Microsoft Word asrc response Azeri doc



Yüklə 103,84 Kb.

tarix20.09.2018
ölçüsü103,84 Kb.


BP AZƏRBAYCAN ŞİRKƏTİNİN CAVABI 

 

 

Noyabr, 2009 

 

AZƏRBAYCAN SOSİAL TƏHLİL KOMİSSİYASI 

 

 

GİRİŞ 

 

BP Azərbaycan  şirkəti Azərbaycan Sosial Təhlil Komissiyasının (ASTK)



1

 2009-cu  ilin 

avqust ayında təqdim edilmiş üçüncü hesabatında  əks etdirilən fikirləri, müşahidə 

nəticələrini və tövsiyələri müsbət qarşılayır. 

 

İlk Səlahiyyətlərin Əhatə Dairəsinə əsasən,



 

ASTK –nın fəaliyyəti 2009-cu ilin sonunda 

başa çatır. Komissiya özünün üçüncü hesabatında BP ilə  işləməyi davam etdirmək 

istəyini ifadə etmişdir. Biz Komissiyanın 2007-ci ildən bəri Azərbaycandakı sosial 

fəaliyyətimizlə bağlı BP şirkətinə göstərdiyi müstəqil çağırışlar, məsləhətlər və zəmanəti 

dəyərləndiririk. Buna görə  də, biz Komissiyanın fəaliyyətini növbəti iki il müddətinə 

artırmağa məmnunuq. Biz inanırıq ki, bu müddət  ərzində ASTK ilə  əməkdaşlığımızın 

səmərəliliyi davam edəcək və ölkədə sosial fəaliyyətimizi gücləndirməkdə bizə yardım 

edəcək. 

 

Əvvəlki cavablarda olduğu kimi, biz Komissiya tərəfindən üçüncü hesabatda təqdim 



edilmiş təkliflərdən hər birinə cavab verməyi nəzərdə tutmuruq. Əvəzində biz diqqəti cari 

fəaliyyətimizə yönəldəcəyik və  həm BP, həm də Azərbaycan üçün faydalı olan 

təkmilləşdirmə sahələrini müəyyənləşdirəcəyik . Bizim cavabımız aşağıdakı mövzulara 

bölünür: 

 



 



İş göstəricilərinin giymətləndirilməsi 

 



Şəffaflıq 

 



Bilik və bacarıqların artırılması və təsirlər 

 

Həm bizim cavabımız, həm də ASTK-nın Hesabatı (Komissiya razı olduğu təqdirdə) 



www.bp.com/caspian

  internet səhifəmizdə yerləşdiriləcək.  

 

İŞ GÖSTƏRİCİLƏRİNİN GİYMƏTLƏNDİRİLMƏSİ 

 

Hüdudlar: 

 

Biz insan hüquqları, yaxşı idarəetmə  və  şəffaflığın inkişaf etdirilməsində  və 



Azərbaycanda davamlı inkişaf təşəbbüslərinin dəstəklənməsində  səylərimizi davam 

etdiririk. Bu fəaliyyətlər korporativ sosial məsuliyyət hüdudlarının genişləndirilməsi kimi 

hesab edilir və biz bunu Komissiya tərəfindən üçüncü hesabatda etiraf edilməsindən 

məmnunuq. 

 

Göstəricilərin işlənib hazırlanması: 

                                                 

1

 Bundan sonra Azərbaycan Sosial Təhlil Komissiyası ya ASTK, ya da Komissiya adlandırılacaq 




 

Biz Komissiyanın Göstəricilər Toplusuna təhsil, təmiz sudan istifadə imkanı  və kifayət 

qədər qidalanmama üzrə üç əlavə göstəricinin daxil edilməsi tövsiyəsini nəzərə almışıq. 

Biz bu göstəriciləri topluya daxil edəcəyik, lakin onlar ehtiyatla anlaşılmalıdır; məsələn, 

kifayət qədər qidalanmama ilə əlaqədar Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında olan ən 

son göstəricilər yalnız 2003-2005-ci illəri əhatə edir, ölkədəki faktiki vəziyyət isə son bir 

neçə il ərzində xeyli dəyişmiş ola bilər.  

 

Biz həmçinin, Komissiyanın bütün şirkətdənkənar göstəricilər üçün mənbələri daxil 



etmək təklifini nəzərə alırıq. İstinad edilmənin mümkün olması üçün biz gələcəkdə bütün 

şirkətdənkənar mənbələri sənəddə göstərəcəyik.   

 

Biz sosial və iqtisadi tendensiyaları, eləcə  də, bizim Azərbaycandakı  fəaliyyətimizi  əks 



etdirən Göstəricilər Toplusunun yenilənməsini davam etdirməyi planlaşdırırıq. Biz 

inanırıq ki, bu Toplu bizim sosial fəaliyyətimizin istiqamətləndirilməsinə yardım etməkdə 

yenə də faydalı vasitə olacaq.  

 

Tövsiyə reyestri: 

 

Biz Komissiyanın sosial fəaliyyəti təkmilləşdirmək üçün müxtəlif vaxtlarda BP şirkətinin 



şirkətdənkənar mütəxəssislərinin məsləhətlərinin izlənməsində Tövsiyə reyestrinin 

faydalı vasitə olması haqqında fikri ilə razılaşırıq. Biz Reyestri müntəzəm olaraq 

yeniləşdirilmiş formada saxlamağı  və mümkün və faydalı hesab etdiyimiz tövsiyələri 

yerinə yetirmək üçün görülən tədbirlər haqqında ASTK-nı  məlumatlandırmağı  nəzərdə 

tuturuq. Reyestr həmçinin BP daxilində daxili zəmanət prosesləri üçün əhəmiyyət daşıyır. 

 

Fəaliyyətin monitorinqi və qiymətləndirilməsi: 

 

BP Azərbaycan mütəmadi olaraq öz sosial fəaliyyətinə  nəzarəti davam etdirir. 2005-ci 



ildə biz, Azərbaycanda İcma İnkişafı Təşəbbüsünün

2

 orta müddətli qiymətləndirilməsini 



həyata keçirmişik. Biz həmçinin, ASTK-nın əlavə beş-altı illik qiymətləndirmə aparmaq 

tövsiyəsini nəzərdən keçiririk. Bundan başqa, biz ASTK ilə  əməkdaşlığımızı çağırış, 

məsləhət və  zəmanət vasitəsilə Azərbaycanda sosial proqramlarımızı daha da 

təkmilləşdirməyə yardım edəcək şirkətdənkənar monitorinq vasitəsi kimi qəbul edirik.   

 

İqtisadi sahəyə təsirin qiymətləndirilməsi: 

 

Komissiyanın məsləhətinə  əsasən, BP Azərbaycan DTZ Pieda Consulting şirkəti 

tərəfindən hazırlanmış,  Şotlandiya və Birləşmiş Krallığın (BK) iqtisadiyyatına BP-nin 

iqtisadi təsiri tədqiqatını nəzərdən keçirmişdir. Bu tədqiqatın məqsədləri (a) BP-nin həm 

Şotlandiya, həm də BK iqtisadiyyatında məşğulluq və gəlirlərə təsirini müəyyən etmək; 

və (b) BP-nin təchizatçı  şirkətlərdə yeni texnologiyaların inkişafı  və  tətbiqinə, habelə 

yüksək texnologiya sektorlarında şirkətlərin inkişafına təsirini təhlil etmək olmuşdur.  

 

                                                 



2

 Bu keçmişdə İcma Sərmayə Proqramı (İSP) adlandırılmışdır. 




Qeyd etmək istərdik ki, biz Azərbaycana birbaşa və dolayı yolla etdiyimiz təsir haqqında 

anlayış  əldə etmək üçün əsas göstəricilərin  əksəriyyətini xüsusilə ölkədəki birbaşa və 

dolayı xərclərimiz, birbaşa və dolayı məşğulluq və digər müvafiq məlumatların izlənməsi 

ilə müəyyən edirik. Ona görə  də, bu mərhələdə biz məşğulluq və  gəlirə  təsirimizi 

qiymətləndirən ayrıca Şotlandiyada keçirilmiş kimi tədqiqatın əlavə dəyərini görmürük. 

Biz həmçinin düşünürük ki, BP-nin Azərbaycanda yüksək texnologiya sektorlarının 

inkişafına təsirinin təhlili bu mərhələdə  hələ tezdir, lakin biz həmin təhlilləri növbəti 

illərdə nəzərə ala bilərik. 

 

Təhlükəsizlik: 

 

2009-cu ilin aprel-may aylarında BP şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) və  Cənubi 

Qafqaz Boru Kəməri (CQBK) marşrutu boyunca yerləşən regionlarda və  Səngəçal 

Terminalının yaxınlığında yerləşən yaşayış məntəqələrində sorğu keçirmişdir. Sorğunun 

əsas məqsədi Təşkilatlararası Təhlükəsizlik Komitəsinin (TATK) fəaliyyətlərinin təsirini 

qiymətləndirmək, eləcə də, əhali və TATK arasında ünsiyyət və əlaqələrdəki boşluqları 

müəyyən etməkdir. Bu məqsədlə, 1070 müsahibə keçirilmişdir. Nəticələr çox 

təqdirəlayiqdir. İcmaların TATK və onun fəaliyyətləri haqqında məlumatlılığı yüksəkdir. 

İcma üzvləri TATK ilə  əlaqələrindən  əsasən razıdırlar. TATK iclaslarında iştirak etmiş 

ictimaiyyət üzvlərinin  əksəriyyəti həmin iclaslarda təqdim edilmiş  təlimatlara riayət 

edirlər. Biz növbəti görüşümüz zamanı Komissiyaya bu sorğu haqqında  əlavə 

təfərrüatları təqdim etməkdən məmnun olarıq. 

 

İnsan hüquqları: 

 

Komissiya BP şirkətinə  təhlükəsizlik və insan hüquqları üzrə öhdəliklərini saxlamağı 

tövsiyə edir. Biz Komissiyanı  əmin edirik ki, Təhlükəsizlik və  İnsan Hüquqlarının 

Könüllü Prinsipləri (KP) ilə uyğunluğumuz bizim ən yüksək prioritetlərimizdən biri 

olmaqda davam edir. KP-in həyata keçirilməsi və icmanın təhlükəsizliyi mədəniyyətini 

inkişaf etdirməkdə  əldə etdiyimiz nailiyyəti etiraf edərək və 2004-cü ildən bəri dörd 

şirkətdənkənar monitorinq dövrünü tamamladığımızı  nəzərə alaraq, indiki qərarımız 

2009-cu ildə  şirkətdənkənar monitorinq keçirməməkdir. Buna baxmayaraq, BP şirkəti 

KP-lərlə uyğunluğunun daxili monitorinqini davam etdirəcək. Bu proses BP Qrup 

miqyaslı təlimatlara uyğun olaraq davam etdiriləcək və illik keçiriləcəkdir. Lakin, bizim 

müntəzəm daxili monitorinqimiz gələcəkdə  şirkətdənkənar monitorinqin yenidən 

keçirilməsinin mümkünlüyünə maneə yaratmır.  

 

ŞƏFFAFLIQ: 

 

Əlaqələr: 

 

Biz Azərbaycanın vətəndaş  cəmiyyəti ilə açıq,  şəffaf və  mənalı dialoqun aparılması 



öhdəliyini daşıyırıq. Bu məqsədlə, biz müxtəlif metodlardan istifadə edir, o cümlədən, 

fəaliyyətlərimiz haqqında vaxtaşırı ictimai hesabatlar verir, maraqlı tərəflərin fikirlərinin 

mütəmadi monitorinqini keçirir, vətəndaş  cəmiyyəti ilə xüsusi məqsədlə  və  rəsmi 

məsləhətləşmələr aparırıq. Biz ASTK-nə planlaşdırmanı  təkmilləşdirmək yolları  və 




mütəmadi keçirilən BP - Vətəndaş  Cəmiyyəti görüşlərinin tezliyini artırmaq haqqında 

verdiyi tövsiyələrə görə  təşəkkür edirik. Qeyd edilməlidir ki, belə görüşlərə tikinti 

fazasında daha çox ehtiyac duyulurdu və onlar dövri (rüblük) keçirilirdi. İndi biz 

əməliyyat mərhələsindəyik və iclasların hәr iki tәrәfә hiss edilə biləcək fayda vermәsini 

tәmin etmәk mәqsәdilә, onlar üçün uyğun  format vә gündəlik haqqında düşünәcәyik.         

 

 



Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT)  

Biz Azərbaycanda MSŞT-nin həyata keçirilməsində  mədən sənayesi  şirkətləri, 

Azərbaycanın Dövlət Neft Fondu və qeyri-hökumət təşkilatları (QHT) koalisiyası ilə 

əməkdaşlığı davam etdiririk. 2009-cu ilin avqust ayında BP Azərbaycan  2009-cu ilin 

yanvar-iyun dövrünü əhatə edən on birinci MSŞT hesabatını müstəqil audit şirkətinə 

təqdim etmişdir.  Biz Azərbaycan hökumətinə gəlirlərin köçürülməsi haqqında tam illik  

təfərrüatlı  məlumatlarımızı 

www.bp.com/caspian/2008sr

 internet səhifəsində  əlverişli 

olan illik Davamli İnkişaf haqqında hesabatlarımızda təqdim edirik. 

 

Səngəçal Terminalının ətrafında yaşayan icmalarla əlaqələr 

 

Biz ASTK-ya BP və  Səngəçal terminalının  ətrafında yaşayan icmalar ilə bağlı ümumi 



meylliliklər haqqında təəssüratların bölüşdürülməsi, mümkün anlaşılmazlıq riskləri ilə 

bağlı problemlərin işıqlandırılması və əlaqələri təkmilləşdirmək haqqında fikirlərin təklif 

edilməsinə görə təşəkkür edirik. 

 

Yerli icmalarla Səngəçal terminalının  əlaqələrini yaxşılaşdırmaq üçün xüsusi təyin 



edilmiş  Əlaqələr və Xarici İşlər (Ə  və  Xİ) heyəti yaradılmışdır. Heyət son iki ildə, 

xüsusilə, uzun müddətli köçürülmə  məsələlərinin yekunlaşdırılmasında irəliləyişə nail 

olmuşdur və biz gələcəkdə bu nailiyyətlərə əsaslanmağı planlaşdırırıq. Heyət hal-hazırda 

Səngəçal Terminalının  İştirakçılarla  Əlaqə üzrə  İdarəetmə Planını  işləyib hazırlayır, bu 

plan istismar mərhələsində, o cümlədən, fövqəladə hallar zamanı ünsiyyət  qurulması 

çərçivəsini müəyyən edəcək.   

 

Biz icmalarla mütəmadi məsləhətləşmə və məlumatlandırma sessiyaları vasitəsilə maraqlı 



tərəflərlə danışıqlarımızı daha da təkmilləşdirməyi planlaşdırırıq. Bu görüşlərdə    biz 

istismar yeniliklərini, müvafiq Sağlamlıq, Təhlükəsizlik və  Ətraf Mühitin Mühafizəsi 

(SƏTƏM) məlumatını, İcma İnkişafı Təşəbbüsünün yeniliklərini haqqında məlumatlar ilə 

paylaşmağı davam etdirəcək, ictimaiyyətin müxtəlif problemlərinə cavab verəcək və 

onlardan rəylərini alacağıq. Bundan başqa, biz BP tərəfindən idarə olunan İctimai 

İnformasiya Mərkəzlərindən və Xəzər Enerji Mərkəzindən istifadəni davam etdirəcək və 

ictimaiyyətlə gündəlik əlaqələrin idarə edilməsinə İctimai  Əlaqələr üzrə  Məsul  Şəxsləri 

(İƏMŞ) daha məqsədəuyğun cəlb etmək yollarını müəyyən edəcəyik.  

 

İş yerləri haqqında elanlar: 

 

Biz Komissiyanın boş  iş yerləri haqqında məlumat verməklə, terminal yaxınlığındakı 

ictimaiyyətə yardım etmək tövsiyəsini qiymətləndiririk. Qeyd etmək istərdik ki, icmalar 

həmin məlumatı media, habelə hökumət tərəfindən mütəmadi təşkil edilən  əmək 

yarmarkaları vasitəsilə  əldə edə bilər.  Bu yarmarkalar ərzində özəl və dövlət 



müəssisələri, xüsusilə  də, Qaradağ rayonunda layihələrə  cəlb edilmiş müəssisələr iş 

elanlarını  təqdim edirlər. BP şirkətinin işəgötürmə proqramları haqqında məlumat 

Səngəçal Terminalın  ətrafında BP şirkətinin  İctimai  İnformasiya Mərkəzləri vasitəsilə 

yayılır. Biz hər hansı  gələcək tikinti layihələri, məsələn Çıraq Neft Layihəsi kimi 

layihələr  ərzində müxtəlif vasitələrlə yerli sakinlər üçün məşğulluq imkanları haqqında 

elan verməyi davam etdirməyi planlaşdırırıq. 

 

 

Daha geniş əlagələr: 

 

Komissiya Mərkəzi Azəri platformasında qaz sızması hadisəsi haqqında məlumatların 



şirkətdən kənarda olduğundan daha çox, BP daxilində yayıldığını müşahidə etmişdir.  

 

Biz biznesimizin inkişafı, o cümlədən hadisələr, icra mərhələləri, nailiyyətlər və 



problemlər haqqında bütün iştirakçılarımızı  məlumatlandırmaq və mütəmadi bu 

informasiyaları yeniləmək öhdəçiliyimizi davam etdiririk. Bu məqsəd üçün Şirkət 

tərəfindən təsdiq edilmiş prosedur və mexanizmlər mövcuddur və bunlara ciddi riayət 

edilir.  

 

Mərkəzi Azəri qaz sızması hadisəsinə gəldikdə, bu haqda əvvəlcə bütün şirkətdənkənar 



maraqlı  tərəflərə, o cümlədən, hökumətə, tərəfdaşlara, ümumi ictimaiyyətə (media 

vasitəsilə), QHT-lərə  və kreditorlara lazımi informasiya verilmişdir. Vəziyyət inkişaf 

etdikcə biz, bütün iştirakçılara hadisə ilə bağlı yenilikləri mütəmadi təqdim etmiş  və 

onların bütün suallarına və narahatlıqlarına cavab vermişik. Bu yeniliklərdən bəziləri 

bizim 

www.bp.com/caspian



 internet səhifəmizdə yerləşdirilmişdir. 

 

Təchizatçılarla korrupsiya risklərinin azaldılması: 

           

Komissiya BP şirkətinin  şəffaflığın artırılması  və  təchizatçılarda korrupsiyanın 

azaldılmasına təsir etməyə və podratçılarımızın ədalətli işəgötürmə fəaliyyətlərinin təmin 

etməyə çağırmışdır. Biz bu yaxınlarda BP şirkətininin işçi heyəti üçün Rüşvətxorluq və 

Korrupsiyaya Qarşı (RKQ) üzbəüz təlim kurslarını  tətbiq etmişdik. Üçüncü tərəflərin 

müqavilə öhdəliklərinə riayət etməsinə  nəzarəti həyata keçirmək üçün, BP Azərbaycan 

Təchizatçıların Audit Proqramını işə salmışdır. BP şirkətininin ən yüksək 10 təchizatçısı 

(xərclərə görə) və riskin qiymətləndirilməsi təcrübəsində müəyyən edilmiş  təchizatçılar 

Proqram üçün seçilmişdir. Təchizatçıların Audit Proqramı illik təşəbbüsə çevriləcək və 

Qaydalara Riayət və Audit heyəti tərəfindən idarə ediləcək. Bütün yerli təchizatçıların 

əsas işçi heyəti üçün Davranış Kodeksi və RKQ ilə tanışlıq tələb olunur. Biz Davranış 

Kodeksinin surətini hər hansı yeni təchizatçıların seçilməsi tədbiri sənədlərinə  əlavə 

edirik. Biz təchizatçının fəaliyyətinin idarə edilməsi prosesinin bir hissəsi kimi qaydalara 

riayət/etika üzrə  əsas icra göstəricilərini tətbiq etmişik. BP şirkətininin müqavilə 

formalarında və korrupsiyaya qarşı müddəalar və satınalma proseslərində yeni müvafiq 

yoxlama proseduraları bizim maddi-texniki təchizat prosesimizə daxil edilmişdir. 

 

BİLİK VƏ BACARIQLARIN ARTIRILMASI VƏ TƏSİRLƏR 

 



2009-2011–ci illər üzrə strategiya: 

 

Bizim 2009-2011-ci illər üzrə maraqlı  tərəflərin cəlb edilməsi strategiyamız keçmiş 

fəaliyyətlərimizdən  əldə edilən təcrübəyə  əsaslanır. BP və tərəfdaşlarımız tərəfindən bu 

strategiya üzrə hesablanmış illik xərclər üç ölkə üçün 10 milyon ABŞ dollarına qədər 

olacaq. Azərbaycanda əsas diqqət yerli müəssisələrin, icmaların və gəlirin idarə edilməsi 

bilik və bacarıqların inkişaf etdirilməsi üzərində qalacaq. Bizim maddi-texniki təchizat 

prosesimizlə  əlaqədar yerli müəssisələrin inkişafı proqramları biznesimizin yerli 

ehtiyatları artırmaq və regionda iqtisadi cəhətdən səmərəli neft əməliyyatlarına təkan 

vermək üçün davam etdiriləcəkdir. Qonşu ictimaiyyətlər üçün potensial imkanların 

artırılması bizim buna bənzər proqramlarda əvvəlki nailiyyətlərimizə  əsaslanacaq və 

hədəf icmaların tələbatlarına ünvanlanacaq. Bizim gəlirin idarə edilməsi imkanlarının 

inkişafı  təşəbbüslərimiz mədən sənayesi tərəfindən yaranan böyük miqyaslı  gəlirlərin 

daşıdığı böyük risklər və problemlərə qarşı cavab tədbirlərini əks etdirir. Bu təşəbbüslər 

ölkə hökumətinin yaxşı idarəetmə  səyləri ilə uyğunlaşdırılacaq. Biz Komissiyanın 

Məntiqi Çərçivə Yanaşması (MÇY) ilə tanış olmaq və ondan istifadəni nəzərə almaq 

tövsiyəsinə diqqət yönəldirik. Komissiya MÇY-nı müxtəlif layihələrin məqsədlər, strateji 

əlaqələr və inkişaf nailiyyətləri nöqteyi-nəzərindən vəhdətə çevrilməsini təmin etmək 

vasitəsi kimi təklif edir. Biz bu təklifi alqışlayırıq və qeyd etmək istərdik ki, BP şirkəti 

MÇY ilə tanışdır. Hər hansı yeni layihənin  əvvəlki nailiyyətləri və artıq qurulmuş 

müvəffəqiyyəti gücləndirməsini təmin etmək BP şirkətinin  əsas marağıdır. Bu, bizim 

ümumi Davamlı  İnkişaf Strategiyamıza daxil edilmişdir və  təkliflərin irəli sürülməsi 

prosesi  ərzində bizim icraçı  tərəfdaşlarımızın məlumatlandırıldığı  İcma  İnkişaf 

Strategiyamızda xüsusilə qeyd edilmişdir.  

 

Yeni fikirlərin gətirilməsi: 

 

Biz Komissiyanın yeni fikirlər gətirmək üçün işçi heyətini  şirkətdaxili yerdəyişmə  və 



ictimai inkişaf və  əlaqələrin qurulmasında təlimlər vasitəsilə bacarıqların inkişafını 

gücləndirmək tövsiyəsini qiymətləndiririk. BP şirkəti inkişaf fəaliyyətlərinə cəlb edilmiş 

işçiləri arasında təcrübə mübadiləsini dəstəkləyir. Məsələn, işçi heyətimiz üçün 

Gürcüstan, Türkiyə və Azərbaycanda çox sayda ölkələrarası davamlı inkişaf forumlarını 

təşkil etmişik. Bu forumlara Londonda yerləşən Ətraf Mühitin Mühafizəsi və İnkişaf üzrə 

Beynəlxalq  İnstitutu (ƏMMİBİ) vasitəçilik etmişdir. 2007-2009-cu illərdə BP-nin 

müraciətinə  əsasən,  ƏMMİBİ  həmçinin,  şirkətin davamlı inkişaf fəaliyyətlərinə  cəlb 

edilmiş işçiləri üçün tədqiqat səfərləri və təlim proqramları təşkil etmişdir.  

 

İcma proqramları: 

 

Komissiya BP şirkəti və onun tərəfdaşları tərəfindən təyin edilmiş Davamlı Ətraf mühit 



və  İqtisadi  İmkanlar (DƏMİİ) proqramında marağını ifadə etmişdir. Biz DƏMİİ 

proqramının hal-hazırda Eyvazlılarda müvəffəqiyyətlə başa çatdırıldığını məmnuniyyətlə 

bildiririk. Yekun hesabat layihənin təyin edilmiş  məqsədləri ilə müqayisədə yaxşı 

nailiyyətlər göstərmişdir. 

 



Biz bu yaxınlarda Tovuz rayonunun Xatınlı  ərazisində  kənd təsərrüfatı sektorunun 

gücləndirilməsi məqsədilə iqtisadi inkişaf istiqamətində layihəni maliyyələşdirmişik. Bu 

layihə ictimaiyyətin üzləşdiyi əsas problemlər, o cümlədən aşağı məhsuldarlıq, torpağın 

qüvvədən düşməsi, kənd təsərrüfatı məhsullarının saxlanılması vasitələrinin çatışmazlığı 

və işgüzar bacarıqların çatışmazlığı və s. öhdəsindən gələcək. Bu layihə həmçinin enerji 

səmərəliliyi və alternativ enerji üzrə qabaqcıl proqramlara bizim davamlı dəstəyimizi əks 

etdirir. Bu layihənin bir hissəsi kimi biz il ərzində qazın maye yanacağa emalının 

alternativ mənbəyini təmin etməklə ev təsərrüfatı xərclərini azaldan bioqaz qurğusunun, 

mətbəx plitəsinin quraşdırılmasını  nəzərdə tuturuq. Bu prosesin yan məhsulu yüksək 

keyfiyyətli üzvi gübrə olacaq və bu da öz növbəsində gübrələr üçün xərclərin azalmasına 

səbəb olacaq. 

 

Komissiya  əvvəlcədən uğurlu olan Ümid İcma  Əsaslı  Təşkilatının (İƏT) inkişafının 



davamlı olmamağı haqqında öz narahatlığını ifadə etmişdir. Biz bu fikirlə razılaşır və 

nəzərə çatdırırıq ki, İƏT  əsasən həm ictimaiyyət, həm də  İƏT-in özü daxilində 

parçalanma ilə əlaqədar özünəməxsus problemlər toplusuna malik olan xüsusi vəziyyəti 

əks etdirir. Biz Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) və ya İƏT-lərdə BP və 

tərəfdaşlarımız tərəfindən maliyyələşdirilən bənzər müdaxilələri planlaşdırarkən bu 

təcrübədən öyrəndiklərimizi nəzərə alacağıq. 

 

Biz Komissiyanın ədris proqramlarımızı dəyərli hesab etməsindən məmnunuq. Biz BTC 



boru kəməri və Bakı dəhlizi boyunca yerləşən icmalarda bu təşəbbüsü dəstəkləyirik. Bu 

yüksək tələbatlı proqram yalnız gənclərin işə götürülməsi və gəlirin yaradılmasına təkan 

vermir, həm də, burada biliklərin mənimsənilməsində qabaqcıl standartlar və təcrübələrin 

müəyyən edilməsinə səy göstərir.  

 

Biz uğurlu inkişafın çox vaxt şirkət, vətəndaş  cəmiyyəti və hökumətin birgə  səylərinin 



nəticəsi olması haqqında Komissiyanın fikri ilə razılaşırıq. Üçtərəfli  əlaqələrin 

gücləndirilməsi ictimai inkişaf məqsədlərindən biri və layihənin qiymətləndirilməsi və 

təsdiqi üçün əsas meyardır  və bu əlaqələr artıq regional və dövlət səviyyəsində mühüm 

nəticələr göstərmişdir. Bu yaxınlarda biz üçtərəfli  əməkdaşlığın “birləşmiş büdcə 

təşəbbüsü” adlandırılan yeni modelini yekunlaşdırmışıq. Yerli hökumət, bizneslər, 

icmalarç  və BP və onun tərəfdaşları bu icmalarda sosial layihələrin inkişaf etdirilməsi və 

həyata keçirilməsində    əməkdaşlıq etmişlər. Maliyyə  vəsaiti üçün yerli hökumət və 

bizneslərə necə müraciət etmək üzrə ictimaiyyətə  təlim keçilmişdir. Biz bu modeldən 

olan üç layihəni müvəffəqiyyətlə tamamlamışıq və uyğun olan hallarda buna bənzər 

təşəbbüsləri dəstəkləməyə davam edəcəyik. 

 

Təhsil proqramları: 

 

Komissiya BP şirkətinə öz proqramlarını hökumətin inkişaf proqramları ilə inteqrasiya 

etmək və uyğunlaşdırmağı tövsiyə etmişdir. Məsələn, Komissiya BP və  tərəfdaşları 

gənclərin xaricdə təhsilinin təmin edilməsinə xərclərinin eyni hökumət proqramı ilə necə 

uyğun olmasını  nəzərdən keçirmək təklifini etmişdir. Biz bildirmək istərdik ki, BP və 

tərəfdaşlarımız tərəfindən Azərbaycanda həyata keçirilən təhsil və potensial imkanların 

artırılması təşəbbüsləri hökumətin səyləri ilə uyğunlaşdırılır. 



  

2001-ci ildən bəri  BP  öz  tərəfdaşları adından təxminən 65 Azərbaycan tələbəsini ABŞ, 

BK, Türkiyə  və Azərbaycanda mühəndislik və yer haqqında elmlər üzrə bakalavr və 

magistr dərəcələrini almaq üçün təqaüdlə təmin etmişdir. Yeddi azərbaycanlı tələbə BK-

da biznes idarəçiliyi, iqtisadiyyat, ətraf mühitin idarə edilməsi və dövlət idarəçiliyində 

magistr dərəcəsi təhsilini davam etdirmək üçün təqaüd almışdır. 2007-ci ildə BP Təqaüd  

Proqramına (Bursary) başlamış  və indiyə  qədər Azərbaycanda təhsillərinə  dəstək üçün 

115 tələbəni təqaüdlə  təmin etmişdir. Biz həmçinin, orta məktəb  şagirdlərini pulsuz 

dərsliklərlə təmin etmək və onların qəbul imtahanlarına daha yaxşı hazırlaşması və daha 

yaxşı karyera seçimi etməsinə yardım göstərməklə təhsili dəstəkləyirik.  

 

Səngəçal Terminalının təsiri: 

 

Biz icmaların səhiyyə məsələləri ilə bağlı narahatlıqlarından xəbərdarıq. Bizim icmalarla 



əlaqə strategiyamızın məqsədi məlumatlılığın artırılması  fəaliyyətləri, Terminalın 

əməliyyatları  və Sağlamlıq, Təhlükəsizlik və  Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) 

haqqında müvafiq məlumatı açıqlamaq və ictimaiyyətin suallarına mütəmadi cavab 

verməklə bu narahatlıqları aradan qaldırmaqdır. 

 

Biz Səngəçal Terminalında qazın məşəldə yandırılması ilə bağlı Komissiyanın 



narahatlığını  və onun qazın məşəldə yandırılmasının azaldılması planında marağını 

yüksək qiymətləndiririk. 2007-ci illə müqayisədə Səngəçal Terminalı 2008-ci ildə inkişaf 

etdirilmiş texniki planın həyata keçirilməsi ilə, qazın məşəldə yandırılmasının 10% 

azaldılmasına nail olmuşdur. 2009-cu ilin əvvəlində Səngəçal Terminalının SƏTƏM və 

mühəndislik heyətləri 2009/2010-cu il üçün Qazın Məşəldə Yandırılmasının 

Təkmilləşdirilməsi Planını yeniləmişdir. Bu texniki planın həyata keçirilməsi 2010-cu 

ildə qazın məşəldə yandırılmasının daha da azalmasına nail olmaq istiqamətindədir. 

 

Biz Komissiyanın Sağlamlığa Təsirin Qiymətləndirilməsini (STQ) təhlil etməsindən öz 



məmnunluğumuzu bildiririk. STQ səhiyyə yardımı proqramı vasitəsilə Terminalın sərhəd 

xəttindən kənardakı  ətraf icmalara dəyən təsirin necə azaldılması haqqında məsləhətlər 

verir. STQ Səngəçal Terminalının təsirini keçmişlə  əlaqədar və perspektiv olaraq 

qiymətləndirəcək. Keçmişlə  əlaqədar STQ keçmişdə baş vermiş qurğu/layihə 

fəaliyyətlərini təhlil edir və mövcud problemlərlə əlaqədar ictimaiyyətin narahatlıqlarına 

cavab verir. Bu, keçmiş layihə/qurğu  əməliyyatları ilə bağlı ümumi ictimaiyyətin /əsas 

iştirakçıların narahatlıqlarının ilkin mərhələdə araşdırılması üçün vasitədir.  Perspektiv 

STQ-də terminalın gələcək  əməliyyatları  və genişləndirilməsi və ictimaiyyətə  təsir 

potensialı nəzərə alınacaq. 2010-cu ildə biz STQ ilə faydalı məlumatların hazırlanmasını 

gözləyirik ki, bu da bizim ictimai məlumatlandırma və məsləhətləşmə strategiyalarımızın 

planlaşdırılması və həyata keçirilməsinə yardım edəcək.  

 

Təhlükəsizlik və insan haqları: 



 

BP şirkəti öz işçilərinin rifahını və təhlükəsizliyini mühafizə etmək öhdəliyi daşıyır. Ölkə 

üzrə Böhran Planımız (ÖBP) bu öhdəliyi dəstəkləyir. ÖBP fövqəladə hallara cavab 

tədbirlərinin müxtəlif gözlənilən səviyyələrini əks etdirir. 




 

BP-nin məsul fəaliyyət göstərmə üzrə daxili zəmanət prosesi ilə bağlı ASTK-nın qeydinə 

cavab olaraq, nəzərinizə çatdırırıq ki, BP bütün işçilərinin hüquq və  ləyaqətinə hörmət 

edir.  Əməklə bağlı  hər hansı  məsələlərə  əməyin idarə edilməsi çərçivəsinin bir hissəsi 

kimi baxılır. ARDNŞ  və  həmkarlar ittifaqları ilə  məsləhətləşmə aparmaqla, biz 

podratçılarımızın işi ilə əlaqədar əmək məsələlərini aradan qaldırmaq üçün mövcud olan 

tədbirlərdən istifadəni davam etdiririk. Biz inanırıq ki, Azərbaycanda şirkətin çoxmillətli 

işçi heyəti üçün qarşılıqlı etibar və hörməti  əhatə edən iş mühitini yaratmışıq. BP bu 

yanaşmanın həyata keçirilməsini uzun müddət ərzində davam etdirəcək.  

 

BP  şirkətinin risklərin qiymətləndirilməsi prosesinin bir hissəsi kimi, biz ölkədə insan 



haqları və qanunun aliliyi prinsipi ilə əlaqədar vəziyyətin qiymətləndirilməsini mütəmadi 

həyata keçiririk. Bundan başqa, biz göstərilən sahələrdə  hər hansı yeni təşəbbüslərdən 

məlumatlı olmaq üçün hökumət və Bakıda yerləşən beynəlxalq təşkilatlarla müntəzəm 

əlaqə saxlayırıq. Buna baxmayaraq, biz hesab edirik ki, Azərbaycanda insan hüquqları və 

qanunun aliliyi prinsipi üçün BP şirkətinin istənilən birbaşa dəstəyi qəbul edən 

hökumətin tələbi ilə  həyata keçirilməlidir.  Əvvəlki illərdə olduğu kimi biz müvafiq 

imkanlar ortaya çıxdıqca onları qarşılamağa hazırıq.  

 

2009-cu ildə biz BP tərəfindən idarə olunan qurğuların təhlükəsizliyini təmin edən “Titan 



D” özəl təhlükəsizlik təchizatçısı üçün əsas insan hüquqları prinsipləri və  təcrübələri 

haqqında təlimin keçirilməsində vasitəçi olmuşduq. Bu təlim beynəlxalq standartlar

müvafiq qanunvericilik və BP-nin dəyərləri haqqında təlimdə iştirak edənlərin biliklərini 

artırmaqla, işçilər və xarici şirkətdənkənar qonaqlara səmərəli ünsiyyət aparmaqla 

mühafizəçilərin bacarıqlarını inkişaf etdirir. 2009-cu ilin sonuna qədər biz Azərbaycanda 

BP tərəfindən idarə olunan layihələrdə işləyən bütün təhlükəsizlik mühafizəçilərinə insan 

hüquqları təliminin keçirilməsini planlaşdırırıq.  

 

2009-cu ildə biz BTC və CQBK boru kəmərləri boyunca 13 rayonun hamısında 



təhlükəsizlik komissiyalarını yaratmışıq. Bu komissiyaların vəzifə  və öhdəlikləri rayon 

İcra Hakimiyyəti başçıları tərəfindən imzalanmış xüsusi əmrlərdə formalaşdırılmışdır. Bu 

komissiyalar həmçinin, Təhlükəsizlik və  İnsan Hüquqları üzrə Könüllü Prinsiplərin 

həyata keçirilməsi və insan hüquqlarının pozulması ilə bağlı  hər hansı bildirişə cavab 

olaraq araşdırmalarda yardım etmək üçün məsuliyyət daşıyacaq. Bu komissiyaların təsis 

edilməsi ölkədə insan hüquqlarına hörmətin təbliğ edilməsində növbəti mühüm addımdır. 

 

Həmçinin, qeyd edilməlidir ki, biz İkitərəfli Təhlükəsizlik Protokoluna riayət edərək, 



insan hüquqlarının pozulması haqqında bildirişlərə cavab olaraq, əməkdaşlıq və 

araşdırma üzrə proseduraları ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və 

Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi  İdarəsi ilə razılıq  əldə etmişik. Biz bu 

prosedurların layihəsini nəzərdən keçirilməsi üçün Nazirlər Kabinetinə göndərmişik və 

sənədi 2009-cu ilin sonuna qədər imzalamağa ümid edirik. 

 

Yerli ehtiyatlar: 



 


BP  şirkəti müqavilələrimizdə  iştirak edən  şirkətlərin sayını  və yerli imzalanan 

müqavilələrin dəyərini artırmaqla, Azərbaycanda biznesimizin yerli ehtiyatlardan 

istifadəni maksimallaşdırmağa tərəfdardır. 

 

Bu öhdəliyə uyğun olaraq, biz BP, onun birgə  iştirakçıları  və Beynəlxalq Maliyyə 



Korporasiyası (BMK) arasında birgə layihə - 15 milyon ABŞ dolları  dəyərində 

“Təchizatçı Müəsissələri Maliyyələşdirmə Mexanizmlərini” (TMMM) yaratmışıq. 2006-

cı ilin sonundan etibarən, TMMM neft və qaz sənayesinə müxtəlif xidmətlər göstərən 

yerli  şirkətləri təxminən 2 milyon ABŞ dolları  məbləğində kreditlə  təmin etmişdir. 

Maliyyə vəsaitlərindən asan və şəffaf istifadəni təmin etməkdən başqa, TMMM şirkətin 

BP ilə müqaviləni zəmanət kimi istifadə etməyə imkan yaradır.  Bu  da  Azərbaycanda 

özünəməxsus bir yanaşmadır. 2008-ci ilin sonunda bu qabaqcıl maliyyələşdirmə 

mexanizmi BP və onun təchizatçıları arasında ümumi 10.6  milyon ABŞ dolları 

dəyərində müqavilələrin icrasını dəstəkləmişdir.  

 

Sahibkarlığın  İnkişafı  və  Təlim Proqramı (SİTP) yerli müəssisənin inkişafına 



göstərdiyimiz dəstəyin digər bir nümunəsidir. SİTP BP-nin və onun birgə iştirakçılarının 

potensial yerli təchizatçılarını müəyyən edir, inkişaf etdirir və onlara təlim keçir. 

Proqramın bir hissəsi kimi, yerli şirkətin imkanlarının və çatışmazlıqlarının hərtərəfli 

təhlili aparılır. Bu fəaliyyətin təkmilləşdirilməsi planının inkişafı və həyata keçirilməsi ilə 

davam etdirilir. 2008-ci ildən bəri təxminən 200 şirkət SİTP-də iştirak etmişdir. 2007-ci 

ildə tətbiq edilməsindən etibarən 2009-cu ilin 3-cü rübün sonuna qədər SİTP nəticəsində 

imzalanan müqavilələrin dəyəri 42 milyon ABŞ dolları təşkil etmişdir. 

 

Yerli ehtiyatları  dəstəkləmək üzrə digər tədbirdə BP Tədarük və  Təchizatçıların  İdarə 



edilməsi (TTİE) departamenti daxilində Yerli Ehtiyatlar Qrupunu (Qrup) təsis etmişdir. 

Qrup Azərbaycanda yerli təchizatçıları saxlamaq və inkişaf etdirmək sayəsində  xərc 

təzyiqlərini balanslaşdırmağa yardım etmək üçün yerli və beynəlxalq şirkətlərlə bir neçə 

istiqamətdə işləyir. BP-nin əsas və strateji təchizatçıları ilə işimizdə biz əsas diqqəti yerli 

kadrları  cəlb edilməsinə  və yerli xərc hədəflərinin təmin edilməsinə yönəldirik. BP-nin 

cari podratçıları ilə əsas fəaliyyət də həmçinin, biznesin genişləndirilməsi üçün fəaliyyət 

nəticələrinin qiymətləndirilməsi və podratçıların imkanlarının qiymətləndirilməsinə 

istiqamətlənir.  Fəaliyyət nəticələrinin qiymətləndirilməsi BP-nin Texniki İdarəçiliyinin, 

Sağlamlıq  Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik,  Ətraf Mühit (SƏTTƏM), Maliyyə  və 

İnsan Resursları  (İR) profillərinin təmsilçiləri ilə  sıx  əlaqədə  həyata keçirilir. Qrup 

həmçinin, bazar araşdırması  və BP-nin SİTP-nı keçən potensial yerli təchizatçılarının 

texniki zəmanətini təmin edən yerli bazar araşdırmasının inkişafı üzərində  işləyir. Bu 

layihənin bir hissəsi kimi, Qrup beynəlxalq standartlara və xüsusilə, BP şirkətinin 

tələbatlarına cavab verə bilən rəqabətli yerli təchizatçıların siyahısının hazırlanması 

üzərində  işləyir. Bu məqsədlər, Qrup texniki zəmanət prosesinin BP şirkətinin müvafiq 

texniki nümayəndələri tərəfindən keçirilməsini dəstəkləyir. Texniki nümayəndələr yerli 

şirkətin bütün tələbatlara cavab verməsini təsdiq etdikdən sonra, təchizatçıların seçilməsi 

üzrə düzgün qərarları dəstəkləmək və yüksək iqtisadi səmərəliliyə nail olmaq üçün, şirkət 

BP və onun aparıcı beynəlxalq podratçıları üçün əlverişli olan Operativ Məlumat 

Bazasına daxil edilir. 

 



Biz Biznes Mərkəzinin (BM) fiziki yerləşməsi ilə bağlı Komissiyanın marağını 

dəyərləndiririk. Biz işləri daha səmərəli idarə etmək üçün davamlı səylərimizin bir hissəsi 

kimi Bakıdakı ofislərimizdən istifadəni optimallaşdırmaq üçün variantları nəzərdən 

keçirmişik. Nәticәdә, biz imkanların mövcud olduğu ofislәrdə tәdrici yerdəyişmələrə 

başlamışıq. Bu ofislərdən biri İçəri Şəhərdə idi və biz 2009-cu ilin aprel ayında həmin 

ofisi bağlamağı qərara aldıq. BM bu ofisdə yerləşirdi. BM-nin daimi istifadəçiləri ilə 

əlaqə saxlanıldı, bu qərar haqqında onlara məlumat verildi və onların sualları nəzərdən 

keçirildi. Buna baxmayaraq, BM-nin səmərəlilik üçün bağlanılması yerli ehtiyatların 

inkişafına dəstəyimizi azaltmadı.  

 

Mikromaliyyələşdirmə üçün dəstək: 

 

BP  şirkəti mikro-maliyyələşdirmə sektoruna dəstəyin digər sosial inkişaf səylərini  əvəz 



etmək üçün deyil, onları gücləndirmək və davamlığı təmin etmək üçün planlaşdırıldığını 

qəbul edir. 

 

Sosial-iqtisadi inkişafda kiçik və orta müəssisələrin oynadığı rol bizə məlumdur. Davamlı 



mikro-maliyyələşdirmə müdaxilələri ilə, BP Azərbaycanda mikro və kiçik bizneslərin 

inkişafına təkan vermək məqsədi daşıyır. Bu məqsədlə, tərəfdaşlarımızla birgə biz ölkədə 

şəffaf maliyyə xidmətlərini inkişaf etdirmək üçün texniki yardım və kredit kapitalını 

dəstəkləmişik. 

 

Texniki yardım vəsaitləri qismən məsul kredit işçilərinin təlimi və inkişafına və mikro-



maliyyə institutlarında güclü sistemlər və proseslərin inkişafına ayrılır. BP əsas mikro-

maliyyələşdirmə həyata keçirən müttəfiqlərimiz Avropa Yenidənqurma və İnkişaf Bankı 

və Beynəlxalq Maliyyə Korporasiyasının təcrübəsinə arxalanır. Bununla yanaşı biz 

məşvərət şurasının növbəti iclasında davamlı biznes və inkişaf nəticələri üzrə kreditlərin 

yoxlanılması haqqında Komissiyanın fikirlərini irəli sürməkdən məmnun olarıq. 

 

Mütəmadi proqram monitorinqi ilə yanaşı, mikro-maliyyələşdirmə  tədbirləri ilə bağlı 



daha yaxşı anlayış  əldə etmək üçün BP və  tərəfdaşları iki tədqiqat layihəsini 

maliyyələşdiriblər: Maliyyə  nəticələrinin qiymətləndirilməsinə istiqamətlənmiş 

Müqayisəli Mikro-maliyyələşdirmə  Tədqiqatı, Azərbaycanda maliyyə institutlarının 

sosial nəticələrinin qiymətləndirilməsinə istiqamətlənmiş mikro-maliyyələşdirmənin 

sosial sahəyə təsirin qiymətləndirilməsi. Hər iki hesabat Komissiyaya təqdim edilmişdir. 

 

Media təlimi: 

 

BP şirkəti tərəfindən maliyyələşdirilən biznes jurnalistikası üzrə təlim proqramı haqqında 



Komissiyadan müsbət rəy almağımızdan məmnunluğumuzu bildiririk. Bu proqramın 

ikinci mərhələsi Tompson Fondu tərəfindən hazırlanmışdır və Komissiya tərəfindən 

qaldırılmış mövzuları əhatə edir. Proqram Tompson Fondu tərəfindən seçilmiş, təlimçilər 

kimi təlimatlandırılacaq altı aparıcı biznes jurnalisti ilə artıq həyata keçirilməkdədir.  

 

Bundan başqa, seçilmiş jurnalistlərə öz təlimçi bacarıqlarının təcrübədən keçirmək 



imkanını vermək məqsədilə yerli universitetlə razılıq  əldə edilmişdir. Bu razılaşmaya 


əsasən, jurnalistlər yeni əldə etdikləri bilikləri tələbələr və özlərinin daha az təcrübəli 

həmkarları ilə paylaşacaqlar. Bu prosesə Tompson Fondunun nümayəndəsi nəzarət  

edəcək.  

 

NƏTİCƏ 

 

Biz çox sayda faydalı fikirlər və tövsiyələrin əks etdirildiyi üçüncü hesabata görə ASTK-



na öz təşəkkürümüzü bildiririk.  

 

2007-2009-cu illər  ərzində ASTK bizim sosial fəaliyyətimizlə bağlı çağırışlar, 



məsləhətlər və zəmanəti təmin etmişdir. İlk Texniki Tapşırığa əsasən, ASTK-nın vəzifəsi 

2009-cu ilin sonuna qədər davam etməli idi. Son hesabatında Komissiya BP ilə işləməyi 

davam etdirmək istəyini ifadə etmişdir. Biz bu istəyi qəbul edir və ASTK-nın fəaliyyətini 

növbəti iki il müddətinə uzatmaqdan məmnunluğumuzu ifadə edirik.  



 

ASTK ilə  səmərəli  əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir və 



Azərbaycandakı sosial fəaliyyətimizlə bağlı Komissiyanın bütün tövsiyələri alqışlayırıq.  



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə