Microsoft Word az decision 213 Medical Waste



Yüklə 95,51 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü95,51 Kb.
#21929


«Tibbi tullantıların idarə olunmasına dair Tələblər»in təsdiq edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI 



  

«İstehsalat  və  məişət  tullantıları  haqqında»  Azərbaycan  Respublikasının  Qanununa 

dəyişikliklər  və  əlavələr  edilməsi  barədə»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 

edilməsi  haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  31  iyul  tarixli  609 

nömrəli  Fərmanının  1.5-ci  bəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. «Tibbi tullantıların idarə olunmasına dair Tələblər» təsdiq edilsin (əlavə olunur).



 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 



Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 28 dekabr 2007-ci il



 

             № 213          

 

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

  

Tibbi tullantıların idarə olunmasına dair



 

 

 



TƏLƏBLƏR

 

 



 

1. Ümumi müddəalar

 

  

1.1.  Bu  Tələblər  “İstehsalat  və  məişət  tullantıları  haqqında” Azərbaycan Respublikası 



Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 

tətbiq  edilməsi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  31  iyul  tarixli 

609  nömrəli  Fərmanının  1.5-ci  bəndinə  əsasən  hazırlanmışdır  və  tabeliyindən,  mülkiyyət 

formasından asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələrindən (bundan sonra – 

MPM) 

hasil 


olan 

müxtəlif 

növ 

tullantıların 



toplanması, 

saxlanması, 

emalı, 

zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmini müəyyənləşdirir.



 

1.2. Bu Tələblər aidiyyəti üzrə baytarlıq təbabəti müəssisələrinə də şamil edilir

  

2. TİBBİ TULLANTILARIN TƏSNİFATI



 

  

2.1.  Profilindən  və  çarpayı  sayından  asılı  olmayaraq,  MPM-in  fəaliyyəti  nəticəsində 



morfoloji tərkibinə və təhlükəlilik dərəcəsinə görə əmələ gələn tibbi tullantılar maye, bərk və 

toz  şəklində  olaraq,  “Təhlükəli  tullantıların  daşınmasına  və  kənarlaşdırılmasına  nəzarət 

haqqında”  Bazel  Konvensiyasına  əsasən  müvafiq  təhlükəli  tullantılar  təsnifatına  aid 

edilirlər.

 

2.2. Tibbə aid bütün tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə 



dörd sinfə bölünür:

 

A sinfi - MPM-in təhlükəsiz tullantıları;



 

B sinfi - MPM-in təhlükəli tullantıları;

 

C sinfi - MPM-in xüsusi təhlükəli tullantıları;



 


D  sinfi  -  MPM-in  tərkibinə  görə  sənaye  tullantılarına  yaxın  olan  tullantılar  (təsnifat 

cədvəl şəklində verilir):

 

Müalicə profilaktika müəssisələri tullantılarının təsnifatı



 

 

 



Təhlükəlilik 

kateqoriyası

 

A sinfi 


(təhlükəsiz)       

 

B sinfi (təhlükəli)



 

C sinfi 


(xüsusi 

təhlükəli)           

 

  

D sinfi (tərkibi 



sənaye 

tullantılarına 

yaxın olan)

 

Morfoloji tərkibinə 



görə 

səciyyələndirilməsi

 

 Yoluxucu 



xəstəliklər 

xəstəxanaları və 

pasiyentlərin 

bioloji mayeləri 

ilə təmasda 

olma-yan, eləcə 

də qeyri-toksiki 

tullantılar; 

yoluxucu 

xəstəliklər 

xəstəxanaları və 

vərəm əleyhinə 

müəssisələr 

(şöbələr) istisna 

olmaqla, bütün 

MPM-in qida 

tullantıları; 

mebel, inventar, 

tərkibində toksik 

elementlər 

olmayan və 

işləməyən 

diaqnostika 

avadanlıqları; 

yoluxmamış 

kağız, 


süpürüntü, 

tikinti və s. 

tullantılar

 

Potensial yoluxucu 



xəstələrlə təmasda 

olmuş tullantılar, 

ifrazat, o cümlədən 

qanla çirklənmiş 

materiallar və 

alətlər; 

patoloqoanatomik 

tullantılar, 

xəstələrin üzvi 

(bədən üzvləri, 

toxumalar və s.) 

cərrahiyyə 

tullantıları; 

yoluxucu 

xəstəliklər 

şöbələrinin bütün 

tullantıları (o 

cümlədən qida 

qalıqları); 3-cü və 4-

cü qrup patogen 

mikroorqanizmlərlə 

işləyən mikrobioloji 

laboratoriyaların 

tullantıları; 

vivarilərin bioloji 

tullantıları

 

Xüsusi təhlükəli 



yoluxucu xəstələrin 

təmasda olduğu 

materiallar; 1-4-cü 

qrup patogen 

mikroorqanizmlərlə 

işləyən 


laboratoriyaların 

tullantıları; vərəm 

əleyhinə və dəri-

zöhrəvi 


xəstəxanaların 

(şöbələrin) 

tullantıları

 

Vaxtı keçmiş 



dərman 

preparatları, 

dərman və 

diaqnostik 

preparatların 

tullantıları, 

yararlılıq 

müddəti bitmiş 

istifadəyə 

yararsız 

dezinfeksiya 

vasitələri, 

sitostatiklər və 

digər kimyəvi 

preparatlar; 

tərkibində civə 

olan əşya, cihaz 

və avadanlıqlar

 

  

  



3.  MPM-də  tullantıların  toplanması,  müvəqqəti  saxlanması  və  daşınması  sisteminin 

təşkilinin ümumi qaydaları

 

  

3.1.  MPM  ərazilərində  tullantıların  toplanması,  müvəqqəti  saxlanması  və  daşınması 



sisteminin təşkili aşağıdakı hissələrdən ibarət olmalıdır:

 

- tibb bölmələrinin daxilində tullantıların toplanması;



 

- tullantıların daşınması və müəssisədaxili konteynerlərə yüklənməsi;

 

- tullantıların MPM-in ərazisində müvəqqəti saxlanması;



 

- konteynerlərin tullantıların zərərsizləşdirilmə yerlərinə daşınması.

 



Hər  bir  hissə  üzrə  işlərin  aparılması  bu  Tələblərin  müvafiq  bölmələri  ilə 

müəyyənləşdirilir.

 

3.2.  MPM  ərazilərində  əmələ  gələn  tullantıların  sinfindən  asılı  olaraq,  onların 



toplanması, müvəqqəti saxlanması və daşınmasına fərqli tələblər qoyulur.

 

3.3.  Müxtəlif  siniflərə  aid  tullantıların  bütün  mərhələlərdə  toplanması,  saxlanması  və 



daşınması zamanı qarışdırılması yolverilməzdir.

 

3.4.  MPM-in  rəhbəri  tullantıların  toplanmasına  cavabdeh  şəxslə  birlikdə  hər  bir  tibb 



bölməsində tullantıların toplanmasına əlavə cavabdeh şəxs təyin edir. Həmin şəxs bilavasitə 

tullantıların ilkin toplandığı yerlərdə onların yığılmasına nəzarət edir və siniflər üzrə əmələ 

gələn  tullantıların  hesablanmış  miqdarına  əsasən  birdəfəlik  tutumların  sayını 

müəyyənləşdirir və onların (polietilen paketlər, xüsusi tutumlar) hermetikliyini təmin edir.

 

3.5.  Tullantıların  toplanması,  müvəqqəti  saxlanması  və  daşınması  ilə  bağlı  işlərə 



qabaqcadan təlim keçməmiş şəxslərin cəlb edilməsi qadağandır.

 

3.6.  MPM-də  tullantılara  gündəlik  nəzarətin  təşkili  üçün  xüsusi  cavabdeh  şəxs  təyin 



olunur  və  o,  tullantılarla  işləmək  qaydalarını  öyrənmək,  təhlükəli  tullantılarla  düzgün 

işləməyin təşkili barədə təlim keçmək və müvafiq sənəd (şəhadətnamə) almağa borcludur.

 

3.7.  Personala  tullantılarla  təhlükəsiz  davranma  qaydalarının  öyrədilməsi  həmin  tibb 



müəssisəsində tullantıların toplanmasına cavabdeh şəxs tərəfindən həyata keçirilir.

 

  



4. TİBB BÖLMƏLƏRİNDƏ TULLANTILARIN YIĞILMASI QAYDALARI

 

 



 

4.1.  Müxtəlif  dərəcədə epidemioloji,  toksikoloji  təhlükəliliyini nəzərə almaqla,  hər bir 

sinfə aid tullantılara müxtəlif tələblər irəli sürülür.

 

4.2. A sinfinə aid tullantılar



 

4.2.1. A sinfinə aid tullantılar aşağıdakı struktur bölmələrində əmələ gəlir:

 

- MPM bölmələrinin palataları (yoluxucu xəstəliklər, dəri-zöhrəvi, ftiziatriya, mikoloji 



bölmələrdən başqa);

 

- MPM-in inzibati-təsərrüfat otaqları;



 

-  mərkəzi  qida  bloku,  bölmələrin  bufetləri  (yoluxucu  xəstəliklər,  dəri-zöhrəvi, 

ftiziatriya, mikoloji bölmələrdən başqa);

 

- MPM-in korpuslarından kənar əraziləri.



 

4.2.2.  A  sinfinə  aid  tullantılar  ya  təkrar  istifadə  olunan  tutumlara,  ya  da  birdəfəlik 

paketlərə  toplanılır.  Birdəfəlik  paketlər  xüsusi  arabalara  və  ya  təkrar  istifadə  olunan 

tutumların içərisinə yerləşdirilir. Tullantılarla dolmuş təkrar istifadə olunan tutumlar və ya 

birdəfəlik  paketlər  həmin  sinfə  aid  olan  tullantı  üçün  nəzərdə  tutulmuş  konteynerə 

yüklənilir.  Təkrar  istifadə  olunan  tutumlar  boşaldıldıqdan  sonra  yuyulur  və  dezinfeksiya 

edilir.

 

4.2.3.  Bu  sinifdən  olan  irihəcmli  tullantılar  onlar  üçün  nəzərdə  tutulmuş  xüsusi 



bunkerlərə yığılır.

 

4.3. B sinfinə aid tullantılar



 

4.3.1. Əmələgəlmə yerləri:

 

- əməliyyat şöbələri;



 

- reanimasiya şöbələri;

 

- MPM-in prosedur, sarğı və digər manipulyasiya-diaqnostik otaqları;



 

- MPM-in yoluxucu xəstəliklər, dəri-zöhrəvi şöbələri;

 

- tibbi və patoloji-anatomik laboratoriyalar;



 


- 3-4-cü qrup patogenliyə aid mikroorqanizmlərlə işləyən laboratoriyalar;

 

- vivarilər, baytarlıq müalicəxanaları.



 

4.3.2.  Bu  bölmələrdə  əmələ  gələn  bütün  tullantılar  dezinfeksiya  edildikdən  sonra 

birdəfəlik hermetik bağlamalara toplanılır.

 

4.3.3. Yumşaq bağlamalar (birdəfəlik paketlər) xüsusi yerlərə və ya arabalara yığılır.



 

4.3.4. Paketin təxminən ¾ hissəsi dolduqdan sonra, onun içərisindən hava çıxarılır və 

həmin tibb bölməsində tullantıların toplanmasına cavabdeh təyin olunmuş əməkdaş paketin 

hermetik  bağlanmasını  təmin  edir.  Birdəfəlik  paketdən  havanın  çıxarılması  və  onun 

hermetik bağlanması zamanı respiratordan və rezin əlcəkdən istifadə edilməlidir.

 

4.3.5. Əməliyyat otağında, laboratoriyalarda əmələ gəlmiş üzvi tullantılar, mikrobioloji 



kulturalar  və  ştamlar,  vaksinlər,  virusoloji  təhlükəli  materiallar  dezinfeksiya  edildikdən 

sonra birdəfəlik sərt hermetik bağlamalara toplanılır.

 

4.3.6.  İti  tibbi  alətlər  (iynə)  dezinfeksiya  olunduqdan  sonra  digər  növ  tullantılardan 



ayrı, birdəfəlik sərt bağlamalara yığılır.

 

4.3.7. Tibb bölməsindən kənarda B sinfinə aid bütün növ tullantıların daşınması ancaq 



hermetikləşdirilmiş birdəfəlik paketlərdə həyata keçirilir.

 

4.3.8.  Təyin  olunmuş  yerlərdə  hermetikləşdirilmiş  birdəfəlik  tutumlar  B  sinfinə  aid 



tullantıların yığılması üçün nəzərdə tutulmuş konteynerlərə yığılır.

 

4.3.9.  İçərisində  bölmələrin  B  sinfinə  aid  tullantılar  olan  birdəfəlik  tutumlar  (sərt 



tutumlar, paketlər) “Təhlükəli tullantılar B sinfi” yazısı ilə bərabər, MPM-in bölməsinin adı, 

müəssisəsinin  adı,  tarix  və  tullantıların  yığılmasına  cavabdeh  şəxsin  soyadı  göstərilməklə 

nişanlanır.

 

4.4. C sinfinə aid tullantılar



 

4.4.1. Əmələgəlmə yerləri:

 

-  xüsusi  təhlükəli  və  karantin  qoyulan  yoluxucu  xəstəliklərə  yoluxmuş  pasiyentlər 



yerləşdirilən bölmələr;

 

- 1-2-ci qrup patogenliyə aid mikroorqanizmlərlə işləyən laboratoriyalar; ftiziatriya və 



mikoloji klinikalar (bölmələr).

 

4.4.2. Göstərilən bölmələrdə əmələ gələn bütün tullantılar müvafiq normativ sənədlərə 



uyğun olaraq dezinfeksiya edilir.

 

4.4.3.  Bu  sinfə  aid  tullantılar  yığılaraq,  birdəfəlik  bağlamalara  toplanılır.  Yumşaq 



bağlamalar (birdəfəlik paketlər) xüsusi dayaqlarla arabalara yerləşdirilir.

 

4.4.4.  Paketin  təxminən  ¾  hissəsi  dolduqdan  sonra  onun  içərisindən  hava  çıxarılıb, 



həmin  tibb  bölməsində  tullantıların  toplanmasına  cavabdeh  şəxs  tərəfindən  1-2-ci  qrup 

patogenliyə  aid  mikroorqanizmlərlə  işləyərkən  texniki  təhlükəsizlik  qaydalarına  riayət 

etməklə hermetik qablaşdırılır.

 

4.4.5. Mikrobioloji kulturalar və ştamlar, vaksinlər birdəfəlik sərt hermetik bağlamalara 



yığılır.

 

4.4.6.  C  sinfinə  aid  bütün  tullantıların  tibb  bölməsindən  kənara  daşınması  yalnız 



hermetik qablaşdırılmış birdəfəlik bağlamalarda həyata keçirilir.

 

4.4.7.  Müəyyən  olunmuş  yerlərdə  hermetikləşdirilmiş  birdəfəlik  tutumlar  (sərt 



tutumlar)  C  sinfinə  aid  tullantılar  üçün  nəzərdə  tutulmuş  korpuslararası  konteynerlərə 

yerləşdirilir.

 

4.4.8.  İçərisində  C  sinfinə  aid  tullantılar  olan  birdəfəlik  tutumlar  (sərt  tutumlar, 



paketlər)  “Xüsusi  təhlükəli  tullantılar  C  sinfi”  yazısı  ilə  bərabər,  MPM-in  bölməsinin  adı, 

müəssisəsinin  adı,  tarix  və  tullantıların  yığılmasına  cavabdeh  şəxsin  soyadı  göstərilməklə 

nişanlanır.

 



4.5. D sinfinə aid tullantılar

 

4.5.1. Əmələgəlmə yerləri:



 

- diaqnostika bölmələri;

 

- kimyəvi terapiya bölmələri;



 

- patoloji anatomiya bölmələri;

 

- əczaçılıq istehsal sahələri, apteklər, anbarlar;



 

- kimyəvi laboratoriyalar;

 

- inzibati-təsərrüfat binaları.



 

4.5.2.  Bu  sinifdən  olan  hər  bir  növ  tullantıların  toksiklik  dərəcəsi  toksik  sənaye 

tullantılarının siniflərinə uyğun və sənaye tullantılarının toksikliyinin müəyyənləşdirilməsi 

üzrə metodik təlimatlara uyğun olaraq təyin edilir.

 

4.5.3.  İstifadə  olunmuş  lüminessent  lampalar,  tərkibində  civə  olan  cihazlar  və 



avadanlıqlar  qapalı  hermetik  tutumlara  sındırılmadan  yığılır.  Tutum  dolduqdan  sonra 

hermetikləşdirilir  və  yardımçı  otaqlarda  saxlanılır.  Müqavilə  əsasında  xüsusi 

(ixtisaslaşdırılmış) müəssisələrə daşınır.

 

4.5.4.  Toksik  sənaye  tullantılarının  təsnifatı  üzrə  1-2-ci  sinif  toksik  tullantılara  aid 



edilən  tullantıların  toplanması  və  saxlanması  bu  təsnifatın  tələblərinə  və  digər  normativ 

sənədlərə uyğun olaraq həyata keçirilir.

 

4.5.5.  2-3-cü  sinif  toksikliyə  aid  D  sinif  tullantıları  toksiki  sənaye  tullantılarının 



təsnifatına uyğun olaraq sərt qablara yığılır, 4-cü sinif isə yumşaq qablara qablaşdırılır.

 

4.6. Aşağıdakılara yol verilmir:



 

- B və C sinfinə aid tullantıları bir tutumdan digərinə tökməyə;

 

-  birdəfəlik  və  təkrar  işlədilən  tutumları  elektrik  qızdırıcı  cihazların  yaxınlığında 



saxlamağa;

 

- hər hansı tullantını əl ilə basıb qablaşdırmağa;



 

- tullantıları əlcəksiz toplamağa.

 

 

 



5.  TƏKRAR  İSTİFADƏ  OLUNAN  İNVENTARLARIN  VƏ  TULLANTILARIN 

DEZİNFEKSİYA EDİLMƏSİNİN ÜMUMİ QAYDALARI

 

 

 



5.1. B və C sinfinə aid tullantılar birdəfəlik bağlamalara yığılmazdan əvvəl, bilavasitə 

tullantıların  ilkin  yığıldığı  yerdə  xüsusi  tutumlarda  hazırlanmış  dezinfeksiyaedici 

məhlullara  salınmaqla,  hökmən  dezinfeksiya  edilməlidir.  B  və  C  sinfinə  aid  tullantıların 

dezinfeksiyası normativ sənədlərə  əsasən  həyata  keçirilir. Müvafiq qaydada  qeydə alınmış 

və  tibb  müəssisələrində  tətbiqinə  zəmanət  verilmiş  dezinfeksiyaedici  vasitələrdən 

(təlimatlarda  onların  konsentrasiyası,  ekspozisiya  müddəti  və  istifadə  qaydası  göstərilir) 

istifadə edilir. Dezinfeksiya həmin sinif tullantının əmələ gəldiyi tibb bölməsinin daxilində 

aparılır.

 

5.2.  A  sinfinə  aid  tullantıların  toplandığı,  dəfələrlə  istifadə  olunan  sərt  tutumların 



dezinfeksiyası MPM tərəfindən hər gün aparılır.

 

5.3.  B  və  C  sinfinə  aid  tullantıların  yığıldığı  konteynerlərin,  avtomaşınların  tullantı 



yığılan yerlərinin dezinfeksiyası avtonəqliyyat təşkilatı tərəfindən aparılır.

 

Qəza  halları  zamanı  konteynerlərdə  və  ya  avtonəqliyyatda  tullantıların  açıq  halda 



olmasına  rast  gəldikdə,  təcili  şəkildə  dezinfeksiya  aparılmalıdır.  Bu  məqsədlə  MPM-də 

konteynerlərin  və  avtonəqliyyatın  yuyulub  dezinfeksiya  edilməsi  üçün  yer  təşkil 

edilməlidir.

 



Dezinfeksiya  üçün  ayrılmış  yer  asfaltlanmalı  və  vahid  axarı  olmalıdır. Tullantı  suları 

yığılaraq dezinfeksiya edilməli və zərərsizləşdirildikdən sonra MPM-in kanalizasiya xəttinə 

axıdılmalı  və  ya  kanalizasiya  xətti  olmadıqda,  müqavilə  əsasında  müvafiq  qaydada  təhvil 

verilərək sənədləşdirilməlidir.

 

 

 



6.  TULLANTILARIN  TOPLANMASI  VƏ  KƏNARLAŞDIRILMASI  (DAŞINMASI) 

SİSTEMİNİN 

TƏŞKİLİ 

ÜÇÜN 


AVADANLIQLARA 

VƏ 


KONTEYNERLƏRİN 

QOYULMA YERLƏRİNƏ OLAN ÜMUMİ TƏLƏBLƏR

 

 

 



6.1.  B  və  C  sinfinə  aid  tullantıların  yığılması  üçün  istifadə  olunan  birdəfəlik  paketlər 

hermetik  olmalı  və  ona  15  kq-dək  tullantı  təhlükəsiz  şəkildə  yığılmalıdır.  B  sinfinə  aid 

tullantıların  yığılması  üçün  paketlər  sarı,  C  sinfinə  aid  tullantıların  yığıldığı  paketlər 

qırmızı, A sinfinə aid olanlar isə ağ rəngli olmalıdır.

 

6.2. B və C sinfinə aid tullantıların yığılması üçün olan sərt tutumların konstruksiyası 



hermetik  olmalı  və  tullantıların  tibb  bölməsindən  (laboratoriyadan)  kənarda  daşınması 

zamanı açılıb dağılmamalıdır.

 

6.3.  Birdəfəlik  paketlərin  daşınması  üçün  istifadə  olunan  arabaların  konstruksiyası 



onların bərkidilməsi və istismarı üçün əlverişli olmalıdır.

 

6.4. A sinfinə aid tullantıların toplandığı, təkrar istifadə olunan xüsusi sərt tutumların 



konstruksiyasında  qapaq  nəzərdə  tutulmalı,  həmçinin  tullantıların  əlverişli  şəkildə 

daşınması üçün təkər və dəstəyi olmalıdır.

 

6.5. Müxtəlif siniflərə aid tullantılar ayrı-ayrı konteynerlərə yığılır və bu konteynerlər 



bir  birindən  asan  fərqlənməlidir.  Bir  sinfə  aid  tullantıların  yığıldığı  konteynerlər  tam  eyni 

olmalıdır.

 

6.6. İstifadə olunan konteynerlər hermetik kip qapaqla tam örtülməlidir. Konteynerlər 



tam hermetik olmalı, rütubəti keçirməməli və kənar şəxslərin, heyvanların ona toxunmasına 

imkan verilməməlidir.

 

6.7.  A,  B  və  C  sinfinə  aid  tullantılar  üçün  konteynerlər  açıq  meydançada  və  ya  tibb 



korpusunun  izolyasiya  olunmuş  otaqlarında  yerləşdirilir.  Konteyner  yerləşdirilmiş  tibb 

korpusunun otaqlarına xüsusi tələblər qoyulur.

 

6.8. C sinfinə aid tullantıların yığıldığı konteynerlər yalnız tibb korpusunun izolyasiya 



olunmuş  otaqlarında  yerləşdirilir.  C  sinfinə  aid  tullantıların  yığıldığı  konteynerlərin 

yerləşdirildiyi otaqlara xüsusi tələblər qoyulur.

 

C  sinfinə  aid  tullantıların  yığıldığı  konteynerlərin  A,  B,  D  sinfinə  aid  tullantıların 



yığıldığı konteynerlərlə birgə saxlanılmasına yol verilmir.

 

6.9.  Konteynerlərin  qoyulması  üçün  ayrılmış  açıq  meydançalar  asfaltlanmalı  və 



avtonəqliyyatın girişi və yükləmə-boşaltma işlərinin aparılması üçün əlverişli olmalıdır.

 

 



 

Konteynerlərin  qoyulduğu  açıq  meydançaların  ölçüləri  40  m2-dən  az  olmamalı  və 

onlar müalicə korpusundan və qida blokundan 50 m-dən yaxın olmamalıdır.

 

6.10.  Müxtəlif  sinfə  aid  tullantıların  yığılması  üçün  konteynerlərin  bir  meydançada 



yerləşdirilməsinə icazə verilir. Açıq meydançada ən çoxu 5 konteyner yerləşdirilə bilər.

 

 



 

7.  TULLANTILARIN  MÜVƏQQƏTİ  SAXLANMASI  VƏ  KƏNARLAŞDIRILMASI 

ŞƏRTLƏRİ

 

 



 


7.1.  B,  C,  D  sinfinə  aid  tullantıların  tibb  bölməsinin  otaqlarından  kənarda,  açıq  halda 

saxlanmasına və personalın onunla kontaktda olmasına yol verilmir.

 

7.2. MPM-in ərazisində A, B, C sinfinə aid tullantıların yalnız dəfələrlə istifadə olunan 



hermetik  konteynerlərdə  saxlanmasına  və  daşınmasına  icazə  verilir.  C  sinfinə  aid 

tullantıların  kənarlaşdırılması  (uzaqlaşdırılması)  zamanı  digər  tullantıların  onunla 

qarışdırılmasına yol verilmir. A, B, C sinfinə aid tullantıların təbii şəraitdə bir sutkadan çox 

saxlanmasına da icazə verilmir. Yalnız 5ºC-dən yüksək olmayan temperaturda bir sutkadan 

çox saxlanıla bilər. Bütün siniflərə aid qida tullantıları soyuducuda 5ºC-dən yüksək olmayan 

temperaturda  saxlanılmalıdır.  MPM-in  ərazisindən  tullantıların  zərərsizləşdirilməsi  üçün 

qurğu olmadıqda, A, B, C sinfinə aid tullantılar hər gün daşınmalıdır.

 

7.3. A sinfinə aid tullantıların daşınmasında bərk məişət tullantılarının daşınması üçün 



istifadə olunan avtonəqliyyatdan istifadə etməyə icazə verilir.

 

7.4.  Dolmuş  konteynerlər  qapalı  yük  yeri  olan  avtomaşınla  xüsusi  təyin  olunmuş 



yerlərə daşınır və götürülmüş konteynerin yerinə boş konteyner qoyulur.

 

7.5.  A,  B,  C  sinfinə  aid  tullantıların  MPM-in  ərazisindən  kənarda  daşınmasına  yalnız 



bu  məqsədlə  işlədilən  qapalı  yük  yeri  olan  avtomaşınlarla  icazə  verilir.  B  və  C  sinfinə  aid 

tullantıların daşınması üçün nəzərdə tutulmuş avtomaşının digər məqsədlərlə işlədilməsinə 

yol verilmir.

 

7.6.  D  sinfinə  aid  tullantıların  saxlanması  bu  məqsədlə  xüsusi  ayrılmış  yardımçı 



otaqlarda həyata keçirilir.

 

7.7.  A  sinfinə  aid  tullantılar  bərk  məişət  tullantılarının  basdırıldığı  adi  poliqonlarda 



boşaldıla  bilər.  B  və  C  sinfinə  aid  tullantıları  MPM-in  tullantılarını  termik  üsulla 

zərərsizləşdirən xüsusi qurğularda məhv etmək lazımdır.

 

7.8.  B  və  C  sinfinə  aid  tullantıların  zərərsizləşdirilməsi  mərkəzləşdirilmiş  və 



mərkəzləşdirilməmiş  üsulla  aparıla  bilər.  MPM-in  tullantılarının  müəssisənin  ərazisində 

mərkəzləşdirilməmiş  üsulla  termiki  zərərsizləşdirilməsi  üçün  qurğuların  yerləşdirilməsi 

Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  və  Azərbaycan 

Respublikası  Səhiyyə  Nazirliyinin  razılığı  ilə  həyata  keçirilir.  Mərkəzləşdirilmiş  üsulla 

MPM-in tullantılarının zərərsizləşdirilməsi iri zibilyandıran zavodların sobalarında aparılır. 

Həmin  zavodun  yerləşdiyi  yer,  istismar  şəraiti,  ətraf  mühitə  təsir  səviyyəsi  müvafiq 

normativ sənədlərlə tənzimlənir.

 

Epidemioloji  təhlükəsiz  patoloji  anatomik  və  üzvi  əməliyyat  tullantılarının  (orqan, 



toxuma və s.) zərərsizləşdirilməsi üçün qurğular olmadıqda, onlar qəbiristanlıqlarda xüsusi 

ayrılmış  qəbirlərdə  basdırılır.  B  sinfinə  aid  digər  tullantılar  (materiallar  və  alətlər, 

pasientlərin  ifrazatları,  vivarium  və  mikrobioloji laboratoriyaların  tullantıları)  dezinfeksiya 

edilərək, zərərsizləşdirildikdən sonra poliqona daşınır.

 

7.9.  D  sinfinə  aid  tullantıların  daşınması,  zərərsizləşdirilməsi  və  basdırılması  toksiki 



sənaye tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və basdırılmasına qoyulan 

gigiyenik tələblərə müvafiq aparılır.

 

 

 



8.  TULLANTILARIN  YIĞILMASI  VƏ  UZAQLAŞDIRILMASI  PLANININ  HƏYATA 

KEÇİRİLMƏSİ

 

 

 



8.1.  Tullantıların  yığılması  və  daşınması  planı  hər  bir  MPM  üçün  ayrıca  işlənilir. 

Tullantıların yığılması və daşınması planı hazırlanarkən aşağıdakı tələblər yerinə yetirilir:

 

8.1.1.  əmələ  gələn  tullantıların  kəmiyyət  və  keyfiyyət  analizi  aparılır,  siniflər  üzrə 



əmələ gələn tullantıların miqdarı hesablanır;

 



8.1.2. hər bir sinfə aid tullantıların ilkin əmələ gəldiyi yerdə qoyulacaq qabların lazımi 

miqdarı hesablanır və təyin edilir.

 

Birdəfəlik  qablar,  korpuslararası  və  korpusdaxili  konteynerlər,  korpusdaxili 



tullantıların  yığılması  üçün  otaqlar bu qaydaların  müvafiq bəndlərində qoyulmuş  tələbləri 

ödəməlidir.  Korpusdaxili  tullantıların  yığılması  üçün  otaqlar  aşağıdakı  tələblərə  cavab 

verməlidir:

 

- otağın döşəməsi keramik plitələrdən olmalı;



 

- divarlar tavana qədər kafellə örtülməli;

 

- tavan rütübətədavamlı boya ilə rənglənməli;



 

-  otaq  əlüzyuyanla,  axar  su  kranı,  bakterisid  lampa,  kanalizasiya  və  ventilyasiya 

sistemləri ilə təchiz olunmalıdır.

 

8.2. Müxtəlif siniflərə aid tullantıların ayrıca yığılması və daşınmasına qoyulan tələblər 



nəzərə alınmaqla, tullantıların yığılması və daşınması sistemi işlənib hazırlanır. Bunun üçün 

aşağıdakılar nəzərə alınmalıdır:

 

-  A  sinfinə  aid  tullantılar  ya  termiki  zərərsizləşdirilməli,  ya  da  xüsusi  poliqonlara 



daşınmalıdır;

 

- B və C sinfinə aid tullantılar hökmən termiki zərərsizləşdirilməlidir.



 

8.3.  MPM-in  rəhbəri  ərazi  gigiyena  və  epidemiologiya  mərkəzi  ilə  razılaşdırılmış 

şəkildə tullantılarla işləmə qaydalarına dair təlimatı təsdiq edir.

 

8.4. MPM-in rəhbərliyi əmələ gələn tibbi tullantıların təsnifatına uyğun hesabatlarının 



aidiyyəti  orqanlara  təqdim  olunmasını  və  “Təhlükəli  tullantıların  pasportlaşdırılması 

Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-

cü il 31 mart tarixli 41 nömrəli qərarına əsasən bu tullantıların pasportlaşdırılmasını təmin 

edir.


 

 

Yüklə 95,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə