Microsoft Word az law Industrial Consumer Waste



Yüklə 182,34 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü182,34 Kb.
#10637


İstehsalat və məişət tullantıları haqqında 

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Bu Qanun zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, istehsalat 



və  məişət  tullantılarının  (bundan  sonra  -  tullantıların)  insan  sağlamlığına  və  ətraf  mühitə 

zərərli  təsirinin  qarşısının  alınması,  onların  təhlükəli  təsirinin  azaldılması,  təbiətdə  ekoloji 

tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi təsərrüfat 

dövriyyəsinə  cəlb  olunması  məqsədilə  tullantıların  idarə  olunması  sahəsində  Azərbaycan 

Respublikasının dövlət siyasətini və hüquqi münasibətləri müəyyən edir.

i[1]


 

I   f ə s i l  

ÜMUMİ MÜDDƏALAR 

M a d d ə 1 .  

Əsas anlayışlar

ii[2]


  

 Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:  

 istehsalat  tullantıları  -  istehsal,  yaxud  işlərin  (xidmətlərin)  yerinə  yetirilməsi 

prosesində  əmələ  gələn və  ilkin  istehlak  xüsusiyyətlərini tam  və  ya  qismən itirən  xammal, 

material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti 

olmayan  və  öz  istifadə  olunma  xüsusiyyətlərinə  görə  texnoloji  prosesə  daxil  olmayan, 

yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr; 

 məişət  tullantıları  (bərk  məişət  tullantıları)  —  əhalinin  həyat  fəaliyyəti  nəticəsində 

yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və  materiallar; 

       təhlükəli  tullantılar  -  tərkibində  təhlükəli  xüsusiyyətlərə  malik  partlayıcı,  yanma 

qabiliyyətli,  oksidləşdirici,  toksiki,  infeksion,  korroziya  təsirinə  malik  və  ekotoksiki 

maddələr  olan,  əhalinin  sağlamlığı  və  ətraf  mühit  üçün  bilavasitə  və  ya  potensial  təhlükə 

yaradan tullantılar; 

  təhlükəsiz tullantılar - ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən tullantılar; 

  təkrar xammal - texniki və ya texnoloji imkanlar, həmçinin iqtisadi səmərəlilik nəzərə 

alınmaqla təsərrüfat fəaliyyətində təkrar istifadə oluna bilən tullantılar; 

  yararsız  tullantılar  —  istifadə  olunma  xüsusiyyətləri  məhdud  olan,  təkrar  istifadəsi 

iqtisadi baxımdan səmərəli olmayan tullantılar; 

  tullantıların  emalı  —  onların  toplanması,  saxlanılması,  çeşidlənməsi,  daşınması  və 

zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü  fəaliyyət; 

  tullantıların  yerləşdirilməsi  —  tullantıların  saxlanılması  və  ya  basdırılması  üzrə 

həyata keçirilən fəaliyyət; 

  tullantıların  zərərsizləşdirilməsi  —  ətraf  mühitə  və  insanın  sağlamlığına  təsirini 

azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı  (o cümlədən yandırılması) və ya 

basdırılması. 

tullantılar  -  qanunvericiliyin  müddəalarına  müvafıq  olaraq  kənarlaşdırılan, 

kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar; 

tullantıların  idarə  olunması  -  tullantıların  əmələ  gəldiyi  fəaliyyət  prosesi,  habelə 

tullantıların  yığılması  (toplanması),  çeşidlənməsi,  daşınması,  yerləşdirilməsi,  emalı, 

istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət; 

tullantıların  yığılması  (toplanması)  -  tullantıların  sonradan  istifadə  edilməsi, 

utilizasiyası  və  ya  basdırılması  (məhv  edilməsi)  məqsədilə  icazə  verilmiş  yerlərdə 

müvəqqəti yerləşdirilməsi; 



tullantıların  çeşidlənməsi  -  tullantıların  müəyyən  əlamətlərinə  (növünə,  tərkibinə, 

xüsusiyyətinə və s.) görə toplanması; 

tullantıların  daşınması  -  tullantıların  əmələ  gəldiyi,  yerləşdirildiyi,  istifadə  və 

utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və obyektlər 

arasında daşınması; 

tullantıların  utilizasiyası  -  tullantılardan  lazımi  materialların  və  enerjinin  ayrılaraq 

təkrar istifadə üçün yararlı hala salınması; 

tullantıların  basdırılması  -  sonradan  istifadəyə  yararlı  olmayan  tullantılardan  ətraf 

mühitə  zərərli  təsirin  qarşısını  almaq  məqsədilə  onların  xüsusi  ayrılmış  yerlərdə  müvafiq 

qaydada təcrid edilməsi; 

tullantıların istifadəsi - tullantılardan malların (məhsulların) istehsalında və ya enerji 

əldə edilməsində istifadə olunması; 

tullantıların  yerləşdirilmə  obyekti  -  tullantıların  yerləşdirilməsi  üçün  nəzərdə 

tutulmuş xüsusi təchiz edilmiş qurğu (poliqon, şlam-anbar və başqaları); 

tullantıların  sərhədlərarası  daşınması  -  ən  azı  iki  dövlətin  mənafeyinə  toxunmaq 

şərtilə  tullantıların  bir  dövlətin  ərazisindən  digər  dövlətin  ərazisinə  və  ya  ərazidən 

keçməklə,  yaxud hər hansı  dövlətin  yurisdiksiyası  altında  olmayan  əraziyə  və  ya  ərazidən 

keçməklə daşınması; 

tibbi  tullantılar  -  səhiyyə  və  baytarlıq  obyektlərində  və  tibbi  manipulyasiya  zamanı 

əmələ gələn tullantılar;      

təhlükəli tullantıların pasportları - təhlükəli tullantıların müvafiq tullantı növünə və 

təhlükəlilik dərəcəsinə aidiyyətini təsdiq edən, onların tərkibi barədə məlumat verən sənəd; 

tullantıların  növü  -  tullantıların  təsnifatı  sisteminə  uyğun  olaraq  ümumi  əlamətlərə 

malik olan tullantılar; 

tullantıların  istehsalçısı  -  fəaliyyəti  nəticəsində  təhlükəli  və  ya  digər  tullantıların 

əmələ  gəlməsinə  səbəb  olan  istənilən  şəxs,  yaxud  bu  şəxs  məlum  olmadıqda,  tullantıların 

sahibi olan və/və ya onlara nəzarəti həyata keçirən şəxs; 

tullantıların  sahibi  (mülkiyyətçisi)  -  tullantıların  istehsalçısı,  yaxud  onların  sahibi 

olan fiziki və ya hüquqi şəxs; 

texnoloji  proses  -  istehsalat  vahidinin  işə  salınmasının  təsdiq  edilmiş  müddəti  ilə 

texnoloji reqlamentə uyğun fəaliyyəti; 

istehsalat tullantılarının əmələ gəldiyi yerlər - onların əmələ gəldiyi texnoloji proses, 

yaxud istehsal sahələri (müəssisələr); 

tullantıların identifikasiyası - pasport məlumatları və ya yoxlama sınaqları əsasında 

konkret təhlükəli tullantıların hansı tullantı növünə və xüsusiyyətinə aidiyyətinin müəyyən 

edilməsi proseduru; 

az tullantılı texnologiya - ənənəvi üsullarla müqayisədə məhsulun alınması nəticəsində 

tullantıların nisbətən az həcmdə əmələ gəlməsinə imkan verən istehsalat prosesi.

 iii[3]

  

M a d d ə   2 .  



Tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının 

qanunvericiliyi

iv[4]

  

 Tullantıların idarə  olunması  sahəsində Azərbaycan  Respublikasının qanunvericiliyi bu 



Qanundan,  Azərbaycan  Respublikasının  digər  müvafiq  qanunvericilik    aktlarından  və 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

Zərərli  qazlar,  çirkab  suları  və  radioaktiv  tullantıların  idarə  olunması  Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

v[5]

 



M a d d ə   3 .  

Qanunun tətbiq sahəsi

  

 Bu Qanun Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində tullantılar əmələ gələn və 



tullantıların  idarə  olunması  sahəsində  fəaliyyət  göstərən  bütün  hüquqi  və    fiziki  şəxslərə 

şamil olunur.

vi[6]

 

 



M a d d ə   4 .  

Tullantıların idarə olunması sahəsində dövlət siyasətinin 

prinsipləri

vii[7]


  

 Tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri aşağıdakılardır: 

 əhalinin sağlamlığının və ətraf mühitin ekoloji tarazlığının qorunması; 

  ekoloji  tarazlığın  və  iqtisadi  maraqların  təmin  olunmasının  elmi  cəhətdən 

əsaslandırılması; 

  tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən müəssisələrin yaradılması, bu 

məqsədlə  dövlət  və  özəl  müəssisələrin,  habelə  xarici  investorların    vəsaitlərinin  cəlb 

edilməsi; 

  (Çıxarılıb)

viii[8]


 

təhlükəli  tullantıların  ekoloji  baxımdan  əsaslandırılmış  idarəetmə  sistemini 

yaratmaqla, onların sərhədlərarası daşınmasının minimuma endirilməsi; 

təhlükəli  və  başqa  tullantıların  ekoloji  cəhətdən  özünü  doğrultmuş  üsullarla  onların 

əmələ gəldiyi mənbənin mümkün qədər yaxınlığında istifadəsi və zərərsizləşdirilməsi; 

  təhlükəli tullantıların yarandığı yerlərdə onların azaldılması və minimuma endirilməsi 

məqsədilə az tullantılı texnologiyaların yaradılması və tətbiqi;

ix[9]


 

  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  təhlükəli  tullantıların 

təsnifatı və pasportlaşdırılması əsasında onların dövlət uçotunun aparılması.

x[10]


 

  təbiəti  mühafizə  tələblərinə,  ekoloji  tarazlıq  normalarına,  gigiyena  normativlərinə  və 

sanitariya qaydalarına əməl olunmasına nəzarət; 

  tullantıların  klassifikasiyası  və  pasportlaşdırılması  əsasında  dövlət  uçotunun 

aparılması; 

  ictimai təşkilatların, maraqlı şəxslərin informasiya almasına təminat verilməsi; 

  əhalinin mənafeyi ilə bağlı qərarlar qəbul edilərkən ictimai rəyin nəzərə alınması; 

  tullantıların idarə olunması sahəsində çalışan işçilərin sosial müdafiəsi; 

  tullantılarla əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsi zamanı ölkənin milli 

mənafelərinin nəzərə alınması.  

M a d d ə   5

. Tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsi 

sahəsində dövlət hakimiyyət orqanlarının vəzifələri

xi[11]


  

 Tullantıların  idarə  olunması  üzrə  münasibətlərinin  tənzimlənməsində  dövlət 

hakimiyyət orqanlarının vəzifələri aşağıdakılardır: 

 tullantıların idarə olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi; 

  qanunvericilik  aktlarının  və  məqsədli  proqramların  hazırlanması,  təsdiqi  və  onların 

yerinə yetirilməsinə dövlət nəzarəti; 

  tullantıların  toplanması  və  emal  üçün  qanunvericilikdə  müəyyən  edilən  qaydada 

iqtisadi həvəsləndirmənin təmin olunması; 

  müvafiq  icra hakimiyyəti  orqanları [Azərbaycan  Respublikasının  Dövlət  Ekologiya  və 

Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi  və    Səhiyyə  Nazirliyi]  ilə  razılaşdırılmaqla 

tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılması; 



  tullantıların aşkar edilməsi və onların təkrar emalı məqsədilə müəssisə və təşkilatların 

fəaliyyətinin əlaqələndirilməsi; 

  tullantıların  idarə  olunmasında  ətraf  mühitə  dəyən  zərərin  zərər  yetirən  tərəfindən 

ödənilməsinin təmin edilməsi; 

  dövlət ekoloji ekspertizasının aparılması; 

  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyinə  uyğun  olaraq  tullantıların 

sərhədlərarası daşınması qaydalarının müəyyənləşdirilməsi; 

xii[12]


 

  tullantılarla bağlı fəaliyyətdə xüsusi razılıq sisteminin tətbiq edilməsi; 

  

tullantıların  idarə  olunmasına  dair  dövlət  standartlarının,  normalarının  və 



normativlərinin işlənib hazırlanması və tətbiq edilməsi; 

    tullantıların  əmələ  gəlməsi  anından  tam  kənarlaşdırılmasına  qədər  onların  dövlət 

uçotunun və hesabatlarının aparılması

xiii[13]


 

  dövlət kadastrının aparılması; 

  əhalinin məlumat almasının təmin olunması; 

  faciə və bədbəxt hadisələrin aradan qaldırılması; 

  tullantıların  saxlanılması,  istifadəsi  və  zərərsizləşdirilməsi  ilə  əlaqədar  obyektlərin 

layihələşdirilməsi və tikintisi; 

  tullantılardan  tam  istifadə  və  onların  əmələ  gəlməsinin  azaldılmasında  iqtisadi,  sosial 

və hüquqi şərtlərin təmin edilməsi; 

  tullantıların  idarə  olunmasının  yerli  özünüidarə  orqanları  tərəfindən  qanunvericiliyə 

uyğun təmin edilməsi; 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada 

tullantılarla bağlı fəaliyyət nəticəsində çirklənmiş sahələrin bərpa edilməsi; 

tullantıların  emalı  üzrə  qurğuların  sertifikatlaşdırılması  və  onların  yerləşdirildiyi 

yerlərin qeydiyyata alınması, həmçinin təhlükəli tullantıların idarə edilməsi üzrə tələblərin 

həyata keçirilməsi; 

tullantıların idarə olunması ilə bağlı qaydaların (daşınma, saxlanma və s.) işlənilməsi 

və bu qaydaların icrasının təmin edilməsi mexanizminin hazırlanması; 

   hər bir təhlükəli tullantı daşıyıcısının uçotunun aparılması və hər bir təhlükəli tullantı 

istehsalçısının hər il əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların 

növünü,  miqdarını,  eləcə  də  emal  və  basdırılma  üsullarını  göstərməklə  uçotunun 

aparılması.

xiv[14]


 

   qanunvericilikdə nəzərdə tutulan digər vəzifələrin həyata keçirilməsi.  

M a d d ə   6 .  

Tullantılarla əlaqədar mülkiyyət münasibətləri

  

Xammal,  material,  yarımfabrikat,  digər  əşya  və  ya  məmulatların,  habelə  malların 



(məhsulların)  istifadəsi  nəticəsində  əmələ  gəlmiş  tullantılar  üzərində  mülkiyyət  hüququ 

onları əmələ gətirən mənbələrin mülkiyyətçisinə məxsusdur. Tullantılar üzərində mülkiyyət 

hüququ  tullantıların  özgəninkiləşdirilməsi  haqqında  alğı-satqı,  mübadilə,  bağışlama 

müqaviləsi və ya digər sövdələşmə əsasında başqa şəxsə verilə bilər. 

Mülkiyyətçi  tullantılardan  təkrar  xammal  kimi  istifadə  edilməsini  və  onların  təkrar 

emal  üçün  digər  müəssisələrə  göndərilməsini  təmin  etməli,  istehsal  prosesində  və  xidmət 

sahələrində  əmələ  gələn,  təkrar  xammal  kimi  istifadə  olunan,  təkrar  emal  üçün  digər 

müəssisələrə  göndərilən,  ləğv  edilməsi  məqsədilə  müvəqqəti  saxlanılan  və  ləğv  edilməyə 

göndərilən tullantıların uçotunu aparır və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına 

məlumat təqdim edir. 




Təhlükəli  tullantıların  ləğv  edilməsi  mövcud  qanunvericiliyə  əsasən  müvafiq  icra 

hakimiyyəti orqanlarının icazəsi və nəzarəti altında həyata keçirilir. 

Təhlükəli  tullantıların  mülkiyyətçisi  təhlükəli  tullantıları  başqa  şəxsin  mülkiyyətinə 

keçirə,  əgər  həmin  şəxsin  təhlükəli  tullantıların  idarə  edilməsi  sahəsində  fəaliyyəti  həyata 

keçirməyə hüququ varsa, mülkiyyətçi kimi qalaraq təhlükəli tullantılara sahiblik, istifadə və 

ya sərəncam hüququnu ona verə bilər. 

Tullantıların  üzərində  mülkiyyət  hüququndan  imtina  etmək  məqsədilə  onların 

mülkiyyətçi  tərəfindən  atıldığı,  yaxud  hər  hansı  başqa  yolla  saxlanıldığı  təqdirdə 

mülkiyyətində,  sərəncamında  və  ya  istifadəsində  atılmış  tullantıların  yerləşdiyi  torpaq 

sahəsi, sututarı və ya başqa bir obyektin olduğu şəxs onların istifadəsinə başlamaqla və ya 

mülki qanunvericiliyə uyğun olaraq onların şəxsi mülkiyyətə çevrilməsini təsdiq edən digər 

hərəkətləri etməklə onları öz mülkiyyətinə çevirə bilər.

xv[15]

 

 



 

 

I I   f ə s i l  



TULLANTILARIN İDARƏ OLUNMASINA DAİR TƏLƏBLƏR

xvi[16]


 

Maddə 7 . Bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, 

yenidən qurulması, konservasiyası və ləğvinə aid tələblər

xvii[17]


 

 

İstismarı  zamanı  tullantıların  əmələ  gəldiyi  bina,  tikili,  qurğu  və  digər  obyektlərin 



layihələndirilməsi,  tikintisi,  yenidən  qurulması,  konservasiyası  və  ləğvi  zamanı  fiziki  və 

hüquqi şəxslər: 

ətraf 

mühitin 


və 

insan 


sağlamlığının 

qorunması 

sahəsində 

Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl 

etməyə; 


əmələ  gələn  tullantıların  istifadəsi,  zərərsizləşdirilməsi  barədə  müvafıq  icra 

hakimiyyəti  orqanları  tərəfindən  müsbət  rəy  verilmiş  texniki  və  texnoloji  sənədlərə  malik 

olmağa borcludurlar.   

Yaşayış  binalarının,  habelə  istismarı  zamanı  tullantıların  əmələ  gəldiyi  müəssisə,  bina, 

tikili,  qurğu  və  digər  obyektlərin  layihələndirilməsi  zamanı  tullantıların  idarə  olunması 

sahəsində  müəyyən  edilmiş  qaydalara,  normativlərə  və  tələblərə  uyğun  olaraq  belə 

tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır. 

M a d d ə   8 .  

Tullantılarla bağlı istehsalat tələbləri

  

 İstehsal prosesində hüquqi və fiziki şəxslər: 



 ətraf  mühitin  qorunması  üçün,  müəyyən  olunan  standartları,  normaları  və  keyfiyyət 

üzrə tələbləri nəzərə almalı; 

 qanunvericiliklə nəzərdə tutulmuş hallarda təhlükəli tullantılarla bağlı fəaliyyəti xüsusi 

razılıq əsasında həyata keçirməli;

xviii[18]

 

  az tullantılı texnologiyaları mənimsəməli; 



  istehsal prosesində əmələ gələn tullantıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edilmiş qaydada inventarlaşdırmalı və bu barədə, eləcə də tullantıların dövriyyəsi 

haqqında  müvafiq  icra    hakimiyyəti  orqanına  [Azərbaycan  Respublikasının  Dövlət 

Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] məlumat verməli;

xix[19]

 



  tullantılarla bağlı istehsalat nəzarətini həyata keçirməli; 

  qəza  hallarının  qarşısının  alınması  üçün  tədbirlər  görməli,  ekoloji  tarazlığın 

pozulmasına səbəb olan qəza təhlükəsi yarandıqda və ya  baş verdikdə bu barədə müvafiq 

icra  hakimiyyəti  orqanına  [Azərbaycan  Respublikasının  Dövlət  Ekologiya  və  Təbiətdən 

İstifadəyə  Nəzarət Komitəsi] və əhaliyə məlumat verməlidirlər.  

 Zərərsizləşdirilməsi  mümkün  olmayan  təhlükəli  tullantılar  əmələ  gətirən  fəaliyyətin 

həyata keçirilməsi qaydası qanunvericiliklə müəyyən  olunur. 

M a d d ə   9

. Tullantıların emalı şərtləri

xx[20]


  

 Tullantıların emalı zamanı aşağıdakılar təmin edilir: 

 tullantıların  həcminin  azaldılmasına,  onların  emalına  və  zərərsizləşdirilməsinə 

yönəldilən texnoloji proseslərin ətraf mühit üçün  təhlükəsizliyi; 

  texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların 

qarışmasına yol verilməməsi; 

  tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; 

  tullantıların  əmələ  gəldiyi  yerlərdə  toplanması  və  onların  texniki  cəhətdən  təchiz 

olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan  sahələrdə növlər üzrə saxlanılması; 

  ətraf  mühitin  mühafizəsi  məqsədilə  emal  ediləsi  tullantıların  yerləşdirildiyi  xüsusi 

tutarların və ya sahələrin yararlı halda saxlanılması; 

yerləşdirildiyi,  yaxud  saxlanıldığı  yerlərdə  tullantıların  ətraf  mühitdən  təcrid 

olunması; 

tullantıların  əmələ  gəldiyi  və  ya  onların  emal  edildiyi  müəssisələrdə  tullantıların 

texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi; 

  tullantıların  ətraf  mühitə  təsirinin  azaldılması  üçün  onların  emalının  və 

zəərsizləşdirilməsinin  bioloji,  fiziki-kimyəvi,  mexaniki-texniki,  termik  və  digər  üsullarla 

həyata keçirilməsi; 

M a d d ə   1 0 .  

Tullantıların emalı yerlərinə tələblər

  

 Tullantıların  emalı  yerlərinin  müəyyənləşdirilməsi,  layihələşdirilməsi,  tikintisi, 



istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun  aparılır. 

 Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə 

ziyanlı  təsir  barədə  ekoloji  ekspertizanın  tələbləri    əsasında  müvafiq  icra  hakimiyyəti 

orqanlarının  [Azərbaycan  Respublikasının  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə 

Nəzarət Komitəsi və  Səhiyyə Nazirliyi] müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. 

 Tullantıların  emalı  yerlərinin  ətraf  mühitə  təsirini  müəyyən  etmək  məqsədilə  ətraf 

mühitin monitorinqi aparılmalıdır. 

 Tullantıların  emalı  yerlərində  mərz  nişanları  və  nəzarətli  girişlər  olmalı,  texnoloji 

məntəqələrin  ətraf  mühit  üçün  tamamilə  təhlükəsizliyi  təmin    edilməlidir.  Bu  məqsədlə 

nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. 

 Tullantıları  emal  edən  müəssisələrin  fəaliyyəti  tullantıların  həcminin  azaldılmasına  və 

zərərsizləşdirilməsinə  yönəldilməlidir.  Bu  müəssisələr  öz    fəaliyyətini  nizamnamələrində 

nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında 

həyata keçirirlər. 

 Tullantıları  emal  edən  müəssisələrdə  müvafiq  icra  hakimiyyəti  orqanları  [Azərbaycan 

Respublikasının  Dövlət  Ekologiya  və  Təbiətdən    İstifadəyə  Nəzarət  Komitəsi  və  Səhiyyə 

Nazirliyi]  tərəfindən  təsdiq  edilən  qəza  hallarının  ləğv  edilməsinə  dair  tədbirlər  planı 

olmalıdır. 




M a d d ə   1 1 .  

Tullantıların yerləşdirilməsinə tələblər

  

 Tullantıların  yerləşdirilməsi  müvafiq  icra  hakimiyyəti  orqanlarının  [Azərbaycan 



Respublikasının  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə    Nəzarət  Komitəsi,  Səhiyyə 

Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən 

edilən tələblərə uyğun  həyata keçirilir. 

 Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün 

yer  seçərkən  müvafiq  icra  hakimiyyəti  orqanlarının    [Azərbaycan  Respublikasının  Dövlət 

Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar  

Komitəsi,  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanında  Meliorasiya  və  Su 

Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları]  razılığı ilə xüsusi (geoloji, hidroloji 

və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. 

Şəhər  və  digər  yaşayış  məntəqələri,  meşə-park,  kurort,  müalicə-sağlamlıq  ,  turizm  və 

rekreasiya  zonalarının  ərazisində,  su  mənbələrinin  və  mineral  bulaqların  sanitar  mühafizə 

zonalarında,  çatlı  süxurların  və  sulu  təbəqələrin  səthə  çıxdığı  yerlərdə,  habelə  içməli  su 

təchizatı  və  təsərrüfat-məişət  ehtiyacları  üçün  istifadə  olunan  yeraltı  su  obyektlərinin 

sututar  sahələrində,  eyni  zamanda  faydalı  qazıntı  yataqlarının  olduğu  yerlərin 

çirklənməsinə  və  yeraltı  işlərin  aparılmasına  təhlükə  yarandığı  hallarda  faydalı  qazıntı 

laylarının  olduğu  və  yeraltı  işlərin  aparıldığı  yerlərdə  tullantıların  basdırılması 

qadağandır.

xxi[21]


 

 Tullantıların  basdırılma  yerləri  müvafiq  icra  hakimiyyəti  orqanlarının  [Azərbaycan 

Respublikasının  Nazirlər  Kabineti]  müəyyən  etdiyi    qaydada  tullantıların  basdırılma 

yerlərinin dövlət reyestrinə daxil edilir. 

 Müvafiq  icra  hakimiyyəti  orqanları  [Azərbaycan  Respublikasının  Dövlət  Ekologiya  və 

Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və yerli icra  hakimiyyəti orqanları] ilə razılaşdırılan 

qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. 

 Tullantıların  yerləşdirildiyi  obyektlərin  və  ya  sahələrin  mülkiyyətçiləri  bu  obyektlərin 

və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra  lazımi bərpa işləri aparmalıdırlar. 

 Tullantıların  toplanmasını  səmərəli  təşkil  etmək  məqsədilə  qiymətli  komponentlər 

(yeyinti  və  toxuculuq  məhsullarının  tullantıları,  müxtəlif    metallar,  kağız  və  s.)  ayrı-

ayrılıqda toplanmalıdır. 

M a d d ə   1 2 .

 Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların 

idarə olunmasına dair tələblər

 

xxii[22]



  

 Zərərsizləşdirilmək  məqsədilə  məişət  tullantıları  əhali  tərəfindən  müəyyən  olunmuş 

yerlərdə  yerləşdirilməlidir.  Müəyyən  olunmayan  yerlərdə    bu  tullantıların  atılması, 

saxlanılması və basdırılması qadağandır. 

 Şəhərlərin  və  digər  yaşayış  məntəqələrinin  ərazisi  müntəzəm  olaraq  məişət 

tullantılarından təmizlənməlidir;

xxiii[23]

 

 Şəhərlərin  və  digər  yaşayış  məntəqələri  ərazisinin  sanitariya  qaydalarına,  gigiyena  və 



ekoloji  normativlərə  uyğun  olaraq  təmizlənməsi,  məişət  tullantılarının    müvəqqəti 

saxlanılması,  müntəzəm  daşınması  və  zərərsizləşdirilməsi  qaydaları  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

xxiv[24]


 

 Atmosfer  havasına  zərərli  təsir  göstərən  istehsal  və  məişət  tullantılarının  xüsusi 

qurğular olmadan yandırılmasına icazə verilmir. 

xxv[25]


 

 

Maddə 12-1. Bərk məişət tullantıları poliqonlarına dair tələblər



xxvi[26]

 



 

 

Bərk  məişət  tullantıları  poliqonlarının  yerləşdirilməsi  və  qurulması  üçün  sahə  şəhər 



və  digər  yaşayış  məntəqələrinin  və  şəhərətrafı  zonaların  planlaşdırılması  və  tikilməsi  üzrə 

təsdiq  olunmuş  baş  planlara  və  ya  layihələrə  uyğun  olaraq  ayrılmalıdır.  Bərk  məişət 

tullantıları  poliqonlarının  yerləşdirilməsi  və  qurulması  üçün  ərazi  ekoloji  normalara  və 

Azərbaycan  Respublikasının  insan  sağlamlığı  və  ətraf  mühitin  mühafizəsi  sahəsində  digər 

qanunvericilik aktlarına cavab verməlidir. 

Bərk  məişət  tullantıları  poliqonlarında  müəssisələrin  tullantılarının  yerləşdirilməsi 

ekoloji,  sanitar-epidemioloji  qaydaların  və  Azərbaycan  Respublikasının  digər  normativ 

hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 

Onların  öz-özünə  alışıb  yanmasının  qarşısının  alınması  və  xəbərdarlıq  edilməsi  üzrə 

tədbirlər nəzərdə tutulmalıdır. 

 

Maddə 12-2. Əlvan və qara metal tullantılarının idarə olunması və onların                                                



özgəninkiləşdirilməsinə tələblər

 

 



Hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması 

və  onların  özgəninkiləşdirilməsi  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 

edilmiş qaydada həyata keçirilir. 

 

Maddə 12-3. Təhlükəli tullantıların idarə olunmasına dair tələblər



 

 

Ətraf mühitə və insan sağlamlığına zərərli təsirin təhlükəlilik dərəcəsindən asılı olaraq 



təhlükəli  tullantılar  müvafıq  icra  hakimiyyəti  orqanlarının  tullantıların  idarə  olunması 

sahəsində müəyyən etdikləri meyarlara uyğun olaraq təhlükəlilik dərəcələrinə bölünürlər. 

Fəaliyyəti  prosesində  təhlükəli  tullantıların  əmələ  gəldiyi  fiziki  və  hüquqi  şəxslər  bu 

tullantıların konkret hansı təhlükəlilik dərəcəsinə aid olduğunu tullantıların idarə olunması 

sahəsində  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfındən  təsdiq  edilmiş  qaydada  müəyyən 

etməlidirlər. 

Təhlükəli  tullantılar  üçün  pasport  tərtib  edilməlidir.  Təhlükəli  tullantıların  pasportu 

təhlükəli  tullantıların  tərkibi  və  xüsusiyyətləri  barədə  məlumatlar,  onların  təhlükəlilik 

dərəcələrinin  qiymətləndirilməsi  əsasında  tərtib  olunur.  Pasportlaşdırma  qaydasını 

Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanı müəyyən edir. 

Fiziki  və  hüquqi  şəxslərin  təhlükəli  tullantıların  əmələ  gəlməsinə  şərait  yaradan 

fəaliyyəti  ətraf  mühit  və  insan  sağlamlığı  baxımından  tullantıların  təhlükəsiz  idarə 

olunmasını  təmin  etmək  üçün  texniki  və  ya  digər  imkanlar  olmadıqda,  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  məhdudlaşdırıla  və  ya 

qadağan edilə bilər. 

 

Maddə 12-4. Tibbi tullantıların idarə olunmasına dair tələblər



  

 

Tibbi tullantıların idarə olunmasına dair tələblər Azərbaycan Respublikasının müvafıq 



icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

Müalicə-profilaktik  və  baytarlıq  müəssisələrinin  fəaliyyət  profilindən  asılı  olmayaraq 

tibbi  tullantılar  toksiki  və  yoluxdurucu  təhlükəlilik  növünə  görə  qruplaşdırılır.  Tibbi 



tullantıların  hansı  təhlükəlilik  növünə  aid  edilməsi  Azərbaycan  Respublikasının  müvafıq 

icra hakimiyyəti orqanı tərəfındən müəyyən olunur. 

 

Maddə 12-5. Neft, qaz və elektroenergetika sənayesində tullantıların idarə olunması



 

 

Neft,  qaz  və  elektroenergetika  sənayesində  tullantıların  idarə  olunması  müvafıq  icra 



hakimiyyəti orqanı tərəfındən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. 

 

Maddə  12-6.  Təhlükəli  istehsalat  və  məişət  tullantılarının,  habelə  təhlükəli  tibbi 



tullantıların  idarə  olunması  sahəsində  işləmələrinə  icazə  verilmiş  şəxslərin  peşə 

hazırlığına dair tələblər 

 

 

Təhlükəli  istehsalat  və məişət  tullantılarının, habelə  təhlükəli  tibbi  tullantıların idarə 



olunması sahəsində işləmələrinə icazə verilmiş şəxslər (işçilər) təhlükəli tullantılarla işləmək 

hüququ  barədə  şəhadətnamələrlə  (sertifikatlarla)  təsdiqlənən  peşə  hazırlığına  malik 

olmalıdırlar. 

İşçilərin təhlükəli tullantılarla, habelə təhlükəli və son dərəcə təhlükəli tibbi tullantılarla 

işə buraxılmasına görə məsuliyyəti təşkilatın müvafiq vəzifəli şəxsi daşıyır. 

M a d d ə   1 3 .  

Tullantıların daşınmasına tələblər

  

 Tullantıların  müvafiq  növ  nəqliyyat  vasitəsində  daşınması  qaydası,  yükləmə  və 



boşaltma işlərinin yerinə yetirilməsinə və ekoloji  təhlükəsizliyin təmin olunmasına tələblər 

(norma və qaydalar) müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər  

Kabineti] tərəfindən müəyyən edilir. 

 Nəqliyyat vasitəsinə yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana 

qədər  tullantının  daşınmasını  həyata  keçirənlər  ətraf    mühitin  və  insanların  sağlamlığının 

təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. 

Təhlükəli  istehsalat  və  məişət  tullantılarının,  habelə  təhlükəli  tibbi  tullantıların 

nəqliyyat  vasitələrində  daşınması  qaydası  bu  sahədə  mövcud  olan  dövlət  standartları  və 

normativləri əsasında müəyyən olunur. 

Təhlükəli tullantıların daşınması aşağıdakı şərtlərlə həyata keçirilməlidir: 

təhlükəli tullantıların daşınmasına dair bildiriş; 

təhlükəli tullantıların pasportunun olması; 

xüsusi avadanlıqlar və işarələrlə təchiz olunmuş nəqliyyat vasitəsinin olması; 

təhlükəli tullantıların nəqliyyat vasitəsində daşınması ilə bağlı təhlükəsizlik tələblərinə 

əməl olunması; 

   təhlükəli tullantıların miqdarını, onların daşınma məqsədini və təyinat yerini göstərən 

sənədlərin olması.

xxvii[27]

 

Maddə 14. Tullantıların sərhədlərarası və tranzit daşınması



  

 

Təhlükəsiz  emalı  mümkün  olmayan,  habelə  tranzit  daşınmaq,  basdırılmaq  və 



zərərsizləşdirilmək  məqsədilə  bu  tullantıların  Azərbaycan  Respublikasına  gətirilməsi 

qadağandır. 

Tullantıların  istifadə edilmək  məqsədilə Azərbaycan  Respublikasının  ərazisinə idxalı, 

habelə  ixracı  və  tranzit  daşınmaları  qanunvericilikdə  nəzərdə  tutulmuş  səlahiyyətli  orqan 

tərəfindən verilən icazə əsasında həyata keçirilir. 



Təhlükəli  tullantıların  sərhədlərarası  daşınması  qaydası  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

xxviii[28]

 

I I I   f ə s i l  



TULLANTILARLA BAĞLI FƏALİYYƏTƏ NƏZARƏT 

M a d d ə   1 5 .  

Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti

  

 Tullantılarla  bağlı  fəaliyyətə  dövlət  nəzarəti  müvafiq  icra  hakimiyyəti  orqanı 



[Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən  İstifadəyə Nəzarət Komitəsi] 

tərəfindən həyata keçirilir. 

 Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə: 

 hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması; 

  təqsirkar  hüquqi  və  fiziki  şəxslərin  qanunvericilikdə  müəyyən  olunan  qaydada 

məsuliyyətə cəlb olunması; 

  qanunvericiliyin tələblərinin pozulması nəticəsində insan sağlamlığına və ətraf mühitə 

dəyən zərərin ödənilməsinə görə iddia  qaldırılması; 

  mülkiyyətçilər tərəfindən tullantılarla bağlı uçot və hesabatın düzgünlüyü; 

  sanitariya, gigiyena, əksepidemik və təbiəti mühafizə tədbirlərinin yerinə yetirilməsinə, 

gigiyena və ekoloji normativlərə əməl olunması; 

  baş  vermiş  fəlakət  və  qəzaların  nəticələrinin  aradan  qaldırılması  tədbirlərinin  həyata 

keçirilməsi; 

  mövcud  istehsal  proseslərinin  tullantılarla  əlaqədar  təhlili,  tullantıların  həcminin  və 

təhlükəlilik dərəcəsinin azaldılması imkanlarının  araşdırılması; 

  əhalinin tullantılara dair informasiya almaq hüququna əməl olunması; 

  əhalinin  sağlamlığı  və  ətraf  mühit  üçün  potensial  təhlükə  yaradan  fəaliyyətin 

məhdudlaşdırılması, dayandırılması və ona xitam  verilməsi barədə qərar qəbul edilməsi; 

  tullantıların idxalı, ixracı və tranzit daşınmasına nəzarət daxildir.  

M a d d ə   1 6 .  

Tullantılarla bağlı istehsalat nəzarəti

  

 Tullantılarla  bağlı  təsərrüfat  fəaliyyətini  həyata  keçirən  müəssisə  və  təşkilatlar  bu 



sahədə istehsalat nəzarətini təşkil etməlidirlər. 

 İstehsalat nəzarətinin məqsədi ekoloji, sanitariya və digər tələblərin yerinə yetirilməsini 

yoxlamaqdan ibarətdir. 

 İstehsalat  nəzarətinin  təşkili  qaydaları  müvafiq  qanunvericiliyə  əsasən  müəssisə  və 

təşkilatlar tərəfindən müəyyənləşdirilir. 

M a d d ə   1 7 .  

Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət

  

 Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət qanunvericilikdə müəyyən olunan qaydada 



ictimai birliklər, əmək kollektivləri və vətəndaşlar  (əhali) tərəfindən həyata keçirilir. 

 Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, 

eləcə  də  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  bu    Qanunun  tələblərinin  yerinə  yetirilməsini 

araşdırmaqdan ibarətdir. 

I V   f ə s i l  

TULLANTILARLA BAĞLI İQTİSADİ TƏNZİMLƏNMƏ 

M a d d ə   1 8 .  

Tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimlənmə

  

 Tullantılarla  bağlı  fəaliyyət  sahəsində  iqtisadi  tənzimlənmə  onun  həcmi,  təhlükəlilik 



dərəcəsi  və  yerləşdirilmə  normativləri  nəzərə  alınmaqla    tullantının  toplanmasına, 


yerləşdirilməsinə,  istifadəsinə  və  zərərsizləşdirilməsinə  görə  haqq  ödənilməsi  prinsipinə 

əsaslanır. 

Tullantıların  yığılması  (toplanması),  yerləşdirilməsi,  istifadəsi  və  zərərsizləşdirilməsinə 

görə  haqq  tullantıların  həcminin  (kütləsinin),  növünün  və  digər  xüsusiyyətlərinin  nəzərə 

alınması ilə müəyyən edilir və çirkləndirici tərəfindən ödənilir.

xxix[29]


 

 Hüquqi  və  fiziki  şəxslərin  ödəmələrindən  əldə  olunan  vəsait  təbiəti  mühafizə 

tədbirlərinin həyata keçirilməsinə sərf olunur. 

 Tullantılarla  əlaqədar  iqtisadi  stimullaşdırma  formaları  və  onun  tətbiqi  mexanizmi, 

habelə  tullantıların  toplanmasına,  yerləşdirilməsinə,    istifadəsinə  və  zərərsizləşdirilməsinə 

görə  haqq  ödənilməsi,  onun  həcmi  və  bölüşdürülməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti 

orqanı  [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyən edilir. 

M a d d ə   1 9 .  

Tullantılarla bağlı normativlər

  

 Tullantıların  ətraf  mühitə  və  insan  sağlamlığına  təsir  həddini  nizamlayan  normativlər 



müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan  Respublikasının Nazirlər Kabineti] tərəfindən 

müəyyən edilir. 

 İdxal,  ixrac  və  alqı-satqı  obyekti  olan  tullantılar  qanunvericilikdə  müəyyən  olunan 

qaydada sertifikatlaşdırılır. 

M a d d ə   2 0

. Tullantılarla bağlı dövlət uçotu və hesabat

  

 Hüquqi və fiziki şəxslər tullantıların əmələ gəlməsinin, istifadəsinin, yerləşdirilməsinin, 



başqasına verilməsinin və ya satılmasının müvafiq icra  hakimiyyəti orqanının [Azərbaycan 

Respublikasının  Nazirlər  Kabineti]  müəyyən  etdiyi  qaydada  və  müddətdə  ilkin  uçotunu 

aparır, müvafiq  dövlət orqanına hesabat təqdim edirlər. 

 Hüquqi  və  fiziki  şəxslər  tullantıların  uçotu  ilə  bağlı  informasiyanın  qanunvericilikdə 

müəyyən edilən müddət ərzində saxlanılmasını təmin  edirlər. 

 Tullantılarla bağlı dövlət uçotu və hesabatı vahid sistem üzrə hazırlanır və aparılır. 

M a d d ə   2 1 .  

Tullantıların dövlət kadastrı

  

 Tullantıların  dövlət  kadastrına  onların  uçotuna  dair  sistemləşdirilən  məlumatlar  daxil 



edilir. 

 Tullantıların  dövlət  kadastrı  tullantıların  siniflərə  (dərəcələrə)  bölünmə  sistemlərini, 

onların  yerləşdirilməsi  obyektlərinin  siyahısını,  bank    məlumatlarını  və  tullantıların  emal 

texnologiyalarını əks etdirir. 

 Tullantıların  dövlət  kadastrının  aparılması  qaydası  və  onun  məzmunu  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

V   f ə s i l  

YEKUN MÜDDƏALARI 

M a d d ə   2 2 .  

Beynəlxalq əməkdaşlıq

  

 Tullantılarla 



bağlı 

fəaliyyət 

sahəsində 

beynəlxalq 

əməkdaşlıq 

Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun  həyata keçirilir. 

M a d d ə   2 3 .  

Mübahisələrin həll edilməsi

  

 Tullantılarla bağlı mübahisələr qanunvericilikdə müəyyən edilən qaydada müvafiq icra 



hakimiyyəti  orqanları  [Azərbaycan  Respublikasının    Dövlət  Ekologiya  və  Təbiətdən 


İstifadəyə  Nəzarət  Komitəsi  və  yerli icra hakimiyyəti  orqanları]  və  məhkəmələr  tərəfindən 

həll edilir. 

M a d d ə   2 4 .  

Tullantılar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət  

 Tullantılar  haqqında  qanunvericiliyin  tələblərini  pozan  hüquqi  və  fiziki  şəxslər 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq    intizam,  inzibati,  cinayət  və 

mülki-hüquqi məsuliyyət daşıyırlar. 

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV 



 

Bakı şəhəri, 30 iyun 1998-ci il 

№ 514-IQ 

 

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.

  12  fevral  2002-ci  il  tarixli  262-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 4, maddə 165)

 

 



2.

  22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709)

 

 



3.

  9  oktyabr  2007-ci  il  tarixli  429-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

 

 



4.

  2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460)

 

 



 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 



 

 

 



 

 

 



 

                                                 

i[1]

 

22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  Qanunun  preambulası 

aşağıdakı redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Bu  Qanun  Azərbaycan  Respublikasında  insan  fəaliyyəti  nəticəsində  əşya  və  maddə  şəklində  əmələ 

gələn  istehsalat  və  məişət  tullantılarından    (bundan  sonra  —  tullantılar)  ətraf  mühitin  qorunması, 

onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması,  təkrar xammal kimi 

tullantıların  istifadəsi  sahəsində  dövlət  siyasətini  müəyyən  edir,  zərərli  qazlar,  çirkab  suları  və 

radioaktiv tullantılar  istisna olmaqla, tullantılarla bağlı münasibətləri tənzimləyir. 

 

ii[2]


  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  1-ci  maddəsinin  ikinci, 

dördüncü və altıncı abzaslar yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 




                                                                                                                                                        

İstehsalat tullantıları — istehsal prosesində, kənd təsərrüfatında, xidmət  sahələrində əmələ gələn və 

əmələ gəlmə yerlərində istifadəsi mümkün olmayan, habelə texnoloji prosesin gedişində ilkin istehlak  

xüsusiyyətlərini tam və ya qismən itirən maddələr, əşyalar və materiallar; 

təhlükəli tullantılar - tərkibində təhlükəli xüsusiyyətlərə malik toksiki, infeksion, partlayıcı, yüksək 

reaksiya və yanma qabiliyyətli  maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və 

ya potensial təhlükə yaradan tullantılar; 

təkrar xammal — məhsul və enerji istehsalı, xidmətlər göstərilməsi zamanı təkrar istifadəyə yararlı və 

bu məqsədlə toplanan  (hazırlanan) tullantılar; 

 

iii[3]



  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 1-ci maddəsinə on birinci-

iyirmi doqquzuncu abzaslar əlavə edilmişdir. 

 

iv[4]



  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 2-ci maddəsinin adında və 

mətnində  "Tullantılar  haqqında"  sözləri  "Tullantıların  idarə  olunması  sahəsində"  sözləri  ilə  əvəz 

edilmişdir. 

 

v[5]


  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 2-ci maddəyə ikinci hissə 

əlavə edilmişdir. 

 

vi[6]



  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  3-cü  maddədə 

"tullantılarla bağlı" sözləri "tullantıların idarə olunması sahəsində" sözləri ilə əvəz edilmişdir. 

 

vii[7]



  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 4-cü maddənin adında və 

birinci  abzasda  "Tullantılarla  bağlı"  sözləri  "Tullantıların  idarə  olunması  sahəsində"  sözləri  ilə, 

dördüncü abzasda "tullantılarla bağlı" sözləri "tullantıların idarə olunması sahəsində" sözləri ilə, on 

birinci  abzasda  "tullantılarla  bağlı  fəaliyyət  göstərən"  sözləri  "tullantıların  idarə  olunması 

sahəsində çalışan" sözləri ilə əvəz edilmişdir. 

 

 

viii[8]



 

22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709) ilə  4-cü  maddəsinin  beşinci 

abzas çıxarılmışdır. 

Əvvəlki redaksiyada deyilirdi: 

az tullantılı texnologiyanın yaradılması və tətbiqi; 

 

ix[9]


  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  4-cü  maddəyə  beşinci-

yeddinci  abzaslar  əlavə  edilsin,  altıncı-on  ikinci  abzaslar  müvafiq  olaraq  səkkizinci-on  dördüncü 

abzaslar hesab edilmişdir. 

 

x[10]


  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  4-cü  maddəsinin 

səkkizinci abzas yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

tullantıların  təsərrüfat  dövriyyəsinə  daxil  edilməsi  məqsədilə  iqtisadi  və  digər  stimullaşdırma 

mexanizmlərindən istifadə olunması; 




                                                                                                                                                        

 

xi[11]



  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 5-ci maddənin adında və 

birinci abzasda "Tullantılarla bağlı fəaliyyət" sözləri "Tullantıların idarə olunması üzrə" sözləri ilə, 

ikinci  abzasda  "tullantılarla  bağlı"  sözləri  "tullantıların  idarə  olunması  sahəsində"  sözləri  ilə, 

yeddinci  abzasda  "tullantılarla  bağlı  fəaliyyətdə"  sözləri  "tullantıların  idarə  olunmasında"  sözləri 

ilə, onuncu abzasda "tullantılarla bağlı fəaliyyətdə" sözləri "tullantıların idarə olunmasına" sözləri 

ilə,  on  səkkizinci  abzasda  "tullantılarla  bağlı  fəaliyyətin"  sözləri  "tullantıların  idarə  olunmasının" 

sözləri ilə əvəz edilmişdir. 

 

xii[12]


  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  5-ci  maddəsinin 

doqquzuncu abzas yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

tullantıların transərazi daşınma qaydalarının müəyyənləşdirilməsi; 

 

xiii[13]



 

22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 5-ci maddəsinin on birinci 

və on ikinci abzaslar aşağıdakı redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

tullantıların idarə olunmasına dövlət standartları, norma və normativlərinin tətbiqi; 

       dövlət uçotunun və hesabatının aparılması; 

 

xiv[14]



 

22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  5-ci  maddəyə  on 

doqquzuncu-iyirmi  ikinci  abzaslar  əlavə  edilsin,  on  doqquzuncu  abzas  iyirmi  üçüncü  abzas  hesab 

edilmişdir. 

 

xv[15]



  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 6-cı maddənin mətni yeni 

redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Qanunvericilikdə  başqa  qayda  nəzərə  tutulmayıbsa,  hüquqi  və  fiziki  şəxslər  tullantını  qəbul 

etdiyi andan onun mülkiyyətçisi hesab edilirlər. 

         Mülkiyyətçi tullantıların təkrar xammal kimi istifadəsini və təkrar emal üçün digər müəssisələrə 

göndərilməsini  təşkil  etməli,  istehsal    prosesində  əmələ  gələn  və  təkrar  istifadə  olunan  tullantıların 

uçotunu aparmalı və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına  [Azərbaycan Respublikasının 

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi] məlumat verməlidir. 

 

xvi[16]


  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  Qanunun  II  fəslinin 

adında "Tullantılarla bağlı fəaliyyətə" sözləri "Tullantıların idarə olunmasına dair" sözləri ilə əvəz 

edilmişdir. 

 

xvii[17]


 

22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  7-ci  maddə  yeni 

redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

M a d d ə   7 .   Müəssisə,  qurğu  və  digər  obyektlərin  layihələşdirilməsi,  tikintisi  və  yenidən 

qurulmasına aid tələblər  



                                                                                                                                                        

 Müəssisə,  qurğu  və  digər  obyektlərin  layihələşdirilməsi,  tikintisi  və  yenidən  qurulması  zamanı 

hüquqi  və  fiziki  şəxslər  ətraf  mühitin    qorunması  üçün  müəyyən  olunan  standartlara,  norma  və 

normativlərə  əməl  etməlidirlər.  Onlarda  müvafiq  icra  hakimiyyəti  orqanlarının    [Azərbaycan 

Respublikasının  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi  və  Səhiyyə  Nazirliyi] 

layihəyə dair müsbət rəyi və  tullantılarla bağlı fəaliyyəti tənzimləyən digər sənədlər olmalıdır. 

 

xviii[18]



 

22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  8-ci  maddənin  birinci 

hissəsinin üçüncü abzasın əvvəlinə "təhlükəli" sözü əlavə edilmişdir. 

 

9  oktyabr  2007-ci  il  tarixli  429-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  10,  maddə  938)  ilə  8-ci  maddəsinin  1-ci 

hissəsinin  üçüncü  abzasının  əvvəlinə  "qanunvericiliklə  nəzərdə  tutulmuş  hallarda"  sözləri  əlavə 

edilmişdir. 

 

xix[19]



  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  8-ci  maddənin  birinci 

hissəsinin  beşinci  abzasda  "tullantıları"  sözündən  sonra  "müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilmiş qaydada" sözləri əlavə edilmişdir. 

 

xx[20]


  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 9-cu maddənin yeddinci, 

səkkizinci və doqquzuncu abzaslan aşağıdakı redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

yararsız  tullantıların  basdırıldığı  və  ya  saxlanıldığı  yerlərdə  onların  ətraf  mühitdən  təcrid 

olunması və sonradan istifadə olunma  imkanlarının müəyyən edilməsi; 

  əmələ  gəlmə  yerlərində  və  ya  emal  müəssisələrində  tullantıların  təkrar  xammal  kimi  istifadə 

olunmasının təşkil edilməsi; 

         tullantıların həcminin azaldılmasının, emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, 

mexaniki-texniki, termik və digər  üsullarla həyata keçirilməsi 

 

xxi[21]


  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  11-ci  maddənin  üçüncü 

hissəsi aşağıdakı redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Şəhərlərin  və digər  yaşayış məntəqələrinin  ərazisində, kurort, müalicə-sağlamlıq, meşə  və rekrasiya 

zonalarında,  yeraltı  suların,  təsərrüfat  və    içməli  su  tutarlarının  olduğu  ərazilərdə,  eləcə  də  faydalı 

qazıntılar olan və ya dağ-mədən işləri aparılan zonalarda tullantıların basdırılması  qadağandır. 

 

2  iyun  2008-ci  il  tarixli  615-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  6,  maddə  460) ilə 

11-ci maddəsinin 3-cü 

hissəsində “və rekreasiya” sözləri “, turizm və rekreasiya” sözləri ilə əvəz edilmişdir. 

 

xxii[22]



  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 12-ci maddənin adı yeni 

redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinə tələblər 

 



                                                                                                                                                        

xxiii[23]

  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  12-ci  maddənin  ikinci 

hissəsinin əvvəlindəki "Yaşayış" sözü "Şəhərlərin və digər yaşayış" sözləri ilə əvəz edilmişdir. 

 

xxiv[24]



  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  12-ci  maddənin  üçüncü 

hissəsinin əvvəlindəki "Yaşayış" sözü "Şəhərlərin və digər yaşayış" sözləri ilə əvəz edilmişdir. 

 

xxv[25]



 

12  fevral  2002-ci  il  tarixli  262-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 4, maddə 165) ilə 12-ci maddəyə dördüncü 

hissə əlavə edilmişdir.  

 

xxvi[26]


  22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 12-1, 12-2, 12-3, 12-4, 12-5 

və 12-6-cı maddələr əlavə edilmişdir. 

 

xxvii[27]



 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 709) ilə 13-cü maddənin üçüncü və 

dördüncü hissələri yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Təhlükəli  tullantılar  pasportlaşdırılmaqla  yalnız  xüsusi  nəqliyyat  vasitələrində  daşınmalıdır. 

Tullantıların pasportu onların kəmiyyətini və  təsir xüsusiyyətlərini təsdiqləyən sənəddir. 

       Tullantıların pasportlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 

həyata keçirilir. 

 

xxviii[28]



 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  14-cü  maddə  yeni 

redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

M a d d ə   1 4 .  Tullantıların idxalı, ixracı və tranzit daşınması  

 Tullantıların  idxalı,  ixracı  və  tranzit  daşınması  Azərbaycan  Respublikasının  qanunvericiliyində 

müəyyən edilən qaydada həyata keçirilir. 

        Təhlükəsiz emalı mümkün olmayan, habelə tranzit daşınmaq, basdırılmaq və zərərsizləşdirilmək 

məqsədilə bu tullantıların Azərbaycan  Respublikasına gətirilməsi qadağandır. 

 

xxix[29]



 

22  may  2007-ci  il  tarixli  341-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  7,  maddə  709)  ilə  18-ci  maddənin  ikinci 

hissəsi aşağıdakı redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Tullantıların toplanması, yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsi üçün ödəmələr, tullantının 



həcmi (kütləsi), növü və digər  xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir. 

Yüklə 182,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə