Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə1/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
  1   2   3   4   5   6   7   8   9   ...   101


  
 
1
Hüseynov  smayıl Mikayıl oğlu 
 

Bank Uçotu”  
 
Dərslik 


  
 
2
                            
 MÜNDƏR CAT
 
1  G R Ş......................................................................................................................2 
2.Banklarda mühasibat uçotu sistemi…………………………………………..........4 
3. Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında  
mühasibat uçotunun aparılması …………………………………...............................5 
4. Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi 
ehtiyatların  yaradılması .............................................................................................22 
5. Azərbaycan Respublikasının bank sistemində digər aktiv və passivlərin uçotu....29 
6. Azərbaycan Respublikasında fəliyyət göstərən banklararasında hesablaş- 
     maların aparılması..................................................................................................30 
7. Banklarda hesabların açılması, aparılması və bağlanması uçotu............................36 
8. Azərbaycan Respublikasının bank sistemi üçün hesablar planı və onun  
tətbiqinə  dair Metodiki Göstərişlər............................................................................47   
9.  Kommersiya banklarının fəaliyyətinin prinsipləri.................................................93 
10. Azərbaycan Respublikasının bank sistemində maliyyə hesabatlarının tərtib  
və təqdim olunmas.......................................................................................................95 
11. Bankın uçot siyasəti.............................................................................................105 
12. Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə 
hesabatlarında uçotu...................................................................................................107 
13. Azərbaycan Respublikasının bank sistemində balansdankənar əməliyyatların 
   uçotu........................................................................................................................110 
14. Azərbaycan Respublikasında nağdsiz hesablaşmalar və pul köçürmələri...........112 
15   
Rеспубликадахили вя республикадан кянар идхал аккредитивляринин ачылмасы      
v
ə
 иcрасы....................................................................................................................136 
16.    Banklarda “Contact” sistemi vasitəsilə pul köçürmələrinin aparılması...........155 
17.  X
арижи валйутада мцштяри кючцрмяляринин юлкядян кянара эюндярилмяс 
 вя гябул  едилмяси.......................................................................................158 
18.    Bank kapitalının və onun adekvatlığının hesablanması qaydası.......................165 
19.  Azərbaycan Respublikasının Bank sistemində hesablama metodunun uçotu.....171 
20.   Müştərilərin nağd pulunun mədaxili və məxarici əməliyyatlarının aparılması..172 
21.   Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta  
        əməliyyatlarının rejimi.......................................................................................185 
22.  Azərbaycan Respublikası qeyri-rezidentlərinin hesablarından köçürmələr   
Respublika daxilində..................................................................................................190 
23.  Banklarda  risklərin idarə olunması ....................................................................197  
24.  Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən veksellərin yenidən  
Uçotu haqqında...........................................................................................................205 
25. Kommersiya banklarının depozit əməliyyatlarının məzmunu və rolu............... .209 
26. Müştərilərin müddətli depozit əməliyyatlarının aparılması..................................220 
 
 
 


  
 
3
                                                     
            
Giriş 
 

Bank Uçotu”  

Bank sisteminin fəaliyyəti qəbul olmuş “Mərkəzi Bank haqında”, “Bank və bank 
fəaliyyəti haqqında” Azərbaycan Resbublikasının qanunları və Mərkəzi Bankın “Bank uçotu ,Aktivlərin 
təsnifatı,aktivlər və pasivlər ,hesabların açılması və bağlanması,hesab planlarının uçotu,nəğdli,nəğdsiz 
hesablaşmalar ,depozitlərin qəbul edilməsi və uşotu,səhimlər,veksellər” haqqında   normativ aktılara 
ə
sasən nizamlanır. Mərkəzi Bankın və Kredit Bankların bank uçotunun aparılması qaydası,  standar və 
qeri-standart, təminatlı,təminatsız aktivlərin uçotu,hesabların açlması və bağlanması qaydaları, hesab 
planın akkreditivin aparılması qaydası,  bankda depozitlərin qəbul edilməsi, Bankın gəlirləri, kapitalı, 
öhtəliklərinin,xərclərinin, mənfəət və zərərlərin uçotu, bank sistemində maliyyə hesabatlarının tərtibi, 
uçotu, bank uçotunun siyasəti, Plastik kartlar üzrə əməliyyatların uçotu, bank sistemində balansdankənar 
ə
məliyyatların uçotu, nəğdli və nəğdsiz pul köcürülməsi qaydası və onun uçotu, akkreditivlər, Bankda 
“Contact” sistemi vasitəsilə pul köçürmələrinin aparılması, Bank kapitalının və onun adekvatlığının 
hesablanması, məcmu kapitalın məqsədi və ona yönəldilən tələblər, Bank sistemində hesablama 
metodunun uçotu, rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi, Banklarda  risklərin idarə 
olunması, Mərkəzi Bankı tərəfindən veksellərin yenidən uçotu haqqında ətraflı  məlumat verilmişdir.  
 
Mühasibat uçotu sistemi – vəsaitlərin və təsərrüfat əməliyyatlarının dinamikasının pul formasında, 
sənədlərə əsaslanan fasiləsiz və bir-biri ilə əlaqəli əks etdirilməsidir. Dövlət idarəetmə orqanları tərəfindən 
qanuniləşdirilmiş statistik məlumat massivlərinin formalaşdırılması naminə vahid qayda və formalarda 
həyata keçirilir. Mühasibat uçotunun məlumatları əsasında  mühasibat hesabatı – bankın hesabat dövrü (ay, 
rüb, il) üzrə vəsaitlərinin və maliyyə-təsərrüfat fəaliyyətinin vəsaitlərinin vəziyyətini xarakterizə edən 
göstəricilər sistemi tərtib olunur.  
 
Bank  öz  filiallarını,  nümayəndəliklərini,  şöbələrini  ayrıca  balansa  ayıra  bilər.  Bankın  uçot 
siyasəti  dedikdə,  onun  seçdiyi  mühasibat  uçotunun  aparılması  üsullarının  cəmi  –  ilkin  müşahidə,  dəyər 
ə
sasında  ölçmə,  təsərrüfat  fəaliyyəti  faktlarının  cari  qruplaşdırılması  və  yekun  ümumiləşdirilməsi  başa 
düşülür.  Mühasibat  uçotunun  aparılması  üsullarına  təsərrüfat  həyatının  faktlarının  qruplaşdırılması  və 
qiymətləndirilməsi, aktivlərin dəyərinin ödənilməsi, sənəd dövriyyəsinin təşkili üsulları, mühasibat uçotu 
hesablarının istifadə üsulları, uçot registrləri sistemi, informasiyanın işlənməsi və digər üsul və metodlar 
aid edilir.  
Aparılmış təsərrüfat əməliyyatları haqqında qeydlər mühasibat uçotunun registrlərində, qəti olaraq sənədlər 
ə
sasında aparılır. Mühasibat uçotunda ilkin sənədlərin yaradılması, qəbul edilməsi və əks edilməsi qaydası 
Sənədlər və sənəd dövriyyəsi haqqında Əsasnamə ilə tənzimlənir.  lkin sənədlər təsərrüfat əməliyyatının 
yerinə yetirilməsi faktını qeydə alır. Onlar səhih məlumatlardan ibarət olmalı və vaxtında, əməliyyat yerinə 
yetirilərkən tərtib edilməlidir. Hər bir Bank apardıqları dövriyə və hesabatları uçotu barəsində hər ayın 
sonrakı ayın birindən- üçünə kimi Mərkəzı Banka təqdim etməlidir.Mərkəzi Banka təqdim etdikləri 
hesabat iki hissədən yəni aktif və pasivlərdən ibarətdir.      
   
Mal və xidmət mübadiləsi, yaradılmış dəyərlərin (gəlirlərin) bölgüsü və təkrar bölgüsü proseslərini təmin 
edən pul hesablaşmaları bazar təsərrüfatının ən mühüm elementlərindən biridir. Bütün hesablaşmaları nağd 
puldan istifadə etməklə aparmaq mümkün və məqsədəuyğun deyil. Müvafiq olaraq, nağdsız dövriyyə 
alətləri problemi yaranır. Nağdsız hesablaşmalar – bankda hesablar üzrə qeydlərin aparılması yolu ilə pul 
hesablaşmalarıdır, bu zaman pullar ödəyənin hesabından  silinir və alanın hesabına daxil edilir.  Ödənişlər 
hesab sahibinin razılığı (aksepti) ilə icra olunur, lakin ayrı-ayrı hallarda pulların ödəyənin hesabından 
akseptsiz silinməsinə də yol verilir. Belə silinmə tərəflər arasında müqavilə üzrə hesablaşma forması kimi 
və qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda istifadə olunur. Bankın nağdsız hesablaşmalarını 
tənzimləyən əsas normativ akt “Mərkəzi Bankın  kredit təşkilatları arasında nağdsız hesablaşmaların 
aparılması haqqında əsasnamə”dir. 
Məlumatların  müasir  texniki  işlənmə  vasitələri  kompüter  texnologiyası  əsasında,  bank 
məlumatlarının  avtomatlaşdırılmış  işlənmə  sisteminin  (BMA S)  yaradılması  yolu  ilə  informasiya 
proseslərinin  yerinə  yetirilməsini  təşkil  etməyə  imkan  verir.  Bu  sistemlərin  yaradılmasının  əsas  məqsədi 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə