Microsoft Word asrc sixthreport response az doc



Yüklə 349,03 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü349,03 Kb.
#64683


BP Azərbaycan şirkətinin cavabı                          

oktyabr 2011-ci il

 

 

,  

 

   



BP AZӘRBAYCAN ŞİRKӘTİNİN CAVABI            



Noyabr 2011-ci il 

 

AZӘRBAYCAN SOSİAL TӘHLİL KOMİSSİYASI  

 

 



Giriş 

 

BP Azәrbaycan şirkәti Azәrbaycan Sosial Tәhlil Komissiyasının (ASTK) 2011-ci ilin avqust 



ayında tәqdim etdiyi Beşinci hesabatını  vә  hәmin hesabatda öz әksini tapmış fikirlәri, 

müşahidәlәri vә tövsiyәlәri alqışlayır. Bizim Azәrbaycandakı ictimai fәaliyyәtimizlә 

әlaqәdar 2007-ci ildәn bәri Komissiyanın BP-yә verdiyi müstәqil mәslәhәtlәri, tövsiyәlәri 

vә  tәminatları yüksәk qiymәtlәndiririk. Buna görә dә, Komissiyanın Üçüncü hesabatında 

ifadә etdiyi BP şirkәti ilә әmәkdaşlığı davam etdirmәk istәyini müsbәt qarşıladıq vә 2009-

cu ilin sonunda Komissiyanın fәaliyyәtini növbәti iki il müddәtinә uzatdıq. Bu müddәt 

әrzindә ASTK ilә  әmәkdaşlığımız konstruktiv vә  sәmәrәli olmuş  vә ölkәdә ictimai 

fәaliyyәtimizin daha da güclәnmәsinә kömәk etmişdir.  

 

Әvvәlki cavablarda olduğu kimi, biz Komissiya tәrәfindәn Beşinci hesabatda tәqdim 



edilmiş  tәkliflәrdәn hәr birinә cavab vermәyi nәzәrdә tutmuruq. Cavab aşağıdakı 

mövzular üzәrindә qurulmuşdur: 

 



 



Dialoq vә görüşlәr 

 



İcma proqramları 

 



Şәffaflıq vә qaydalara uyğunluq 

 



Tәhlükәsizlik vә insan hüquqları 

 



әmәliyyatın tәsiri 

    


 

Әvvәllәr olduğu kimi, biz hәm ASTK-nin hesabatını (Komissiyanın razılığı ilә), hәm dә 

cavabımızı www.bp.com/caspian/asrc vebsaytımız vasitәsilә ictimaiyyәtә açıqlamaq 

niyyәtindәyik.  

  

 

Dialoq vә görüşlәr 



 

 

Biz Azәrbaycanda yaxşı idarәetmә vә şәffaflığın inkişaf etdirilmәsindә vә davamlı inkişaf 



tәşәbbüslәrinin dәstәklәnmәsindә  sәylәrimizi davam etdiririk. Bu fәaliyyәtlәr korporativ 

sosial mәsuliyyәt hüdudlarının genişlәndirilmәsi kimi hesab edilir vә biz bunu Komissiya 

tәrәfindәn Beşinci hesabatda etiraf edilmәsindәn mәmnunuq. Müntәzәm BP-vәtәndaş 

cәmiyyәti  әlaqәlәrini necә yaxşılaşdıırmaq barәdә tövsiyәsinә görә ASTK-ya 

tәşәkkürümüzü bildiririk. BP özünün Azәrbaycandakı  fәaliyyәtlәri haqqında ictimaiyyәtә 

mәlumat vermәyә  hәmişә hazırdır. Biz inanırıq ki, vәtәndaş  cәmiyyәti ilә aparılan 

müntәzәm dialoqlar informasiyanın verilmәsi vә rәylәrin alınması üçün faydalı bir üsuldur. 

 

BP cәmiyyәtlә әlaqә saxlamaq üçün daima yeni yollar arayır vә bütün maraqlı tәrәflәrlәr, 



o cümlәdәn hökumәt orqanları, QHT-lәr, vәtәndaş cәmiyyәti, media mәnsubları vә tәlәbә 

icmaları  tәrәfindәn tәqdim olunmuş  şirkәtdәnxaric suallara hәmişә qayğıkeşliklә  vә 

hәssaslıqla cavab verib. Bu münasibәt  şәffaflıq prinsipinә dair BP-nin öz üzәrinә 

götürdüyü öhdәliklәrindәn vә  işlәdiyimiz cәmiyyәtlәrdә idarәetmәnin güclәndirilmәsindә 



Formatted: Font color: Auto

Formatted: Font color: Auto

Formatted: Font color: Auto


BP Azərbaycan şirkətinin cavabı                          

oktyabr 2011-ci il

 

 

,  

 

   

vә korrupsiyanın, münaqişәnin vә yoxsulluq sәviyyәsinin azalmasında mәsuliyyәtin 



yaxşılaşdırılması inamından qaynaqlanır. Bu, cәmiyyәt üçün, biznes üçün yaxşıdır.    

 

2010-cu il әrzindә biz Azәrbaycanda әsas maraqlı tәrәflәri tәmsil edәn cәmiyyәtin bir çox 



tәbәqәlәrindәn olan xeyli insanlarla әlaqә saxladıq. Biz Sәngәçal terminalı yaxınlığında 

Sәngәçal,  Әzimkәnd vә Ümid qәsәbәlәrindәki icmalarla üç ictimai görüş keçirmişik. 

Görüşün mәqsәdi icmaların obyektlәrimizlә әlaqәlәrini daha da güclәndirmәk, sağlamlığa 

tәsirlәrinin retrospektiv qiymәtlәndirilmәsinin nәticәlәri vә biznesin son yeniliklәri 

haqqında mәlumatları onlarla bölüşdürmәk, sual vә ya narahatlıq doğuran mәsәlәlәri 

dinlәmәk idi. BP şirkәti öz tәrәfdaşları adından ictimai maraq kәsb edәn layihә 

sәnәdlәrinin bütün sәviyyәlәrdә maraqlı  tәrәflәrә, o cümlәdәn hökumәt tәşkilatlarına, 

qeyri-hökumәt tәşkilatlara vә icmalara vaxtında çatdırılmasını  hәmişә  tәmin edir. 

Mәsәlәn,  Şәfәq-Asiman üzrә üçölçülü seysmik tәdqiqat aparılması layihәsinin potensial 

әtraf mühitә  tәsirini, elәcә  dә  Әtraf Mühit vә Sosial Sahәyә  Tәsirin Qiymәtlәndirilmәsi 

(ӘMSSTQ) sәnәdini müzakirә etmәk üçün elm adamları, QHT-lәr, geniş ictimaiyyәt vә 

kütlәvi-informasiya vasitәlәrinin nümayәndәlәri ilә görüş keçirmişik vә  Şahdәnizin 

tammiqyaslı işlәnmәsi üzrә rәy sorğusu üçün vә bununla әlaqәdar  rәy vә tәkliflәri almaq 

üçün oxşar yığıncaqlar tәşkil etmәyi planlaşdırırıq. BP-nin hәyata keçirdiyi әmәliyyatlar 

haqqında bölüşdürmәk üçün biz ictimai kitabxanalardan, İctimai  İnformasiya 

Mәrkәzlәrdәn (İİM), BP-nin ofislәrindәn vә vebsaytımızdan istifadә edirik. Keçәn illәrdә 

olduğu kimi, maraqlı tәrәflәrin şәrhlәri vә ya tәkliflәrinin qeydә alınmasını vә onlara cavab 

verilmәsini tәmin edәcәyik. Bundan başqa, mәslәhәtlәşmә prosesindә sәrgilәnmiş şәrhlәr 

ӘMSSTQ sәnәdlәrinә daxil edilәcәk vә yekun ӘMSSTQ kimi tәsdiqlәnmәsi üçün tәkrar 

nәşr edilәcәk.   

 

Şirkәtdәnkәnar fәaliyyәt proqramımızın bir hissәsi kimi 2010-cu il üçün BP-nin 



Azәrbaycanda davamlı inkişaf haqqında hesabatı ilә әlaqәdar media mәnsubları, QHT-lәr 

vә tәlәbәlәrlә onların rәyini öyrәnmәk üçün iclaslar keçirdik. Aldığımız rәylәr müsbәt olub 

vә onları  gәlәcәk hesabatlarımıza mümkün qәdәr daxil etmәyi planlaşdırırıq. Hәmçinin, 

biz davamlı inkişaf tәşәbbüslәrimiz vasitәsilә QHT-lәrlә onları  tәdbirlәrimizә  dәvәt 

etmәklә, elәcә dә BP Caspian vebsaytımızın mәzmunu haqqında onların rәylәrini almaqla 

әlaqә saxladıq. “Alıcı ilә tanış ol” adlı sәrgi vә Dünya Enerji İcmalına  dair görüş dә daxil 

olmaqla ictimai tәdbirlәrimiz haqqında vәtәndaş cәmiyyәtindәn uğurlu rәylәr aldıq.   

 

Bizim kütlәvi informasiya vasitәlәri ilә  әlaqәmiz üçün onları  fәaliyyәtimiz, o cümlәdәn 



planlarımız, icra mәrhәlәlәri vә nailiyyәtlәrimiz haqqında mәlumatlandırmaqla yanaşı, çox 

sayda imkanların  әks etdirildiyi illik planımız var. Bu imkanlara üzbәüz görüşlәr, 

tәqdimatlar zamanı müzakirәlәr, onların bizim haqda nә fikirlәşdiklәrini dinlәmәk vә rәyin 

öyrәnilmәsi üçün keçirilәn iclaslar, vebsaytımız vә Davamlı İnkişaf haqqında Hesabatımız 

kimi ictimai hesabatın verilmәsinә dair vasitәlәri yaxşılaşdırmaq üçün onların fikirlәri hәm 

dә bizim әmәliyyat vә tikinti sahәlәrimizә sәyahәtlәr daxildir. 2011-ci ilin әvvәlindәn BP 

Azәrbaycan  şirkәtinin prezidenti enerji mәsәlәlәrini işıqlandıran kütlәvi informasiya 

vasitәlәrinin nümayәndәlәri ilә üzbәüz görüşlәr keçirib, onların sorğu vә suallarına cavab 

verib vә fәaliyyәtlәrimiz haqqında onların fikirlәrini dinlәyib.  

 

BP elәcә dә Azәrbaycan hökumәti ilә uğurlu vә qarışıqlı faydalı tәrәfdaşlığı davam etdirir. 



Bu әmәkdaşlıqdan maraqlı tәrәflәrin hamısı, xüsusi ilә dә Azәrbaycan xalqı bәhrәlәnir vә 

gәlәcәkdә  dә  bәhrәlәnәcәkdir. 2010-cu ildә bizim hökumәtlә  әlaqәlәrimiz kütlәvi 

informasiya vasitәlәrinin xüsusi diqqәtini cәlb edib. İl boyunca bәzi mәsәlәlәrlә әlaqәdar 

hökumәt bir necә  dәfә BP-nin Xәzәr dәnizindә  әmәliyyatları  tәhlükәsiz vә  mәsuliyyәtlә 

yerinә yetirәcәyinә inamını bәyan etmişdir. 

 

Formatted: Font color: Auto




BP Azərbaycan şirkətinin cavabı                          

oktyabr 2011-ci il

 

 

,  

 

   

BP  şirkәti  ASTK-nin  daha  geniş  vәtәndaş  cәmiyyәti ilә  әlaqәmizi potensial olaraq 



güclәndirә bilәn vәtәndaş  cәmiyyәti xәritәsinin çәkilmәsi tәklifini alqışlayır. Lazım olan 

hallarda fәal dialoq aparmaq ,әlaqәlәr yaratmaq vә  vәtәndaş  cәmiyyәtinin 

nümayәndәlәrinin işgüzar fәaliyyәtlәrlә bağlı müxtәlif mövzuları  әhatә edәn ümumi 

iclaslarımızda iştirakının tәmin olunmasını davam etdirmәyi planlaşdırır. 2010-cu ildә Açıq 

Cәmiyyәt İnstitutu (ACİ), Vәtәndaş Nәzarәti Şәbәkәsi (VNŞ) vә İqtisadi vә Sosial İnkişaf 

Mәrkәzi (İSİM) tәrәfindәn dәrc olunan elektron informasiya bulletenlәrinә abunә olduq. 

Biz bu abunәlәri faydalı  vә informativ hesab etdik.  İl  әrzindә biz hәm dә BP-nin 

Azәrbaycandakı әmәliyyatları ilә bağlı müxtәlif mövzular әtrafında Neftçilәrin Hüquqlarını 

Müdafiә Liqası ilә әlaqә saxladıq.  

 

Bundan әlavә, biz işçi heyәti üçün fәaliyyәtlәrimizi әhatә edәn “Compass” jurnalının nәşri 



haqqında tәklifi dәyәrlәndiririk. Bu jurnalda çap olunan әksәr mәqalәlәr  şirkәtdaxili 

maraqlı tәrәflәrdәn bәhs olunur vә onlar üçün maraq kәsb edir. Ancaq daxili nәşrә dair 

tövsiyәlәrdә  tәlәb olunan müәyyәn mәhdudiyyәtlәr çәrçivәsindә dialoq vasitәsi kimi 

bundan daha da geniş istifadә etmәyi nәzәrdә tuturuq.     

 

 

İcma proqramları  



 

Sosial proqramlar 

 

BP vә  tәrәfdaşları Azәrbaycan-Gürcüstan-Turkiyә (AGT) regionunda davamlı inkişaf 



tәşәbbüslәrinә dәstәk vermәk öhdәliyi daşıyırlar. 2002-ci ildәn bәri biz yerli müәssisәlәrin 

inkişafına, yerli potensial imkanların yaradılmasına, sәmәrәli idarәetmәyә, әtraf mühit vә 

icma sәviyyәsindә infrastruktura, gәlir yaradan layihәlәrә vә tәhsil tәşәbbuslәrinә  dәstәk 

vermәk üçün  46. 9 milyon dollar sәrmayә qoymuşuq. BP şirkәti tәrәfdaşları adından 

hәmin layihәlәri mәrkәzi  şәkildә  әlaqәlәndirilmiş davamlı inkişaf tәşәbbüslәri vasitәsilә 

maliyyәlәşdirir vә idarә edir.  2010-cu il әrzindә BP vә onun tәrәfdaşları belә davamlı 

inkişaf layihәlәrinә  tәkcә Azәrbaycanda $4,77 milyon xәrclәmişlәr. Bu vәsaitә  hәmçinin 

yalnız BP-nin 2.3 milyon dollar mәblәğindә maliyyәlәşdirdiyi layihәlәr, o cümlәdәn 

Bakıdakı Qafqaz Universitetindә kimya muhәndisliyi fakultәsinin yaradılması, Hacı 

Zeynalabdin Tağıyevә hәsr edilmiş foto-albomun nәşri vә digәr sponsorluq fәaliyyәtlәri dә 

daxildir. Bu layihәlәr haqqında illik Davamlı inkişaf hesabatında çap edilmiş 

mәlumatlardan başqa, BP hәmçinin sosial layihәlәrimiz haqqında ictimaiyyәtә daha geniş 

mәlumatların tәmin edilmәsi mәqsәdilә press relizlәr dә buraxır.       

 

BP-nin ölkәdәki әsas maraqlı tәrәflәrlә, o cümlәdәn tәsirә mәruz qalmış icmalar, vәtәndaş 



cәmiyyәti vә hökumәtlә, sıx  әmәkdaşlığının tәmin olunmasında vә qarşılıqlı faydanın 

axtarılmasında sәylәrimizi etiraf etdiyi üçün Komissiya tәşәkkürümüzü bildiririk.   

 

Gәnclәrin mәşğulluğu vә iqtisadi imkanların genişlәndirilmәsi uzrә BP vә “Ümid” sosial 



inkişafa dәstәk tәşkilatı (yerli QHT) arasında 2007-ci ildә bağlanmış qrant sazişindә 

marketinq vә idarәetmә bacarıqlarına, elәcә  dә Qaradağ rayonunun Ümid qәsәbәsindә 

Ümid İcma Әsaslı Tәşkilat (İӘT) üçün insan resurslarına potensial imkanların yaradılması 

dәstәyinin verilmәsi nәzәrә tutulurdu. Bu layihә 2009-cu ildә başa çatdı  vә İcma  Әsaslı 

Tәşkilatı (İӘT) artıq iki ildәn artıq müddәtdir ki, iş yerlәri açılmasını, bilik vә bacarıqları 

ötürülmәsini vә öz üzvlәri üçün gәlirin yaradılmasını davam etdirmәklә özü-özünü 

maliyyәlәşdirir.   

 

Biz tәdris/usta yanında  şagirdlik proqramının faydalı olmasından vә bu proqramının 



icmaların hәyatında, xüsusilә  dә, gәnclәrin işlә  tәmin edilmәsindә etdiyi müsbәt 

Formatted: Font color: Auto


BP Azərbaycan şirkətinin cavabı                          

oktyabr 2011-ci il

 

 

,  

 

   

dәyişikliklәrdәn mәmnunuq. Tәdris/usta yanında  şagirdlik proqramı qonşu olan icmalar 



üçün ilk proqramın hәyata keçirilmәsindәn tәkamül edib vә öyrәnilmiş dәrsәlәr әsasında 

regionlarda düzgün bacarıqların, xidmәtlәrin vә daha dәyәrli iş yerlәrinin yaradılması 

yönündә  tәkamülünü davam etdirir.  Bacarıqların ötürülmәsindәn başqa, proqramın 

biznesin planlaşdırılmasını, vergi ödәnişlәrini, Sağlamlıq, Tәhlükәsizlik vә  Әtraf Mühitin 

Mühafizәsini (SӘTӘM) vә bunlarla bağlı başqa sahәlәr diqqәt mәrkәzindә saxlayan 

kurikulumu var. әlavә komponentlәrin daxil edilmәsi üçün kurikulumun genişlәndirilmәsi 

üzrә Komissiyanın tövsiyәlәrini uyğun olan hallarda nәzәrә alacağıq. Biz icraçı 

tәrәfdaşlarımıza peşә  tәlimi kolleclәri ilә mümkün әlaqәlәri vә attestasiyayanı  nәzәrdәn 

keçirmәyi tәklif edәcәyik. İstehsalat prosesindә uşaq әmәyindәn istifadәnin mümkünlüyü 

haqqında Komissiyanın narahatlıqlarına qaldıqda, BP bundan sonra da mövcud qanunlara,  

normativ aktlara vә podratçılar vә qrant alan tәşkilatlar arasında  әn yaxşı beynәlxalq 

tәcrübәyә riayәt edilmәsini hәyata keçirәcәkdir.  

 

Kәnd tәsәrrüfatı/aqrar proqramlarının gәlәcәkdә  dә  tәkmillәşdirilmәsi barәdә ASTK 



ekspertlәrin tövsiyәlәrini BP qiymәtlәndirir vә biz layihәnin qiymәtlәndirilmәsindә 

Komissiya üzvü tәrәfindәn verilmiş müsbәt  nәticәlәrdәn mәmnunuq. BP davamlı inkişaf 

tәşәbbüslәrinin dәstәklәdiyi müdaxilәlәrdәn müsbәt vә davamlı  nәticәlәrin tәmin 

olunmasında icma proqramları  vә  әsas maraqlı  tәrәflәrlә  әmәkdaşlıq  şәraitindә aparılan 

işlәr vasitәsilә müsbәt tәsirlәri tәmin etmәk mәqsәdi daşıyır. Komissiya üzvlәrinin gәldiyi 

nәticәlәri  әks etdirәn hesabat tövsiyәlәri nәzәrdәn keçirmәk vә layihәnin növbәti 

mәrhәlәsinә daxil etmәk üçün layihәni hәyata keçirәn Gәncә Aqrobiznes Assosiasiyasna 

(GABA) tәqdim edilmişdir. Davamlı inkişaf tәşәbbüslәri üzrә qrup bu tövsiyәlәrin hәyata 

keçirilmәsi üçün yerlәrdә daha diqqәtlә monitorinq hәyata keçirәcәkdir.     

 

Xәzәr Enerji Mәrkәzi 



 

Biz Xәzәr Enerji Mәrkәzimizin (XEM) fәaliyyәti haqqında ASTK-nın müsbәt rәylәrini vә 

daha geniş icma şәbәkәsinә faydaların açıq olması haqqında tövsiyәlәrini oxumaqdan 

mәmnun olduq.   

 

XEM-in öz missiyası var vә gündәlik fәaliyyәti vasitәsilә bu missiyanı  hәdәf götürülmüş 



auditoriyalara çatdırır.   

 

Bu missiya BP-nin regiondakı  fәaliyyәtlәri haqqında maraqlı  tәrәflәrimizә  mәlumat 



vermәkdәn vә interaktiv tәdris vasitәsilә  gәnc nәslin neft vә qaz sәnayesinә marağını 

artırmaqdan ibarәtdir.   

 

Mәrkәzin binadan, insan resurslarından vә illik büdcәdәn ibarәt olan hazırkı imkanı bu 



missiyanın yüksәk müştәri xidmәti standartlara müvafiq olaraq, elәcә  dә  sәrgi vә 

proqramların tәqdimatı әsasında yerinә yetirilmәsinә hesablanıb.   

 

Fәaliyyәtә başladığı 2005-ci ildәn bu günәdәk, mәrkәzә 35 mindәn çox qonaq baş çәkib 



vә onlardan 70%-i 10-16 yaşlarında uşaq olmuşdur. Hәr hәftә mәrkәzә beş sәfәr olur - 

bura mәktәblilәr, elәcә dә yuksәk sәviyyәli bir-iki nümayәndә heyәti baş çәkir. Mәrkәzin 

yaradılması zamanı, XEM öz eksponatlarını, proqramlarını  vә heyәtini inkişaf etdirmәk 

üçün dünya şöhrәtli muzeylәrlә  әmәkdaşlıq etmişdi. XEM mәrkәzin yeni eksponatlarının 

inkişaf etdirilmәsi üçün yerli layihәçilәr vә alimlәrlә әmәkdaşlıq edir. 

 

Bizim niyyәtimiz bu obyekti әn geniş auditoriya üçün әlçatan etmәk vә maksimum sayda 



qonaq baş çәkmәsi üçün bütün resursları  tәmin etmәk  olsa da, mәrkәzin uzaq mәsafәdә 

Formatted: Font color: Auto


BP Azərbaycan şirkətinin cavabı                          

oktyabr 2011-ci il

 

 

,  

 

   

olması  vә terminala  giriş zamanı ciddi tәhlükәsizlik tәdbirlәri mәrkәzdәn tam istifadә 



etmәk imkanlarımızı mәhdudlaşdırır. 

 

Şәffaflıq vә qaydalara uyğunluq   

 

İnanırıq ki, Azәrbaycanda yaxşı idarәetmәni vә  şәffaflığı artırmaq sahәsindә bizim 



rolumuz, o cümlәdәn ölkәdә  vә regionda dәstәklәdiyimiz icma vә inkişaf layihәlәri 

qanunun aliliyi tәşәbbüslәrinә dәstәk vermәk sәylәrimizin әsas hissәsini tәşkil edir.   

 

Buna baxmayaraq, BP şirkәti gәlirlәrin idarә olunması  sәylәrinin, sәmәrәli idarәetmә 



tәşәbbüslәrinin vә  şәffaflığın dәstәklәnmәsinә  tәrәfdardır. Fәaliyyәtimizin davamlığını 

tәmin etmәk mәqsәdilә biz qarşılıqlı fayda prinsipinә inanır, tәrәfdaşlarımızla vә  әsas 

maraqlı tәrәflәrlә mәhsuldar әlaqәlәr qururuq.    

 

BP  şirkәti Azәrbaycanda Mәdәn Sәnayesindә  Şәffaflıq Tәşәbbüsünә (MSŞT) hәmin 



tәşәbbüsә 2003-cü ildә başlanılan gündәn bәri dәstәk vermişdir. Biz MSŞT çәrçivәsindә 

Azәrbaycan hökumәti, vәtәndaş cәmiyyәti tәşkilatları vә digәr mәdәn sәnayesi şirkәtlәri 

ilә  әmәkdaşlıq etdiririk. 2011-ci ildә BP şirkәti Azәrbaycan hökumәtinә  gәlirlәrin 

köçürülmәsi haqqında tam illik tәfәrrüatlı  mәlumatlarını  әvvәlki illәrdә olduğu kimi 

ictimaiyyәtә açıqladı.  Әn son tәqdim edilәn mәlumatlarımızı www.bp.com/caspian/sr  

internet sәhifәsindә illik Davamlı İnkişaf haqqında hesabatdan oxuya bilәrsiniz. 

Buna paralel olaraq, biz müxtәlif sәmәrәli idarәetmә layihәlәrini, o cümlәdәn Beynәlxalq 

Maliyyә Korporasiyası (BMK) tәrәfindәn hәyata keçirilәn vә Vergilәr Nazirliyinin dә 

qatıldığı biznesә imkan yaradan mühit vә Avropada yerlәşәn elmi mәrkәzlә birlikdә 

İqtisadi  İnkişaf Nazirliyindә iqtisadi siyasәtin analizi vә proqnozlaşdırma bacarıqlarının 

inkişaf etdirilmәsinә  dәstәk vermәklә, Azәrbaycanda iqtisadi planlaşdırma bacarıqlarının 

güclәndirilmәsi layihәlәrini dә dәstәklәmәkdә davam edirik.    

 

Biz hәm dә Sosial vә İqtisadi Tәdqiqat Mәrkәzi (SİTM) tәrәfindәn Bakıda hәyata kecirilәn 



Makroiqtisadi  İdarәetmә  vә  İnstitusional  İslahatlar uzrә  Mәslәhәt Xidmәtlәri (MİİİMX) 

layihәsinә dәstәk vermәyә davam etdik. MİİİMX layihәsinin bir hissәsi kimi, biz İqtisadi 

İnkişaf Nazirliyindә  (İİN) proqnozlaşdırma bacarıqları  vә iqtisadi siyasәtin analizini 

yaxşılaşdırmaqla Azәrbaycanda iqtisadi planlaşdırma imkanlarını güclәndirmәk sәylәrinә 

maliyyәlәşdirmә  cәhәtdәn zәmanәt verdik. Hәyata keçirilmәsinә 2008-ci ilin sentyabr 

ayında başlanmış bu layihәnin müddәti 24 ay kimi planlaşdırılsa da, bu müddәt daha 17 

ay müddәtinә uzadıldı vә indi o, 2012-ci ilin yanvar ayında sona çatacaq. 

 

Yenә  dә  MİİİMX layihәsinin bir hissәsi kimi, 2010-cu ildә rüblük iqtisadi icmallar üçün 



metodoloji baza diqqәtlә  işlәnib hazırlandı. Ekspertlәri  İİN  әmәkdaşlarına bu icmalların 

hazırlanmasında, hәmçinin inflyasiya, ümumi daxili mәhsul, mübadilә mәzәnnәlәri, әmtәә 

bazarı vә digәr mövzuların aylıq analizinin aparılmasında kömәk etdilәr. 

 

Belә layihәlәrә dәstәk vermәklә, inanırıq ki, BP neft vә qaz sәnayesinin yaratdığı gәlirlәrin 



sәmәrәli idarә edilmәsinә öz tövhәsinin verir, bu da Azәrbaycana uzunmüddәtli 

sosialiqtisadi 

faydalar gәtirәcәkdi. 

 

Biz Komissiya üzvlәrinә hәmçinin Revenue Watch Institute vә Transparency International 



tәşkilatlarının hesabatı üzrә qiymәtlәndirmә sisteminin başa düşülmәsindә kömәklik 

göstәrdiklәri üçün tәşәkkürümüzü bildirmәk istәrdik. Bizim Şәffaflıq vә İctimai Hesabatlar 

qrupumuz ölkә sәviyyәsindә açıqlamada qiymәtlәndirmәmizi tәkmillәşdirmәk üçün yollar 

arayacaq. 



Formatted: Font color: Auto

Formatted: Font color: Auto

Formatted: Font color: Auto

Formatted: Font color: Auto

Formatted: Font color: Auto

Formatted: Font color: Auto


BP Azərbaycan şirkətinin cavabı                          

oktyabr 2011-ci il

 

 

,  

 

   

   



Komissiyaya tәqdim edilmiş  sәhiyyә, tәhsil,  әrzaq vә su üzrә sosialiqtisadı göstәricilәrә 

gәldikdә, BP belә göstәricilәri tәmin edәn xarici mәnbәlәrә arxalanır. Biz bu makro inkişaf 

göstәricilәrini daxili hesabatlar üçün istifadә etsәk dә, hәmin göstәricilәrin dә daxil 

edilmәsini tәmin edәcәyik. 

 

 

Korrupsiyaya qarşı tәcrübәlәr 



 

BP şirkәti rüşvәtxorluq әleyhinә vә korrupsiyaya qarşı ‘sıfır dözüm’ mövqeyi sәrgilәyir. Bu, 

etik  şirkәt olaraq fәaliyyәt göstәrmәk,  әmәliyyatlarımızı  әdalәtli, vicdanlı  vә açıq  şәkildә 

hәyata keçirmәk mәsuliyyәtindәn irәli gәlir.    

 

BP-nin natәmiz yolla biznesin әldә edilmәsi vә ya qorunması  mәqsәdi ilә  vә ya digәr 



xoşagәlmәz mәqsәdlәrlә vә ya biznesdә üstünlük әldә etmәk üçün hökumәt üzvlәrinә vә 

digәr vәzifәli şәxslәrә göstәrilәn istәnilәn xidmәt, hәdiyyә vә ya әylәncә dә daxil olmaqla, 

istәnilәn qiymәtli  әşyanı istehsal etmәyi, tәklif etmәyi vә ya onun ödәnilmәsinә  vә ya 

ötürülmәsinә söz vermәyi qadağan edәn davranış kodeksi  var. Bu kodekslә  hәmçinin 

üçüncü tәrәfin vasitәsi ilә yaramaz ödәnişlәrin yerinә yetirilmәsini qadağan edilir vә 

demәli, BP-nin işçilәri podratçıların, agentlәrin vә  tәrәf-müqabillәrin seçilmәsindә  vә 

onlara nәzarәtdә sayıq olmalıdırlar. BP davranış kodeksininin pozulması hallarını ciddi 

mәsәlә kimi qәbul edir, qaldırılmış bütün mәsәlәlәri tәdqiq edir vә müvafiq tәdbirlәr 

görür.    

 

BP Azәrbaycan bütün işçilәrdәn hәr il yuxarıda qeyd olunmuş rüşvәtxorluq vә korrupsiya 



hallarını da әhatә edәn şirkәtin davranış kodeksinin qaydalarının pozmamasını bәyan vә 

tәsdiq etmәlәrini tәlәb edir. Yüksәk-riskli әrazilәrdәki işçilәrdәn korrupsiyaya/çirkli pulların 

yuyulmasını әhatә edәn elektron-tәhsil modulunu elәcә dә müasir sәviyyәli üzbәüz tәlim 

keçmәsi tәlәb olunur.    

 

Komissiya  bu prosesin tәchizatçılara da şamil olunması praktikamızı tәqdir etdi. BP şirkәti 



tәchizatçılarla bağladığı sazişlәrә Rüşvәtxorluq vә Korrupsiyaya Qarşı (RKQ) vә Çirkli 

Pulların Yuyulması (ÇPY) әleyhinә standartları daxil edib. Tәchizatçılardan sazişlәrdәki 

müvafiq maddә  vә  şәrtlәrә riayәt olunmasını  hәr il tәsdiq etmәlәri tәlәb olunur. Biz 

inanırıq ki, BP şirkәtin davranış kodeksinin pozulması hallarına qarşı  sәrt mövqeyimiz 

Azәrbaycandakı  әsas tәchizatçılarımıza mәlumdur vә ölkәdәki  әmәliyyatlarına müsbәt 

tәsir göstәrir.        

 

 

İşәgötürmә prosesi  



 

 

Komissiyanın BP-nin işәgötürmә prosesi ilә bağlı qeydlәrinә  gәldikdә, BP Azәrbaycanda 

işә  qәbul olunmanın  әsas prinsipi fәrdin bacarıq, qabiliyyәt, tәcrübә  vә  rәhbәrlik 

keyfiyyәtlәri baxımından nә  dәrәcәdә  işә uyğun vә yararlı olmasına  әsaslanır. Bu, 

hәmçinin yüksәk vәzifәli tәyinatlara da şamil edilir. Misal olaraq, Regional prezident 

vәzifәsini, elәcә  dә  Әlaqәlәr vә xarici işlәr üzrә vitse-prezident, ixrac kәmәrlәrinin 

әmәliyyatları üzrә menecer vә başqa vәzifәlәri göstәrmәk olar. Bu vәzifә vә funksiyalar 

tәbiәti etibarı ilә potensial olaraq xarici tәsirә  mәruz qala bilәr, ancaq BP-nin davranış 

kodeksi vә  şirkәtin hәr bir işçisini tәnzimlәyәn digәr öhdәlik sәnәdlәr formasında aydın 

prinsiplәri var.       

 



BP Azərbaycan şirkətinin cavabı                          

oktyabr 2011-ci il

 

 

,  

 

   

BP-nin işәgötürmә prosesinә (hәm daxili, hәm dә xarici) yanaşması  әdalәtli,  şәffaf vә  



dәqiq kriteriyalara әsaslanır. Mәsәlәn,    xarici  işәgötürmә zamanı xüsusi hazırlanmış 

anketlәr qәbul olunmur, lakin bunun әvәzindә  iş üçün әrizә verәn  şәxs 

www.bp.com/caspian karyera veb-saytına istiqamәtlәndirilir. Hәmin sәhifәdә artıq elan 

olunmuş konkret vәzifәlәr üçün müraciәt edә bilәr.         

 

Bütün xarici vәzifәlәr bizim xarici vә “Talent Acquisition Solution” (TAS) adlı yerli vebsayt 



sistemimizdә yerlәşdirilir. Namizәdlәrin daxili ehtiyatı  tәşkilat daxilindә resursları 

yerlәşdirmәk üçün kifayәt etdikdә, daxili işәgötürmә başlanmalıdır. İlk olaraq bu vәzifәlәr 

iki hәftә  әrzindә elan edilir vә bu müddәt bazardakı bacarıqlardan asılı olaraq uzadıla 

bilәr.    

 

TAS BP şirkәtindә daxili vә xarici kadr fәaliyyәtini dәstәklәmәk üçün işlәnib hazırlanmış 



onlayn işәgötürmә sistemidir. TAS әrizәdәn tutmuş  şifahi tәklifә  qәdәr işәgötürmәnin 

bütün aspektlәrini hәll etmәk üçün şәffaf vә ardıcıl yanaşmaya qlobal sәviyyәdә yardım 

edir.  İşәgötürmә üzrә müşavirlәrin, agentliklәrin xidmәtlәrindәn istifadә olunan zaman 

onlardan da agentliyin TAS-da yerlәşdirilmiş internet sistemi vasitәsilә namizәdlәrin profili 

haqqında mәlumatlar tәqdim etmәlәri tәlәb olunur.  İnsan resursları üzrә müşavirlә 

müzakirә etmәklә  işәgötürәn vәzifә müraciәti üçün müvafiq seçim prosesi haqqında 

işәgötürәn meneceri xәbәrdar edir. Bu, vәzifә tәlәblәrinә, namizәdlәrin sayına vә hәmin 

vәzifәnin sәviyyәsinә  әsaslanır. Seçim prosesinә  hәmçinin aşağıda sadalanan 

keyfiyyәtlәrdәn birinin vә ya daha çoxunun olması da daxildir: testlәr (dil, psixometrik 

tәlәblәr), texniki müsahibә,  şәxsi/ davranış üzrә müsahibә  vә  şirkәtdәnkәnar 

qiymәtlәndirmә. 

 

Şәxsi müsahibә  işәgötürmә üçün әn çox istifadә olunan seçim prosesidir. Şәxsi 



müsahibәlәrlә bağlı minimum gözlәntilәr aşağıdakılardır: 

 

Müsahibәlәr müxtәlif iş  tәcrübәlәrinә, mәdәniyyәtә malik vә/vә ya cinslәrdәn  әn azı iki 



müsahibәçi tәrәfindәn müxtәlif formatda seçilmiş şurada aparılmalıdır. İR üzrә menecer 

vә ya mәslәhәtçi bütün müsahibәlәrdә iştirak edir.    

 

Korrupsiyaya qarşı bütün mövcud risklәrin müәyyәnlәşdirilmәsini vә onları lazımı 



dәrәcәdә hәll olunmasını tәmin etmәk mәqsәdilә, BP şirkәti beynәlxalq vә yerli sәviyyәdә 

korrupsiyaya qarşı qanunvericilikdә,  әsasnamәdә  vә siyasәtdә  әks olunmuş risklәri 

azaldan Kadrların Korrupsiyaya qarşı siyasәti sәnәdini tәtbiq edib.   

 

Beynәlxalq siyasәtin tәrkib hissәsi olaraq, BP namizәdlәrdәn hökumәt üzvlәri ilә yaxın 



qohumluq vә ya yaxın  әlaqәlәri olub-olmaması haqqında mәlumatları açıqlamaq 

praktikasını tәtbiq edib. Bu siyasәt bütün xarici namizәdlәrә vә sponsorluq üçün müraciәt 

etmәklә BP şirkәtindәn ödәniş almaq istәyәn namizәdlәrә da şamil edilir.    

 

Bundan  әlavә, bizim mövcud saziş  şәrtlәrimizә  әsasәn benefisiar indi vә ya gәlәcәkdә 



onun fәaliyyәtinә  vә ya işçi heyәtinә  şamil edilә bilәn qanunların, qaydaların, vә ya 

Azәrbaycanın elәcә  dә  hәr hansı dövlәt orqanının sәrәncamlarına vә/vә ya hökumәt 

fәrmanlarına hәr zaman riayәt etmәsinә zәmanәt verilmәsi tәlәb olunur. Belәliklә, yalnız 

müvafiq ticarәt vә ya ixtisaslar üzrә  sәriştәli, bacarıqlı  vә  tәcrübәli heyәtin layihәlәrin 

hәyata keçirilmәsi üçün işә götürülmәsinin tәmin olunması benefisiardan tәlәb olunur. Bu 

tәlәblәrin sәmәrәli  şәkildә qarşılanmasını  tәmin etmәk mәqsәdilә, Layihәlәrlә  vә 

Sağlamlıq, Tәhlükәsizlik vә  Әtraf Mühitin Mühafizәsinin (SӘTӘM) tәlәblәrinә riayәt 

olunması ilә bağlı BP şirkәtinin benefisiarın vәsaitlәrinin vә prodesurlarının auditini 

aparmaq hüququ vardır.    

Formatted: Font color: Auto



BP Azərbaycan şirkətinin cavabı                          

oktyabr 2011-ci il

 

 

,  

 

   

 



 

Tәhlükәsizlik vә insan hüquqları  

 

 



Komissiyaya mәlumdur ki, BP tikinti mәrhәlәsindә İnsan Haqları üzrә Könüllü Prinsiplәrin 

(KP-lәr) yerinә yetirilmәsi sahәsindә öz yanaşmasını qiymәtlәndirmәk üçün şirkәtdәnxaric 

monitorinqin keçirilmәsini tәklif etmiş  vә 2004-2008-ci illәrdә dörd belә monitorinq 

aparılmışdı. 

 

Ümumiyyәtlә,  şirkәtdәnxaric qiymәtlәndirmә göstәrdi ki, Azәrbaycan üzrә AGT 



layihәlәrindә bu tәşәbbüsün sәmәrәli hәyata keçirilmәsi üçün dünyada sәnaye 

standartlarını müәyyәnlәşdirәn Tәhlükәsizlik vә İnsan haqları üzrә Könüllü Prinsiplәrә tam 

әmәl edilmişdir. 

 

Dövlәt vә özәl tәhlükәsizlik tәchizatçıları ilә qurulmuş konstruktiv iş münasibәtlәrini vә 



şirkәtdәnxaric monitorinqin müddәtindә bölüşdürülmüş bilik vә  tәcrübәlәrlә 

möhkәmlәndirilmiş    şirkәtdaxili monitorinq imkanlarının olmasını  nәzәrә alaraq, KP-lәrin 

yerinә yetirilmәsindә öz yanaşma mövqeyinin sәmәrәliliyini qiymәtlәndirmәk üçün 2010-

cu ildә BP şirkәtdaxili yoxlama keçirilmәsini tәklif etdi. 

 

2010-cu ilin may ayında BP ilk dәfә olaraq şirkәtdaxili qiymәtlәndirilmәsini apardı. Bu 



qiymәtlәndirilmә  şirkәtlә müvafiq tәhlükәsizlik sahәsindә maraqlı  tәrәflәr arasında 

qarşılıqlı inam vә  iş  şәraiti nәzәrә alınaraq hәyata keçirildi. Buna görә  dә,  şirkәtdaxili 

qiymәtlәndirilmә  İnsan Haqları üzrә Könüllü Prinsiplәrin yerinә yetirilmәsi sahәsindә 

şirkәtә  tәlimatlar vә  mәslәhәtlәr vermәyә imkan verәn vә davam edәn  әlaqәlәrimizin 

etibarlı hissәsi oldu.   

 

Buna baxmayaraq, biz İnsan Haqları üzrә Könüllü Prinsiplәrin yerinә yetirilmәsi sahәsindә 



şirkәtdәnxaric monitorinqin әhәmiyyәtini qeyd edir vә  gәlәcәkdә lazım olduqda bu cür 

monitorinqin keçirilmәsini istisna etmirik.  

 

BP  şikayәt vә narazılıqların  şәffaf  şәkildә idarә olunması prosesinin tәmin olunmasına 



әhәmiyyәtli dәrәcәdә diqqәt yetirir vә әmәliyyatlarının etik normalara, hüquq normalarına 

vә  әn yaxşı beynәlxalq praktikaya uyğun olmasını  tәmin etmәk mәqsәdilә icmalarla

vәtәndaş  cәmiyyәti vә dövlәt orqanları ilә  sıx  әmәkdaşlıq edir. Әmәliyyatlarımıza  24/7 

dәstәyi vә qonşu icmalarla gündәlik  әlaqәlәrimizi tәmin etmәk mәqsәdilә, 2010-cu il 

әrzindә şikayәt aldığımız mәsәlәlәrin hәlli ilә mәşğul olanların sırasına icmalarla әlaqәlәr 

uzrә    mәsul  şәxslәri daxil etdik. Әvvәlki tәcrübәlәrdәn vә  әmәliyyatlardan qazanılmış 

dәrslәrin yeni әsas neft vә qaz layihәlәrinin başlanmasından  әvvәl sәmәrәli  şәkildә 

nәzәrdәn keçirilmәsini tәmin etmәk üçün biz layihә qruplarımızla sıx әmәkdaşlıq edirik. 

 

Tәhlükәsizlik vә başqa  әmәliyyat mәsәlәlәrinә yerli әhalini cәlb etmәk üçün BP boru 



kәmәrlәri marşrutu boyunca yerlәşәn icmalarla mütәmadi mәslәhәtlәşmәlәr aparır. Bu 

görüşlәr insan haqları üzrә prinsiplәrә әmәl olunmasının yaxşılaşdırmasına yönәlik mәsәlә 

vә narahatlıqları açıq  şәkildә müzakirә etmәk üçün BP-nin müvafiq heyәti vә dövlәt 

tәhlükәsizlik tәchizatçıları ilә icma üzvlәrini bir araya gәtirmәk mәqsәdi daşıyır. 

 

Komissiya tәrәfindәn BP-nin әmәkdaşı Adnan Hacızadәnin dәstәklәnmәsindә bizim 



gördüyümüz tәdbirlәrin tәqdir edilmәsindәn mәmnunuq. Onu da әlavә etmәk istәrdik ki, 

o, 31 may 2011-ci ildә Bakı ofisindә Әlaqәlәr vә Xarici İşlәr departamentindә işә başlayıb.  

 

Formatted: Font color: Auto



BP Azərbaycan şirkətinin cavabı                          

oktyabr 2011-ci il

 

 

,  

 

   

Biz hәmçinin, böhranlı vәziyyәtlәrә cavab tәdbiri prosedurlarımız haqqında verdiyi müsbәt 



rәy üçün Komissiyaya tәşәkkürümüzü bildiririk. Biz dәnizdә  vә qurudakı istehsalat 

sahәlәrindә  hәr ay fövqәladә  vәziyyәtlәrin aradan qaldırılması üzrә  mәşqlәr keçiririk. 

Bizim strateji vә başlıca podratçılarımız da bu mәşqlәrdә  iştirak edirlәr.  Biz vahid 

komandanlıq sisteminin yaradılması üçün fövqәladә hallarda cavab tәdbirlәrini birgә 

hәyata keçirmәyә  vә neft dağılmalarında Fövqәladә Hallar Nazirliyinin vә BP-nin 

resurslarını birlәşdirmәyә imkan verәcәk yeni bir Vahid Komanda Sistemi yaratmaq üçün 

hazırda FHN-yi ilә müzakirәlәr aparırıq. 

 

 



Әmәk standartları 

 

Әmәk standartlarını  vә insanların idarә olunması praktikasını  tәkmillәşdirmәk mәqsәdilә 



BP davamlı olaraq öz tәchizatçıları ilә  işlәyir. BP seçilmiş podratçıların  İnsan Resursları 

(İR) prosedurlarının mütәmadi auditini hәyata keçirir. Bu auditin bir hissәsi olaraq, şirkәt 

tәmsilçilәri BP-nin auditorları  tәrәfindәn seçilmiş heyәtlә anonim olaraq görüşürlәr. Bu 

müsahibәlәrin mәzmunu müvafiq şirkәtin  İR  proseduru vә proseslәri,  әmәk praktikası, 

әlaqәlәr vә digәr standartlar üzrә  işçilәrin tәcrübәsini öyrәnmәkdәn ibarәtdir. Bu 

auditlәrin nәticәsi olaraq hesabatlar işlәnib-hazırlanır vә tövsiyәlәr tәchizatçının 

menecmentinә çatdırılır.    

 

Bundan әlavә, BP tender prosedurunun bir hissәsi olan İR-in qiymәtlәndirilmәsi prosesini 



yaradıb. Çoxsaylı  işçi qüvvәsinin olmasını  nәzәrdә tutan müqavilәlәr üçün BP-nin 

tenderlәrindә  iştirak edәn  şәxslәr  İR departamentinin imkanları, yerli әmәk qanunu 

tәlәblәrinә riayәt olunması, işәgötürmә, profil, şikayәt vә narazılıqlar vә müvafiq 

praktikalara dair İR prosedurları әks etdirәn İR-in sorğu vәrәqәsinә cavab vermәlidirlәr.   

   

BP-nin  İnsan Resursları  (İR)/Әmәk Ehtiyatları üzrә departamenti әsas podratçıların  İR 



üzrә menecerlәri ilә mütәmadi olaraq rüblük iclaslar keçirir vә bu şәbәkә  tәcrübәlәrin 

bölüşdürülmәsi,  İR üzrә standartların vә praktikanın müzakirә olunması üçün әlverişli 

imkandır. Bundan başqa, podratçı işçi heyәtinә “OpenTalk” (“Açıq söhbәt”) – baş vermiş 

pozuntular barәsindә öz sözünü demәk üçün şirkәtdәnkәnar yaradılmış kanalımız adlanan 

xәtdәn istifadә etmәk imkanı verilir.                

 

 



Әmәliyyatın tәsiri 

 

 



Yerli müәssisәnin inkişafı 

 

BP-nin beynәlxalq standartlara uyğun olaraq yerli şirkәtlәr tәrәfindәn mәhsul vә 



xidmәtlәrlә  tәchiz edilmәsi imkanlarının inkişaf etdirilmәsindә onlara kömәklik göstәrәn 

tәrәfdaşlarımızla birgә maliyyәlәşdirilәn yerli ehtiyatları inkişaf etdirmәk sәylәrimizlә bağlı 

Komissiyanın diqqәtini yüksәk qiymәtlәndiririk. 

 

Bu, bizim Xәzәr regionunda xarakterik mövcudluğumuzun әsas komponentidir vә biz neft 



vә qaz әmәliyyatlarını strateji tәchizatçılarımız da daxil olmaqla daha çox yerli ehtiyatlarla 

dәqiqliklә  tәmin etmәkdә davam edirik. 2010-cu il әrzindә biz 2011-ci il üçün 

planlaşdırılmış  tәdarük vә  tәchizat kateqoriyaları üzrә müqavilәlәrin  әksәriyyәtini yerli 

şirkәtlәrlә bağladıq.      

 

Formatted: Font color: Auto

Formatted: Font color: Auto

Formatted: Font color: Auto



BP Azərbaycan şirkətinin cavabı                          

oktyabr 2011-ci il

 

 

,  

 

   

10 


BP vә onun neft vә qaz layihәlәrindәki tәrәfdaşları - Sahibkarlığın  İnkişafı  vә  Tәlim 

Proqramı (SİTP) vә  Tәchizatcı Muәssisәlәri Maliyyәlәşdirmә Mexanizmi (TMMM) kimi 

müәssisәlәrin inkişafı proqramlarını maliyyәlәşdirmiş, “Alıcı ilә tanış ol” biznes şәbәkәsi 

tәdbirini tәşkil etmiş, potensial tәchizatçılar üçün onlayn vasitә açmış  vә  dәstәklәmiş, 

elәcә dә müxtәlif yerli tәdarük modifikasiyaları tәtbiq etmişik. BP regionda maneәsiz vә 

sabit  әmәliyyatlara dәstәk olan yerli ehtiyatların bundan sonra da tәmin olunması 

sahәsindә götürdüyü öhdәliyә sadiq qalıb. Bizim seqmentli tәdarük imkanlarımız var vә 

davamlı yerli imkanları inkişaf etdirmәk potensialı hesabına  әlavә yüksәk tәsirә malik 

tәdarük kateqoriyaları üzrә üç-illik strategiya yaratdıq.    

 

 



Әtraf muhitә tәsir 

 

 



Biz  Komissiyanın 2010-ci il müddətində  Səngəçal terminalında qazın məşəldə yandırılmasının 

azaldılması faktını qeyd etməsindən məmnunuq. Faktiki olaraq, 2010-cu ildə qazın məşəldə 

yandırılmasının ümumi səviyyəsi 26%-dən artıq azalmışdır.   

 

Umumiyyәtlә, Sәngәçal terminalı 2009-cu illә müqayisәdә qazın mәşәldә yandırılmasının 



tәxminәn 39% azalmasına nail oldu. Sәngәçalda, mәqsәdi planlaşdırılmamış 

dayandırılmaların sayını azaltmaq olan qazın mәşәldә yandırılmasının tәkmillәşdirilmәsi 

proqramı hәyata keçirildi. Bu, qazın mәşәldә yandırılmasının davamlı olaraq azaldılmasına 

sәbәb oldu. Bundan başqa, novbәtçi mәşәl odluqlarının etibarlılığı tәkmillәşdirildi vә bu, 

mәşәldә yandırılan qazın hәcmini daha çox azaltmağa imkan verdi.  

 

Qazın mәşәldә yandırılmasına dair proqnozlar hәr il müvafiq şöbәlәr vә Azәrbaycan-



Gürcüstan-Turkiyә (AGT) regionunun mütәxәssislәri tәrәfindәn davamlı  tәkmillәşdirmәni 

nәzәrә almaqla müәyyәnlәşdirilir. Bu proqnozlar illik profilaktik tәdbirlәr planına,  hasilat 

proqnozuna vә  әvvәlki illәrdә baş vermiş potensial olaraq planlaşdırılmamış  tәdbirlәrә 

әsaslanır. BP qazın mәşәldә yandırılması göstәricilәrini dәyişmәlәri monitorinq etmәklә, 

faktiki rәqәmlәrlә  hәdәflәrin müqayisәsini vermәklә, hәmçinin çәtinlik vә problemlәri 

müәyyәn etmәklә mütәmadi olaraq qiymәtlәndirir. BP әvvәlki illәrdә qazın mәşәldә 

yandırılmasında azalmalara sәbәb olmuş tәcrübәlәri davam etdirmәyi planlaşdırır.         

 

Sәngәçal terminalı  әtrafında havanın keyfiyyәtinin monitorinqindә göstәrilmiş bir neçә 



istehsalat sahәsindә benzolun yüksәk sәviyyәsi ilә bağlı Komissiyanın qeydinә qaldıqda 

isә, BP şirkәti öz emissiyalarının monitorinqini vә nәzarәtini aparmaq öhdәliyi daşıyır. Biz 

Sәngәçal terminalı yaxınlığında başqa iştirakçıları bir araya gәtirmәk mәqsәdilә Qaradağ 

rayonunda sәnayenin inkişafını yaxından izlәyirik. Bizә belә gәlir ki, bu cür әlaqә onların 

planlarını öyrәnmәkdә bizә kömәk edә  vә elәcә  dә mümkün olduqda әn yaxşı 

tәcrübәlәrimizi bölüşmәk imkanlarını yarada bilәr.       

   

Әsas inkişaf layihәlәri 

 

Komissiya tәrәfindәn  Şahdәnizin tammiqyaslı  işlәnmәsi layihәsinә  vә bununla bağlı 



Sәngәçal terminalının genişlәnmәsinә riayәt olunmasından mәmnunuq. 

 

BP-nin  әtraf mühit vә sosial korporativ tәcrübәlәrindә qeyd olunduğu kimi, ŞD yatağın 



tammiqyaslı  işlәnmәsi (ŞD YTMİ) kimi layihәnin ilkin mәrhәlәlәri vә layihәlәşdirilmә 

mәrhәlәsi müddәtindә  әtraf mühit vә sosial tәsirin, elәcә  dә qonşuluqdakı mövcud vә 

gәlәcәk torpaqdan istifadәnin nәzәrә alınması lazım gәlir. Mövcud şәrait vә  gәlәcәk 

inkişaf (BP-nin vә üçüncü tәrәfin) modellәşdirilmә üzrә  tәdqiqat işlәrinә  vә avadanlığın 



Formatted: Font color: Auto

Formatted: Font color: Auto


BP Azərbaycan şirkətinin cavabı                          

oktyabr 2011-ci il

 

 

,  

 

   

11 


layihәlәşdirilmәsi, seçilmәsi vә obyektlәrin  haqqında mәlumat vermәk vә  ӘMSSTQ-nin 

hazırlanmasına kömәk etmәk üçün dә  Әtraf Mühit vә Sosial Sahәyә  Tәsirin 

Qiymәtlәndirilmәsi (ӘMSSTQ) sәnәdinә daxil edilib. Bizim әtraf mühit vә sosial korporativ 

tәcrübәlәrimiz vә Azәrbaycandakı fәaliyyәt tәcrübәmiz ŞD YTMİ-yә tәtbiq olunub vә yenә 

dә olunacaq.  

 

BP-nin riskin idarә olunmasında vә öyrәnilmiş dәrslәrin tәtbiq olunmasında istifadә etdiyi 



vasitәlәr AÇQ/BTC/CQBK layihәlәrindәn öyrәnilәnlәrin tәmin edilmәsi üçün istifadә 

olunmuş vә bu iş gәlәcәkdә dә davam etdirilәcәk, mövcud әmәliyyatlar, elәcә dә BP-nin 

beynәlxalq tәcrübәsi  ŞD yatağının tammiqyaslı  işlәnmәsi layihәsindә  tәtbiq olunacaqdır. 

Öyrәnilmiş  dәrslәrin müәyyәn edilmәsinin vә müvafiq tәdbirlәrin görülmәsinin tәmin 

olunması  mәqsәdilә, bu günәdәk  әsas  şirkәtdaxili maraqlı  tәrәflәrin iştirakı ilә sosial 

sahәyә tәsirin qiymәtlәndirilmәsinә dair ŞD yatağının tammiqyaslı işlәnmәsi layihәsi üzrә 

seminarlar başa çatdırılıb. Layihәlәşdirmәdәn başlamış tikinti fazasınadәk  ŞD yatağının 

tammiqyaslı işlәnmәsi layihәsinә uyğun olaraq, BP tikinti podratçılarının idarә olunması vә 

şirkәtxarici maraqlı tәrәflәrin cәlb edilmәsi üçün prosedur vә proseslәrin güclü olmasını, 

sosial risklәrin vә imkanların nәzәrdәn keçirilmәsini tәmin edәcәk. 

 

Öyrәnilmiş dәrslәrin vә  yaxşı tәcrübә prinsiplәrinin daxil edilmәsi ilә yanaşı, BP-nin sosial 



risklәri vә imkanları  hәll etmәk üçün seçәcәyi vә  hәyata keçirәcәyi prosedurlar vә 

proseslәr Azәrbaycanda dәyişmәkdә olan (sosial) şәraitә qarşı hәssas olmalıdır. Mәsәlәn, 

BP yerli şirkәtlәr dә daxil olmaqla ev tәsәrrüfatı, icma qrupları vә maraqlı tәrәflәrin iştirak 

etdiyi geniş  vә müfәssәl görüş prosesi nәticәsindә maraqlı  tәrәflәrlә sosial sorğu 

keçirmәyә başlayıb. Sorğu vasitәsilә yoxlanılan mәlumatlar  Şahdәnizin tammiqyaslı 

işlәnmәsi üzrә ӘMSSTQ sәnәdini dәstәklәmәk üçün istifadә olunacaqdır.  

 

BP-nin tәşәbbüslәri AÇQ/BTC/CQBK layihәlәrini dәstәklәmәk üçün tikinti işlәrinin әvvәlki 



mәrhәlәsi müddәtindәn daha da böyük olan hökumәt tәşәbbüslәri ilә üst-üstә düşmәsini 

kәnarlaşdırmalıdır.      

 

 

Nәticә 



 

 

Biz ASTK-ya müxtәlif faydalı tövsiyәlәr vә mәslәhәtlәr daxil edilmiş Beşinci hesabata görә 



tәşәkkür edirik. 2007-ci ildәn başlayan әmәkdaşlığımızı nәzәrdәn keçirdikdә, deyә bilәrik 

ki, bu çox konstruktiv olub.   



 

 

 



Formatted: Font color: Auto

Yüklə 349,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə