Microsoft Word Bas redaktordan



Yüklə 33,15 Kb.
Pdf görüntüsü
tarix17.10.2017
ölçüsü33,15 Kb.
#5164


 

AMEA – 70 



 

“XXI əsrdə yalnız yüksək elmi potensiala və elmi 

tutumlu texnologiyaya malik ölkələr öz xalqları 

üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək 

imkanına malik olacaq”.  

 

                              Ümummilli lider Heydər Əliyev 

 

 

Bu günlərdə xalqımızın ictimai-siyasi və mə-



nəvi fikir tarixində müstəsna rolu olan, funda-

mental və  tətbiqi elmin mərkəzinə çevrilmiş, 

Azərbaycanın intellektual elitasının cəmləşdiyi 

müqəddəs elm məbədinin – Azərbaycan Milli 

Elmlər Akademiyasının  yaradılmasının 70 illiyk 

yubileyi  əlamətdar bir hadisə kimi qeyd oluna-

caq. Bu tarix qədim və möhtəşəm bir siviliza-

siyaya  əsaslanan milli-mədəni varisliyin, zəngin 

elmi ənənələr və məktəblər üzərində qurulan ye-

ni bir təkamülün və intibahın yaşıdır. Yarandığı 

gündən bu qurum Azərbaycan elminin aparıcı 

qüvvəsi missiyasını şərəflə daşımış və hazırda da 

müstəqil dövlətimizin elmini ləyaqətlə  təmsil 

edir. 70 il ərzində Akademiyada əldə edilmiş el-

mi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yük-

sək ixtisaslı kadrlar bu gün müstəqil Azərbay-

canın demokratik və hüquqi dövlət kimi forma-

laşmasında həlledici rol oynayır. 

Qloballaşma prosesinin bütün dünyanı əha-

tə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər 

yüksək sürətlə  həyata keçirildiyi müasir dövrdə 

müstəqil Azərbaycan dövlətinin inkişafı  məhz 

elmin, elmi-texniki tərəqqinin və  təhsilin səviy-

yəsindən  əhəmiyyətli dərəcədə asılıdır. Müasir 

dövlətin qurulması elmin inkişafı olmadan müm-

kün deyildir. Azərbaycan Milli Elmlər Akademi-

yasının inkişafı Azərbaycanda elmin inkişafının 

birbaşa göstəricisidır.  

Azərbaycan elminin tarixi çox qədimdir. 

Əsrlər boyu Azərbaycan xalqının böyük alimlə-

ri, mütəfəkkir və fikir adamları, filosofları olub. 

Görkəmli mütəfəkkirlərimizin açdığı mədrəsələr 

elmin inkişafına böyük töhfələr vermib. Böyük 

tarixə malik elmi ənənələrimiz son yarım  əsrlik 

dövrdə sistemli xarakter alaraq, dünyada tanın-

mış elmi məktəbləri formalaşdırıb.  

Azərbaycan elminin təşkilatlanması və dün-

ya elminə ardıcıl inteqrasiyası məhz XX əsrin ilk 

onilliklərində başlanır. Bakıda ilk universitetin 

açılması və 1923-cü ildə təşkil edilən Azərbayca-

nın Tədqiq və  Tətəbbö Cəmiyyəti yeni elmi qu-

rumların yaradılması üçün zəmin hazırladı. Bu 

cəmiyyətin  əsasında yaradılan Elmi Tədqiqat 

İnstitutu respublikamızda elmi kadrların hazır-

lanmasına böyük təkan verdi. Təsadüfi deyil ki, 

1932-ci ildə bu institutun əsasında SSRİ EA-nın 

Zaqafqaziya filialının Azərbaycan  şöbəsi yara-

dıldı və 1935-ci ildən bu şöbə SSRİ EA-nın Azər-

baycan filialı kimi fəaliyyət göstərməyə başladı. 

1935-ci ilin oktyabrında şöbə SSRİ Elmlər Aka-

demiyasının Azərbaycan filialına çevrildi. SSRİ 

Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar 

və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 

1945-ci il 27 mart tarixli qərarları ilə SSRİ Elm-

lər Akademiyasının Azərbaycan filialının əsasın-

da Azərbaycan Elmlər Akademiyası  təsis olun-

du. Beləliklə, iyirmi ildən artıq davam edən təş-

kilatlanma mərhələsi uğurla başa çatdı. Böyük 

tarixə malik olan elmi ənənələrimiz az bir zaman 

kəsiyində sistemli inkişaf etdirildi, dünyada ta-

nınmış elmi məktəblər və istiqamətlər formalaş-

dı. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng 

bir təşkilata, fundamental tədqiqatların  əsas 

mərkəzinə çevrildı. Akademiyanın yaranması 

əsrlərdən bəri Azərbaycanda elmi təfəkkürün 

formalaşmasının təbii nəticəsi oldu. 

Ümummilli lider Heydər  Əliyevin “müqəd-

dəs elm ocağı” kimi qiymətləndirdiyi akademi-

yanın tarixi taleyində həlledici rol olmuşdur. O, 

Azərbaycanın gələcəyini düşünərək, uzaqgörən-

liklə  və müdrikliklə bütün dövrlərdə, o cümlə-

dən müstəqillik dövründə elmin inkişafına çox 

böyük diqqət göstərmişdir.  

1970-80-ci illər Azərbaycan Elmlər Akade-

miyasının inkişafında xüsusi yer tutur. Respubli-

kamızın iqtisadi, ictimai-siyasi və milli-mənəvi 

tərəqqisi kontekstində Azərbaycan elmi böyük 

uğurlar əldə etdi. 70-ci illərdən başlayaraq Hey-

dər Əliyevin şəxsi təşəbbüsü və qayğısı nəticəsin-

də təhsilini davam etdirmək üçün yüzlərlə tələbə 

Rusiyanın müxtəlif  şəhərlərindəki universitet-

lərə, onlarla aspirant və doktorant isə keçmiş 

SSRİ-nin ən nüfuzlu elmi mərkəzlərinə göndəri-

lirdi. Həmin proqram nəticəsində respublika-

mızda müasir tələblərə cavab verən ixtisaslı 

kadrlar hazırlandı.  


 

Heydər  Əliyev Azərbaycanın ali rəhbərliyi-



nə ikinci dəfə qayıtdıqdan sonra da ölkəmizdə 

elmin inkişafı naminə ardıcıl olaraq mühüm təd-

birlər həyata keçirdi. Heydər  Əliyevin 15 may 

2001-ci il tarixli fərmanı ilə Elmlər Akademi-

yasına Azərbaycan Milli Elmlər Akademiyası 

adının verilməsi Akademiyanın fundamental el-

min inkişafında  əldə etdiyi nailiyyətləri, Azər-

baycan xalqının mədəni və mənəvi təşəkkülündə 

oynadığı rolu, respublika ictimaiyyətində olan 

nüfuzunu və akademik elmin ölkənin inkişafının 

əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdir. 

Azərbaycan Respublikasının Prezidenti Heydər 

Əliyevin 4 yanvar 2003-cü il tarixli fərmanı isə 

Akademiyaya müstəqil dövlətimizin elmi və 

elmi-texniki siyasətini həyata keçirən ali dövlət 

təşkilatı statusu vermişdir. Bu, Azərbaycan 

MEA-nın tarixində dönüş nöqtəsi olmuşdur. 

Bu gün Azərbaycan Milli Elmlər Akademi-

yası altı elmi bölmədən ibarətdir və  hər bölmə-

nin profilinə uyğun elmi nəşrlər var. Bu bölmə-

lərdən biri Biologiya və Tibb Elmləri Bölmə-

sidir. 

1945-ci ildə yaradılmış Azərbaycan Elmlər 

Akademiyasının Biologiya şöbəsinin tərkibinə 

Rəyasət Heyətinin 2 aprel 1945-ci il tarixli qərarı 

ilə Botanika, Zoologiya, Torpaqşünaslıq və  aq-

rokimya, Eksperimental tibb institutları, Bitki-

ləri mühafizə  və heyvandarlıq sektorları  və 

1946-ci ildən AEA Xəbərləri (biologiya seriyası) 

məcmuəsinin redaksiyası daxil edilmişdir. Böl-

mənin fəaliyyəti strukturunda müəyyən yeni ins-

titutlar yaradılmış, bəziləri ləvğ olunmuş  və ya 

digər bölmələrə daxil edilmiş, həmçinin Bölmə-

nin institut, sektor və  şöbələrinin  əsasında yeni 

elmi müəsssisələr təşkil olunmuşdur. AMEA-nın 

2012-ci il tarixli Ümumi yığıncağında Biologiya 

və tibb elmləri birləşdirilmişdir. Hal-hazırda 

Biologiya və Tibb Elmləri Bölməsinin struktu-

runda Botanika, Zoologiya, Fiziologiya, Mikro-

biologiya, Dendrologiya İnstitutları  və  Mərkəzi 

Nəbətat Bağı  fəaliyyyət göstərir. 2014-cü ildə 

AMEA-nın Ümumi yığıncağının qərarı ilə Böl-

mənin tərkibində yeni institut – Molekulyar Bio-

logiya və Biotexnologiya İnstitutu yaradılmışdır. 

Bioloji yönümlü institutların elmi və  təşkilatı 

fəaliyyətləri Respublika Elmi Tədqiqatların Əla-

qələndirilməsi Şurasının Biologiya üzrə Problem 

Şurasının və Tibb üzrə Problem Şurası vasitəsilə 

əlaqələndirilir.   

“Azərbaycan MEA-nın Xəbərləri (biologiya 

və tibb elmləri)” AMEA Biologiya və Tibb Elm-

ləri Bölməsinin rəsmi jurnalıdır. Jurnal respub-

likamızda müasir biologiyanın və tibbin aktual 

problemlərinin tədqiqinə  həsr olunmuş  məqalə-

ləri çap edən əsas jurnaldır. Burada biologiyanın 

bir çox sahələrində (biokimya, molekulyar biolo-

giya, genetika, bioinformatika, fiziologiya (insan, 

bitki və heyvan), zoologiya, botanika, bitki ehti-

yatşünaslığı və introduksiyası və s.), eləcə də tib-

bin təcrübi klinika sahəsində aparılan tədqiqat-

ların nəticələrini  əks etdirən məqalələrə üstün-

lük verilir. Jurnal məlumat, tədqiqat və icmal 

xarakterli məqalələri çap edir. Son dövrlərdə 

jurnalının redaksiya heyəti yenilənmiş, tərkibinə 

dünyanın aparıcı ölkələrindən olan nüfuzlü 

alimlər daxil edilmişdir. Çap olunacaq məqalə-

lərin tərtibat qaydaları daha da təkmilləşdiril-

miş  və beynəlxalq standartlara uyğunlaşdırıl-

mışdır. Jurnalın poliqrafik keyfiyyəti yaxşılaşdı-

rılmışdır. Jurnal Beynəlxalq standart seriya 

nömrəsinə  (International Standard Serial Num-

ber – İSSN 2078-3388) malik olmaqla yanaşı

web-saytı (www.jbio.az) və elektron ünvanı (E-

mail: Panas_bms@jbio.az) vardır. Jurnalda  çap 

olunacaq məqalələrə  təlabat daha da ciddiləşdi-

rilmiş  və onlar alternativ rəylər almaq üçün 

müxtəlif rəyçilərə göndərilir. Eyni zamanda, bə-

zi problemli məqalələr beynəlxalq rəyçilər tərə-

findən qiymətləndirilir. Sevindirici haldır ki, 

jurnala olan maraq daha da artmış, hətta bir 

çox xarici ölkədən olan tədqiqatçılar öz məqalə-

lərini bu jurnalda çap olunmaq üçün təqdim 

edirlər. Önəmli cəhətlərdən biri də jurnalda çap 

olunmuş  məqalələrə beynəlxalq səviyyədə isti-

nadların artmasıdır. 

Heydər Əliyev siyasəti Azərbaycanda bütün 

istiqamətlərdə, o cümlədən dövlətin elmə olan 

münasibətində də uğurla davam edir.  Prezident 

İlham  Əliyev qısa müddət  ərzində elm və  təhsil 

sahəsi üçün bir sıra mühüm qərarlar qəbul et-

mişdir. Akademiyanın maddi-texniki bazasının 

möhkəmləndirilməsi işinə çox böyük diqqət gös-

tərilir, onun fəaliyyətinin genişləndirilməsi və el-

mi tədqiqatların iqtisadiyyatla uzlaşması üçün 

konkret addımlar atılır. Bu gün Akademiyanın 

regionda iri elmi mərkəzə çevrilməsi Azərbay-

can alimlərinin qarşısında mühüm vəzifə kimi 

qoyulmuşdur. Bu strategiyaya uyğun olaraq ar-

tıq bir neçə ildır ki, elm məbədi olan akademi-

yamızda bütün sahələri  əhatə edən ardıcıl isla-

hatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycan 

Milli Elmlər Akademiyası bundan sonra daha 

sürətlə inkişaf edəcək və ölkəmizin dinamik in-

kişafı üçün zəruri olan vəzifələrin uğurla yerinə 

yetirilməsinə öz böyük töhfəsini verəcəkdir. 

 

Akademik Cəlal ƏLİYEV, 

“AMEA-nın Xəbərləri (biologiya və tibb 

elmləri)” jurnalının baş redaktoru  

Yüklə 33,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə