2
Elmi redaktor: filologiya üzrə fəlsəfə doktoru R.Məmmədov
Enişli-yoxuşlu həyat və yaradıcılıq yolumda hər an yanımda
olan, mənəvi arxa-dəstək duran, həyatım üçün iztirablara dözmüş
ömür-gün yoldaşım Kamilə xanıma və əziz övladlarım - oğlum
Xəzriyə, qızım Burlaxatuna məhəbbət və ehtiramla uzun ömür,
sağlam cansağlığı, xoş bəxt arzuları ilə Tanrı köməkləri olsun duası
ilə onların adına bağışladım.
Müəllif
B.Babayev. ƏDƏBİYYAT MƏSƏLƏLƏRİ. Bakı: “Müəllim”
nəşriyyatı, 2015. - 278 s.
Kitaba tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru
Baba Babayevin klassik və müasir Azərbaycan ədəbiyyatının
görkəmli simaları haqqında ədəbi düşüncələri, məqalə və rəyləri
daxil edilmişdir.
ISBN 978-9952-435-64-1
B.Babayev, 2015
3
ÖN SÖZ
Həyatın görünən tərəflərinin içində olub yazıb-yaratmışam.
Ömrüm çətinliklərlə keçib. Sadəcə Tanrıya güvəncim bu zülmətləri
xırdalayıb ahəstə ah, ufdan pıcıltı ilə səslənən oxxaya keçmişəm.
Uzun illər arxivlərdə, kitabxanalarda kəsif qoxu verən qəzet-jurnal-
ların tozunu udmuşam. Canımı dişimə tutub Diabet xəstəliyi ilə
döyüşə-döyüşə istədiyimi axtarıb tapmış, faktları təhrif etməyim
deyə, dönə-dönə diqqətli olmuş, mənə rahatlıq verməyən problemi
təhlil süzgəcindən keçirib tədqiqata cəlb etmişəm. Fərq etməz qəzet,
jurnal məqaləsidir, yoxsa kitab. Amma bütün bunların fövqündə
sevgi, məhəbbət dayanıb. Yazmaq-yaratmaq sevgisi. Böyük ədə-
biyyata kiçik də olsa xidmət etmək sevgisi. Təbii, bilməmiş
deyildim ki, bəşər tarixi böyük cinayətlər və cinayətkarlar tarixidir.
Oğul deyim sənə, bu mənfur iki üzlü xainlərin, ev yıxıb qan
tökməyi özünə hünər sayanların yanında olasan, lazımi məqamında
onların zəhərli neştərinə tuş gəlməyəsən.
Quranın 75-ci surəsi qiyamət adlanır. Orada Dəccal da var,
fahişələrin idarəetmədə güclü rolu olması da qeyd olunur. Aqillərin
nadanlar əlində qalması zillət imiş.Yüngül həyat tərzi keçirənlərin
rəhbərlərin qılığına girib saqqızlarını oğurlaması dəhşət imiş. İlahi
bu ifritələr nələr etmir, utanmadan, adamın gözlərinə dik baxaraq nə
oyunlardan çıxır bu əxlaqsızlar. Çəkdiyim zillətlərin bir, bəlkə də
böyük tərkib hissəsi o fahişələrin mənə hücumu ilə əlaqədar
olubdur. Həm də fahişələşmiş kişilərin.
Sən demə ciddi əsərlər nigarançılıqla, bəzən ətrafındakılara
nifrətlə yazılırmış. Nitsşenin «...ən çox qanla yazılanı sevirəm...»
aforizmi çox qiymətli, dəyərliymiş. Əxlaqa toxunulanda mənəviy-
yatlıların əxlaqının ləkələnməsi aksioma deyilmi? İdarəetmədə
gördüm ki, əxlaqsızlar, neçə deyərlər, at oynadır. Elə libasa bürü-
nüblər ki, özləri-özlərinə əhsən deyərək xumarlanırlar. Bir də nə
gizlədim, haqq sözünü gizli lentə alıb şərəfsizlik edənə niyə belə
etdin deyəndə, bu bizim siyasətimizdir – dedi. Başımdan tüstü
qalxdı. Fəlakətdi bunlar. Mənəviyyatsızlıq baş alıb gedir. XX əsrin
peyğəmbər yazıçısı, Nobel mükafatı laureatı R.Kamyun sanki bu
günü görüb “Bəşəriyyətin xilası halallıq və təmizlikdir”demişdir.
4
Kreslodan ötrü hər şeydən keçərəm, hamı belə işləyib, belə
“işlərlə” dolanır, - dedilər. İlk xainliyi görüb düşündüm ki, insana
ən güclü zərbə gözləmədiyi yerdən, inandığından, yaxınından gəlir-
miş. Allahın insanlara qəzəbi o qədər çoxaldı ki, baxıb gördü bütün
insanlar şərin tərəfinə keçib. Təqiblər, təsirlər, qarayaxmalarım
çoxaldıqca yazıq, xəstə canımla daha da mətinləşdim, kitablardan əl
cəkmədim, ağır dərdimə dərman loğmanlar yox, kitablar oldu.
Allahı çağırıb imdad istədim.
Bu da yazıb ərsəyə gətirdiyim kitabların biridir. Bir fikrimi
deyim; həqiqəti, haqqı deyə-deyə elə bil insanlıq ölümə məhkum
oldu, bəlkə demokratiya tiranlığa yol açan bir nəsə imiş. Hər nə
isə...!!?? Qanla yazmadım, qana bənzər,qana oxşar, qan törədən
iftira-böhtanlar içində, göz yaşlarımı için-için içimə axıdaraq yaz-
dım. Yazdım, ancaq qalanı yazdım...
Kitablardan oxumuşdum ki, hər quşun, heyvanın özünəməxsus
anatomiyası var. Qızılquş yuvasını çox uca ağacların budaqları
arasında qurur. Ata-ana qızılquş yemi körpələrə verib tamaşa edir-
lər. Yedikcə quşlar elə qızışırlar ki, hətta ata-analarına da hücum
edirlər. Bu məqamda ata-ana balalarına yaxın durmur, qacıb kə-
narda dayanırlar. İşlədiyim az müddətdə kiçiklər elə qızışdılar ki,
birinci şəxs də məni “müdafiədə” çətinlik çəkdi. Vəhşi heyvan-
lardan bəhs edən fılmlərdəki kimi.
Ailəlikcə, həyat yoldaşım da, mən də müəllim olmuşuq. Mək-
təbi bülbül yuvası sanmışam. Müəllim olub müəllimlərə qənim
kəsilənləri mənim elmim, dünyagörüşüm qəbul etmir. Bunun kö-
kündə cılız hisslərə qapılıb zəlil dilənçilikmi durur, yoxsa... mənim
fəlsəfəmə görə belə çirkin, şərəfsiz məqamlarda sözü gedən insana
bənzər məxluqlar sahib olduqları ülvülüklər zirvəsindən aşağı, adi
canlılar səviyyəsinə doğru enir və alçaldıqca alçalır və şərəfsiz-
ləşirlər. Görkəmli pedaqoq K.Paustovski yazırdı: «Ən böyük qələ-
bələrin, tarixi zəfərlərin taleyi döyüş meydanlarından əvvəl insan-
ların ürəklərində həll olunur. Çünki ən böyük qüdrət fəzilətdən
doğur». Mən filosofluq etmək, insan xarakterini təhlil edib dəyər
vermək fikrindən uzağam. Sadəcə bilməmiş deyiləm ki, fəzilət cə-
miyyət tərəfindən bəyənilmiş, təqdir edilmiş, təcrübədə yoxlanılmış,
xeyir əməlləri, müsbət əxlaqi keyfiyyətləri özündə ehtiva edən