mükəmməl  və 
nöqsansız təfsir yazmasını gözləmək düzgün təvəqqö deyildir. 
Lakin,  onlardan  bə᾽zilərinin  böyük  və  bəlkə  də  bağışlanmaz  bir  nöqsanı  vardır.  O  da  bə᾽zi 
alimlərin Qur᾽anın  əzəmət və böyüklüyündən  xəbərsiz  olduqları halda, ayələrini öz ixtisaslarına 
uyğun  olaraq  tərcümə  etmələridir.  Məsələn,  dilçi  alimlər  Qur᾽anı  yalnız  lüğət  və  qrammatik 
qanunlar  əsasında, filosoflar fəlsəfi qanun və terminlərə uyğun şəkildə  və bə᾽ziləri də  yeni elmi 
üsullarla  təfsir  etməyə  çalışmışlar.  Onlar  belə  güman  etmişlər  ki,  Qur᾽an  məhz  bu  nöqteyi-
nəzərdən  nazil  olmuşdur.  Bütün  bunlarla  yanaşı,  təfsir  kitablarında  bə᾽zən  başqa  bir  üslubla  da 
qarşılaşırıq. O da bə᾽zi alimlərin Qur᾽anı öz şəxsi rə᾽yləri və heç bir e᾽tibarı olmayan şəxslərin 
söylədikləri rəvayətlərə əsaslanaraq təfsir yazmalarıdır. 
Qeyd etmək lazımdır ki, mövcud təfsirlərin əksəriyyətində müəyyən nöqsan və çatışmamazlıqlar 
vardır. Buna görə də hər bir alim təfsirə başlamazdan qabaq öz şəxsi rə᾽y və nəzərlərini kənara 
qoymalı,  Qur᾽anın  həqiqi  mə᾽nasına  yol  tapıb,  ixtisar  və  yersiz  əlavələrə  yol  vermədən  təfsir 
etməlidir. Başqa sözlə desək, Qur᾽an müfəssirin şəxsi rə᾽yi ilə deyil, Qur᾽anın öz zahiri ayələri ilə 
təfsir olunmalıdır. 
Sözün  əsl  mə᾽nasında  həqiqi  müfəssir  o  kəsdir  ki,  fəlsəfə  bəhslərindən  agah,  əxlaqi  dəyərlərə 
yiyələnmiş  və  fiqhin  dərinliklərinə  yol  tapmış  olsun.  O,  yaşadığı  cəmiyyəti  yaxşıca  tanımalı  və 
orada  baş  verən  prosesləri  bir  sosioloq  kimi  araşdırmağa  qadir  olduqdan  sonra  Qur᾽anı  təfsir 
etməlidir. Qur᾽anda işarə olunan digər elmlərə gəldikdə də, bu üsuldan istifadə etməli və Qur᾽anı 
həmin  elmin  tələbatını  ödəyəcəyi  qaydada  təfsir  etməlidir.  Bəli,  hər  bir  müfəssir  ilk  növbədə 
Qur᾽anın bütün elm və fəsillərindən agah olmalı, bu barədə lazım olan mə᾽lumatları əldə etdikdən 
sonra  Qur᾽anı  təfsir  etməyə  başlamalıdır.  Belə  olduqda  o,  neçə  cilddən  ibarət  olan  Qur᾽an 
təfsirinin elmi, əxlaqi, sosioloji, fiqhi və s. ensiklopediyasını tə᾽lif edə bilər. 
Bütün  bunları  nəzərə  alaraq  belə  qərara  gəldim  ki,  Qur᾽anın  bütün  gözəlliklərini  bəyan  edə 
biləcək  bir  təfsir  yazım.  Bu  müqəddəs  işdə  Allah-taaladan  mərhəmət  və  kömək  etməsini,  bütün 
səhv və batil təfəkkürdən qorumasını diləyirəm. 
* * 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə