Microsoft Word az law Police



Yüklə 311,89 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix14.04.2018
ölçüsü311,89 Kb.
#38399
  1   2   3   4   5   6   7   8   9   ...   12


Polis haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

I   f ə s i l

 

ÜMUMİ MÜDDƏALAR



 

M a d d ə   1 .

 Əsas anlayışlar 

Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 

polis  -  Azərbaycan  Respublikasının  icra  hakimiyyətinə  mənsub  olan  vahid 

mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; 

polis  əməkdaşı  -  polis  orqanlarında  müəyyən  vəzifə  tutan  və  bu  qanunla 

müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; 

tutulma - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və 

qaydada şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmaqla onun müvəqqəti saxlanılma 

yerində saxlanılmasıdır;

 

həbs  -  inzibati  xətanın  törədilməsinə  görə  inzibati  tənbeh  kimi  və  ya  qətimkan  tədbiri 



qismində  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəllə-sində  nəzərdə  tutulmuş 

hallarda  və  qaydada  şəxsin  azadlığım  müvəqqəti  məhdudlaşdırmaqla  müvafiq  həbsdə 

saxlanılma yerində saxlanılmasıdır; 

i[1]


 

fiziki qüvvə - insan əzələlərinin gərilməsi nəticəsində yaranan güc vasitəsi ilə mexaniki 

təsir göstərmək qabiliyyətidir; 

xüsusi  vasitələr  -  dəyənəklər,  əl-qolu  bağlama  vasitələri,  xüsusi  təyinatlı  gözyaşardıcı 

qazlar,  rezin  güllələr,  suatan  vasitələr,  nəqliyyatın  məcburi  dayandırma  vasitələri  və 

Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələrdir. 

M a d d ə   2 .

 Polis haqqında qanunvericilik 

Polis  haqqında  qanunvericilik  Azərbaycan  Respublikasının  Konstitusiyasından,  bu 

Qanundan,  Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi  aktlarından,  Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

M a d d ə   3 .

 Polis təyinatı və əsas vəzifələri 

I. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq 

və  azadlıqlarını,  dövlətin,  fiziki  və  hüquqi  şəxslərin  qanuni  mənafelərini  və  mülkiyyətini 

hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 

II. Polisin əsas vəzifələri aşağıdakılardır: 

1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 

2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; 

2-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində 

fəaliyyət göstərmək; 

ii[2]


 

3)  şəxsiyyəti,  insan  hüquq  və  azadlıqlarını  və  mülkiyyəti  hüquqa  zidd  əməllərdən 

qorumaq; 

4)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  hallarda  dövlət 

idarələrini və digər obyektləri mühafizə etmək; 

5) törədilmiş cinayətləri açmaq; 

6) cinayətlərin qeydiyyatını və uçotunu aparmaq; 



7) cinayətkarları aşkara çıxarmaq və tutmaq; 

8) səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq; 

9)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  səlahiyyətlər 

daxilində  inzibati  tənbeh  və  ya  başqa  təsir  tədbirləri  tətbiq  etmək,  tutulmuş  və  inzibati 

xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; 

iii[3]


 

10)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  qaydada 

əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 

11) kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək; 

12)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  istintaq 

təcridxanalarında  əməliyyat-axtarış  fəaliyyətini  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  birgə 

həyata keçirmək; 

iv[4]


 

13)  hüquqi  və  fiziki  şəxslərin  əmlakını  hüquqa  zidd  əməllərdən  qorumaq  məqsədi  ilə 

müqavilələr bağlamaq; 

14)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  icazə-qeydiyyat 

işlərini aparmaq; 

15)  yol  hərəkəti  qaydalarına  və  hərəkət  təhlükəsizliyinə  riayət  olunmasına  nəzarət 

etmək; 

16) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; 



17) yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil 

etmək. 


III. Polisi bu Qanunla müəyyən edilməmiş vəzifələrin icrasına cəlb etmək qadağandır. 

M a d d ə   4 .

 Polisin fəaliyyət prinsipləri və istiqamətləri 

I. Polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik 

və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. 

II. Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: 

1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; 

2) cinayətlərin və digər xətaların qarşısının alınması və açılması; 

v[5]

 

3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi. 



M a d d ə   5 .

 İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində 

polisin fəaliyyəti 

I.  Polis  öz  vəzifələrini  yerinə  yetirərkən  irqindən,  milliyyətindən,  dinindən,  dilindən, 

cinsindən,  mənşəyindən,  əmlak  vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi 

partiyalara,  həmkarlar  ittifaqlarına  və  digər  ictimai  birliklərə  mənsubiyyətindən  asılı 

olmayaraq  bütün  şəxslərin  Azərbaycan  Respublikasının  Konstitusiyasında  və  tərəfdar 

çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini 

hüquqa zidd əməllərdən qoruyur. 

II.  Polisin  hər  hansı  şəxslə  insanın  ləyaqətini  alçaldan  şəkildə  rəftar  etməsi 

yolverilməzdir.  Cinayət  törədən  və  ya  törətməkdə  şübhələnilən  şəxsləri  məlumat  verməyə 

və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları 

və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi 

təsir göstərmək qadağandır. 

III.  Şəxsin  hüquq  və  azadlıqlarına  qarşı  polis  tərəfindən  bu  Qanunla nəzərdə  tutulmuş 

tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən 

olunmuş əsaslarla və qaydada yol verilir. 



Yüklə 311,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə