2
KİTABIN İÇİNDӘKİLӘR
DӘRSLİK KOMPLEKTİ HAQQINDA ...........................................................3
DӘRSLİK KOMPLEKTİNİN STRUKTURU ....................................................3
BİOLOGİYA FӘNN KURİKULUMU HAQQINDA ...........................................7
FӘNN ÜZRӘ MӘZMUN STANDARTLARININ REALLAŞMA CӘDVӘLİ ..........9
İLLİK PLANLAŞDIRMA NÜMUNӘSİ ...........................................................11
FӘNLӘRARASI İNTEQRASİYA CӘDVӘLİ...................................................12
BİOLOGİYA DӘRSLӘRİNDӘ MÜASİR TӘLİM TEXNOLOGİYALARI...............13
ŞAGİRD NAİLİYYӘTLӘRİNİN QİYMӘTLӘNDİRİLMӘ
PRİNSİPLӘRİ VӘ ÜSULLARI ....................................................................14
MÖVZULAR ÜZRӘ TӘLİM MATERİALLARI İLӘ
İŞ TEXNOLOGİYASININ ŞӘRHİ
1. CANLI ORQANİZMLӘR VӘ ONLARIN ÖYRӘNİLMӘSİ ..................................16
2. İBTİDAİ VӘ ALİ SPORLU BİTKİLӘR...........................................................23
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................37
3. ALİ TOXUMLU BİTKİLӘR ..........................................................................39
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................54
4. BAKTERİYALAR, GÖBӘLӘKLӘR, ŞİBYӘLӘR ...............................................56
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................64
I YARIMİL ÜZRӘ ÜMUMİLӘŞDİRİCİ DӘRS
...............................................66
5. BİRHÜCEYRӘLİLӘR VӘ ÇOXHÜCEYRӘLİLӘR YARIMALӘMİ ........................68
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................85
6. ÇOXHÜCEYRӘLİLӘR YARIMALӘMİ. MOLYUSKLAR VӘ BUĞUMAYAQLILAR ...87
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................100
7. XORDALI HEYVANLAR. KӘLLӘSİZLӘR,
BALIQLAR, SUDA-QURUDA
YAŞAYANLAR VӘ SÜRÜNӘNLӘR...............................................................102
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................104
8. XORDALI HEYVANLAR. QUŞLAR VӘ MӘMӘLİLӘR ......................................116
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................134
GÜNDӘLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNӘLӘR ...................................136
MӘNBӘLӘR .................................................................................... 144
Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) əsasında hazırlanmışdır.
Biologiya – 7. Müəllim üçün metodik vəsait.
X.Əhmədbəyli, Y.Seyidli, N.Əliyeva. Bakı, “Bakınəşr” – 2014, 144 səh.
www.bakineshr.az
ISBN 978-9952-8145-9-0 (2)
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2014
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini
yenidən çap
etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
Dil redaktoru: S.Hüseynov
Korrektor: K.Cəfərli
_____________________________________________________________
Formatı: 70x1001/16. Ofset kağızı №1. Fiziki çap vərəqi 9.
Çapa imzalanmışdır: 06.08.2014. Tiraj: 6 900, pulsuz.
3
DƏRSLİK KOMPLEKTİ HAQQINDA
VII sinif üçün “Biologiya” dərslik komplekti Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün
Biologiya fənni üzrə təhsil proqramı (kurikulumu)” əsasında hazırlanmışdır.
Biologiya fənni üzrə VII sinif dərsliyi təbiət-cəmiyyət münasibətləri baxımından
şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürün, sadədən mürəkkəbə doğru inkişafın,
fənnin tədrisində yeni texnologiya və kommunikasiya vasitələrinin tətbiq olunması
bacarıqlarının inkişafını ön plana çəkmişdir. Dərslik şagirdlərdə tədqiqatçılıq bacarığı,
fikirlərini ümumiləşdirərək təqdimatlar etmək,
proqnoz vermək, referatlar hazırlamaq,
təbiətdə və cəmiyyətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək ba-
carığı formalaşdıracaq, ekoloji mədəniyyət, bioloji biliklərdən istifadə edə bilmək,
nəticə çıxarma, layihələr irəli sürmə bacarıqları verəcəkdir.
Dərsliklərin komplekt şəkildə nəşr olunması təhsil
prosesində müəllim-şagird
fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir,
müəllimin planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətlən-
dirir, təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının
genişlən-
məsinə imkan yaradır. Bu baxımdan şagirdlər məlumatlar əldə etmək üçün axtarışlara
cəlb olunur, onlara fəal təlim şəraiti yaradılır. Şagirdlərin fərdi marağı nəzərə
alınmaqla, zəruri həyati bacarıqların formalaşdırılmasına, məntiqi, tənqidi və yaradıcı
təfəkkürün inkişaf etdirilməsinə imkan yaradır, təlimə marağı artırır.
Dərslik komplektində Biologiya fənni üzrə təhsil proqramında (kurikulumunda)
nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi, əya-
niliyin, müasirliyin, qrammatik qaydaların gözlənilməsi ön plana çəkilmişdir. Təlim
materiallarında sadədən mürəkkəbə məntiqi və xronoloji ardıcıllıq nəzərə alınmışdır.
Dərslikdə öz əksini tapmış təlim materiallarının
yaş səviyyəsinə uyğun, sadə dildə,
lakonik olmasına çalışılmışdır. Dərslikdən növbəti illərdə də istifadə ediləcəyindən ve-
rilmiş tapşırıqların şagirdlərin dəftərlərində işləməsi nəzərdə tutulur.
Dərsliyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim
blokları haqqında məlumat verilmişdir.
DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU
Dərslik 3 tədris vahidindən və 8 fəsildən ibarətdir:
I. CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ ONUN ÖYRƏNİLMƏSİ
1. Canlı orqanizmlər və onların
öyrənilməsi
II. BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR
ALƏMİNİN MÜXTƏLİFLİYİ
2. İbtidai və ali sporlu bitkilər
3.
Ali toxumlu bitkilər
4. Bakteriyalar, göbələklər, şibyələr
III.
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ
5. Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
6. Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
7. Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
8. Xordalı heyvanlar.
Quşlar və məməlilər