AZƏRBAYCAN
Konstitusiya bütün inancların nümayəndələrinin heç bir məhdudiyyət olmadan öz
dinlərinə sitayiş etmələrini təmin edir, buna baxmayaraq bəzi pis rəftar halları və
məhdudiyyətlər müşahidə olunmuşdur.
Məruzənin əhatə etdiyi dövr ərzində din azadlığına münasibətdə heç bir dəyişiklik baş
verməmişdir. Bəzi dini qruplar qeydiyyata alınma zamanı gecikdirildiklərini və ya rədd
edildiklərini, digərləri isə qeydiyyata alındıqlarını, yaxud bunu gözlədiklərini
bildirmişlər. Ötən illərə nisbətən dini qruplar üçün dini ədəbiyyatların gətirilməsində bəzi
məhdudiyyətlər qalmaqda davam etmişdir. Əksər dini qruplar dövlətin müdaxiləsi ilə
üzləşməmişlər. Buna baxmayaraq yerli hakimiyyət orqanları dini ayinləri izləmiş və
məmurlar ara-sıra qeyri-ənənəvi dini qruplara qarşı pis rəftar nümayiş etmişlər.
Cəmiyyətdə dini qruplar arasında ümumən mehriban münasibətin olması din azadlığına
müsbət təsir göstərmişdir, lakin qeyri-İslam dinlərini qəbul edən müsəlmanlara qarşı
geniş mənfi münasibət və öz dinlərini yayan qruplara, konkret olaraq evangeliya
xristianları və missioner qruplara qarşı düşmənçilik olmuşdur.
ABŞ hökuməti insan hüquqlarının təşviq edilməsinin tərkib hissəsi kimi hökumətlə din
azadlığı məsələlərini də müzakirə edir. Səfirlik din azadlığının müşahidə edilməsində
iştirak edir və hökumət və bir çox dini qruplarla əlaqələr saxlayır.
I Hissə. Dini Demoqrafiya
Rəsmi məlumatlara əsasən ölkənin ərazisi 33774 kvadrat mil, əhalisi isə təxminən 7.9
milyon nəfərdir. Müxtəlif dini qrupların üzvlərinin sayı haqqında etibarlı məlumat
olmamışdır, lakin rəsmi məlumatlara əsasən əhalinin 96 faizi müsəlmanlardır. Əhalinin
qalan hissəsi ya başqa dinlərə etiqad edir, ya da ki, inanclı deyirlər. Müsəlman çoxluq
arasında dini ayinlərə əməl olunması səviyyəsi kifayət qədər aşağıdır və Müsəlman
mənsubiyyəti dindən daha çox mədəni və etnik dəyərlərlə bağlı olmuşdur. Dini
Qurumlarla İş üzrə Dövlət Komissiyasının (DQİDK) verdiyi məlumatlara görə müsəlman
əhalinin 65 faizi Şiə, 35 faizi isə Sünnilərdir; ənənəvi olaraq kəskin fərqlər müəyyən
edilməmişdir.
Xristianların böyük əksəriyyəti Rus Pravoslavlarıdır ki, onların da kimliyi, müsəlmanlar
kimi, dinə olduğu qədər mədəniyyətə və etnik köklərə əsaslanmışdır. Xristianlar Bakı və
Sumqayıt kimi böyük şəhərlərdə toplaşmışlar.
Ölkənin yəhudi icmasının əksər hissəsini təşkil edən 15000 nəfər yəhudi Bakıda yaşayır.
Qubada və onun ətrafında və başqa ərazilərdə də kiçik icmalar mövcuddur. Ölkədəki
yəhudilərin çoxu iki qrupdan birinə aiddir: iki min ildən çox bundan əvvəl ölkənin şimal
hissəsində məskunlaşmış yəhudilərin sələfləri olan “Dağ Yəhudiləri” və çar Rusiyası və
sovet hakimiyyəti dövründə ölkəyə köçmüş avropa yəhudilərinin ardıcılları olan
“Əşkinazilər”.
Bu dörd qrup (Şiələr, Sünnilər, Rusiya Pravoslavları və Yəhudilər) ənənəvi dini qruplar
hesab olunurlar. Evangeliya Lüteranları, Roma Katolikləri, Baptistlər, Malakanlar (Əski
Rusiya Pravoslav Dindarları) , Yeddinci Günün Adventistləri və Bəhailərin kiçik qolları
ölkədə yüz ildən artıq mövcud olmuşlar. Son on il ərzində xarici, yaxud qeyri-ənənəvi
hesab edilən yeni dini qruplar, o cümlədən “Vəhabi” müsəlmanlar, Pentekost və
evangeliya xristianları, Yehova Şahidləri və Krişnaçılar yaradılmışdır.
Paytaxt Bakı şəhərində kifayət qədər böyük əcnəbi xristian və müsəlman icmaları
mövcuddur; hakimiyyət orqanları ümumi olaraq bu qruplara sərbəst şəkildə ibadət
etməyə imkan vermişdir.
II Hissə. Din Azadlığının Vəziyyəti
Hüquqi/Normativ Çərçivə
Konstitusiya bütün dinlərə məxsus insanların heç bir məhdudiyyət olmadan öz dinlərini
seçə və etiqad edə bilməsini təmin edir, buna baxmayaraq bəzi pis rəftar halları və
məhdudiyyətlər müşahidə olunmuşdur. Konstitusiyaya əsasən hər bir kəsin öz dini
mənsubiyyətini və inamını, o cümlədən ateizmi seçmək və ya dəyişmək, istədiyi dini
qrupa qoşulmaq və yaratmaq və öz dininə ibadət etmək hüququ vardır. Din azadlığı üzrə
qanun açıq şəkildə dövlətə hər hansı fərdin və ya qrupun dini fəaliyyətinə müdaxilə
etməyi qadağan edir, lakin bəzi istisnalar, o cümlədən dini qrupların fəaliyyətinin
“ictimai qaydaları və sabitliyi pozduğu” hallar da vardır. 2006-cı ilin yanvarında hökumət
dini qrupların siyasi fəaliyyətini məhdudlaşdırmaq məqsədilə din azadlığı üzrə qanuna
dəyişiklik etmək niyyətində olduğunu bəyan etmişdir.
Bir sıra normativ aktlarda, o cümlədən din azadlığı haqqında qanunda dini təşkilatların
hökumət tərəfindən qeydiyyata alınması tələbi hökumətə dini qrupları nizamlamağa
imkan verir. 2001-ci ildə Dini İşlər üzrə Şöbəni əvəz etmiş Dini Qurumlarla İş üzrə
Dövlət Komissiyası (DQİDK) dini qrupların qeydiyyata alınması səlahiyyətini Ədliyyə
Nazirliyindən (ƏN) qəbul etmişdir. Hakimiyyət orqanları DQİDK və onun sədrinə
qeydiyyat məsələləri ilə bağlı geniş səlahiyyətlər vermişdir: dini ədəbiyyatların nəşri,
gətirilməsi və yayılması üzərində nəzarət və qanunu pozan dini qrupların fəaliyyətinə
xitam vermək hüququ. Bundan əlavə, müsəlman dini qrupları DQİDK-da qeydiyyata
düşməzdən əvvəl Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) razılıq məktubu almalıdırlar.
2006-cı il iyunun 27-də prezident DQİDK-nın sədrini vəzifəsindən azad etmişdir. İşdən
azad edilməklə bağlı heç bir səbəb açıqlanmamışdır, məruzənin əhatə etdiyi dövrün
sonunadək hökumət yeni sədr elan etməmişdir.
Qeydiyyat dini qrupa bank hesabı açmağa, mülk icarəyə götürməyə və hüquqi şəxs kimi
fəaliyyət göstərməyə imkan verir. Qeydiyyata alınmamış qruplar qeyri-qanuni hesab
edilirlər və fəaliyyət göstərmələri çətindir, lakin qeyri-mümkün deyil. Qeydiyyata
alınmamış qruplar daha çox yerli hakimiyyət orqanları tərəfindən hücumlara məruz qalır
və bağlanılırlar. 2001-ci ildə DQİDK dini qrupları yenidən qeydiyyata düşməyə çağırdı,
lakin qeydiyyat yorucu və tez-tez və hətta uzun müddətli ləngimələr olur.
Qeydiyyata düşmək üçün dini qruplar yeddi mərhələdən ibarət sistemsiz və
məhdudlaşdırıcı ərizə prosesini tamamlamalıdırlar. 2004-cü ildə qrupların verdiyi
məlumata görə DQİDK-nın qeydiyyatla bağlı sənədləşmə işləri ilə məşğul olan işçiləri
təkrarən nizamnamələrin dili ilə bağlı mübahisələr edir, və həmçinin, bəzi qrupları necə
təşkilatlanmaq üzrə təlimatlandırırlar. Dini qruplar qeydiyyatın rədd edilməsindən
məhkəməyə şikayət verə bilərlər. Lakin appelyasiya məhkəməsinin göstəriciləri bu
məruzənin əhatə etdiyi dövr ərzində hər hansı şikayətin təmin edildiyini təsdiq etmir.
Məruzənin əhatə etdiyi dövr ərzində iyirmi yeddi dini qrup qeydiyyata alınmış və altı
ərizə rədd edilmişdir ki, bunların da beşi DQİDK tərəfindən qeyri-müsəlman dini qrup
kimi müəyyən edilmişdir. Yenidən qeydiyyata alınmaya çağırışdan sonra əvvəlki qanunla
qeydiyyata düşmüş 406 qrupla müqayisədə 347 dini qrup uğurla qeydiyyatdan keçmişdir.
Qeydiyyata alınan əksər qruplar müsəlman qruplardır. DQİDK-nin hesablamalarına
əsasən iki min dini qrup fəaliyyət göstərir, lakin bunların çoxu qeydiyyat və ya yenidən
qeydiyyat üçün müraciət etməmişlər. Yenidən qeydiyyata alınma zamanı problemlərlə
üzləşmiş kiçik dini icmalardan biri Baptist təriqətidir. Onun beş əsas kilsəsindən üçü
uğurla yenidən qeydiyyata düşmüşdür, lakin 2005-ci ildə DQİDK Əliabad və Neftçala
baptist kilsələrinin ərizələrini rədd etmişdir ki, onlar da qeydiyyatsız qalmışlar.
Din azadlığı haqqında qanuna əsasən siyasi partiyalar dini fəaliyyətlə məşğul ola
bilməzlər və dini liderlərə dövlət idarələrində işləmək qadağandır. Dini obyektlərdən
siyasi məqsədlər üçün istifadə edilə bilməz. 2005-ci il parlament seçkilərindən sonra
DQİDK dini liderlərin siyasi fəaliyyəti üzərində məhdudiyyətləri daha da sərtləşdirmək
üçün din azadlığı haqqında qanuna dəyişikliklər planını bəyan etmişdir. Dəyişikliklərin
layihəsi bu məruzənin əhatə etdiyi dövrün sonunadək özünün ilkin mərhələsində
qalmışdır.
Hökumətin tətbiq etdiyi din azadlığı haqqında qanun əcnəbilərin öz dinlərini yaymasını
qadağan edir. 2005-ci ilin iyulunda hökumət Bakıdakı Mədh Kilsəsinin isveçli keşişinin
vizasını yeniləməmişdir, baxmayaraq ki, məruzənin əhatə etdiyi dövr ərzində başqa
vizaların rədd edilməsi halı olmamışdır. Qanun DQİDK-nın icazəsi ilə dini ədəbiyyatların
nəşr olunmasına və yayılmasına icazə verir, lakin hakimiyyət orqanları da bəzi fərdlərin
ölkəyə dini ədəbiyyatlar gətirməsini və yaymasını məhdudlaşdırmışdır. Dini
ədəbiyyatların ölkəyə gətirilməsi üçün icazə alınması proseduru yorucu olaraq qalır, lakin
dini təşkilatların verdiyi məlumatlara görə ötən il bu proses yaxşılaşmışdır və DQİDK
müraciətlərə daha səmərəli şəkildə baxmışdır.
Qeydiyyatdan keçmiş müsəlman dini qurumları sovet dövrü müftiliyi olan QMİ-nə
tabedirlər ki, bu da məscidlərə axundlar təyin edir, ibadətləri dövri olaraq müşahidə edir
və hər il Məkkəyə Həcc ziyarətlərini təşkil edir. Bunun din azadlığı haqqında qanuna
uyğun olaraq DQİDK-da qeydiyyatdan keçmək istəyən müsəlman qrupları üçün ilkin
nəzarət nöqtəsi olmasına baxmayaraq, buna DQİDK müdaxilə edə bilir. O, ölkədəki
məscidlərə axund təyin edilməsi və şəhadətləndirilməsi və məscidlərə maliyyə nəzarəti
üzərində QMİ ilə səlahiyyəti bölüşməyə cəhd etmişdir. Bəzi müsəlman din rəhbərləri
həm QMİ, həm də DQİDK tərəfindən müdaxilələrə etiraz etmişlər.
Dövlət məktəblərində dinin tədris olunması icbari deyil. Dövlət təhsili dindən ayrıdır,
lakin dinin məktəblərdə tədris olunması ilə əlaqədar heç bir məhdudiyyət yoxdur.
Din Azadlığına Məhdudiyyətlər
Məruzənin əhatə etdiyi dövrdə dövlət bəzi dini azadlıqları məhdudlaşdırmışdır. DQİDK
bir neçə protestant qrupunun qeydiyyatını rədd etmiş və ya ləngitmiş, lakin qeydiyyatı
əvvəllər rədd edilmiş və ya ləngidilmiş bir baptist kilsəsini qeydiyyata almışdır.
Bundan əlavə 2005-ci ildə Ədliyyə Nazirliyi dini qeyri-hökumət təşkilatı (QHT) olan
Azərbaycan Din və Demokratiya Mərkəzinin qeydiyyatını rədd etmişdir. Insan hüquqları
üzrə fəallar bəyan etmişlər ki, nazirlik bu qurumun qeydiyyatını onun dövlətin dini
strukturlarını və onun fəaliyyətini tənqid etdiyinə görə rədd etmişdir.
Qeydiyyata alınmamış dini qruplar fəaliyyət göstərməkdə davam edirlər və ötən illə
müqayisədə daha az sayda rəsmi maneələr, dini ayinlərin yarımçıq kəsilməsi və ya polis
hədə-qorxuları və cərimələri olmuşdur. Əvvəlki illərdən fərqli olaraq polis reydləri
zamanı döyülmələr haqqında məlumat yoxdur.
Məsələn, 2006-cı il aprelin 16-da Bakı polisi qrupun fəaliyyətinin qanuni olub
olmamasını yoxlamaq məqsədilə Daha Böyük Gözəllik protestant icmasının pasxa
xidmətlərini xəbərdarlıq edilmədən yarıda kəsmişdir. Lakin qrup hökumətə şikayət
etdikdən sonra yerli məmurlar insidentə görə üzr istəmişlər.
Yehova Şahidlərinın üzvləri bildirmişlər ki, yerli hakimiyyət orqanları, xüsusən də
Bakıdan kənarda, bəzi hallarda onların dini toplantılar keçirmək üçün ictimai binaları
icarəyə götürmələrinə mane olmuş və şəxsi evlərdə görüşdüklərinə görə qrupun bəzi
üzvlərini cərimə etmiş və ya müvəqqəti saxlamışlar. Məsələn, 2005-ci il iyunun 12-də
Bakıda polis təxminən 200 nəfər Yehova Şahidinin toplantısına müdaxilə etmiş, qrupun
29 nəfər üzvünü polis idarəsində bir neçə saat saxladıqdan sonra azad etmişlər.
Hakimiyyət orqanları Bakının Məhəbbət Baptist Kilsəsinin 2005-ci ilin iyulunda Qax
şəhərindəki düşərgəsinə və 2005-ci ilin noyabrında onlar Əli-Bayramlıda Baptist
yığıncağına reyd etmişlər.
Verilən məlumatlara görə 2004-cü ildə polis Gəncədə digər dini azlıqların, o cümlədən
Yeddinci Günün Adventistlərinin toplantılarına reydlər etmişdir.
Ədliyyə Nazirliyinin rəsmiləri və polis 2004-cü ildə Cümə Məscidinin icmasını məcburi
olaraq oradan çıxarmışlar və uzun sürən məhkəmə prosesi başlamışdır. Məscid
məruzənin əhatə etdiyi dövrün sonunadək bağlı qalmışdır.
Hökumət rəsmiləri məscidin imamı İlqar İbrahimoğlunun siyasi fəaliyyətini Cümə
Məscidi icmasının oradan çıxarılmasının səbəblərindən biri kimi göstərmişdir.
Ibrahimoğlu siyasi müxalifət partiyası lideri İsa Qəmbərin 2003-cü il seçki
kompaniyasını dəstəkləmış və 2005-ci ilin noyabr ayında parlament seçkiləri zamanı
müxalifət partiyasının namizədlərinin xeyrinə təşviqat aparmışdır.
2004-cü ildə ötən 2003-cü il seçki nümayişlərində iştirak etdiyinə görə günahkar bilindiyi
üçün İbrahimoğluna ölkədən kənara çıxmağa, o cümlədən rəsmən QHT nümayəndəsi
kimi iştirak edəcəyi BMT və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının bir
neçə görüşlərində iştirak etməyə icazə verilməmişdir.
30 iyun 2005-ci ildə Cümə Məscidindən qovulmanın birinci ildönümündə, məscidin
rəsmi olaraq bağlı olmasına baxmayaraq, bir qrup dindara rəhbərlik edərək Cümə
Məscidinə ibadətə apardığına görə polis İbrahimoğlunu qısa müddətə saxlamış və azad
etmişdir.
Yerli hüquq mühafizə orqanları ara-sıra dini ayinləri müşahidə etmiş və bəzi müşahidəçi
xristian və müsəlmanlar dini mənsubiyyətinə görə cəzalandırılmışlar. Din azadlığı
haqqında qanun əcnəbilərin öz dinini yaymasını qəti qadağan edir və buna ciddi nəzarət
edilir. Hakimiyyət orqanları təşkilatlanmış müsəlman icmasından ayrı fəaliyyət göstərən
bir neçə iranlı və digər xarici din xadimini qanunu pozduğuna görə ölkədən xaric
etmişdir. Hökumət ölkədə fəaliyyət göstərən son illər fəaliyyətləri məhdudlaşdırılmış
islamçı missioner qruplarla (əsasən iranlılar və vəhabilər) da maraqlanmışdır. 2005-ci ilin
mayında hökumət Sumqayıtda Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən Sünni
məscidini bağlamışdır.
Müxtəlif dini qruplar əvvəllər bəzi nazirliklər tərəfindən dini ədəbiyyatların gətirilməsinə
məhdudiyyətlər qoyulduğunu və ləngitmələr olduğunu bildirmişlər. Lakin DQİDK belə
ədəbiyyatların gətirilməsini asanlaşdırmış və yalnız bir neçə dini qrup DQİDK xəttilə
ədəbiyyatların gətirilməsində çətinliklər olduğunu bildirmişdir.
Hökumət dini təlimlər keçmək məqsədilə edilən səfərləri nizamlayır. Dini təhsil almaq
üçün xaricə getmək istəyən şəxslər DQİDK və ya Təhsil Nazirliyindən icazə almalı,
yaxud qeydiyyatdan keçməlidirlər.
Pasportlarda və ya şəxsiyyəti təsdiq edən digər sənədlərdə dini mənsubiyyətin
göstərilməsi tələb olunmur. 1999-cu ildə məhkəmə pasport şəkillərində hicab geyinmək
hüququnu tələb edən bir qrup müsəlman qadınının xeyrinə qərar çıxarmışdır, lakin Dini
Əqidə və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin (DƏVAMM) verdiyi məlumata görə
hakimiyyət orqanları müsəlman qadınlara pasport şəkillərində hicab geyinməsini qadağan
etmişdir. 2004-cü ildə bir qrup qadın qadağaya etiraz etmək məqsədilə Avropa İnsan
Hüquqları Məhkəməsinə (AİHM) müraciət etmişdir.
Bəzi yerli hakimiyyət orqanları müsəlman qadınları məktəblərdə hicab geyinməkdən
çəkindirməkdə davam etmişdir. 2005-ci ilin iyununda Sumqayıt məhkəməsi bir məktəb
müəlliməsinin dərs keçən zaman hicab geyinmək hüququnu təsdiq etmiş və məktəbə
onun dərs deməyə icazə verilmədiyi iki ayın əmək haqqının müəlliməyə ödənilməsini
əmr etmişdir.
Bir neçə ay ərzində dəfələrələ rədd etdikdən sonra Zaqatala rayon hakimiyyət
nümayəndələri, nəhayət, öz oğullarına xristian adı qoymaq istəyən baptist valideynlərə
doğum haqqında şəhadətnamə vermişlər. Etnik gürcü azlığının nümayəndələri
bildirmişlər ki, uşaqların qeyri-azəri adlarla qeydiyyata alınması bu rayonda xüsusilə
çətindir.
28 aprel, 2006-cı ildə öz dini inanclarına görə ölkənin icbari hərbi qulluğunu yerinə
yetirməkdən boyun qaçırdığına görə polis Yehova Şahidlərinin üzvü Müşfiq
Məmmədovu həbs etmişdir. Məmmədov məhkəməyə müraciət edərək, Konstitusiyaya
əsasən, onun şüurlu etirazçı kimi alternativ hərbi xidmət hüququ vardır. Məmmədov
istintaq təcridxanasında saxlanılmışdır. Bundan əvvlki halda, işə baxan Ali Məhkəmə
qərar çıxarmışdır ki, Konstitusiyada dini inanclarına görə alternativ hərbi xidmət hüququ
olmasına baxmayaraq, dini azlığın nümayəndəsi icbari hərbi xidməti yerinə yetirməlidir.
Aşağı instansiya məhkəmələrində yeddi aylıq çəkişmələrdən sonra Ali Məhkəmə qərar
çıxardı ki, ölkə Ermənistanla “müharibə şəraitində” olduğuna görə hərbi xidmət tələbi
fərdin alternativ xidmət hüququnu üstələyir. Bundan əlavə, məhkəmə hərbçilərin müvafiq
icraedici qaydalar olmadığına görə hərbinin alternativ hərbi xidmət seçimini təmin
etməyə borclu olmaması haqqında arqumenti ilə razılaşmışdır. Nəticə etibarı ilə, fərd və
onun ailəsi ölkəni tərk etmişdir.
Baptist icmasının verdiyi məlumata görə hakimiyyət orqanları sovet ittifaqı dövründə
müsadirə olunmuş, hazırda Bakıda mərkəzi kinoteatr kimi istifadə edilən, tarixi
əhəmiyyətli binanı icmanın istifadəsinə qaytarmamışdır. Bəhai icması bildirmişdir ki,
hökumət onların 2005-ci ilin avqustunda hakimiyyət orqanlarının tarixi əhəmiyyətli Bakı
evinin onlara qaytarılması haqqında müraciətinə cavab verməmişdir. Hökumət iddia
etmişdir ki, ölkənin tutulmuş əmlakın geri qaytarılması haqqında qanununun olmaması
onun binaları geri qaytarmasını mümkünsüz edir.
Mətbuatın verdiyi məlumata görə, etnik ermənilərin üstünlük təşkil etdiyi, hakimiyyətin
heç bir nəzarət etmədiyi ayrılmış Dağlıq Qarabağ regionunda Erməni Apostol Kilsəsi
xüsusi statusdan istifadə edir. Dağlıq Qarabağın və işğal olunmuş yeddi rayonun 1990-cı
illərdə Ermənistanla münaqişə zamanı regionu tərk etmiş əksəriyyəti müsəlman olan
etnik azəri əhalisi bu ərazilərə qayıda bilməmişdir.
Din Azadlığına Qarşı Zorakılıqlar
Bəzi məmurlar tərəfindən din azadlığının ara-sıra pozulması davam etmişdir. Bir çox
hallarda qərəzli rəftar etnik Azərbaycanlıların qeyri-Rus Pravoslav xristianlığa və digər
qeyri-ənənəvi dini qruplara çevrilməsinə qarşı antipatiyasını əks etdirir.
2005-ci ilin martında televiziya ilə çıxış edən QMİ-nin sədri qeyri-ənənəvi dini qrupları
təxribatçı sektalar adlandırmışdır. DQİDK-nin sədri televiziya ilə çıxışında Adventistlərin
yeni tərəfdaşlar yığmaq üçün pulla alınmadan istifadə etdiklərini bildirmişdir. 21 iyun
2006-cı il tarixində DQİDK-nın nümayəndəsi aparıcı telekanallardan biri ilə yayımlanmış
çıxışında Adventistləri və başqa qeyri-ənənəvi dini qrupları tənqid etmişdir. Eyni
verilişdə Gəncə pravoslav kilsəsinin nümayəndələri qeyri-ənənəvi dini qrupların onların
üzvlərinin “başını yediklərini” bildirmişlər.
Qeyri-ənənəvi dini qruplar ölkənin ucqar rayonlarında, xüsusilə də ölkənin əsas
ərazisindən ayrı olan Naxçıvanda fəaliyyət göstərmək üçün əsaslı problemlərlə
üzləşmişlər. Məsələn, verilən məlumata görə, 2004-cü ilin dekabrında Naxçıvandakı
kiçik Bəhai icmasının rəhbəri dini fəaliyyət və təlimlərə görə qısa müddətə saxlanılmış və
sonradan azad edilmişdir.
Hakimiyyət orqanları təşkilatlanmış müsəlman icmasından ayrı fəaliyyət göstərən və
onların dediklərinə görə siyasi və terrorçu fəaliyyətlə məşğul olan iranlı və digər
dindarların fəaliyyətini məhdudlaşdırmaq üçün müxtəlif addımlar atmışdır. Terrorçu
fəaliyyətlə əlaqəli olmaları haqqında etibarlı məlumatlar olduğuna görə hökumət bir neçə
Islam humanitar təşkilatını qanundankənar elan etmişdir. Hökumət, həmçinin, siyasi
fəaliyyətlə əlaqəli olmalarından şübhələndiyi əcnəbi müsəlman din xadimlərini ölkədən
çıxarmışdır. Həmçinin, verilən məlumatlara görə hökumət təhlükəsizlik maraqları ilə
əlaqədar müsəlman qruplarına qarşı zorakılıqlar tətbiq etmişdir. Məsələn, Xaçmazdakı
İnsan Hüquqları Resurs Mərkəzinin verdiyi məlumata əsasən, hakimiyyət orqanları bütün
vəhabilərin terrorçuluqla əlaqəli olduğundan şübhələndiklərinə görə Xaçmazdakı
vəhabilər zorakılığa məruz qalmışlar. 18 aprel, 2006-cı ildə hakimiyyət orqanları Cəmaət-
əl-Mücahiddin adlanan Vəhabi qrupunun dövlətə qarşı terror aksiyaları ittihamı ilə
məhkum olunduğunu elan etmişlər.
Ölkədə hər hansı dini məhbusun və ya saxlanılan şəxsin olması barədə məlumat yoxdur.
2002-ci ildə Gəncədə həbs olunmuş sünni imamı Kazım Əliyev AİHM-nə müraciət
etdikdən sonra 2006-cı ildə Prezidentin əhv fərmanına əsasən azadlığa buraxılmışdır.
Şimal şəhəri olan Xaçmazda icma üzvlərinin verdiyi məlumata görə ictimai qaydaları
pozduqlarına görə bəzi müsəlmanlar polis tərəfindən təqib edilmiş və saxlanılmışlar.
Faktlara əsasən polis saxlanılmış şəxslərin saqqalını qırxmışdır, lakin polis rəsmiləri dini
səbəblərə görə kiminsə saxlanıldığını inkar etmişlər.
Dinini Məcburi Dəyişmə
Dinin məcburi dəyişilməsi haqqında, o cümlədən oğurlanmış, yaxud ABŞ-dan qeyri-
qanuni şəkildə çıxarılmış azyaşlı ABŞ vətəndaşları və ya bu kimi vətəndaşların ABŞ-a
qaytarılmasının rədd edilməsi halları haqqında heç bir məlumat yoxdur.
Din Azadlığına Münasibətin Yaxşılaşması
Ölkədəki bəzi dini qruplar onların sərbəst fəaliyyət göstərməsi üçün şəraitin
yaxşılaşdığını bildirmişlər. Bir neçə kilsənin qeydiyyata almışlar və ya bu gözlənilir,
onlara dini ədəbiyyatı gətirməyə icazə verilir və onlar hökumətin heç bir müdaxiləsi ilə
rastlaşmamışlar.
Bakıdan kənarda olan kiçik dini icmalar yerli hakimiyyət orqanlarının qeyri-qanuni
olaraq onların qeydiyyatını rədd etdikləri haqqında məlumat verdikdən sonra DQİDK
onların xeyrinə işə qarışmış və vəziyyəti düzəltmişdir. Əvvəlki illərdə DQİDK kiçik dini
icmaların qeydiyyata alınmasına xüsusilə ciddi yanaşmış və yerli hakimiyyət orqanlarını
belə icmaların qadağan olunmasından çəkindirməyə nail ola bilməmişdi.
Məruzənin əhatə etdiyi dövr ərzində hökumət dinlərarası anlaşmanı təşviq etmək üçün
fəal şəkildə iş aparmışdır. DQİDK bəzi hallarda mübahisələrin fərdi şəkildə həll olunması
üçün müxtəlif dini icmaların rəhbərlərini bir yerə toplamış və rəsmi səfərə gələnlərin dini
məsələləri dini xadimlərlə müzakirə etməsi üçün imkan yaratmişdır. Məruzənin əhatə
etdiyi dövr ərzində DQİDK din azadlığı və tolerantlıq üzrə bir neçə seminar, konfrans və
regional görüşlər təşkil etmişdir.
III Hissə. İctimai Zorakılıq və Ayrı-Seçkilik
Cəmiyyətdəki dini qruplar arasındakı ümumi xoş münasibət din azadlığına müsbət təsir
göstərmişdir, buna baxmayaraq qeyri-İslami dini inancları qəbul edən müsəlmanlara qarşı
geniş mənfi münasibət və öz dinini yayan qruplara, xüsusilə də evangeliya xristianlarına
və missioner qruplara qarşı düşmən münasibət vardır. Xüsusən də Ermənistanla Dağlıq
Qarabağ üstündə həll olunmamış münaqişə bunu qabartmışdır.
Əvvəlki məruzə dövrlərində olduğu kimi, qəzetlər və televiziya kanalları kiçik, zəif dini
qrupları millətin kimliyinə təhlükə törədən və ölkədəki dinlər arasında harmoniya
ənənəsinə xələl gətirən qruplar kimi təqdim etmişlər ki, bu da yerlərdə mənfi rəftar
hallarına gətirib çıxarmışdır. Bundan əlavə, DQİDK sədrinin bu verilişlər zamanı etdiyi
ara-sıra qeydlər bu verilişlərin yaratdığı düşmənçilik mühitinə müsbət təsir göstərmişdir.
Bu məruzənin əhatə etdiyi müddət ərzində bir çox qəzetlərdə Vəhabiliyi və Xristian
missionerliyini tənqid edən məqalələr dərc olunmuş və televiziya kanallarından biri
xristian kilsə ibadətlərinin “çəkilişlərini” yayımlamışdır. Əcnəbilərin öz dinini yayması
qanuna ziddir və buna açıq şəkildə etiraz olunur.
Siyasi İslamı yaymağa çalışan və buna görə də sabitliyə və sülhə təhlükə hesab edilən
əcnəbi müsəlman (daha çox İranlı və vəhabi) missioner fəaliyyətinə qarşı da düşmənçilik
mövcuddur. Mətbuat hökumətin qeyri-qanuni fəaliyyətlə məşğul olduğunu iddia etdiyi
müsəlman icmalarını hədəfə almışdır.
Həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə görə Ermənilərlə Azərbaycanlılar arasında
daha da güclənmiş düşmənçilik güclü olaraq qalır. Ölkənin ermənilər tərəfindən nəzarət
olunan ərazilərində yaşayan bütün etnik Azərbaycanlılar oranı tərk etmişlər və
dağıdılmamış məscidlər fəaliyyət göstərmir. Ölkənin hər yerində etnik ermənilərə qarşı
olan nifrət onların çoxunu 1988-1990-cı illər ərzində ölkədən çıxmağa məcbur etmiş və
on ildən çox bundan əvvəl baş vermiş etnik çıxışlar zamanı çoxuna xəsarət yetirilmiş
erməni kilsələri bağlı olaraq qalmaqdadır. Bunun nəticəsi olaraq, ölkədə qalmış təxminən
on mindən otuz minədək etnik erməni, öz ənənəvi ibadət yerlərində ayinlərdə iştirak edə
bilməmişlər.
Ölkədə yəhudilərə qarşı çox az sayda mənfi münasibət və ayrı-seçkilik, bir neçə ahti-
semitizm halları müşahidə edilmişdir, lakin hökumət bu hallara dərhal reaksiya vermişdir.
Yəhudi icmasının rəhbərləri Hökumət və digər dini icmaların rəhbərləri ilə müsbət
münasibətlərinin olmasını dəfələrlə ifadə etmişlər. 2004-cü ildə Bakıda yüksək vəzifəli
dövlət məmurlarının iştirakı ilə yəhudi icmasının yeni mərkəzi açılmışdır. Hakimiyyət
orqanları həmçinin 200 yəhudi şagirdinin dünyəvi və dini təhsil alması üçün Bakı
məktəblərindən birinin bir hissəsini ayırmışdır.
IV Hissə. ABŞ Hökumətinin Siyasəti
ABŞ hökuməti insan hüquqlarının təşviq edilməsi siyasətinin bir tərkib hissəsi kimi
hökumətlə din azadlığı məsələsini müzakirə edir. Məruzənin əhatə etdiyi dövr ərzində
səfirlik nümayəndələri qeydiyyat prosesi və qeyri-ənənəvi dini qruplara qarşı ümumi
münasibətlə bağlı narahatlıqlarını DQİDK-nın sədrinə çatdırmışlar. Səfirlik
nümayəndələri, həmçinin, hökumətin digər nümayəndələrinin din azadlığı ilə bağlı
öhdəlikləri və mətbuatda açıq şəkildə bildirilənlər barədə narahatlıqlarını ifadə etmişlər.
ABŞ səfirliyi dini ədəbiyyat üzərində senzuraya qarşı etirazlarını dəfələrlə bildirmiş və,
həmçinin, din azadlığı haqqında qanuna təklif olunan dəyişikliklərin dindarların
haqqlarına nə dərəcədə hörmətlə yanaşacağı ilə əlaqədar öz narahatçılıqlarını izhar
etmişlər.
Səfir və səfirlik işçiləri din azadlığını müşahidə etmək məqsədilə əsas Müsəlman, Rusiya
Pravoslav və Yəhudi dini icmalarının nümayəndələri ilə sıx əlaqə saxlayır və qeyri-rəsmi
dini qrupların üzvləri ilə müntəzəm olaraq görüşürlər. Səfir və səfirlik işçiləri, həmçinin,
din azadlığı məsələləri ilə məşğul olan QHT-lərlə sıx əlaqə saxlayır.
Dostları ilə paylaş: |