Microsoft Word azərbaycanin faydali qazintilari



Yüklə 98,29 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü98,29 Kb.
#23038


 

AZƏRBAYCANIN FAYDALI QAZINTILARI 



 

 

   Azərbaycan  ərazisi  bir  sıra  faydalı  qazıntı  növləri  ilə  zəngindir.  Bunların  içərisində 



enerjidaşıyıcılardan neft ve qaz; filizlərdən dəmir, xrom, mis, kobalt, molibden, polimetallar; 

qeyri  metallardan  alunit,  kaolinit,  barit,  daş  duz  xüsusilə  qeyd  edilməlidir.Respublikanın 

bütün fiziki-coğrafi bölgələrində tikinti materiallarının bir çox növləri geniş yayılmışdır (5-ci 

şə

kil)      



   Azərbaycanda qazıntılar çox qədimlərdən insana mə'lum olub  və onlardan primitiv şəkildə 

olsa  da,  hələ  daş  dövründən  istifadə  etməyə  başlamışlar.  Naxçıvan  duz  mədənlərində  

tapılmış  daş  alətlər  (baltalar,  çəkiclər,  bıçaqlar)  daş  dövründən,  Gədəbəy  və  Daşkəsən 

rayonlarında eneolit dövründən başlamış  mis və dəmir filizi yataqlarının istismar edilməsinə 

aid  mə'lumatlar  göstərir  ki,  Azərbaycanda  dağ-mə'dən  işlərinə  eramızdan  minillər  əvvəl 

başlanmışdır.  Hələ  eramızdan  əvvəl  1-ci  minillikdə  Azərbaycanda  dəmir,  bürünc,  qızıl, 

gümüş mə'mulat və əşyalar hazırlanırdı. Abşeronda və Ceyrançöldə birbaşa yer səthinə çıxan 

neft  bulaqları  insanlara  çox  qədim  zamanlardan  mə'lum  idi.  Abşeronda  və  Xınalıq  kəndi 

yaxınlığında yanar qazın səthə çıxıb alovlanması da bir başqa "mö'cüzə" idi. 

    Eramızın  VI-ci  əsrindən  başlamış  Konstantinopolda  Vizantiya  imperatorlarının  sarayları 

və kilsələr, o cümlədən, Aya Sofiya Bakıdan aparılan neftlə işıqlandırıldı 

     Enerji daşıyıcıları  Azərbaycanda bir sıra faydalı qazıntılarının  böyük ehtiyatlı olmasına 

baxmayaraq,  qədimlərdən,  xüsusilə  XIX  əsrin  sonu  XX  əsrdə  onu  şöhrətləndirən  neft, 

sonralar yanar qaz, bitum ehtiyatlarının istismarı olmuşdur. 

    Keçmiş  Rusiya  imperiyasında,  sonralar Sovet ittifaqında hasil  olan neftin 70%-dən  artığı  

Bakı  neftinin  payına  düşürdü.  Böyük  Vətən  müharibəsi  illərində    Abşeronun  neft  yataqları  

daha intensiv istismar edilir və ildə 20-22 mln. ton neft çıxarılırdı. Bu bir həqiqətdir ki, Bakı 

nefti  olmadan  müharibənin  müqəddəratını  həll  edən  Sovet  ordusunun  zirehli  qüvvələrini, 

hərbi hava və dəniz donanmalarını, bütün nəqliyyat vasitələrini  hərəkətə gətirmək  mümkün 

olmazdı. Indiyə qədər Azərbaycanda 1,2 mlrd. tondan artıq neft çıxarılmışdır.  

    Keçmişdə  Abşeron  yataqlarının    bə'zilərində  yuxarı  pliosen  çöküntülərindən  (yer  səthinə 

ə

n  yaxın  yatan  neftli  laylardan)  çıxarılan  neft  ən  təmiz  neft  idi.  Azərbaycan  nefti  bir  sıra 



xüsusiyətlərinə,  xüsusilə  parafin  və  kükürdün  azlığına  görə  başqa  regionlardan  çıxarılan 

www.behruzmelikov.com




 

neftlərdən  çox  üstün  olması  ilə  fərqlənir.  Bu  neftdən  neftayırma  zavodlarında  ən  yüksək 



oktanlı yanacaqlar, qiymətli sürtgü yagları və başqa məhsullar alınır. 

    Respublikanın  neft  və  qaz  ehtiyatı  əsasən  Abşeron  yarımadasında  və  Xəzər  dənizinin 

Azərbaycan  akvatoriyasında  (şelf  zonsında)  cəmlənmişdir.  Bundan  başqa  Cənub-Şərqi 

Qobustanda,  Aşağı  Kür  depressiyasında  (Əli  Bayramlı,  Neftçala),  Gəncə  (Qazanbulaq, 

Naftalan)  neftli  rayonunda,  Ceyrançöldə,  Kür-Araz  ovalığının  mərkəzində  (Muradxanlı-

Carlı), Siyəzən və Dəvəçi rayonlarında neft yataqları müəyyən edilmişdir. 

    Sadalanan  regionlarda  neft  və  qaz  çıxarılması  eyni  vaxtda  başlanmamışdır.  Hələ  keçən 

ə

srin  ortalarından,  xüsusilə  axırlarından  Bakının  məşhur  neft  mədənləri  bir-birinin  ardınca 



kəşf edilmiş və istismara verilmişdir. 

    Azərbaycan  neftinin  xeyli  hissəsi  Abşeron  yarmadasında  məşhur  Balaxanı-Sabunçu-

Ramana,  Suraxanı,  Qaraçuxur  ,  Qala,  Buzovna,  Binəqədi,  Bibi-Heybət,  Qaradağ,  Buta, 

Korgöz, Pirallahı adası yataqlarından hasil edilmişdir. 

     Əsrimizin  20-ci  illərindən,  xüsusilə    40-cı  illərin  axırından  dəniz  neft  yataqlarının 

istismarına  başlanmışdır.  Bayıl  buxtasının  torpaqla  doldurulması,  Pirallahı,  Qum  adası, 

Cilov, Neft Daşları, daha sonaralar, Səngəçal dəniz mədənlərinin işə salınması Azərbaycanın 

neft  hasilatında  dəniz  mədənlərinin  xüsusi  çəkisini  artırdı.  Quruda  yerləşən  mədənlərin 

ehtiyatının kəskin azalması dəniz yataqlarının kəşfi ilə təxminən eyni vaxta düşürdü.  

    Son  onilliklərdə  Xəzərdə  bir  sıra  böyük  neft  və  qaz  ehtiyatına  malik  olan  neft  yataqları 

aşkar  edilmişdir.  Bunlardan  Çıraq,  Azəri,  Günəşli,  Şahdəniz,  Qarabağ  yataqları  ən 

perspektivli yataqlardır. Bu yataqlar bir sıra xarici şirkətlərlə birgə istismar ediləcəkdir.  

    Neft Daşları rayonunda dəniz şəraitində neft və qaz  yataqlarının istismarı, Neft Daşlarının  

şə

hərciyinin  yaradılması,  açıq  dənizdə    yüz  kilometrlərlə  estakadalar  çəkilməsi  Azərbaycan 



neftçilərinin əmək salnaməsində  xüsusi bir yer tutacaq. 

   Azərbaycanda  neft  və  qaz  ehtiyatları  əsasən    pliosen  dövrünün  məhsuldar  qat  adlanan 

neftli-qazlı  laydəstələrində  toplanmışdır.  Məhsuldar  qat  çöküntülərinin  qalınlığı  Abşeron 

yarımadasında,  Cənub-Şərqi  Qobustanda,  Cənub-Şərqi  Şirvanda,  Xəzər  akvatoriyasında 

1000-2000  m-lə  3000-3500  m  arasındadır.  Məhsuldar  qat  çöküntüləri  tərkibində  bir  sıra 

yüksək  kollektor  qabiliyyətli  qalın  qum,  qumdaşı  layları  var.  neft  və  qazın  toplandığı 

www.behruzmelikov.com



 

kollektor laylarının sayı yataqlarda 10-a çatır. Antiklinal qırışıqlarda neftli-qazlı kollektorlar 



bəzi mədənlərdə 3000-4000 m-dən dərində yatırlar. 

   Siyəzən  neft  mədənlərində  neft  maykop  çöküntülərindən,  Muradxanlı  yataqlarında  yuxarı 

mezozoy  çöküntülərindən,  Naftalan-Qazanbulaqda  oliqosenin  maykop  çöküntülərindən 

çıxarılır. 

   Gələcəkdə  Azərbaycanda  neftçıxarma,  əsasən  dəniz  yataqları  və  qismən  qurudakı 

yataqların daha dərində yatan neftli kollektorları hesabına aparılacaqdır. 

   N a f t a l a n  n e f t i   böyük  müalicə əhəmiyyətinə malik olduğundan burada keçmiş 

ittifaq miqyaslı abad sanatoriyaları olan kurort şəhəri salınmışdır. 

   Azərbaycanda təbii qaz cənub-Şərqi Qobustanda çıxarılır. Bu qiymətli xammalın ən böyük 

yatağı  da  burada  yerləşir.  Bundan  əlavə  neft  yataqlarının  istismarı  zamanı  neftlə  bərabər 

çıxan  qazdan  da istifadə  edilir.  Lakin onillər  boyu  yanar  qazın  bu  növü  havaya  buraxılırdı. 

Xəzərdə  yeni  neft  yataqlarının  istismarı  ilə  yanaşı  neftlə  bərabər  çıxan  qazdan  da  istifadə 

ediləcək. 

   Neft yataqları ilə baglı yaranmış faydalı qazıntı növlərindən biri də təbii bitumlardır. Bitum 

yataqları  Abşeron  yarımadasında  Balaxanı,  Binəqədi  kəndləri  ətrafındadır.  Bunlardan 

Balaxani yatağı daha böyük olmaqla, onillər ərzində istismar edilir. 

Azərbaycanda çıxarılan neft və qazla əlaqədər Bakı və Sumqayıt şəhərlərində böyük neft-qaz 

e'malı  və  neft-kimya  sənayəsi  inkişaf  etdirilmişdir.  Enerji  daşıyıcılardan  Böyük  Qafqaz 

dağlarının cənub yamacında İsmayıllı rayonu, Şimal  yamacında isə Quba rayonu ərazisində 

yanar  şistlərin  yataqları  aşgar  edilmişdir.  Ceyrançöldə  Eldarovuğu  və  Çobandağ  antiklinal 

tirələrinin şimal yamaclarında sarmat çöküntüləri tərkibində sənaye əhəmiyyəti olmayan daş 

kömür təbəqələri yerləşir. 

  Filiz  yataqları    Azərbaycanın  əsas  filiz  yataqları  Kiçik  Qafqaz  vilayətində  və  Naxçıvan 

MR-sı  dağlıq  ərazisində  yerləşir.  Kiçik  Qafqaz  dağları  çoxdan  "Azərbaycan  Uralı"  adı  ilə 

məşhurdur.  Burada  bir  çox  filiz  və  qeyri  filiz  faydalı  qazıntı  yataqları  aşkar  edilmiş, 

öyrənilmiş və onların  bir çoxu müxtəlif vaxtlarda istismara verilmişdir. 

   Kiçik  Qafqazda  bütün  Qafqaz  regionunun  ən  böyük  dəmir  filiz  yataqları  yerləşir.  Gəncə 

şə

həri  yaxınlığında  yerləşən  Daşkəsən,  Alabaşlı,  Seyfəli  və  başqa  dəmir  filizi  yataqları 



arasında  Daşkəsən  maqnetit  yatağı'daha  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  yataq  aşağı  tabaşir 

www.behruzmelikov.com




 

yaşlı intruzivlə kəsilmiş orta və üst yuranın müxtəlif tuflarından, tuf qumdaşlarından, kvaslı 



porfiritlərindən,  argillitlərdən,  mergellərdən  və  əhəngdaşlarından,  həmçinin  göstərilən 

kompleksləri  uyğun  olmadan  örtən  üst  tabaşir  əhəngdaşı  və  mergellərindən  ibarətdir. 

Daşkəsən maqnetiti dəmir filizi yatağında layşəkilli maqnetitlərin qalınlığı 4-5 m-dən 60 m-ə 

qədərdir.  Lakin  bəzi  yerlərdə  maqnetiti  dəmir  filizinin  qalınlığı  100-200  m-ə  çatır.  Filizdə 

dəmirin miqdarı 35-50% arasında dəyişir. Yatağın Azərbaycan Geologiya İdarəsi geoloqları 

tərəfindən hesablanmış ümumi ehtiyyatı 200 mln.tondan azca aşağıdır. 

   Alabaşlı dəmir filizi yatağı çökmə mənşəli olmaqla, lay formasında yura dövrünün tufogen 

süxurları tərkibində yerləşir. Bu yataqda dəmirlə daha zəngin hematitlərdir. 

   Bu  göstərilən  yataqlarla  yanaşı  Kiçik  Qafqazın  mərkəzi  hissəsində  ultra  əsasi  süxurlar 

arasında xromit yataqları da mə'lumdur. 

   Azərbaycan respublikasının və eləcədə bütün Qafqaz regionunun ən böyük polimetal filiz 

yatağı  Böyük  Qafqaz  silsiləsinin  cənub  yamacında  Balakən  rayonu  ərazisində  1958-ci  ildə 

aşkar edilmiş Filizçay yatağıdır. 

   Eyni adlı çayın hövzəsində ortadağlıq qurşaqda yerləşən bu yataq Tufan antiklinoriumunda 

orta  yuva  şistləri,  tufogen  qumdaşı  və  argillit  laylarında  yerləşir.  Azərbaycan  Geologiya 

İ

darəsi əməkdaşlarının tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, filiz kütləsinin əmələ 



gəlməsi  argillitlərin  əvvəlcə  pirit  mineralı  ilə,  daha  sonralar  mis,  gümüş,  qurşun,  sink, 

mərgümüş,  sürmə,  bismut,  tellur  və  bir  sıra  başqa  mühüm  filizlərin  sulfidləri  ilə 

zənginləşməsi  ilə  əlaqədardır.  Filizçay  yatağında  80-dən  artıq  mineral  müəyyən  edilmişdir. 

Yatağın ehtiyatı böyük olmasına baxmayaraq, o bu vaxta qədər istismara verilməmişdir.  

   Cənub yamacda bir sıra xüsusiyyətlərinə görə Filizçay polimetal yatağına yaxın Kasdağ və 

Jixix yataqları da aşkar edilmiş və öyrənilmişdir. 

   Mənşəyinə  və  filiz  tərkibinə  görə  Filizçay  yatağından  xeyli  fərqlənən  damar  kvars-

polimetal  formasiyası  Yataqları  Kiçik  Qafqaz  dağlarında  yerləşir.  Burada  Mehmana, 

Badakənd,  Mollahəsənli  və  b.  yataqlar  müəyyən  edilmişdir.  Kiçik  Qafqazda  həmçinin  lay 

formalı  mis-polimetal  (  Tərtər  rayonunda  Elbekdaş  yatagı)  və  mis-porfir  yataqları  da 

mövcuddur. 

   Kiçik  Qafqazda  əlvan  metallardan  mis  filizi  daha  çox  yerlərdə  müəyyən  edilmişdir. 

Azərbaycanda vaxtilə ən məşhur mis yatağı Gədəbəy yatağı olmuşdur. Istismarına hələ 1850-

www.behruzmelikov.com




 

ci ildən başlanmış yataqdan xeyli mis çıxarılmış və əsasən Almaniyaya aparılmışdır. Hazırda 



bu yataq yalnız pirit yatağı kimi qiymətləndirilir. 

     Bir  sıra  müxtəlif  faydalı  qazıntı  yataqları  ilə  məşhur  olan  Daşkəsən  rayonu  ərazisində 

yüksək keyfiyyətli dəmir, polad almaq üçün mühüm komponentlərdən sayılan kobalt  yatağı 

bütün  regionda  nadir  yataqlardandır.  Bu  yataq  Aşağı  Daşkəsən  kəndi  yaxınlığında 

Qoşqarçayın dərəsində yerləşir. 

     Molıbdən  yataqları  Naxçıvan  MR-də  Parağaçay  hövzəsində  müəyyən  edilmişdir.  damar 

halında  olan  Parağaçay  molibdən  yatağı  uzun  müddətdir  ki,  istismar  edilir.  Şəril  rayonu 

ə

razisində  qurşun-sink  yatağı  paleozoy  süxurlarından  təşkil  olunmuş  Yuxarı  Danziq 



antiklinalının cənub-qərb qanadında yerləşir. 

      Kiçik  Qafqazın    bir  sıra  sahələrində  qiymətli  metallardan  qızılın  müxtəlif  mənşəli 

yataqları  məlumdur.  Bunlardan  Kəlbəcər,  Zəngilan  rayonları  ərazisində  aşkar  edilmiş 

yataqlar sənaye əhəmiyyətlidir. Kiçik Qafqazın şimal-şərq  yamacında axan çayların allüvial 

çöküntüləri  tərkibində  (Gəncə-Qazax  Maili  düzənliyində)  səpinti  halında  qızıl  olması  aşkar 

edilmişdir. 

      Qeyri-filiz  faydalı  qazıntılar.  Qeyri  metal  filizlərdən  Daşkəsəndə  Zəylik  alunit  yatağı 

ehtiyyatına  görə  dünyada  məşhur  yataqlar  sırasında  durur.  Alunit  filizin  əsas  mineralları 

alunit  və  kvarsdır.  Zəylik  yatağında  alunit  lay  formasında  yatan  alunitləşmiş  vulkanogen 

süxurlarından ibarət olmaqla, əsas iki qatda yerləşir. Üst qaz az sahə tutsa da, orta qalınlığı 

19 m-ə çatır. Alı qat daha böyük sanayə malikdir. Zəylik aluniti Gəncə giltorpaq və Sumqayıt 

alüminium zavodlarının əsas xammalıdır. 

     Kiçik  Qafqaz  dağlarında,  xüsusilə  onun  şimal-şərq  yamacında  bir  sıra  pirit  yataqları 

məlumdur.  Bu  yataqlardan  Xanlar  rayonundakı  Çıraqdərə  mədəni  uzun  müddət  istismar 

edilmiş  və  kükürd  turşusu  almaq  üçün  respublikanın  tələbatını  ödəmişdir.  Həmin  yataq  

yaxınlığında  Toğanalı  və  bir  neçə  başqa  pirit  yataqları  var.  Vaxtilə  yalnız  mis  yatağı  kimi 

istismar  edilən Gədəbəy  mis  yatağı hazırda  mis  ehtiyatı tükəndiyinə  görə,yalnız pirit  yatağı 

kimi isdifadəyə yararlıdır.  

      Qeyri  filiz  yataqlardan  Naxçıvanda  daş  duzun  böyük  yataqları  çox  qədimdən    məlum 

olmaqla,  hələ  daş  dövründən    istifadə  edilməyə  başlamışdır.Duz  yatağı  eyni  adlı  sinkinal 

yaylaqda  (Naxşıvan  şəhərində  11-12  km  şimal-qərbdə)  Karaqan  horizonu  çöküntüləri  

www.behruzmelikov.com




 

tərkibində  (gil,  gips,anhidridlər)  yerləşir.Duz  qatı  qalınlığı  43-92  m  arasında  dəyişən  lay 



ə

mələ  gətirir.  Bu  layın  tərkibində  gil,  qum,  anhidrid,  gips  təbəqələrinin  olması  duzun 

keyfiyyətini  aşağı  salır.  Naxçıvan  daş  duz  yatağı  tərkibində  NaCL75-82%,  həll  olmayan 

çöküntülər isə 11-17% təşgil edir. Naxçıvan çökəkliyində Duzdağ yatağından başqa səthdən 

100m və daha dərində çox qalın daşduz qatı olması müəyyən edilmişdir.  

      Abşeron  yarımadasının  göllərində  yay  aylarında  intensiv  buxarlanma  nəticəsində  xörək 

duzu çökür. Yerli əhali bu göllərdə çökən duzdan çox qədimlərdən istifadə edilir. XX əsrdə 

isə  əsasən  iqtisadi  böhranlar  və  müharibələr  zamanı  Abşeron  göllərində  əmələ  gələn 

duzlardan daha geniş miqyasda istifadə edilmişdir. lakin 40-cı 50-ci illərdən fərqli olaraq son 

zamanlar  Abşeron  göllərində  çökən  duzlar  ekoloji  cəhətdən  çox  çirklənmişdir.  Buna 

baxmayaraq,  əhali bu  göllərdən  indi  daha çox duz  yığır.  Lakin Abşeron göllərindən yığılan 

duzlar respublikanın xörək duzuna olan ehtiyacının az bir hissəsini ödəyir.  

   Azərbaycan  ərazisində neft quyuları qazılmasında məhlulların ağırlaşdırıcısı kimi istifadə 

edilən baritin bir sıra  yataqları  məlumdur.  Barit əsasən  tektonik çatlarda damar halında  rast 

gəlir.  Bu  mineralın  ən  böyük  yataqları  Xanlar  rayonunda  Çovdar  yatağı,  Goranboy 

rayonunda  Ağackənd  yatağıdır.  Bunlarla  yanaşı  Şəmkir  rayonunda,  Dağlıq  Qarabağda  da 

barit yataqları, Tovuz rayonunda isə barit təzahürləri müəyyən edilmişdir. 

    Azərbaycanda,  xüsusilə  Kiçik  Qafqaz  dağlarının  müxtəlif  bölgələrində  İslandiya 

ş

tatı(Dağlıq  Qarabağda  Harov  və  Mirikənd  kəndləri  yaxınlığında),  perlit  və  obsidian 



(Kəlbəcər  yaxınlığında),  müxtəlif  mineral  boyalar(Çovdar  kəndi  yaxınlığında)  o  cümlədən 

kopal (Göranboy rayonunun Aşağı Ağcakənd kəndi yaxınlığında, Laçın rayonunda) yataqları 

aşgar edilmiş və onlardan bəziləri istismar edilir.  

    Tikinti  materialları.  Azərbaycan  respublikasının  bütün  böyük  regionları    tikinti 

materiallarının bu və yaxud başqa növləri ilə zəngindir. Tikinti materiallarının ənənəvi, yəni 

çox qədim zamanlardan istifadə edilən növləri çiy kərpic, yonulmamış təbəqəli daşlar, qamış, 

ağac,  şirə  (gil)  olmuşdur.  Çiy  kərpic  hazırlamaq  üçün  Azərbaycanın  demək  olar  ki,  bütün 

dağətəyi  və  düzənlik  zonalarında,  dağlıq  sahələrdə  isə  çay  terraslarında,  erozion  tektonik 

çökəklərdə  əmələ  gəlmiş  delüvial,  aeral  mənşəli  lössəbənzər  gillicələr  ən  əlverişli  xammal 

olmuşdur. XX əsrin 50-ci, 60-cı illərinə qədər düzənlik rayonlarda kənd tikintisində, əsaən bu 

xammaldan  geniş  istifadə  edilir.  Lössəbənzər  gillicələrdən  həmçinin  bişmiş  kərpic,  damları 

www.behruzmelikov.com




 

örtmək üçün kirəmit hazırlanırdı. Son onilliklərdə çiy kərpicdən divar materialı kimi istifadə 



edilməsi heçə enmək həddinə çatmışdır.  

     Azərbaycanda divar materialı kimi ən çox işlədilən müxtəlif daşlardır. Bunlardan Abşeron 

yarımadasında  orta  Abşeron    əsri,  Bakı  və  Xəzər  yaşlı  əhəngdaşları  xüsusi  yer  tutur.  Bu 

müxtəlif  yaşlı  əhəngdaşları  arasında  Abşeron  əhəngdaşları  tikinti  materialı  tikinti  materialı 

kimi  bütün  başqa  divar  materialına  nisbətən  daha  yüksək  keyfiyyətlərə  malik  olması  ilə 

seçilir.  Abşeron  yarımadasında  geniş  yayılmış  balıqqulağı  əhəngdaşlarının  iridənəli  növləri 

ə

sasən  divar  materialı  kimi,  xırdadənəli,  daha  monolit  növləri  isə  üzük,  dekorativ  materialı 



kimi istifadə edilir. Bakının arxitektur baxımdan olduqca gözəl, nadir(şərq və qotika stilləridə 

tikilmiş)  binalarının  çox  zərif  ornamentləri,  detalları  da  Abşeron  yaşlı  əhəngdaşlardan 

hazırlanmışdır. 

    Abşeron  əhəngdaşlarının  ən  müsbət  cəhətlərindən  daşkəsən  maşınlarla  onlardan  müxtəlif 

ölçülü  divar  daşı  kəsməyin,  səthini  cilalamağın  asan  başa  gəlməsi  və  bir  sıra  başqa 

keyfiyyətlərini göstərmək vacibdir. 

    Abşeron  yarımadasında  bu  qiymətli  tikinti  materialının  ən  məşhur  yataqları  Qaradağ, 

Ş

onqar,  Güzdək,  Duvannı,  Alatava,  Dərnəgül  Şüvəlan,  Nardaran,  Şıx,  və  bir  çox  başqa 



yataqlardır.  Bu  yataqlardan    Alatava,  Dərnəgül,  Nardaran  və  Duvannı  yataqları  istismar 

edilir.  Çox  qiymətli  və  qalın  orta  Abşeron  əhəngdaşı  layından  ibarət  olan  Duvannı 

(Böyükdaş)  karxanası  bütün  dünyada  məşhur  olan  Qobustan  qayaüstü  rəsimlərilə  əlaqədər 

bağlanmışdır.  

    Azərbaycanın  paytaxtı  Bakı  şəhəri,  Sumqayıt  və  Abşeronun  bütün  tikililəri  bu  qiymətli 

materialdan  tikilmişdir.  Son  20-30  ildə  Abşeron  əhəngdaşından  Azərbaycanın  ən  uzaq 

rayonlarında belə şəhər və kənd tikintisində geniş istifadə edilir. 

   Azərbaycanın  bütün  dağlıq  bölgəsində  əsas  tikinti  materialı  kimi  mezokaynozoy  yaşlı 

ə

həngdaşlarından, tufqumdaşından, mergellərdən hətta ağır daşlardan (məs.binaların özündə 



müxtəlif  lavalardan)  istifadə  edilir.  Şimal-Qərbdə  Qazax  rayonundan  cənub-şərqdə  Ağdam 

rayonuna  qədər  Kiçik  Qafqazətəyi  monoklinalın  üst  təbaşir  əhəngdaşı  və  mergellərinin 

böyük yataqları istismar edilir. 

www.behruzmelikov.com




 

    Ağ əhəngdaşı layları çox qiymətli divar  materialı olmaqla  yanaşı,  yumşaq olduğuna görə 



daşkəsən maşınlarla asan kəsilir. Tovuz mergellərini isə sanki tikinti materialı kimi təbiət özü 

təbəqələşdirib, istifadə üçün hazır vəziyyətə salıb. 

    Kiçik  Qafqazətəyi  monoklialın  və  Qaradağın  əhəngdaşı  və  mergelləri  həmçinin  sement 

xammalı  kimi  istifadə  edilir.  70  illik  bir  dövrdə  Tovuz  sement  zavodu,  son  40  ildə  isə 

Qaradağ sement zavodu respublikanın sementə olan tələbatının bir hissəsini təmin edir. 

     Naxçıvan MR-də divar materialı kimi paleogenin tufqumdaşı yataqlarından, Süst əhəngli 

qumdaşından, Şahtaxtı, Qarabağlar travertinlərindən və başqa yerli  materiallarından istifadə 

edilir.  Şahtaxtı,  Qarabağlar  travertinlərindən  və  başqa  yerli  materiallardan  istifadə  edilir. 

Ş

ahtaxtı  travertinləri  qiymətli  üzük  materialı  kimi  Bakı  və  başqa  şəhərlərdən  binaların 



daxilində işlədilir.  

    Azərbaycanda  bahalı  üzük  materialı  kimi  istifadə  edilən  mərmər  və  mərmərləşmiş 

ə

həngdaşlarının bir sıra yataqları məlumdur. Böyük Qafqaz dağlarının şimal-şərq yamacında 



(Quba rayonunda) cəhrayı, Daşkəsəndə iridanəli ağ, Şəril rayonunda qara mərmərin yataqları 

aşkar edilmişdir. Qara və ağ mərmərin ehtiyyatları böyükdür və onlardan müxtəlif sahələrdə 

istifadə edilir.  

    Şuşa yaylasını təşkil edən yura dövrünə aid mərmərləşmiş əhəngdaşlarıda çox möhkəm və 

və dözümlü tikinti və üzlük daş kimi istifadəyə yararlıdır.  

     Azərbaycan düzənlik və dağətəyi rayonlarında tikinti materialları kimi pliosenin, xüsusilə 

dördüncü dövrün gillərindən geniş istifadə edilir.  

   Son  zamanlar  bağlanmış  Zığ  kərpic  zavodu  uzun  illər  yuxarı  pliosen  gil  yatağı  əsasında 

fəaliyyət  göstərmiş,  Quba,  Şəki,  Lənkəran  kərpic  və  kirəmit  zavodları  isə  dördüncü  dövr 

gillicilər yataqları əsasında işləyirlər. 

     Azərbaycan  tikinti  materiallarından  dəniz  mənşəlli  qumların  böyük  yataqları,  Xəzər 

sahillərində,  allüvial  qumlar  isə  Kür  boyunda  və  Kürün  qolları  üzrə  yerlləşirlər. 

Azərbaycanın bütün allüvial-prolüvial maili düzənliklərində, Kür, Araz, Samur çayı yataqları 

boyu  zonada  böyük  qum-çınqıl  yataqları  mövcuddur.  Bu  yataqlardan  şəhər  və  kəndlərin, 

müxtəlif  sənaye  obyektlərinin,  dəmir  və  şose  yollarının tikintisində geniş  miqyasda  istifadə 

edilir.  

www.behruzmelikov.com



 

    Yuxarıda  göstərilən  tikinti  materialından  başqa  Xanlar,  Şəmkir,  Qazax  və  Abşeron 



rayonlarında  bentonit  gillərinin  Xanlar,  Füzuli,  Cəbrayıl  rayonunda  porfiritlərin  və  bir  sıra 

başqa faydalı qazıntıların yataqları məlumdur. 

    Mineral sular. Azərbaycanın bütün fiziki coğrafi vilayətlərində  müxtəlif tərkibli mineral 

su bulaqları aşkar edilmişdir.  Mineal  bulaqlarının bir qrupunun  suyu soyuq, bir qrupununki 

möhtədal  (ilıq),  bir  qrupununki  isə  istidir.  Respublika  ərazisində  adi  və  müalicəvi  suyu  ilə 

seçilən  külli  miqdar  mineal  bulaqların  bəziləri  öz  əhəmiyyətinə  görədünya  şöhrəti 

qazanmışdır.  Bu  baxımdan  mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində  əvəzsiz  əhəmiyyətə 

malik  olan  Kəlbəcər  İstisuyu  Çexiyadakı  Karlovı-Varı  və  Şimali  Qafqazdakı  Jeleznovodsk 

suları ilə, böyük xəstəlikləri müalicəsində istifadə edilən Dəvəçi rayonundakı Qalaaltı Qərbi 

Ukranyada Karpat dağlarının ətəyindəki məşhur Truskaves suları ilə müqayisə edilir. Hər iki 

mineral su yanında sanatoriyalar fəaliyyət göstərir.  

     Azərbaycanın  mineral  bulaqlarının  öyrənilməsində  bir  sıra  hidrogeoloqların,  xüsusilə 

məşhur  Azərbaycan  geoloqu  akademik  Mirəli  Qaşqayın  və  professor  Əziz  Əsgərovun 

ə

vəzsiz rolu olmuşdur.  



     Azərbaycanın  fiziki  coğrafi  vilayətləri  içərisində  Kiçik  Qafqaz    Naxçıvan  və  Lənkəran 

vilayətləri mineral bulaqların bolluğuna və müalicə əhəmiyyətinə görə Böyük Qafqaz və Kür 

çökəkliyi vilayətlərində daha zəngindir.  

     Mirəli Qaşqayın məlumatlarına görə Kiçik Qafqaz  vilayətində 30-a qədər mineral bulaq 

qrupu  vardır.  Bunlardan  Kəlbəcər  rayonundakı  İstisu  və  Qoturlu  mineral  bulaqları,  Laçın 

rayonundakı  Mirkənd-Əhmədli  mineral  bulaqları,  Şuşa  rayonundakı    Turşsu,  Şırlan  və 

Gədəbəy rayonunda Qızılca mineral bulaqları respublikamızda xüsusi şöhrət qazanmışdır.  

     İstisu  kurort  rayonunda  mineral  bulaqlar  Tərtərçayın  dərəsinin  dibində  yerləşir.  Çayın 

dərəsi  və  bulaqlar  tektonik  qırılma  üzrə  yerləşir.  İstisu  bulaqları  qrupu  Bağırsaq,  Yuxarı 

İ

stisu(yaxud İstisu kurortu), Aşağı İstisu və Kəlbəcər sahələrinə ayrılır.  



     Mineral  bulaqlar  vulkanogen  süxurlardakı  və  qranitoidlərdəki  çatlardan  çıxır.    Yuxarı 

İ

stisu  sahəsində  mineral  bulağın  biri  birbaşa  çayın  dibində  fəvvarə  vururdu.  İstisu 



bulaqlarında  suyun  temperaturu  21-61°  arasında  tərəddüd  edir.  Suların  balneoloji 

ə

həmiyyətini  artıran  onların  radioaktivliyidir.  Bu  bulaqların  gündəlik  su  debiti  I  milyon 



www.behruzmelikov.com


 

10 


litrdən  çoxdur.  Lakin  bunun  çox  cüzi  hissəsi  istifadə  edilir.  Bundan  başqa  su  şüşələrə 

doldurmaq ölkənin müxtəlif regionlarına, xüsusilə Bakı şəhərinə göndərilir.  

    Minkənd  mineral  bulaqları  eyni  adlı  çayın  dərəsində  səthə  çıxan  6  böyük  debitli 

qaynaqdan  ibarətdir.  Bu  qaynaqların  ümumi  debiti  1,5  mln.  litirdən  artıqdır.  Suyun 

temperaturu  25-29°  arasındadır.  Yayda  bulaqlar  ətrafında  yüzlərlə  alaçıq  və  çadır  qurulur. 

Qaynaqlar  sahəsində  xəstələr  primitiv  dayaz  quyular  qazaraqtəbii  vannalar  qəbul  edirlər. 

Minkənd  bulaqlarından  bir  qədər  aşağıda  gündəlik  debiti  0,6  mln.  litirdən  artiq  olan  və 

temperaturu 8,8° ilə 19° arasında dəyişən Əhmədli mineral bulaqları yerləşir.  

     Turşusu  və  Şırlan  bulaqları  Qarqarçayın  qollarından  Zarıslı  və  Xəlifəli  çayların 

mənbələrinə yaxın bir-birindən  8 km məsafədə yerləşir.  Turşusu bulaqları Şuşa-Laçın yolu 

üzərindədir.  Suyun  temperaturu  8,2-9,6°,  minerallaşma  dərəcəsi  3,9q/litr,  sərbəst  karbon 

qazının miqdarı 2,45-2,57 q/litrdir. Turşsuda suyu şüşələrə dolduran zavod tikilmişdir.  

     Qızılcan  mineral  bulaqları  suyun  temperaturu  7-12°,  gündəlik  debiti  20  min  litrdən 

çoxdur. Sular karbon qazlı-hidrokarbonat-kalsium-maqnezium-natrium tiplidir. 

      Naxçıvan  MR  ərazisində  50-yə  qədər  isti  və  soyuq  sulu  mineral  bulaqlar  mövcuddur. 

Naxçıvan mineral suları kimyəvi tərkibinə görə dörd tipə ayrılır: 

     1 – acı və şor sular(Qızıl Vənk, Cuğa, Dərəşam, Dostu bulaqları), 2 – şor və acı- şor sular 

(  Darrıdağmərgümüşlü  su  bulaqları  və  Vayxır  bulaqları),  3  –  karbon  –  qazlı,  əhəngli  sular 

(Badamlı və Gömür suları),  4 – qələvi sular(Sirab, Nəhəcir suları). 

     M.  Qaşqay  balneoloji  xassələrinə  və  içməyə  yararlığına  görə  aşağıdakı  mineral  su 

bulaqlarından fərqləndirir: 

     1.  Darrıdağ  mərgümüşlü  su  bulaqları  (Culfa  rayonu);  2.  Badamlı  bulaqları(Şahbuz 

rayonu);  3.  Sirab  (borjom  tipli)  bulaqları  (Babək  rayonu);  4.  Nəhəcir(duzlu  –qələvi  sulu) 

bulaqları  (Babək  rayonu);    5.  Qızıl-Vənk  mineral  su  bulağı  (Babək  rayonu);    6.  Vayxır 

mineral bulağı (Babək rayonu); 7.Gömür mineral bulağı (Gömür kəndi yaxınlığında). 

     Badamlı bulaqlarında  suyun  temperaturu  16-17°, ümumi gündəlik debiti  950  min  litrdir, 

minerallaşma  dərəcəsi  1,45q/litr,  karbon  qazının  miqdarı  1,3-1,5q/litrdir.  1  və  3  nömrəli 

bulaqlarda  isə  minerallaşma  dərəcəsi  daha  yüksək  olub,  müvafiq  şəkildə  4,5  və  6,7  q/litrə, 

çatır. Badamlı bulaqları suyu qiymətli içməli su kimi şöhrət qazanmış və respublikada geniş 

miqyasda istifadə edilir.  

www.behruzmelikov.com



 

11 


     Sirab bulaqlarında suyun temperaturu 15°, gündəlik debiti 30 min litrdən artıqdır. 

     Lənkəran vilayətinə dağətəyi  zonada yerləşən tektonik qırılmalar üzrə bir sıra mineral su 

bulaqlar  qrupu  yerləşir.  Bunlara  Masallı,  Lənkəran,  Astara    mineral  bulaqları  daxildir. 

Masallı, mineral bulaqları kimyəvi tərkibinə görə xloridli-natriumlu-kalsiumlu sulara aiddir. 

Bu  bulaqlar  temperaturuna  görə  (50-64°)  termal  sulara  aid  edilir.  Minerallaşma  17  q/litrə 

çatır. 


    Lənkəran  mineral  bulaqları  qrupu    Lənkəran  şəhəri  yaxınlığında  (12km  qərbdə) 

dağətəyində yerləşir. Lənkəran mineral bulaqları qrupu  bir-birindən 3 km məsafədə yerləşən  

Yuxarı  və  Aşağı  Lənkəran  bulaqlarına  ayrılır.  Yuxarı  Lənkəran  bulaqlarında  suyun 

temperaturu  43-46°-yə,  gündəlik  debiti  900  min  litrə  çatır.  Aşağı  Lənkəran  bulaqları  dəniz 

səviyyəsindən  30-40  m  yüksəkdədir.  Bu  bulaqlarda  suyun  temperaturu  41-43°-yə,  çatır. 

Lənkəran isti suyun üzərində müalicə və istirahət ocağı yaradılmışdır.  

    Astara  İstisu  bulaqları  da  alçaqdağlıq  zonada  yerləşir.  Bu    mineral  bulaqlarda  suyun 

temperaturu 50°-yə çatır, gündəlik debiti isə 2 mln litrdən artıqdır. Bu  bulaqların acıtəhər şor 

sularının minerallaşma dərəcəsi 20q/litrə qədərdir. 

    Astara rayonunun Ərcivan kəndində qazılmış quyudan metan qazı ilə çox zəngin mineral 

su çıxır. Kibrit çəkdikdə Ərcivan suyundan qaz alovlanır. 

    Vilayətin  termal  suları,  təkrarsız  təbii  landşaftları,  Xəzər çimərliklərinin  yaxınlığı  burada 

böyük kurort və istirahət kompleksləri yaratmağa imkan verir.  

     Böyük Qafqaz vilayətində mineral bulaqları üç əsas regionda cəmlənmişdir. 

Bunlar  cənub  və  şimal-şərq  yamac  regionlarından  və  bu  dağlıq  vilayətin  uzaq  cənub-şərq 

ə

təyi regionundan ibarətdir. 



     Cənub  yamacda  60-dan  artıq  mineral  bulaqlar  daha  məşhurdur.  İlisu  mineral  bulaqları 

natrium-hidrokarbonat və qələvi-karbon qazlı sular qrupuna aiddir. Bu bulaqlar məşhur İlisu 

kəndindən  yuxarı  Hamamçayın  (Kürmükçayın  qoludur)  sahilində  yerləşir.  Bu  bulaqların 

suyu  şaquli  çatlardan  fəvvarə  vurur,  temperaturu  40-42°-yə  çatır.  Bu  regionda  Qax  suyu 

adlanan suyun da böyük müalicə əhəmiyyəti var. 

    Böyük  Qafqazın  şimal-şərq  yamacında  mövcud  olan  mineral  bulaqlardan  ən  məşhurları 

Quba  rayonunda  Cimi,  Xaltan,  Xaşı  xüsusilə  müalicə  məqsədləri  ilə  60-cı  illərdən  geniş 

miqyasda istifadə edilən Dəvəçi rayonundakı Qalaaltı mineral bulaqlarıdır.  

www.behruzmelikov.com



 

12 


    Şamaxı  və  Qobustan  rayonlarında  bir  sıra  hidrogen-sulfidli  soyuq  mineral  bulaqlar 

mövcuddur.  Bunlardan  daha  əhəmiyyətlisi  Çuxuryurd  bulaqlarıdır  (suyun  temperaturu  15-

17°, gündəlik debiti 200 min litr).  

    Abşeronda  böyük  müalicə  əhəmiyyətli  isti  su  Şıx  istisuyudur.  Bunun  əsasında  Şıx 

kəndində  revmatizm  və  başqa  xəstəliklərin  müalicəsi  üçün  sanatoriya  kompleksi 

yaradılmışdır.  

    Kür-Araz  ovalığında  sərbəst  mineral  bulaqlar  azdır.  Bunlardan  Göranboy  rayonunda 

Gəncə  Bozdağının  ətəyində  yerləşən  yodlu  bulaq,  Neftçala  rayonunda  Babazənən  qrupu 

bulaqları  çox  minerallaşması  ilə  seçilir.  Ovalığın  müxtəlif  yerlərində  qazılmlş  quyulardan 

daha çox maierallaşmış və müxtəlif qazlarla zəngin sular çıxır. 

        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

  

                                                                                                             



www.behruzmelikov.com

Yüklə 98,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə