Microsoft Word az law Phytosanitary Control



Yüklə 182,56 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix21.05.2018
ölçüsü182,56 Kb.
#45159
  1   2   3   4   5   6   7


Fitosanitar nəzarəti haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 

Bu  Qanun  Azərbaycan  Respublikasının  ərazisində  fitosanitar  nəzarətinin  təşkilinin 

və  həyata  keçirilməsinin  hüquqi  əsaslarını  müəyyən  edir,  bitki  mühafizəsi  və  karantini 

sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətləri tənzimləyir. 

 

I f ə s i l 



 

ÜMUMİ MÜDDƏALAR 

 

Maddə 1. Əsas anlayışlar  



 

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.0.1.  fitosanitar  nəzarəti  -  bitki  mühafizəsi  və  karantini,  pestisidlərin,  bioloji 

preparatların  və  digər  bitki  mühafizə  vasitələrinin  istifadəsi  sahəsində  dövlət  nəzarətinin 

həyata keçirilməsi; 

1.0.2. bitki karantini - bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən zərərli 

orqanizmlərin  ölkə  ərazisinə  daxil  olmasının  və  yayılmasının  qarşısının  alınmasına 

yönəldilmiş tədbirləri nəzərdə tutan hüquqi rejim; 

1.0.3.  bitki  mühafizəsi  -  bitki  və  bitkiçilik  məhsullarının  zərərli  orqanizmlərdən 

mühafizəsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi; 

1.0.4.  bitki  -  toxum  və  genetik  material  da  daxil  olmaqla,  canlı  bitkilər  və  onların 

hissələri; 

1.0.5.  bitkiçilik  məhsulları  -  dən  də  daxil  olmaqla,  emal  olunmamış  bitki  mənşəli 

materiallar,  habelə  öz  təbiətinə  və  ya  emal  üsuluna  görə  zərərli  orqanizmlərin 

məskunlaşması  və  yayılması  riskini  yarada  bilən  ilkin  emal  olunmuş  bitki  mənşəli 

məhsullar; 

1.0.6.  zərərli  orqanizm  -  bitki  və  bitkiçilik  məhsullarına  zərər  vuran  heyvanların, 

bitkilərin  və  ya  xəstəlik  törədən  mikroorqanizmlərin  hər  hansı  növü,  növün  dəyişmiş 

forması, yaxud bioloji tipi (bitki xəstəlikləri, zərərvericiləri və alaq otları); 

1.0.7.  karantin  tətbiq  edilən  zərərli  orqanizm  -  ərazidə  hələlik  mövcud  olmayan  və 

yaxud  mövcud  olaraq  məhdud  dairədə  yayılmış  və  rəsmi  mübarizə  obyektinə  çevrilmiş, 

ətraf  mühitə,  ərazinin  iqtisadiyyatına  və  əhalinin  sağlamlığına  potensial  təhlükə  yaradan 

zərərli orqanizm; 

1.0.8.  karantin  nəzarətində  olan  material  -  zərərli  orqanizmlərin  məskunlaşmasına 

(gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən 

(xüsusilə beynəlxalq  yükdaşımalar  zamanı)  bitki  və  bitkiçilik  məhsulları,  onların  saxlanma 

yeri, qablaşdırma materialı, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt, 

yük; 


1.0.9.  bitki  mühafizə  vasitələri  -  bitki  və  bitkiçilik  məhsullarının  zərərli 

orqanizmlərdən  qorunması  məqsədilə  istifadə  olunan  pestisidlər,  bioloji  preparatlar,  canlı 

faydalı orqanizmlər və texniki vasitələr; 

1.0.10.  pestisidlər  -  zərərli  orqanizmlərə  qarşı  mübarizə  məqsədilə  istifadə  edilən 

zəhərli kimyəvi maddələr; 



1.0.11.  aqrokimyəvi  maddələr  -  torpaqların  münbitliyinin  artırılması,  bitkilərin 

məhsuldarlığının  yüksəldilməsi  və  məhsulun  keyfiyyətinin  yaxşılaşdırılması  üçün  tətbiq 

edilən  üzvi,  mineral  və  bakterial  gübrələr,  kimyəvi  meliorantlar,  bitkilərin  boy  artımı 

stimulyatorları və digər maddələr; 

1.0.12.  fitosanitar  sertifikatı  -  Beynəlxalq  Bitki  Karantini  və  Mühafizəsi 

Konvensiyasına  uyğun  olaraq  nümunəvi  forma  əsasında  hazırlanmış  və  təsdiq  olunmuş 

bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə rəsmi sənəd. 

 

Maddə 



2. 

Fitosanitar 

nəzarəti 

haqqında 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyi  

 

2.1.  Fitosanitar  nəzarəti  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 



Azərbaycan 

Respublikasının 

Konstitusiyasından, 

bu 


Qanundan, 

Azərbaycan 

Respublikasının  digər  qanunlarından  və  onlara  uyğun  olaraq  qəbul  edilmiş  normativ 

hüquqi  aktlardan,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdən ibarətdir. 

2.2.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə 

fitosanitar  nəzarəti  sahəsində  müəyyən  edilmiş  qaydalar  bu  Qanunda  nəzərdə  tutulmuş 

qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. 

 

Maddə 3. Fitosanitar nəzarətinin əhatə dairəsi  



 

3.0. Fitosanitar nəzarəti aşağıdakıları əhatə edir: 

3.0.1.  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  fitosanitar  nəzarəti  qanunvericiliyinin 

tələblərinə əməl olunmasını; 

3.0.2.  Azərbaycan  Respublikasının  ərazisinə  başqa  dövlətlərdən  karantin  tətbiq 

edilən  zərərli  orqanizmlərin  daxil  olmasının  və  yayılmasının  qarşısını  almaq  üçün 

fitosanitar tədbirlərin təşkilini və həyata keçirilməsini; 

3.0.3.  bitki  və  bitkiçilik  məhsullarının  istehsalı,  tədarükü,  satışı,  saxlanması  və 

daşınması zamanı fitosanitar qaydalarına və normativlərinə əməl edilməsini; 

3.0.4.  fitosanitar  nəzarətində  olan  karantin  obyektlərinin  təhlükəsizliyinə  nəzarət 

edilməsini,  zərərli  orqanizmlərlə  sirayətlənmənin  başvermə  və  yayılma  səbəbləri  və  şəraiti 

üzrə  müşahidənin  aparılmasını,  onların  qarşısının  alınması  və  ləğvi  üçün  icrası  məcburi 

olan fitosanitar tədbirlərin müəyyən edilməsini və həyata keçirilməsini; 

3.0.5.  dövlət  büdcəsinin  vəsaiti  hesabına  alınmış  pestisidlərin,  o  cümlədən  onların 

ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini; 

3.0.6.  pestisidlərin,  bioloji  preparatların  və  digər  bitki  mühafizə  vasitələrinin 

istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin 

fəaliyyətini; 

3.0.7. qanunvericilikdə nəzərdə tutulan digər məsələləri. 

 

Maddə 4. Fitosanitar nəzarətində olan karantin obyektləri 



 

 4.0. Fitosanitar nəzarətində olan karantin obyektləri aşağıdakılardır: 

4.0.1. siyahısı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən olunmuş bütün növ bitkilər və bitkiçilik məhsulları; 




Yüklə 182,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə