Microsoft Word Azərbaycanın düznlik torpaqları



Yüklə 164,56 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü164,56 Kb.
#23405


 



Azərbaycanın düznlik torpaqları. 



Çəmən qəhvəyi torpaqlar 

 

Çəmən  qəhvəyi  torpaqlar  yarımhidromorf  yorpaqlar  sırasına  daxil  olmaqla 

yanaşı  suptropik  qurşaqda  qrunt  rütubətlənməsinin  təsiri  ilə  rütubətsevən  ot 

bitkiləri  ilə  yanaşı  yaxşı  inkiçaf  etmiş  meşə-kol  bitkiləri  altında  formalaşırlar.  Bu 

səbəbəd\əndir,  ki  toxunulmamış  (xam)  sahələrdə  çəmən-qəhvəyi  torpaqların 

səthində çim təbəqəsi formalaşır. Coğrafi yayılması etibarilə təsvir edilən torpaqlar 

ayrıca zona təşkil etməyibqəhvəyi torpaqlar fonunda lokal çəkildə yayılmışdır. Bu 

torpaqların Böyük və Kiçik Qafqaz dağlarının dağətəyi düzənliklərində, maxçəvan 

MR-də,  Qanıx-Əyriçay  vadisinin  çay  terraslarında,  quba-Xaçmaz  düzəmliyində, 

lənkəran  vilayətinin  şimalında,  izafirütubətlənmə  şəraitinin  olduğu  sahələrdə 

təsadüf etmək mümükündür. Bir sıra ərazilərdə çəmən-qəhvəyi torpaqlar yayıldığı 

sahələrkənd  təsərrüfatı  dövriyyəsinə  daxil  edilmişdir.  Çəmən-qəhvəyi  torpaqların 

yayıldığı ərazilərin ekoloji-coörafi xüsusiyyətləri bir çox cəhətlərinə görə qəhvəyi 

torpaqların yayıldığı ərazilərə oxşardır. Lakin hidrometrik çəraitin böyük mövsümi 

fərqləri səthi və qrunt rütubətləənməsi hesabına əlavə rütubətlənməyə malik olması 

ilə əndan seçilir.  

 

Çəmən  qəhvəyi  torpaqların  profilinin  morfoloji  quruluşu  bir  səra 



ə

lamətlərinə  görə  qəhvəyi  torpaqları  xatırladır.  Lakin  xüsusilə  ya  zvə  payız 

mövsümündə torpaqəmələgəlmə prosesində qrunt sularının daha fəal təsiri olur və 

təsir  torpaqların  morfoji  quruluşunda  və  bir  sıra  fiziki-kimyəvi  xassələrində  öz 

ə

ksini tapır. Beləki, həmin torpaqların səthində çoxda qalən olmayan çim təbəqəsi 



ə

mələ gəlir, B2 və BC horizontlarında qleyləşmə əlamətləri olan göyümtül-pas və 

göyümtül  yaşıl  ləkələr  müşahidə  edilir.  Çəmən-qəhvəyi  torpaqlar  üçün  nisbətən 

qalın inkişaf etmiş profil və humusla daha dərindən rənglənmə səciyyəvidir. A+B 

horizontlarının  orta  qalınlığı  çox  vaxt  60-70  sm  təşkil  edir.  qəhvəyi  torpaqlarla 

müqayisədə çəmən-qəhvəyi torpaqlarda gilləşmə əlamətləri bir qədər zəifdir, lakin 

buna  baxmayaraq  həmin  torpaqların  profilinin  orta  hissələrində  yüksək  səxlığa 

malik gilləşmiş B1 horzontu aydın seçilir. Profilin aşağı hissəsinin rütubətli olması 

aydın seçilən karbonatlı illüvial horizontun ayrılmasını çətinləşdirir.   

 

 



Kəsimlərin 

qoyuluduğu  düzənlik 

ə

raziləri 



Dərinlik, 

sm 


Humus  Azot 

CO2 


C/N 

 

 



Böyük  Qafqaz,  Quba 

Xaşmaz düzənliyi 

0-30 

3,80 


0,22 

3,48 


10,0 

30-52 


3,15 

0,17 


2,93 

10,7 


52-104 

1,88 


3,67 


104-137 


2,75 



137-170 


3,12 



170-220 


2,20 



 

 



Qanıx-Əyriçay vadisi 

5-21 


4,4 

0,29 


2,58 

8,7 


21-45 

1,4 


0,10 

9,54 


8,5 

45-71 


0,8 

0,06 


7,22 

7,6 


71-95 

0,5 


7,9 


www.behruzmelikov.com




 

95-120 



0,4 

7,41 



 

 



Qanıx  çayının  qədim 

terrası 


0-19 

3,7 


0,31 

7,1 



19-38 

2,6 


0,20 

7,4 



38-62 

2,0 


0,16 

0,39 


5,0 

90-115 


0,8 

3,94 



115-180 


0,8 

5,07 



 

Çəmən-qəhvəyi  humusun  miqdarı  4,4-3,7  %  arasında  tərəddüd  edir.  Lakin 



humusun  miqdarının karbonatlı  qəhəvyi torpaqlarda da  yüksək (5,8-6,1%) olduğu 

hallar kifayət qədər müşahidə edilir.  

Kəsimin 

qoyulduğu 

ə

razlər 


dərinlik,   

sm 


100 q-da mq-ekv 

pH 


Ca 

Mg 


Cəmi 

Böyük  Qafqaz,  Quba 

Xaçmaz düzənliyi. 

0-30 


16,5 

5,0 


21,5 

7,2 


30-52 

18,1 


5,8 

23,5 


7,2 

52-107 


14,8 

1,7 


16,5 

7,6 


107-137 

13,5 


5,6 

19,1 


7,3 

Qanıx-Əyriçay vadisi  0-21 

21,8 

3,0 


24,8 

7,8 


21-45 

28,3 


4,4 

38,7 


7,7 

45-71 


27,3 

3,0 


30,3 

7,9 


71-95 

29,1 


2,3 

31,4 


8,0 

 

95-110 



30,6 

3,2 


33,8 

8,0 


 

Inkişaf  etdiyi  ərazinin  hidrometrik  şəraitindən  asılı  olaraq  çəmən-qəvəyi 

torpaqların  aşağıdakı  yarımtipləri  ayrılır:  səthdən  çəmənləşmiş  qəhvəyi  və  çəmən 

qəhvəyi torpaqlar yarəmtipi. 

 

Səthdən  çəmənləşmiş  qəhvəyi  torpaqlar  yarımtipi.

 

Bu



 

yarımyipə  daxil 

olan  torpaqlar  dağətəyi  düzənliklərdə  və  yamacların  şleyflərində  təbii 

parçalanmanın  nisbətən  yüksək  olduğu  sahələrdə  yayılmışdır.  Bu  sahələrdə  qrunt 

sularının  səviyyəsi  xeyli  dərəcədə  və  bu  sular  torpaqəmələgəlmə  fəal  iştirak  edə 

bilmir.  Torpaqəmələgəlmə  səth  suları  daha  çox  iştirak  edir.  Xam  sahələrdə  bu 

torpaqarın  səthində  orta  qalılığı  6-10  sm-ə  çatan  yaxşı  inkişiaf  etmiş  çim  qatı 

formalaşır.  Bundan  başqa  göstərilən  torpaqların  A  və  AB  horizontlarında  səthi 

qleyləşmə  əlamətləri  də  müşahidə  edilir.  Bu  xüsusiyyətlər  səthdən  çəmənləşmiş 

qəhvəyi torpaqların əsasə dioqnostik göstəricilərindən hesab olunur. 

 

Çəmən  qəhvəyi  torpaqlar  yarımtipi.  Bu  yarımtipə  daxil  lan  torpaqlar 



dağətəyi  düzənliklərdə  və  çay  vadilərinin  kənarlarında  geniş  yaılmışdır.  Səthdən 

çəmənləşmiş qəhvəyi torpaqlar tipindən qrunt suyunun  yer səthinə çox  yaxın (2-3 

m)  olduğu  şəritdə  torpaqəmələgəlmə  prosesində  müəyyən  rol  oynayır.  Təsvir 

edilən torpaqların əsas dioqnostik göstəriciləri çim qatının mövcud olması, profilin 

orta hissələrinin (B1) qleyləşməsi və humusla dərindən rənglənməsi və s. ibarətdir. 

 

 



Boz-qəhvəyi (şabalıdı) torpaqlar 

 

Azərbaycanda boz-qəhvəyi (şabalıdı) torpaqlar 



www.behruzmelikov.com


 

Azərbaycanda  boz-qəhəvəyi  (şabalıdı)  torpaqların  yayıldığı  quru  subtropik 



bozqırlar  zonası  alçaq  dağiığın  bir  hissəsi  və  dağətəyi  qurşaqda  200-300m-dək 

hündürlüklərdə yerləşir.  

Azərbaycanın  quru  subtropik  quru  bozqırlar  zonasının  iqlimi  nisbətən 

yumşaq qışı və isti yayı ilə səciyyələnir. ənsoyuq ay olan yanvarın orta temperaturu 

1,0-2,6º,  ən  isti  ay  (iyun)  ayınki  23-27º,  orta  illik  temperatur  isə  10,5-14,2º-dir. 

Illik yağıntıların orta miqdarı 275-440 mm, fəal temperaturların cəmi 3344-4472º, 

ümumi radiasiya 122,5-128,4kkla/sm2, rütubətlənmə əmsalı isə 0,30-0,50-dir.  

Boz-qəhəvəyi  (şabalıdı)  torpaqların  yayıldığı  zonada  əhəngdaşları,  tuflu 

brekçiyalar, 

qumlucalar 

və 

onların 


yumşaq 

aşınma 


məhsulları 

ə

sas 



torpaqəmələgətirici süxurlar rolunu oynayır. Arazboyu zonada “gəcli süxurlar” da 

torpaqəmələgətirici süxrlar kimi əhəmiyyətli rol oynayır.    

Torpaqəmələgəlmə  və  yatım  şəraitindən  asılı  olaraq,  torpaqəmələgətirici 

süxuralrın  və  bitki  örtüyünün  xarakterindən  asılı  olaraq  boz-qəhvəyi  torpaqların 

aşağıdakı 4 yarımtipi ayrılır. Tünd boz-qəhvəyi, adi boz-qəhvəyi, açıq boz-qəhvəyi 

və “gəcli” boz-qəhvəyi torpaqlar.  

Tünd  boz-qəhəvyi  (şabalıdı)  torpaqlar  yarəmyipi.  Tünd  boz-qəhvəyi 

(şabalıdı)  torpaqlar  digər  yarımtiplərələ  müqayisədə  nisbətən  məhdud  sahədə 

yayılmışdır.  Bu  torpaqlar  yuxarı  hissədə  500-550  m  yüksəkliklərdə  bozqərlaşmış 

qəhvəyi  torpaqlarla  həmsərhəddir,  aşağı  sərhədi  isə  təxminən  200-300m 

yüksəklikdən  keçir.  Tünd  boz-qəhvəyi  torpaqların  nisbətən  geniş  areallarına 

Gəncə-Qazax  massivində,  cənubi  Qarabağın  dağətəyi  sahələrində,  Arazsahili 

zolaqda rast gəlmək mümkündür. Böyük Qafqaz vilayətində təsvir edilən torpaqlar 

Quba-Qusar massivində, Şamaxı-Ağsu dağlıq yayasında, Qaraməryəm massivində, 

Turuc- saraca düzündə yayılmışdır. Təsvir edilən torpaqların xeyli hissəsi suvarılan 

zonadan kənarda yerləşir və kənd dərəcədə mənimsənilmişdir. Arazsahili zolaqda, 

Naxçıvanda  Quba-Qusar  maili  düzənliyində  tünd  boz-qəhvəyi  (şabalıdı) 

torpaqların müxtəlif dərəcədə erozoyaya uğramış növlərinə rast gılmlk olur.  

Təsvir  edilən  torpaqlar  başlıca  olaraq  yüksək  dağətəyi  və  dağətəyi 

düzənliklərdə  ağotlu-topallı  müxtəlif  otlu  və  yovşanlı-otlu  quru  bozqır  bitkiləri 

altında  formalaşır.  Adları  çəkilən  senozlarda  ümumi  biokütlə  227-283  t/ha  təşkil 

edir.  bu  topaqlar  çox  vaxt  çınqıllı-narın  torpaqlı-korbanatlı  gillicələr,  karbonatlı 

lösşəkilli gillicələr və gillər üzərində inkişaf edir.  

Adi boz-qəhvəyi (şabalıdı) torpalar  yarmtipi. Adi boz-qəhvəyi (şabalıdı) torpaqlar 

boz-qəhvəyi  torpaqların  geniş  yayılımış  yarımtiplərindən  biridir.  Bu  yarımtipə 

daxil olan torpaqlar Kür-Araz ovalığının ətraf hissələrində 200-400 m yüksəkliklər 

arasında yayılmaqla həmin ovalığı yarımüzlük şəklində haşiyələyir. Bu torpaqların 

daha  böyük  massivinlərinə  Şamaxı-Mərəzə  rayonunun  dağətəyi  hissəsində, 

Qaraməryəm  massivində,  Acınohur  və  Ceyrançöl  massivində,  Gəncə-Qazax 

massivində,  Qarabağ  düzünün  dağətəyi  hissələrində,  Arazsahili  zolaqda  rast 

gələmək  mümkündür.  Adi  boz-qəhvəyi  (şabalıdı)  torpaqlar  respublikamızın  quru 

bozqırlar  zonasında  çox  vaxt  yovşanlı  efemerli  taxılkimilər  senozları  altında 

formalaşırlar.  Yağıntıların  miqdarı  və  digər  iqlim  elementləri  ilə  əlaqədar  olaraq 

göstərilən  torpaqlar  yuyucu  olmayan  su  rejimi  şəraitində  inkişaf  edirlər.  Bu 

torpaqlar  çox  hallarda  delüvial  və  delüvial-prolüvial  karbonatlı  gillicələrin  əsas  

www.behruzmelikov.com




 

torpaqəmələgətirici  süxurlaar  rolunu  oynadığı  təpəli-dalğavari  relyef  şəraitində 



inkişaf  dib  formalaşırlar.  Lakin  dağətəyi  sahələrin  nisbətən  yüksək  hissələrində 

bəzi  hallarda  əhəngdaşlarının  əhəngdaşı  konqlomeratların  aşınma  məhsullarə 

“gəcli”  süxurlar  şəklində  yer  səthinə  çıxır.  Duzlu    süxurlar  üzərində  şoranvari  və 

ş

orakətli torpaqlara daha çox rast gəlinir.  



 

Açıq boz-qəhvəyi (şabalıdı) torpaqlar yarımtipi.

 

 Açıq  boz qəhvəyi  torpaqlar  boz-qəhvəyi  torpaqlar tipinin  daha  açıq  variantı  olub 



quru  çöllərin  daha  qurq  hissələrində,  çox  vaxt  tünd  və  adi  boz-qəhəvyi 

torpaqlardan  aşağıda  yayılmışdır.  Bu  torpaqlar  dağətəyi  düzənliklərin  nisbətən 

alçaq  hissələrində,  Kür-Araz  ovalığının  ətraf  zolağının  maili  şleyflərinə  nisbətən 

böyük areala malikdirlər. Təsvir edilən torpaqlar coğrafi cəhətdən Böyük Qafqazın 

ş

imal-şərq  yamaclarında,  Qaraməryəm  yaylasında,  acınohur  çölü  və  Qobustanda, 



Kiçik  Qafqazda  isə  Gəncə-Qazax  massivində,  Qarabağ  və  Mil  çöllərində, 

Arazsahili  zolaqda  Arazın  qədim  parçalanmış  terraslarına  qədər  Zəngilan, 

Cəbrayıl,  Füzuli  rayonlarında  Naxçıvan  MR-də  dağətəyi  şleyf  zolaqda  adi  boz-

qəhvəyi torpaqlardan aşağıda yayılmışdır.  

Bu  torpaqlar  başlıca  olaraq  yovşan-ağot,  efemer-yovşan,  bəzi  hallarda 

yovşanlı-taxılkimiləri-efemer  bitkiləri  altında  formalaşırlar.  Açıq  boz-qəhvəyi 

torpaqlar delüvial, bəzi yerlərdə isə delüvial-prolüvial mənşəli karbonatlı , gips və 

lösşəkilli  gillicələr  əhəngdaşlı  qumlucaların  çınqıllı  aşınma  məhsulları  və  s. 

süxurlar üzərində əmələ gəlirlər. 

Iqlim  şəraitindən  quraq  olması  ilə  əlaqədar  olaraq  açıq  boz-qəhvəyi 

(şabalıdı)  torpaqların  yayıldığı  ərazilərdə  torpaqəmələgəlmə  prosesi  yuyucu 

olmayan su rejimi şəraitində inkişaf edir. bununla əlaqədar olaraq torpaq qatlarında 

gips,  asan  həll  olunan  diz  və  karbonatların  tədrici  toplanması  baş  verir.  Dərində 

yerləşdiyi üçün qrunt sularının torpaq proseslərinə təsiri müşahidə edilmir.  



“Gəcli” boz-qəhvəyi (şabalıdı) torpaqlar yarımtipi.  

Gəcli  boz-qəhvəyi  (şabalıdı)  torpaqlar  boz-qəhvəyi  torpaqların  digər 

yarımtipləri  ilə  müqayisədə  məhdud  sahədə  yayılımışdır.  Bu  torpaqlar  sulfatlı  və 

karbonatlı  aşınmaqabığı  üzərində  formalaşmaqla  Şəmkirdən  Gəncəyə  kimi  bütöv 

zolaq  şəklində  elecədə  Qazax  rayonunda,  Arazsahili  zolaqda  (Cəbrayıl,  mqismən 

Füzuli  və  Zəngilan  rayonları),  Qarabağ  düzündə  ayrı-ayrı  ləkələr  şəklində 

yayılmışdır. 

Hələ 


vaxtıilə 

V.V.Akimtsev, 

S.A.Zaxarov, 

B.A.Klopotovski 

gəci 

torpaqəmələgətirici  süxurlar  kimi  təsvir  edilmişdir.  Gəncə  massivində  gəcli 



torpaqlarə  daha  əraflı  öyrənən  A.Q.Minaşina(1955)  kükürdlü  kobu  qırıntı 

süxurlarını gəc və gəcli torpaqlqrın mühüm tərkib hissəsi olan gipsin əsas mənbəyi 

hesab  edirdi.  O, gipsin  spesifik  təbii  çəraitdə  (kükürdlü  süxurlar, nisbətən  meyilli 

parçalanmış  relyef,  bitki  örtüyünün  seyrəkliyi,  torpaqəmələgəlmə  prosesinin  çox 

uzun inkişafı vəs.) əmələ gəldiyini qeyd edirdi. Ş.G.Həsənov (1968, 1970) cənub-

qərbi Azərbaycanda gəcəmələgəlməni vulkanik  yaylanın yerli aqroiqlim şəraiti ilə 

və keosulfid  zonası süxurlarının  aşınması ilə izah edir, ərazidə gəcin küləşi və ağ 

rəngli  növmüxtəlifliklərinin  yayılmasın  göstərir.  Onun  fikrincə,  ərazidə  gəcli 

süxurların  yaranması  vulkonogen  xarakter  daşımaqla  bir  sıra  atmosfer  amillərinin 

təsiri altında mürəkkəb kimyəvi aşınma prosesində baş vermişdir.  

www.behruzmelikov.com



 

 



Çəmən  boz-qəhvəyi  torpaqlar  (şabalıdı)  boz-qəhvəyi  (şabalıdı) 

torpaqlar  zonasında  (subtropik  çöllər  qurşağında)  kiçik  massivlər  çəklində 

yayılmışdır.  Bu  torpaqlar  əsaəsn  relyefin  alçaq  elementlərində  (dağətəyi  şleyflər, 

alçaq  çay  terrasları,  quru  çay  dərələrinin  dibi  və  s.)  formalaşırlar. 

Torpaqəmələgəlmə  prosesində  səthə  nisbətən  yaxın  yerləşən  qrunt  suları  eləcə  də 

nisbətən yüksək ətraf sahələrdən gələn səth suları mühüm rol onayır. Bu prosesdə 

suvarma  sularının  da  ümhüm  əhəmiyyəti  vardır.  Izafi  rütubətlənmə  şəraitində 

sürünnə  ayrıq,  çayır,  südləyən,  şoranotu  və  s  çimyaradan  otların  fəal  iştirakı  ilə 

çiməmələgəlmə  prosesi  inkişaf  edir.  bir  çox  hallarda  xam  sahələrdə  profilin  üst 

hissəsində  qalınlığı  10-12sm,  bəzən  isə  15-smə  çatan  çim  yarımhorizontu-Aç 

ayrılır.  

Çəmən  boz-qəhvəyi  (şabalıdı)  torpaqlar  yüksək  münbitliyə  malikdir.  Bu 

səbəbdən  də  göstərilən  torpaqların  böyük  hissəsi  kənd  təsərrüfatı  bitkiləri  altında 

istifadə edilir. Şumlanmayan sahələr biçənək və örüş sahələri altında istifadə edilir. 

Ş

umlanmayan  sahələr.  Biçənək  və  örüş  sahələri  altında  istifadə  olunur.  Bu 



torpaqların  suvarılan,  qədimdən  suvarılan  və  mədəniləşdirilmiş  variantlarına  rast 

gəlinir.  ərazinin  drenləşmə  (  parçalanma  )  dərəcəsindən,  qrunt  sularının 

dərinliyindən,hidroloji  rejimin  xüsusiyyyətindən  asılı  olaraq  çəmən  boz-qəhvəyi 

(şabalıdı)  torpaqların  aşağıdakı  yarımtipləri  ayrılır.  Səthdən  çəmənləşmiş  boz-

qəhvəyi (şabalıdı) torpaqlar.  

 

Səthdən çəmənləşmiş boz-qəhvəyi (şabalıdı) torpaqlar yarımtipi 

Bu  yarımtipə  daxil  olan  torpaqlar  daha  çox  drenləşmiş  ərazilərdə  maili 

ş

leyflərdə  formalaşmışdır.qrunt  suları  dərində  yerləşdiyindən  torpaqəmələgəlmə 



prosesinə  fəal  təsir  göstərə  bilmirlər.  Torpaqların  rütubətlənməsi  əsas  etibarıilə 

ə

traf  yamaclardan  axıb  gələn  səth  sularının  hesabına  baş  verir.  Təbii  halda 



torpaqların  üst  hissəsində  çim  qatı  əmələ  gəlir.  Təsvir  edilən  torpaqlar  kifayət 

qədər  humus  ehtiyatına  malikdirlər.  Tək-tək  hallarda  profilin  yuxarı  hissəsində 

qleyləşmə əlamətləri müşahidə edilir. 

Çəmənləşmiş boz- qəhvəyi (şabalıdı) torpaqlar.  

Digər  yarımtipə  daxil  olan  torpaqlardan  fərqli  olaraq  çəmənləşmiş  boz-qəhvəyi 

(şabalıdı) torpaqların formalaşmasında dövri olaraq (rütubətli mövsümlərdə) qrunt 

suları  da  iştirak  edir.  Bu  torpaqların  yayıldığı  nisbətən  yüksək  və  zəif  drenləşmiş 

çay terraslarında qrunt suları  adətən 4-6 m  dərinlikdə  yerləşir. Lakin təsvir  edilən 

torpaqların əmələ gəlməsində səthi rütubətlənmə daha böyük rol oynayır. 

Çəmən  boz-qəhvəyi  (şabalıdı)  torpaqlar  yarımtipi.  Bu  yarımtipə  daxil  olan 

torpaqlar nisbətən yüksək və zəif drenləşmiş çay terraslarında, qurunt sularının yer 

səthinə  daha  yaxın  (2-3  m)  yerləşdiyi  sahələrdə  formalaşır.  Torpaqəmələgəlmə 

prosesinə səthə yaxın yerləşən qrunt suları çox böyük təsir göstərir. Bundan başqa 

reylefin  nisbətən  alçaq  elementlərində 

yayıldığı 

üçün  bu  torpaqların 

rütubətlənməsində  ətraf  yamaclardan  axıb  gələn  qrunt  suları  da  müəyyən  rol 

oynayır.   

Çəmən boz torpaqlar 

Çəmən boz torpaqlar Azərbaycan Respublikası ərazisində ən geniş yayılmış 

torpaq  tiplərindən  biri  olmaqla  əsasən  Kür-Araz  ovlağında,  geniş  masivlər 

www.behruzmelikov.com




 

şə



kilində təmsil olunmuşdur. Bu torpaqlar meylli şleyflərdə, Kür və Arazın allüvial 

düzənliklərində  bir  çox  hallarda  depresiya  çökəkliklərdə  formalaşır.  Çəmən  boz 

torpaqlarının inkişafına qrunt və səth suları böyük təsir göstərir və bu proses adətən 

yarımhidromorf şəraitdə əmələ gəlir. Bu torpaqlar keçid tipli olub quru çöllərin boz 

qəhvəyi  (şabalıdı)  və  çəmən  boz-  qəhvəyi  (şabalıdı)  torpaqları  ilə  daha  quraq 

şə

raitdə  inkişaf  edən  boz  torpaqlar  arasındakı  zolaqda  yayılmışlar.  Təsvir  edilən 



torpaqların çox geniş sahələri suvarma əkinçiliyində istifadə olunur.  

Çəmən-boz  torpaqlarının  profilində  müşahidə  olunan  hidromorfizm 

ə

lamətləri (qleyləşmə, şorlaşma və s.) bu torpaqların vaxtilə subasar (vadi) – delta 



rejimində  inkişaf  etdiyini  etdiyini  göstərir.  Sonrakı  dövrlərdə  Xəzərin  geri 

çəkilməsi  ilə  əlaqədar  olaraq  bu  torpaqların  yayıldığı  ərazilərdə  qrunt  sularının 

səviyyəsi  aşağı  düşmüş,  ərazi  təbii  drenləşməyə  məruz  qalmış  və  beləliklə, 

torpaqların bozqırlaşması prosesi getmişdir. Efemerlərin, mayer yovşanı, soğanaqlı 

qırtıc  və  s.  bitkilərin  yayılması,  karbonatlı  horizontun  səviyyəsinin  qalxması, 

çürüntülü  horizontun  rəngininin  bir  qədər  açıqlaşması,  lövhəvari  struktur,  bir  sıra 

hallarda  səthdə    “bozqırkeçəsinin”  inkişaf  etməsi  vəs  kimi  əlamətlər  zun  müddət 

davan  etmiş  bozqırlaşma  prosesinin  nəticəsi  kimi  qeyd  edilməlidir.  Çəmən-boz 

torpaqların  yayıldığı  ərazilər  üçün  isti  və  şaxtasız  qışı,  quru  və  isti  yayı  olan 

subtropik  yarımsəhra  iqlimi  səciyyəvidir.  Havanın  orta  illik  temperaturu  12,5-

14,6˚, yağıntılarınmiqdarı isə 215-310 mm arasında tərəddüd edir. 

Təsvir  edilən  torpaqların  genesezində  hidroloji  rejim  və  səviyyəsi  mühüm 

rol  oynayır.  Qrunt  sularının  səviyyəsinə  torpaqəmələgətirici  süxurların  xarakteri, 

relyef  şəraiti,  insanın  təsərrüfat  fəaliyyəti  əhəmiyyətli  təsir  göstərir  və  3-5  m 

arsında dəyişir. Kür-Araz ovalığının daha çox mənimsənilən şərq hissəsində qrunt 

sularının səviyyəsi qərb hissəsinə nisbətən yüksək olur.  

Çəmən-boz  torpaqlar  qrunt  sularının  rejimi və  yerləşmə  səviyyəsindən  asılı 

olaraq aşağıdakı yarımtiplərə ayrılır:çəmənləşmiş-boz və çəmən-boz   



Çəmənləşmiş-boz  torpaqlar  yarımtipi.    Bu  yarımtipə  daxil  olan 

torpaqların  yayılma  arealı  nisbətən  məhduddur.  Çəmənləşmiş-boz  torpaqların 

formalaşmasında  səth  suları  başlıca  rol  oynayır,  qrunt  sularının  rolu  isə  çox 

məhduddur.  Suvarma  mövsümündə  qrunt  sularının  səviyyəsinin  müəyyən  qədər 

qalxması müşahidə olunur. 

Humus  profilinin  qısa  olması,  çürüntü  maddələrinin  əsas  hissəsini  A1 

horizontunda  toplanması,  xam  sahələrdə  çim  qatının  müşahidə  olunması  bu 

torpaqların səciyyəvi xüsusiyyətlərindəndir. 

Çəmənləşmiş  çəmən-boz  torpaqlar  demək  olarki  şoranlaşmamışdır,  profil 

boyu duzlar demək olar ki, bərabər şəkildə paylanmışdır. 



 Çəmən-boz torpaqlar yarımtipi. Yuxarıda təsvir edilən yarımtipdən fərqli 

olaraq  çəmən-boz  torpaqlar  yarımtipi  qrunt  sularının  səviyyəsinin  dah  yüksək 

olduğu  və  həmin  sularla  rürubətlənmənin  daha intensiv  çəraitdə  formalaşırlar.  Bu 

ə

razilərdə  yaaz-payız  aylarında  qrunt sularının  səviyyəsi  daha yüksək  (2,5-3,5  m) 



olur. 

Çəmən-boz  torpaqlar.  əlverişli  rütubətlənmə  şəraitində  xüsusilə  yovşan-

efemer  senozları  altında  inkişaf  edirlər.  Maddələrin  bioloji  dövranı  kifayət  qədər 

intensiv  gedir.  Təsvir  edilən  yorpaqların  morfoloji  quruluşu  əvvəlki  yarımtipdə 

www.behruzmelikov.com



 

olduğundan  fərqlənir.  Beləki  bu  torpaqlarda  humus  profili  bir  qədər  (30-60sm). 



Həmin profil humusla nisbətən bərabər rənglənmiş olur. Aşağı horizontlara doğru 

karbonatların iştirakı ilə əlaqədər olaraq profilin rəngi açılır. 

Çəmən-boz  torpaqların  şoranvari,  şorakətvari,  mergelləşmiş  qleyləşmiş, 

suvarılan  cinsləri  ayrılır.(Salayev.1991)  yüksək  bonitetli  torpaqlar  sırasına  daxil 

edilən bu torpaqlardan əsasən pambıq, taxıl və bostan bitkiləri üçün istifadə olunur. 

Boz torpaqlar 

Azərbaycanb  respublikası  ərazisində  boz  torpaqların  Kür-Araz,  Xəzərsahili 

ovalıqlarda,  Arazsahili  və  Naxçıvan  düzənliklərində  yayılması  haqqında  xeyli 

miqdarda  torpaq  tədqiqatları  və  torpaq-xəritə  materialları  vardır.  Lakin  Kür-Araz 

ovalığının  yarımsəhra  zonasında  boz  torpaqların  ayrılması,  onların  genesizi  və 

sistematikası  nisbətən  zəif  öyrənilmiş  və  bir  sıra  elmi  mübahisələri  mövzüsuna 

çevrilmişdir.  A.N.  Rozanov  (1955)  öz  tədqiqatlarında  bu  torpaqların  yayılma 

arealını Kür-Araz ovalığı üçün səciyyəvi olmadığını göstərir. M.E. Salayev (1991) 

bu  torpaqların  arealını  ayrılmasında  əsaslə  dəlillər  irəli  sürülmüşdür.  O,  boz 

torpaqların  yayılma  arealını  Abşeron  yarımadasının  arid  yarımsəhra  hissəsi  və 

Cənuböşərqi  Şirvan  ilə  boz  torpaqların  inkiçafı  üçün  tam  avtomorf  şəraitin  və 

yuyucu rejimin olduğu ərazilərlə məhdudlaşdırır. 

Boz  torpaqların  yayıldığı  ərazilər  öçön  xostək,  xotək-yovşan  və  yovçan 

efemer bitki qruplaşmaları səciyyəvidir. Kök sistemi çox dərinə işləyən bitkilərdən 

fərqli  olaraq  əksər  efemer  bitkilər  öz  inkişafını  quraq  dövr  başlayana  qədər  başa 

vurur. Bitki örtüyü seyrək olub çim təbəqəsi yaratmır, ümumi fitokütlə az (5-6t/ha) 

olub humusun əmələ gəlməsi üçün kifayət qədər üzvi maddə vermir. Bu səbəbdən 

də torpaqda humusun toplanması çox zəif gedir. Bu torpaqlar allüvial, prolüvial və 

qədim  Xəzər  duzlu  çöküntüləri  (dördüncü  dövr  gilləri,  əhəngdaşlı  qumlucalar, 

brekçiyalar  və  s)  kimi  əsas  torpaqəmələgətirici  süxurlar  üzərində  formalaşır. 

Yüngül  süxurlar  üzərində  adətən şoranlaşmamış  yüngül  torpaqlar, duzlu  ağır  gilli 

süxurlar  üzərində  boz  torpaqların  şoranvari  və  şorakətvari  növləri  əmələ  gəlir. 

Aşınma prosesləri intensiv şəkildə gedir.  

Respublikamızın  boz  torpaqlar  zonasının  bioiqlim  şəritinin  yuxarıda 

göstərilən  səciyyəvi  xüsusiyyətləri  bu  şəraitin  çox  sərt  olduğunu  göstərir.  Bu 

torpaqların morfoloji quruluşu, tərkib və xassələrində öz əksini tapır. Belə ki, boz 

torpaqlar  üçün  profilin  zəif  diferensasiyası  və  monoton  quruluşlu,  humusun  və 

udma  tutumunun  aşağı  olaması,  mineral  hissəciklərin  dərindən  parçalanması, 

yüksək karbonatlılıq və s. səciyyəvidir.  

Azərbaycanın  boz  torpaqları  humusla  çox  zəif  təmin  olunmuşdur. 

Torpaqların  üst  qatında  onun  miqdarı  1,4±0,1%  təşkil  edir.  bir  sıra  növlərində 

humusun miqdarı 1,5-2,0% arasında tərəddüd edir.  

Boz  torpaqlar  tipinin  tərkibində  açıq-boz,  adi-boz,  qədimdən  suvarılan  boz 

və ibtidai boz torpaqlar yarımtipləri fərqləndirilir. 



Açıq-boz  torpaqlar  yarımtipi.  Bu  yarımtipə  daxil  olan  torpaqlar  relyefin 

nisbətən  cavan  elementlərində  yayılmışdır.  Açıq-boz  torpaqlar  əsasən  yovşan-

efemer  bitkiləri  altında  formalaşırlarş  yerli  iqlim  şəraiti  ilə  əlaqədar  olaraq 

torpaqəmələgəlmə  prosesi  yuyucu  olmayan  su  rejimi  şəraitində  gedir.  Rəng  fonu 

etibarı  ilə  açıq  boz  torpaqların  genetik  horizontlarının  aydın  ifadə  olunan 

www.behruzmelikov.com




 

fərqlənməsi  (diferensasiyası)  müşahidə  olunmur  və  profil  üçün  monotonluq 



səciyyəvidir.  Boz  torpaqlar  tipi  üçün  səciyyəvi  olan  yüksək  karbonatlılıq  bu 

yarımtip  üçündə  səciyyəvidir.  Turşunun  təsiri  ilə  torpaqlar  səthdən  etibarən 

qaynamağa  başlayırlar.  Karbonatlar  nisbətən  bərabər  paylanmışdır,  illüvial-

karbonatlı  horizont  zəif  inkişaf  etmişdir.    Bu  torpaqlar  üçün  əsəs  səciyəvi 

xüsusiyyət  profilin  aşağı  hissəsində  (60-80  sm)  asan  həll  olunan  duz  və 

mineralların müşahdə edilməsidir.  



Adi  boz  torpaqlar  yarımtipi.  Bu torpaqlar açıq-boz torpaqlardakına  yaxın 

bioiqlim  şəraitində  formalaşırlar.  Adi-boz  torpaqlar  açıq-boz  torpaqlarla 

müqayisədə profilin daha yaxşı ifadə olunması ilə fərqlənir. Üst çürüntülü horizont 

dogər  horizontlardan  rənginin  bir  qədər  tünd  olması  ilə  fərqlənir.  Təsvir  edilən 

torpaqların üst horizontları bioloji cəhətdən  yaxşı işlənmişdir. Karbonatlar  yüksək 

miqdarda olmaqla prifildə qeyri bərabər paylanmışdır. Profilin orta hissəsində (B1) 

onin  maksimum  toplanması  müşahidə  olunur.  Həmin  horizont  özünün  bərkiməsi 

ilə  seçilir.  Karbonatlar  profildə  özünü  müxtəlif  konkresiyalar,  xüsusilə  ağ 

gözcüklər  şəklində  biruzə  verir.  Adi  boz  torpaqlarda  humusun  miqdarı  açıq-boz 

torpaqlarda  olduğundan  bir  qədər  yüksək  olub  1,5-2,0  %  təşkil  edir.  Udulmuş 

ə

sasların miqdarı hər 100 q torpaqda 18-20 mq-ekv təşkil edir.  



Qədimdən  suvarılan  (oazis)  boz  torpaqlar.  Bu  torpaqlar  ilk  dəfə  Ş.G. 

Həsənov,  M.P.Babayev  tərəfindən  təsvir  edilmişdir.  Qədimdən  suvarılan  boz 

torpaqlar  formalaşmasında  suvarma  sularının  (xüsusilə  bulanıqlıq)  gətirdiyi  əsaslı 

gətirmələr  çox  böyük  rol  oynayır.  Asılı  materiallar  uzun  müddət  torpağın  üst 

qatında  toplanır  və  daha  yaxşı  torpaqlarda  aqroirriqasiya  qatı  (Ai)  ayrılır.  Bəzi 

hallarda bu qatın qalınlığı 1,0-0,5 m-ə çatır. Bu torpaqların üst qatı üçün bozumtul-

qonur (qonur-qəhvəyimtil) rəng, topavari, topavari-kəltənvari struktur səciyyəvidir. 

Profilin  monoton  boz  rəngdə  olması  bu  torpaqların  əsas  dioqnostik 

göstəricilərindəndir. 

Ibtidai  (takırşəkilli)  boz  torpaqlar  yarımtipi.  Ibtidai  torpaqlar  relyefin 

daha az parçalanmış sahələrində, bəzi hallarda isə çökəkliklərdə formalaşərlar. Bu 

torpaqlara  Sumqayıt-Siyəzən  massivində  daha  geniş  sahələrdə  rast  gəlmək 

mümkündür.  

Təsvir  edilən  torpaqların  yayıldığı  ərazilərdə  bitki  örtüyü  zəif  inkişaf 

etməklə  bütöv  örtük  əmələ  gətirmir.  Bitki  örtüyü  isə  yovşan  bitkisinin  dı  inkişaf 

etdiyi  taxılkimilərdən  ibarət  efemerlərdən,  duzlu  sahələrdə  şoranotu  qruplarından 

ibarətdir. Isti yay mövsümündə bitki örtüyü quruyaraq məhv olur.     



Bataqlıq torpaqları.  

Azonal (zonadaxili)  törəmə  kimi  bataqlıq  torpaqları genetik  cəhətdən  zonal 

torpaqlarla bağlıdır və müxtəlif torpaq-iqlim zonalarında rast gəlmək mümkündür. 

Bu  torpaqlar  lokal  şəkildə  respublikamızın  ustər  dağlıq,  istərsədə  düzənlik 

ə

razilərində təmsil olunmuşlar. Bataqlıq torpaqlar respublikamızda çəmən-bataqlıq 



torpaqlarla  birlikdə  düzənlik  rayonlarında  137  min  hektar  sahəni  əhatə  edir.  Bu 

torpaqlar  əsasən  Lənkəran  və  Kür-Araz  ovalıqlarında,  Naxçıvan  düzənliyində, 

Alazan-Əyriçay  vadisinin  quru  çöllərində,  Dəvəçi  rayonunun  Ağzıbirçala  gölü 

hövzəsində  və  s.  səth  və  qrunt  suları  ilə  izafi  rütubətlənmənin  yüksək  olduğu 

ə

razilərdə  nisbətən  geniş  yayılmışdır.  Təsvir  edilən  torpaqlar  relyefin  çökək 



www.behruzmelikov.com


 

elementlırində  ətrafdan  axan  səth  sularının  və  ya  qrunt  sularının  uzunmüddətli 



təsiri nəticəsində təşəkkül  tapır.  Bu cür  şəraitdə bataqlıq  bitkilərinin  inkişafı üçün 

şə

rait  yaranır  və  onlar  sürətlə  inkişaf  edir.  Bataqlıq  torpaqların  inkişaf  etdikləri 



ə

razilər üçün halofitlər (qamış, ciyən, cil, sirkən, duzlaq çoqanı və s.) iştirak etdiyi 

su-bataqlıq  bitki  qruplaşmaları  səciyyəvidir.  Qeyd  olunan  bitkilər  hər  il  torpağa 

böyük miqdarda (orta hesabla 200-250s/ha) fitokütlə verir.  

Bataqlıq  torpaqlarda  humusun  miqdarı  yüksık  olub,  5,5%-dən  17,8%-dək 

dəyişir.  O,  humusu  horizontunda  bərabər  paylansada,  dərinliyə  doğru  kəskin 

şə

kildə azalır. Üzvi maddələrin zəif humifikasiyası və humusun tərkibində azotun 



az olamsı ilə əlaqədar C/N nisbəti çox genişdir. Humusun tərkibi fulvat tiplidir.  

Bataqlıq  torpaqlar  tipinin  hidroloji  rejimindən,  sualtı  torpaqəmələgəlmənin 

davamiyyət  müddətindən  və  torflaşmanın  xarakterindən  asılı  olaraq  2  yarımtipi 

ayrılır: çürüntülü-bataqlıq və lilli-bataqlıq.  



Çürüntülü-bataqlıq torpaqları yarımtipi. 

Göstərilən yarımtipə daxil olan bataqlıq torpaqları daha uzun müddətli sualtı 

torpaqəmələgəlmənin  məhsuludur.  Bu  torpaqlarda  bitki  qalıqlarının  çürüməsi 

prosesi  çox  yavaş  gedir,  torf  qatının  qalınlığı  isə  nisbətən  az  olur.  Profilin  orya 

hissəsinin  yükəsk  dərəcədə  qleyləşməsi  çürüntülü-bataqlıq  torpaqları  üçün 

səciyyəvi əlamətidir. 



Lilli-bataqlıq  torpaqları  yarımtipi.  Bu  yarımtipə  daxil  olan  bataqlıq 

torpaqları  üçün  bütün  profilin  qleyləşməsi,  səthində  lil  hissəciklərinin  xeyli 

toplanması  səciyyəvidir.  Çürüntülü-bataqlıq  torpaqlarla  müqayisədə  lilli  bataqlıq 

torpaqlarda humusun miqdarı nisbətən az olur. 

Bataqlıq torpaqların yuyulmuş karbonatlı və şoranvari cinsləri fərqləndirilir. 

Izafi  rütubətlənmə  və  su-fiziki  xassələrinin  əlverişli  olması  ilə  əlaqədar  olaraq 

bataqlıq torpaqları əsas hissəsi biçənək və örüşlər altındadır.  

Çəmən-bataqlıq torpaqları 

Çəmən  bataqlıq  torpaqları  respublika  ərazisində  nisbətən  məhdud  sahədə 

yayılmışdır. Bu torpaqlar adətən relyefin alçaq və çökək elementlərində formalaşır. 

Çəmən  bataqlıq  torpaqları  Mil–Qarabağ,  Lənkəran,  Quba–Xaçmaz,  Salyan  və 

Naxçıvan  düzənliklərində  kiçik  massivlərlə  təmsil  olunmuşlar.  Bu  torpaqların 

ə

mələ  gəlməsi  və  inkişafı  izafi  rütubətlənmə  ilə  sıx  əlaqədardır.  Torpaqəmələ 



gəlmə  çəmən  bitkilərindən  çiyən,  çil,  kərmək  (dəvəayağı),  çığ,  duzlaq  şoğanı 

sirkən  və  s.  əhəmiyyətli  rol  oynayır.  Izafi  rütubətlənmə  şəraiti  daşqın  və  tullantı 

suları, nəzarətsiz buraxılan suvarma sularının, eləcədə  qrut sularının təsiri altında 

ə

mələ  gəlir.  Bu  prosesdə  qrunt  sularının  təsiri  daha  böyükdür.  Çəmən–bataqlıq 



torpaqlarının  yayıldığı  rayonlarda  qrunt  suları  müxtəlif  dərinliklərdə  yerləşir  -40 

sm–dən 80 sm–ə dək. Naxçıvan MR–də relyefin ən alçaq elementlərində yayılmış 

bu  torpaqların  əhatə  etdiyi  ərazilədə  qrunt  suları  adətən  20–25  sm  dərinlikdə 

yerləşir.  Ilin  rütubətli  mövsümündə  qrunt  sularının  səviyyəsi  bir  çox  hallarda 

torpaq  səthinə  qədər  qalxır,  quraq  mövsümündə  isə  1,5m–dək  dərinliyə  düşür. 

Çəmən–bataqlıq  torpaqların  yayıldığı  ərazilərin  əsas  hissələrində  qrunt  suları  zəif 

dərəcədə  minerallaşmışdır.  Bəzi  sahələrdə  isə  nisbətən  cod  tərkibli  qrunt  suları 

yayılır və onlar torpaqların sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərir. Allüvial, 

www.behruzmelikov.com



 

10 


bəzi  yerlərdə  karbonatlı  allüvial–prolüvial,  duzlu  gillicəli,  yaxud  gillicəliçınqıllı 

çöküntülər əsas torpaqəmləgətirici süxuralar rolunu oynayır.  

Çəmən–bataqlıq torpaqları bir sıra xarakterik morfoloji əlamətlərə malikdir. 

Belə  ki,  çəmən  bataqlıq  torpaqlarının  inkişaf  etdiyi  xam  sahələrdə  torpaq  sıthindı 

qalınlığı  5–8  sm–ə  çatan  çim  qatı  formalaşır.  Profilin  üst  hissəsini  əhatə  edən 

humus horizontu yaxşı rənglənir, çox vaxt qara və qara–qonur rəngə malik olur. Bu 

horizont  adətən  rütubətli,  suvaşqa  və  pis  ifadə  olunmuş  struktura  ilə  seçilir. 

Quruduqda  bozarır,  çox  bərkiyir  və  çatlayır.  Humus  horizontunun  altında 

bozumtumtul –qonur, oxra və pas ləkəli, bir qədər qleyləşmiş keçid qatı yerləşir.  

Çəmən  bataqlıq  torpaqları  humusla  yaşı  təmin  olunmuşdur.  Naxçıvan  MR–

də karbonatlı  çimli–bataqlıq torpaqlarında humusun  miqdarı 4,15–5,77%  arasında 

dəyişir  və  85  sm  dərinliyə  kimi  onun  miqdarı  cüzi  şəkildə  azalır.  Anaerob  bitki 

qalıqları  tədricən  parçalanır  və  parçalanmanın  sonuncu  məhsullarına  kimi 

minerallaşır.  

Duzlu  ana  süxurlar  üzərində  formalaşan  və  minerallaşmış  qrunt  sularının 

təsiri  altında  formalaşmış  çəmən–bataqlıq  torpaqlarında  şoranlaşma  əlmətləri  üzə 

çıxır göstərilə torpaqların şorlaşmış variantlarına Kür–Araz ovalığının və Naxçıvan 

düzənliyinin  quru  rayonlarında  və  qismən  Qanıx–Əyriçay  vadisində  rast  gəlmək 

mümükündür.  

Çəmən–bataqlıq  torpaqları  tipinin  iki  yarımtipi  fərqləndirilir:  çürüntülü 



çəmən–bataqlıq və lilli çəmən–bataqlıq torpaqları: 

Çürüntülü 

çəmən–bataqlıq 

torpaqları 

yarımtipi. 

Bu 


torpaqlar 

müxtəlifotlu  çəmən  bitkiləri  altında  formalaşır.  Torpaqəmələgəlmə  prosesinə 

nisbətən  qısa  dövrü  əhatə  edən  yüksək  izafi  rütubətlənmə  (sualtı  rejim)  şəraiti 

həlledici  təsir  göstərir.  Çürüntülü  çəmən–bataqlıq  torpaqların  profili  üçün  yaxşı 

inkişaf  etmiş  çəmən  çimli  və  humuslu  profilin  qalın  olmağı  səciyyəvidir.  Bu 

torpaqlar qida maddələri ilə yaşə təmin olunmuşlar və münbitlik səviyyəsi kifayət 

qədər yüksəkdir.  

Lilli  çəmən–bataqlıq  torpaqları  yarımtipi.  Bu  torpaqlar  çəmən–bataqlıq 

altında  inkişaf  edir.  Lilli  çəmən–bataqlıq  torpaqları  uzun  müddət  səth,  yaxud 

daşqın  sularının  təsiri  altında  formalaşırlar.  Suyun  tərkibində  olan  asılı  lil 

hissəcikləri  torpaq  səthinə  çökür.  Torpaqəmələgəlmə  şəraiti  humufikasiya  prosesi 

üçün  əlverişli  deyildir.  Bu  səbəbdən  profildə  humus  horizontu  zəif  ifadə 

olunmuşdur. Uzun müddət davam edən izafi rütubətlənmənin təsiri altında demək 

olarki,  bütün  profilin  qleyləşməsi  müşahidə  olunur.  Çəmən–bataqlıq  torpaqlarının 

yuyulmuş, karbonatlı, qleyli laylı cinsləri fərqləndirilir. 



Ş

oran torpaqlar 

Tərkibindəki mədəni bitkilərin normal inkişafına mane ola biləcək miqdarda 

suda həll olan  duzlar  olan  torpaqlara  şoran  torpaqlar deyilir.  Üst  qatların  duzlarla 

zəngin olaması bu  torpaqların  səciyyəvi  xüsusiyyətidir.  Zonadaxili  torpaqlar kimi 

ş

oran torpaqlar zonal torpaqlar fonunda Azərbaycanın düzənlik rayonlarında quru–



bozqır və səhra bozqır zonasında daha geniş yayılmışdır. Şoran torpaqlar republika 

ə

razisinin  1,3–1,5%-ni  əhatə  edir.  Mil–Qarabağ,  Mil–Salyan,  Şirvan  düzlərində, 



Samur–Dəvəçi  ovalığı,  Naxçıvan  düzü  və  Abşeron  yarımadasının  suvarılam 

www.behruzmelikov.com




 

11 


zonalarında bu  torpaqlar daha geniş  yayılmışdır.  Bu torpaqların şoranlığı qərbdən 

şə

rqə Xəzər dənizi sahillərinə doğru artır.  



Kür–Araz  ovalığında  relyefin  nisbətən  çökək  elementləri,  bataqlıq  və 

laqunların  ətrafları,  Xəzərin  alçaq  terraslarının  allüvial  düzənlikləri  üçün  allüvial 

ş

orlaşforması  səciyyəvidir.  Kür–Araz  ovalığı  ərazisinin  üçdə  iki  hissəsində  qrunt 



sularının  səviyyəsi  torpaq  səthinə  nisbətən  5m–dən  dayazdır.  Yayda  suvarma 

mövsümündə  qrut  sularının  səviyyəsinin  daha  da  qalxması  müşahidə  olunur. 

Torpaq  səthinə  yaxın  minerallı  qrunt  suları  kapilyar  hərəkəti  ilə  torpağın  üst 

təbəqəsinə 

daxil 

olur 


və 

buxarlanma 

nəticəsində 

torpağı 


ş

orlaşdırır. 

Respublikamızın  dağətəyi  düzənliklərində  dağ  çaylarının  konusları  və  vadilərində 

delüvial  və    delüvial–prolüvial  şorlaşma  formalarına  təsadüf  edilir.  Göstərilən 

ə

razilərdə  suayrıcı  və  dağ  əkinlərinə  düşən  atmosfer  yağıntıları  yer  səthinə  yaxın 



duzları  həll  edərək  özü  ilə  bərabər  dağətəyi  düzənlik  sahələrinə  aparır.  Burada 

toplanan  müxtəlif  duzlar  torpaq  və  qruntun  duzlaşmasına  səbəb  olur.  Dellüvial–

prolüvial  şorlaşma  formasında  çay  suları  ilə  gətirilən  duzlar  hesabına  çay  vadisi 

torpaqlarının şorlaşması gedir.  

Respublikamızın  şoran  torpaqları  duzların  anion  və  kationlarının  nisbətinə 

və morfoloji xüsusiyyətinə müxtəlif qruplara bölürlər.  



Xloridli  şoranlar–  bu  torpaqlarda  ionunun  miqdarı  40%-dən  çox  olur. 

Xloridli  şoranlar  Muğan  düzündə,  cənub–şərqi  Şirvanda,  Abşeron  yarımadasında, 

Siyəzən–Sumqayıt  massivində  və  s.  geniş  yayılmışdır.  Sulfatlı  şoranlar–  bu 

ş

oranlarda  sulfat  ionu  üstünlük  təşkil  edir.  ümumi  duzların  40%-dən  çoxunu 



natrim–sulfat  duzu  təşkil  edir.  Göstərilən  şoranlar  cənubi  Muğanda,  Şirvanda  və 

Qarabağ düzlərində və s. geniş yayılmışdır. Soda ilə şorlaşmış torpaqlar–bu növ 

torpaqlarda  əsasən  natrium–karbonat  və  bikorbonat  duzları  üstünlük  təşkil  edir. 

Sodalı  şoranlara  Qarabağ  düzünün  mərkəzi  və  Naxçıvanda  MR  Araz  sahili 

hissələində təsadüf olunur. Qarışıq duzlarla şorlaşmış torpaqlar– bu torpaqlarda 

qarışıq tərkibli duzlar yayılmışdır.  

Azərbaycanın şoran duz toplama xarakterindən və şəraitindən asılı olaraq iki 

genetik tipi fərqləndirilir–avtomorf və hidromorf şoranlar.  

Qrunt  suyu  dərində  yerləşən  ana  süxurlar  üzərində  əmələ  gələn  torpaqlara 

avtomorf  şoranlar  deyilir.  Qrunt  suları  kifayət  qədər  dərində  yerləşdiyindən 

torpaqəmələgəlmə  prosesində  iştirak  etmirlər.  Ana  süxurlar  əsasən    üçüncü  və 

dördüncü  dövrün  elüvial  və  delüvial  süxurlardan  ibarət  olur.  Avtomorf  şoranlar 

yuyucu  olmayan  və  dövrü  tərləmə  su  rejimi  şəraitində  inkişaf  edirlər.  Bu  tip 

ş

oranların  üst  qatında  duzların  miqdarı  1–2%  olur,  bir  çox  hallarda  səthdə  duz 



“qabığı”  əmələ  gəlir.  Avtomorf  şoranlar  dağarası  çökəkliklərdə  Acınohur  və 

Ceyrançölün  meyilli  şleyflərində,  Qobustan  və  Gəyən  düzlərində  təmsil 

olunmuşlar. Bu tipik və şoranların takırlaşmış yarımtipləri fərqləndirilir.  

Tipik  şoranlar  yarımtipi.  Bu  yarımtipə  daxil  olan  şoran  toapaqlar 

nəlbəkivari  mikroçökəkliklərdə  yayılmaqla  əsas  zonal  torpaqlar  fonunda  ləkələr 

şə

raitində  təmsil  olunmuşdur.  Tipik  şoranların  üst  qatında  duzların  miqdarı  daha 



yüksəkdir.  

Takırlaşmış şoranlar yarımtipi. Bitki örtüyündən məhrum olan bu şoranlar 

hamar  səthə  malik  olur.  Suda  asan  həll  olan  duzlar  qabıq  altı  qatda  daha  çox 

www.behruzmelikov.com



 

12 


toplanmışdır.  Qabıq–torpaq  səthi  adətən  çox  kövrək  və  çatvari  olur. 

Respublikamızın  Mil–Qarabağ,  Muğan–Salyan  düzlərində,  cənub–şərqi  Şirvanda 

həmçinin  Xəzər  dənnizi  sahil  zonalarında  relyefin  nisbətən  az  parçalanmış 

sahələrində suvarılan ərazilərdə hidromorf şoranlar daha geniş yayılmışdır. 



Tipik  şoranlar yarımtipi.  Bu yarımtipə daxil olan şoranlar boz və çəmən–

boz torpaqlar fonunda daha geniş yayılmışdır. Şoranlaşmış və duzların toplanması 

yüksək  dərəcədə  minerallaşmış  qrunt  sularının  təsiri  altında  baş  verir.  Göstərilən 

ş

oranların  üst  horizontu  duzlarla  zəngin  (1,8–3,8%),  qalınlığı  az,  yumuşaqolub, 



səpələnən  (dağılan)  yalançı  struktura  malikdir.  Bu  torpaqların  profili  çox  vaxt 

bütövlükdəqleyləçir,  sarı–pas  ləkələrlə  və  gipsli  yeni  törəmələrlə  təsadüf  olunur. 

Tüksək  karbonatlı  olan  bu  torpaqların  ağır  gilli  növmüxtəliflikləri  üstünlük  təşkil 

edir. 


Təpəcikli  şoranlar  yarımtipi.  Deflyasion–akkumlyativ  formalı  bu 

ş

oranların  əmələ  gəlməsi  eol  prosesləri  ilə  əlaqədardır.  Onlara  Abşeronun 



dənizsahili  zolağında,  cənub-şərqi  Şirvanda  daha  çox  təsadüf  olunur.  Bu 

rayonlarda  küləyin  (əsas  şimal  istiqamətli)  təsiri  ilə  duzlu  hissəciklər  hərəkət 

edilərək  ətraf  sahələrə  yayılır  və  rast  gəldikləri  şoran  bitkilərinin  (kərmək,  qara 

ş

oran,  şorangə  və  s.)  gövdəsi  ətrafında  toplanaraq  hündürlüyü  5-10  sm-ə  çatan 



kiçik  təpəciklər əmlə gətirirlər.  Göstərilən şoranların  profili  çox  primitiv  quruluşa 

malik olur. 



Nəm  (şor)  şoranlar  yarımtipi.  Bu  yarımtipə  daxil  olan  şoranlar  Xızıri 

müasir  terraslarında  Abşeronun  duzlu  gölərinin  dibində  yayılmışdır.  Bu  sahələrdə 

qrunt suları səthə yaxın (0,8–1,0m) yerləşir. Yağıntılı mövsümdə qrunt suları səthə 

çıxır,  minerallaşma  dərəcəsi  çox  yüksək  (125–95q/l)  olan  şoran  göllər  yaranır. 

Nəm şoranların profili çox primitivdir. Səthdə duz qabığı (qaysağı) yerləşir. Təsvir 

edilən  şorların  morfoloji  quruluşu  üçün  profilin  primitivliyi,  onun  bütövlükdə 

qleyləşməsi,  qonur-göyümtül  duz  və  gipslə  zəngin  gilli  kütlədən  ibarət  olması 

səciyyəvidir. 



Sodalı  şoranlar.  Sodalı  şoranların  tərkibində  soda  və  natrium  bikorbinat 

üstünlük  təşkil  edir.  bu  birləşmələrin  təsiri  ilə  torpağların  sukeçirmə  qabiliyyəti 

tamamilə  itir,  strukturu  zəifləyir.  Sodalı  şoranların  mühitin  reaksiyası  qələvi  və 

yüksək  qələvidir  (pH  8,9-9,9).  Udulmuş  əsasların  20-30  %  udulmuş  natriumdan 

ibarətdir.  Bu  torpaqlar  yüksək  karbonatlıdır.  Sodalı  şoranlara  Qarabağ  düzündə, 

tərtər  çayının  gətirmə  konusunda,  Həkəri  və  Qarqarçayın  aşağı  axınlarında  – 

Arazsahili  zolaqda  təsadüf  olunur.  Təsvir  edilən  torpaqlar  Kür-Araz  ovalığında 

çəmən və çəmən–boz torpaqlar fonunda mürəkkəb kompleks yaradırlar. 



Bataqlıq  şoranları  yarımtipi.  Bataqlıq  şoranları  Kür-Araz  ovalığının  kasa 

şə

killi  mikroçökəkliklərdə  rast  gəlinir.  Səthə  yaxın  (0,8-1,0)  yerləşən  qrint  suları 



ş

orlaşmada  həlledici  rol  oynayır.  Zonadaxili  torpaqlar  kimi  bu  şoranlara  çəmən–

bataqlıq torpaqları fonunda çox rast gəlinir. 

Təkrar  (irriqasiya)  şoranları  yarımtipi.  Bu  yarımtipə  daxil  olan  şoralara 

ə

sasən Kür-Araz ovalığının suvarılan torpaqlarda rast gəlinir. Suvarmadan törəyən 



təkrar şorlaşma nəticəsində başlıca olaraq qrunt sularının səviyyəsinin  yüksəlməsi 

ilə,  suvarma  sistemini  kanallarında  əmələ  gələn  filtrasiya  ilə  və  çox  vaxt 

suvarmada  həddindən  artıq  su  sərf  edilməsi  ilə  sıx  əlaqədardır.  Təkrar  şoranlar 

www.behruzmelikov.com




 

13 


suda  asan  həll  olunan  duzların  üst  qatlarda  daha  çox  toplanması  və  gilli  tərkibə 

malik olması ilə səciyyələnir.  

  Respublikamızda  şoran  torpaqların  mənimsənilməsi  duzların  torpaqlardan 

yuyulması  və  mədəniləşmə  tədbirlərinin  aparılması ilə  əlaqədardır.  Zəif  şorlaşmış 

torpaqlarda norma və rejiminə riayət olunmalı, sahələr hamarlanmalı, növbəti əkin 

sistemi  tətbiq  edilməli  suvarma  arx  və  kanallar  boyunca  filtrasiya  sularını 

buxarlandıran  ağaclar  əkilməli  və  s.  tədbirlə  həyata  keçirilməli.  Orta  və  şiddətli 

dərəcədə şorlaşmış torpaqlarda isə torpaqları su ilə yumaq tətbiq edilməlidir. Qrunt 

sularının  səthə  yaxın  yerləşdiyi  sahələrdə  kollektor-drenaj  şəbəkəsindən  istifadə 

olunmalıdır.  



Qumluqlar.  

Respublikamızın  ərazisində  qumluqlar  başlıca  olaraq  Xəzər  sahili  ovalıqda 

ş

ox  da  geniş  olmayan  ərazidə  yayılmışdır.  Respublikamızın  Xəzərsahili  zolağı 



ş

imalda  Samur  çayı  mənsəbindən  başlayaraq,  cənubda  Astara  çayın  mənsəbinə 

kimi 800-dən artıq uzunluğa malikdir. Sahil boyu qumluqların eni 500–700 m-dən 

bəzi  yerlərdə isə 5-7 km-ə kimi şatır. Xəzərsahili qumların ümumi sahəsi 8-0 min 

hektara yaxın olub zəif istifadə olunur. Son illərdə Xəzəri səviyyəsinin qalxması ilə 

ə

laqədar  olaraq  sahil  qumluqlarının  müəyyən  hissəsi  dəniz  sularının  altında 



qalmışdır.  

Qumaların  genesizi  əsasən  geoloji  proseslərlə  izah  olunur.  Aşənma 

məhsullarına və küləyin təsiri ilə hissəciklər daha da xırdalanlr və öz yerini dəyişir. 

Respublikamızın ərazisində yayılmış qumluq sahələr genesizinə görə dəniz, eol-göl 

və allüvial qruplara bölünür.  

 Dəniz  qumları  Abşeron  yarımadası  sahillərində  daha  da  geniş  yayılmışdır. 

Dəniz  sahili  boyu  uzanan  sahil  tirələri  də  həmin  qumlardan  təşkil  olunmuşlar. 

Xəzər  sahili  bitki  örtüyünün  təşkil  edən  cil,  yulğun,  duzlaq  çoğanı,  qum  yovşanı, 

vələmir,  ətli  qaraşoran,  dəvətikanı  və  s.  yarımörtülmüş  və  örtülmüş  qumluqlarla 

müqayisədə çəlpaq sahələrdəki qumluqların hərəkəti müşahidə olunur.  

Lənkərankəran  ovalığının  sahilboyu  zolağında  maqnetit-avqit  qumları 

yayılmışdır.  Balıqqulağı  ilə  zəngin  qulmluqlar  Abşeron  yarımadası  sahillərində 

daha  geniş  təmsil  olunmuşlar.  Eol-göl  mənşəli  qumluqlar  əsasən  Abşeron  yarusu 

çöküntüləri ilə əlaqədar və lokal şəkildə Binəqədi rayonunda rast gəlinir. Allüvial 

qumlar Lənkəran ovalığı və sahilboyu meyilli düzənliklərdə yayılmışdır.  

Qumluqlarda üzvi maddələr çox az olub (0,3-0,8%) ümumi azotun, fosforun 

və  kaliumun  miqdarı  buna  müvafiq  olaraq  cüzi  miqdar  təşkil  edir.  gilli  qumlar 

istisna  olmaqla  qumluqlar  əsasən  şoranlaşmamışdır.  Qumluqlardakı  karbonatların 

miqdarı  geniş  həddə  (3-29  %)  dəyişir  və  başlıca  olaraq  ana  süxurların  və 

balıqqulağı qırıntılarının miqdarından asılı olur. Bu səbəbdən alt qatlarda toplanan 

rütubət  toplana  bilmir  və  nəmlik  alt  qatlarda  saxlanır.  Qumlarda  torpaq  əmələ 

gəlmə  prosesi  üçün  nisbətən  əlverişli  şərait  yalnız  bitkilərlə  bərkilmiş  sahələrdə 

mövcud olur. 

Qumların  külık  tərəfindən  sovurulub  aparılmasının  qarşısını  almaq  üçün 

kompleks  tədbirlər  həyata  keçirilməlidir.  Hər  şetdən  əvvəl  bitki  örtüyünün 

mühavizə  edilməsinə,  müxtəlif  ot  kol  və  ağac  bitkilərinin  əkilməsinə  diqqət 

yetirmək  tələb  olunur.  Qumların  hərəkətini  məhdudlaşdərmaq  üçün  mexaniki  və 

www.behruzmelikov.com




 

14 


canlı  çəpərlərin  yaradılması,  meşə  zolaqlarının  salınması,  müxtəlif  polimer  və 

yapışdırıcı maddələrdən istifadə edilməsi faydalı ola bilər. 

  

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

www.behruzmelikov.com



Yüklə 164,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə