Microsoft Word berk senaye tul docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix08.04.2018
ölçüsü0,57 Mb.
#36683
  1   2   3   4   5   6   7   8   9   ...   20


 

 

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  



AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

MAG STRATURA MƏRKƏZ  

 

Ə

lyazması hüququnda 



 

AMANOV VÜSAL KAMAL oğlunun 

“BƏRK SƏNAYE TULLANTILARININ TƏKRAR EMALININ  

QT SAD  SƏMƏRƏL Y ” mövzusunda 

 

MAG STR  D SSERTAS YASI 

 

stiqamətin şifri və adı    60404  qtisadiyyat 



xtisasın şifri və adı         60404 Ətraf mühitin mühafizəsi 

 

 



Elmi rəhbər                                               Magistr proqramının rəhbəri 

 f.r.e.n. NOVRUZOVA F.f.r.e.n. NOVRUZOVA F. 



 

Kafedra müdiri 

       dos. MEHD YEVA V.Z 



 

 

BAKI – 2016 


 

 

MÜNDƏR CAT 



G R Ş 

I FƏS L. BƏRK SƏNAYE TULLANTILARIN YARATDIQLARI  

EKOLOJ  PROBLEMLƏR  

1.1. stehsal sahələrinin bərk tullantıları və yaranan ekoloji problemlər 

1.2. şlənmiş  metal  avadanlıqların  (metalo-lom)  və  ağır  metalların 

yaratdıqları ekoloji problemlər 

1.3.Köhnəlmiş  texniki-rezin  və  rezin  məmulatların  yaratdıqları  ekoloji 

problemlər 

1.4.Polimerlərin  mexaniki-kimyəvi  proseslər  nəticəsində  “qocalması”  və 

yaranan ekoloji proseslər 



II FƏS L. BƏRK SƏNAYE TULLANTILARININ TƏKRAR EMAL  

TEXNOLOG YALARI VƏ ALINAN MƏHSULLAR 

2.1.Metalo-lomların təkrar emal texnologiyası alınan məhsullar 

2.2.Polimer  tullantıların  təkrar  emal  texnologiyası,  alınan  məhsullar,  tətbiq 

sahələri 

2.3. şlənmiş  şinlərin  təkrar  emal  texnologiyası,  alınan  rezin  ovuntuları, 

onlardan istifadə sahələri 



III  FƏS L.  BƏRK  SƏNAYE  TULLANTILARININ  TƏKRAR  EMAL 

MƏHSULLARINDAN 

SƏNAYEN N 

MÜXTƏL F 

SAHƏLƏR NDƏ 

ST FADƏ  OLUNMASININ  QT SAD   SƏMƏRƏL Y   VƏ  ƏTRAF 

MÜH T N SAĞLAMLAŞDIRILMASI 

3.1.Təkrar  emal  metallardan  maşınqayırma  və  başqa  sənaye  sahələrində 

istifadə olunması onun iqtisadi səmərəliyi 

3.2.Rezin  ovuntulardan  neft  bitumlarının  modifikasiyasında  istifadə 

olunmasının iqtisadi səmərəliyi və ətraf mühitin sağlamlaşdırılması 

3.3.Təkrar  emal  polimerlərindən  neft  bitumlarının  modifikasiyasında 

istifadənin iqtisadi səmərəliyi və ətraf mühitin sağlamlaşdırılması 

NƏT CƏƏDƏB YYAT  



 

 

G R Ş 



 

Mövzunun aktuallığı.Hazırda ölkəmizdə aparılan islahatlar, qeyri-neft 

sektorunun  inkişafına  diqqətin  artması,  bu  sahələrə  sərmayə  qoyuluşları 

sənaye  müəsisələrinin  dirçəlməsinə  zəmin  yaratmışdır.  Lakin  sənaye 

müəsisələrinin fəaliyyətinin genişlənməsi, məhsul istehsalı həcminin artması 

və  keyfiyyətin  yüksəlməsi  ikinci  bir  problemin  yaranmasına  səbəb 

olmuşdur.  Belə  ki,  müəssisələrdə  məhsul  istehsalı  zamanı  ətrafa  külli 

miqdarda  tullantılar  atılır  ki,  bu  da  ətraf  mühitin  daha  çox  çirklənməsinə 

səbəb olur. Ətraf mühiti daha çox çirkləndirən, torpaq sahələrini zəbt edən 

ə

sasən  bərk  tullantılardır.  Bunlar  isə  sənayenin  inkişafı  ilə  daha  da 



genişlənirlər. 

Metallurgiya  və  maşınqayırma  müəsisələrinin  istilik  elektrik 

stansiyalarının,  bərk  tullantıları  eləcə  də  istismar  müddəti  başa  çatmış 

məmulatlar,  avadanlıqlar  ətraf  mühiti  daha  çox  çirkləndirir.  Digər  tərəfdən 

həmin bərk tullantıların tərkibində çox qiymətli materiallar fayda vermədən 

tullantıya çevrilirlər.  

Müasir  dövrdə  bərk  tullantılardan  təkrar  istifadə  etmək  bir  problem 

kimi qarşıda durur. Onlardan sənayedə ikinci xammal kimi istifadə etmək və 

bununla  da  ətraf  mühitə  edilən  antropogen  təsirlərin  miqdarını  nisbətən 

azaltmaq  məsələsi  günün  vacib  probleminə  çevrilmişdir.  Bu  nöqteyi-

nəzərdən  sənaye  tullantılarının  xüsusən  metal,  rezin  və  plastik  kütlələrin 

tullantılarının  təkrar  emalı  Respublikamız  üçün  mühüm  ekoloji  və  iqtisadi 

ə

həmiyyət  kəsb  edir.  ona  görə  bərk  sənaye  tullantılarından  və  istismardan 



çıxmış  məmulatlardan  “dağ”  yaratmaq  əvəzinə,  onların  səmərəli  təkrar 

emalını təşkil etmək ən aktual problemlərdən biridir. 




 

 

Problemin  öyrənmə  vəziyyəti.  Məlum  olduğu  kimi  ətraf  mühitin 

mühafizəsi  problemi  Azərbaycanda  həmişə  diqqət  mərkəzində  olmuşdur. 

Ə

traf  mühitin  mühafizəsi  probleminin  tədqiqi  ilə  ölkəmizin  görkəmli 



alimləri  N.A.Verdizadə,  M.H. sgəndərov,  B.C.Şıxəlizadə,  R.U.Nurəliyeva, 

.Q.Mövlayev, T.Z.Kərimova,  .B.Xəlilov və başqaları məşğul olurlar. 

Bərk  sənaye  tullantılarının  təkrar  emalının  bəzi  problemləri  və  ətraf 

mühitin  sağlamlaşdırılması  istiqamətində  tədqiqat  işləri  K.S.Şıxəliyev, 

Ş

.M. brahimova, C.A.Mustafayev, H.A.Məmmədov və başqaları tərəfindən 



araşdırılmışdır. 

Müasir ədəbiyyatlarda göstərilən araşdırmaların nəticələrini azaltmadan 

bu  magistr  dissertasiya  işində  ətraf  mühitin  sağlamlaşdırılması  sahəsində 

tələb  olunan  işlərin  müəyyən  hissəsi  yerinə  yetirilmiş,  bərk  sənaye 

tullantılarının təkrar emalından alınan ikinci xammaldan sənayenin müxtəlif 

sahələrində istifadə olunmasının iqtisadi səmərəliyi hesablanmışdır. 

ş

in  məqsədi və vəzifələri. Magistr işinin başlıca vəzifəsi bərk sənaye 

tullantılarının təkrar emal texnologiyalarını müqayisəli təhlil etməklə yanaşı 

alınan  ikinci  xammalların  texniki-iqtisadi  göstəricilərini  və  rkoloji 

aspektlərini  araşdırmaq,  elmi  cəhətdən  əsaslandırılmış  təkliflər  işləyib 

hazırlamaqdan ibarətdir. 

Magistr dissertasiya işində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün 

aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur: 

-Bərk sənaye tullantıları olan metololomların, polimer materialların və 

işlənmiş rezin məmulatların yaratdıqları ekoloji problemləri araşdırmaq; 

-  Metallomların  təkrar  emal  texnologiyası,  alınan  məhsulların  fiziki-

mexaniki xassələrini araşdırmaq; 

-  Rezin-texniki  və  işlənmiş  şinlərin  təkrar  emalı  üsulları,  alınan  rezin 

avtomatlarının fiziki-mexaniki xassələrini araşdırmaq; 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə