Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 301,22 Kb.
Pdf görüntüsü
səhifə1/22
tarix12.10.2018
ölçüsü301,22 Kb.
#73438
  1   2   3   4   5   6   7   8   9   ...   22


Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi 

 

Azərbaycan  Respublikasının  Miqrasiya  Məcəlləsi  Azərbaycan  Respublikasında 



miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin 

və  bu  sahədə  yaranan  münasibətlərin  tənzimlənməsi,  habelə  əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  hüquqi  vəziyyəti  ilə 

bağlı normaları müəyyənləşdirir. 

  

 

I BÖLMƏ



 

ÜMUMİ MÜDDƏALAR 

 

FƏSİL 1 


 

AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA QANUNVERİCİLİYİ 

 

 

Maddə 1. Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi 



Azərbaycan 

Respublikasının 

miqrasiya 

qanunvericiliyi 

Azərbaycan 

Respublikasının  Konstitusiyasından,  bu  Məcəllədən,  Azərbaycan  Respublikasının 

qanunlarından,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdən  və  onlara  uyğun  olaraq  qəbul  edilmiş  digər  normativ  hüquqi 

aktlardan ibarətdir. 

 

Maddə 2. Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin prinsipləri 



Azərbaycan  Respublikasının  miqrasiya  qanunvericiliyi  insan  və  vətəndaş 

hüquqlarına  və  azadlıqlarına  hörmət,  qanunçuluq,  qanun  qarşısında  bərabərlik  və 

ədalətlilik,  Azərbaycan  Respublikası  miqrasiya  qanunvericiliyinin  hamılıqla 

tanınan  beynəlxalq  hüquq  normalarına  uyğunluğunun  təmin  edilməsi,  miqrasiya 

proseslərinin  tənzimlənməsində  innovativ  metodların  tətbiqi  və  şəffaflığın  təmin 

edilməsi prinsiplərinə əsaslanır. 

 

Maddə 3. Əsas anlayışlar 



3.0. 

Bu 


Məcəllədə 

aşağıdakı 

əsas 

anlayışlardan 



istifadə 

olunur: 


3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin 

vətəndaşlığına mənsub olan şəxs; 

3.0.2.  vətəndaşlığı  olmayan  şəxs  –  heç  bir  dövlət  tərəfindən  onun  qanununa 

əsasən vətəndaş hesab edilməyən şəxs; 

3.0.3. yetkinlik yaşına çatmayan şəxs – 18 yaşı tamam olmayan şəxs; 

3.0.4.  pasport  –  şəxsə  vətəndaşı  olduğu  ölkə  tərəfindən  verilən,  ona  ölkədən 

getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını 

təsdiq edən sənəd; 

3.0.5.  şəxsiyyət  vəsiqəsi  –  Azərbaycan  Respublikasının  ərazisində  şəxsiyyəti 

təsdiq edən sənəd; 

3.0.6.  Azərbaycan  Respublikasında  müvəqqəti  olan  –  Azərbaycan 

Respublikasında  yaşamaq  üçün  icazəsi  olmayan,  turizm,  şəxsi  iş,  xidməti 




ezamiyyət  və  sair  bu  kimi  müvəqqəti  xarakter  daşıyan  hallarla  əlaqədar 

Azərbaycan  Respublikasına  qanuni  əsaslarla  gəlmiş  əcnəbi  və  ya  vətəndaşlığı 

olmayan şəxs; 

3.0.7.  Azərbaycan  Respublikasında  müvəqqəti  yaşayan  –  bu  Məcəllə  ilə 

müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün 

icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 

3.0.8.  Azərbaycan  Respublikasında  daimi  yaşayan  –  bu  Məcəllə  ilə  müəyyən 

edilmiş  qaydada  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün  icazə  almış 

əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 

3.0.9. əmək miqrasiyası – fiziki şəxsin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul 

olması üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya etməklə yaşayış 

yerini dəyişməsi; 

3.0.10. əməkçi miqrant – haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 

qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya edən fiziki şəxs; 

3.0.11. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvləri – əcnəbinin və 

ya vətəndaşlığı olmayan şəxsin arvadı (əri), 18 yaşına çatmamış uşaqları, 18 yaşına 

çatmış əmək qabiliyyəti olmayan övladları və himayəsində olan valideynləri; 

3.0.12. yaxın qohum – ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, 

baba,  nənə,  babanın  (nənənin)  atası  və  anası,  nəvə,  qayınata,  qayınana,  qayın, 

baldız; 


3.0.13.  iş  icazəsi  –  Azərbaycan  Respublikasının  ərazisində  haqqı  ödənilən  əmək 

fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  bu 

Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazə; 

3.0.14.  yaşayış  yeri  –  mülkiyyət  hüququnun  dövlət  qeydiyyatına  alınması 

haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə  və  ya  kirayə 

müqaviləsi  üzrə,  yaxud  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə 

tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış 

sahəsi,  mehmanxana,  yataqxana,  qoca  və  əlil  evləri  və  digər  bu  kimi  yaşayış 

yerləri; 

3.0.15.  olduğu  yer  –  şəxsin  yaşayış  yeri  sayılmayan  müvəqqəti  yaşadığı 

mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana 

və  ya  digər  belə  ictimai  yerlər,  habelə  mənzil,  digər  yaşayış  sahəsi  (özünün, 

qohumunun, tanışının və s.); 

3.0.16.  viza  –  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  dövlət  sərhədinin 

buraxılış  məntəqələrindən  müəyyən  olunmuş  qaydada  keçməklə  Azərbaycan 

Respublikasına  gəlməsinə  və  Azərbaycan  Respublikasından  getməsinə,  vizada 

göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəd; 

3.0.17.  sərhədkeçmə  sənədi  –  xarici  pasport,  vətəndaşlığı  olmayan  şəxslərə 

yaşadıqları  ölkənin  hüdudlarından  kənara  getmək  üçün  verilən  sənəd,  dənizçi 

kitabçası (vəsiqəsi), qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, 

beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər. 

 

Maddə  4.  Azərbaycan  Respublikasının Miqrasiya  Məcəlləsinin  tətbiq  dairəsi  



4.1. Bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə 

gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına 

gəlməsi  və  Azərbaycan  Respublikasından  getməsi,  Azərbaycan  Respublikasında 



Yüklə 301,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə