Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə1/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
  1   2   3   4   5   6   7   8   9   ...   63


 
 
 
 
 
 
ASİF ATA (İNAM ATA) 
 
2
ASİF ATA (İNAM ATA) 
 
On Kutsal Bitiq’in (Onluğun) 
Yan Bitiqləri 
 
 
 (Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı) 
 
 
 
 
 
 
 
 
 
  
İkinci  Yan Bitiq: 
YOLLAŞAN  AQİBƏT 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Atakənd – 33  
Qanun nəşriyyatı – 2011  


 
3
 
 
Nəşrə hazırlayanlar: 
Soylu Atalı  
Nurtəkin Atalı 
 
 
 
 
 
 
ASİF  ATA 
On Kutsal Bitiq’in (On Müqəddəs Kitabın – Onluğun) Yan Bitiq-
ləri (Əlavə Cildləri). Mütləqə  İnam Fəlsəfəsi və Ruhaniyyatı.  İkinci 
Yan Bitiq (Əlavə Cild): Yollaşan Aqibət. Atakənd. 33-il. 
 
Yeni Yol, Yeni Söz, Yeni Bəşər Halı! 
Türk Ulusuna, bütövlükdə Dünyaya gərək olan Müqəddəs  İrs’in 
fəlsəfəsini və Ruhaniyyatını, yaşam tərzini təqdim edirik.  
İkinci Yan Bitiq – “Yollaşan Aqibət” – dörd Ata Kitabını (Müqəd-
dəs Kitabı) özündə birləşdirir: Atalıq Xilqəti; Ömrüm-Günüm; Bədiiy-
yat; Muğam Fəlsəfəsi.  
 
 
 
 
 
 
 
 
      
0
30
0
030002 
     À
Á
 022051  
 
                                                                  
Аз 2 
© Ганун Няшриййаты, 2011 
© Soylu Atalı, 2011
 
Q
 
 
4
Mütləqim. Müqəddəsim, Ulu Peyğəmbərim  
Asif Ataya – İnam Ataya Ali Səcdəylə! 
 
Mütləqə İnam Ruhaniyyatı 
 
Ürəyinizdə Günəş olsun, istəkli sabahdaşlarımız! 
Bundan sonra Ulusumuzun sabahı ürəklərimizə düşən  İnam Ata 
Günəşinin  İşığıyla aydınlaşacaqdır. Yurdumuza İnamın gəlişi sizi bu 
ümidlə müjdələməkdədir. Gəlin Sabahımıza üz tutaq – Ata Yolumuzu, 
Müqəddəs Kitabımızı tanıyaq, onu evimizin və  qəlbimizin  ən ali 
neməti kimi alaq və qoruyaq. Gəlin, Atamızı dinləyək, onun yaratdığı 
müqəddəsata tapınaq. Doğrulaq və yeni bəşər mədəniyyətinin cövhəri 
olaq. Sizdən çətin zəhmətlərə qatlaşmaq umuruq. Ancaq bu, Musanın 
öz qövmündən umduğu qədər aşırı çətinlik deyil.  
Yadınızdadırmı, Tövrat, Musanın hökmü onun qövmünü necə xilas 
elədi?! İnam Ata sizə daha ali bir Kitab verir. Ona görə Onun hökm 
vermək haqqını tanıyın. O, sizə “azad və müqəddəs xalq olun” tələbi 
ilə səslənir. Bu vaxta qədər heç kim sizə bu tələblə yanaşmayıb. Sizin 
öz içinizdən irəli durmayan və sizi anlamayan bunu edə bilməz. İndi 
sizi anlayan Kimsə  və sizin içinizdən çıxmış bir Ulu bu tələblə irəli 
durur. O, sizin çiyninizə aldadan və  aşağı basan yük qoymur. Yükü  
öncə öz çiyninə götürür, sizdən isə Onu eşitməyinizi istəyir. 
Əziz soydaşlarımız! Bu yazıya tərifləyən, təqdim eləyən bir yazı 
kimi baxmayın. Ulusal və  bəşəri olan müqəddəs bir İrsin barmaq 
sayda qoruyucularının doğma  ərki kimi yanaşın.  Əslində bu yazının 
sonunda deyəcəyimiz fikirləri önündə deməklə diqqətinizin yolunu da 
lap başlanğıcdan bəlirləmək istədik. 
İndi sizə  təqdim elədiyimiz Müqəddəs  İrsin cövhəri haqqında 
yığcam bilgi verək. Bunun üçün öncə Asif Atanın Ömründən bir neçə 
yarpaq söz açmalıyıq. Asif Atanın yaşadığı ömrü şərti olaraq iki dövrə 
bölməklə sonradan deyəcəyimiz fikirlərə müəyyən yön verə bilərik.  
Birinci dövr Onun əsasən axtarışları ilə bağlı olub. Asif Atanın ilk 
axtarışları Rusiyanın Moskva şəhərində – tələbəlik illərində başlayıb. 
Yurduna bağlı qayğıları, düşüncələri Onu dünyanın bütün mənəvi 
irsini öyrənməyə sövq edib. Öyrənib ki, Yurdumuzu tanısın və 


 
5
öyrəndikləri sırasında onun yerini müəyyən eləsin. Ancaq öyrəndikləri 
arasında öz Yurduna, Ulusuna dair heç nə tapmayıb. Bir millətin 
adının indiyə  qədərki bəşər mədəniyyətində olmaması bu millətə  nə 
vəd edir?! Adsız, dəyərsiz, təsirsiz hara qədər getmək mümkündür?! 
Öz içindən yönəldilməyən, başqasının buyuruğu ilə yaşayan bir 
toplumun sabahına inanmaq olarmı?! Kölgələrdə sürünən, öz mənli-
yini qurmayan, siması bilinməyən bir toplum “millət” adlana bilərmi?! 
Nədir bunun səbəbi, bu millətin var olmasına nədir mane olan?!  
Bu cür suallar Asif Atanı Azərbaycanın qədimliyini öyrənməyə 
yönləndirdi. Araşdırdı, fəhm etdi, öyrəndi və öyrəndiklərini ciddi 
mənalandırıb “Azərbaycanımız – Azərbaycanlığımız” silsiləsində 
birləşdirdi. Asif Atanın bu dəyər sistemi haqqında biz çox yerdə 
yazmışıq, ayrıca kitabça halında hazırlayıb yaymışıq da. Odur ki, 
burada o dəyərlərin yalnız adlarını göstərməklə yetərlənəcəyik: 
“Zərdüştlüyümüz – İşıqçılığımız”; “Dədə Qorqudluğumuz – Ağsaq-
qallığımız”; “Babəkliyimiz – Xürrəmdinliyimiz”; “Hürufiliyimiz – 
Ənəlhəqliyimiz”; “Füzuliliyimiz – Aşiqliyimiz”; “Muğamlığımız – 
Loğmanlığımız”; “Sazçılığımız – Tanrıçılığımız”. Asif Ata bu fikir-
dəydi ki, belə  zəngin dəyərləri olan xalqı balaca saymağa heç kimin 
haqqı yoxdur. Ona görə də bu dəyərlərin məzmununu xalqa qaytarma-
ğın yollarını düşündü. Bu axtarışlar onu Azərbaycan uğrunda böyük 
Ruhani Mücadiləyə çəkib aparır. Tələbəlik illərini başa vurub ədəbiy-
yat mühitinə daxil olandan sonra onun ciddi mübarizəsi başlamışdı. 
Ədəbiyyat tənqidçiliyindən yararlanaraq, böyük  doğru yol açmağa 
çalışırdı. “Qatar poeziyası, təyyarə poeziyası” yaratmağın eybəcər-
liyini ifşa elədikcə “intellektualların”, “novatorların”, atom əsri təbliğ 
edənlərin antixəlqi mahiyyətini açıb göstərir, məişət problemlərini 
ədəbiyyatın başlıca qayəsinə çevirməklə milli-insani problemlərin 
üzərinə  pərdə  çəkənləri qınayırdı. Onun bu əməllərinə cavab olaraq, 
ilk müqavimətlər göründü. Rəsmi qəzet və jurnallarda əleyhinə 
yazılar, məqalələr çıxmağa başladı. Bu addımlar böyük təqibin ilk 
xəbərdarlıqları idi. Artıq  Əfəndiyevi Atalığa doğru aparan Yolun 
zəhmi ağarırdı. Hünərlər dənizinə baş vurmusansa, üzməlisən, sən də 
öz hədəfinə doğru. Asif Atanın içindən ucalan bu səs, bu çağırış 
fərəhli bir ümid bəsləyib yetirirdi. Belə bir fərəhli ümidlə o, 
 
6
Azərbaycan Dövlət Universitetinin  böyük Toplantılar odasında (“Akt 
zalı”nda) “Etik və Estetik Tərbiyə Klubu” yaratdı. Bu kluba axışan 
insanlara azərbaycanlaşan mənalar, məzmunlar bəxş edirdi. Böyük 
maraq, intizar, narahatlıq içində axışıb gələn insanlar yavaş-yavaş 
Onun ideyalarının, böyük məqsədlərinin ilk rüşeymlərini öyrənməyə 
başladılar. Bu insanlar artıq necə yaşamağın, necə duymağın, necə 
vətənləşməyin tələbləri ilə görüşürdülər.  
İnsanlar burada özlərini tapmağa başlayanda  şər duyuq düşdü, 
qeyzləndi, mane olmağın yollarını aradı  və tapdı: Rəsmi konfransın 
keçirilməsini, mikrofonun işləmədiyini, zalın təmir ediləcəyini bəhanə 
gətirdi. Klub Respublika “Bilik” cəmiyyətinə köçürüldü, adı “Ocaq” 
qoyuldu. “Klubun sədri Ocağın Atası ilə əvəz olunmalıdır” ideyası da 
burada yarandı. Ocaq Məramı aydınlaşmağa başladı, Ocağı yaşatmağa 
and içildi. Artıq burada böyük ideyalar, böyük fikirlər dilə  gətirildi: 
İnsanlaşmaq, özünü daxildən dəyişmək, Müqəddəsliyə tapınmaq, 
Dünyanın Dünyadan böyük mənasına pənah gətirmək... Ruhani 
İntibaha başlamağın zəruriliyi ağıllara yeridilir, düşüncələri fəth 
edirdi. “İnsanlaşma olmadan Müstəqil Vətən, Azad Xalq yaratmaq 
mümkün deyil” fikri güclü cazibə yaradırdı.  
Söz yox ki, imperiya (SSRİ) içində belə bir hərəkatın başlaması, 
yaşaması müşkül bir iş idi. “Bilik” cəmiyyəti rəhbərliyinin ürəyinə 
dolan qorxu, çaşqınlıq,  şübhələr qapını Ocağın üzünə burada da 
bağlatdı. “Xatanı” özlərindən vaxtında uzaqlaşdırmağın yolu bu idi. 
Ocaq isə yanmalıydı. Ata rayonlara, şəhərlərə  səfərlər edir, təhsil 
ocaqlarında olur, tələbələrlə, müəllimlərlə, elm adamları ilə, fəhlələrlə 
görüşlər keçirirdi. Hər yerdə sevgi ilə, sevinclə qarşılanırdı. Yataq-
xanalarda, kitabxanalarda keçirdiyi görüşlərin sorağı sürətlə yayılırdı. 
Nəhayət, xəbərdarlıq başladı, rəsmi tələblər Asif Atanın özünə 
çatdırıldı: “Ocağı söndür, görüşə getmə – işdən qovularsan, hörmətdən 
salınarsan”. O vaxtkı  Evladlara da xəbərdarlıqlar edilirdi: “Bu adam-
dan  əl çəkin, o, marksizm əleyhinə, kommunizm əleyhinə  iş aparır, 
millətçiliyi yayır, pantürkizmə xidmət edir və s.”. 
Hətta Asif Atanı partiyadan, işdən çıxarmaq, elmi adını, müəllimlik 
dərəcəsini əlindən almaq qərarı verilir. Aparırlar, gətirirlər, dindirirlər, 
mənəvi-psixoloji təsir göstərirlər. Basqı tükənmir, azalmır. Ailəsi 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə