Microsoft Word alspiron after moh for site colourless



Yüklə 19,29 Kb.
Pdf görüntüsü
tarix21.03.2018
ölçüsü19,29 Kb.
#32822


Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün) 

 

 



ALSPİRON   tabletlər 

ALSPIRON 

 

 

Tərkibi 



Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq və ya 50 mq spironolakton vardır. 

Кöməkçi maddələr: monohidrat laktoza, mikrokristallik sellüloza, qarğıdalı nişastası, natrium nişasta 

qlikolyatı, maqnezium-stearat, Povidon K30. 

 

Farmakoterapevtik qrupu 

Aldosteronun spesifik kaliumqoruyucu antaqonosti. 



АТС kodu: C03DA01 

 

Farmakoloji xüsusiyyətləri 

Spironolakton (γ-lactone-3-(3-oxo-7α-tioatsetil-17β-hidroksil-4-androsten-17-α-YL) - propion turşusu) - 

aldosteronun spesifik kaliumqoruyucu antaqonostidir. Alspiron güclü sidikqovucu və antihipertenziv effektə 

malikdir. Orqanizmdə kalium və maqneziumun balansını pozmur. Alspiron reseptorları blokadaya alaraq 

sidik ifrazını artırmaqla natrium xloridi və suyu orqanizmdən çıxarır, kalium ionlarının isə  çıxmasının 

qarşısını alır. 

Spironolakton distal renal borucuqlarda kalium ionları ilə natrium ionlarının  əvəzlənməsinin qarşısını alır 

və kalium ifrazını azaldır. Alspiron tək və ya digər diuretiklərlə birlikdə istifadə edilə bilər. 

Həzm traktından sorulması yüksək biomənimsənilməsi ilə xarakterizə olunur. 90% plazma zülalları ilə 

birləşir. Nəcis ilə spironolakton əsasən kiçik miqdarda, sidik vasitəsilə isə aktiv metabolitlər (7-α- və 

tiometilspironolakton kaprenon) şəklində böyük hissəsi orqanizmdən xaric olur. Spironolakton qandan 

plasentaya keçir. 

Damarların divarına spazmolitik təsir göstərir. Sol mədəciyin və miokardial fibrozun reqresiyasına səbəb 

olur. Kardioprotektiv, angioprotektiv və nefroprotektiv təsir göstərir. 

 

İstifadəsinə göstərişlər 

Müxtəlif mənşəli ödemlərdə (xroniki ürək çatışmazlığı, qaraciyər və böyrək xəstəliklərində); 

Birincili aldosteronizmin diaqnostikası və müalicəsi. 

 

Əks göstərişlər 

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq; 

- kəskin böyrək çatışmazlığı, anuriya; 

- qaraciyərin funksional pozğunluqları (prekoma və qaraciyər koması); 

- korreksiyaya tabe olmayan elektrolit pozğunluğu: hipokaliemiya, hiperkaliemiya, hiperkalsiemiya, 

hiponatriemiya; 

- sulfanilamidlərə qarşı yüksək həssaslıq (çarpaz allergik reaksiya təhlükəsi); 

- hamiləlik (1-ci üç ay), laktasiya; 

- Addison xəstəliyi

- şəkərli diabet, xüsusilə böyrək çatışmazlığı olan (və ya ehtimal olunan) pasiyentlərdə; 

- diabetik nefropatiya (hiperkaliemiya riskinin artması). 

 

Xüsusi göstərişlər 

Preparat podaqra, şəkərli diabetli xəstələrə, həmçinin böyrək və ya qaraciyərin fuksiyasının 

pozğunluqlarında tənəffüs və metabolik asidozlu şəxslərə ehtiyatla təyin olunmalıdır. Uzunmüddətli 

istifadə zamanı periodik olaraq qanda elektrolitlərin, sidik cövhərinin, kreatininin, qlükozanın və sidik 

turşusunun səviyyəsi yoxlanılmalıdır. 

Böyrək funksiyasının pozulması olan və ya kaliumu artıq miqdarda qəbul edən pasiyentlərdə ölümlə 

nəticələnə bilən ürək ritminin pozulması yarana bilər. Hiponatriemiya halı xüsusilə spironolaktonun digər 

diuretiklərlə birgə qəbulu zamanı meydana çıxa bilər. 

Hiponatriemiyası olan pasiyentlərdə xüsusi diqqətlə istifadə olunmalıdır. 

Qanda sidik cövhərinin artması halları qeydə alınmışdır, xüsusilə böyrək funksiyası pozulmuş 

pasiyentlərdə. 

Metabolik və ya respirator asidozu olan pasiyentlərdə xüsusi ehtiyatlılıq tələb olunur. 

Yüksək dozalarda və uzun müddət istifadə olunduqda siçovullarda şişlərin yaranmasına səbəb olduğu 

qeyd olunmuşdur. Cavan pasiyentlərdə uzunmüddətli istifadə fayda/risk nisbətinin nəzərə alınmasını tələb 

edir. 


Porfiriyası olan pasiyentlərdə ehtiyatlılıq tələb olunur. 


Menstrual pozğunluqları və ya süd vəzilərinin böyüməsi olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. 

 

Digər dərman maddələri ilə qarşılıqlı təsiri 

Spironolakton eyni zamanda istifadə olunan antihipertenziv preparatların (AÇF inhibitorları daxil olmaqla), 

diuretiklərin, barbituratların, diazepamın, vazodilatatorların hipotenziv təsirini artıra bilər. 

Kalium duzları, kaliumqoruyucu diuretiklərlə  və indometasin və AÇF inhibitorları ilə eyni vaxtda istifadə 

hiperkaliemiya yarada bilər. 

Qlükokortikoidlərlə yüksək dozada laksativ hipokaliemiya yarada bilər. 

 

İstifadə qaydası və dozası 

Spironolakton həkim təyinatı ilə daxilə qəbul edilir. 

Uşaqlar: 1,66-3,3 mq/kq/gün doza 2-4 qəbulla; 

Böyüklər: 14-21 gün müddətində, gündə 1-8 tablet daxilə qəbul edilir. 

 

Əlavə təsirləri 



Su-elektrolit və turşu-əsas balansı:  ağızda quruluq, yanğı hissi; uzunmüddətli istifadə zamanı 

hiponatriemiya, hipoxloremiya, hipo- və ya hiperkaliemiya; nadir hallarda - hiperkalsiemiya, 

hiperurikemiya; ürəkbulanma, qusma, baş  ağrısı, ürəkdöyünmə, ortostatik hemodinamik pozğunluq, 

allergik reaksiya ola bilər; qanda nadir hallarda qlükozanın, sidik cövhərinin, kreatininin səviyyəsinin 

yüksəlməsi qeyd olunur. 

Reproduktiv sistem: ginekomastiya, səs tembrinin dəyişilməsi, impotensiya və libidonun azalması. 

Qadınlarda süd vəzilərinin bərkiməsi və hirsutizm. 



Qan və limfatik sistem: leykopeniya, eozinofiliya, trombositopeniya. Qanda sidik cövhərinin artması, 

hiponatriemiya. 



Yüksək həssaslıq reaksiyaları: ödem, şok. kollaps. Təngənəfəslik, səpgi, qaşınma. 

Sinir sistemi: ataksiya, başgicəllənmə. 

Ümumi: zəfilik. 

Ürək pozulmaları: hiperkaliemiya nəticəsində iflic, paraplegiya, ürək aritmiyası, kollaps. 

Qaraciyər: hepatotoksiklik. 

Dəri: alopesiya, hipertrixoz, qaşınma, səpgi, urtikariya. 

Mədə-bağırsaq: qastrit, mədə qanaxması, diareya, qusma, xora. 

Sümük-əzələ sistemi: osteomalyasiya. 

Psixi pozulmalar: letargiya. 

Böyrək: kəskin böyrək çatışmazlığı, xüsusilə əvvəlcədən böyrək pozulması olanlarda. 

 

Buraxılış forması 

10 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

15-30°C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Resept əsasında buraxılır. 

 

 

İstehsalçı 



AC HELCOR 

Dr. Victor Babesh küç. 50, Baia Mare, Maramures, Rumıniya 



Yüklə 19,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə