Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə1/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
  1   2   3   4   5   6   7   8   9   ...   69


AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
 
Dos. Dr. Vidadi Zeynalov 
 
 
 
 
MALİYYƏ  BÖHRANI   
VƏ ANT BÖHRAN  
DARƏETMƏ S YASƏT  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI 
-
 
2012
 


 
2
BBK 6.1 
Z-40 
 
 
Elmi məsləhətçi: i.e.d., prof. Ş.H.Hacıyev 
Elmi redaktor: i.e.d., prof. Z.F.Məmmədov 
 
Rəyçılər : i.e.d., prof. Mirdaməd Sadıqov 
                 Prof.dr.  Hasan  Selcuk  -  TC.  Marmara  Universitetinin 
ögretim üyesi  
 
                  
 
Z-40    Dos.  dr.  V.Z.Zeynalov.  Maliyyə  böhranı  və  antiböhran 
idarəetmə siyasəti. Bakı, Azərnəşr. 2012. səh.224. 
 
 
Qlobal maliyyə böhranı və antiböhran siyasət mövzuları ilə əlaqə-
dar problemləri beynəlxalq elmi ictimaiyyət, özəlliklə ictimai və humani-
tar  elmi  sahələrində  çalışan  alimlərin  ciddi  müzakirə  etdiyi  mövzudur. 
Qlobal maliyyə böhranı hələ də bəzi ölkələrdə davam etməkdədir. Həya-
ta keçirilən antiböhran siyasəti əksər elmi ədəbiyyatlarda təsviri çalışma  
səviyyəsində şərh edilir və təbii ki, bu siyasətin mahiyyətinin dərin elmi 
analitik şərhə ehtiyacı vardır.  
Araşdırmanın  məqsədi  -  qlobal  maliyyə  böhranının  dünya  iqtisa-
diyyatına  təsirini  təhlil  və  qiymətləndirməklə  yanaşı,  Azərbaycanda 
tətbiq  olunan  antiböhran  siyasət  modelinin  mahiyyətini  elmi  cəhətdə
ə
saslandırmaq və konkret  təklif və tövsiyələr hazırlamaqdır. 
 
 
Z-40 
 
 
© V.Z.Zeynalov, 2012. 
                                                                              ©Azərnəşr, 2012.
   0601000000 
 
M-651 (07) 2012 
qrifli nəşr
 


 
3
                                                
G R Ş  
 
Qlobal  maliyyə  böhranı  və  antiböhran  siyasət  mövzuları  ilə 
ə
laqədar  problemləri  beynəlxalq  elmi  ictimaiyyətin,  həmçinin 
ictimai  və  humanitar  elmlər  sahəsində  çalışan  alimlərin  müzakirə 
mövzusudur.  Qlobal  maliyyə  böhranı  hazırda  hələ  də  bəzi 
ölkələrdə  davam  etməkdədir.  Təbiidir  ki,  belə  bir  şəraitdə  bunun 
səbəb  və  nəticələrini  elmi  cəhətdən  müzakirə  edərək  araşdırmaq 
çox  mühüm  əhəmiyyət  və  həm  də  zəruriyyət  təşkil  edir.  Digər 
tərəfdən dünyanı bürümüş bu maliyyə böhranı şəraitində Azərbay-
canın  iqtisadi  inkişafı  və  tətbiq  etdiyi  antiböhran  siyasəti  dünya 
elmi ictimaiyyətində müəyyən maraq doğurmuşdur.  
Buna görə də,  qlobal maliyyə böhranı və antiböhran tədbir-
lərin təhlili və qiymətləndirməsi elmi cəhətdən əsaslanmalıdır.  
Araşdırmanın  məqsədi  –  qlobal  maliyyə  böhranının  dünya 
iqtisadiyyatına  təsirini  təhlil  və  qiymətləndirməklə  yanaşı,  ondan 
çıxış  yollarını  elmi  cəhətdən  təhlil  edərək    konkret    təklif  və 
tövsiyələr hazırlamaqdır. 
Qlobal  maliyyə  böhranı  şəraitində  Azərbaycanda  həyata 
keçirdiyi  antiböhran  siyasəti  bəzi  əsərlərdə  adətən  təsviri  çalışma  
səviyyəsində şərh edilir və təbii ki, bu siyasətin mahiyyətinin dərin 
elmi analitik şərhə ehtiyacı vardır.  
Məlum  olduğu  kimi  2009-cu  il  yanvarın  16-da  Azərbaycan 
Respublikasının Prezidenti  lham Əliyev Nazirlər Kabinetinin ilin 
yekunlarına həsr olunmuş iclasında qlobal dünyada gedən iqtisadi 
proseslər  kontekstində  Azərbaycan  iqtisadiyyatındakı  vəziyyəti 
çox  geniş  təhlil  etmiş  və  dünya  maliyyə  böhranının  Azərbaycana 
təsirini minimuma endirmək vəzifəsini qarşıya qoymuşdu. 
Məhz  bununla  da  o  zaman    ilk  dəfə  idi  ki,  Azərbaycanda 
dövlət  səviyyəsində  rəsmi  olaraq  “antiböhran  tədbirlər  paketi” 
ortaya qoyuldu.  
Bu antiböhran tədbirlər paketində hər şeydən əvvəl mövcud 
vəziyyət  təhlil  edilməklə  və  gələcək  işlər  üçün  hazırlıq  planı 


 
4
müəyyənləşdirilirdi.  Mövcud  vəziyyətin  təhlili  göstərdi  ki,  Azər-
baycanda  iqtisadiyyat  hələ  heç  də  böhran  səviyyəsinə  enməyib, 
amma  böhranın  təsir  kanalları  mövcuddur  və  onu  minimuma  en-
dirmək  üçün  müvafiq  preventiv  tədbirlərin  həyata  keçirilməsi  la-
büddür.  
Qlobal  böhranın  Azərbaycan  iqtisadiyyatına  təsir  kanal-
larından  biri  neftin  və  digər  qeyri-neft  ixrac  məhsullarının  dünya 
bazarında  qiymətinin  aşağı  düşməsi,  milli  bank  sisteminə  xarici 
kredit  axınlarının  azalması  idi.  Bunların  qarşısının  vaxtında  alındı-
ğ
ından Azərbaycan iqtisadiyyatı ciddi ziyan çəkmədi.  
Azərbaycan  dövlətinin  həyata  keçirdiyi  antiböhran  tədbirlər 
kompleksindəki istiqamətlər çox şaxəlidir. Bunların içərisində pri-
oritet təşkil edən sahələrdən biri istehlak qiymətlərinin azaldılması 
təşkil edir. Məlumdur ki, hələ 2005-ci ildə, Azərbaycan Respubli-
kasının  Prezidentinin  31  may  2005-ci  il  tarixli  fərmanı  ilə  Azər-
baycan Respublikasında  anti - inflyasiya tədbirlərinin gücləndiril-
məsi və inflyasiyanın tənzimlənməsi məqsədi ilə kompleks tədbir-
lərin həyata keçirilməsi işinə start verilmişdir. 
Digər prioritet sahələrdən biri də bu illər ərzində inhisarçılıq-
la mübarizənin gücləndirilməsi olmuşdur. Belə ki, bu illər əsassız 
inhisarçılığa, qeyri-sağlam rəqabətə qarşı mübarizə gücləndirilmiş, 
dövlət  qurumları  tərəfindən  qanunsuz  müdaxilələrin  qarşısının 
alınmasına diqqət artırılmışdır. 
Çox mühüm prioritet sahələrdən biri də heç şübhəsiz ki, milli 
banklara olan dəstək, kreditlərə və faiz dərəcələrinə nəzarəti əhatə 
edən maliyyə monitorinqinin tətbiqi olmuşdur ki, bu da öz növbə-
sində  maliyyə  intizamının  möhkəmlənməsinə  çox  kömək  olmuş-
dur.  
Bu gün dövlətin həyata keçirdiyi antiböhran tədbirlərin içəri-
sində sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi və 
eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi  kimi məsələlər də 
çox mühüm əhəmiyyət kəsb edir.  
Hazırlanmış  antiböhran  tədbirlər  paketində  Azərbaycanın 
antiböhran yol xəritəsi müəyyənləşdirilmişdir.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə