Microsoft Word az law Export Control



Yüklə 97,92 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü97,92 Kb.
#66344
növüQaydalar


İxrac nəzarəti haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Bu  Qanun  dövlət  orqanları  tərəfindən  ixrac  nəzarətinin  həyata  keçirilməsinin  hüquqi 



əsaslarım və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) 

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydalarım müəyyən edir. 

M a d d ə  1 . Bu Qanunda istifadə edilən əsas anlayışlar 

1.1.  Bu  Qanunun  məqsədləri  üçün  aşağıdakı  anlayışlardan  istifadə  edilir:  1.1.1.  ixrac 

nəzarəti  -  ixrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin) 

Azərbaycan  Respublikasının  ərazisinə  gətirilməsi,  bu  ərazidən  çıxarılması  və  tranzitinin 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydalara  uyğun  həyata 

keçirilməsini təmin edən tədbirlər kompleksi; 



1.1.2.

  ikili təyinatlı mallar (işlər, xidmətlər) - mülki məqsədlər üçün istifadə edilən, lakin 

kütləvi  qırğın  silahları  və  onların  çatdırılma  (daşınma)  vasitələrinin,  digər  silah  növlərinin, 

hərbi  texnikanın,  sursatın  yaradılmasında  və  hazırlanmasında  da  istifadə  edilə  bilən  mallar 

(işlər, xidmətlər); 

1.1.3.

  ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) 



nomenklaturu  -  kütləvi  qırğın  silahları  və  onların  çatdırılma  (daşınma)  vasitələrinin,  digər 

silah  növlərinin,  hərbi  texnikanın,  sursatın  yaradılmasında  və  hazırlanmasında  istifadə  edilən 

malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin),  habelə  istifadə  edilə  bilən  ikili 

təyinatlı  malların  (işlərin,  xidmətlərin),  xammalın,  nüvə  və  xüsusi  qeyri-nüvə  materialları 

daxil  olmaqla,  materialların,  avadanlığın,  elmi-texniki  informasiyanın,  cinayətkarlığa  və 

terrorçuluğa qarşı istifadə olunan vasitələrin siyahıları; 

1.1.4.

  əqli  fəaliyyətin  nəticələri  -  elmi  işlər,  elektron  hesablayıcı  texnikanın  və  məlumat 



topluları proqramlarına müəlliflik hüquqları, sənaye mülkiyyətinə hüquqlar, kəşf hüquqları, 

hüquqi  və  fiziki  şəxslər  tərəfindən  istehsal  edilmiş  (onlara  məxsus  olan)  mallar,  onlar 

tərəfindən  göstərilən  xidmətlər,  silah,  hərbi  texnika,  ikili  təyinatlı  mallar,  kütləvi  qırğın 

silahının  hazırlanması  üçün  xüsusi  avadanlıq  və  texnologiya  ilə  bağlı  olan  sənaye 

nümunələri və "nou-hau"; 

1.1.5.


 kütləvi qırğın silahları - nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahı. 

1.2. Bu Qanunda istifadə edilən, mülki, gömrük və başqa qanunvericilik sahələrinə aid digər 

anlayışlar müvafiq qanunvericilik aktlarında müəyyən olunmuş mənanı kəsb edir. 

M a d d ə  2 . Azərbaycan Respublikasının ixrac nəzarəti üzrə qanunvericiliyi 

2.1.

  Azərbaycan  Respublikasının  ixrac  nəzarəti  üzrə  qanunvericiliyi  Azərbaycan 



Respublikasının  Konstitusiyasından,  bu  Qanundan,  Azərbaycan  Respublikasının  gömrük  işi, 

əhalinin  sanitar-epidemioloji  və  radiasiya  təhlükəsizliyi  haqqında  qanunvericiliyindən  və 

digər müvafiq normativ hüquqi aktlardan ibarətdir. 

2.2.


  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası  beynəlxalq  müqavilələrlə 

bu Qanun arasında ziddiyyət yarandıqda, həmin beynəlxalq müqavilələr tətbiq olunur. 

M a d d ə  3 . İxrac nəzarəti üzrə qanunvericiliyin tətbiqi dairəsi 

3.1.


  Bu  Qanun  ixrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin 

nəticələrinin)  ixracı,  idxalı,  təkrar  ixracı,  təkrar  idxalı,  tranziti  və  xarici  iqtisadi  fəaliyyətin 

digər əməliyyatlarına tətbiq edilir. 

3.2.


  Bu Qanun, hüquqi və fiziki şəxslər tərəfindən aparılan əməliyyatlar və ya bağlanmış 

müqavilələr  partlayıcı  və  radioaktiv  maddələrin,  materialların,  cihazların,  kütləvi  qırğın 




silahlarının, digər silahların yayılmasına imkan yaratdığı və Azərbaycan Respublikasının milli 

təhlükəsizliyinə və maraqlarına zərər gətirdiyi hallarda da tətbiq edilir. 

M a d d ə  4 . İxrac nəzarətinin həyata keçirilməsinin məqsədləri və prinsipləri 

4.0.  Azərbaycan  Respublikasında  ixrac  nəzarətinin  həyata  keçirilməsinin  məqsədləri  və 

prinsipləri aşağıdakılardır: 

4.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi; 

4.0.2.  ixrac  nəzarətinin  həyata  keçirilməsində  Azərbaycan  Respublikasının  siyasi,  hərbi  və 

iqtisadi maraqlarının təmin edilməsi; 

4.0.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı kütləvi qırğın və baş-qa növ silahların 

yayılmaması barədə dövlətlərarası beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət edilməsi; 

4.0.4. kütləvi qırğın silahlarının yayılmaması rejimi çərçivəsində nəzarətə düşən malın (işin, 

xidmətin,  əqli  fəaliyyətin  nəticələrinin)  son  istifadəçisinin,  aralıq  tərəflərin  və  texnologiya 

səviyyəsinin yoxlanılması; 

4.0.5. ixrac nəzarəti haqqında qanunvericiliyə, habelə ixrac nəzarəti siyasətinin aparılmasına 

dair məlumatların açıqlığı. 

M a d d ə  5 . İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) 

5.0. Mənşəyindən,  mülkiyyətçisindən  və  istehsal  vaxtından  asılı  olmayaraq  bu  Qanunun 

tələb  və  şərtlərinə  əsasən  aşağıdakı  mallar  (işlər,  xidmətlər,  əqli  fəaliyyətin  nəticələri)  ixrac 

nəzarətinə düşür: 

5.0.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdə 

nəzərdə tutulmuş ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) və 

texnologiyalar; 

5.0.2. kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələri daxil olmaqla, hərbi 

təyinatlı mallar; 

5.0.3.  kütləvi  qırğın  silahlarının,  silahların,  hərbi  texnikanın  və  sursatların  yaradılmasında 

və hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı mallar (işlər, xidmətlər, əqli fəaliyyətin 

nəticələri); 

5.0.4. partlayıcı və radioaktiv maddələr, materiallar, radioaktiv mənbəli cihazlar, ionlaşdırıcı 

şüa mənbələri, qurğuları; 

5.0.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi, o cümlədən son istifadəsinə və ya 

istifadəçisinə  görə  ixrac  nəzarətinə  düşən  digər  mallar  (işlər,  xidmətlər,  əqli  fəaliyyətin 

nəticələri). 

M  a  d  d  ə    6  .  İxrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin  əqli  fəaliyyətin 

nəticələrinin) siyahısı 

6.1.

  İxrac  nəzarətinə  düşən malların  nomenklaturuna  uyğun  kodlar  üzrə,  habelə işlərin, 



xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin  siyahısı  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir və təsdiq edilir. 

6.2.

  Siyahı təsdiq edildikdən sonra müvafiq qaydada dərc olunmalıdır. 



M a d d ə  7 . İxrac nəzarətinin həyata keçirilməsi sistemi 

7.1.


 İxrac  nəzarəti  sistemi  ixrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin,  əqli 

fəaliyyətin  nəticələrinin)  ixracı,  idxalı,  təkrar  ixracı,  təkrar  idxalı,  tranziti  əməliyyatlarının 

aparılması qaydalarını müəyyən edir. 

7.2.


  Azərbaycan Respublikasının ixrac nəzarəti sisteminə daxildir: 

7.2.1.


  ixrac nəzarəti üzrə qanunvericilik aktları; 

7.2.2.


  ixrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin) 


siyahısının müəyyən edilməsi; 

7.2.3.


  ixrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin) 

ayrı-ayı dövlətlərə ixrac rejimlərinin müəyyən edilməsi; 

7.2.4.

  ixrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin) 



ixracının,  idxalının,  təkrar  ixracının,  təkrar  idxalının,  tranzitinin  xüsusi  icazə  əsasında  həyata 

keçirilməsi; 

7.2.5.

  ikili  təyinatlı  malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin)  sifariş 



edilmiş məqsədlər üçün istifadəsinə nəzarət; 

7.2.6.


  xüsusi  icazə  verilməsindən  əvvəl  və  sonra  ixrac  nəzarətinə  düşən  mallar  (işlər, 

xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əməliyyatların aparılmasına nəzarət; 

7.2.7.

  beynəlxalq  təşkilatlarla  və  xarici  dövlətlərin  ixrac  nəzarəti  orqanları  ilə  məlumat 



mübadiləsi və digər qarşılıqlı əlaqələr; 

7.2.8.


  ixrac  nəzarəti  sisteminin  fəaliyyəti  üzrə  ictimaiyyətə  ümumi,  habelə  spesifik 

məlumatın verilməsi; 

7.2.9.

  ixrac nəzarəti sisteminin fəaliyyəti barədə ictimai rəyin öyrənilməsi. 



7.3.

  İxrac  nəzarətinin  aparılması  qaydaları  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

7.4.


  İxrac  nəzarətinə  düşən  malların  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 

keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının gömrük orqanı həyata keçirir. 

M  a  d  d  ə    8.  İxrac  nəzarətinə  döşən malların  (işlərin,  xidmətlərin)  ixrac rejimlərinin 

müəyyən edilməsi 

8.1.

  İxrac  nəzarətinə  düşən  mallar  (işlər,  xidmətlər,  əqli  fəaliyyətin  nəticələri),  bu 



malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin)  ixracına  qadağan  və  ya 

məhdudiyyət qoyulmuş dövlətlər və son istifadəçilər istisna edilməklə, hər hansı bir dövlətə 

ixrac oluna bilər. 

8.2.


  İxrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin) 

ixracına  qadağan  qoyulmuş  dövlətlərin,  son  istifadəçilərin,  habelə  onlara  ixracı  qadağan 

edilən  ixrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin) 

siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

M  a  d  d  ə    9.  İxrac  nəzarətinə  düşən  mallara  (işlərə,  xidmətlərə,  əqli  fəaliyyətin 

nəticələrinə) xüsusi icazə verilməsi 

9.1.  İxrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin) 

ixracı,  idxalı,  təkrar  ixracı,  təkrar  idxalı,  tranziti  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

verilən xüsusi icazə əsasında həyata keçirilir. 

9.2.  Mallar  (işlər,  xidmətlər,  əqli  fəaliyyətin  nəticələri)  üzrə  xüsusi  icazənin  verilməsi 

qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

M a d d ə  10. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) 

üzrə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaların aparılması 

İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi 

əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamalar müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 

aparılır. 

M a d d ə 11. İkili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin 

nəticələrinin) istifadəsinə nəzarət 

İkili  təyinatlı  mallardan  (işlərdən,  xidmətlərdən,  əqli  fəaliyyətin  nəticələrindən)  sifariş 




edilmiş  məqsədlər  üçün  istifadə  olunmasına  nəzarət  müvafiq  icra  hakimiyyəti  orqanının 

müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

M a d d ə 12. İxrac nəzarətinə aid məlumatların alınması və qorunması 

İxrac 


nəzarətini 

həyata 


keçirmək 

səlahiyyətinə 

malik 

olan 


müvafiq 

icra  hakimiyyəti  orqanlarının  onlara  həvalə  edilmiş  funksiyaların  həyata  keçirilməsi  üçün 

müvafiq dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən ixrac nəzarəti məsələlərinə aid sənəd 

və məlumatları almaq hüququ vardır. 

Hüquqi 

və 


fiziki 

şəxslərdən 

alınmış 

ixrac 


nəzarətinə 

aid 


sənəd 

və 


məlumatlar yalnız ixrac nəzarəti məqsədləri üçün istifadə edilir. 

Bu  Qanunun  12.2-ci  maddəsində  göstərilən  sənəd  və  məlumatların  və  ya  onların 

məzmununun  açıqlanması  və  ya  üçüncü  şəxslərə  verilməsi  qadağandır.  İxracatçılardan 

(idxalatçılardan) 

alınan 

məxfi 


məlumatlar 

Azərbaycan 

Respublikasının 

müvafiq 


qanunvericiliyinə uyğun olaraq qorunur. 

M a d d ə   13. Beynəlxalq təşkilatların fəaliyyətində iştirak 

Azərbaycan Respublikası üzv olduğu ixrac nəzarəti sahəsində fəaliyyət göstərən beynəlxalq 

təşkilatların, həmçinin tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrin şərtlərindən irəli 

gələn  öhdəliklərinin  yerinə  yetirilməsi  üçün  kütləvi  qırğın  silahlarının  yayılmaması  rejiminin 

təmin  edilməsi  və  möhkəmləndirilməsi  ilə  bağlı  məsələlər  üzrə  digər  beynəlxalq  təşkilatların 

fəaliyyətində, habelə bu sahədə çoxtərəfli və ikitərəfli tədbirlərdə iştirak edir. 

M  a  d  ə    14.  Azərbaycan  Respublikasının    ixrac  nəzarəti  haqqında  qanunvericiliyinin 

pozulmasına görə məsuliyyət 

İxrac  nəzarəti  haqqında  qanunvericiliyi  pozan  Azərbaycan  Respublikasının,  habelə  xarici 

ölkələrin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 

mülki, inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar. 

 

 

İlham ƏLİYEV,  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 26 oktyabr 2004-cü il  



             № 772-IIQ 

Yüklə 97,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə