Y
ANVAR
2016
Ö
LKƏ ÜZRƏ
X
ÜLASƏ
1
Azərbaycan
Hökumətin davamlı təzyiqləri müstəqil qeyri-hökumət təşkilatlarını (QHT) və medianı
tamamilə sıradan çıxarıb. Məhkəmələr siyasi motivli qeyri-ədalətli məhkəmə prosesləri
vasitəsilə aparıcı insan hüquqları müdafiəçilərini, siyasi fəalları və jurnalistləri uzun
müddətli həbsə məhkum edib. Xeyli sayda insanlar təqib olunub, həbs edilib, cinayət
qaydasında istintaqa cəlb olunub, ölkəni tərk etmək qadağasına məruz qalıb və ya
məcburən ölkəni tərk ediblər. Hakimiyyət orqanları beynəlxalq insan hüquqları
müşahidəçilərinin və jurnalistlərin ölkəyə girişinə qadağa qoyub.
Azərbaycanın beynəlxalq parntyorları hökuməti tənqid edənlərə qarşı məhkəmə
proseslərinin tətbiqindən və geniş yayılmış repressiyalardan narahatlıqlarını bildiriblər,
lakin onlar ölkədə hüquq pozuntuları ilə bağlı kəskinləşən vəziyyətin yaxşılaşdırılması
istiqamətində hökumətə hələ də təzyiq tətbiq etməyə nail olmayıblar. Azərbaycan iyun
ayında Bakıda ilk Avropa Oyunlarına ev sahibliyi etdi, lakin Olimpiya Nizamnaməsilə
zəmanət verilən media azadlığı və insan ləyaqətinə hörmət prinsiplərinə əməl etməyən
Azərbaycana qarşı Avropa Olimpiya Komitəsi heç bir addım atmadı.
Hökuməti tənqid edənlərin təqib olunması
Hökumət, siyasi motivli işlərdə ona qarşı tənqidi çıxışlar edən şəxslərə qarşı saxta
ittihamlar irəli sürərək onları həbs edir və bu yolla həmin şəxsləri susdurmağa çalışır.
Hökumətin istifadə etdiyi bu qəbildən olan ittihamlara xuliqanlıq, narkotik maddə saxlama,
vətənə xəyanət və iqtisadi cinayətlər daxildir. 2015-ci ildə bu təcrübə ən yüksək həddə
çatıb və çoxsaylı insan hüquqları müdafiəçiləri, jurnalistlər, siyasi fəallar və tənqidi çıxışlar
edən digər şəxslər təqib olunublar, mühakimə olunublar və ya bu yolla hələ də həbsdə
saxlanılırlar.
Bu il bu qaydada ittiham olunaraq altı il müddətdən səkkiz il yarım müddətədək həbs
cəzasına məhkum edilən şəxslərin arasında insan hüquqları müdafiəçisi İntiqam Əliyev,
2
insan hüquqları müdafiəsi sahəsində veteran sayılan Leyla Yunus və onun
həyat yoldaşı
Arif Yunus, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova və insan hüquqları
təşviqatçısı Rəsul Cəfərov da var. Siyasi motivlərlə həbs edilən digər şəxslər arasında
müxalif yönümlü Azadlıq qəzetinin köşə yazarı Seymur Həziyev, Müsavat
partiyasının üzvləri Sirac və Fərəc Kərimli qardaşları və Xalq Cəbhəsi Partiyasının
üzvü Murad Adilov da var. İnsan hüquqları fəalı Taleh Xasməmmədov üç il
azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
Yunuslar hələ də vətənə xəyanət cinayətində ittiham olunurlar. Onların ciddi sağlamlıq
problemləri 2014-cü ildə həyata keçirilən həbsdən sonra daha da pisləşib. Onların hər ikisi
pis rəftara məruz qaldıqlarını iddia ediblər, lakin hökumət bu iddiaları arşdırmayıb. 12
noyabr tarixdə Apelyasiya Məhkəməsi Arif Yunusu səhhətinin pisləşməsilə əlaqədar olaraq
şərti olaraq azadlığa buraxıb və dekabr ayında məhkəmə Yunusların hər ikisinin cəzasını
dəyişərək beş il müddətinə şərti cəza ilə əvəz edib və Leyla Yunusu şərti azadlığa buraxıb.
Siyasi analitik İlqar Məmmədov və jurnalist Tofiq Yaqublu hələ də ixtişaşa təhrik etmə
ittihamları ilə həbsdədirlər, baxmayaraq ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM)
İlqar Məmmədovla bağlı 2014-cü il qərarının ardından Avropa Şurası dəfələrlə onun
azadlığa buraxılmasını tələb edib və 2015-ci ilin noyabr ayında AİHM Tofuq Yaqublunun
həbsini qanunsuz hesab edib.
Avqust ayında Ali Məhkəmə Anar Məmmədli barəsində 2014-cü il tarixdə çıxarılmış beş il
yarım həbs cəzasını qüvvədə saxlayıb. Anar Məmmədli müstəqil seçki müşahidəsi təşkilatı
olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədridir.
18 mart tarixdə prezident İlham Əliyev SMDTM-in həmtəsisçisi olan Bəşir Süleymanlı da
daxil olmaqla 101 məhkumu əfv edib.
Vəkillərə qarşı təqiblər
Azərbaycan Respublikası Vəkillər Kollegiyası insan hüquqları müdafiəçilərini və fəallarını
müdafiə edən bir sıra vəkilləri Kollegiya üzvlüyündən çıxarıb. Bir sıra işlərdə prokuror bir
neçə vəkili iş üzrə şahid elan edərək maraqların toqquşması adı ilə onları vəkil kimi işdən
uzaqlaşdırıb. 10 iyul tarixdə Bakı məhkəməsi müvəkkili İlqar Məmmədovun işi üzrə
məhkəmə qərarını mübahisələndirdiyinə görə vəkil Xalid Bağırovun vəkil statusunu qeyri-
3
etik davranış adı ilə ləğv edib. Həmçinin məhkəmə iyul ayında vəkil Alayif Həsənov Leyla
Yunusun həbsxanada döyülməsi iddiaları ilə bağlı yazısına görə diffamasiya qaydasında
ittiham olunduqdan sonra onu vəkillər kollegiyasına üzvlükdən məhrum edib.
Mediya azadlığı
Əvvəllər Ankarada müxbir kimi fəaliyyət göstərən və tənqidi çıxışlar edən Rauf Mirqədirov
2014-cü ildə saxta casusluq ittihamı ilə həbs edilib və onun barəsində qapalı məhkəmə
prosesi 5 noyabr tarixdə başlayıb.
2014-cü ilin dekabr ayında hökumət orqanları Azadlıq Radiosunun Bakı Ofisində
yoxlamalar aparıb, işçiləri dindirib, əşyaları müsadirə edib və ofisin qapısını möhürləyib.
İşçilərdən bir neçə nəfər ölkəni tərk ediblər. 2015-ci ilin fevral ayında hökumət Azadlıq
Radiosunun jurnalisti Babək Bəkirin ölkədən çıxışına qadağa qoyub.
2015-ci ilin iyun ayında Avropa Oyunları ərəfəsində hakimiyyət bir sıra beynəlxalq
jurnalistləri ölkədən deportasiya edib və ya onların ölkəyə girişinə qadağa qoyub.
Berlində yerləşən Meydan TV-nin direktoru Emin Millinin tənqidi çıxışlarına görə
Azərbaycanın Gənclər və İdman nazirinin onu təhdid etməsinə dair iddialar irəli sürülüb.
Həmçinin Meydan TV-nin Berlindəki müxbirləri də Azərbaycanda onların qohumlarına və
yaxınlarına qarşı təhdidlər olduğu barədə məlumat veriblər. 3 sentyabr tarixdə Meydan TV-
nin sərbəst fəaliyyət göstərən üç müxbiri etirazlarla və həbsxanalardakı ölüm halları ilə
bağlı yazdıqları yazılara görə prokurorluq tərəfindən dindiriliblər. Həmçinin sentyabr
ayında məhkəmə Meydan TV-nin jurnalisti Şirin Abbasovu polisə müqavimət maddəsi ilə
30 gün müddətə həbs edib. Meydan TV-nin Bakıdakı demək olar ki, bütün jurnalistlərinin
ölkədən çıxışına qadağa qoyulub.
İyun ayında İsveçrə hökuməti Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun
təsisçisi Emin Hüseynovun Azərbaycandan çıxararaq İsveçrəyə aparılmasına nail olub.
Siyasi motivlə həbs olunacağından ehtiyat edən Emin Hüseynov 2014-cü ilin avqust ayında
İsveçrənin Azərbaycandakı səfirliyində sığınıb və ölkədən çıxarılanadək səfirlikdə qalıb.
4
Hökumətin satışla bağlı yaratdığı məhdudiyyətlərə, dövlətin idarə etdiyi distribyutorların
qəzetə olan borcları ödəməkdən imtina etməsinə və saxta diffamasiya iddiaları ilə bağlı
tətbiq edilən cərimələrə görə gündəlik
Azadlıq
qəzeti bağlanmaq təhlükəsilə üz-üzə qalıb.
İyul ayında hakimiyyət
Azadlıq qəzetinin
mühacirətdə olan redaktoru Qənimət Zahidin üç
qohumunu həbs edib. Onlardan ikisi saxta ittihamlarla 25 və 30 gün müddətinə inzibati
qaydada azadliqdan məhrum edilib. Üçüncü isə narkotik maddə ilə ittiham olunub və hələ
də həbsdədir.
2014-cü ilin dekabr ayında parlament qanuna əlavə edərək xaricdən maliyyələşdirilən
media qurumlarının il ərzində iki dəfədən artıq yalan məlumat yaymasına görə
məhkəmə tərəfindən bağlanmasına icazə verib.
Birləşmək Azadlığı
2014-cü ildən bəri QHT-lərin işinə ciddi müdaxilə edən qanunlara əsaslanaraq həyata
keçirilən təqiblərdən sonra çoxlu sayda müstəqil QHT-lər bağlanıb. Avropa Şurasının
Venesiya Komissiyasının 2014-cü il tarixli hesabatında bildirilir ki, 2012-ci ildən bəri
Azərbaycanın QHT-lər haqqında qanununa məcburi qeydiyyat və hesabat tələbləri, ciddi
cəzalar və xaricdən maliyyələşdirmənin qadağan edilməsinə dair dəyişikliklər
“Azərbaycanda QHT-lərin fəaliyyətini məhdudlaşdırıb”.
İşgəncə və pis rəftar
İşgəncə və pis rəftarla bağlı cəzasızlıq mühiti davam edir. 20 avqust tarixdə Bəhruz
Hacıyev polis tərəfindən dindirilmək üçün saxlandıqdan sonra Mingəçevir Polis İdarəsində
ölüb. Daxili İşlər Nazirliyi bildirib ki, Hacıyev özünü pencərədən atıb. Hacıyevin ailəsi
bildirib ki, onun bədənində başqa zorakılıq izləri də aşkar edilib.
2014-cü ilin dekabr ayında Elşad Babayev həbsxanada vəfat edib. Babayevin bacısı onun
şəkillərini yayıb və şəkillərdə onun bədənindəki zorakılıq izlər açıq-aşkar görünür.
Hakimiyyət orqanları bununla bağlı cinayət işi açıb, lakin onun ölümündə məsuliyyət
daşıyan heç kim müəyyən edilməyib.
İyul və avqust aylarında İlqar Məmmədov həbsxanadan bəyan edib ki, o, prezident İlham
Əliyevə əfv ərizəsi ilə müracət etmədiyinə görə kamera yoldaşları tərəfindən hücuma məruz
5
qalıb. Avqust ayında Avropa Şurasının (AŞ) Baş Katibi Azərbaycanın Ədliyyə Nazirinə
məktub göndərərk bu məsələ ilə bağlı dərhal araşdırma aparılmasını xahiş edib.
Məmmədov bildirib ki, həbsxana administrasiyası oktyabr ayında onu döyüb. Hakimiyyət
orqanları bununla bağlı səmərəli araşdırma aparmayıb.
Aprel ayında Birləşmiş Millətlər Təşkilatının Alt Komitəsi həbsxanalara baş çəkərək
bildiriblər ki, hakimiyyət həbsxanalarda “vəkillə əlaqə saxlamaq, həkimə və ya ailə
üzvlərinə çatımlılıq da daxil olmaqla bir çox fundamental hüquqi və prosessual
təhlükəsizliyi” təmin etmir.
Seçkilər
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik İnstitutlar və İnsan
Hüquqları Ofisi (ATƏT/DİİHO) 1 noyabr parlament seçkilərinə müşahidə missiyası
göndərməkdən imtina edib və bunu hakimiyyətin missiyanın fəaliyyətini
məhdudlaşdırması ilə əlaqələndirib. DİİHT əvvəllər bəyan edib ki, jurnalistlərə qarşı
həbslər, ittihamlar və digər təzyiqlər seçki mühitinə neqativ təsir edir. Avropa Parlamenti
və ATƏT-in Parlamenti Assambleyası da seçki missiyası göndərməkdən imtina edib. Avropa
Şurası Parlament Assambleyasının məhdud seçki missiyası bildirib ki, səsvermə
“ümumilikdə beynəlxalq standardlara cavab verir”, lakin missiyanın üç müşahidəçisi
ayrıca rəy bildirərək “azad və demokratik seçki şərtlərilə bağlı” çatışmazlıqlar olduğunu
bəyan ediblər.
Əsas beynəlxalq qurumlar
Avropa Parlamenti istisna olmaqla Avropa İttifaqı (Aİ) institutları və üzv dövlətləri
Azərbaycanın insan hüquqlarına olan təzyiqlərinə vahid şəkildə cavab verməyib və ya
ikitərəfli əlaqələrdə hər hansı dəyişiklik həyata keçirməyib. Aİ-Azərbaycan arasında strateji
əməkdaşlığı dair saziş üzrə danışıqlar davam edir.
Fevral ayında Azərbaycana səfər edən Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi bu
səfərini ölkədə fundamental insan hüquqlarının inkişafı üçün istifadə edə biməyib. Aİ-nın
xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi veridyi bir sıra
bəyanatlar vermişdır. Bu bəyanatlarla həm də vətəndaş cəmiyyətinə qarşı verilən “qeyri-
proporsional” cəzalar da pislənilmişdir. Lakin bu bəyanatlarda Leyla Yunus və Arif Yunus
6
istisna olmaqla hökuməti tənqid edən digərlərinin azadlığa buraxılması məsələsi tələb
edilməmişdir.
Aİ-nın Azərbaycanın Avropa Qonşuluq Siyasətini yerinə yetirməsinə dair hesabatı insan
hüquqları və fundamental azadlıqları ilə bağlı vəziyyətin “pisləşdiyini” qeyd edib.
Amerika Birləşmiş Ştatları Dövlət Departamenti insan hüquqları müdafiəçilərinin həbsini
pisləyən bir sıra bəyanatlar yayıb. May ayında media nümayəndələri aşkar ediblər ki,
dövlət neft şirkəti olan SOCAR 10 ABŞ Konqresi üzvünün və onların 32 nəfərdən ibarət işçi
heyətinin 2013-cü ildə Bakıda keçirilən konfransa səfərini gizli şəkildə maliyyələşdirib və
onlara bahalı hədiyyələr təqdim edib. Etik istintaq Konqres üzvlərnin və işçi heyətinin
konfransın Azərbaycan hökuməti tərəfindən maliyyələşdirildiyi barədə bilgili olduğunu
sübuta yetirən dəlillər aşkar etməyib. Səfərin ardından SOCAR və digər neft şirkətlərinin
xeyrinə ABŞ qanunvericiliyinə normalar əlavə edilib. Araşdırmalardan sonra iştirakçılar
hədiyyələri geri qaytarıblar.
İyun ayında AŞ-nın Parlament Assambleyası nizamnamə qəbul edərək “Azərbaycanda
insan hüquqlarına təzyiqləri” pisləyib və “sistemli repressiyalara” son qoymağa çağırıb.
Şuranın Baş Katibi və Parlament Assambleyasının Prezidenti məhkəmə proseslərinə dair
bəyanatlar qəbul edib. Oktyabr ayında baş katib təşkilatın Azərbaycanda insan
hüquqlarına dair işçi qrupundan geri çəkildiyini bildirib və bunu insan hüquqları
müdfiəçilərinin vəziyyətinin pisləşməsilə əlaqələndirib.
Bir sıra işlərdə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Avropa İnsan Hüquqları
Məhkəməsinə müdaxilə edib və “hakimiyyəti tənqid edən şəxslərə qarşı Azərbaycanda
repressiyalar olmasına dair aşkar nümunələri” qeyd edib.
İyun ayında BMT İnsan Hüquqları Şurasında İrlandiya tərəfinin başlıca təşəbbüsü 25 dövlət
Azərbaycanda “tənqidi səslərin sistemli şəkildə susdurulması” halını pisləyib və hökuməti
tənqid edən şəxsləri “təcili və qeyd-şərtsiz” azad etməyə çağırıb. 20 avqust tarixdə altı
BMT eksperti birgə bəyanat yayaraq Leyla Yunusun həbsini pisləyiblər və bunu “açıq-aşkar
siyasi motivli” həbs adlandıraraq Azərbaycanda “insan hüuqları fəallarına qarşı
təzyiqlərin” dayandırılmasına çağırıblar. Sentyabr ayında insan hüquqları üzrə BMT Ali
Komissarı təzyiqləri pisləyib və hökuməti tənqid edən şəxslərin azad edilməsinə çağırıb.
7
ATƏT-in Bakıda artıq statusu kiçildilmiş fəaliyyəti hökumətin iyul ayında verdiyi qerarla
tamamilə dayandırılıb. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi jurnalistlərin təqib
edilməsi, Azadlıq Radiosunun yoxlanılması və Rasim Əliyevin ölümünə dair bir sıra
bəyanatlar qəbul edib.
Mart ayında Qadınlara Qarşı Ayrı-Seçkiliyin Qadağan Olunmasına dair BMT Komitəsi
hüquqi inkişafı, eləcə də məişət zorakılığına dair qanunu və minimum evlilik yaşının 18-ə
qaldırılması halını müsbət hal kimi qeyd edib. Komitə AŞ-nın qadına qarşı zorakılığa dair
Konvensiyasının qəbul edilməməsini pisləyib; həmçinin qadına qarşı zorakılığa eləcə də
uşaq evliliklərinə qarşı adekvat tədbirlərin olmaması, QHT qanunvericiliyinin
məhdudlaşdırılması və qadın jurnalistlərə və fəallara qarşı təzyiqlər və onların həbs
edilməsi hallarını tənqid edib.
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) aprel ayında Azərbaycanın statusunu
“uyğun ölkə” dərəcəsindən “namizəd ölkə” dərəcəsinə endirib və təkidlə “hökuməti
Azərbaycanda vətəndaş cəmiyyətininin EITI-də lazımi qaydada iştirakını” təmin etməyə
çağırıb.
Dostları ilə paylaş: |